Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin müraciəti

12 avqust 2025 | 17:00

Möhtərəm cənab Prezident,

Müzəffər Ali Baş Komandan kimi titanik zəhmətiniz, böyük uzaqgörənliyiniz, səbir və əzminizlə Azərbaycana bir-birinin ardınca qələbələr bəxş edir və uğurlar qazandırırsınız. 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında əldə etdiyiniz böyük nailiyyətlər Vətən müharibəsində qazandığınız şanlı Zəfərin əks-sədası oldu.

Bu səfər ABŞ-la Azərbaycan arasında tarixən mövcud olan münasibətləri ən yüksək səviyyəyə qaldırdı, Zati-alinizin təşəbbüsü ilə Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarının uğurla nəticələnəcəyinin qarantı oldu. Dünya ictimaiyyəti, Azərbaycanın uğurlarına sevinən dost və qardaş ölkələrin rəhbərləri tərəfindən Sizin bu səfəriniz Qafqazda sülhün bərqərar olması və yeni dünya nizamı prosesində önəmli addımlardan biri kimi dəyərləndirildi.

Müdrik siyasətiniz və qətiyyətinizlə Zəngəzur dəhlizi layihəsi dünyanın ən böyük gücü olan ABŞ-nin şahidliyi ilə reallığa çevrildi və bu dəhliz təkcə Azərbaycanı Naxçıvanla deyil, bütün Türk dünyasını bir-biri ilə bağladı.

Sizin Azərbaycana rəhbərliyinizin hər bir günündə ölkəmiz adına uğur və nailiyyət mütləq ki vardır. Vətən müharibəsi Zəfərindən sonra əldə edilən dövlət suverenliyi və əvəzsiz qələbələrin ardınca gələn yeni zəfərlər xalqımızı Sizin ətrafınızda daha sıx birləşdirir.

Bu nailiyyətlər hər bir azərbaycanlını olduğu kimi, bizi də ürəkdən sevindirir və qəlbimizi fəxarət hissi ilə doldurur. Müqəddəs hissləri bizə yaşatdığınıza görə Zati-alinizə dərin minnətdarlığımızı bildirir və Sizi qazandığınız bu böyük uğurlar münasibətilə ürəkdən təbrik edirik.

Zati-alinizə Azərbaycanın daha da güclənməsi, xalqımızın rifahı naminə atdığınız hər bir müdrik addımda uğurlar, sağlam can və tükənməz güc arzulayırıq.

Uca Allah Sizə dayaq və kömək olsun!

Dərin hörmətlə,

Vaqif Şadlinski

Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri,

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini,

Əməkdar elm xadimi, professor

 

Keçidlər