Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub.
08 dekabr 2025 | 17:01
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Liderin, eləcə də şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə universitetin rektoru Rüfət Əzizov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış ediblər. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, bədii hissə təqdim edilib.






