Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin iyulun 11-də ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə ilin birinci yarısında görülmüş işlər haqqında
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur.
Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin iyul ayının 11-də sədrliyi ilə bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə məzmunlu çıxışı zamanı verdiyi mühüm bəyanatlardan və istinad etdiyi statistik rəqəmlərdən aydın görmək olur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edərək ilin əvvəlində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atıldığını, ilin sonuna qədər isə ölkəmizin uğurlu inkişafının təmin ediləcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı bu ilin 6 ayında isə respublikamızın dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektorununda nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi, düşməndən təmizlənən iqtisadi rayonların bərpası və iqtisadi-sosial sahələrdə islahatların davam etdirilməsinin qarşıya əsas vəzifələr kimi qoyulduğunu bildirib. Müşavirədə hesabat dövründə iqtisadiyyatın davamlı inkişafını əks etdirən göstəricilər də diqqətə çatdırılıb. Qeyri-neft sənayesində 6,5 faiz artım əldə olunduğu, qeyri-neft sektorunun, ümumiyyətlə, 3 faizdən çox yüksəldiyi vurğulanıb.
Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bildirən rəqəmlərin əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.
Hesabat dövründə ÜDM istehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi isə ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib. Məhz bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayı 35-ə çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsində isə ümumi investisiya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb və onlardan 8-i fəaliyyətə başlayıb.
Müşavirədə qeyd edilib ki, cari ilin 6 ayı ərzində ölkənin maliyyə vəziyyəti də yaxşılaşıb. Buna isə, ilk növbədə, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin olunması kimi amillər sayəsində nail olunub. Belə bir şərait təbii ki, büdcəyə yenidən baxılmasını və dürüstləşmə aparılmasını şərtləndirib. Ümumiyyətlə, hesabat dövründə proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanılması büdcəyə yenidən baxılması zərurətini qarşıya çıxarıb.
Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər sırasında, ilk növbədə, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə ata-baba yurdlarına qayıdışının təmin edilməsi, bu zəmində Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsi xüsusi yer tutur.
Büdcəyə dəyişikliklərin edilməsini zəruri edən məsələlərdən biri də Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, daxildə və xaricdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən respublikamıza qarşı baş qaldıra biləcək istənilən təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Bütün bunlarla bərabər, beynəlxalq yardım proqramları və müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib.
Yeri gəlmişkən, müşavirədə bu məsələyə toxunan ölkə rəhbəri bu ilki dövlət büdcəsinin rekord həddə çatdığını, 33 milyard manatdan çox səviyyəyə qalxdığını bildirib. Onu da nəzərə alaq ki, ilin birinci yarısında respublikada təcili həllini gözləyən məsələlər də əldə edilən əlavə gəlirlərin müvafiq sahələr üzrə bölüşdürülməsini tezləşdirib. Prezident İlham Əliyev çıxışında bu barədə deyib: “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə sərf ediləcək. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir”.
Müşavirədə xarici dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərə də toxunulub. Yeri gəlmişkən, dövlətimizin başçısı tərəfindən bu məsələyə daim xüsusi diqqət yetirilib və müvafiq qurumlara xarici dövlət borcunun ümumi daxili məhsulun 10 faizi həddində saxlanılması tapşırığı verilib. “Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir”, – deyə ölkə rəhbəri bildirib.
Hesabat dövründə ölkədə həyata keçirilən idxal-ixrac əməliyyatlarından danışılarkən, xarici ticarət balansının müsbət - yəni, profisiti çox böyük səviyyədə qeydə alındığı vurğulanıb. Makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edildiyi, manatın məzənnəsinin sabit saxlanıldığı, belə bir halın dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biri olduğu deyilib və bütün bunlar düşünülmüş siyasətin təzahürü kimi dəyərləndirilib. Əlbəttə, Azərbaycanda bu, başqa cür də mümkün deyil. Çünki dövlət başçısının reallaşdırdığı siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Makroiqtisadi sabitlik isə təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Ölkəmizdə isə müşavirədə vurğulandığı kimi, həm minimum əməkhaqları, həm də minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel şəkildə manat sabit qalır.
Müşavirədə narahatlıq doğuran bir məqam–inflyasiyanın ikirəqəmli olması məsələsinə də diqqət yetirilib. Dövlətimizin başçısı Azərbaycanda bütövlükdə iqtisadi potensial və iqtisadi sahədə əldə edilən nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsinə çatmasının arzuolunan hal olmadığını, bununla belə ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə düşə biləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı qeyd edib ki, “ilk növbədə, özümüzü, müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır”.
Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu təsdiq edir. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Mövcud olduğu regionun lideri, sarsılmaz daxili sabitlik, iqtisadi inkişaf dinamikası, qlobal enerji təhlükəsizliyinin təminatında artan rol, geosiyasi mövqeyinə görə beynəlxalq sferada getdikcə daha çox diqqət mərkəzinə çevrilən ölkə olması bu gün Azərbaycanı xarakterizə edən əsas cəhətlərdəndir. Ölkəyə rəhbərlik etdiyi 20 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bunu beynəlxalq reytinq təşkilatları da hesabatlarında qeyd edirlər. Azərbaycanın bölgənin lideri olması, tam müstəqil siyasət həyata keçirməsi, böyük güclərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi bu qüdrətin ayrı-ayrı tərəfləridir. Ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik etməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bu uğurlar dövlət başçısı İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir. Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri bir daha həm ölkə rəhbərinin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir. Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi, yeni enerji layihələrinin işə düşməsi, o cümlədən iqtisadiyyatın digər sahələrində yeni layihələrə start verilməsi məhz müstəqil siyasətin və müstəqil dövlətçiliyin bəhrələridir. Xalqımız özünün iqtisadi resurslarının, təbii sərvətlərinin tam sahibidir və bunlardan səmərəli istifadə edir.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın həm də siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaradıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müasir müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza fəxarət bəxş etdi. Bütün bunlar həm də beynəlxalq miqyasda Azərbaycanın ən nüfuzlu dövlətlərdən biri olmasını şərtləndirir. Ölkəmiz dünya səviyyəsində mövqeyini hər keçən gün daha da gücləndirir. İndi təkcə Cənubi Qafqazda yox, onun sərhədlərini əhatə edən daha böyük coğrafi məkanda geosiyasətin konturları müəyyən edilərkən, xüsusən də yeni enerji layihələri, marşrut yolları cızılarkən mütləq Azərbaycanın maraq və istəkləri nəzərə alınır. Çünki Azərbaycan artıq bu geosiyasi məkanda önəmli aktorlardan biri kimi çıxış edir.
Azərbaycan mürəkkəb geostrateji regionda yerləşir və bu bölgə öz coğrafi mövqeyinə görə ayrı-ayrı güc mərkəzlərinin maraq dairələrinə daxildir. Bu, vəziyyəti gərginlikdə saxlayır. Tarixən belə olub, bu gün də belədir. Milli maraqları qorumaq üçün daima güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya ehtiyac var. Bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plandadır. Beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir. Ona görə də öz addımlarımızı buna uyğun atmalı, real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar edir və ölkəmiz buna artıq çoxdan başlayıb. Bunlar milli gücün əsas komponentləri və müstəqilliyimizi təmin edən vasitələrdir. Ona görə də Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Müzəffər Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bu, qürurvericidir. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Komando hərbi hissəsi yaradıldı. Ölkə başçımız bu cür hərbi hissələrin sayının artırılacağını da vurğulayıb. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Bu gün ölkəmizin sürətlə inkişaf edən hərbi sənayesi ordumuzu müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları ilə təchiz edir.
Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi istiqamətində cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Çünki Azərbaycan Prezidenti, eyni zamanda qlobal səviyyədə də mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli işlər görür. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir. Ölkə qarşısında duran bütün vəzifələrin həlli üçün həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var. Şanlı Qələbəmiz Azərbaycanın qarşısında postmüharibə dövründə yeni çağırışlar, yeni vəzifələr qoyur. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ölkəmizin gücünü göstərməklə inkişaf və tərəqqidə yeni mərhələnin başlanğıcı oldu. Hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma həyata keçirilməkdədir. Bu, eyni zamanda, Böyük Qayıdışın sürətlənməsinə xidmət edir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan şanlı qələbədən sonra dəfələrlə həmin regionlara baş çəkib, aparılan işlərlə yerindəcə tanış olub, tövsiyə və tapşırıqlarını verib. Zəngilan rayonunda "Ağıllı kənd" layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda infrastrukturun qurulması yönündə fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı yenidən canlandıracaq, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin edəcək. Məqsəd həm də bundan ibarətdir ki, yeni görkəm alacaq ərazilər ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlansın. Burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artım stimullaşdırılsın və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza yaransın. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.
Bütün bunlar bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
2023-cü il Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar – birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə, onun 100 illik Yubileyi ilə bağlı bir ildir.
Dünyada xalqlar üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. İnsan azad, suveren, demokratik dövlətdə yaşayırsa, bundan böyük xoşbəxtlik ola bilməz. Azərbaycan artıq 32 ildir ki, müstəqil demokratik, hüquqi və dünyəvi dövlətdir. Xalqımızın bu xoşbəxtliyə qovuşması uğrunda mübarizənin öndəri Ümummilli lider Heydər Əliyevdir.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu bir qərinəlik dövrü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq öz ölkəsinin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir”. Azərbaycan xalqı XX əsrin sonunda tarixi suverenliyinə məhz Heydər Əliyevin öndərliyi ilə qovuşmuş, yeni əsrə və yeni minilliyə də onun müəyyən etdiyi yol ilə qədəm qoymuşdur.
XX əsr Azərbaycan tarixinin 34 ilini ölkəsinin, xalqının nicatına, inkişafına həsr etmiş Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaratmış, xalqı milli müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanmışdır. Azərbaycan xalqının dünya şöhrətli tarixi şəxsiyyəti Ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. 1993–2003-cü illərdə onun apardığı daxili siyasət ölkənin genişmiqyaslı tərəqqisinə, hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarının təmin olunmasına xidmət etmişdir. Bu illərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətində sosial-iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, dinamik inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etmişdir.
Yeni Azərbaycanın qurucusu Heydər Əliyev ölkənin təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüyündən respublikanın milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində gərgin, səmərəli və yorulmaz fədakar fəaliyyət göstərmişdir. Həmçinin, bir çox əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanılmışdır.
Azərbaycana 34 il rəhbərlik etməklə Ulu öndər Azərbaycanın, bütün dünya azərbaycanlılarının lideri olmaqla bərabər, dünyanın böyük, dünyamiqyaslı xadimləri səviyyəsinə yüksəlmişdir. Türk dünyasının böyük lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən tarixi şəxsiyyət, böyük dövlət xadimi idi.
Azərbaycanın Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara, birliklərə daxil olması Ümummilli liderin xarici siyasətinin ən mühüm uğurlarından idi. Azərbaycan xalqının, tarixin XX əsrdə yetirdiyi dünya miqyaslı tarixi şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası, uzaqgörənliyi sayəsində iki əsrin və iki minilliyin qovşağındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə - XXI əsrə inamla qədəm qoymuşdu.
Xalqımızın dahi oğlu, Ümummilli lideri, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı, şərəfli ömür yolu, xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il 3623 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonu üzrə tədbirlər planı hazırlanmışdır. Nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə aparılması üçün zəruri təşkilatı hazırlıq görülməsi üçün RİH Başçısı yanında Şuranın geniş iclası keçirilmiş və istiqamətlər müəyyənləşdirilmişdir. Yarım il ərzində rayon üzrə nəzərdə tutulmuş çoxşaxəli tədbirlərin keçirilməsi təmin edilmişdir.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2023-cü ilin yanvar-iyun ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərini xeyli üstələmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonu üzrə ümumilikdə muzdlu işçilərin sayı 204455 nəfər olmuşdur. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1051,9 manat olmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq 2023-cü ilin müvafiq dövrü ərzində 2290 yeni iş yeri açılmışdır.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Hesabat dövründə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır.
Hesabat dövründə 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində quruculuq və abadlıq işləri davam etdirilmişdir. Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi bina 28,32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri aparılmışdır. Rayonun Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin işıqlandırılması üçün yeni işıqlandırma dirəkləri qoyulmuş və bu istiqamətdə digər ünvanlarda da işlər davam etdirilmişdir. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, mikrorayonlardakı digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilmişdir. Məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Asif Məhərrəmov 31, H.Seyidzadə 18, Cavadxan küçəsi 28 və 32 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam edir. Ümumi yaşayış binalarının fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, həyətlərə yeni asfalt örtüyü vurulmuşdur. Həyətlərdə torpaq işləri görülüb, bardur, tamet daşları və qazon örtüyü vurulur, istinad divarları hörülərək bərpa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, idman qurğuları, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılıb. Həyətə asfalt örtüyünün vurulub, yeni işıqlandırma sisteminin və yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması istiqamətdə tamamlanma işləri gedir. Həyətdə müxtəlif növ mövsümi güllər əkilir, yaşıllaşdırma işləri aparılır.
Nümayəndəlik ərazisində keçirilən iməciliklər zamanı rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların, oturacaqların təmizlənməsi həyata keçirilmişdir.
2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar rayon tədbirlərinin təşkilində yaxından iştirak edərək verilən tapşırıqların icrası təmin edilmişdir.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişdir.
2022–ci ilin dekabr ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış, materialların elektron variantda işlənilib mərkəzi bazaya yerləşdirilməsi işi hələ də davam etdirilir.
Nümayəndəlik altı ay ərzində əraziyə xidmət göstərən 13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri, MTK-lar, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmiş, rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.
Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Ərazidə qoyulmuş məişət tullantıları üçün konteynerlərdə sıradan çıxmış təkərlər yenisi ilə əvəz olunmuş, iki rəngdə olan konteynerə uyğun tullantıların sakinlər tərəfindən atılması MKİS işçiləri tərəfindən nəzarətdə saxlanılmış, rənglənmiş və nömrələnmiş, xeyli sayda oturacaqlar rənglənmiş, küçələrdə işıq dirəkləri və bardürlar yuyulmuş, ərazinin bəzi yerlərinə asfalt örtüyü vurulmuş, tamet döşənmiş, sakinlərin müraciəti əsasında evlərinin dam örtüyü təmir edilmişdir.
S.Vurğun küçəsində “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.
M.Topçubaşov, İ.Qasımov küçəsinin bəzi yerlərində asfalt örtüyü yenilənmişdir. “Abad Həyət” layihəsi çərçivəsində Səməd Vurğun 112 və 116 ünvanlarında yenidənquruculuq və abadlıq işləri yerinə yetirilmişdir.
Hesabat dövründə nümayəndəlikdə başqa sahələr də diqqət mərkəzində saxlanılmışdır. Ərazidə görülmüş tikinti işləri barədə də Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən nümayəndəliyin ərazisində şirkətlər tərəfindən işlər davam etdirilmişdir.
“Lider FN”, “Servis”, “Olimpus”, “Bakı Rifah”, “Pilot-16” və“Invest” şirkətlərində də işlər davam etdirilir.
Hesabat dövrü ərzində nümayəndəliyə rayon İcra Hakimiyyətindən 201 məktub, ərizə və şikayət daxil olmuşdur. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq müvafiq tədbirlər görülmüş və bütün müraciətlərə vaxtında cavab verilmişdir. Nümayəndəliyin ərazisi üzrə rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulları keçirilmiş, 82 müraciətə baxılmışdır.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik dövlət qurumları ilə sıx əməkdaşlıq etmiş, eyni zamanda rayon İcra Hakimiyyəti başçısının əmr, sərəncam və tapşırıqlarının vaxtında icra olunması təmin edilmişdir.
2023-ci ilin yanvar ayının ilk həftəsindən nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotunun dəqiqləşdirilməsi, yoxlanılması və həmin məlumatların yeni verilmiş 2023-2027-ci il üçün təsərrüfat uçotu kitablarına yazılmasına başlanılmışdır.
Mütəmadi olaraq ərazinin sanitar-epidemioloji vəziyyəti nümayəndəlik tərəfindən nəzarətdə saxlanılmış,ərazidə olan zibil qutularında, urnalarda zibilin yığılıb qalmaması üçün əraziyə xidmət göstərən MKİS-lərə müvafiq tapşırıqlar verilmişdir.
Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, eləcədə Füzuli küçəsində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurlar nəqliyyat və piyadaların hərəkətinə ciddi maneələr yaratdığı nəzərə alınaraq kiçik ölçülü qranit daşları sökülərək asfalt örtüyü ilə əvəz olunmuşdur.
44 günlük vətən müharibəsində qəhrəmancasına həlak olmuş Nəsimi rayon şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən inzibati ərazidə olan Gənclik küçəsi Elman Babaxanov, Maarif küçəsi (keçmiş Cəlil Məmmədquluzadə dön) Kərimli Hüseynin adına verilmişdir.
Yanvar ayından başlayaraq Şamil Əzizbəyov, Rəşid Behbudov, Süleyman Rüstəm, Elman Babaxanov, Şəmsi Bədəlbəyli və Dilarə Əliyeva küçələrində olan işıq dirəkləri yeniləri ilə əvəz olunması davam etdirilmişdir.
28 May küçəsi 6 ünvanında binanın fasad hissəsində təmir işləri davam etdirilir.
Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi, Süleyman Rəhimov, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli küçələrinin , Neft və Sənaye universitetinin qarşısında olan piyada səkilərinə yeni tamet daşları döşənmişdir.İnzibati ərazidə yerləşən Dəmiryolu Vağzalının qarşısında olan pilləkənlərin sökülərək yenidən qurulması işləri davam etdirilmişdir. Opera və Balet teatrının əsaslı təmir işləri davam etdirilir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazi “PMD GROUP” şirkəti tərəfindən aparılan söküntü işləri başa çatdırılmışdır. Hazırda ərazidə layihələndirməyə uyğun olaraq işlər davam etdirilir.
“Kubinka” adlanan ərazidə yerləşən C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, S.Əsgərov, Mərdanov qardaşları, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 188 saylı, 16.09.2020-ci il tarixli sərəncamı ilə “Vialon” MMC-nin istifadəsinə verilmişdir. Hal-hazırda şirkətlə ərazidə yaşayan sakinlər arasında danışıqlar prosesi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarına əsasən Nəsimi rayonunda , eyni zamanda inzibati ərazidə başlamış pilot layihələr “ Pilot İnşaat-A” MMC-( işlər yekunlaşdırılmış), “Malibo” MMC, “Yeni Ailə” MMC, “Məkan” MMC(işlər yekunlaşdırılmış), “Tac 1 Residence” MMC (işlər yarımçıq dayandırılmışdır) tərəfindən işlər davam etdirilir.
Küçə ticarətinin qarşısının alınması məqsədi ilə nümayəndəliyin əməkdaşları tərəfindən mütəmadi olaraq əraziyə nəzarət olunmuş, keçirilən reydlərdə qanunsuz ticarət aparan şəxslərə qanunvericiliyin tələbləri izah olunmuşdur.
2023-cü ilin 6 ayı ərzində vətəndaşların müraciətləri daim nəzarətdə saxlanılmış, səyyar görüşlərdə, keçirilən qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi və müvafiq izahatların verilməsi təmin olunmuşdur. 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə dövlət qurumlarından 40 məktub, vətəndaşlardan isə 58 ərizə daxil olmuşdur. Daxil olan ərizə və məktublar araşdırılaraq tərəfimizdən cavablandırılmışdır.
Cari ilin 6 ayı ərzində Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində abadlıq-qururculuq, normal sanitar vəziyyətin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
Rayon ərazisində ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” layihələri çərçivəsində və Rayon İcra Hakimiyyəti tərəfindən də “Abad həyət” layihəsi çərçivəsində işlər davam etdirilmişdir. S.Vurğun küçəsi 112 ünvanı, A. Məhərrəmov küçəsi 31,33 və 33b, Cavadxan 28,32 ünvanlarda geniş miqyaslı yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir. Azadlıq prospekti 87 saylı binanın fasadında əsaslı təmir işləri aparılmış və qəzalı eyvanlar bərpa olunmuşdur. H.B.Əliyev küçəsi 3, 5, və 7 saylı ünvanlarda “Bizim həyət” layihələri çərçivəsində təmir, abadlıq və yenidənqurma işləri başa çatıb və yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir. Hal-hazırda Cavadxan küçəsi 26 və 30 saylı ünvanda abadlıq işləri davam etdirilir.
Nəsimi rayonu, mikrorayonlar ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi ev 13 və 17a, Asif Məhərrəmov ev 33,35, Mir Cəlal ev 42, 20 yanvar ev 4,7,, H.B.Əliyev ev 1,3,, Moskva pr ev 90,92, Alı Mustafayev 4 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri başa çatdırılmışdır. Hazırlanmış layihəyə uyğun olaraq təmir gedən binaların fasadı, dam örtüyü əsaslı təmir edilib,ümumilikdə 44 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 80 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirmişdir. Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 8000 kv.m-dən artıq asfalt örtüyü, 1500 kv.m-ə yaxın qazon, 950 kv.m-dən artıq tamet daşı vurulub, 750 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 16 ədəd yeni zibil qutusu qoyulub, 900 kv.m. istinad divarı aqlay daşla üzlənib. Rayon ərazisində məhəllədaxili yollara və həyətlərə 20000 kv.m asfalt örtüyünün vurulması işləri davam edir.
Rayon ərazisində əvvəlcədən təyin olunmuş əhalinin sıx toplaşdığı yerlərə əlavə kiçik tutumlu zibil qabları qoyulmuşdur.
Rayon ərazisində yerləşən bütün park və bağlarda, xiyabanlarda yaz-yay mövsümünün başlanması ilə əlaqədar cair təmir işləri aparılaraq, 290 ədəd oturacaq cari təmir edilərək rənglənmişdir, işıqlandırma sistemi bərpa olunmuşdur. Rayon ərazisindəki yaşayış binalarında 750 kv.m. dam örtüyü təmir olunmuşdur.
Rayon ərazisində küçə və prospektlərə 150 ədəd kiçik tullantılar üçün qablar quraşdırılmışdır.
“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində olan 22 məhəllədaxili, 2 modul,1 ədəd RİQ,16 ədəd istilik məntəqəsi fəaliyyət göstərir. 2022-2023-cü il payız-qış mövsümü ərzində 219 yaşayış binası , 5 səhiyyə , 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunmuşdur.
1 saylı İSİS-in ərazisində 15 aprel 2023-cü il tarixindən 2022-2023-cü il payız qış mövsümünün bitməsi ilə əlaqədar bütün qazanxana və istilik məntəqələrində hidravliki sınaqlar aparılmış, aşkarlanan qüsurlar tədbirlər planına salınaraq təmir bərpa işlərinə başlanılmışdır.
365 saylı qazanxanada Yetsan tipli 2 ədəd qazanda təmir işləri aparılmış, qazan su ilə doldurularaq yoxlanılmışdır. 500 və 501 saylı qazanxanalarda düz axımlı su-su qızdırıcılar açılaraq təmizlənmiş, aşkarlanan qüsurlar təmir olunaraq bağlanmış və su ilə duolurularaq yoxlanılmışdır. Qazanxanalar növbəti payız qış mövsününə tam hazır vəziyyətdədir. Ərazimizdə olan bütün qazanxanalarda qoruyucu və qollu qoruyucu klapanlar, manometrlər sökülərək NÖC və A xidmətinə nizamlanmaq üçün aparılmışdır. Həmçinin NÖC və A Xidməti, Qaz təsərrüfatı xidmətləri tərəfindən qazanxanalarda, xidmətlərə aid olan avadanlıqlarda, təftiş təmir işləri aparılmışdır. 232, 139,366, saylı qazanxanalarda 3 ədəd d=50 mm STV su sayğacı yenisi ilə əvəz olunmamışdır. 90 və 138 saylı qazanxanalarda genişlənmə çənləri membranları dəyişdirilmişdir. Bütün qazanxanalarda Elektrik təsərrüfatı tərəfindən elektrik avadanlıqlarında təftiş təmir işləri yerinə yetirilmişdir. 156 saylı qazanxanada 1 ədəd dövriyyə, 1 ədəd məişət su nasosunun, M 18/46 saylı qazanxanada 1 ədəd bəsləyici su nasosu, 90 saylı qazanxanada 1 ədəd şəbəkə nasosunun diyircəkli yastıqları və fibraları,RİQ-1 saylı qazanxanada 2 və 3 saylı şəbəkə mühərrikinin diyircəkli yastıqları aidiyyatı üzrə ETX və MTX tərəfindən təmir olunaraq yerinə quraşdırılmışdır. RİQ-1 saylı qazanxanada 4 ədəd havavuranların elektrik mühərrikləri ETX tərəfindən təmir olunmuşdur. ETX tərəfindən 83,138,365 saylı qazanxanalarda qaz aşkar edicilərdə nasazlıq olduğundan çıxarılaraq təmir olunmuş və yenidən yerlərinə quraşdırılmışdır.
Hidravliki sınaq zamanı aşkarlanan və tədbirlər planında nəzərdə tutulmuş, aşağıdakı ünvanlar üzrəistilik xətləri üzərində əsaslı və ya cari təmir işləri aparılmışdır:
-Topçubaşov,21 ünvanında Ø 76mm L=44 metr, Füzuli,53 ünvanında Ø 89mm L=70 metr, 8Asif Məhərrəmov,15 ünvanında Ø 89mm L=30 metr, Cavadxan,26-38 ünvanında Ø 133mm, L=130 metr; Ø 114mm L=60 metr; Ø 89mm L=44 metr, H.B.Əıiyev,8 Ø 76mm L=22 metr, H.Seyidzadə,24 ünvanında Ø 89mm L=70 metr, RİQ-1 saylı qazanxananın daxilində müxtəlif diametrli 24metr boru dəyişdirilmişdir:
Ümumilikdə 494 p/m boru dəyişdirilmişdir. Bu işlərlə yanaşı, Mir Cəlal,60; Asif Məhərrəmov,48 və 34; Cavadxan,7 və 38; H.Seyidzadə,2a; Moskva prospekti 84 və 68; Azər Əliyev,7 aşağı paylama istilik xətlərində cari təmir işləri aparılmışdır.
İMA və Su hazırlığı xidməti tərəfindən qazanxanalarda suyumuşaldıcı qurğular təftiş olunmuş, 366 saylı qazanxanada quraşdırılmış 2 ədəd su yumuşaldıcı qurğu PENTAİR 56-00 tipli idarəetmə başlığı su yumuşaltma prosesində duz məhlulunu az miqdarda ötürdüyündən yumuşaltma prosesi normal getmir və məhsuldarlıq aşağı olur. Bu səbəbdən yeni idarəetmə başlığının alınması üçün məlumat yazılaraq başlıqlar yenisi ilə əvəz olunmuşdur.
RİQ1-də payız qış mövsümünə hazırlıqla əlaqədar olaraq d.630 mm 1 ədəd, d.150mm 4 ədəd, d.100mm 6 ədəd, d.50mm 8 ədəd, d.80mm 4 ədəd siyirtmə əsaslı və cari təmir olunmuşdur.3 ədəd d300mm –lik əks klapan təmir üçün mexaniki təmir xidmətinə göndərilmişdir. Bu işlərlə yanaşı RİQ-1-in həyətində duz meydançası, duz hovuzu təmizlənmişdir. PTVM 50 tipli 2 və 3 saylı qazanların hava vuran şiberləri təmir olunmuşdur.
H.Seyidzadə,26,28,30; H.B.Əliyev,17; Cavadxan,10,38 saylı ünvanlarda müxtəlif diametrli siyirtmələr təftiş və təmir olunmuşdur. Hal hazırda tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.
1 saylı İSİS-in ərazisində 15 aprel 2023-cü il tarixindən 2022-2023-cü il payız qış mövsümünün bitməsi ilə əlaqədar bütün qazanxana və istilik məntəqələrində hidravliki sınaqlar aparılmış, aşkarlanan qüsurlar tədbirlər planına salınaraq təmir bərpa işlərinə başlanılmışdır.
Hesabat dövründə Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə “Azərişıq” ASC tərəfindən aşağıdakı işlər görülmüşdür. İllik plan qrafikə əsasən 110/35/10 kv-luq QPQ-də 246 №1, Metro Nəsimi №1, №2, 720 №1, 2, 2595 №1,№2 840, 465 №1 1594 №1, 1594 №2, 465, №2, 432 №1, 432 №2, 771 №1,2 571 №2, 780,2600 №1, №2 199 №1, 1072 №1, 740 №1, №2, 2809, 2764, 3655 №1,№2, STP №1, Azon №1, 52 №1, 81, 592, 52 №2, 3162 №1, №2, 1750 №1, №2 1836 №1,679 №1, 15, 28, 2071, №3, 2071,№2, №4, 246 №2, avadanlığı cari təmir olunaraq mühafizəsi yoxlanılmışdır.
117 və 99 saylı yarımstansiyalarda akkumlyator batareyaları, 100 saylı yarımstansiyada 9 ədəd 190 Ah akkumlyator yenisi ilə əvəz olunub.
100 saylı yarımstansiyada 35 kv “97-100” №1,№2 kabel xəttinin avadanlığı, 117 saylı yarımstansiyada 35 kv Aziniko №1, №2 və 1970 №1,2 kabel xəttinin avadanlığı, Dağlıq y/st-da 400 kva XSTR №1,2 , 86 sayı yarımstansiyada 630 kva XSTR №1,2 KTM-596, 1961,594,358,823,3078,495,613,552,45,48,24 də cari təmir işləri aparılmışdır.
KTM 358-721 10 Kv-luq hava xəttində 10 ədəd, 0,4 kV-luq hava xətlərində 88 ədəd dayaq rənglənmişdir. 493,596,594,222,3077,83,379,68,2362,183,357,721,138,225,463,302 saylı TM və KTM-dən qidalanan 0,4 kV-luq OİN hava xəttində təmir işləri aparılmış və xəttə toxunan ağaclar budanmışdır.
TM 178-560 6 kv-luq kabel xəttinin bir hissəsi yenisi ilə əvəz olunmuşdur.
Mütəmadi olaraq, ərazilərdə TM və KTM-lərə baxış keçirilir, aşkar olunmuş qüsürlar aradan qaldırılır.
İməcilk işləri ilə əlaqədar 20 ədəd TM və KTM-in ətrafı, PQ otaqları təmizlənmiş, fasadında və PQ otaqlarında qopmuş hissələr bərpa olunmuş və rənglənmiş, damı su navalçalartı təmizlənmiş, borduyorlar və qapılar yenidən rənglənmiş dispetçer yazıları yenilənmişdir.
13-cü xidmətlə bağlı verilən işlər vaxtı vaxtında gecikmədən yerinə yetirilir və qeydiyyata düşmüş abonentlərə sayğac quraşdırılıb, elektrik enerjisi ilə təmin olunur.
Asan Komunalın verdiyi texniki şərtlərə əsasən əhali və qeyri əhali abonentlər elektrik enerjisi ilə təchizatı üçün texniki şərtdə verilənlərə vaxtında əməl olunur, yubanmalara yol verilmir.
100 saylı yarımstansiyada 35 kv “ИДФ” №1,№2 kabel xəttinin avadanlığı, Dağlıq y/st-da 40 мва TR №1,2 kabel xəttinin avadanlığı, 99 сайлы й/ст-да ЭТР-ру, 117 сайлы й/ст-да TR №1,2,3,4 kabel xəttinin avadanlığı, 111 сайлы y/st-da 630 ква XSTR №1,2 kabel xəttinin avadanlığı, 117 сайлы й/ст-да 35 кв ТМ-1970 №1,2 kabel xəttinin avadanlığı, 99 saylı yarımstansiyada 35 kv “Йасамал-99” №1,№2 kabel xəttinin avadanlığı cari təmir olundu. 111 сайлы й/ст-да TR №,3,4 kabel xəttinin avadanlığı cari təmir olunub.
Dağlıq Y/st-da №1 kabelin sonluğu 99 saylı yarımstansiyada cari təmir olundu. Rayon üzrə 60 ədəd TM və KTM-lərdə təmir-təftiş işləri aparılmış, ətrafı və dam örtükləri təmizlənmiş, qapıları, havalandırma sistemiləri, işıqlanması, su navalçaları və su boruları təmir edilmişdir. Yarımstansiya 110/35/10 kv-luq Dağlıq, 111 y/st-ya 35/10/6 kv-luq, y/st-99 35/10 kv-luq, y/st-ya 96 35/6 kv-luq, y/st-ya 86 35/10 kv-luq, y/st-87 35/10 kv-luq, y/st-117 35/6 kv-luq, y/st-ya 100 35/10 kv-luq və 35/0,4 kv-luq Dostluq y/st-da mütamadi olaraq baxış keçirilmişdir.
Su və kanalizasiya xidmətləri üzrə 01 iyul 2023-cü il tarixinə olan məlumata əsasən, abonentlərin ümumi sayı 78981 nəfər: o cümlədən: əhali sektoru üzrə - 71952 abonent, qeyri-əhali sektoru üzrə-7187 abonent təşkil edir. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 93.55%-i fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 6.45 % əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6 (altı) saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir. 78839 abonentin 74259-u su sayğacı ilə təmin edilmişdir. Su şəbəkələrində 3708 ədəd qəza baş vermiş və aradan qaldırılmişdır. Müxtəlif diametirli su хətləri təmir еdilərək, qəza dayandırılmış və hissələri yenisi ilə əvəz olunmuş, 1181 рm təmir işləri aparılmışdır. Siyirtmə sауı 24 ədəd olmuşdur onlardan 1 ədəd dəyişdirilmiş və 8 ədəd müxtəlif diametrli ilə əvəz olunmuş, 264 ədəd ventil qoyulub. Bununla yanaşı 48 ədəd xamut qoyulmuşdur. Nasos stansiyalarında isə 12 dəst müxtəlif markalı nasos avadanlıqlari əsaslı təmir edilmişdir. 3 Nasos stansında müxtəlif markalı nasos avadanlıqların cari təmir edilmişdir. 5 Nasos stansiyasında isə 64 dəst müxtəlif markalı elektrik mühərrikləri cari təmir edilmişdir. 6 Nasos stansiyalarında 12 dəst müxtəlif markalı elektrik mühərrikləri əsaslı təmir edilmişdir. Kanalizasiya şəbəkələrinə nəzarət edilmiş, baş vermiş və aradan qaldırılmış qəzaların sayı 4493 ədəd olmuşdur. 25535.0 рm. fəkal kanalizasiya xətti yuyulub təmizlənmişdir. 3280 ədəd yağış barmaqlıqları təmizlənmişdir.
Zirzəmilərdə müxtəlif diametirli 1499.5 рm. kanal xətti dəyişdirilmiş və ya təmir edilmişdir. 65 ünvanda Kanalizasiya luku təmir olunub və уа çuqun qapaq dəsti quraşdırılıb. Мəhəllələrdə 150/200/300/400 mm-lik dахili kanalizasiy xəttlərində 76.0 рm. təmir işləri aparılıb. 7 dəst kanalizasiya barmaqlıqlar dəyişdirilib.
“Bakı Şəhər İşıqlandırma “ İdarəsi tərəfindən Nəsimi rayonu ərazisində 27 küçədə 6, 7, 8 və 10 m-lik işıq dirəkləri quraşdırılmışdır. Quraşdırılma işləri Nəsimi rayonu, Hüseynbala Əliyev, Şamil Əzizbəyov küçələrində 8 metrlik, İ.Qasımov, Qulu Quliyev, Şövqiyar Abdullayev, İzzət Həmidov, Eldar Tağıyev, Dilarə Əliyeva, Droqal, Zeynalabdiyev, Şəmsi Bədəlbəyli, F.Qasımzadə, Novruzov qardaşları, Salatın Əsgərova, Abbas Səhhət, Süleyman Rüstəm, V.Plotnikov, Xan Şuşinski, Mərdanov qardaşları, Azər Əliyev, Nəcəf Bəy Vəzirov, Mikayıl Rəfili, Kazımovski küçələrində 7 metrlik, Sarabski, M.Kaveroçkin küçələrində 6, 7 metrlik, Mirqasımov küçəsində 7, 10 metrlik və Alı Mustafayev küçəsində 10 metrlik dirəklərin basdırılması ilə aparılmışdır.
Nəsimi Rayon Yaşıllıq sahəsində 6 ay ərzində 20 000m2 sahəyə qazon döşənmiş, 4000m2 sahəyə Qazon toxumu səpilmişdir,60 000 ədəd Mövsümü gül və gül şitili, 3500 ədəd müxtəlif növ kol və kol bitkiləri, 3000 ədəd müxtəlif nov tinglər(ağac) əkilmişdir. Rayon ərazisində, küçə və prosbektərdə budama işləri aparılmışdır.
Rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında 300-ə yaxın quru və qəzalı vəziyyətdə olan ağacdan kəsilib götürülərək yerinə yeni tinglər əkilmişdir.
Rayon ərazisindən 200-ə yaxın quru və qəzalı ağacların götürülməsi üçün Rayon Bələdiyyəsi ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 01-1546 saylı, 04.04.2023-cü il tarixli və 01-1545 saylı, 04.04.2023-cü il tarixli məktublarla müraciət edilmişdir.
2023-cü ilin 6 ayı ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
Yanvar ayının 18-də Nəsimi rayonu F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir.
Yanvar ayının 18-də Nəsimi rayonu M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Yanvar ayının 19-da Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Ülvi hisslərin azadlıq nəğməsi” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak ediblər. Tədbirdə bildirildi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir. Tədbirdə bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilmişdir. Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.
Fevral ayının 01-də “Holliday İNN” hotelinin konfrans zalında Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər günü münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun Millət vəkilləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 8 nominasiya üzrə 43 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur. Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatmışdır.
Fevral ayının 01-də Azərbaycan Tibb Universitetində “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib. Tədbirdə bildirilib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixcəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir.
Fevral ayının 03-də Bakı Kitab Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyətinin məsul əməkdaşları, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə tədbir iştirakşıları Mərkəzin foyesində dərnək üzvlərinin çəkdiyi rəsmlərə və müxtəlif ölkələrin mədəniyyətini və tarixini əks etdirən sərgi ilə tanış olmuşlar. Tədbirdə çıxış edənlər bildirdilər ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Tədbir boyu Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri azsaylı xalqların rəqslərindən ibarət kompazisiyalarla çıxış ediblər.
Fevral ayının 03-də Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydası bildirilmiş, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edilmişdir. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.
Fevral ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
Fevral ayının 08-də Prezident cənab İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib.
Fevral ayının 15-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada OCEP lahiyəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluq tədbiri keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyənin təhsil müşaviri, Elm və Təhsil Nazirliyinin sektor müdiri, Milli Olimpiya Komitəsinin ekspert və koordinatorları və Gimnaziyanın pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilib. Tədbirdə OCEP lahiyəsi üçün hazırlanmış videoçarx təqdim edilmiş və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyalar, rəqslər və müxtəlif idman növləri nümayiş olunub.
Fevral ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətinin və 5 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans keçirilib. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi Rayon təşkilatının rəhbərliyi, Mərkəzin pedaqoji kollektivi, dərnək üzvləri və rayon gəncləri iştirak etmişlər. Konfransda Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar videoçarx nümayiş olundu. Tədbirdə iştirak edənlər bildirdi ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bildiyini qeyd etdilər.
Fevral ayının 21-də Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə OCEP-2022 lahiyəsi çərçivəsində “Kanadanın tarixi və ənənələri” adlı tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Elm və Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilarının sədri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Kanadanın tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub, bədii-musiqili hissə ilə davam edib.
Fevral ayının 23-də Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Nəsimi rayonu 8 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər. Tədbirdə xüsusi vurğulandı ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş, şagirdlərin ifasında vətənpərlik mövzusunda şerlər, mahnılar səsləndirilmiş və səhnəcik təqdim olunub.
Fevral ayının 23-də Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılıb.
Fevral ayının 24-də "3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı Xətai sənət mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı mərkəzin gənc rəssamlarının "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi. Xocalı soyqırımda və torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində uşaqların ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndi, vətənpərvər mahnılar ifa edildi və "Azərbaycan" rəqs kompozisiyası nümayiş etdirildi. Tədbirin sonunda sərgiyə dəvət olunmuş qonaqlar keçirilən tədbirlə bağlı öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Fevral ayının 24-də Xocalı faciəsindən 31-ci ildönümünə həsr olunmuş “Xalq qəzeti” redaksiyasında Nəsimi rayon məktəblilərinin iştirakı ilə sərgi keçirilib. Tədbirdə qeyd olunub ki, bu kimi faciələr bir daha təkrarlanmasın deyə, bütün dünya Xocalı harayına səs verməli və milli zəmində törədilən bənzər hadisələrə qətiyyətlə yox deyilməlidir. Məhz bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bir çox ölkələrdə davamlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Fevral ayının 24-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz birinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə RİH Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şeirlər nümayiş olunmuş, Xocalı soyqrımına aid videoçarx göstərilib. Tədbirin sonunda Xocalı sakinlərinə maddi yardım, ərzaq bağlamaları verilib.
Mart ayının 02-də Nəsimi rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin akt zalında “Heydər Əliyev və Azərbaycan məfkurəsi" və “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul məkdaşları, rayonun görkəmli ziyalıları, elm xadimləri, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Mart ayının 05-də Milli Olimpiya Komitəsinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti, Gənclər və İdman naziri, MOK-un baş katibi, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssisləri, media nümayəndələri iştirak edib. Tədbirdə Heydər Əliyevin Azərbaycanın idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub. Tədbir iştirakçıları həmin günə aid tarixi kadrları böyük maraqla izləyiblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevlə olan görüşlərlə bağlı maraqlı anlardan söhbət açıblar.
Mart ayının 07-də Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və rayonun ümumtəhsil müəssisələrinin rəhbərlərinin və qeyri- hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyi qeyd edilmişdir. Tədbir zamanı ümumtəhsil müəssisələrin fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb.
Mart ayının 08-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar və şəhid ailələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bildirildi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya - qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir.. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Çay süfrəsi ətrafına qonaqlar səmimi söhbət etmişlər. Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.
Mart ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransa start verildi. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər. Konfransda qeyd olundu ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır. Sonra təqdim olunmuş 30 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmiş, Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilib.
Mart ayının 11-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Bir ağac-bir dünya” başlığı altında ağacəkmə aksiyası keçirilib. Nəsimi rayonu Vaqif prospekti, Bakıxanov, S.Vurğun, X.Şuşinski və F.Qasımzadə küçələri boyunca 300 ədəd eldar şamı və luqustr ağacları, 50 ədəd Oleandr ağacları, 400 ədəd kiparis ağacları, 30 ədəd çinar ağacları, çoxsaylı dekorativ şam ağacları, ümumilikdə 1000-dən artıq ağac əkilib. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub, 800-dən artıq mövsümi gül kolları əkilib. Eyni zamanda, quru ağaclar budanaraq , ümumi sanitar təmizlik işləri görülmüşdür.
Mart ayının 17-də Nəsimi Rayon İcra Hakimiyyətində xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə “Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının sədri, cəmiyyət sədrləri, şəhid ailələri və qazilər iştirak etmişlər. Əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğuladılar. Şəhid ailələri və Vətən müharibəsi əlilləri Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqqiliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə sosial qayğının göstərilməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.Tədbir konsert proqramı ilə davam etdirilmişdir. Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, o cümlədən 1000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.
Mart ayının 20-də Nəsimi rayon İcra Hakimiyyətinin və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib. Bayram şənliyində “Yeddi gözəl” tamaşası təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib. Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb oldu və onlarda xoş əhval-ruhiyyə yaratdı.
Mart ayının 22-də Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunan tədbir keçirilib. Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib. Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub. Tədbir konsert proqramı ilə davam edib.
Mart ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətinin və “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı bayram tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib. Əvvəlcə qonaqlar Mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiləri ilə tanış oldu. Bayram şənliyində “Novruz xonçası” adlı tamaşa təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib. Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar. Onuda qeyd edək ki, gənc aktyorlar sırasında sağlamlıq imkanları məhdud uşaqlar da yer almışdır. Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb oldu və onlarda xoş əhval-ruhiyyə yaradıb.
Mart ayının 31-də Azərbaycan Tibb Universitetində 31 Mart- Ümummilli lider Heydər Əliyevin İmzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Sərəncamının tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması barədə tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyəti nümayəndələri, rayon ağsaqqalları, İctimai Şuranın üzvləri və rayon gəncləri iştirak edib. Tədbirdə qeyd edilmişdir ki, 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.
Aprel ayının 05-də Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Xalq qəzetinin, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib. Komandalar arasında futbol turnirinə start verildi.
Aprel ayının 06-da "Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin 2-ci, 4-cü və 5-ci, 7-ci sinif şagirdləri arasında şahmat yarışı keçirilmişdir. Yarışda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin rəisi, 111 saylı orta məktəbin direktoru və hakimlər iştirak edib. Qalib şagirdlər Nəsimi rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib.
Aprel ayının 06-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”mövzusunda milli məclisin üzvlərinin, ziyalıların iştirakı ilə toplantı keçirildi. Konfransda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, AMEA-nın Tarix İnstitunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, YAP Nəsimi rayon təşkilatının sədri, rayon ictimaiyyəti, qeyri-hökumət təşkilatlarının rəhbərləri və rayon gəncləri iştirak edib. Əvvəlcə konfrans iştirakçıları tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında Heydər Əliyevin büstü önünə gül dəstələri düzüldü. Sonra Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Ümummlli liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Aprel ayının 07-də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir. Nəsimi rayonunun orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər, valideyinləri və elmi rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi ” adlı mövzuya uyğun olaraq Ulu öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətini yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etmək məqsədi ilə məktəblilərin “Azərbaycan Daş Dövründə - Homosapiens” ,“Azərbaycan Səlcuq imperiyasının tərkibində” , “Gəncə xanlığı - Cavad xan” , “Sovet Rusiyasının Azərbaycana təcavüzü , AXC-nin süqutu” , “Vətən Müharibəsi – Qarabağın azad olunması” mövzularına aid hazırladıqları sərgi və əl işləri ilə tanış olmuşlar. Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər. Təqdim olunmuş 22 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir. Daha sonra bədii hissə ilə davam edən tədbirdə 3 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əbədi-bədii kompazisiya ilə çıxış etmişlər.
Aprel ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Gənclər və İdman İdarəsi, "Vətəndaş Cəmiyyətində Debat" İctima Birliyi və Azərbaycan Dillər Universiteti Debat klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yaz debat turniri keçirilib. Turnirin açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər. İki gün davam edən turnir sonda qalib komanda üzvlərinin Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmasıyla yekunlaşmışdır.
Aprel ayının 12-də Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu öndərin ölkəmizin inkişafına işıq salan ideyaları daim yaşayacaq” mövzusunda tədbir keçirilib. Tədbirdə bildirlib ki, bu gün tariximizdə onun silinməz izi var: “Onun qoyduğu izlər bu gün də aktualdır. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad edilməsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin sonunda ATU-nun rektoru və YAP-ın Nəsimi rayon təşkilatının sədri YAP-ın sıralarına yeni qatılan bir qrup tələbə və əməkdaşa partiyanın üzvlük vəsiqəsini təqdim ediblər.
Aprel ayının 12-də Nəsimi rayon İcra Hakimiyyətində 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə Nəsimi RİH və YAP Nəsimi rayon təşkilatı ilə birgə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, YAP Nəsimi rayon təşkilatının sədri, QHT rəhbərləri, rayon ictimaiyyəti və rayon gəncləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.
Aprel ayının 13-də Nəsimi rayon İcra Hakimiyyətinin və 5 nömrəli Uşaq Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği”nə həsr olunmuş 9 komandanın iştirakı ilə intellektual yarışın final mərhələsi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 nömrəli Uşaq Gənclər Mərkəzinin pedaqoji kollektivi və rayonun ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Final yarışda İ.Əfəndiyev adına Elitar Gimnaziyanın komandası I-ci yerə, E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin komandası II yerə, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin komandası III yerə sahib çıxmışlar. Qalib komandalara diplom və hədiyyələr təqdim olundu.
Aprel ayının 17-də Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Niaqara şadlıq sarayında rayon rəhbərliyinin, Millət vəkillərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilərinin, 20 Yanvar və Çernobıl əlillərinin və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunması, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilmişdir. Bildirildi ki, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Aprel ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətinin və “Təhsil” Respublika İdman Mərkəzini 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq -Gənclər İdman- Şahmat Məktəbi PHŞ-in təşkilatçılığı ilə 13-14 aprel tarixlərində "2023 cü İl Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə birinciliyə start verilib. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin məsul əməkdaşları, 4 nömrəli idman şahmat məktəbinin direktoru, Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin direktoru və rayonun ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin ictimayi- siyasi həyatından, ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi idman və şahmata göstərdiyi diqqət və qayğısından danışıb. Birinciliyin qalibləri diplom, medal və xatirə hədiyyəsi ilə mukafatladırlmışdılar.
Aprel ayının 18-də Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib. Görüşdə rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır. İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi üçün sorğuların nəticəsi barədə söhbətlər aparılmışdır. Eyni zamanda rayonda yerləşən təşkilatlarda sorğu keçirilməsi barədə təkliflər verildi. Şura üzvləri arasında fikir mübadiləsi aparılmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Aprel ayının 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xalq qəzeti” ilə birgə Nəsimi rayon İcra Hakimiyyətində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tanınmış jurnalistlərin və ziyalıların iştirakı ilə toplantı keçirilib. Toplantıda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri, "Xalq qəzeti"nin baş redaktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, "İki sahil" qəzetinin baş redaktoru, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, rayon ictimaiyyəti və rayon gəncləri iştirak edib. Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Konfransda bildirilmişdir ki, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. \"Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir. Çünki Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Aprel ayının 20-də Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda Vətən müharibəsi Şəhid ailələri ziyarət olundu. Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir. Dünya müsəlmanlarının ən əziz bayramlarından hesab olunan Ramazan bayramı münasibəti ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Aprel ayının 20-də Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi RİH, YAP Nəsimi rayon təşkilatı və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. “Ulu öndər Heydər Əliyev bütün varlığı ilə, bütün bilik və bacarığı ilə xalqına, torpağına bağlı bir dahi şəxsiyyət idi. Onun rəhbərliyi ilə Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu öndərin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir”. Tədbir bədii hissə ilə davam edib.
Aprel ayının 25-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləşmob keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bu məqsədlə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, ənənələrini davam etdirmək məqsədilə Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə şagirdlərin iştirakı ilə “Heydər Əliyev – 100 və imzası” adlı fləşmob təşkil olunub.
Aprel ayının 25-də Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 23 nömrəli tam orta məktəbdə “Səndən söyləyəcək daima dillər” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, KİV nümayəndələri, elm və mədəniyyət işçiləri iştirak edib. Sonra məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər.
Aprel ayının 26-da Çernobıl faciəsinin 37-ci ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, Çernobıl Əlilləri İttifaqının sədri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının üzvləri iştirak edib. Tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.
Aprel ayının 26-da Nəsimi rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində qanvermə aksiyası keçirilib. İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının üzvləri, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları fəal iştirak ediblər. Aksiyada bildirildi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır. Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıldığını bildirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra, xalqımız öz milli dəyərlərinə qovuşdu. Bu gün ölkəmizdə insanlarımız heç bir təmənna güdmədən, könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak edirlər. Onlar dərk edirlər ki, belə aksiyalarda vermiş olduqları qanla hansısa xəstəni, vətəndaşımızı həyata qaytarmış olurlar. Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Qanvermə aksiyasında 300 nəfərdən artıq əməkdaş iştirak edib.
Aprel ayının 27-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə tamaşa etdilər. Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic göz eynəkləri təqdim edildi. Tədbir bədii hissə ilə davam edib.
Aprel ayının 28-də Nəsimi rayonu A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Ümummilli lider “Heydər Əliyev ili” çərçivəsində “Nizami Gəncəvi yaradıcılığının dünyası” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, Nəsimi Bələdiyyəsinin sədri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri və məktəbin pedaqoji kollektivi iştirak edib. İlk öncə tədbir iştirakçıları məktəbin foyesində məktəblilərin hazırladıqları sərgiyə tamaşa ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra Ümummlli lider Heydər Əliyevin və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəblilərin hazırladıqları “Xarı bülbül” rəqsi, “Yeddi gözəl” poeması əsasında hazırlanmış kiçik səhnəçiklər və Ulu öndər Heydər Əliyevə həsr olunmuş şerlər tamaşaçılara təqdim olundu.
May ayının 02-də Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişlər. 22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri Şahin komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan edilib. İlk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi. Tədbirdə bildirildi ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətə çatdırıldı. Xüsusi vurğulandı ki, "Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulanıb. Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparıblar. Sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb. Yarışda 300-dən çox yeniyetmə və gənc iştirak edib.
May ayının 02-də Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 240 nömrəli tam orta məktəbdə “Xalqa həsr olunmuş ömür” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin və torpaqlarımızın ərazi bötüvlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər.
May ayının 03-də Nəsimi rayonu Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli" çərçivəsində "Sabahın əsgərləri " adlı hərbi-idman oyunu keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Nəsimi rayon Hərbi Səfərbərlik İdarəsinin nümayəndəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak edib.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışılıb. Sonra təntənəli marş sədaları altında komandalar sıra yürüşü edib. Komandalar arasında müxtəlif idman növlərindən ibarət yarışlar həyata keçirilib. Qalib komandalar mükafatlandırıldı. Keçirilən idman yarışları gənclərin hərbinin sirlərini öyrənməyə və daha da vətənpərvər böyümələrinə xidmət edir.
May ayının 03-də “Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turniri başa çatıb. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbəri, YAP Nəsimi rayon təşkilatının rəhbəri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 3-cü yer uğrunda qarşılaşma Xalq qazetinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın görüşü keçirilmiş, görüş Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın qələbəsi ilə başa çatmışdır. 1-ci və 2-ci yer uğrunda qarşılaşma Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komandanın görüşü keçirilərək, Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komanda 2-ci yerə, Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komanda isə 1-ci yerə sahib olub. Qaliblərin mükafatlandırılması mərasimindən öncə bədii hissə təşkil olunub. Bir-birindən maraqlı rəqslər və ifalar nümayiş olunub. Daha sonra qaliblərə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən diplom, medallar və mükafatlar təqdim olunub.
May ayının 04-də İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş şahmat turniri keçirildi.Turnirdə Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Gimnaziyanın pedaqoji kollektivi və şagirdlər iştirak edib. Tədbirdə Azərbaycanda idman siyasətinə həmişə dövlət tərəfindən diqqət və qayğı göstərildiyi vurğulandı. Sonra turnirə start verildi. Turnirdə Elitar gimnaziyanın 1-11-ci sinif şagirdləri fəal iştirak etdilər. Turnirin sonunda 9r2 sinif şagirdi Rəsul İmanov I yerə, 3 sinif şagirdi Zəhra İsrafilzadə II yerə və 8r1 sinif şagirdi Murad Süleymanov III yerə sahib olub. Qaliblər mükafatlandırılıb və turnirdə iştirak edən bütün şagirdlər sertifikatla təltif edilib.
May ayının 04-də Nəsimi rayonunda Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Bir həyat hekayəsi” adlı konfrans keçirilib. Konfransda Zərifə Əliyevanın Azərbaycan tibb elmində əvəzsiz xidmətlərindən danışılıb. Konfrans zamanı Ümummilli Lider Heydər Əliyev və Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Mərkəzin dərnək üzvləri Heydər Əliyevın kəlamlarını səsləndirdilər, Zərifə Əliyevaya həsr olunmuş esselər və poetik çıxışlar etdilər. Mərkəzin ”Xalq çalğı alətləri ansamblı”nın ifasında bir-birindən gözəl mahnılar ifa olundu, “Zirvə” rəqs ansamblının rəngarəng rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
May ayının 05-də Bakı Slavyan Universitetində "Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda bildirilib ki, həyatını və fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Ulu öndərin müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdiyini, onlar arasında əlaqələr yaratdığını, Ulu öndər Azərbaycan Respublikasının Konstitiusiyasını hazırlayıb referendumda təsdiq edib, dövləti və xalqı müdafiə etməyə qadir bir ordu yaradıb. Xüsusi vurğulanıb ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil suveren Azərbaycan dövlətinin prezidenti kimi uğurla ardıcıl şəkildə davam etdirib. Ulu öndər hər zaman arxasında xalqının dayandığını hiss edib, böyük səbr və həvəs nümayiş etdirərək fəaliyyətini uğurla qurub. Heydər Əliyevin uzunmüddətli və genişmiqyaslı fəaliyyətində təhsilin inkişafına diqqət və qayğının həmişə mühüm yer tutduğunu deyən Bakı Slavyan Universitetinin rektoru təhsilin aktual problemlərini və perspektivliyini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyalarının sözün əsl mənasında müasir pedaqoji fikir tariximizin nadir inciləri olduğunu vurğulayıb. Konfransın açılış mərasimi bədii hissə ilə davam edib.
May ayının 06-da Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ və "Spektrum" intellektual klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi və Bakı şəhərinin Nəsimi, Nərimanov və Suraxanı rayonlarının ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib. Tədbirdə bildirildi ki, intellektual yarışın keçirilməsində məqsəd 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı dahi şəxsiyyətin Azərbaycan dövlətinin yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinin öyrədilməsi, ideyalarının gənc nəslə aşılamaqdır. Sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş sualları yarış iştirakçıları böyük həvəslə cavablandırıblar. Final yarışında Bakı şəhərinin 3 rayonu üzrə Nəsimi rayonu məktəbləri - İ.Əfəndiyev adına Elitar Gimnaziyanın komandası I-ci yerə, E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin komandası II yerə, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin komandası III yerə sahib çıxmışlar. Qalib komandalara diplom və hədiyyələr təqdim olundu.
May ayının 06-da Bakı Limanının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “HEYDƏR ƏLİYEV İRSİ: Bakı Limanının inkişaf dövrü” adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən və onun əbədiyaşar irsinin Bakı Limanın fəaliyyətində daim yaşayacağından bəhs edilib. Bildirilib ki, bu siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə Ümumilli Lider Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edən unikal kadrlardan və faktlardan ibarət qısametrajlı film də təqdim edilib. İştirakçılara Bakı Limanı eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilmiş unikal fotolardan ibarət sərgi ilə də tanış olublar.
May ayının 08-də Nəsimi rayonu S.Hacıyev adına 5 № li tam orta məktəbdə dahi rəhbər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahi lider” adlı ədəbi- bədii tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı və məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak edirdilər. Tədbirdə qeyd olundu ki, dahi şəxsiyyətin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Heydər Əliyev ideyaları, onun təməlini qoyduğu müstəqil Azərbaycan hələ bundan sonra neçə yüz illiklər boyu yaşayacaq və inkişaf edəcəkdir. Sonra xalqımızın böyük oğlunun vətən və dövlət quruculuğu yönündə fəaliyyətini diqqətə çatdıran videoçarxlar, slaytlar nümayiş olundu.
May ayının 08-də Azərbaycan Tibb Universitetində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti, rəsmi qurumların, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, qeyri-rəsmi çıxışlarını, ömür-gün yoldaşı Zərifə xanım Əliyevaya böyük sevgisini əks etdirən lent yazıları tamaşaçılarda duyğulu anlar yaşadıb. Ədəbi-bədii gecə “Azərbaycan” şeirinin Ümummilli Liderimiz Heydər Əliyevin öz dilindən səslənməsi və bu bənzərsiz qiraətin tamaşaçı alqışları ilə müşayiət olunması ilə başa çatıb.
May ayının 09-da Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçısı Ağababa İskəndərovu ziyarət ediblər. II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçısı Ağababa İskəndərovun qonağı olmuş, ona hədiyyə verilmişdir. Görüş zamanı Ağababa İskəndərov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və öz xatirələrindən söz açmışdır.
May ayının 10-da Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən Bakı şəhəri üzrə “Şahinlər” hərbi - idman oyunlarında III yeri tutmuş rayon məktəblilərindən ibarət komandanın üzvləri səhnəyə dəvət edilmiş, onlara hədiyyələr təqdim olunmuşdur. Tədbirin bədii hissəsində şair Zahid Əzizin Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeiri tamaşaçılara təqdim olunub və Respublikanın xalq artisti İlqar Muradov tərəfindən mahnılar ifa olunub.
May ayının 11-də Abbasqulu Ağa Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən parkda Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Bayram konsertində tanınmış incəsənət ustaları çıxış etmiş, rəqs kollektivləri müxtəlif milli rəqs nümunələrini tamaşaçılara təqdim etmişlər. Sonda şair Zahid Əzizin Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeiri ifa olunmuş və tədbir atəşfəşanlıqla başa çatmışdır.
May ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətində milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon bələdiyyə sədri və rayon gəncləri iştirak ediblər. Sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qruplarının sədrləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verdilər. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı.
May ayının 16-da Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 111 nömrəli tam orta məktəbdə “Biz Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə tanınmış incəsənət ustalarının ifaları dinlənilmiş, məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər.
May ayının 19-da Nəsimi rayonunda yerləşən Bakı Türk Anadolu Liseyində Mustafa Kamal Atatürkün anma günü, Gənclik və İdman bayramı keçirilib. Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin rəhbərləri , liseyin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib. Tədbirdə şagirdlərin hazırladıqları şeir, mahnı və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda il ərzində yüksək nəticələr göstərən bir qrup şagirdə diplomlar və hədiyyələr təqdim olundu.
May ayının19-da Nəsimi rayonunda OCEP-2023 lahiyəsi çərçivəsində “Bir millət, iki dövlət, bir yumruq!” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Milli Olimpiya Komitəsinin sektor müdiri, Elm və Təhsil Nazirliyinin sektor müdiri,Təhsil müşaviri , Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Türkiyənin tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub. Sonra hər iki dövlətin himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır. Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini, belə layihələrin məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynamasıdır. Tədbirdə yuxarı sinif şagirdlərinin iştirakı ilə ağırlıq qaldırma idman növünün nümayişi olub. Daha sonra tədbir bədii-musiqili hissə ilə davam edib.
May ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində “Hüquq və İnsan Haqları İnstitutu” PHŞ-i tərəfindən rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini, İnstitutun təlim və ekspertiza şöbəsinin müdiri, əməkdaşları iştirak ediblər.Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini təlimin əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib. Sonra “Vətəndaşların müraciətinə baxılması”, “Dovlət qulluğu və Korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularında təlim keçildi. Təlimdə suallar müzakirə olunmuş və Hüquq və İnsan Haqları İnstitutu tərəfindən bir qrup rayon İcra Hakimiyyətinin əməkdaşlarına sertifikatlar təqdim olunub.
May ayının 22-də Nəsimi rayonunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz, Ombudsman Aparatının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Elm və Təhsil Nazirliyinin sektor müdiri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri, Ali Attestasiya Komissiyasının Baş Katibi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi və məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Sonra məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirdilər.
May ayının 23-də Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək. İclas iştirakçıları müzakirəyə çıxarılan məsələlərə dair fikir bildirib, hazırkı dövrdə aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürülüb. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunub.
May ayının 23-də Nəsimi RİH-in və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə ərazi məşğulluq proqramının icrası və əhalinin məşğulluğunun təmin olunması məqsədilə Nəsimi rayonu ərazisində fəaliyyət göstərən işəgötürənlərlə seminar-müşavirə keçirilib. Tədbirdə rayon sakinlərinin məşğulluq imkanlarının genişləndirilməsi, o cümlədən, sosial müdafiəyə etiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, məsələləri müzakirə edilmişdir. Tədbirin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
May ayının 25-də Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycançılıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, ümumtəhsil müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının üzvləri və məktəbin pedaqoji kollektivi iştirak edib.Tədbirdə Ulu öndər Heydər Əliyevlə bağlı məktəbin müəllimləri – Nərgiz Muxtarlı “Heydər Əliyev və təhsil”, Sevinc Əliyeva “Heydər Əliyev və iqtisadiyyatın inkişafı”, Aytən Həsənova “Heydər Əliyev və ordu quruculuğu”, Sevda Orucova “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Anar Hüseynov “Heydər Əliyevin neft strategiyası” mövzularında çıxışlar etdilər.Tədbirdə bildirildi ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər. Sonra bir qrup müəllimə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.
May ayının 25-də Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların və təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə 111 saylı tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
May ayının 27-də Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib. İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb. Tədbirdə digər çıxış edənlər müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmiş, bir sıra təkliflər irəli sürmüşlər. İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunub.
May ayının 27-də Novruzov Qardaşları adına 36 nömrəli tam orta məktəbdə şəhid Natiq Novruzovun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Şəhid Natiq Novruzovun anası Lətifə Novruzova, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin Nəsimi rayon şöbəsinin sədri, müharibə əlilləri, 36 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində şəhidlər- Azər və Natiq Novruzov qardaşlarının xatirəsinə ucaldımış abidənin önünə gül dəstələri düzdülər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər bildirdilər ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır. Tədbirdə şəhidin anası Lətifə Novruzova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiyalar tədbir iştirakçılarına təqdim olundu.
May ayının 29-da Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində 28 May Müstəqillik gününə həsr olunmuş fləşmob keçirilib.
May ayının 29-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kolleci və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Musiqi Kollecinin pedaqoji kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri və rayon gəncləri iştirak edib. Tədbirdə kollecin tələbələrinin ifalarında rəngarəng müsiqilər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda tələbələrə diplomlar və hədiyyələr verilib.
May ayının 31-də Nəsimi rayonunda “Heydər Əliyev ili" silsilə tədbirlər çərçivəsində A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Min ildə bir doğulanlar” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, AMEA-nın Tarix İnstitunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər.
May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş mini futbol turniri keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib. Turnirdə Nəsimi rayon üzrə 24 tam orta məktəb və liseyin 7-ci,8-ci sinif şagirdləri (oğlanlar) mübarizə aparmışdır. Qalib komandalar Nəsimi rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, medal, diplom və müxtəlif hədiyyələrlə təltif olundu.
May ayının 31-də Nəsimi rayonu 123 nömrəli uşaq bağçasında 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.Tədbir valideyn, müəllim və qonaqların böyük marağına səbəb olub. Balaca fidanların ifasında mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçildi. Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə onlara hədiyyələr verilib.
May ayının 31-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri keçirilir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə bayram sovqatı aparılmışdır. Nəsimi rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı Körpələr Evində olmuş, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış, müxtəlif oyun elementləri və maddi yardımlar aparmışlar. Tədbirin sonunda Körpələr Evinin rəhbərliyinə bu cür tədbirlərin davamlı şəkildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində olacağı bildirilmişdir. Yekunda tədbir iştirakçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.
May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağı”nda “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda yaşayan aztəminatlı olan ailələrdən olan uşaqlar və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib. Aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə açılmış, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri onlarda xoş əhval-ruhiyyə yaradıb.
May ayının 31-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb. Eyni zamanda onlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonra uşaqlara hədiyyələr təqdim edilib. Tədbirdə bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür. Nəsimi rayon İcra Hakimiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı bir sıra tədbir təşkil olunur. Görüşdə məktəb rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya hər zaman göstərdikləri qayğıya, diqqətə görə dərin minnətdarlığını bildirmişdir.
İyun ayının 01-də Azərbaycan Milli Konservatoriyasında Musiqi Kollecinin 125 illik yubileyi münasibətilə böyük tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Konservatoriyanın rektoru, tanınmış incəsənət xadimləri, kollecin tələbə və müəllimləri iştirak edib. Tədbirdə Musiqi Kollecinin tarixi keçmişindən danışıldı. Tədbirdə kollecin məzunları olmuş xalq artistləri Faiq Sücəddinov, Alim Qasımov təhsil ocağı ilə bağlı xoş təəssüratlarını paylaşdıqdan sonra öz ifalarını da nümayiş etdirdilər. Xor, ansambl, solo nömrələri ilə zəngin olan konsert dinləyicilərin alqışları ilə qarşılandı.
İyun ayının 05-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “Məişət zorakılığına məruz qaldığınız və zorakılığın şahidi olduğunuz halda SUSMAYIN.” adlı layihə çərçivəsində Nəsimi rayon A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Məişət və Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, rayon ərazisində yerləşən 46 nömrəli tam orta məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər. Görüşdə iştirak edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırılmışdır. Ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışılıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verilmişdir. Görüşün sonunda şagirdlərə sorğu anketləri paylanılmış və şiddətə məruz qaldıqları zaman anonimlik qorunmaq şərtilə qeyd olunan əlaqə nömrələrinə ,elektron poçt adresinə müraciət etmələri tövsiyyə olunmuşdur.
İyun ayının 06-da Nəsimi rayonu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı tədbirlər silsiləsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Addımların izi ilə” adlı birpərdəli tamaşa səhnələşdirilmişdir. Tədbirdə AMEA-nın prezidenti, Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi , idarənin əməkdaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının məsul əməkdaşları və məktəb direktorları iştirak etmişlər. Rejissoru Bəhruz Vaqifoğlu, ssenari müəllifi Pərviz Seyidlinin olduğu səhnə əsərində Kompleksin yuxarı sinif şagirdləri rol almışdır.Tədbirdə Ulu Öndərin həyat yolu, lider kimi çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
İyun ayının 07-də Beynəlxalq Muğam Mərkəzində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Respublikanın xalq artisti, tarzən Ramiz Quliyev, Respublikanın xalq artisti Vamiq Məmmədəliyev və digər tanınmış incəsənət xadimləri, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib. Tədbirdə Respublikanın xalq artisti, tarzən Ramiz Quliyev Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən və mədəniyyətə verdiyi dəyərlərdən danışıb. Sonra məktəb şagirdlərinin rəngarəng müsiqilər ifa etmişlər.
İyun ayının 08-də Nəsimi rayon Nəsimi Bələdiyyəsində "İnsan hüquq aylığı" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiridə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Konstitusiyamızın, insan hüquqları haqqında qanun və qanunverici aktların mahiyyətinin və həyatımızda rolunun, eyni zamanda, dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılmasını vurğulayıb. Sonra vətəndaşlarda bu sahədə hüquq düşüncəsinin formalaşdırılması məqsədi ilə müxtəlif mövzularda müzakirələr aparılmışdır.
İyun ayının 09-da 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində İnsan vətəndaş hüquq və azadlıqları mövzusunda konfrans keçirilib. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ,“Azərbaycan Uşaqları“ İctimai birliyinin sədri və Hüquqşünaslar şirkəti MMC-nin məsləhətçisi iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı, vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər ölkəmizdə uşaq hüquqları, onların hüquqlarının müdafiəsi və qorunması barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər. Sonda uşaqların sualları cavablandırılıb.
İyun ayının 09-da Nəsimi rayonunda İnsan hüquqları aylığı çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri və İctimai Şuranın katibi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi çıxış edərək tədbirin əhəmiyyətinin iştirakçıların nəzərinə çatdırıb. Sonra tədbir iştirakçıları mövzu ətrafında çıxışları ilə tədbirə yekun vurdular.
İyun ayının 09-da Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şura üzvləri arasında fikir mübadiləsi aparılıb.
İyun ayının 12-də Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində OCEP lahiyəsi çərçivəsində Amerika-Azərbaycan dostluq tədbiri keçirilib. OCEP - Olimpiya Mədəniyyəti Təhsil Proqramı çərçivəsində məktəb Amerika Birləşmiş Ştatlarını təmsil edir. Hər il iyun ayının ikinci bazar günü ABŞ-da "Milli Uşaqlar günü" qeyd olunur. Bu il həmin bayram 11 iyun tarixinə təsadüf etmişdir. ABŞ mədəniyyəti və idmanını öyrənmək və əməkdaşlıq və dostluğu gücləndirmək vacib şərtlərdəndir. Bu əməkdaşlığın başlanğıcı olaraq möhtəşəm "Disney" tədbiri keçirilib. ABŞ-ın "Milli Uşaqlar günü"nə və uşaqları möcüzələr dünyasına aparan "The Walt Disney" kompaniyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin şagirdləri sevimli personajları ilə sehirli nağıllar aləminə səyahət etmişlər. Bayram tədbirində məktəbin şagirdləri öz rəqsləri, mahnıları və çıxışları ilə qonaqları Disney dünyasına apardı. Tədbirin sonunda ABŞ səfirliyi nümayəndələrinə xatirə hədiyyəsi təqdim olunmuşdur.
İyun ayının 12-də Bakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Atatürk Liseyinin məzun günü keçirilib. Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı, Millət vəkilləri, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin rəhbərləri , liseyin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri məzunları təbrik etmiş onlara uğurlar arzulayıb. Tədbirdə şagirdlərin hazırladıqları mahnı və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda məzunlara diplomlar və hədiyyələr təqdim olundu.
İyun ayının 13də “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Nəsimi rayon təşkilatı tədbir keçirib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş etdirildi. Sonra rayonun Partiya sıralarına yeni daxil olan 44 günlük Vətən müharibəsi iştirakçılarına partiya vəsiqələri təqdim olunub. Tədbir bədii hissə ilə davam edib.
İyun ayının 13-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Tədbirdə ideya müəllifi Əziz Zeynalov, layihə rəhbəri İsmayıl Yaşaroğlu, rejissoru Elnur Abbasov və ssenari müəllifi Telli Əzizova olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Birlik” filmi tamaşaçılara təqdim olundu və yaradıcı heyətə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu. Tədbir Respublikanın xalq artisti Ağadadaş Ağayevin ifasında mahnılarla başa çatıb.
İyun ayının 14-də Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olundu. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər. Nəsimi rayonunun ümumtəhsil müəssisələrində 27.096 şagird təhsil alır. Bunlardan 2407 nəfər 9-cu sinfi bitirib. 1602 nəfər isə 11- ci sinfi bitirir. Gələn il üçün 2500 nəfər 1-ci sinfə qəbulu gözlənilir. Bütün bu şagirdlərin təlim-tərbiyəsi ilə 1931 müəllim məşgul olur. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etdi. “Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
İyun ayının 14-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Son zəng” tədbiri keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, gimnaziyanın pedaqoji işçiləri, valideynlər və məzunlar iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bildirildi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi.
İyun ayının 16-da Nəsimi rayonu 22 saylı körpələr evi-uşaq bağçasında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun məktəbəqədər müəssisələrinin rəhbərləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra uşaqların ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şerlər səsləndirilmiş və müxtəlif rəqslər nümayiş olunmuşdur. Tədbirdə bildirildi ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Sonra digər çıxış edənlər uşaqları Milli Qurtuluş günü münasibətilə təbrik etmiş və onlara xoş arzularını çatdırıblar.
İyun ayının 16-da Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VI Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, büstün önünə gül dəstələri qoyulub. Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Beynəlxalq tələbə himni olan “Qaudames” oxunub. Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva, Maynz Universitetindən professor Hendrik Buşoten, Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal, Aleksandr İoan Kuza adına Yassı Universitetindən Lyudmila Bejenaru, Ege Universitetindən professor Fikret Türkmen, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və başqa qonaqlar salamlama nitqi ilə çıxış edib, konfransla bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, konfrans öz əhəmiyyəti və beynəlxalq əməkdaşlığın qurulması baxımından olduqca önəmli rol oynayır. Konfrans bölmə iclasları ilə davam edib və yekun iclası ilə başa çatıb.
İyun ayının 16-da Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının rəhbərləri, Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu. Sonra həkimlərə hədiyyələr və gül dəstələri təqdim edildi. Daha sonra tədbir konsert proqramı ilə davam edib.
İyun ayının 20-də Elm və Təhsil Nazirliyinin dəstəyi, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalı keçirilib. Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, rayon ictimaiyyəti, Şəhid ailələri, vətən müharibəsi veteranları, qaziləri, çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislər və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib. Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri ifa edilib.
İyun ayının 22-də Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, rayon Polis İdarəsinin məsul əməkdaşlarının, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların və təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü münasibəti ilə maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçılarına narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuşdur.
İyun ayının 23-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD nümayəndəsi Nuru Əhmədovu təbrik etmiş, ona uğurlar arzulamışdır. Nuru Əhmədov əməyinə verilən böyük qiymətə görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş və bundan sonrakı fəaliyyətində böyük etimadı doğrultmağa çalışacağını qeyd etmişdir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olundular.
İyun ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən "NİAQARA" şadlıq sarayında rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun inzibati orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icma nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilər və QHT rəhbərlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 26 İyun Silahlı Qüvvələr günü və Milli dəyərlərimizə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə digər çıxış edənlər – Şəhid anası Alimə Cəfərova və qazilər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər. Tədbirin bədii hissəsində tanınmış incəsənət ustalarının ifaları dinlənilib.
İyun ayının 27-də Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri, Nəsimi rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri , Azərbaycan Respublikasının Əməkdar artistləri və rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Əvvəlcə məktəbin həyətində milli-mənəvi dəyərlərimizi əhatə edən sərgiyə baxış oldu. Bölgələrimizin: Qarabağ-Zəngəzur, Bakı-Şirvan,Qazax-Borçalı, Naxçıvan-İrəvan,Qarabağın oymalı arxalığı, çəpkənli qadın milli geyimləri şagirdlərin təqdimatında nümayiş olundu. Müvafiq milli geyimlərin bölgələrinə uyğun Azərbaycan milli xalçaları sərgiləndi və bu xalçaları tarixi haqqında məlumat verildi. Azərbaycanın qədim dövr peşələrinin təqdimatı oldu. Milli abidələrimizi, milli-mənəvi dəyərlərimizi ehtiva edən şagirdlərin əl işləri, STEAM layihəsinin yaradıcılıq işləri sərgiləndi. Tədbirdə bildirildi ki, Nəsimi rayonunda Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq belə tədbirlər milli-mənəvi dəyərlərimizin və milli kimliyimizi gənc nəslin nümayəndəsinə çatdırılması təqdirəlayiqdir. Tədbirdə milli-mənəvi dəyərlərimizi əks etdirən videoçarx nümayiş olunmuş, məktəbin şagirdlərinin ifasında mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşa göstərildi.
İyun ayının 28-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar,iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban bayramı ərəfəsində növbəti sosial aksiya həyata keçirildi. Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobl əlilləri rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları verildi. Həmçinin aksiya zamanı rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidi ailələri ziyarət edilib, onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində rayonda ictimai-siyasi vəziyyətin stabilliyi təmin edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti mütəmadi olaraq rayon ərazisində fəaliyyət göstərən cəmiyyət və birliklərlə - Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatı, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsi, Çernobıl Əlilləri İttifaqının Nəsimi şöbəsi, rayon Ağsaqqallar və Veteranlar Şurası, müxtəlif cəmiyyətlər, ittifaqlar və fondlarla əlaqə saxlayır, il ərzində həmin təşkilatlarla birgə müxtəlif tədbirlərin keçirilməsini təşkil edir, bütün bayramlarda qeyd olunan cəmiyyətlərin aztəminatlı üzvlərinə maddi və ərzaq yardımları edir. Qeyd edirik ki, 2023-cü ilin 1-ci yarısında 14000-ə yaxın rayon sakinlərinə müxtəlif çeşidli ərzaq bağlamaları verilmişdir.
Heydər Əliyev Fondu tərəfindən rayonun aztəminatlı ailələrinə ardıcıl olaraq göstərilən yardımlar sakinlərin yüksək rəğbəti və dərin razılığı ilə qarşılanır.
2023-cü ilin birinci yarımilliyi ərzində Respublikanın digər rayonlarında olduğu kimi Nəsimi rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və qaziləri daima diqqət mərkəzində saxlanılır və onları narahat edən bütün məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Nəsimi rayonunun inzibati ərazisində qeydiyyatda olan 26 Vətən müharibəsi şəhidinin ailəsi və 57 Vətən müharibəsi əlili RİH-nin himayəsindədir. 2023-cü ilin I yarım ili ərzində RİH-nin rəhbərliyi və məsul əməktaşları tərəfindən həssas təbəqə və onların ailə üzvləri ilə 720 dəfədən artıq görüşlər keçirilmişdir. Şöbəyə 115 yazlı və 321 şifahi müraciət daxil olmuşdur. Ən çox üstünlük təşkil edən müraciətlər arasında şəhid adının əbədiləşdirilməsi, Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması, maddi yardım olunması, dərman ehtiyaclarının qarşılanması, kommunal xidmətlərə və digər borcların ödənilməsinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, evin təmirinə köməklik, yolların asfaltlanmasına köməklik, müharibə veteranlarının mənzil növbəsinə götürülməsi və digər müraciətlər olmuşdur. Daxil olan bütün müraciətlər şöbə tərəfindən araşdırılmış və həlli istiqamətində lazımi tədbirlər görülmüşdür. Nəsimi rayon ərazisində qeydiyyatda olan 3 şəhid ailələsi və 4 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə qəbul olunmuşdur. 2023-cü ilin ilk 6 ayı ərzində mənzil növbəsində olan 1 Vətən müharibəsinin şəhid ailəsi və 7 müharibə əlili Dövlət tərəfindən mənzil ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müfaviq Sərəncamları ilə orden ilə təltif olunmuş 2 şəhidi adına rayon ərazisində küçə verilmişdir, bununlada rayon ərazisində Vətən müharibəsi şəhidlərinin adını daşıyan küçələrin sayı 4-ə çatmışdır. RİH-nin təşəbbüsü ilə hər 4 küçədə küçə adı göstərən lövhələr quraşdırılmışdır. Həssas təbəqədən olan 8 nəfər işlə təmin olunmuşdur.
Nəsimi rayon İcra hakimiyyəti yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və Himayəçilik üzrə Komissiya” tərəfindən 6 ay ərzində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
2023-cü il üçün təsdiq edilmiş “İş planı”nı rəhbər tutaraq Yetkinlik Yaşına Çatmayanların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərinin qarşısının alınması, mənəviyyat və sağlamlıqlarının muhafizəsi, baxımsızlıqlarının profilaktikası sahəsində müəyyən işlər görmüşdür.
Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə, eləcə də Qəyyumluq və Himayəçilik Komissiyası özünün 22 iclasını keçirmiş və bu iclaslarda azyaşlıların hüquq və mənafeləri ilə bağlı ümumilikdə 121 məsələyə baxılmışdır. Baxılan məsələlərdən 1 məsələ azyaşlının sığınacaqlara yerləşdirilməsi, 6 məsələ uşağın kimin yanında qalmasına dair, 19 məsələ isə uşaqla ünsiyyət məsələsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
YYÇ-ların İHM üzrə Komissiya rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şurasının YYÇ PİTB-nin bölməsi ilə birgə uşaq əməyinın istismarının qarşısının alınması, uşaq əməyindən qanunvericiliyin tələbləri pozulmaqla istifadə olunması, uşaqların əmək şəraiti ağır və zərərli olan, həmçinin onların həyatına, sağlamlığına va mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmalarının qarşısını almaq məqsədi ilə 10 reyd təşkil olunmuşdur. Nəsimi RPİ-nin İTŞ-nin YYC-la PİTB-si tərəfindən göndərilən 25 materiala Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən baxılmışdır.
Gənclər arasında maarifləndirmənin həyata keçirilməsində təhsil müəssisələrində təhsilin imkanlarından geniş istifadə edərək əmək kollektivlərində və gənclər arasında maarifləndirmə ilə bağlı müvafiq tədbirlər keçirilib.
Rayonun orta məktəblərində valideynlər və müəssisə rəhbərləri ilə dəyirmi masalar təşkil edilib, həmin görüşlərdə əsasən ümumi icbari orta təhsilin həyata keçirilməsi, erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması, yetkinlik yaşına çatmayanların asudə vaxtlarının səmərəli təşkili, uşaqlar arasında hüquq pozuntularının profilaktikası valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və s. mövzularda maarifləndirici söhbətlər aparılıb.
Uşaq hüquqlarının qorunması, uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və vətənpərlik ruhunda formalaşması məqsədi ilə “20 yanvar faciəsi”, “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı, Bakı Kitab Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı, "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı, "Xocalı faciəsi uşaqların gözü ilə" adlı, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı, Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yaz debat turniri, “Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turniri, “Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği”nə həsr olunmuş intellektual yarış, Heydər Əliyev ili” çərçivəsində “Nizami Gəncəvi yaradıcılığının dünyası” adlı, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış, Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Bir həyat hekayəsi” adlı konfrans, "Sabahın əsgərləri " adlı hərbi-idman oyunu, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahi lider” adlı ədəbi bədii tədbir, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü, 26 İyun- Silahlı Qüvvələr Günü , 26 iyun–Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü, “Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi”, “ Gender zorakılığı və uşaqlara qarşı zorakılıq ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkil”, (və s.)adlı müvafiq tədbirlər keçirilmişdir.
Həmçinin ölkəmizdə qələbəmiz ilə başa çatan Vətən müharibəsinə həsr olunmuş videoçarx müsabiqələri keçirilmiş, vətənpərvərlik mövzusunda debatlarda və şeir müsabiqələrində fərqlənmiş və xüsusi qabiliyyət göstərmiş uşaqlar hədiyyə və diplomlarla təltif olunmuşlar.
Rayon İcra Hakimiyyəti, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən uşaqlar ilə bağlı baxılan məsələlər (uşağın ad və ya soyadının dəyişdirilməsi, nikah yaşının azaldılması, uşağın əmlakı, həmçinin hansı valideynin yanında qalması, valideynlərlə ünsiyyət barədə rəylərin verilməsi və sair) zamanı onların hüquq və mənafeyi üstün tutulmuş, həmçinin maraqlarına toxunan məsələlərdə iştiraklarının təmin sahəsində fəaliyyət gücləndirilmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, 2023-cü ilin cari 6 ayı ərzində komissiya tərəfindən valideynlərinin ölümü, valideynlər tərəfindən atılması və sairə səbəblərdən valideyn himayəsindən məhrum olmuş 3 azyaşlı aşkar edilərək, ailə üzvlərinin və yaxın qohumlarının qəyyumluq və himayəsinə verilmişdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq valideynlər arasında uşağa münasibətdə ziddiyyət yarandıqda məhkəmədən daxil olmuş qərardad əsasında valideynlər arasında nikahın ləğvindən sonra uşağın kimin yanında qalmasının və uşağın(uşaqların) bir valideyndən alınıb digərinə verilməsinin onun (onların) mənafeyinə uyğunluğu barədə 6 məsələyə, uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ barədə 19 məsələyə, valideynlik hüququndan məhrum edilmə ilə bağlı isə 1 məsələyə baxılaraq komissiya tərəfindən müvafiq rəylər verilmiş və məhkəmədə uşaqların hüquq və mənafeləri qorunmuşdur.
Cari ilin 6 ayı ərzində insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması ilə bağlı övladlığa götürülmənin ləgvi ilə əlaqədar müraciət daxil olmamışdır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barəsində 1 müraciət daxil olmuşdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq komissiyaya notarial idarələr tərəfindən vərəsəlik müəyyən olunması barədə materiallar qeydiyyata alınmış,vərəsə payı müəyyən edilmiş azyaşlıların əmlak hüquqlarının qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində komissiyaya azyaşlının əmlakının dəyişdirilməsinə razılıq verilməsi üçün müraciətlər daxil olmuşdur. Daxil olmuş müraciətlərə baxılan zaman uşaqların əmlak hüquqlarını qorunması istiqamətində müvafiq qərarlar qəbul edilmişdir.
Cari ilin 6 ayı ərzində komissiya üzvləri rayon məhkəməsində azyaşlıların hüquqlarının qorunması üçün qanuni nümayəndə qismində iştirak etmişlər.
Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Vətəndaşların və dövlətçiliyimizin keşiyində duran Nəsimi RPİ-nin şəxsi heyəti Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları, Daxili İşlər Nazirliyinin və cənab Nazirin əmr və göstərişləri rəhbər tutularaq dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən etibarlı qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri böyük əzmlə yerinə yetirmiş, xidməti ərazidə ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində müəyyən nəticələr əldə edilmişdir.
Kriminogen duruma ciddi təsir göstərən mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması, bu növ cinayətlər nəticəsində vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinə xüsusi diqqət yetirilmişdir.
Nəsimi rayon sakinlərindən narkoloji dispanserdə qeydiyyatda olanlarla müvafiq işlər aparılmışdır. Hesabat dövründə idarə rəhbərliyinin iştirakı ilə “Azərbaycan Gəncləri narkotikə yox deyir” mövzusu ilə rayon ərazisində yerləşən 30 təhsil müəssisəsində müəllim-şagird kollektivi ilə görüşlər keçirilmişdir.
Növbəti hesabat dövrü ərzində daha çox narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması üçün aidiyyəti əməkdaşlara kəsərli tədbirlərin görülməsi tapşırılmışdır.
Müddətdən artıq istintaq edilmiş və əlavə istintaqa qaytarılan cinayət işləri üzrə nöqsanlar qısa müddət ərzində aradan qaldırılaraq təkrar məhkəməyə göndərilmişdir.
İnzibati fəaliyyətin tətbiqi sahəsində 10.212 inzibati protokol tərtib tərtib edilmişdir ki, bundan da 3879 protokol üzrə 210.455 manat məbləğində cərimə tətbiq olunmuş və 55.355 manat və ya 26.3% vəsait dövlət büdcəsinə ödənilmişdir. 6 ay ərzində Qeydiyyat qaydalarının pozulması - 5298, məişət səs-küyü -49, küçə ticarəti -914, xırda xuliqanlıq - 393, döymə - 19, avaraçılıq 1494, məişət tullantıları 657, ictimai yerlərdə siqaret çəkmə 919, icazə sistemi qaydalarının pozulması 75, azyaşlılara tütün və ya spirtli içki satılması 21, ev heyvanlarının saxlanılması qaydalarının pozulması 43, antisanitariya 8 təşkil eymişdir.
Cari ilin 6 ayı ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar və aprel aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamı ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin həрbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Hesabat dövründə Azərbaycan Respublikası Rrezidentinin imzaladığı Fərman və Sərəncamların, Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə 2023-cü il üçün İş Planı təsdiq edilmişdir. Təsdiq edilmiş illik İş Planı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Hazırda bu sahələr üzrə zəruri tədbirlər həyata keçirilməkdədir. Milli Fəaliyyət Planının icrası ilə bağlı sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşlərdə, xüsusilə səyyar qəbullarda həyata keçirilən tədbirlərin geniş təşviqi, ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə işlər görülməkdədir. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat dövründə nəzarət qaydasında, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, antikorrupsiya məsələlərini əhatə edən mövzular üzrə təlimlər, müşavirələr keçirilmiş, fərdi söhbətlər aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının qəbullarında, yerlərdə sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. Keçən dövrdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar dövlət qulluqçularının iştirakı ilə peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi, etika məsələlərini əhatə edən mövzular üzrə də təlimlər, fərdi söhbətlər keçirilməkdədir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
2023-cü ilin 6 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2023-cü ilin 6 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1731 ərizə və müraciət ( 2022-ci ilin 6 ayı 1564 ərizə) daxil olmuşdur.
Onlardan 236-sı Prezidentin Administrasiyasından,
15-i Milli Məclisdən,
17-i Nazirlər Kabinetindən,
227-i Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
1236-ı vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 315-i təkrar, 92-ii kollektiv ərizələrdir.
«Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müraciətlərə vaxtında baxılaraq təmin edilmiş, qaldırılan məsələlərin 33,6 %-i tam və qismən həll edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2023-cü ilin 6 ayı ərzində 22 səyyar qəbul keçirilmiş, 2300 sakinin iştirak etdiyi qəbullarda 227 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
2023-cü ilin yanvar ayından başlayaraq hər ay müəyyən olunmuş qrafik üzrə rayon ərazisində 22 səyyar qəbul keçirilmişdir.
06.01.2023-cü il tarixində 1-ci mkr. A.Məhərrəmov küşəsi 31 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 9 nəfərin müraciəti dinlənilmişdir.
11.01.2023-cü il tarixində S.Vurğun küşəsi 112 ünvanında MKTB-nin akt zalında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
18.01.2023-cü tarixində 16 nömrəli texniki humanitar liseydə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 11 nəfərin müraciəti dinlənilmişdir.
25.01.2023-cü il tarixində Cavadxan küşəsi 68a ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 7 nəfərin müraciəti dinlənilmişdir.
15.02.2023-cü il tarixində 42 nömrəli tam orta məktəbdə 2 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 8 nəfərin müraciəti dinlənilmişdir.
22.02.2023-cü il tarixində 46 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 10 nəfərin müraciəti dinlənilmişdir.
01.03.2023-cü il tarixində 54 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 13 nəfərin müraciəti dinlənilmişdir.
07.03.2023-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 16 nəfərin müraciəti dinlənilmişdir.
10.03.2023-cü il tarixində İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 13 nəfərin müraciəti dinlənilmişdir.
15.03.2023-cü il tarixində 111 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 10 nəfərin müraciəti dinlənilmişdir.
05.04.2023-cü il tarixində Cavadxan küçəsi 28 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 10 nəfərin müraciəti dinlənilmişdir.
12.04.2023-cü il tarixində A.Məhərrəmov küşəsi 31 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.Qəbulda 11 nəfərin müraciəti dinlənilmişdir.
19.04.2023-cü il tarixində 35 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.Qəbulda 12 nəfərin müraciəti dinlənilmişdir.
26.04.2023-cü il tarixində Bakı-Slavyan Universitetinin məktəb-lisey kompleksində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 19 nəfərin müraciəti dinlənilmişdir.
03.05.2023-cü il tarixində H.Seyidzadə küçəsi 11-13 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 11 nəfərin müraciəti dinlənilmişdir.
11.05.2023-cü il tarixində S.Vurğun küçəsi 112 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 9 nəfərin müraciəti dinlənilmişdir.
17.05.2023-cü il tarixində 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 80 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
24.05.2023-cü il tarixində 42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 10 nəfərin müraciəti dinlənilmişdir.
01.06.2023-cü il tarixində 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 9 nəfərin müraciəti dinlənilmişdir.
07.06.2023-cü il tarixində Azadlıq pr. 16 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 10 nəfərin müraciəti dinlənilmişdir.
14.06.2023-cü il tarixində 268 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 9 nəfərin müraciəti dinlənilmişdir.
21.06.2023-cü il tarixində Cavadxan küçəsi 28 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 11 nəfərin müraciəti dinlənilmişdir.
Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin iyulun 11-də altı ayın yekunları ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.