Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-cu ilin iyulun 15-də bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə ilin birinci yarısında görülmüş işlər haqqında
İyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Möhtərəm Prezidentimiz giriş nitqində ilin altı ayınıda ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin icra edildiyini qeyd etmişdir.
Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri nəzərə çarpıb. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft-qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Sənaye zonalarında da dinamik inkişaf diqqət çəkib, ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 53 faiz artıb.
Hesabat dövründə ölkənin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi önəm verilib. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələri, məsələn, “SOCAR Karbamid”, “SOCAR Metanol” və “Azerfloat” tam istehsal gücü ilə işləyib.
Bütün bunlarla bərabər, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.
Ümumiyyətlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.
Sadalanan göstəricilər bir daha onu göstərir ki, ilin ötən altı ayı ərzində ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bütün bunlar barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı giriş nitqində sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında iqtisadi potensialın mühüm rol oynadığına diqqət çəkərək bildirib: “Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var”.
Ölkə rəhbəri çıxışında iqtisadi gücün təkcə neftin qiymətinin artırılması ilə bağlı olmadığını, bunun həm də həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Məsələn, vergi-gömrük sahələrdə aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib.
Prezident İlham Əliyev müşavirədəki çıxışında da son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi və gömrük orqanlarının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumların şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir.
Bütün bunlarla bağlı ölkə rəhbəri deyib: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıb və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.
Azərbaycan Prezidenti iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, bu məsələnin iki aspektdə-iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı istiqamətlərində təhlil olunmasının zəruriliyini xatırladıb. Eyni zamanda, hər iki xətt üzrə yüksək nəticələr əldə edildiyini vurğulayıb, iqtisadiyyatın 6,2 faiz, qeyri-neft iqtisadiyyatının 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalının 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artımın qeydə alındığını deyib. Ölkə rəhbəri bu nəticələrin real həyatda da özünü qabarıq büruzə verdiyini söyləyib: “Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”.
Prezident İlham Əliyev çıxışında hazırda beynəlxalq ictimaiyyəti ciddi narahat edən bir məqama da toxunaraq, bildirib ki, indi mötəbər beynəlxalq maliyyə qurumlarında dünya iqtisadiyyatının tənəzzülə uğrayacağı, yəni, resessiya yaranacağı haqqında qaçılmaz fakt kimi danışılır. Azərbaycan da buna hazır olmalıdır. Düzdür, respublikada iqtisadi inkişaf var, sosial məsələlərin həlli uğurla gerçəkləşdirilir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir, Qarabağın bərpası, nəhəng infrastruktur, nəqliyyat, energetika layihələri davamlı şəkildə reallaşdırılır, sabitlik, əmin-amanlıq da bütün bu işlərin, bu uğurların əsasında dayanır. Bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, Azərbaycanın öz gücü, müstəqil siyasəti ilə gerçəkləşir. Çünki ölkəmiz bütün sosial-iqtisadi tədbirləri sərbəst, müstəqil şəkildə həyata keçirir. Dövlət başçısının vurğuladığı kimi, respublikamız heç kimin işinə qarışmır, amma, eyni zamanda, kiminsə gəlib ölkə həyatına müdaxil etməsinə də imkan vermir. Bunun əsas səbəbi də Prezident İlham Əliyevin sözləri ilə desək, siyasi müstəqilliyin təməl daşı olan iqtisadi müstəqillikdir.
Azərbaycan iqtisadi müstəqillik sayəsində xarici ticarətdə də mühüm uğurlar əldə edib. Bu, ölkə ixracının 6 ayda 2 dəfədən çox, qeyri-neft ixracının 25 faizdən çox artmasında, xarici ticarət balansının müsbət saldosunun isə 12,1 milyard dollar təşkil etməsində özünü göstərib.
Azərbaycan Prezidenti müşavirədə ölkəmizin xarici dövlət borcu ilə bağlı mövcud vəziyyətinə də diqqət yetirərək deyib: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır”.
Bəli, bu, ölkəmizdə həyata keçirilən düzgün, uzaqgörən iqtisadi strategiyanın məntiqi nəticəsidir. Dövlət başçısının vurğuladığı kimi, inkişaf etmiş ölkələrin bəzilərində bu məsələdə fərqli mənzərə nəzərə çarpır, xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Çünki Azərbaycan borcların yığılmasına, gələcək nəsillərin bu borc altında əziyyət çəkməsinə imkan vermir.
Bütün bu uğurlar hökumətin dövlət borcu idarəçiliyi strategiyasının uğurla reallaşdırılmasından xəbər verir. Ölkə rəhbəri bununla bağlı deyib: “Xarici dövlət borcu ilə bağlı bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
Onu da qeyd edək ki, 2018-ci il avqustun 24-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borcalmalarında səmərəliliyin artırılmasına, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.
Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyənləşdirilən vəzifələri reallaşdırmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi nəzərdə tutulub.
Strategiyada əsas məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək planlaşdırılır. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi qərarlaşdırılıb.
Dövlətimizin başçısı nitqində energetika sektorunun inkişafının da daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. Çünki Azərbaycan üçün bu sahə hər zaman prioritet olub.
Bu gün isə respublikamızın enerji imkanı bir çox ölkələr üçün xüsusi önəm daşıyır. Bununla əlaqədar bərpaolunan enerji növlərinin inkişafına mühüm əhəmiyyət verilir, ilk növbədə, xarici investorlar tərəfindən bu sahəyə böyük maraq göstərilir.
Hazırda xarici sərmayədarların vəsaitləri hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi aparılır. Bunlarla bərabər, xarici investorlarla əldə edilən razılaşmalara görə, əlavə dörd min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.
Prezident İlham Əliyev müşavirədə bildirib ki, bütün bunlar Azərbaycana elektrik enerjisini daha böyük həcmlə ixrac etməyə imkan verəcək: “İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlikli xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz, əlbəttə ki, bu istiqamətdə işləyirik…”.
Bütün bu uğurlar pandemiyadan, müharibədən təzə çıxmış bir ölkənin-Azərbaycanın iqtisadi sahədə altı ay ərzində görülən işlərin, əlbəttə, aparılan islahatların məntiqi nəticəsidir və yuxarıda sadalanan rəqəmlər də ilin sonuna qədər nəzərdə tutulan bütün planların yüksək səviyyədə reallaşacağından xəbər verir.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2021-ci ilin yanvar-iyun ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.
Sənaye
2022-ci ilin yanvar-iyun aylarında 512320,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,0 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 576238,6 min manatı istehlakçılara göndərilmiş, ondan 512065,6 min manatı öz istehsalı olan mallar olmuşdur.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2022-ci il vəziyyətinə 3122,6 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
2022-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına 52320,1 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 173590,5 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 72,0 dəfə az vəsait yönəldilmişdir. 2022-ci ilin yanvar-iyun aylarında 71049,5 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 793973,6 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,1 faiz cox olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2022-ci ilin yanvar-iyun aylarında 516729,6 min manat, əsaslı təmir 80424,9 min manat, cari təmir 134688,7 min manat, sair tikinti işləri isə 62130,4 min manat təşkil etmişdir.
2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1815893,3 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 12,4 faiz artım deməkdir. Satılmış əmtəələrin 86,2 faizi hüquqi şəxslərin, 7,2 faizi rayonda fəaliyyət göstərən bazarın, 6,6 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
2022-ci ilin yanvar-iyun aylarında rabitə müəssisələri tərəfindən 224298,4 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,1 faiz artmışdır.
Nəqliyyat
2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 176182,8 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,6 faiz artmışdır.
2022-ci ilin yanvar-iyun aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 31797,4 min manat olmuşdur. Həcmin 44,2 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 14040,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 17757,4 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlər
Ödənişli xidmətlərin həcmi 2022-ci ilin yanvar-iyun aylarında 449784,3 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,9 faiz artmışdır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 443155,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 98,5 faizini təşkil etmişdir.
İşçilərin sayı və əməkhaqqı
2022-ci ilin yanvar-may aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 199361 nəfər olmuşdur.
2022-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 11,7 faiz artaraq 1042,9 manat olmuşdur.
Yeni iş yerləri
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır
Nəsimi rayonunda 2022-ci ilin yanvar-iyun aylarında 4110 yeni iş yeri açılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır.
1 nömrəli SİƏD üzrə nümayəndəliyin ərazisində yaşayan əhalinin ev təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı ərazimizdə olan təsərrüfatların sayı 24728 müəyyən edilib. Bu təsərrüfatlar üzrə ümumi əhalimizin sayı 87445 nəfər müəyyən edilib. Göstərilən 87445 nəfər əhalini və 24728 təsərrüfatın məlumatları 1 nömrəli SİƏD-in əməkdaşları tərəfindən Dövlət Statistika Komitəsinin elektron bazasına işlənmişdir.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik altı ay ərzində əraziyə xidmət göstərən 13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri,MTK-lar,Koperativlər, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmiş, rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış,aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.
Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Ərazidə qoyulmuş məişət tullantıları üçün konteynerlərdə sıradan çıxmış təkərlər yenisi ilə əvəz olunmuş, iki rəngdə olan konteynerə uyğun tullantıların sakinlər tərəfindən atılması MKİS işçiləri tərəfindən nəzarətdə saxlanılmış, rənglənmiş və nömrələnmiş, xeyli sayda oturacaqlar rənglənmiş, küçələrdə işıq dirəkləri və bardürlar yuyulmuş, ərazinin bəzi yerlərinə asfalt örtüyü vurulmuş, tamet döşənmiş, sakinlərin müraciəti əsasında evlərinin dam örtüyü təmir edilmişdir.
S.Vurğun küçəsində “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən M.Topçubaşov, İ.Qasımov küçəsinin bəzi yerlərində asfalt örtüyü yenilənmişdir.
Altı ay ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.
Zəifləmiş koronavirus epidemiyası ilə bağlı Nəsimi RİH yanında fəaliyyət göstərən Qərargahın tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində də məqsədyönlü işlər görülmüş, hal-hazırda da görülməkdə davam etdirilir.
Hesabat dövründə nümayəndəlikdə başqa sahələr də diqqət mərkəzində saxlanılmışdır. Ərazidə görülmüş tikinti işləri barədə də Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və müxtəlif sərəncamlara əsasən nümayəndəliyin ərazisində şirkətlər tərəfindən aparılan işlər aşağıdakı kimidir:
M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi hələ də davam etdirilir. (İcraçı-“Maşınqayıran” MTK).
S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında tikinti işi başa çatmaq üzrədir, mənzillərdə təmir işləri aparılır. (İçraçı-“Pilot Həyat”MTK).
S.Rüstəm, İ.Həmidov, E.Tağızadə küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının mənzillərində təmir işləri görülür. (İcarçı-“Draft Construction”).
Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli (16 mərtəbəli) yaşayış binasının tikintisi başa çatmış, hörgü-suvaq işləri görülür. ( İcraçı-“Draft Construction).
Süleyman Rüstəm, Eldar Tağızadə, Vladislav Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında mənzillərdə təmir işləri görülür. (İcraçı-“Gold Construction”).
Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və Bəsti Bağırova küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında (16+mansard) mənzillərdə təmir işləri görülür . (İcraçı-“ARCHİCO”MMC).
N.Yusifbəyli, Mərdanov Qardaşları, Azər və Natiq Novruzov Qardaşları, Mövsün Sənani küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında (15 mərtəbəli) mənzillərdə təmir işləri görülür. (İcraçı-“REGAL” MTK).
Mirqasımov, M.Qaşqay, F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki kvartalda Pilot layihə olan çoxmənzilli yaşayış binalarında (20 mərtəbəli) mənzillərdə təmir işləri görülür. (İcraçı-“Avrasiya Construction LTD” MMC).
Mirqasımov, S.Rüstəm, Xan Şuşinski və İ.Qasımov küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında (17 mərtəbəli) mənzillərdə təmir işləri görülür. ( İcraçı-“Rifah Plaza” MMC).
F.Qasımzadə, Xan Şuşinski və Mirqasımov kücələrinin əhatəsindəki kvartalda” Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında mənzillərdə təmir işləri görülür. (İcraçı-“Gözəl Bakı”MTK).
Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda” Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilir. (İcraçı-“Fədək”MMC).
S.Vurğun, küçəsi 941-ci kvartalda pilot layihə olan çoxmənzilli yaşayış binalarında mənzillərdə təmir işləri görülür. (İcraçı-“Teymuroğlu”MMC).
Ə.Qasımzadə,M.Qaşqay küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında mənzillərdə təmir işləri görülür. (İcraçı-“Pearl Construction”MMC).
M.Qaşqay, A.Zamanov, S.Zeynalov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilir. (İcraçı-“Azəri Tikinti Şirkəti”MMC).
Mirəli Qaşqay, Sahib Zeynalov, Mikayıl Rəfili küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilir. (İcraçı-“Azəri Tikinti Şirkəti”MMC).
S.Rüstəm ,H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev kücələrinin əhatəsindəki kvartalda” Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında mənzillərdə təmir işləri görülür. (İcraçı-“Grand Plaza”MMC)
Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə olan çoxmənzilli yaşayış binalarında mənzillərdə təmir işləri görülür. (İcraçı-“RÜR”MMC)
Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə “Lider FN”, “Servis”, “Olimpus”, “Baku Rifah”, “Pilot-16” və“Invest” şirkətlərində də işlər davam etdirilir.
2022-ci ildə də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi dövlət qurumları ilə sıx əməkdaşlıq etmiş, eyni zamanda rayon İcra Hakimiyyəti başçısının əmr, sərəncam və tapşırıqlarının vaxtında icra olunması üçün çalışmışdır.
Dünyanı cənginə alan “ Covid-19” pandemiyası ölkə başçısının apardığı peşakar siyasəti nəticəsində respublikamızda minimum həddə çatmış, əhalinin vaksinləşməsi istiqamətində qətiyyətli tədbirlər görülmüşdür.
Nəsimi rayonu əhalisinin eləcə də inzibati ərazidə yaşayan sakinlərin vaksinləşmə prosesinə cəlb olunması üçün nümayəndəlik bütün lazımi tədbirlərdə yaxından iştirak etmişdir.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən 2022-ci ilin yanvar ayının ilk həftəsindən ev təsərrüfatlarının uçotu kitablarının dəqiqləşdirilməsi, yoxlanılması və həmin məlumatların dövlət statistika komitəsinin rəsmi internet səhifəsinə işlənilməsi davam etdirilmişdir.
Ərazinin sanitar vəziyyəti, Mənzil Kommunal İstismar Sahələri tərəfindən küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.
Rəşid Behbudov küçəsi 13 ünvanda “Bakı Abadlıq Xidməti” tərəfindən təmir işlərinə başlanılmışdır.
Üzeyir Hacıbəyov küçəsi 72 ünvanda keçmiş “Azəravtoyol”-un binasının təmirinə başlanılmışdır.
Süleyman Rüstəm küçəsi 3 ünvanda məhəllənin asfaltlanması işləri aparılmışdır.
“Abad Həyət” lahiyəsi çərçivəsində Nizami küçəsi 121 ünvanda geniş abadlıq-quruculuq işləri aparılmış,məhəllə asfaltlanmış, binanın fasad hissəsi təmir olunmuş, ağacların quruyan hissələri budanmış,həyət işıqlandırılmış, sakinlərin rahatlığı üçün digər işlər görülmüşdür.
İnzibati ərazidə yerləşən Opera və Balet teatrının əsaslı təmirinə başlanılmışdır.
Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazi “PMD GROUP” şirkəti tərəfindən sökülməsinə başlanılmışdır. Söküntü çərçivəsində Salatın Əsgərova küçəsində yaşayan sakinlərin kompensasiya verilərək köçürülməsinə başlanılmışdır.
Süleyman Rəhimov küçəsi dalan 6 ünvanda Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə söküntü işlərinə başlanılmış, bina sakinlərinə kompensasiya verilərək köçürülməsi təmin edilmişdir.
Cəlil Məmmədquluzadə küçəsində asfaltlaşma və piyada səkilərinin yenidən qurulmasına başlanılmışdır.
28 May küçəsi 6 ünvanda tarixi binanın dam hissəsində quraşdırlmış əlavə tikinti Bakı şəhər İcra Hakimiyyəti və rayon MKTB -nin əməkdaşları tərəfindən sökülmüşdür.
Rəşid Behbudov küçəsinin bir hissəsində yenidən asfaltlaşma işləri aparılmışdır. Dilarə Əliyeva və Gənclik küçəsinin kəsişməsində yerləşən səkiyə tamet daşları döşənmişdir. Azadlıq prospektinin bir hissəsinə yeni asfalt örtüyü salınmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarına əsasən Nəsimi rayonunda , eyni zamanda inzibati ərazidə başlamış pilot layihələr “ Pilot İnşaat-A” MMC, “Malibo” MMC, “Yeni Ailə” MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən işlər davam etdirilir.
Mart ayının 16-sı Nəsimi rayon İcra Hakimiyyəti başçısı inzibati ərazidə yaşayan sakinlərin şikayət, təklif və problemlərini dinləmək üçün 8 saylı məktəbdə səyyar qəbul keçirmişdir. Qəbulda 12 vətəndaş problemlərinin həlli üçün RİH başçısına müraciət etmişdir. Vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən dinlənilərək həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Novruz bayramı münasibəti ilə 1 saylı orta məktəbdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qarabağ müharibəsi qazilərinində iştirak etdiyi tədbirdə nümayəndəliyin əməkdaşları tədbirin keçirilməsində fəal iştirak etmişdir. Tədbirdən sonra şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılmışdır.
Aprel ayının 20-si Nəsimi rayon İcra Hakimiyyəti başçısı hər ay olduğu kimi inzibati ərazidə yerləşən “Winter Park” oteldə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda ümumilikdə 7 vətəndaş problemlərinin həlli üçün RİH başçısına müraciət etmişdir. Vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən dinlənilərək həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Xalqımızın müqəddəs bayramlarından olan Ramazan bayramı münasibəti ilə Nəsimi rayonunda yaşayan sakinlərin, eləcədə şəhid ailələri və müharibə iştirakçılarınında iştirak etdiyi iftar süfrəsində nümayəndəliyin əməkdaşları yaxından iştirak etmişdir. Tədbirdən sonra şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır.
May ayının 11-i Nəsimi rayon İcra Hakimiyyəti başçısı inzibatı ərazidə yerləşən 44 saylı orta məktəbdə növbəti səyyar qəbul keçirmişdir. Keçirilən görüşdə ümumilikdə 20 vətəndaş probleminin həlli üçün RİH başçısına müraciət etmişdir. Vətəndaşların müraciətləri rayon rəhbəri dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Bu ilin yanvar ayından başlayaraq ev təsərrüfatları kitablarının uçotunun dəqiqləşdirilib həmin məlumatların dövlət statistika komitəsinin elektron informasiya sisteminə ötürülməsi iyun ayında da davam etdirilmişdir.
23 İyun Dövlət Qulluqçularının peşə bayramı münasibətilə nümayəndəliyin əməkdaşları fəxri xiyabanda xalqımızın ümümmilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişdir.
2022-ci ilin ilk 6 ayı ərzində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə dövlət qurumlarından 20 məktub, vətəndaşlardan isə 69 ərizə daxil olmuş və araşdırılaraq cavablandırılmışdır.
Cari ilin 6 ayı ərzində Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində abadlıq-qururculuq, normal Sanitar vəziyyətin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
Moskva pr. 90, 92 saylı ünvanlarda “Abad Həyət” layihəsi çərçivəsində əsaslı təmir işləri, H.Seyidzadə küçəsi 17,21 saylı ünvanlarda binaların əsaslı təmiri, həyətlərdə abadıq işləri başa çatdırılmışdır. Nizami küçəsi 121 saylı ünvanda əsaslı təmir işləri başa çatmış, həyət abadlaşdırılmış və mart ayında sakinlərin istifadəsinə verilmişdir. A.Mustafayev küçəsi 41 saylı ünvanda binanın fasadında və həyətibndə abadlıq işləri 14.06.2022-ci il tarixdə başa çatmışdır. Abad Həyət” layihəsi çərçivəsində həyətdə açılış olmuşdur. A.Məhərrəmov küçəsi 45,47 saylı binaların əhatəsində yerləşən həyət “Abad Həyət” layihəsi çərçivəsində abadlaşdırılmış, 19.04.2021-ci il tarixdə açılışı olmuşdur. Ak.M.Topçubaşov küçəsi, Ak.Mirqasımov küçəsinin ksişməsindən Vaqif pr. ilə kəsişməyə qədər olan yolda əsaslı təmir işləri aparılmış, yeni piyada səkiləri salınmışdır.
H.B.Əliyev küçəsi 3,5,7 saylı ünvanlarda abadlıq işlərin başlanılmışdır və işlər davam etdirilir. C.Məmmədquluzadə küçəsi Bakıxanov küçəsinin kəsişməsindən S.Əsgərova küçəsi ilə kəsişməyə qədər yolun əsaslı təmiri başa çatmışdır. N.B.Yusifbəyli küçəsində yolun əsaslı təmiri davam edir. C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindən yuxarı C.Səlimov küçəsinə qədər yolun əsaslı təmiri davam edir. Azadlıq pr. S.Zeynalov küçəsinin kəsişməsindən Ş.Bədılbəyli küçəsi ilə kəsişməyə qəqəd yolun əsaslı təmiri başa çatdırılmışdır. A.Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 saylı ünvanda binaların fasadlarında əsaslı təmir, həyətlərində abadlıq işləri davam etdirilir.
Rayon ərazisində məhəllədaxili yollara və həyətlərə 20000 kv.m asfalt örtüyünün vurulması işləri davam edir.
Vaqif pr. boyu yerləşən parklarda təmir işləri aparılaraq, 50 ədəd işıq dirəkləri cari təmir edilmiş, 50 ədəd oturacaq yenilənmişdir.
S.Vurğun, Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Bənövşə” parkında 200 kv.m qranit səki daşlarında təmir işləri aparılmışdır.
Rayon ərazisində əvvəlcədən təyin olunmuş əhalinin sıx toplaşdığı yerlərə əlavə 200 ədəd kiçik tutumlu zibil qabları qoyulmuşdur.
Rayon ərazisində yerləşən bütün park və bağlarda, xiyabanlarda yaz-yay mövsümünün başlanması ilə əlaqədar cair təmir işləri aparılaraq, 300 ədəd oturacaq cari təmir edilərək rənglənmişdir, işıqlandırma sistemi bərpa olunmuşdur.
Rayon ərazisindəki yaşayış binalarında 600_kv.m. dam örtüyü təmir olunmuşdur.
Cavadxan küçəsi boyu və digər ünvanlarda yerkləşən yaşıllıq zolaqlarında 700 ədəd yeni müxtəlif növ ağaclar əkilmiş, park və xiyabanlarda 3000 ədəd mövsümi çiçək kolları əkilmiş, mövcud ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir.
Azadlıq pr. 19 saylı ünvanda yerləşən binada yanğın hadisəsi zamanı yararsız vəziyyətə düşmüş mənzilin qapı, pəncərə və eyvan pəncərləri dəyişdirilmişdir.
A.Məhərrəmov küçəsi 68 saylı evin şəhid ailəsinə məxsus 45 saylı mənzili əsaslı təmir olunmuşdur.
N.B.Yusifbəyli küçəsində 100 kv.m su xətti, R.Behbudov küçəsi iri diametrli su xətti, S.Vurğun küçəsində içməli su və kanalizasiya xətti yenilənmişdir.
“İzmit “ parkında cari təmir işləri aparılmış, idma qurğularıə və süni ot örtüyü cari təm ir olunmuşdur.
“Ak.Mirqasımov küçəsi, Azadlıq pr-nin kəsişməsi, C.Haclıbəylşi küçəsinə qədər yolun əsaslı təmiri, Vaqif pr. boyu yerləşən parklarda 50 ədəd oturacaq qoyulmuş, işıqlandırma sistemində cari təmir işləri aparılmışdır.
Rayon ərazisində küçə və prospektlərə 150 ədəd kiçik tullantılar üçün qablar quraşdırılmışdır.
M.Cəlal küçəsi boyu parkların işıqlandırma sistemi yenidən qurulmuş və cari təmir işləri aparılmışdır.
S.Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindəki “Bənövşə” parkında tamet daşları əsaslı təmir olunmuşdur.
Xətai pr. boyu yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları təmir olunmuş, görünüşə xələl primitiv reklamlar sökülərək yenisi ilə əvəz olunmuşdur. “Sevil Qazıyeva” parkında cari təmir işləri aparılmış, “Qış parkı”nda oturacaqlar rənglənmişdir.
“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin xidmətində 16 ədəd istilik məntəqəsi, 25 ədəd qazanxana vardır. Mövsüm ərzində 217 yaşayış binası, 5 səhiyyə , 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunmuşdur.
2022-ci ilin keçən dövründə məhəllə daxili və aşağı paylama istilik xətlərində bir sıra ünvanlarda yaranan qüsurlar aradan qaldırılmışdır. O cümlədən, H.Seyidzadə küçəsi 18 ünvanında L=6 m D=159 mm borunun, S.Rüstəm küçəsi 33 ünvanında L=14 m D=159 mm borunun, H.B.Əliyev küçəsi 38 ünvanında L=18 m D=57 mm borunun, A.Mustafayev küçəsi 17 ünvanında L=10 m D=159 mm borunun qüsurlu hissələri təmir olunmuşdur. Bakıxanov küçəsi 24 ünvanında L=48 m D=89 mm boru, 20 Yanvar 23a ünvanında L=8 m D= 114 mm boru, Mircəlal 60 ünvanında L=34 D=159 mm boru, Cavadxan 31 ünvanında L=15 m D=114 mm boru, A.Məhərrəmov 46 ünvanında L=10 m D=89 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
1 saylı İSİS-in ərazisində 15 aprel 2022-ci il tarixindən 2021-2022-ci il payız qış mövsümünün bitməsi ilə əlaqədar bütün qazanxana və istilik məntəqələrində hidravliki sınaqlar aparılmış, aşkarlanan qüsurlar tədbirlər planına salınaraq təmir bərpa işlərinə başlanılmışdır. Hal-hazırda tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.
Su və kanalizasiya xidmətləri üzrə 01 iyul 2022-ci il tarixinə olan məlumata əsasən, abonentlərin ümumi sayı 78839 nəfər: o cümlədən: əhali sektoru üzrə - 71752 abonent, qeyri-əhali sektoru üzrə-7087 abonent təşkil edir. 2-ci rübdə abonentlərin sayı 963 nəfər artmışdır. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 93.55%-i fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 6.45 % əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6 (altı) saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir. 78839 abonentin 73759-u su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 89.8 % təşkil edir. 2022-ci ilin 6(altı) ayı ərzində abonentlərə 6048233.0 m3 həcmində su satılmışdır.Göstərilən xidmətlərin dəyəri 8325100.2 manat olmuş, yığım 8316298.4 manat təşkil etmiş, yığım faizi 99.89% olmuşdur. 2022-ci ilin 6 ayı ərzində magistral və məhəllədaxili su kəmərlərində 5147 ünvanda, kanalizasiya şəbəkələrində isə 6076 ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır. Ümumi uzunluğu 1991.0 pm olan müxtəlif diametrli yeni su xətləri çəkilmiş və təmir olunmuşdur. Müxtəlif diametrə malik 12 ədəd yeni siyirtmə quraşdırılıb istismara verilmiş, 95 ədəd siyirtmə təmir olunmuşdur. 1632,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək, yenisi ilə əvəz edilmiş və ya təmir olunmuşdur. 2022-ci ilin 6 ayı ərzində 22558.0.0 pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 21713.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 2290 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 18 ədəd yağış barmaqlığı təmir olunub, 24 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır. Məhəllədaxili nasos stansiyalarında: 2022-ci ilin 6 ayı ərzində müxtəlif gücə malik elektrik mühərriki 4 ədəd əsaslı, 68 ədəd cari, müxtəlif markalı su nasosu 9 ədəd əsaslı, 73 ədəd isə cari təmir olunaraq istismara verilmişdir.Balansda olan 82 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 40 ədədi fəaliyyət göstərir. 2(iki) ünvanda ümumi həcmi 900.0 m3 olan su anbarı tərəfimizdən istismar olunur və aprel-may aylarında yuyulub-zərərsizləşdirilmişdir.8 ünvanda 59 metr müxtəlif en kəsikli kabel dəyişdirilmiş, 4 ünvanda nasosxana binasında 100.0 m2 təmir-abadlıq işləri aparılmışdır. Məhəllədaxili nasosxanalarda 4 ünvanda elektrik idarəetmə lövhələri yenilənmişdir.
2022-ci ilin 6 ayı ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
Yanvar ayının 7-də Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Yanvar ayının 19-da Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17-18.01.2022-ci il tarixlərdə 240 saylı tam orta məktəbdə Nəsimi rayon məktəbliləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Voleybol turniri keçirilmişdir. Turnirdə 14 saylı tam orta məktəbin komandası 1-ci, Texniki Humanitar Liseyin komandası 2-ci, Bakı Slavyan Universiteti nəzdində Məktəb Lisey Kompleksinin komandası isə 3-cü yerə layiq görülmüşdür. Qaliblər kubok diplom və medallarla təltif olunmuşlar.
Yanvar ayının 19-da Nəsimi rayon İcra Hakmiyyətində 20 Yanvar facəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri iştirak etmişdir. Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi. 20 yanvar faciəsinə həsr olunmuş şagirlərin əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb oldu. Tədbirin sonunda 100 nəfər 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.
Yanvar ayının 19-da 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar faciəsinin 32 -ci ildönümünə həsr olunmuş Anım Günü tədbiri keçirildi. Tədbirdə Nəsimi rayonu Gənclər İdman İdarəsinin rəisi, Nəsimi rayon məktəbliləri, mərkəzin kollektivi və dərnək üzvləri iştirak edirdi. Tədbirdə 20 Yanvar faciəsinin 32 -ci ildönümu ilə əlaqədar Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil olunmuş rəsm müsabiqəsinin iştirakçılarının rəsmlərindən və mərkəzin "Təsviri incəsənət və Bacarıqli əllər"dərnək üzvlərinin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur.
Yanvar ayının 20-də Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı və Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Qanlı İmperiya sonunun başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri, Hərb Tarix muzeyinin rəhbərliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri, Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Yanvar ayının 31-də Mənəvi Dünya İctimai Birliyi Gənclər günü ilə bağlı bayram konserti keçirib. Tədbirdə Nəsimi RİH başçısı Asif Əsgərov, Yasamal RİH başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Aqil Abbas və Kamran Bayramov, habelə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidməti, Diaspora ilə İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının təmsilçiləri, QHT və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsində iştirak etmiş əsgərlər və media nümayəndələri iştirak edib. Tədbirdə Elçin Ağazadə və Rövşən Ağayevin Azərbaycan gəncliyinin fədakarlığı və mənəvi yüksəkliyi haqda çəkdiyi qısametrajlı filmləri izlənilmişdir
Fevral ayının 2-də Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 100 nəfərdən çox qonağın iştirakı ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin üzvləri və Azərbaycan Dillər Universitetinin prorektoru və digər qonaqlar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 34 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatmışdır.
Fevral ayının 3-də Azərbyacan Tibb Universitetində Nəsimi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və "Consensus İntellectual Center"in birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında 2 fevral -Gənclər gününə həsr olunmuş Nə? Harada? Nə zaman? İntellektual oyunu keçirilib. Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, "Consensus Intellectual Center"in koordinatoru və tələbələr iştirak ediblər.
14 komandanın iştirak etdiyi yarışda Bakı Mühəndislik Universitetinin "Ədalətin BMU dünya" komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Gauntlet" komandası II, Azərbaycan Turizm və Menecment Universitetinin "Turist" komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunublar.
Fevral ayının 3-də Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Azərbaycan Gəncləri Günü – 25” adlı toplantı keçirilib.
Verdiyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru, Vətən Müharibəsi qaziləri, Tələbə Gənclər Təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər.
Tədbirin sonunda Nəsimi rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.
Fevral ayının 3-də Gənclər həftəsi çərçivəsində Nəsimi rayonu 240 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında 2 fevral - Gənclər Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib. Turnirin nəticələrinə əsasən Hədəf Liseyinin şagirdi Rəhimzadə İbrahim I, 14 saylı tam orta məktəbin şagirdi Məhəmmədəliyev Muhamməd II, 266 saylı tam orta məktəbin şagirdi Əsgərov İsmayıl isə III yerə layiq görülüblər. Qaliblər diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Fevral ayının 3-də Gənclər həftəsi çərçivəsində Nəsimi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr arasında 2 fevral - Gənclər Gününə həsr olunmuş Boulinq turniri keçirilmişdir. Yarışın nəticələrinə əsasən "Hədəf" komandası I, "Zəfər" komandası II, "Qələbə" komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunub.
Fevral ayının 3-də Vətən Müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Məmmədov Vuqar Elxan oğlunun ailəsinin yaşadığı Asif Məhərrəmov küçəsi 68a mənzil 49 ünvanında yerlələşən 3 otaqlı mənzildə başlanılmış əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı mənzilə baxış keçirərək mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Bu günə qədər rayon ərazisində yaşayan 6 Şəhid ailəsinin mənzili təmir edilib.
Fevral ayının 10-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
Fevral ayının 17-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi yad olunub.
Şəhid Ələsgərov Ələkbər İsgəndər oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Fevral ayının 18-də Bu günlərdə Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin bacısı Y. Solnsevanın dəvəti ilə şəhid ailəsini ziyarət ediblər.
Qeyd edək ki, ailənin istəyi nəzəra alınaraq yaşadıqları mənzildə əsaslı təmir işləri aparılıb, binanın fasad hissəsinə şəhid Solnsev Dmitriy Aleksandroviçin xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunmuşdur.
Fevral ayının 23-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitab hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Təqdimat Nəsimi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, rayonun təhsil ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri üzvləri və qazilərin, həmçinin orta məktəb şagirdlərinin iştirakı ilə keçirilib.
Fevral ayının 24-də Bu günlərdə Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun ailəsinin dəvəti ilə ziyarət olunub. Qeyd edək ki, ailənin istəyi nəzəra alınaraq yaşadıqları evinin qarşısında Şəhid Səfərov Məmmədağa Balakişi oğlunun xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunmuşdur.
Fevral ayının 24-də Nəsimi royon İcra Hakimiyyətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüş keçirilib.
Görüşdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul əməkdaşı Elgün Əlizadə, Sahibkarlığın İnkişaf Agentliyinin məsul əməkdaşı, Aqrar Kredit və İnkişaf Agentliyinin məsul əməkdaşı, Dövlət Məşğulluq Mərkəzinin əməkdaşı, şəhid ailələri və Vətən müharibəsi əlilləri iştirak edib.
Keçirilmiş görüşdə sahibkarlıqla məşğul olmaq istəyən şəhid ailələri və Vətən müharibəsi əlilləri biznesə başlamaq və inkişaf etdirmək üçün lazım olan dəstək tədbirləri müzakirə olunub, təklifləri dinlənilib, onların sahibkarlıq fəaliyyəti və dövlət dəstəyi mexanizmləri barədə sualları cavablandırılıb.
Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İ.Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq, yerlərdə aparılan ideoloji maarifləndirmə işini daha da gücləndirmək məqsədi ilə görüşlər təşkil olunmuşdur. Görüşə rayonun tanınmış ziyalıları, alimləri, politoloqları, ağsaqqalları, qaziləri və digər nüfuzlu şəxslərdən ibarət təbliğat qrupunun nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmuşdur.
Fevral ayının 25-də Xocalı faciəsinin otuzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir.
Faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil keçirilib.
Fevral ayının 25-də Xocalı soyqırımının 30-cu il dönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar.
Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.
Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılıb.
Fevral ayının 25-də Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin direktoru, "Xocalı Soyqrımını tanıtma" ictimai birliyinin sədri, 1-ci Qarabağ müharibəsinin qazisi, Qaydasız döyüş üzrə Avropa çempionu və məktəblilər iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda Nəsimi rayon məktəbliləri arasında keçirilmiş Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" adlı inşa yazı və onlayn rəsm müsabiqələrinin qalibləri müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar. Kompozisiyanın iştirakçılarına isə fəxri fərmanlar təqdim edilib.
Eyni zamanda 46 saylı tam orta məktəbdə də, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı və “Stritbol” turniri keçirilib.
Daha sonra yarışlara start verilib. "Mahir nişançı" güllə atıcılığı turnirinin nəticələrinə görə 247 saylı tam orta məktəbin komandası I, 8 saylı tam orta məktəbin komandası II, 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb. “Stritbol” idman növü turnirinin nəticələrinə görə isə 164 saylı tam orta məktəbin komandası I, 46 saylı tam orta məktəbin komandası II, 211 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.
Fevral ayının 25-də Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir. Faciənin 30-cu ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində Xocalı sakinləri ilə görüş keçirilmişdir.
Fevral ayının 28-də Vətən müharibəsi Şəhidi Babayev Elvin Əkbər oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Mart ayının 3-də 4-cü mkr. Mir Cəlal küşəsi 40 ünvanda 247 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Mart ayının 3-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi yad olunub.Şəhid Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Mart ayının 4-də Şuşa istiqamətində hərbi maşının aşması nəticəsində həlak olan Əsgər Kazımov Vüsal Vüqar oğlunun ailə üzvlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Müdafiə Nazirliyi nümayəndələrinin və Nəsimi rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirildi. 03.02.2022 –ci il tarixdə Şuşa istiqamətində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunmuşdu. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mart ayının 5-də 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid anaları, qazi ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbiri geniş qeyd olunub. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.
Mart ayının 10-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.
Mart ayının 10-da Mir Qasımov küşəsi 6 ünvanda 42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Mart ayının 15-də Nəsimi rayonunda Sevil Qazıyeva adına parkda cari təmir işlərinin aparılmasına başlanılıb. Parkda istinad divarlarının aqlay üzlükləri təmir olunur, tamet daşları və oturacaqlar bərpa edilir, mövcud ağaclar budanılır, parkdakı fəvvarənin işlək vəziyyətə gətirilməsi üçün təmir işləri görülür, ümumi təmizlik işləri və səliqə-səhman yaradılır,I şlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Mart ayının 16-da Rəşid Behbudov küşəsi 11 ünvanda 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Mart ayının 16-da Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Mart ayının 17-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Mart ayının 17-də Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Mart ayının 17-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə rayon sakinləri, Vətən Müharibəsi veteranları, əlliləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin ictimaiyyət nümayəndələri və üzvləri, rayonun aztəminatlı sakinləri iştirak edirdilər. Eyni zamanda bayram münasibətilə rayon ərazisində yaşayan 2000-ə yaxın ailəyə bayram sovqatları paylanılıb.
Mart ayının 19-da 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Sevinir ellər”, “Yurdumuza bahar gəlir”adlı tədbir keçirildi. Tədbirdə çıxış edən dərnək üzvləri bu il Azərbaycanda keçirilən Novruz şənliklərini xüsusi sevinc ilə keçirildiyini qeyd olundu. Tədbirdə həmçinin qeyd olundu ki, Şuşada yandırılan bayram tonqalının sevinci 30 ildən sonra azad olunmuş torpaqlarımızda keçirilən Novruz bayramı xalqımıza ən böyük sevinc bəxş edib. Tədbirdə Mərkəzin Ədəbi diyarşünaslıq, Uşaq xalq rəqsləri, xalq çalğı alətləri, bədii qiraət dərnəklərinin üzvləri iştirak etdirdi.
Mart ayının 19-da Rəşhid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz bayramına həsr olunmuş şənlik keçirildi. Tədbirdə II Qarabağ müharibəsi şəhid və qazilərin övladları, Nəsimi Rayon İcra Hakimiyyətinin I müavini Gülarə Verdiyeva, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova və Nəsimi Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev iştirak ediblər.
Mart ayının 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib. Bayram tədbirində Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları, rayon gəncləri, müharibə veteranları və ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirin sonunda atəşfəşanlıq oldu.
Mart ayının 24-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Mart ayının 28-də Vətən müharibəsi Şəhidi Məmmədov Vuqar Elxan oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Ailənin istəyi nəzəra alınaraq yaşadıqları mənzildə əsaslı təmir işləri aparılıb, binanın fasad hissəsinə şəhid Məmmədov Vuqar Elxan oğlunun xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunub.
Mart ayının 30-da 4-cü mkr. 20 Yanvar küşəsi 7a ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Mart ayının 30-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Nəsimi Rayon Təşkilatının akt zalında “Ulu Öndər Heydər Əliyevin irsi və gənclər”, “İlham Əliyevin çox şaxəli siyasəti və müasir Azərbaycan” “Azərbaycan Respublikası Birinci-vitse prezidenti Mehriban Əliyevanın qazi və şəhid ailələrinə qayğısı” mövzularında növbəti seminar keçirildi.
Mart ayının 31-də 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində tədbir keçirilib.
Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyqrırımı ilə əlaqədar Nəsimi rayon ictimaiyyəti və rayon gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxıldı.
Mart ayının 31-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Aprel ayının 1-də rayon ərazisində yerləşən Vaqif prospekti boyu parkda və Muğan bağında yerləşən istismara yararsız vəziyyətdə olan oturacaqlar yenisi ilə əvəz olunub, yol kənarı və parklarda mövcud gecə işıq dirəklərinin boyanması və təmir işləri görülüb. Eyni zamanda Səməd Vurğun bağında da oturacaqlar və işıq dirəkləri cari təmir olunub, rayon ərazisinin mərkəzi küçə, prospetlərində əvvəlcədən nəzərdə tutulmuş yerlərə 150 ədəd kiçik tullantı qabları quraşdırılıb.
Aprel ayının 1-də L.Tolstoy küşəsi 187 ünvanda 1 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Aprel ayının 1-də Nəsimi rayonundada iməclik keçirildi. İməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar yuyuldu, ağaclar və yaşıllıq zolaqlarına mövsümü qulluq göstərildi, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüldü. Nəsimi rayon müəssisə, idarə və təşkilatları kollektivləri, rayon sakinləri bu iməclikdə fəal iştirak ediblər, həmçinin sahibkarlar və özəl sektorda çalışanlar da özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında yüksək fəallıq nümayiş etdiriblər
Aprel ayının 3-də Vətən müharibəsi Şəhidi Həsənov Teymur Mahal oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Aprel ayının 7-də Vətən müharibəsi Şəhidi Əliyev İmran Əli oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Aprel ayının 7-də Nəsimi rayonu A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi və şəhid İmran Əliyevin ad günü münasibəti ilə tədbir keçirildi. Tədbir əvvəlcə II Fəxri xiyabanda keçirilmiş, sonra məktəbin həyətində davam etdirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, şəhid ailələri və qazilər iştirak etdilər.
Aprel ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları məktəblilərin mövzulara aid sərgisi və əl işləri ilə tanış olmuşlar.Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər.
Təqdim olunmuş 23 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir.
Aprel ayının 9-da Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir. 9 aprel 2022-ci il tarixdə keçirilən ağacəkmə aksiyasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Nəsimi rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun Mir Cəlal və Cavadxan küçələri boyu yaşıllıq zolaqlarında 500 ədəd şam və sərv ağacları, 1000 ədəd mövsümü gül-çiçək əkilib, 2000-dən artıq ağaca isə quluq edilib.
Aprel ayının 12-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kazımov Vüsal Vüqar oğlunun məzarı ziyarət olundu. Əsgər Kazımov Vüsal Vüqar oğlunun ailə üzvlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin iştirakı ilə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Aprel ayının 13-də S.Rüstəm küşəsi 31 ünvanda 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Aprel ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətində məişət zorakılığı ilə bağlı işçi qrupları ilə görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin, Nəsimi rayon Gənclər və İdman İdarəsinin, Nəsimi rayon Polis İdarəsinin, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatının sədrləri iştirak ediblər.
Aprel ayının 14-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Nəsimi rayonu ümumtəhsil və ali təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə əslən Şuşalı olan şairlərimizin şerlərindən ibarət şer müsabiqəsinə start verildi.
Aprel ayının 15-də Vətən müharibəsi Şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Aprel ayının 15-də “Şuşa ili” ilə bağlı silsilə tədbirlər davam olaraq Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa ili” ilə bağlı “Qədim Qala, qədim torpaq-Əziz Şuşa!” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.
Aprel ayının 18-də Tarixi Abidələrin Mühafizəsi Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmişlər. Daha sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən Zorgenin xatirə - memarlıq kompleksində, “1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin, C.Cabbarlının və digər abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır.
Aprel ayının 20-də Mirzəağa Əliyev küşəsi 210 ünvanda “Vinter Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Aprel ayının 21-də Təsviri Sənət Qalereyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin əsas məqsədi “Türkiyə - Azərbaycan dostluğu”nu türkiyəli və azərbaycanlı uşaqların gözü ilə görmək və hər iki ölkə arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Azərbaycan Respublikasının regionlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və Türkiyə Respublikasının şagirdləri arasında təşkil olunan müsabiqəyə 700-ə yaxın rəsm işi göndərilmişdir. Peşəkar münsiflər heyəti tərəfindən türkiyəli və azərbaycanlı şagirdlər arasından 18 nəfər olmaqla, ümumilikdə 36 qalib müəyyən olunmuşdur.
Aprel ayının 21-də Vətən müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Aprel ayının 21-də Vətən uğrunda şəhid olmuş Azərbaycan Tibb Universitetinin məzun tələbələrinin xatirəsinə ucaldımış “Memorial Abidə Kompleksi”nin açılış mərasimi keçirildi. Döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyətinin ATU-nun yetirmələri olduğu vurğulandı və xatirəsinin əbədiləşdirməsi üçün 18 şəhidin adlarından ibarət hazırlanan “ Memorial Abidə Kompleksi”nin açılış mərasiminə toplanılması qeyd olundu. Tədbir iştirakçıları, şəhid aillələrinin Şəhid məzunların adları həkk olunmuş abidənin önünə gül-çiçək dəstələri düzdülər.
Aprel ayının 21-də Hyatt Regency Konfrans Mərkəzində Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun şərəfli həyat yoluna həsr edilmiş “Rəşadətli Ömür” adlı sənədli filmin təqdimatı keçirildi. Tədbirin sonunda torpaqlarımızın azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda canından keçən Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun bareliyefinin açılış mərasimi keçirildi.
Aprel ayının 22-də Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Niaqara şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilərinin, 20 Yanvar və Çernobıl əlillərinin və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir.
Aprel ayının 22-də Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilmişdir. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini polkovnik Vidadi Cahangirov, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişlər. 22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri Şahin komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan edilib.
Aprel ayının 25-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatında qanvermə aksiyası keçirildi. Aksiyada rayonun idarə, müəssisə və təşkialat rəhbərləri iştirak ediblər. İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilat kollektivləri fəal iştirak etdilər. Qanvermə aksiyasında 300 nəfərdən artıq əməkdaş iştirak edib.
Aprel ayının 26-da 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın 36-cı ildönümü ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilildi. Tədbirin sonunda Çernobıl əlillərinə ərzaq bağlamaları təqdim olundu.
Aprel ayının 26-da Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Nəsimi rayonunun məktəbdənkənar müəssisələrinin şagirdləri arasında rəsm müsabiqəsinə start verildi.
Aprel ayının 27-də 5-ci mkr. 20 Yanvar küşəsi 5 ünvanda 211 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
Aprel ayının 28-də görkəmli alim-oftalmoloq, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ. Averbax adına mükafatı laureatı, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 99 illiyi ilə bağlı Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə rayonun müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilmişdir. Batıgöz Göz Klinikasında ixtisaslı həkimləri tərəfindən sakinlərin görmə qabiliyyətləri müəyyən edilib, gözlərdə miopiya, hipermetropiya və astiqmatizm kimi xəstəliklər yoxlanılmış, eynək lazım olub olmadığını müəyyən etmək üçün refraktometrin köməyi ilə ölçmələr həyata keçirilmiş, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılmışdır. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, məsləhətlər və ambulator müalicə üçün müvafiq reseptlər verilib.
Aprel ayının 28-də Azərbaycan Tibb Universitetində Azərbaycan Tibb Universiteti Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları “Zirvələrə yüksələn zərif insan ömrü” filminə tamaşa etdilər. Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic göz eynəkləri təqdim edildi və 1 nəfər şagirdin hər iki gözdən əməliyyat olunacağı qeyd olundu.
Aprel ayının 29-da Nəsimi rayon İcra Hakimiyyətində “Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş keçirildi. Tədbirdə rayon rəhbərliyi, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak etdilər. Qalib komandalar və hərbi rəhbərləri diplom, medal və fəxri fərmanla təltif olundular. Yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 - 10-cu sinif şagirdləri iştirak ediblər. Komandalar yarışın 4 mərhələsi üzrə öz qüvvələrini sınayıb, hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası I yerə, 42 saylı tam orta məktəbin komandası II yerə, 19 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Rayon mərhələsinin qalibi olmuş 23 saylı məktəbin komandası Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.
Aprel ayının 29-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Aprel ayının 30-da Nəsimi rayonu Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Mənim şanlı bayrağım” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin “Mənim şanlı bayrağım” mövzusunda hazırladıqları rəsm və əl işlərindən təşkil edilmiş sərginin açılışı oldu, qonaqlar tərəfindən sərgiyə baxış keçirildi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında qürur mənbəyimiz olan Dövlət bayrağına həsr edilmiş şeir və musiqi kompozisiyaları, rəqslər təqdim olundu.
Aprel ayının 30-da Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda Vətən müharibəsi Şəhid ailələri ziyarət olundu. Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir. Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Bayram ərəfəsində ümumilikdə rayon ərazisində yaşayan 1000-dən artıq ailəyə bayram sovqatları paylanılıb.
May ayının 5-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans keçirildi. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı, Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, iqtisad elmləri doktoru, BSU-nun rektoru, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.
May ayının 5-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi yad olunub. Şəhid Ələsgərov Ələkbər İsgəndər oğlunun və Şəhid Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
May ayının 5-də Dağıstan küşəsi 36 ünvanda 151 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
May ayının 7-də Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirildi. Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.
May ayının 7-də Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçı ilə Nəsimi rayon İcra Hakimiyyətində görüş olub. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2 qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edərək, Azərbaycan – Türkiyə əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi. Daha sonra xatirə şəkilləri çəkildi.
May ayının 9-da II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçılarının və əlillərin qonağı olmuş və onlara hədiyyələr verilmişdir.
May ayının 9-da “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu 22 saylı uşaq bağçasında “Xarı bülbül ətirli Şuşam mənim” adlı tədbir keçirildi. Məktəbəqər uşaqların vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
May ayının 9-da Nəsimi rayon İcra Hakimiyyəti Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi ilə birgə məktəbin akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
May ayının 10-da Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
May ayının 10-da Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirildi. Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.
May ayının 10-da Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universietinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələri sədrlərinin, bir qrup Vətən müharibəsi şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, rayon ziyalılarının, veteranlarının, ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı geniş tədbir keçirildi.
May ayının 11-də Ş.Əzizbəyov küşəsi 108 ünvanda 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
May ayının 12-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi yad olundu. Şəhid Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.
May ayının 14-də Nəsimi rayonu Ağabəy Novruzov adına 46 nömrəli tam orta məktəbdə “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və pedaqoji işçilər iştirak edib.
May ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətində 15 İyun-Beynəlxalq Ailə günü münasibətilə gənclərlə yaşlı nəslin görüşü keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, elm və mədəniyyət işçiləri və gənclər iştirak ediblər. Görüşdə iştirak edən Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri və Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri çıxışlarında Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ailə siyasətinin formalaşmasının, ailə dəyərlərini, ailə ənənələrini, milli-mənəvi dəyərlərimizə sədaqəti, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyətinin görüş iştirakçılarının diqqətinə çatdıblar.
May ayının 18-də S.Vurğun küşəsi 112 ünvanda MKTB-nin akt zalında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
May ayının 18-də “Şuşa ili” ilə əlaqədar Nəsimi rayonu İcra Hakimiyyəti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı teatrında “Şuşa,sən azadsan” adlı konserti keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, rayonun məsul əməkdaşları, şəhid ailələri, qazilər, pedaqoji işçilər və tələbələr iştirak etdilər.
May ayının 18-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Nəsimi rayonunda milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Məlahət İbrahimqızı, “Dağ Yəhudiləri” dini icmasının rəhbəri Milix Yevdayev və rayon gəncləri iştirak ediblər.bSonda Nəsimi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsi tərəfindən elan olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində fəal iştirak edən bir qrup müəllimə Fəxri Fərmanlar təqdim edilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilmiş “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” adlı inşa yazı müsabiqəsinin qalibləri diplom, medal və hədiyyələrlə təltif olundular.
May ayının 18-də 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan tarixi muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə şagirdlər Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış olublar. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi. Sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus ev əşyalarları, indiyədək qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış oldular.
May ayının 19-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
May ayının 21-də paytaxtın bütün ərazilərində olduğu kimi Nəsimi rayonundada iməclik keçirildi. Rayon ərazisində keçirilən iməcilik zamanı parklarda və bağlarda yerləşən heykəllər və abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılıb. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından ən böyük əhəmiyyət daşıyır, və onların qorunması daim diqqət mərkəzindədir.
May ayının 25-də 2-ci mkr. H.Seyidzadə küşəsi 27 ünvanda 9 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
May ayının 26-da “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərdə görüş keçirildi. Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülarə Verdiyeva, Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəlikləri yanında monitorinq qrupunun üzvləri iştirak ediblər.
May ayının 26-da Nəsimi rayon İcra Hakimiyyəti 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Şuşa ili” çərçivəsində 28 May- Respublika Gününə həsr olunmuş “Qüdrətinlə fəxr edirik, Azərbaycan! ” adlı ədəbi – bədii tədbir keçirildi. TədbirdəTürkiyə Respublikası Antalya Böyük şəhər Bələdiyyəsinin Genəl sekretər müdiri Durmuş Ali Arslan, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhər üzrə Təhsil İdarəsinin aparıcı məsləthətçiləri, şəhid ailələri, Azərbaycan Respublikasının xalq artisti Əli Nur, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov iştirak etdilər.
May ayının 26-da ATU-da “Şuşa ili”nə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayon YAP sədri Azər Süleymanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkologiya Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov, millət vəkili İlham Əhmədov, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Aydın Nuri və digər qurumların nümayəndələri iştirak etdilər.
May ayının 26-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
May ayının 27-də Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, dördqat Olimpiya çempionu Natali Rəcəbli və şagirdlər iştirak etdilər. Tədbirdə azad olunmuş torpaqlarımız- Şuşa, Laçın, Füzuli, Ağdam, Kəlbəcər və Qubadlı rayonlarının tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini və mətbəxini əks etdirən sərgi nümayiş olundu, məktəbin 6 cı sinif şagirdlərinin hazırladıqları həmin rayonlar haqqında şer, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bağışladı.
May ayının 28-də Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Səndə vardır başqa lətafət Şuşa-270” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, şəhid ailələri, qazilər və şagirdlər iştirak etdilər. Əvvəlcə qonaqlar məktəbin foyesində sərgi ilə tanış oldular. Sərgidə vətən müharibəsi haqqında, Şuşa haqqında kitab sərgisi, Şuşanın görkəmli şəxsiyyətlərinin portretləri, qədim məişət əşyaları sərgidə öz əksini tapmışdır. Sonra Şuşa haqqında videçarx təqdim olunmuş, şagirdlərin hazırladıqları rəqsləri və ədəbi-bədii kompazisiyalar tədbir iştirakçılarına xoş ovqat bağışladı.
May ayının 31-də Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nin “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər festivalı" adlı idman yarışlarının təltif olunma mərasimi keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Tibb Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatının sədri, "Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, ATU-nin "Təbib" idman klubunun sədri və digər şəxslər iştirak ediblər. Mayın 28-dən 30-dək keçirilən idman yarışlarında 10 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, stritbol, voleybol (oğlanlar), voleybol (qızlar) idman növləri üzrə öz güclərini sınayıblar. Şahmat, badminton, stolüstü tennis, və voleybol (oğlanlar) idman növləri üzrə Azərbaycan Tibb Universitetinin komandaları, stritbol və voleybol (qızlar) idman növlərində Azərbaycan Dillər Universitetinin komandaları, futzal idman növündə isə Bakı Dövlət Universitetinin komandası I yerin sahibi olublar. Qaliblər kubok, diplom və medallarla təltif olundular. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə bir qrup könüllü gəncə isə təşəkkürnamələr verildi.
İyun ayının 1-də Nəsimi Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi 5-ci mkr. A.Məhərrəmov küşəsi 64-4/66 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
İyun ayının 1-də Nəsimi Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb. Eyni zamanda onlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonra uşaqlara hədiyyələr təqdim edilib.
Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1 nömrəli Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət etmiş, rayon İcra Hakimiyyəti tərəfindən onlara bayram sovqatları verildi. Sonda Nəsimi rayonunda yaşayan 5 uşaqlı, 4 uşaqlı və 3 uşaqlı ailələrin evlərinə ziyarət olunmuş və onlara bayram hədiyyələri təqdim olundu.
İyun ayının 1-də Nəsimi rayonunda da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yerləşən Zabitlər Parkında uşaqlar üçün əyləncəli bayram tədbiri keçirilib.
İyun ayının 1-də 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zabitlər Parkında keçirilən bayram tədbirində qazi və şəhid uşaqları iştirak etdilər. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Dövlət Sirki tərəfindən hazırlanmış maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi şou proqramlarla davam etmişdir. Sonra uşaqlara hədiyyələr təqdim edilib.
İyun ayının 2-də Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Görülən işlər çərçivəsində Nəsimi rayonu ərazisində hasara alınmış boş sahələrdə yanğın təhlükəsi olan ərazilər quru otlardan təmizlənərək sanitar-təmizlik işləri aparılır, eyni zamanda mövcud yaşıllıqlar bərpa olunur. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.
İyun ayının 2-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
İyun ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan hüquqları” günü kimi qeyd olunur. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il may ayının 18-dən iyunun 18-dək respublikamızda olduğu kimi Nəsimi rayonunda da insan hüquqları aylığı keçirilir .Bu silsilə tədbirlər çərvisində A.Rəhimov adına 247 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirin əvvəlində məktəbin şagirdlərinin əl işlərindən ibarət insan hüquq və azadlıqlarının qorunması mövzusunda sərgi keçirildi. Daha sonra şagirdlərin iştirakı ilə vətənimizin şanlı tarixini, qəhrəmanlıq səlnaməsini, təbiətinin gözəlliyini, zəngin mədəniyyətini əks etdirən şerlər səsləndirilmiş, nümunəvi səhnəciklər göstərilərək, musiqi nömrələri dinlənilmişdir.
İyun ayının 4-də Nəsimi rayon İcra Hakimiyyəti və 19 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar “Unutmarıq, Unutdurmarıq” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 19 nömrəli tam orta məktəbin kollektivi, şagirdləri və şəhid Rauf Əliyevin valideynləri iştirak ediblər. Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiyalar tədbir iştirakçılarına təqdim olundu.
İyun ayının 4-də Vətən müharibəsi Şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb..
İyun ayının 8-də Nəsimi rayonu ərazisində yerləşən “Qış parkında” “Öyrən, əylən, peşəni seç” devizi ilə Peşələr Festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd festival iştirakçılarına peşələr üzrə inkişaf yolu tapmaqda dəstək göstərmək, onların gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmələrindən ibarətdir. Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
İyun ayının 8-də İyunun 7-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən yerli təşkilatın qərargahında 15 İyun - Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nəsimi rayonun ictimai və siyasi həyatından xidmətləri olan bir qrup şəxsə diplomlar təqdim edildi.
İyun ayının 8-də 1-ci mkr. Moskva pr. 90 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
İyun ayının 9-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
İyun ayının 10-da Ölkəmizi dünyada tanıdan “Förmula 1” yarışı iyun ayının 10-12 tarixlərində keçiriləcək. Bununla əlaqədar Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etməsi üçün xüsusi avtobus ayrılmış, onlara xüsusi forma verilmiş və yarışda iştirak etmişlər. Yarışa mərhələli şəkildə 11 və 12 iyun tarixlərində də şəhid ailəri və qazilər iştirak edəcəklər.
İyun ayının 11-də Ölkəmizi dünyada tanıdan “ Förmula 1” yarışı iyun ayının 10-12 tarixlərində keçiriləcək. Bununla əlaqədar Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etməsi üçün xüsusi avtobus ayrılmış, onlara xüsusi forma verilmiş və yarışda iştirak ediblər.
İyun ayının 12-də Ölkəmizi dünyada tanıdan “Formula 1” Qran-Pri yarışı iyun ayının 10-12 tarixlərində keçirildi. Bununla əlaqədar Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etməsi üçün xüsusi avtobus ayrılmış, onlara xüsusi forma verilmiş və yarışda iştirak ediblər.
İyun ayının 13-də “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonu S.Poladi adına 159 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji işçilər və şagirdlər iştirak ediblər.
İyun ayının 14-də Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olundu. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər
İyun ayının 14-də Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olundu.
İyun ayının 14-də 15 İyun-Milli Qurtuluş Günü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı 3-cü mkr-n A.Mustafayev küçəsi 41 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılaraq sakinlərin istifadəsinə verilib, məhəllədə şəhidin adını daşıyan Cüdo İdman Klubu fəaliyyətə başlayıb.Abadlıq işlərindən öncə şəhid Hacırza Rzayevin valideynlərinin yaşadığı A.Mustafayev küçəsi 41 saylı evin 2 otaqlı, 28 nömrəli mənzilində də əsaslı təmir işləri aparılıb.
İyun ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş günü münasibətilə Dövlət Neft və Sənaye Universitetində “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə Millət Vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər.
Tədbir tanınmış incəsənət ustalarının, universitetin rəqs qrupunun və Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
İyun ayının 16-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
İyun ayının 17-də Bülbül pr. 36 ünvanda 46 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
İyun ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətində Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər. Tədbirin sonunda bir qrup səhiyyə işçiləri rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundu.
İyun ayının 18-də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə yaradılan Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanındakı ümumi sahəsi 1 ha-dan artıq ərazini əhatə edən Zəfər bağına Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən baxış keçirilib.
İyun ayının 20-də Nəsimi Bələdiyyəsində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirildi.
Görüşdə “Məişət zorakılığına məruz qaldığınız və zorakılığın şahidi olduğunuz halda SUSMAYIN.” adlı təbliğat bukletləri işçi qrupuna paylandı.
İyun ayının 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi. Tədbirdə hər iki mərkəzin bədii kollektivləri gözəl mahnıları və maraqlı süjeti ilə seçilən rəngarəng rəqsləri ilə böyük konsert proqramı təqdim etdilər.
İyun ayının 21-də Rəşid Behbudov adına Mahnı Teatrında Nəsimi rayonu Hüseyn Sarabski adına 7 nömrəli Musiqi məktəbinin məzunu Beynəlxalq müsabiqələr laureatı Amin Bünyatovun “5 Baharın Bəhəri” adlı solo konserti keçirildi.
İyun ayının 21-də Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20.06.2022-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirildi.Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlar hər biri fərdi qaydada dinlənilərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirildi.
İyun ayının 21-də Nəsimi rayon İcra Hakimiyyətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə STARTAP lahiyəsi çərçivəsində dövlət və qeyri-dövlət müəssisələrinin nümayəndələrinin, gənc sahibkarların iştirakı ilə ilə görüş keçirildi.
Görüşdə sahibkarların qarşılaşdığı problemlərdən söz açıldı və bu istiqamətdə məsələlərin həlli üçün müvafiq müzakirələr aparıldı.
İyun ayının 21-də Nəsimi rayonunda, Lütfi Zadə adına Texniki Humanitar Liseyinində rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhid Aqşin Novruzovun ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə“ medalları ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Novruzov Aqşin Şahin oğlunun xatirə lövhəsinin açılışı olub. Tədbirdə liseyin şagirdlərin ifasından şerlər və kompazisiyalar nümayiş etdirildi.
İyun ayının 22-də Ə.Qasımov küçəsi 72 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.
İyun ayının 23-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
İyun ayının 23-də ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
İyun ayının 23-də ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu.
İyun ayının 25-də 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Sağlam gələcəyi seç – Bizdən biri ol!” şüarı altında YAP fəallarının iştirakı ilə Nəsimi rayonunda fləşmob keçirilib.
İyun ayının 26-da 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yeni mənzilə köçməsi ilə əlaqədar Vətən Müharibəsi əlili Quluzadə Kamal Teyyub oğlunun ailəsini ziyarət edərək, ailəyə yeni mebel dəsti hədiyyə edib.
İyun ayının 26-də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində olduğu kimi Nəsimi rayonunda da hərbi orkestrlərin nümunəvi çıxışları olub.
İyun ayının 29-da Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilməsi ilə paytaxtımıza çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi, eyni zamanda paytaxt sakinlərinin kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.
İyun ayının 30-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. ayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhid Ələkbərov Ələsgər İsgəndər oğlunun və Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Nəsimi rayonu ərazisində yaşayış binalarında (zirzəmi, 1-ci və s. mərtəbələrdə) qazdan istifadə etməklə fəaliyyət göstərən iaşə və digər xidmət obyektlərində təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı monitorinqlərin keçirilməsinə başlanmışdır. Bu məqsədlə rayon İcra hakimiyyətinin sərəncamı ilə komissiya yaradılmışdır. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, RİHBA-nın məsul əməkdaşları, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Rayon Polis İdarəsinin, Azəriqaz İstehsalat Birliyinin Mərkəzi Xidmət Sahəsinin, Ərazi Dövlət Yanğın İdarəsinin, Rayon Elektrikşəbəkə və Sukanal İdarələrinin nümayəndələrindən ibarət komissiyanın tərkibi təsdiq edilmişdir.
Sərəncamla tabeçiliyindən asılı olmayaraq balanssaxlayıcıların (MKİS, MTK, MMC və s.) nümayəndələrindən ibarət işçi qrupları təşkil edilərək monitorinqlərin aparılması, qəza riskləri müəyyən edildikdə çatışmamazlıqların aradan qaldırılmasının zəruriliyi barədə obyekt sahibinə (istifadəçisinə) xəbərdarlıq edilməsi, aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi, o cümlədən mayeləşdirilmiş qaz (propan) aşkar edildiyi təqdirdə demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılması işlərinin aparılması bir vəzifə kimi qarşıya qoyulub.
Rayonun mərkəz hissəsində və digər ünvanlarda yerləşən ictimai-iaşə obyektlərində monitorinqlər keçirilmiş, real vəziyyət yerində öyrənilərək gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsi tədbirləri görülür.
Məsələ ciddi nəzarətdə saxlanılır və rayonun digər ərazilərində də monitorinq tədbirləri davam etdirilir.
Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Cari ilin 6 ayı ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar və aprel aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Rrezidentinin imzaladığı Fərman və Sərəncamların, Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə 2022-ci il üçün İş Planı təsdiq edilmişdir. Təsdiq edilmiş illik İş Planı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Hazırda bu sahələr üzrə zəruri tədbirlər həyata keçirilməkdədir. Milli Fəaliyyət Planının icrası ilə bağlı sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşlərdə, xüsusilə səyyar qəbullarda həyata keçirilən tədbirlərin geniş təşviqi, ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə işlər görülməkdədir. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat dövründə nəzarət qaydasında , korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr keçirilmiş, fərdi söhbətlər aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq edilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzarətdə saxlanmışdır. Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, rayon İcra Hakimiyyətinin hesabatlarının İnternet səhifəsində açıqlanması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. Keçən dövrdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi, etika məsələlərini əhatə edən mövzular üzrə də təlimlər, fərdi söhbətlər keçirilməkdədir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
2022-ci ilin 6 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2022-ci ilin 6 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1564 ərizə və müraciət ( 2021-ci ilin 6 ayı 1529 ərizə) daxil olmuşdur.
Onlardan 350-si Prezidentin Administrasiyasından,
13-ü Milli Məclisdən,
21-i Nazirlər Kabinetindən,
258-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
922-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 187-i təkrar, 115-ii kollektiv ərizələrdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2022-ci ilin 6 ayı ərzində 16 səyyar qəbul keçirilmiş, 2 minə qədər sakinin iştirak etdiyi qəbullarda 184 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin iyulun 15-də altı ayın yekunları ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.