Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Dövlət Sirkinin fasadında əsaslı təmir-bərpa işlərinə başlanılıb

11 sentyabr 2024 | 10:27

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, eyni zamanda sakinlərin müraciətlərini nəzərə alaraq mərkəzi küçə və prospektlərdə  təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işləri   daha da intensiv şəkildə davam etdirilir.

Belə ki, rayonun Səməd Vurğun küçəsində yerləşən Bakı Dövlət Sirkinin fasadında əsaslı təmir-bərpa işlərinə   başlanılıb. Binanın fasadı yeni görkəmə gətiriləcəkdir.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.

Keçidlər