Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya,

08 noyabr 2022 | 08:40

Hörmətli Mehriban xanım!

SiziAzərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olan, görkəmli fəaliyyəti ilə dünya səviyyəsində təqdir edilən xadimi Nəsimi rayon ictimaiyyəti adından   8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə dövlətçiliyin və ölkənin suverenliyinin möhkəmlənməsi naminə birlik, əzmkarlıq, dönməz iradə rəmzi kimi əbədi yazılıbır.

Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 19 ildə isə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.

44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm zəfər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində əldə edilən tarixi zəfər müzəffər ordunun sərkərdəsi kimi Ali Baş Komandanımızın həm müdrikliyinin, həm qətiyyətinin birbaşa nəticəsi kimi yaddaşlara həkk olunubdur. Onun hərbi əməliyyatların planlaşdırılması və idarə edilməsindən tutmuş böyük sərkərdə qətiyyəti ilə bütün xalqı qələbəyə səsləyən çağırışları müharibənin taleyini həll edən əsas amillərdəndir.

Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etdi. Dahi sərkərdənin rəhbərliyi altında qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi.

Bu şanlı Zəfər birliyin, dönməzliyin və əyilməz iradənin rəmzi kimi Azərbaycanın, eləcə də bütün türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olundu.

Hörmətli Mehriban xanım!

Ali Baş Komandanın ən sadiq silahdaşı olaraq ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı Sizin vətənpərvər çağırışlarınız hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə dualarınız ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq doğma və qayğılı münasibətiniz ilə Siz xalqımıza təsəlli oldunuz.

Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyev ilə  vəhdət təşkil edən möhkəm siyasi iradəniz, diplomatik bacarıqlarınız, dərin analitik təfəkkürünüz istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır.

İşğaldan azad olmuş torpaqlara Möhtərm Prezidentimiz cənab  İlham Əliyevlə birlikdə səfərləriniz torpaqlarımızın bərpası istiqamətində nümayiş etdirdiyiniz fəal vətəndaşlıq mövqeyinidən irəli gəlir. Təsadüfi deyil ki, bu gün Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. 

Hörmətli Mehriban xanım!

Sizin şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətiniz, diqqət və qayğınız çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, ölkə ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanır.

Bu böyük Qələbə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və son məqsədə çatacağınıza qəti inamı sayəsində əldə edildi. Bu Qələbə bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Bütün dünya Azərbaycan xalqının öz dəyərlərinə necə sahib çıxdığını gördü. Ali Baş Komandanın “Dəmir yumruğu” birliyimizin rəmzinə çevrildi.

Hörmətli Mehriban xanım!

Bir daha Sizi, bütün dünya azərbaycanlıları üçün əlamətdar olan, ölkəmizin ərazi bütövlüyünün bərpasının təcəssümünə çevrilən Zəfər bayramı münasibətilə təbrik edir, böyük sevinc, fəxarət və qürur hissi ilə Sizə ən səmimi təbriklərimizi çatdırır, dövlətimizin daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar, doğma Azərbaycanımıza rifah və əmin-amanlıq arzulayıq.

 

         Dərin hörmət və ehtiramla,                                                                              

                                                                                                               

Nəsimi rayon ictimaiyyəti adından  İcra

Hakimiyyətinin başçısı

Asif Əsgərov

                 

                                             

Keçidlər