Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə

24 dekabr 2023 | 07:00

Möhtərəm cənab Prezident!

Sizi – Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasını yaradıcılıqla və uğurla gerçəkliyə çevirən,  yeni dövrün - qloballaşan dünyanın böyük dövlət xadimini, müdrik, qətiyyətli və cəsarətli siyasətçini – böyük şərəf və məmnunluq hissi ilə Ad gününüz münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edirik.

Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.

Ölkəmizdə əldə edilən böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində yeni dövrün - qloballaşan dünyanın böyük dövlət xadimi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən artıq çoxdan təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi Azərbaycana bəxş etməsidir.

Möhtərəm cənab Prezident!

Təməli Ulu öndər  Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin  Sizin tərəfinizdən yüksək dinamizm, əzmkarlıqla davam etdirilməsi xalqımızın sabaha inamının nümunəsidir. Sizin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlamağınız Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz, o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Sizin böyük siyasətdə atdığınız inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.  Siz zaman etibarilə qısa, mahiyyətcə böyük dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdiniz ki, xalqımız öz taleyini Sizə etibar etməkdə qətiyyən yanılmamışdır.

Möhtərəm cənab Prezident!

Siz şanlı tariximizi yaşatmaqla yanaşı, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, görkəmli fəaliyyətiniz ilə yeni bir tarixi epoxanın əsasını qoymusunuz.

Ölkəmiz Sizin rəhbərliyiniz altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

Bəli, Prezident İlham Əliyev xalqa arxalanmaqla ucalmağı bacaran Liderdir. Hər bir azərbaycanlının Prezidenti həm də hər bir azərbaycanlının dostu, cəfakeşi, güvənci, qürur mənbəyidir. Buz bununla qurur duyuruq.

Möhtərəm cənab Prezident!

Siz Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış mode­li təqdim etmisiniz, demokratiyanın milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırmısınız, “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etmisiniz.

Gənc dövlətimizin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Sizin, liderlik keyfiyyətləriniz, siyasi iradəniz və uzaqgörənliyiniz sayəsində mümkün olubdur. Sizin şəxsiyyətiniz modern cəmiyyətdə lider obrazının ən mü­hüm cəhətlərini özündə birləşdirir.

Sizin rəhbərliyiniz ilə son 20 ildə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Sizin dövlətçilik təfəkkürünüzü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır.

Son 20 ilin hər günü, hər anı, hər saatı uğurlarla, nailiyyətlərlə, müvəffəqiyyətlərlə müşahidə olundu, yaddaşlarda qaldı. Uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər bir-birini əvəzlədi. Əsası “Əsrin müqaviləsi” ilə qoyulan enerji strategiyası uğurla davam etdirildi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri tam reallaşdırıldı, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas oyunçularından, əsas aktorlarından birinə çevrildi. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi transmilli layihələr həyata vəsiqə aldı, reallığa çevrildi, yeni, XXI əsrin müqaviləsi imzalandı, tarixə həkk olundu.

Müzəffər Azərbaycan ordusu Sizin - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi. 

8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Bu tarixi zəfər ilə Siz öz adınızı müzəffər sərkərdə olaraq təkcə mənsub olduğunuz ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdiniz. Szin böyük sərkərdəlik məharətiniz, güclü iradəniz və qətiyyətiniz, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, Türk dünyası kimi daha geniş coğrafi arealı əhatə edir.

Bir günlük məhdud və lokal xarakterli antiterror tədbirləri ilə düşmən üzərində qazanılan şanlı qələbə ilə də ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır.

Möhtərəm cənab Prezident!

Bu növbəti tarixi Qələbə ilə Siz xalqımız üçün həlli mümkünsüz görünəni reallaşdırdınız. Sizin həyat amalınız da məhz xalqın və dövlətin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. Sizin sağlam və uzaqgörən siyasətiniz nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Siz, ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdınız.

Bu şanlı qələbə Sizin - Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, “Heydər Əliyev İli”nə möhtəşəm, dəyərli töhfəsi oldu.

Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!.. Misilsiz dövlətçilik təfəkkürünə malik İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir.

Möhtərəm cənab Prezident!

Sizi – xalqının Qalib Sərkərdəsini Ad gününüz münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, bu əlamətdar gündə Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə - uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə, Azərbaycan naminə bütün təşəbbüslərinizdə yeni uğurlar arzulayırıq.

 

Dərin hörmət və ehtiramla,

Nəsimi rayon ictimaiyyəti adından İcra

Hakimiyyətinin başçısı

Asif Əsgərov

Keçidlər