Bakı Kitab Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı tədbir keçirilib.
Bakı Kitab Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyətinin məsul əməkdaşları, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakşıları Mərkəzin foyesində dərnək üzvlərinin çəkdiyi rəsmlərə və müxtəlif ölkələrin mədəniyyətini və tarixini əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbirdə çıxış edənlər bildirdilər ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər.
Tədbir boyu Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri azsaylı xalqların rəqslərindən ibarət kompazisiyalarla çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkili çəkilib.