Azərbaycanın Rusiyadakı Səfirliyində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.
Bu gün müstəqil ölkəmiz Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan İlham Əliyevin Rəhbərliyi altında tarixinin ən şərəfli günlərini yaşayır.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin sahəsində Vətən Müharibəsində qazanılan tarxi qələbəmiz dünyanın hər bir yanında soydaşlarımız tərəfindən silsilə tədbirlər şəklində qeyd olunub.
Belə tədbirlərdən biridə Azərbaycan Respulikasının Rusiya Federasiyasındakı səfirliyində keçirilib.
Tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksək vəzifəli diplomatları, o cümlədən səfirlər, müşavir-elçilər və hərbi attaşelər, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, politoloqlar, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli təmsilçiləri, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalçılardan azad olunması naminə döyüşən, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş qazi Kamal Quluzadə iştirak etmişlər.
Vətən müharibəsinin qazisi Kamal Quluzadə qeyd etdi ki, rəşadətli döyüşçülərimiz döyüşərək hər gün kənd və şəhərlərimizi azad edirdilər. O vurğulamışdır ki, hər döyüşdən sonra keçirdikləri hissi, 30 ildən sonra bu torpaqlara ayaq basan ilk azərbaycanlılar olduqlarının qürur və xoşbəxtlik hisslərini eyni zamanda şəhərlərdən qalan xarabalıqları, yer üzündən silinən kəndləri, məscidlərin donuz tövləsinə çevrildiyini görəndə keçirilən kədər və ağrı hisslərini təsvir etmək qeyri-mümkündür.
Bütün bunlar Ermənistan hakimiyyəti tərəfindən atılmış düşünülməmiş bir addım deyildi bu Azərbaycan xalqının tarixinin, mədəniyyətinin bilərəkdən məhv edilməsi, eyni zamanda, Azərbaycan xalqının dininin ələ salınması məqsədi ilə aparılan məqsədyönlü siyasi addımlar idi. Azərbaycan xalqının iradəsi və əzmi, müasir ordusu, iqtisadi qüdrəti və ən əsası ordunun, xalqın və hakimiyyətin birliyi qələbəni təmin edən başlıca amillər olmuşdur.