Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə

24 dekabr 2022 | 07:48

Möhtərəm cənab Prezident!

İcazə verin Sizi – XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni tarixi epoxada böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli dövlət xadimini və mahir siyasi lideri, Ulu öndər Heydər Əliyevin həyat və mübarizə məktəbinin ən layiqli davamçısını – Ad gününüz münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımızı ifadə etməkdən böyük şərəf və məmnunluq hissi duyum.

Xalqımızın Ümummilli liderinin  böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna çıxardığı respublikamız son 19 ildə məhz Sizin fitri idarəçilik və liderlik keyfiyyətləriniz sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Bəli, müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb, kənar təzyiqləri inamla dəf edib, müstəqil siyasət yürüdübdür. Azərbaycan bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla yetişibdir və çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çatıbdır.

Möhtərəm cənab Prezident!

Siz Ulu öndərdən  aldığınız əmanəti - Azərbaycanı elə qüdrətli səviyyəyə yüksəltdiniz ki, bu fəaliyyət tariximizin ən şərəfli səhifələrinə müəlliflik edir və əsrlər sonra da böyük ehtiram və iftixarla xatırlanacaqdır.
Azərbaycanın timsalında biz liderin fərdi idarəçilik xüsusiyyətlərinin xalqın taleyində hansı rolu oynadığını əyani şəkildə görürük. Əsl lider xalqı öz ideyaları ətrafında birləşdirir, dövlətin davamlı uğurlarını təmin edir, hər bir fərdin maraq və mənayefinin təminatçısı qismində çıxış edir. Siz, məhz bu cür liderlik xüsusiyyətlərinə malik olduğunuza, Heydər Əliyevin ölməz ideyalarını layiqincə yaşatdığınıza görə xalqın sevimlisinə çevrilibsiniz.

Möhtərəm cənab Prezident!

Qüdrətli sərkərdəmiz olaraq Sizin qətiyyət və prinsipiallığınız, Vətən sevginiz və yüksək mənəvi keyfiyyətləriniz də qürur və məhəbbətlə qeyd edilir. Sizin atdığınız addımlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Ali Baş Komandanımızın sərkərdəlik qüdrətinə bütün dünya 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm zəfərində, Azərbaycan əsgərinin qalibiyyət əzmində bir daha şahid oldu. Vətən müharibəsi məhz görkəmli sərkərdə və dövlətimizin başçısı İlham Əliyevin – Sizin gərgin və yorulmaz əməyiniz, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.

Möhtərəm cənab Prezident!

Siz, siyasi mövqeyindən, ictimai baxışlarından asılı olmayaraq ölkədəki bütün qüvvələri bir araya gətirə bilirsiniz. 

Siz, xalqın arasına getməyi, insanlarla bir arada olmağı, tez-tez müxtəlif məkanlarda adi vətəndaşlarla ünsiyyət qurmağı çox sevirsiniz. Vətəndaşlarımız da Sizi çox sevir.

Siz, xalqımızın milli dünyagörüşündə özünəməxsus yer tutan mərhəmət, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət kimi ali dəyərlərə yeni siyasi məzmun qazandırmısınız.

Müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır. Hər birimiz tam əminik ki, Sizin müdrik siyasətiniz nəticəsində bu yol əbədiyyətə qədər davam edəcək.

Möhtərəm cənab Prezident!

Sizi – Ad gününüz münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, bu əlamətdar gündə Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə - uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ölkəmizin firavanlığı naminə ali dövləti fəaliyyətinizdə, müqəddəs və şərəfli missiyanızıda yeni uğurlar arzulayırıq.

 

Dərin hörmət və ehtiramla,

   

                                                             Nəsimi rayon ictimaiyyəti adından İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov

         

         

 

Keçidlər