Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu üzrə orta məktəb şagirdləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin “İctimai-siyasi humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin” müdiri Elmin İmanov, Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun ümumtəhsil müəssisələrinin rəhbərliyi, rayon gəncləri iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Müsabiqəyə vəsiqə qazanmış şagirdlər hazırladıqları referatlarla tarixi həqiqətləri, sübutları, faktları iştirakçılara yüksək natiqlik qabiliyyətlərini nümayiş ediblər.
Sonda Bakı Şəhər İcra Hakimiyyətinin “İctimai-siyasi humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin” müdiri Elmin İmanov çıxışında iştirak edən şagirdlərə uğurlu natiqlik qabiliyyətlərinə görə və müsabiqənin yüksək səviyyəli təşkilatçılığına görə öz məmnunluğunu ifadə edib.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavinləri Zahid Xəlilov və Gülarə Verdiyeva müsabiqənin hazırlanma mərhələsi, şagirdlərin ruh yüksəkliyindən bəhs ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.