Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

26 avqust 2024 | 09:49

Hörmətli Mehriban xanım ! 

Sizi - Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olan, görkəmli fəaliyyəti ilə dünya səviyyəsində təqdir edilən dövlət xadimini – əlamətdar Yubileyiniz münasibətilə Nəsimi rayon ictimaiyyəti adından   səmimi-qəlbdən  təbrik  edirik.

Hörmətli Mehriban xanım !

Siz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə çiyin-çiyinə çalışaraq, onun ən yaxın silahdaşı kimi ölkəmizin dinamik inkişafı istiqamətində görülən işlərə dəyərli töhfələr verirsiniz.

Humanizm, işgüzarlıq, qayğıkeşlik kimi ali keyfiyyətlər üzərində qurulan ictimai-siyasi fəaliyyətiniz Sizin gerçək vətəndaşlıq mövqeyində dayanmağınızın, nümunəvi vətənpərvərliyinizin ən bariz sübutudur.

Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindənsiniz. Siz istər ictimai, istərsə də siyasi fəaliyyətinizdə daim Ulu öndərin amallarını yaşadır və təbliğ edirsiniz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələr verərək milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləriniz vardır. Sizin rəhbərliyiniz altında reallaşan çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilərək, kompleks xarakter daşımaqla, milli-mənəvi ideallara, humanist dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənibdir.

Hörmətli Mehriban xanım !

Dünyada sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoq mühitinin formalaşması, tarixi-mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə verdiyiniz şəxsi töhfələr, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir və öyrənilir.

Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, Şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə Möhtərəm Prezidentimizlə birlikdə Qarabağa çoxsaylı səfərləriniz, şəhid ailələrinin, qazilərin problemlərinin həlli, məcburi köçkünlərimizin doğma yurdlarına uğurla qayıdışı Sizin xidmətləriniz sırasında xüsusi yer tutur.

Hörmətli Mehriban xanım!

Xalqımız Sizi sevir və Sizə inanır. Ona görə ki, məhz Sizin sayənizdə cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıbdır. Siz insanlara xeyirxahlığa meyil, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıbsiniz. İnsanlara təmənnasız yaxşılıq qayğısı, mərhəmət, ehtiyacı olanlara əl tutmaq, xeyriyyəçilik Sizin siyasətinizin prioritetidir.

Bu gün Siz çoxsaxəli fəaliyyətiniz ilə Azərbaycan qadınının həm fədakar ana, həm də fəal ictimai xadim olduğunu sübut edirsiniz.

Bu da bir həqiqətdir ki, insanlara bağlılıq Sizin daxilinizdən, mənəvi dünyanızdan, xoş münasibətinizdən irəli gəlir. Sizin xidmətlərinizin sevinci minlərlə insanın ömür səhifəsinə yazılıb, ailələrə səadət bəxş edib, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıbdır.

Hörmətli Mehriban xanım!

Bir daha Sizi – mükəmməl şəxsiyyəti, xalqımızın maraqları, mənafeyi, inkişafı üçün çalışan, dövlətimizin möhkəmliyinin, müstəqilliyinin, əbədiliyinin və dönməzliyinin təmin olunması üçün müstəsna xidmətlər göstərən görkəmli dövlət xadimini – Yubileyiniz münasibətilə təbrik etməkdən böyük şərəf duyur, Sizə xoşbəxtlik arzulayır, ömrünüzün bahar çiçəkləri kimi təravətli olmasını Uca Tanrıdan diləyirik.

Böyük qələbələrə aparan yolunuz açıq olsun!

 

Dərin hörmət və ehtiramla,

 

          Nəsimi rayon ictimaiyyəti adından

          İcra Hakimiyyətinin başçısı                               Asif Əsgərov

Keçidlər