Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilməsinin 20-ci ildönümü
Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezident seçildikdən sonra Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.
Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.
Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.
İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. İnsanların rifah halı yüksəlib. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət tərəfindən müntəzəm dəstək göstərilir.
Azərbaycan neft və qaz yataqları ilə zəngin bir ölkədir. Prezident İlham Əliyev ölkəmizin nəhəng enerji potensialından səmərəli istifadəni dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr təkcə ölkəmizin deyil, həm də bütün Avrasiya məkanının enerji təhlükəsizliyinin qorunmasına kömək göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər layihələr həm indiki, həm də gələcək nəsillərin firavanlığını təmin etməyə yönəlib.
Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya texnologiyalarının və digər sahələrin dəstəklənməsi üçün məqsədyönlü proqramlar icra olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təmin edilən siyasi və iqtisadi sabitlik, eyni zamanda, Azərbaycan özü də bir sıra regional və qlobal layihələrdə sərmayəçi kimi çıxış edir. Həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun nəqliyyat-kommunikasiya mərkəzinə çevirib. Bu isə tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb.
Prezidentin təşəbbüsü və rəhbərliyi ilə dövlət həyatının bütün sahələrində sistemli islahatlar həyata keçirilib. Ölkəmizin siyasi sistemi təkmilləşdirilib. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri daha da inkişaf etdirilib. Milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına kömək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nüfuzunu daha artırıb. Bu gün ölkəmiz qlobal dialoqda fəal iştirak edir. Dünya dövlətləri ilə münasibətlərdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan sanballı sözü və ardıcıl mövqeyi olan bir dövlət kimi tanınır.
Prezident İlham Əliyevin xarici siyasətinin uğurlarından biri də Azərbaycan 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2019–2022-ci illər üçün dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədr seçilib və sədrlik müddəti daha bir il uzadılıb.
Möhtərəm cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olub.
Prezident İlham Əliyevin hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr yaradılıb. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq yolunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilib.
Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib.
30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad edilib və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona çatdırılıb. Dünya miqyasında az sayda liderə nəsib olan möhtəşəm Zəfərə imza atmaqla cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk edib.
Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri hərb tariximizin yeni şanlı səhifəsini təşkil etdi.
Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edildi, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Bu gün biz qürurla söyləyirik ki, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız Vətən müharibəsində və antiterror tədbirlərində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və quruculuq işlərində də nümayiş etdirir.
İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Qarabağ və Şərqi Zəngəzur gözlərimiz önündə çiçəklənən diyarlara çevrilir.