Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2020-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə HESABATI

25 fevral 2021 | 13:16

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2021-ci il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik” fikirlərini söyləyərək hesabat dövründə ən mühüm tarixi hadisə kimi torpaqlarımızın işğaldan azad olunmasını vurğuladı. O, bildirdi ki,  Azərbaycan 44 gün ərzində Ermənistanı məğlubiyyətə uğradaraq, parlaq Qələbə qazandı, torpaqlarımızı düşməndən təmizlədi. Belə bir şəraitdə Ermənistan məcburən kapitulyasiya aktına imza atdı, bununla da üç rayonumuz döyüşsüz, bir güllə belə atılmadan, bir şəhid verilmədən siyasi yolla geri qaytarıldı. Azərbaycan Prezidenti Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulduğunu vurğulayaraq deyib: “Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks-təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik”.

Dövlətimizin başçısı daha sonra əlavə edib ki, Azərbaycan şanlı Qələbəsi ilə bütün dünyaya güclü iradəsini, xalqımızın güclü əzmini nümayiş etdirdi, sözümüzlə əməlimiz arasında heç bir fərq olmadığını göstərdi: “Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi”. Bu məqamda ölkə rəhbərinin  2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdığını, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdğını və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildiyini xüsusi vurğulamalıyıq.   Bəli, Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrəti və döyüş ruhunun məntiqi nəticəsi idi. Bütün dünyanın gözü 44 gün ərzində Azərbaycanda idi. Ali Baş Komandanımız olaraq cənab Prezidentimiz, həm cəbhədə Silahlı Qüvvələrimizə rəhbərlik edir, həm də diplomatiya və informasiya məkanında uğurla mübarizə aparırdı. Bütün dünya görürdü ki, Qələbənin bir ünvanı var – qəhrəman Azərbaycan əsgəri, zabiti və onun sərkərdəsi, Ali Baş Komandanı!

Bu Qələbə bir saatın, bir günün, bir ilin qələbəsi deyil. Bu Qələbə bu illər ərzində hər gün, hər saat ölkə başçısının fəaliyyətininin ən əsas prioriteti idi. 44 gündə Vətən torpaqlarının işğaldan azad edilməsi bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən müqəddəs arzusunun çin olması tarixə böyük hərflərlə yazılan QƏLƏBƏDİR! Bütün xalqımız bilir və bütün xalqımız bu Qələbənin sevinc hissi ilə yaşayır. 

Ölkə başçısı nitqində ötən il ərzində iqtisadi sahədə görülən işlərdən də ətraflı bəhs etdi, dünyada yaşanan dərin böhrana baxmayaraq, Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığını, iqtisadiyyatın təqribən 4 faizdən bir qədər çox azalması müqabilində qeyri-neft sənayesinin 11 faizdən çox artdığını diqqətə çatdırdı. Ölkə rəhbəri bu uğura şaxələndirmə siyasəti hesabına nail olunduğunu vurğuladı. 

Dövlətimizin başçısının çıxışında diqqətçəkən digər göstəricilərə də nəzər salaq. Belə ki:– kənd təsərrüfatı 2 faiz yüksəlib. Taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib, suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb;– digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən bu il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə,    şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib. Neft Fondunun vəsaiti təqribən 0,5 faiz artıb; – Cənub Qaz Dəhlizi tam istismara verilib. Onun son seqmenti olan TAP istismara buraxılıb. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Çünki ölkəmiz Cənub Qaz Dəhlizinin təşəbbüskarıdır.

Əlbəttə, koronavirus pandemiyasının hökm sürdüyü bir şəraitdə reallaşdırılan iqtisadi islahatların müsbət nəticələri barədə geniş bəhs etmək olar. Ancaq beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə qısa nəzər salsaq, bu barədə aydın təsəvvür yaranar. Belə ki, Dünya Bankının “Doing Business” proqramında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. 
Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə ölkəmiz inkişaf etməkdə olan 74 ölkə arasında əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında ikinci, islahatçı obrazı əmsalına görə, dünya miqyasında beşinci, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir.

Azərbaycan adıçəkilən forumun hesabatında digər sahələrdə də uğurlu mövqelərdə qərarlaşıb. Belə ki, dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci, avtomobil yollarının keyfiyyəti üzrə 24-27-ci, inklüziv inkişaf indeksi üzrə isə 3-cü yerdə qərarlaşıb. 
Möhtərəm Prezident müşavirədəki çıxışında ölkəmizin bu cür sürətli inkişaf dinamikasından danışarkən dedi: “Biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”.

Müşavirədə Vətən müharibəsi gedən 44 gün ərzində  Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələrinin hərbi cinayət törədərək mülki əhalimizi, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərmələri barədə də ətraflı bəhs edildi. Bildirildi ki, bu  təcavüz nəticəsində dinc sakinlərə, dövlət əmlakına, infrastruktura, sahibkarlara çox ciddi zərər vurulub. Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Azərbaycan Prezidentinin  6 noyabr tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb və ona müvafiq konkret tapşırıqlar verilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışında itirilmiş əmlakın bərpası, vətəndaşlara vəsaitin verilməsi istiqamətində qarşıya qoyulan məsələlərin qısa müddət ərzində öz həllini tapmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı həmçinin qeyd etdi ki, “Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər. İndi isə Gəncə şəhərində dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilməlidir. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. O xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik”.

Müşavirədə azad edilmiş torpaqlarda artıq abadlıq-quruculuq işlərinə başlanıldığı da diqqətə çatdırıldı. Bununla bağlı dövlət başçısı tərəfindən müvafiq göstərişlər verildiyi vurğulandı. Eyni zamanda, həmin ərazilərdə hazırda, ilk növbədə, minalardan təmizlənmə işlərinin aparıldığı, şəhərsalma ilə bağlı artıq ilkin təmaslar yaradıldığı xatırladıldı.  Ölkə başçısı çıxışında bütün ərazilərin yenidən qurulması ilə əlaqədar vahid konsepsiyanın, eyni zamanda, kəndlərin bərpası istiqamətində vahid yanaşma olmasının zəruriliyi bildirdi: “Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar”. Müşavirədə vurğulandı ki, ölkə başçısının 2020-ci il 24 noyabr tarixli sərəncamı əsasında Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün  Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah həmin vaxtdan fəaliyyətə başlayıb. Hazırda işin təşkilini reallaşdırmaq məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən idarələrarası mərkəzin tabeliyindəki 16 işçi qrup tərəfindən minalardan və partlamamış sursatlardan təmizləmə,  sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə tədbirlər həyata keçirilir, eyni zamanda, şəhərsalma planlaşdırılması, bu çərçivədə tarixi abidələrin qorunması, bərpası, infrastruktur və enerji təminatı istiqamətlərində ciddi layihələr hazırlanır. 

Son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunan qərarlarla yanaşı, Strateji Fəaliyyət Planı da hazırlanıb. Onun əsasında tədbirlər planı da tərtib edilərək bütün aidiyyəti qurumlarla razılaşdırılıb. Əlbəttə, bütün işçi qruplar arasında   səmərəli əlaqələr qurulub. Şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində tədbirlərə başlanılıb.  

Müşavirədə ölkə Prezidentinin tapşırığı ilə Şuşaya böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər göndərilməsi və şəhərin baş planının hazırlanması üzərində işlərə başlanılması, Şuşa şəhərinin ortofoto şəklinin çəkilməsi və topoqrafiya tədbirlərinin davam etdirilməsi ilə əlaqədar da ətraflı danışıldı.

Prezident İlham Əliyev nitqində 2021-ci ildə  əsas diqqətin azad edilən torpaqlara yönəldiləcəyini,  bu sahədə ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıldığını, ilk layihənin isə Şuşa şəhərinə yol çəkilməsi ilə bağlı olduğunu vurğuladı: “Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək”.

Dövlətimizin başçısı digər vacib layihələrə də start verildiyini, Füzuli şəhərində beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qaldığını, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinin də nəzərdə tutulduğunu, azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün ən müasir suvarma sistemləri təşkil ediləcəyini də diqqətə çatdırdı. 

Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonunda sosial yönümlü tədbirlərə geniş yer verilmiş, sakinlərin normal həyat səviyyəsinin təmin edilməsi başlıca məqsəd olmuşdur.

2020-ci ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində, digər tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub və
Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.
Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Belə ki, bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşdülər.

Sentyabrın 30-da Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva              1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.   Dövlətimizin başçısı görüşdə çıxış etmişdir.

Doğma Azərbaycanımızın  tarixinin ən parlaq səhifələrindən olan 2020-ci il bütün xalqımızın qəlbində, yaddaşında qürur və şərəf mənbəyi kimi, ölkəmizin səlnaməsinə qızıl hərflərlə həkk olundu. Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz rəşadət göstərdi. 44 gün ərzində gərgin döyüş meydanında düşmənin hərbi birləşmələrini darmadağın etdi. Nəticədə otuz ilə yaxın davam edən erməni işğalına son qoyuldu, Vətənin ərazi bütövlüyü təmin edildi. Elə müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza müraciət etdi. Dövlət başçısı Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutduqları, mülki əhali və hərbçilərmiz arasında itkilərin, yaralıların olduğu barədə məlumat verdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyev böyük əzmlə, sonsuz inamla Ermənistanın təxribatı nəticəsində başlanan müharibədə zəfərin bizim olacağını söylədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. O anlardan başlayaraq Azərbaycan xalqı, bizlər – Nəsimililər döyüş meydanlarından gələn qələbə xəbərlərini gözlədi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər çıxışı, xalqa hər bir müraciəti zəfərimizin müjdəsi oldu. Bu böyük tarix - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründə mütəfəkkir dövlət xadimi, “Dəmir yumruq” əməliyyatının keçirildiyi anlarda mübariz xalq sərkərdəsi kimi xalqa müraciətləri, haqq səsimizin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyan müsahibələrı, Zəfər paradında çıxışı hər birimizin qürur mənbəyidir. “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da”. Bu sözlər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışındandır. Bütün bunlarla hər birimizdə qəti inam yaranır ki, Azərbaycan dövləti, Azərbaycan xalqı hələ bundan sonra da çox xoş günlər görəcək, bütün sahələrdə böyük tərəqqiyə nail olacaq.

2020-ci il  Pandemiya dövründə xüsusi karantin rejiminin yerinə yetirilməsi, mararifləndirmə işlərinin aparılması və dezinfeksiya işlərinin gücləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilmişdir.

Koronavirus  (COVİD 19)  infeksiyasının qlobal pandemiya elan olunması ilə əlaqədar, virusun geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının,  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və yuxarı dövlət orqanları tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsi, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə  RİH başçısının 62 saylı 19.03.2020-ci il tarixli sərəncamı ilə Rayon üzrə Operativ Qərargah yaradılmış, qərargahın fəaliyyəti ilə bağlı irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə işçi qrupu müəyyənləşdirilmişdir.

Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi ilə  mobil qruplar fəaliyyət göztərmişlər. Karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə əhalinin sıx olduğu məkanlarda ictimai-iaşə və ticarət obyektlərində maarifləndirmə işləri aparılmış, yaradılmış mobil qrup üzvləri tərəfindən mütəmadi reydlər aparılmış, əhalinin sağlamlığının qorunması məqsədi ilə qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilmiş, eyni zamanda məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin ətraf ərazilərində gediş-gəliş yerlərinin daim nəzarətdə saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasınıntapşırığa əsasə iyun ayında buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan 5,42,46,54,111,151,159,211,240,247 nömrəli tam orta məktəblərdə sanitar qovşaqları təmir olunmuş,   daimi su təchizatı təmin olunmuş, dezinfeksiya işləri aparılmışdır. Çoxmənzilli yaşayış binaların girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, səkilərdə, yol kənarındakı parklarda, obyektlərin qarşısında, avtobus dayanacaqlarında dezinfeksiya işlərinin aparılmasının, həmçinin virusa yoluxmuş evdə müalicə alan xəstələrlə bağlı  müvafiq maarifləndirici işləri davam etdirilmişdir.  İl ərzində 83174 obyektdə reydlər aparılmış, 34936 protokol tərtib olunmuşdur. 4266664 manat məbləğindəcərimə protokolu tərtib edilmiş, 1617672 manatı ödənilmişdir.

Ötən il Respublikamızda keçirilmiş VI çağırış  Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Nəsimi rayon ictimaiyyəti yüksək fəallıq nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Seçkilərin keçirilməsində rayon İcra Hakimiyyəti və onun struktur bölmələri qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələrin  layiqincə yerinə yetirilməsini təmin etmişdir.

Seçici siyahılarının dəqiqləşdirilməsi işləri aparılmışdır.

Rayonda yaradılmış 78 Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşlar. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuş, Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqələrdə 27 ədəd Web kamera  quraşdırılmışdır. 

Rayon ərazisinin müxtəlif yerlərində Milli Məclisə üzvlüyə namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 78  xüsusi lövhələr quraşdırılmışdır. Seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar RİH tərəfindən rayonda toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün bağlı    və açıq yerlər müəyyənləşdirilmişdir.

21 saylı Nəsimi birinci seçki dairəsi üzrə  34936 seçicidən 9992 nəfəri yəni – 28,6 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 5613 nəfəri yəni- 56,2 %-i Yeni Azərbaycan Partiyasının namizədi İbrahimqızı Məlahət İbrahim qızına səs vermişdir.

22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 38 418  seçicidən 11 719 nəfəri yəni – 30,5 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 5419 nəfəri yəni- 46,2 %-i Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının namizədi Mollazadə Asim Nazim oğluna səs vermişdir.

23 saylı Nəsimi-Səbail  üçüncü seçki dairəsinin Nəsimi rayonu üzrə        24 756 seçicidən 6652 nəfəri yəni- 26,9 %-i seçkilərdə iştirak etmiş, iştirak etmiş seçicilərin 3979 nəfəri yəni – 59,8 %-i  bitərəf namizəd Səmədzadə Ziyad Əliabbas oğluna səs vermişdir.

Ümumilikdə rayon üzrə 97 330 seçicidən 28393 nəfəri yəni – 29,7 %-i seçkilərdə iştirak etmişdir.

2020-ci ilin yanvar-dekabr aylarında Nəsimi rayonunun

sosial, iqtisadi inkişafının makroiqtisadi

göstəriciləri

 

 

2020-ci ilin

yanvar- dekabr

ayları faktiki,

min manat

 

Əvvəlki  ilin

müvafiq

dövrünə

nisbətən, faizlə

Sənaye  məhsulunun (işlərin,  xidmətlərin) ümumi  həcmi

654819,5

106,9 

Nəqliyyat sektorunda    xidmətlərin həcmi

276606,8

68,3

İnformasiya və rabitə xidmətlərinin  həcmi

370067,1

94,0

 

Əsas  kapitala  yönəldilən  investisiyalar

 

656426,5

 

49,4

Əsas  kapitala  yönəldilmiş  ümumi  investisiyadan tikinti-quraşdırma  işləri

 

343168,1

 

30,2

Tikinti təşkilatlarının öz  gücləri  ilə yerinə  yetirilən  podrat   işlərinin  həcmi

 

1691554,0

 

104,5

Pərakəndə  əmtəə  dövriyyəsi

2671611,6

125,8

Əhaliyə  göstərilən   ödənişli  xidmətlər

278137,1

31,6

İşçilərin sayı (nəfər)

183187

103,6

Bir   işçinin orta aylıq əmək   haqqı, manat (yanvar- avqust aylarında)

874,6 

114,7

           

           Fiziki həcm indeksinə görə hesablanmışdır.

 Rayonun əsas sosial –iqtisadi göstəricilərinin  (2019 -2020-ci illər) dinamikası

Sənaye

2020-ci ilin yanvar-dekabr aylarında    654819,5  min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  6,9  faiz  çox  sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 863644,7 min manatı istehlakçılara göndərilmiş, ondan 651633,9  min manatı öz istehsalı olan mallar olmuşdur.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə  alınmaqla sənaye  müəssisələrinin anbarlarında  01 yanvar 2021-ci il vəziyyətinə 2762,4 min manatlıq  hazır məhsul ehtiyatı  olmuşdur.

  Tikinti

2020-cu ilin yanvar-dekabr aylarında bütün  maliyyə mənbələri hesabına 138423,1 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

2020-cu ilin yanvar-dekabr aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 656426,5 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 49,4 faiz az olmuşdur. 2020-cu ilin yanvar-dekabr  aylarında 343168,1 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2020-ci ilin yanvar-dekabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət  formalarına görə bölgüsü   

2020-cu ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1691554,0 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz çox olmuşdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2020-cu ilin yanvar-dekabr aylarında 1022681,8 min manat, əsaslı təmir 140462,6 min manat, cari təmir 185965,1 min manat, sair tikinti  işləri isə 342444,5 min manat təşkil etmişdi.

Rabitə

2020-ci ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 370067,1  min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,0 faiz təşkil etmişdir.

 

2019-cu ilin  yanvar- dekabr

aylarında,

min manatla

2020- ci  ilin  müvafiq  dövründə,

min manatla

2019- cu ilin  

müvafiq  dövrünə  nisbətən, faizlə

İnformasiya və rabitə üzrə göstərilmiş xidmətlərin həcmi faktiki  qiymətlərlə

 

393656,6

 

370067,1

 

94,0

 

Nəqliyyat

2020-ci ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 276606,8 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 72,3 faiz təşkil etmişdir.

 

2019-cu ilin  yanvar- dekabr aylarında

2020-ci  ilin  müvafiq  dövründə

2019-ci  ilin  

müvafiq dövrünə  nisbətən, faizlə

Nəqliyyat  xidmətlərindən  əldə  olunan  gəlir, faktiki qiymətlərlə,

min manat           

 

382493,4

 

276606,8

 

 72,3

 

İaşə dövriyyəsi

2020-ci ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi  66488,0 min manat olmuşdur. Həcmin 47,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 31680,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Hüquqi  şəxslərin fəaliyyəti sayəsində əhaliyə 34808,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

Ödənişli xidmətlərin həcmi 2020-ci ilin yanvar-dekabr aylarında 278137,1 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,6 faiz təşkil etmişdir.

2019-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 22,5 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 96823,5 min manat təşkil etmişdir.

İstehlak bazarı

2020-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2671611,6 min manatlıq əmtəə satılmışdır, bu da  əvvəlki ilin eyni dövrünə nisbətən 25,8 faiz artım deməkdir. Satılmış əmtəələrin 82,6 faizi hüquqi şəxslərin, 4,8 faizi rayonda fəaliyyət göstərən bazarın, 12,6 faizi isə  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların  payına düşmüşdür.

                                              

İşçilərin sayı və əmək haqqı

2020-ci ilin yanvar-noyabr aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz  artaraq 183187fər olmuşdur.

2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 14,7 faiz artaraq 874,6  manat olmuşdur.

 

Yeni iş yerləri

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır. Nəsimi rayonunda  2020-ci ilin yanvar-dekabr aylarında 13416 yeni iş yeri açılmışdır.

2020-cu ildə Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə yerli infrastruktur layihələrin icra olunması, əhalinin məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş tədbirlər nəticəsində il ərzində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində əlavə olaraq işçilər işə götürülmüşdür.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür. Keçən dövr ərzində 26 ünvanla bağlı köçürmə-söküntü və inşaat işləri davam etdirilmiş, bir sıra şirkətlər tərəfindən yeni binaların  inşası başa çatdırılaraq sakinlər yeni mənzillərə köçürülmüşlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, xüsusilə  Nəsimi rayonu ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, ümumi istıfadə ərazilərinin və ictımai yerlərin zəbt olunaraq obyektlərin tikilməsinin qətiyyətlə qarşısının alınması ilə bağlı Komiətə ilə əlaqəli tədbirlər həyata keçirilmişdir.  Həmçinin həyata keçirilən bir sıra pilot layihələrlə bağlı verilmiş tapşırıqlara uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirələr aparılmış və yüksəkmərtəbəli binaların inşaası ilə bağlı layihələrə yenidən baxılması zərurəti yaranmış və bununla bağlı RİH başçısının müvafiq sərəncamları verilmişdir.

Bakı şəhər 5 saylı Ərazi Məşğulluq Mərkəzi filialında 2020-ci il ərzində ölkədə sosial – iqtisadi inkişafın sürətləndirilməsi, “işsizlik” kimi ağrılı sosial problemin aradan qaldırılması, əhalinin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   28 dekabr 2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 387 saylı Sərəncamı ilə “2020-ci il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.

 “Ərazi Məşğulluq Proqramı”na əsasən 2020-ci il ərzində Məşğulluq Mərkəzinə 34640 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  35005 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir.Onlardan 18755 nəfərini qadınlar,107 nəfərini məcburi köçkünlər,369 nəfərini əlillər təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramına əsasən Nəsimi Rayon Məşğulluq Mərkəzi vasitəsilə 1423 nəfər ictimai işlərə cəlb edilmişdir.Hal-hazırda onlardan 920 nəfəri aktiv ictimai sosial işlərdə çalışırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü olan özünüməşğulluq proqramının əhatəsi dairəsində 2020-ci ildə Nəsimi Rayon Məşğulluq Mərkəzi tərəfindən 60 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Onlardan 56 nəfər qiymətləndirmədən müfəvvəqiyyətlə keçmişdir və 52 nəfər aktivlərl təmin edilmişdir.

Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.

İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə 792 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə

2020-ci il  ərzində 26 orta məktəbdə 365 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir.Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş,  peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.

Hesabat dövrü ərzində Məşğulluq Mərkəzi tərəfindən  25 nəfər peşə kurslarına cəlb edilmişdir.  Məşğulluq Mərkəzi tərəfindən 42 nəfərə işsizlik siğortası təyin edilmişdir.

Vətəndaşların qəbulu, ərizə və şikayətlərə qanunamüvafiq qaydada baxılması, ərizə və şikayətlərdə qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi Məşğulluq Mərkəzinin daimi diqqət mərkəzində olmuşdur. 2020-ci il ərzində 5792  ərizə və şikayətə baxılmışdır.

Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlər görülür. Məşğulluq xidməti qarşısında işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi üçün lazımi tədbirlərin görülməsi kimi vacib bəzifə durur.

8 saylı Xəzinədarlıq İdarəsi üzrə 2020-ci il  ərzində  dövlət büdcəsinin  Nəsimi rayonu üzrə  yerli xərclərindən maliyyələşən  büdcə təşkilatlarının  xərclərini tənzimləmək  üçün 13 milyon 139  min 592 manat vəsait  proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 13 milyon 061min  528  manat  yəni  99.4% vəsait  xərclənmişdir.

Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 977 min 693 manat təyinata qarşı 916 min 440 manat  və ya 93.7%,  kommunal təsərrüfatı xərcləri  12 milyon manat  təyinata qarşı 11 milyon 999  min 591 manat  və ya 99.9%, əsas bölmələrə aid edilməyən xərclər üzrə 161 min 899 manat  təyinata qarşı 145 min 495 manat və ya  89.8%  icra olunmuşdur.

Rayon  Gigiyena və Epidemiologiya Mərkəzi   üzrə 2020-ci il ərzində 2019- cu ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu bağırsaq xəstəlikləri azalmışdır (402-yə qarşı 194 hadisə).  2057 malyariyaya görə müayinə aparılmış, aşkarlanma olmamışdır.

2020-ci il ərzində Milli təqvim üzrə profilaktik peyvənd planıüzrə müvafiq tədbirlər dvam etdirilmişdir.

Milli təqvimdən əlavə Azərbaycan Respublikası SN- nin 05.04.19- cu il tarixli 22 saylı “Respublikada immunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq 20.04.20- ci il tarixdən 26.04.20- ci il tarixə kimi “təmizləyici” immunizasiya işi aparıldı, yəni müəyyən səbəbdən peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb edilmişdir.

Rayonun uşaq poliklinikaları və doğum şöbələri vaksin preparatları, şpris və iynələrlə tam təmin olunmuşlar.

Rayon ərazisində 3 uşaq poliklinikası və 3 doğum şöbəsi, 1 KTM-nin doğum şöbəsi və 2 özəl klinikada doğum şöbələri fəaliyyət göstərir. 

2020-ci il müddətində doğum evlərində 6744 uşaq doğulmuş və onlardan 5795 VƏP, 5760 OPV və 6616 HB vaksini almışdır.

Aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında il ərzində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.

2020-ci il müddətində  rayon üzrə  KSİ hadisəsi qeydə alınmamışdır. SN –in 25.11.96-cı il tarixli 204 saylı əmrinə “Respublikada poliomielitin ləğvinə yönəldilmiş tədbirlər”ə əsasən MPM- də mütəmadi olaraq yoxlamalar aparılır və nevropotoloqların işinə nəzarət edilir.

Xüsusi təhlükəli xəstəlikləri (vəba,taun) profilaktikası məqsədilə SN-in 12.06.19- cu il tarixli 45 saylı əmrinə əsasən MPM- də xəstəliklərin klinikası müalicə və prpfilaktikası haqqında seminar məşğələlər keçirilmişdir.

Azərbaycan Respublikası SN- in 08.12.15- ci il tarixli 101 saylı “Donuz qripi xəstələrinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” və 19.01.16- cı il tarixli 3 saylı “Donuz qripi xəstəliyinə qarşı əlavə tədbirlər barədə” əmrlərinə əsaslanaraq seminar məşğələləri keçirilmiş, MPM- də bu əmrlərin icrasına nəzarət gücləndirilmişdir. Qripə şübhəli xəstələrdən müayinələrin götürülməsi və hospitalizasiya olunub müalicə edilməsi təşkil olunmuşdur. Bu işlərə tərəfimizdən daimi nəzarət aparılır.

2020-ci il ərzində 5 “Qrip A” və 16 “Qrip B”  hadisəsi olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 1 dekabr tarixli 370 saylı qərarı ilə təsdiq edilmiş, “2016-2020- ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair” tədbirlər proqramına əsasən “Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi” təsdiq edilmişdir. Bu təqvimə İnaktivləşdirilmiş poliomilelit vaksini əlavə edilmiş və 18.04.16- cı il tarixdən 3valentli OPV vaksinasiyası dayandırılmış 2 valentli OPV vaksinasiyasına keçid edilmişdir. Bu barədə bütün MPM məlumatlandırılmışdır və görülən işlər barədə əmr verilmiş, tədbirlər planı tərtib olunmuş, seminar məşğələləri keçirilmişdir.

2020- ci ildə Nəsimi rayonu üzrə pandemiyayala əlaqədar olaraq “COVID-19” infeksiyasına 2837 yoluxma hadisəsi qeydə alınmışdır. Onlardan 266 hadisə 17 yaşa qədər uşaqlardır. Xəstələr vaxtında araşdırılmış, xəstələrə və təmasda olanlara nəzarət aparılmışdır.

Milli təqvimdən əlavə Azərbaycan Respublikası SN- nin 25.09.2020- ci il tarixli 71 saylı “2020-2021- ci ilin payız-qış mövsümündə Respublikada qrip və KRX qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinə əsasən qrip xəstələrinin profilaktikası məqsədilə inaktived influenza- tetra vaksini ilə tibb işçiləri və əhali arasında immunizasiya aparılmışdır. Peyvəndlənməyə 648 ribb işçisi, 836 uşaq və 1126 böyük əhali cəlb olunmuşdur.

2020- ci il ərzində epid.şöbə üzrə 3 cərimə protokolu tərtib olunmuşdur.

Əhalinin su təchizatını fasiləsiz və davamlı təmin etmək məqsədilə “41 Qərb” ümumşəhər tipli su anbarlarından (köhnə anbar 9100 m 3, təzə anbar 2800 m3 ), 2 ədəd məhəllədaxili  A.Məhərrəmov küçəsi  68 (M.Cəlal küçəsi 2) saylı ünvanda yerləşən ( tutumu 200 m3 ) su anbarından və S.Rəhimov küçəsi 138 saylı ünvanda yerləşən ( tutumu 700 m3 ) su anbarından istifadə olunur.

“41 Qərb” su anbarının köhnə anbarı 2020 – ci ilin dekabr ayında yuyulub – təmizlənmiş və dezinfeksiya olunmuşdur

A.Məhərrəmov küçəsi  68 və S.Rəhimov küçəsi 138 saylı ünvanlardakı məhəllədaxili su anbarları may ayında yuyulub – təmizlənmiş və dezinfeksiya olunmuşdur.

Anbarlar yuyulduqdan sonra su nümunələri götürülmüş nəticələr “İçməli Su” Haqqında 2874- 72 saylı DÜST - ə uyğun olmuşdur.

Stasionar nöqələrdən ayda 2 dəfə, məhəllədaxili su anbarlarından ayda

1 dəfə Respublika GEM – nin və rayon GEM – nin müvafiq laboratoriyalarına su nümunələri götürülür.

 Eyni zamanda həftədə 1 dəfə olmaqla ümumşəhər tipli “41 Qərb”  su anbarından Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji və kimyəvi, rübdə 1 dəfə toksikoloji və radioloji laboratoriyalarına su nümunələri götürülür.

2020 –ci il ərzində su xəttində baş verən qəzaların sayı 1499, kanalizasiya xəttində baş verən qəzaların sayı 3533 olmuşdur. Vaxtında aradan qaldırılmaları təmin olunmuşdur

İçməli suyun keyfiyyətini öyrənmək üçün bakterioloji və kimyəvi laboratoriyalara paralel olaraq 1114 su nümunəsi götürülmüşdür. Onlardan 28 su nümunəsinin cavabı baketrioloji göstəricilərə görə (+) olmuşdur. Təkrar müayinələr götürülmüş nəticə “İçməli Su” Haqqında 2874 - 72 saylı DÜST - ə uyğun olmuşdur.

Müalicə profilkatika müəssisələrindən 18 steril material, 19 hava nümunəsi və 1412 yaxma nümunəsi götürülmüşdür. Yaxmalardan 42-nin cavablı (+) olmuşdur. Təkrar nümunələr götürülmüş nəticə normaya uyğun olmuşdur

Tərəfimizdən ayrı – ayrı MKİS – nin xidməti ərazilərində sanitar – gigiyenik baxış keçirilmişdir. Aşkar olunmuşdur ki, rayon üzrə 16 MKİS  üzrə 231 ünvanda bərk məişət tullantılarının müvəqqəti yığılıb saxlanılması və daşınması məqsədilə zibilxanalardan istifadə olunur

17  kommunal – məişət, 2 ictimai – iaşə və 2  ticarət obyekti olmaqla  21 obyektdə “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020 – ci il tarixli 160 nömrəli Qərarı ilə müəyyən edilmiş ölkə ərazisində xüsusi sanitariya rejimi tətbiq edilmiş sahə və istiqamətlər üzrə tərəfimizdən həyata keçirilən monitorinq zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 – ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya – gigiyena və karantin rejimlərinin pozulması) üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və sübut sənədləri Məcəllənin 103.1 maddəsinə uyğun olaraq aidiyyatı üzrə baxılması üçün rayon Polis İdarəsinə göndərilmişdir.

Əmək gigiyena bölməsi tərəfindən il ərzində yaz- yay mövsümünə hazırlıqla əlaqədar müəssisə rəhbərlərinə 06/17-01 saylı 07.01.2020- ci il tarixli, payız- qış mövsümü ilə əlaqədar isə 06/17- 338 saylı 07.09.2020- ci il tarixli məktublar göndərilmişdir.

Nəsimi rayonu ərazisində 38 MUM, 28 orta ümumtəhsil məktəbi, 3 texniki peşə məktəbi, 8 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir.

İl ərzində məktəbəqədər uşaq müəssisələrinə 1 cərimə protokolu tərtib olunmuş və “COVID-19” infeksiyasına görə  2 məktəb və 1 sinif otağının fəaliyyətinin dayandırılması barədə qərar çıxarılmışdır.

İl ərzində məktəb və məktəbəqədər uşaq müəssisələrində kimyəvi və bakterioloji müayinələr aparılmışdır.

Bakterioloji laboratoriyaya yaxma 95 nümunə götürülüb, q/ kafi- 6, Mərkəzi su xəttindən 21 nümunə götürülüb, q/k- 3,  ehtiyat su çənindən 3, q/kafi yoxdur, hava -5, q/k yoxdur. Təkrar müayinələr aparılıb.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2020-ci il ərzində  rayon ərazisində geniş miqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilmişdir.

Rayon ərazisində yerləşən 24 ümumi yaşayış binalarında yerləşən  76 ədəd lift yenisi ilə əvəz edilmişdir. Girişlərdə 50 ədəd qapı, 150 ədəd pəncərə, dəyişdirilmiş. 315 kv.m şüşələnmə işləri görülmüşdür.

Ümumi yaşayş binaların dam örtüklərində 30000 kv.m  şüşəli ruberoid, 3000 kv.m çardaq tipli dam örtükləri təmir edilmiş, 1500 p.m. suaxıdıcı boru və navalçalar əsaslı təmir edilmişdir. 819 p.m. istilik xətlərində cari təmir işləri aparılmışdır. 

Rayon ərazisində məişət tullantılarının müvəqqəti toplanması ümün nəzərdə tutulmuş 251 meydança təmir olunmuş beton-asfalt örtüyü vurulmuş, 1220 ədəd (1,1 kub.m-lik) yeni plastik qapaqlı konteynerlər meydançalara yerləşdirilmişdir.

Hesabat ilində rayon ərazisindəki ünvanlarda çoxsaylı təmir, abadlıq –quruculuq işləri davam etdirilmişdir. Belə ki, Rəşid Məmmədov  abadlıqküçəsi 9,19 saylı ünvanlarda 8 girişdən ibarət 5 mərtəbəli binaların  fasadları, girişlərin qapı və pəncərələri təmir olunmuşdur.

Cavadxan küçəsi 10,12,16,18 saylı ünvanlarda “Abad həyət” layihəsi çərçivəsində binaların fasadları əsaslı təmir edilmişdir.  20 ədəd girişlərdə 20 ədəd qapı və 80 ədəd pəncərələr yenilənmiş, pilləkən qəfəsələri və dam örtükləri təmir edilmiş, suaxıdıcı borular və navalçalar quraşdırılmış, zirzəmidə su və kanalizasiya boruları  təmir edilmişdir.  Həyətdə futbol meydançası quraşdırılmış, 2 ədəd söhbətgah, uşaq-oyun elementləri, idman-fitnes qurğuları quraşdırılmış, 6 ədəd oturacaq qoyulmuş, 550 kv.m tamet vurulmuş, 470 p.m qazon döşənmiş, 650 p.m. istinad divarları və bardyurlar düzülmüşdür. 2000 kv.m asfalt örtüyü vurulmuşdur. İşlər yekunlaşmışdır. Həyətdə  6 nöqtədə işıqlandırma və 8 nöqtədə  Veb kamera çəkilmiş, şahmat guşəsi yaradılmışdır. “İDEA” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə 03.12.2020-ci il tarixdə  açılış olmuşdur.

A.Salamzadə küçəsi boyu hasarlarda təmir işləri aparılaraq, 320 kv.m rənglənmə işləri görülmüşdür.

28 May küçəsi ilə Səfərəliyev küçəsinin kəsişməsində  qeyri-yaşayış obyektlərinin fasadları təmir edilmiş, 600 kv.m emulsiya ilə rənglənmə işləri aparılmışdır.

H.Ələsgərova küçəsi boyu 500 kv.m qazon  örtüyü vurulmuş, yaşıllıq zolağı bərpa olunmuşdur.

A.Məhərəmov küçəsi, 20 Yanvar küçəsi, Moskva pr.-nin kəsişməsində yerüstü keçidin açılışı olmuş və həmin ərəfədə abadlıq işləri aparılmış, 1300 kv.m qazon örtüyü vurulmuş, 300 p.m. suvarma xətti çəkilmiş, 500 ədəd həmişəyaşıl kolları əkilmişdir. 20 Yanvar küçəsi 4/66 saylı ünvanda 8 girişli, 5 mərtəbəli yaşayış binasının fasadında əsaslı təmir işləri aparılmışdır. Binanın girişlərində 32 ədəd pəncərə, 8 ədəd  qapı yenisi ilə əvəz edilmişdir.

Tbilisi pr. boyu istinad divarları cari təmir olunmuş, M.C.Cəfərov küçəsi və A.Salamzadə küçələrinin Tbilisi pr. ilə kəsişmələrində piyadaların hərəkəti üçün yeni səkilər yaradılmışdır. Yeni yaşıllıq zolaqları salınmış, 580 kv.m qazon örtüyü vurulmuş, torpaq işləri görülmüşdür.

Moskva pr. boyu (1-ci mkr. ərzisində) 1 k.m məsafəni əhatə edən yol kənarlarında ümumi abadlıq işləri aparılmş, piyadaların hərəkəti üçün  2500 kv.m qədər səki daşları, 1300 p.m bardyur, 4500 kv.m qazon örtüyü vurulmuş, 4 ədəd söhbətgah quraşdrılmış, 2 ünvanda yeni zibil meydançası tikilmiş, üstü örtülərək aqlay daşla üzlənmişdir, 700 p.m  suvarma xətti çəkilmiş, Moskva pr. 46 saylı binanın fasadında  təmir işləri aparılaraq, görünüşə xələl gətirən reklamlar sökülmüş və yeni 66 p.m. yeni reklam üçün yerlər quraşdırılmış, yolboyu yaşayış və qeyri-yaşayş öbyektlərinin görünüşünə xələl gətirən reklamlar yenilənmişdir. Yolboyu 10 yerdə  əlil arabalarının hərəkəti üçün keçidlər düzəlmiş, 96 saylı binanın qarşısında  pilləkən və istinad divarları əsaslı  təmir edilmişdir. 1000 kv.m asfalt örtüyü vurulmuş, 400 ədəd həmişəyaşıl kol və ağaclar əkilmiş, qeyri-yaşayış obyektlərinin fasadları təmir olunmuşdur. Yolboyu 25 ədəd kiçikhəcmli zibil qabları səkilərdə quraşdırılmışdır. İşlər başa çatdırılmışdır.

A.Mustafayev küçəsi 10,12 saylı ünvanda 2 ədəd 9 mərtəbəli 5 girişdən ibarət binaların fasadları əsaslı təmir olunmuş, həyətdə 2 ədəd söhbətgah quraşdırılmış, 6 ədəd oturacaq qoyulmuş, mini futbol meydançası yaradılmış, həyətdə işıqlandırma və abadlıq işləri başa çatdırılmışdır. Binaların dam örtükləri əsaslı təmir edilmiş, 3 ədəd lift dəyişdirilmişdir.

H.Seyidzadə küçəsi 1, 2a saylı ünvanlarda “Abad Həyət” layihəsi çərçivəsində binaların fasadları təmir edilmiş, həyətlərində mini futbol meydançası quraşdırılmış, ümumi abdlıq işləri davam etdirilir.  Sakinləri narazılığına səbəb olan binanın ümumi kanalizasiya xətti yenilənmişdir. İşlər davam etdirilir.

S.Rüstəm küçəsi 37, 37a, 37b,35,35a,35b saylı binaların həyətərində abadlıq işləri aparılmış, həyətlərində söhbətgahlar və uşaq-oyun elementləri quraşdırılmışdır.

A.Əliyev küçəsi 5,5a,7, 9,  H.Əliyev küçəsi 1d saylı  ünvanlarda “Abad həyət” yaradılmışdır. Son tamamlanma işləri aparılır. 

C.Səlimov küçəsi 7,9 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılmış, həyətdə ümumi abadlıq işləri davam etdirilir.

Rayon ərazisində H.Seyidzadə, Ə.İsgəndərov küçəsi, N.B.Yusifbəyli, Mirqasımov küçəsi, S.Əsgərova küçəsi, M.C.Cəfərov küçəsi və M.Qaşqay küçələrində küçə işıqlandırılması işləri aparılmışdır.

H.B.Əliyev küçəsi 1,3,  saylı binaların həyətlərində 1500 kv.m  məhəllədaxili yola asfalt örtüyü vurulmuşdur.

1-ci mkr.  ərazisinə məhəllədaxili yollara 1500 kv.m, , 3-cü Alatava yaşayış sahəsi məhəllədaxili yollara  2000 kv.m, Vaqif pr. 5 saylı ünvana 500 kv.m,  Mirqasımov küçəsi 2 saylı binanın həyətinə 400 kv.m asfalt örtüyü vurulmuşdur.

Nizami və 28 May küçələri, K.Səfərəliyev küçəsinin kəsişməsinədək yol əsaslı təmir olunmuş, yeni piyada səkiləri yaradılmış, 28 May küçəsində avtomobillərin intensiv   hərəkətinə maneçilik yaradan  dəmir yol körpüsü sökülərək götürülmüşdür.

S.Rüstəm küçəsində  1000 kv.m, , Ş.Əzizbəyov küçəsi 1500 kv.m, asfalt örtüyü vurulmuşdur.  M.Qaşqay küçəsi boyu yolun əsaslı  təmir  işləri davam etdirilir.

Rayon ərazisində məhəllədaxili küçə və yollara asfalt örtüyünün vurulması işləri davam etdirilir.

Qış mövsümünə hazırlıqla əlaqədar küçə və posoektlərdə buzlaşmanın qarşısının alıması məqsədilə 50 ton duz ehtiyatı görülmüş, cəlb olunacaq maşın-mexanizmlərin və cavabdeh işçilərin  sayı müəyyənləşdirilmiş, ləvazimatlar alınmışdır.

“Covid-19” pandemiya dövründə ümumi yaşayış binalarının liftlərin və əhalinin digər sıx toplaşdığı sahələrdə, idarə və müəssisələrdə dezinfeksiya işlərinin aparılması məqsədilə 50 ədəd motorli dezinfeksiya aparatı, 70 ədəd əllə işlədilən dərmansəpələyici, 1200 litr dezinfeksiyaedici məhlul, 1800 dəst xüsusi geyim alınmış, 1 ədəd motoreller nəqliyyat vasitəsi alınaraq dərman çəni, generator və xüsusi çiləyici ilə təchiz edilmişdir.

Hal-hazırda Nəsimi rayonu ərazisində Cavadxan küçəsi 40, H.B.Əliyev küçəsi 3,4,15,4, 20 Yanvar küçəsi 6,22,32 saylı binaların ümumilikdə 62 girşdə əsaslı təmir işləri aparılır, pilləkən qəfəsələri və döşəmələr ağlay üzlük daşla üzlənir, qapı və pəncərələrin dəyişdirilməsi işləri aparılır.

Rayon ərazisində 50-dən çox binada Cavadxan küçəsi 11,12,16,20,23,56, A.Məhərrəmov küçəsi 21,23,33,4/6I,60,64, R.Məmmədov küçəsi 19,27,23, Moskva pr. 54,58, 20 Yanvar küçəsi 2/51,37,39,22, H.Seyidzadə küçəsi 5,27a,1,2a,3,4a,32, M.Cəlal küçəsi 10,24,58,60,62, A.Mustafayev küçəsi 10,27, H.B.Əliyev küçəsi 14,16,38,4, Azadlıq pr.70,82, E.Tağızadə küçəsi 13, S.Əsgərova küçəsi 203, 28 May küçəsi 13, K.Səfərəliyeva küçəsi 19,19a, Ş.Əzizbəyov küçəsi 203, S.Vurğun küçəsi 85, Topçubaşov küçəsi 21. dam örtükləri şüşəli rubeooidlə əsaslı təmir olunaraq yenilənmişdir. İşlər davam etdirilir.

2020-ci il ərzində Nəsimi rayonu ərazisində  Ak.Mirəli Qaşqay küçəsi, Qulu Quliyev küçəsi, İmran Qasımov, Feyzulla Qasımzadə, Abbas Səhhət, Xan Şuşinski,  Y.V.Çəmənzəminli, H.Sarabski, kaveroçkin, E.Tağızadə, Plotnikov, S.Əsgərova, Şamil Əzizbəyov, Ceyhun Hacıbəyli, M.Kazımovski, 28 May 20,56, M.Qardaşları, H.B.Əliyev küçəsi 8,10,16,18,20 saylı ünvanlarda yolların və məhəllədaxili küçələrdə genişmiqyaslı asfaltlaşma işləri aparılmışdır.

C.Məmmədquluzadə küçəsində metronun yeni stansiyasının tikntisi başa çatdırılmış, çıxışlarda abadlıq işləri aparılmış, yaşayış və qeyri-yaşayış binalarının fasadları təmir olunmuşdur. Küçəyə yeni işıqlandırma dirəkləri quraşdrılmışdır.

Avtomobil yolu əsaslı təmir edilmiş, eyni yağış suları axıdan sistem quraşdırılmış, yol kənarlarında yerləşən tikililərin fasadları təmir edilmişdir.  C.Səlimov küçəsi 7 saylı binanın fasadı rənglənmişdir.       

2020-ci il ərzində  Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə  1291 ədəd ərizə və məktub daxil olmuşdur. Qaldırılan hər bir məsələyə qanunamüvafiq qaydada baxılmışdır.

Bakı Regional Qaz İstismar Departamentinin Mərkəzi rayonlar üzrə TİX-nin (Nəsimi)  balansında olan  233 ədəd QTM və QTŞ-yə 2020-ci il  12  ay  ərzində profilaktik xidmət göstərilmişdir. Qaz şəbəkəsində tənzimləmə işləri aparılmaqla təbii qazın təzyiqini verilmiş rejimə uygun saxlanılması təmin edilmişdir.

Nəsimi TİX-də istehlakçıların fasiləsiz təbii qazla təchiz edilməsi məqsədi ilə qaz kəmərlərinin əsaslı təmiri, yenidən qurulması işləri aparır, qaz avadanlıqlarına və qurğularına texniki xidmət göstərir.Ərazidə tərəfimizdən əhali abonentlərinin fasiləsiz təbii qazla təmin etmək məqsədi ilə tənzimləyicilər gündəlik tənzimlənərək nəzarət altında saxlanılır. İl ərzində istismarda olan qaz tənzimləyicilərdə, sıradan çıxmış manometrlər yenisi ilə əvəz olunur və istismara yararsız yeraltı, yerüstü qaz xətləri dəyişilərək yeni qaz xətləri ilə əvəz olunur. Xidmətimizə “Azəriqaz” İB-nin 104 çağrı mərkəzindən gələn şikayətlərə mühəndis, usta  heyəti tərəfindən araşdırılaraq həll olunur və şikayətçi abonentlər məlumatlandırılır.  

Z.Bunyadov prospektində (Prezident İqamətgahın yanı) əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-700m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

Ş.Abdullayev küç ilə İ.Həmidov küçəsinin kəsişməsində əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-500m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

S.Əsgərova küç ilə R.Behbudov küçəsinin kəsişməsində əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-300m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

Nəsimi rayonu, H.Sarabski və Mərdanov Qardaşları küçəsində əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən PE315mm-lik, uzunluğu L=212pm  qaz xətti çəkilmişdir.

A.Səhhət küçəsi 73 ünvanında istismara yararsız QTŞ əvəzinə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-400m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

S.Rüstəm küçəsi 9 ünvanında istismara yararsız QTŞ əvəzinə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-200m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

S.Rüstəm ilə İ.Qasımov küçələrinin kəsişməsində istismara yararsız QTŞ əvəzinə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-800m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

Ş.Abdullayev ilə İ.Həmidov küçələrinin kəsişməsində istismara yararsız QTŞ əvəzinə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-500m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

S.Vurğun küçəsi 9 ünvanında istismara yararsız QTŞ əvəzinə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli ŞQTM-200m3/saat qaz tənzimləyici quraşdırılmışdır.

Nəsimi rayonu, M.Qaşqay  küçəsi ilə S.Vəzirov küçəsi 41 ünvanlarında əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən PE315mm-lik, uzunluğu L=87,75pm, PE200mm-lik L=35pm, d76mm-lik L=50pm, d89mm-lik L=30pm, d57mm-lik L=100pm  qaz xətləri çəkilmişdir.

Nəsimi rayonu, F.Qasımzadə küçəsi 63 ünvanda əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azəriqaz İB”-nin TTİ-si tərəfindən PE160mm-lik, uzunluğu L=45pm, PE63mm-lik L=80pm  qaz xətləri çəkilmiş və 1 ədəd d150mm-lik siyirtmə quraşdırılmışdır.

“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində olan 16 ədəd istilik məntəqəsi, 25 ədəd qazanxana.  2019-2020-ci il payız-qış mövsümü ərzində tələbatçıları fasiləsiz istilik enerjisi ilə etmişdir. Mövsüm ərzində 217 yaşayış binası , 5 səhiyyə , 17 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunmuşdur.

2020-ci ilin ilk aylarında məhəllə daxili və aşağı paylama istilik xətlərində göstərilən ünvanlarda yaranan qüsurlar aradan qaldırılmışdır. Belə ki, H.Seyidzadə 26 ünvanında L=16 m D=76 mm borunun, H.B.Əliyev 18 ünvanında L=28 m D=159 mm borunun, H.B.Əliyev 48 ünvanında L=12 m D=57 mm borunun, S.Rüstəm 33 ünvanında  D=159 mm  borunun  qüsurlu hissəsi təmir olunmuşdur.  Cavadxan 40 ünvanında  L=20 m D=114 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.  20 Yanvar 23 a  ünvanında L=12 m  D= 114 mm, Cavadxan 29  ünvanında  L=8  m D=159, Asif Məhərrəmov 46 ünvanında  L=10 m  D=89 mm     boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuşdur.

77,139,365 saylı qazanxanalarda və 4-cü əlavə mikrorayon 1 saylı istilik məntəqəsində 3 ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

1 saylı Rayon İstilik qazanxanasında 2 saylı PTVM-50 tipli qazanın ekran və konvektiv hissə boruları əsaslı təmir olunaraq sınaqdan keçirilmiş,  istismara verilmişdir.

77 saylı qazanxanada şəbəkə nasosunun 4 ədəd D=100 m giriş-çıxış siyirtməsi açılaraq cari təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.

Biləvasitə A.Mustafayev 14 ünvanında 2 ədəd, H.B.Əliyev 44 ünvanında 2 ədəd, H.B.Əliyev 38 ünvanında 2 ədəd, A.Məhərrəmov 47 ünvanında 2 ədəd,  müxtəlif  diyametirli siyirtmələr açılaraq təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.

Bunlarla  yanaşı,  İ.Qasımov 4,  Aazadlıq  prospekti 82,   Moskva prospekti  48.58.82, S.Vurğun 116,  M.Cəlal 24.54, Cavadxan 21.23.36.38,  və.s ünvanlarda məhəllə daxili və aşağı paylama  istilik xətlərində cari təmir işləri görulmuş, yaranan axıntılar dərhal aradan qaldırılaraq,  sakinlər istilik enerjisi ilə təmin olunmuşdur.

Həmçinin,S.Rüstəm 33.35.37,  S.Vurgun 116,  Mir Cəlal 56.60 , A.Məhərəmov  15,21,28; Cavadxan  10,12,14,32,34 ; Qulu Quliyev 11/13  ünvanında  aşağı  paylama  istilik xətlərində cari təmir işləri aparılmışdır.

Aprel ayının 15-dən 2018-2019-cu il  payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.

Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər planı işlənilib hazırlanmış, istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.

2020-2021-ci il tədbirlər pılanına uyğun olaraq 25 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır.

25 ədəd qazanxanada 57 ədəd qazan açılaraq təftiş olunmuş, onlardan 43 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür.

99 və 139 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir.

Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.

Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin laboratoriyasında sınaqdan keçirilmiş, kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş,  möhürlənmiş və yerinə quraşdırılmışdır.

Bütün qazanxanalarda elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmışdır.

85 saylı qazanxanada 2 ədəd, 90 saylı qazanxanada 4 ədəd, 365 saylı qazanxanada 4 ədəd  diyircəkli yastıqlar dəyişdirilmiş, elektrik mühərrikləri sazlanmışdır.

Bu qazanxanalarda müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir,                81 və 90 saylı qazanxanada 2 ədəd su çəni təmir olunmuşdur.

2019-2020-ci il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq avadanlıqlar işçi vəziyyətə gətirilmişdir.

Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.

30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti  payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.

Ümumilikdə, bütün qazanxanalarda, istilik məntəqələrində və istilik xətlərində quraşdırılan 940 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 42 ədədi cari təmir olunmuş, 20 ədədi əsaslı təmir olunmuş, 14 ədədi yenisi ilə əvəz olunmuşdur.

Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir.

Bu və ya digər işlər bitdikdən sonra qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

Tədbirlər planına əsasən RİQ-1 in ərazisində şəbəkə nasoslarının giriş kollektoru dəyişilərək əsaslı təmir edilmiş, I magistral istilik xəttində aşkarlanan qüsur aradan qaldırılmışdır.Həmin işlərlə əlaqədar D=630 6 metr, D=530 14 metr ,D=426  6 metr boru dəyişdirilmişdir. Hüseynbala Əliyev 12  ünvanına gedən d.76mm L=22 metr boru yenisi ilə əvəz olunub.

Bu işlərlə yanaşı S.Rüstəm 35 ünvanda L=70 m , d.133 m boru, L=20m. d.89 mm boru əsaslı təmir olunmuş.

H.B.Əliyev 17 ünvanına gedən L= 60 m, d.89 mm istilik xətti dəyişdirilmiş.

Cavadxan 33 ünvanında L= 70 m, d.159 mm boru yenisi ilə əvəz olunmuşdur.

S.Vurğun 110 ünvanında L=60 m , d.159 mm boru əsaslı təmir olunmuşdur.

Ərazidə qazıntı işləri aparılan zaman sökülmüş asfalt örtüyü yenidən bərpa olunmuşdur.

Noyabr ayında  bir daha  hidravlik sınaq işlərinə başlanmış bütün təşkilatlara qazanxanalarda suyun doldurulması haqqında telefonoqrammalar verilmiş təşkilatlar və əhali məlumatlandırılmış və qazanxanalarda suyun doldurulmasının hazırlıq  işlərinə başlanmışdır.

Sınaq zamanı baş vermiş qəzalar dərhal aradan qaldırılmışdır.

Hal-hazırda Nəsimi rayon üzrə 1 saylı İSİS-in ərazisində 25 ədəd qazanxana, 16 ədəd istilik məntəqəsi, fasiləsiz olaraq 217 ədəd yaşayış binasını, 5 səhiyyə, 17 məktəb, 9 uşaq bağçası, 48 ədəd digər, büdcə və  təsərrüfat hesablı obyektləri fasiləsiz istilik enerjisi ilə təmin edir.

“Azərsu” ASC  Nəsimi Rayon Sukanal İdarəsi üzrə 2020-ci il ərzində  -230770 nəfər əhaliyə, o cümlədən məcburi köçkünlərə,  ümumi olaraq  74300 nəfər abonentə, o cümlədən: -əhali sektoru üzrə- 67482  abonentə, qeyri- əhali sektoru üzrə-6818 abonentə su və kanalizasiya xidmətləri göstərilmişdir.

Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i, yəni 212800 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 7.8% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.

Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km,  məhəllədaxili şəbəkə-165.0km)  artıqdır.

İstismar olunan kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə-690 ədəddir.

-2(iki) ünvanda ümumi həcmi 900.0 m3 olan su anbarı tərəfimizdən istismar olunur və aprel-may aylarında  yuyulub-zərərsizləşdirilməsi işləri  təsdiq olunmuş  plan-qrafikə əsasən icra olunmuşdur. 

-Nəsimi rayon Sukanal İdarəsinin  balansında olan 82 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 40 ədədi  fəaliyyət göstərir. Daimi su alan əraziılərdə  bir-birinə yaxın olan nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə  42 ədəd nasosxananın fəaliyyəti dayandırılmış və əhali fasiləsiz su təminatına keçirlmişdir.

2020-ci ilin  12 ayı  ərzində abonentlərə  120941144.0 m3 həcmində su satılmışdır.   

Ümumilikdə idarəmiz üzrə hal-hazırda 74300 abonentin 65580 nəfərindən artıq  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı   88.3 % təşkil edir.   Ümumi abonentlərin 24%-indən çoxu  “Smart” tipli sayğaclarla təmin     olunmuşlar.

Su və kanalizasiya şəbəkələri üzrə  görülmüş işlər:

Ümumi uzunluğu 2336.0 pm olan müxtəlif diametrli su xətləri çəkilmiş və təmir olunmuşdur. 2084,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək,  yenisi ilə əvəz  olunmuş və ya təmir olunmuşdur.

2020-ci ilin  12  ayı ərzində magistral və məhəllədaxili su kəmərlərində 9927 ünvanda, kanalizasiya şəbəkələrində isə   12393  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır. 

Rayon ərazisində müxtəlif diametrə malik 27 ədəd yeni siyirtmə  quraşdırılıb  istismara verilmiş, 12 ədəd siyirtmə təmir olunmuşdur. 4 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır.

Məhəllədaxili nasos stansiyalarında 2020-ci ilin  12 ayı ərzində müxtəlif gücə malik 133 ədəd elektrik mühərriki, müxtəlif markalı 127 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir.

2020-ci ilin 12 ayı  ərzində 30000.0 pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 12000.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 7500 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 10 ədəd yeni yağış barmaqlığı, 14 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.

Hesabat dövründə Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə “Azərişıq”ASC tərəfindən aşağıdakı işlər görülmüşdür.

  • ədəd TM və KTM-lər təmir olunmuş, 13 ədəd TM və KTM-in ətrafı çəpərlənib. 76,89,414 və 400 saylı TM-lər yenidənqurulmuşdur. 65 saylı TM-də 2 ədəd  2500 kva ilə, 840 saylı TM-də 2 ədəd  1000 kva ilə , 509 saylı TM-də 2 ədəd, 89 saylı TM-də 2 ədəd  1600 kva və 623 saylı TM-də 2 ədəd  1600 kva, 400 saylı TM-də 3 ədəd  1000 kva güc transformatorları ilə əvəz olunmuşdur. TM-1820 də Y/S Dərnəgül 2-yə tərəf, TM-785 də Y/S Dağlığa tərəf yeni vaakum yuvalar və TM-175 də 177 tərəf Eleqaz açarı, TM-509, TM-840 da transformatorlara vaakum açarı (VA) quraşdırılmışdır. KTM- 183 və COVİD 19 Modul tipli xəstəxanaya yeni KTM quraşdırılmışdır.

 10/6 kv-luq kabel xətlərinin təmiri zamanı 1217 metr yüksək gərginlikli kabel istifadə olunmuş,0,4 kv-luq kabel xəttinin dəyişdirilməsi, təmiri və sayğaclaşma zamanı 8806 metr müxtəlif markalı kabellər istifadə olunmuşdur.Sayğaclaşma zmanı 153 ədəd təksayğaclı qutu. 1 ədəd 8 sayğaclı, 2 ədəd 6 sayğaclı pano, 0,4 kv-luq lövhələrin təmiri zamanı isə 23 ədəd 250,400A-lik ayırıcı quraşdırılmışdır.

  • ədəd TM-də elektrik  avadanlıqları təftiş olunub. 357,358,384,596,594,823,154,222,83,723,138,379,87,225, 1200, 463  saylı TM-də yolkənarı 836 ədəd SİP (ÖİN) dayaqlar rənglənmişdir. Şəbəkənin 103-də 100 ədəd pano təmir olunub.

Nəsimi RETSİ-nin 110/35/20 kv-luq istismar şöbəsi üzrə 2020-ci ilin 12 ayı ərzində 117 saylı y/st-da 35 kv-luq 120-117 №2, 1970 №2, 1910 №1,2 k/x-nin avadanlıqları,  117 saylı y/st-da  XSTR №1,2, 101 saylı y/st-da 35 kv-luq “100-101” №1,2 k/x, 101 saylı y/st-da 1 və 2  saylı  XSTR , 116 saylı y/st-da 35 kv-luq Liman №1,2, 220-116 №1,2  116-117 №1,2  k/x, Dağlıq  y/st-da 10 kv TM-465 №1,2595 №1,2 k/x, 88 saylı y/st-da 6 kv QPQ-də TM-518, 335, k/x-nin V/A-rı Ş/A, 116 saylı y/st- da 10 kv QPQ-də TM-60, №1,2 325, 200 №1,2 , 117 saylı y/st- da 6 kv QPQ-də TM-2993 №1,28,292, k/x-nin, 86 saylı y/st-da 35 kv “86-99”k/x, 117 saylı y/st-da 35 kv QPQ-də 35 kv 87-117 №1,2 k/x, 117 saylı y/st-da 35 kv QPQ-də 35 kv 2-ci, 4-cü bölmələrarası k/x-nin avadanlığı, 101 saylı y/st-da 2 saylı 25 MVA transformator 86 saylı y/st-da 35 kv –luq QPQ-də 35 kv 86-87 №1 k/x-nin avadanlığı,   86 saylı y/st-da 35 kv –luq QPQ-də 35 kv 86-87 №2 k/x-nin avadanlığı, 100 saylı y/st-da 1 və 2 saylı 10 mva tr-tor, 117 saylı y/st-da 1və 3 № -li transformatorlar, 116 saylı y/st-da 1 və 2 saylı transformatorlar  cari       təmir  edilmişdir.

Həmçinin 97 saylı yarımstansiyada 1№-li transformator, 35/6 kv 88 saylı y/st-da  6 kv TM 511 , 1701 , 2427 №1,2  , 2838 №1,2 ,244 №2 , 674 ,335 , Azərsu №1,2 ,157 №2 k/x-nin avadanlıqları, 110/35/10 kv Dağlıq y/st-da 10 kv TM 765 , 432 №1 , 785, 740№2  k/x-nin avadanlıqları, 35/6 kv 87 saylı y/st-da 6 kv TM 76 k/x-nin avadanlıqları, 35/10 kv 100 saylı y/st-da 35 kv 97-100 №1 ,2 k/x-nin avadanlıqları, 35/10 kv 99 saylı y/st-da 35 kv Yasamal 2-99 №1,2  k/x-nin avadanlıqları, 35 kv 99-100 №1 və Yasamal 2 - 99 №1 k/x-nin zədələnmiş hissəsi təmir edilmiş, 35/10/6 kv 111 saylı y/st-da TM 1439 №1, 324 №1, 472 , 224 №1,2, 650 №1,39 №1, 955 №1,2, 955 №2,39 №2, 3466 №2 ,1439,№2, 650,№2, 707,138,324 №2 , 271,463,3300  k/x-nin avadanlıqları cari  təmir olunmuş, 35 kv Dağlıq -99 k/x-nin trassasında Tibilisi prospektində körpü tikintisi ilə əlaqədar olaraq xəttin yeri 380 m  ( XLPE 3 * 380) məsafədə dəyişdirilmiş, 35 kv 100 -99 № 1,2  k/x-nin trassasında Tibilisi prospektində körpü tikintisi ilə əlaqədar olaraq xəttin yeri 85 m ( XLPE 6 * 85) məsafədə zəruri işlər aparılmış, 35 kv-luq Gilan y/st-da Gilan -120 №1,2 k/x-nin avadanlığı, 99 saylı y/st-da Gənclik-99 k/x-nin avadanlığı,88 saylı y/st-da 25 mVA  TR №2  avadanlığı, 88 saylı y/st-da 25 mVA  TR №1  avadanlığı,111 saylı y/st-da  630 kvA XSTR №1,2, 99 saylı y/st-da 10 kv-luq TM-1853 №2 və 117 saylı y/st-da 35 kv 116-117 №1 k/x-nin  avadanlıqları, 88 saylı y/st-da 6 kv-luq QPQ-də TM-park k/x-nin avadanlıqları, 110/35/10 kv Dağlıq y/st-da 10 kv TM 571 №1,2 1594 №1 ,2  771 №2 ,432 №2, 2809,2764, 246 №1,2 2600 №2,720 №1,2, Metro Tikinti №1,2, 2439,840, 765, Azərsel №1,2,Azon №1,2 STP-8 №1,2, Metro Nəsimi №1,2,  TM-Brav  №1,2 k/x-nin avadanlıqları, 35/10/6 kv 111 saylı y/st-da TM 1557 №2, 522 №1,2 k/x-nin avadanlıqları, 97 saylı y/st-da 1 saylı 16 MVA Tr-r, 35/6 kv 117 saylı y/st-da 6 kv TM -2593 №1,2 292  k/x-nin avadanlıqları, 35 kv Gilan y/st-da 35 kv QPQ-də Gilan –Ruzi №1 k/x, 111 saylı y/st-da 2 №li 20 mva tr-r, Dağlıq y/st-da 35 kv-luq QPQ-də 35 kv-luq D-Metro №1,2 k/x-nin EIQA-nın avadanlığı,  101 saylı  y/st-da 1 saylı 630 kVA  XSTR-ru, 111 saylı y/st-da 10 kv TM-3623 №1 avadanlığı, 116 saylı y/st-da 35 kv-luq Liman-116 №2də cari təmir işləri aparılaraq mühafizəsi yoxlanmışdır.

İl ərzində Nəsimi RETSİ tərəfindən aparılan profilaktik, cari və əsaslı təmir, yenidənqurma işləri nəticəsində rayon təsərrüfatının stabil elektrik enerjisi ilə təchizatı təmin edilmişdir.

2020-ci il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvar ayında rayonun 1, 2 və 3  saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələrdən, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur. Yanvar ayının 10-da  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  Qafqaz Baku Sport  otelində, yanvar ayının 17-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambassador otelində, yanvar ayının 25-də 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Bakı Biznes Mərkəzində” keçirilən  2019-cu  ilin yekunlarına həsr olunan yığıncağında müzakirələr aparılmış, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdi.

02.01.2020-ci il tarixdə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evinə ziyarət təşkil edilmişdir. Burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün  hər cür şərait yaradılmışdır. Uşaqlara bayram sovqatları və hədiyyələr təqdim edilmişdir.

06.01.2020-ci il tarixdə yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili məqsədilə   rayon məktəblərinin təhsildə və idmanda  fərqlənən, aztəminatlı ailələrdən, Qarabağ veteranı ailələrindən olan bir qrup məktəblinin Əl oyunları İdman sarayında  keçirilən Yeni il şənliklərində iştirakları təmin edilmişdir.

11.01.2020-ci il tarixdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür. Nəsimi rayonunda yerləşən  268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıblar. Həmçinin uşaqlar üçün 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinin musiqili-əyləncəli proqram təşkil olunmuş, sonra uşaqlara hədiyyələr təqdim edilmişdir.

18.01.2020-ci il tarixdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar rayonda yaşayan  20 Yanvar şəhid anaları ilə  görüş keçirilmişdir.Tədbirdə bildirilmişdir ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  diqqət və qayğısı xüsusi qeyd edilmişdir. Görüşdə  şəhid anaları  və 20 Yanvar əlillərinin məişət qayğıları  ilə maraqlanılmış, 20 yanvar faciəsi   şəhid ailələri və əlillərinə  yardımlar göstərilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanmışdır.

Rayonda 2020-ci ilin yanvar ayı ərzində RİH başçısı tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir. 1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 39 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

01.02.2020-ci il tarixdə “2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilmişdir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuş və hazırda da günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi   qayğının bir təzahürüdür ki,  fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilmişdir. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərlə görüç təşkil olunmuşdur. Bayram tədbirində gənclər “2 fevral- Gənclər günü” münasibətilə hazırlanmış  tortu kəsmiş, daha sonra Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin istedadlı tələbələrinin, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin  və incəsənət ustalarının  iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

21.02.2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 211 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev, Nəsimi rayon Polis İdarəsinin Narkomaniyaya qarşı mübarizə şöbəsinin rəisi Valeh Əliyev, YYÇ-la iş bölməsinin rəisi mayor Firdovsi Əsədli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimləri, məktəbin direktoru Həcər Mahmudova, şagirdlər və müəllimlər iştirak etdilər. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli bukletlər paylanılmış və  şagirdləri maraqlandıran suallar cavablandırıldı. Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən barət sərgi təşkil olundu.

24.02.2020-ci il tarixdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti  Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Məktəbin  şagird kollektivinin  ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.

25.02.2020-ci il tarixdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı  Nəsimi rayon  İcra Hakimiyyətində görüş keçirilmişdir. Tədbirdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Tədbirin sonunda Xocalı sakinləri qəbul edilmiş, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verilmiş, sonra Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə yardımlar göstərilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanmışdır.

Rayonda 2020-ci ilin fevral ayı ərzində RİH başçısı tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir. 1000-dən artıq sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər xüsusi qeyd edilmiş, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

13.03.2020-ci il tarixdə Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan imkansız ailələrə bayram payı paylanmışdır. Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində Qarabağ əlilləri,  veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər,  Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin üzvlərinə ərzaq  payları verilmişdir.                  

2020-ci ilin mart ayından başlayaraq Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülmüşdür. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə məhəllə və küçələrdə, istirahət yerlərində təbligat işlərinin aparılması üçün Nəsimi rayonunda yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,   özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilmikşdir. Bundan əlavə, rayon ərazisindəki  istirahət parklarına giriş məhdudlaşdırılmış,  rayon ərazisində gündəlik dezinfeksiya işlərinə başlanmışdır.

31.03.2020-ci il tarixdə Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar Nəsimi rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin siyahısı dəqiqləşdirilmiş, gənclər tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilmişdir. Həmin kateqoriyadan olan 30 ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir. Həmin ailələr mütəmadi olaraq nəzarətdə saxlanılmışdır.

01.04.2020-ci il tarixdə Koronavirus epidemiyasının fəsadlarının qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlər ilə əlaqə saxlanılaraq onların problemləri və ehtiyacları öyrənilmiş, həmin kateqoriyadan olan daha 15 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir.

   11.04.2020-ci il tarixdə Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə “Regional İnkişaf” İctimai Birliyi, (RİİB) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə sosial aksiya keçirilmişdir. Aksiya çərçivəsində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilmişdir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

14.04.2020-ci il tarixdə (COVID-19) infeksiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti “Cratos” və “Niaqara” rəhbərliyi ilə birgə sosial aksiya keçirilmişdir. Aksiya çərçivəsində qeyd olunan həssas kateqoriyadan olan 100 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilmişdir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

20.04.2020-ci il tarixdə xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə dəstək olmaq məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış sosial aksiya davam etdirilir. Aksiya çərçivəsində  Nəsimi rayon gəncləri tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilmişdir.

24.04.2020-ci il tarixdə irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev  Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nəsimi rayon İcra Hakimiyyətinin idarələri və struktur sahələrinin kollektivləri də qoşularaq aksiyada fəal iştirak etmişlər. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilmişdir.

04.05.2020-ci il tarixdə xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə  rayon İcra Hakimiyyəti  tərəfindən başlanılmış sosial aksiya çərçivəsində  YAP  tərəfindən qeyd olunan həssas kateqoriyadan olan  daha 50 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

07.05.2020-ci il tarixdə xüsusi karantin rejimi dövründə  qarşıdan gələn faşizm üzərində qələbənin 75-ci ildönümü  münasibətilə    1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dəstək olmaq məqsədilə növbəti sosial aksiya keçirilmişdir. Aksiya çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilmişdir.

12.05.2020-ci il tarixdə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1 saylı Körpələr-Uşaq evində saxlanılan   valideyn himyaəsindən məhrum olmuş uşaqların  gündəlik istifadələri üçün gigiyenik vasitələr və ərzaq məhsullarından ibarət sovqatlar onlara çatdırılmışdır. Sosial qayğıya ehtiyacı olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılaraq onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilmişdir.

16.05.2020-ci il tarixdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Nəsimi rayonu ərazisində genişmiqyaslı qabaqlayıcı tədbirlər davam etdirilmişdir. Rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülmüşdür. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən növbəti dəfə rayon ərazisində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyə edərək vətəndaşlara tibbi maskalar paylamışlar. 

18.05.2020-ci il tarixdə Nəsimi rayonunda rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin məsul əməkdaşlarının və bir qrup rayon könüllülərinin iştirakı ilə videomüşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01-17 may 2020-ci il tarixlərində  keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə videomüşavirə iştirakçılarına geniş məlumatlar verilmişdir. 2018-ci ildən başlanmış islahatların 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələri əhatə etməsi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, aparılan kadr islahatları bütün kadrların qarşısına yeni vəzifələr qoyur. Bu günkü kadr islahatlarının əsas xətti onu göstərir ki, korrupsiya ilə mübarizədə hər kəs daha mübariz olmalı və vətəndaş-məmur münasibətləri daha faydalı prinsiplər üzərində qurulmalıdır.Həmçinin videomüşavirə iştirakçılarına Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətinə dair ətraflı məlumatlar verilərək Könüllülərin cəmiyyətimizdə xüsusi yerinin olduğunu vurğulanmış, respublikamızda, o cümlədən Nəsimi rayon könüllülərdən ibarət təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.

20-21.05.2020-ci il tarixlərdə Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  keçirilən tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və RİH könüllüləri yaradılan mobil qrup üzvləri rayonun əhalinin sıx toplaşdığı ərazilərində vətəndaşlara 300-dən çox pulsuz tibbi maskalar paylanılmış,  karantin qaydalarının yumşaldılması ilə əlaqədar rayon sakinlərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmışdır. Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

23.05.2020-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib. Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 50-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılmışdır. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

01.06.2020-ci il tarixdə Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  keçirilən tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və YAP könüllüləri tərəfindən rayonun əhalinin sıx toplaşdığı ərazilərində vətəndaşlara  pulsuz tibbi maskaların paylanılması davam etdirilmişdir.  Rayon ərazisində sakinlərlə  fərdi izahetmə-xəbərdarlıq işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünü təcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyyə ediblər. Həmçinin avtobus dayanacaqlarına, ictimai nəqliyyat vasitələrinə, parklardakı oturacaq və söhbətgahlara, ticarət və xidmət obyektlərinin girişlərinə maarifləndirici vərəqələr vurulmuş, vətəndaşlara maarifləndirici bukletlər paylanılmışdır.   

02.06.2020-ci il tarixdə  Uşaqların  sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin  diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə  RİH  tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri  keçirilir. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun  70-dən artıq istedadlı uşaqlarının  iştirakı ilə onlayn tədbir keçirilmişdir.  Uşaqlar  şer və mahnılar ifa etmiş, rəqslər edərək şənlənmişlər. Könüllülər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon  ərazisində yerləşən park və bağlarda uşaqlarla maarifləndirmə işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyyə edərək onlara tibbi maskalar və digər hədiyyələr təqdim etmişlər. Həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə RİH tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə  bayram sovqatı  aparılmışdır.

09.06.2020-ci il tarixdə Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə dəstək olmaq məqsədilə Qadınlar Şurasının üzvləri tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılması, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilməsi,  digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunmuşdur.

13.06.2020-ci il tarixdə rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, qeyri hökümət təşkilatlarının,  rayonun fəal gənclərinin və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən video müşavirə keçirilərək RİH rəhbərliyi müşavirə iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik etmiş, 15 İyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanımızın tarixindəki mühüm əhəmiyyətini xüsusi vurğulanaraq 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığı, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığı bildirilmişdir. Qeyd olunmuşdur ki,  həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiq çıxışında böyük əminlik hissi ilə bildirilmişdir ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyev ideyaları işığında möhtərəm Prezident İlham Əliyevin  rəhbərliyi ilə yüksək zirvələr fəth edəcəkdir.

18.06.2020-ci il tarixdə  Nəsimi rayonunda RİH tərəfindən  Səhiyyə İşçiləri Günü münasibəti ilə video-müşavirə keçirilmişdir. Rayonda yerləşən səhiyyə müəssisələri  rəhbərlərinin  iştirakı ilə keçirilən video müşavirədə  səhiyyə işçilərinin peşə bayramları günü münasibətilə təbrik edilmiş onlara ən xoş arzularını bildirilərək çətin və şərəfli işlərində uğurlar arzulanmışdır. Bildirilmişdir  ki, Ümummilli Lider  Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Həmin illərdən başlayaraq səhiyyədə ciddi inkişaf dövrü başlandı. Səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da tibb sahəsində bir sıra islahatlar həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Müşavirədə dünyanı bürümüş koronavirus COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığı xüsusi vurğulandı. Natiq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə  “Əməkdar həkim” fəxri adlarına layiq görülmüş - Abbasova Nəzakət Salah qızını, Tağıyeva Ziyafət Teymur qızını, Əsədov Çingiz Daşdəmir oğlunu və “Tərəqqi” medalı ilə təltif edilmiş  Əliyeva Nərgiz Rafiq qızını təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar və nailiyyətlər arzuladı. Tədbirdə çıxış edənlər- 5 saylı şəhər poliklinikasının şöbə müdiri  Nəzakət Abbasova, Kliniki Tibbi Mərkəzin infeksion şöbəsinin müdiri Ziyafət Tağıyeva, Talassemiya Mərkəzinin həkimi Nərgiz Əliyeva və Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova və digərləri səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-ptrezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

19.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür. Elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir. Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir,  digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunur. Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən  rayon ərazisində koronavirus infeksiyasının  yayılmasının qarşısının alınması ilə bağlı əhali arasında aparılan maarifləndirmə işləri daha da gücləndirilərək Bakı Media Mərkəzi tərəfindən hazırlanmış posterlərin yaşayış binalarının girişlərində, liftlərdə, digər görünən yerlərdə, ticarət obyektlərində, idarə müəssisə və təşkilatların dəhlizlərində yerləşdirilməsi və bukletlərin əhali arasında paylanılması işlərinə başlanılmışdır. Maskaların ev şəraitində tikilişi və istifadə qaydalarını əks etdirən bukletlər isə  ictimai yerlərdə, ticarət obyektlərində və əhalinin sıx toplaşdığı ərazilərdə əhaliyə paylanılır.

26.06.2020-ci il tarixdə Nəsimi rayonunda YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurası və gəncləri tərəfindən 26 iyun Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü ilə əlaqədar video-konfrans keçirilmişdir. Nəsimi rayonunda 26 iyun  Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü  ilə əlaqədar  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı   mübarizə üzrə rayon komissiyası üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Milli informasiya sektorunun, rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi əməkdaşlarının və rayonun tam orta məktəb şagirdlərinin iştirakı ilə video-konfrans keçirilmişdir.   Bildirilmişdir ki,  sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur. Narkomaniyanın sərhəd tanımayan beynəlxalq problem olduğu, insanların sağlamlığına ciddi təsir edən narkotik vasitələrin satışı, transferi ağır fəsadlara yol açdığı, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələ olduğu qeyd edilmişdir.

03.07.2020-ci il tarixdə (COVİD-19 ) infeksiyası ilə əlaqədar elan olunmuş xüsusi karatin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə  Nəsimi RİH tərəfindən başlanılmış sosial aksiya çərçivəsində tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmələri  və sosial təcridolunmanın vacibliyi barədə məlumatlar verilimişdir.

08.07.2020-ci il tarixdə irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında  gənclər  və struktur sahələrinin kollektivləri fəal iştirak ediblər. İcrbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə  Birliyinin   Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Qanvermə aksiyasında 100 nəfərdən artıq əməkdaş iştirak etmişdir.

30.07.2020-ci il tarixdə  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində müqəddəs Qurban bayramı ərəfəsində  növbəti sosial aksiya həyata keçirilib. Aksiyalar çərçivəsində RİH tərəfindən  rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 100-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb. Aksiyalar zamanı həmçinin rayon sakinləri ilə yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının  daha geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının zəruriliyi barədə maarifləndirmə işləri aparılmışdır. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Qurban bayramı ərəfəsində onlara  göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

12.08.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülmüşdür. Elan olunmuş karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə  dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir. Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir,  digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunur. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar  elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

12.08.2020-ci il tarixdə Nəsimi rayonunda “Maskadan istifadə et” və “sosial məsafə gözlə”, “bir-birimizi qoruyaq!”, “böyüklərimizi qoruyaq” devizləri altıında sosial maarifləndirmə aksiyaları keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün etdiyi çağırışa cavab olaraq, rayon gəncləri və tələbələri “Biz birlikdə güclüyük” şüarı altında birləşərək, koronavirus pandemiyası dövründə sosial aksiyalara, kompaniyalara, layihələrə dəstək verərək birlik nümayiş etdirdilər.

15.09.2020-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində  600-dən yüksək bal toplayan abituriyentlərlə video-konfrans keçirilmişdir. 2019-2020-ci tədris ilində  rayonun tam orta təhsil müəssisələrini  1437 şagird bitirmiş, onlardan 1301-i ali məktəbə sənəd vermiş, qəbul imtahanlarında abituriyentlərdən 115 nəfəri 500-dən, 38 nəfəri 600-dən, 15 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 229 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2019/2020-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 1 məzun isə bürünc medala layiq görülmüşdür. Toplantıda Qızıl medala layiq görülmüş 151 saylı tam orta məktəbin məzunu,  Hüseyn Mehdiyev çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə  gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. H.Mehdiyev  ali məktəblərə qəbul olunan bütün tələbələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Video-konfransda 42 nömrəli orta məktəbin direktoru Firəngiz Həmidova   çıxış edərək bildirdi  ki, bu gün  ölkəmizdə  davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Məktəblilər  milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Övladlarımız milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər.Video-konfransda iştirak edən məzunlar, onların müəllimləri və  valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara hədiyyələr, həmçinin   rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 50 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.

16.10.2020-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti YAP Nəsimi rayon təşkilatı  tərəfindən mütəmadi olaraq cəbhə bölgəsinə yardımlar göndərilmiş, eyni zamanda əsgərlərimizin ailələrinə ehtiyac duyulduqca yardımlar göndərilmişdir. Ad günü olan əsgərlərimizin valideynləri ilə birgə ad günləri qeyd olunmuş, onlara hədiyyələr təqdim olunmuşdur. 26.10.2020-ci il tarixdən hal-hazırki vaxta kimi rayon İcra Hakimiyyətinə müraciət etmiş 46 nəfər əsgər ailəsinə müxtəlif növ ərzaq bağlaması, isti paltarlar, körpəsi olana uşaq bezləri, dərmanlar, bir neçəsinin evlərinin kirayə haqqı və.s köməklik olunmuşdur.

Mütəmadi olaraq YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurası rayon ərazisində yerləşən xətəxanalarda yaralı əsgərlərlə görüşmüşlər. 3 dəfə Kliniki Tibbi Mərkəzdə 2 dəfə isə  Travmatologiya və Ortopediya İnstitutunda maddi yardımlar verilmişdir.

10.11.2020-ci il tarixdə Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Nəsimi rayon sakinləri də Qarabağ zəfərini qeyd edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini verdi. Bununla da 30 il davam edən işğala son qoyuldu. Böyük coşqu ilə keçən ümumxalq şənliyində, əllərində Azərbaycanın bayraqlarını, Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirən yüz minlərlə keçən qələbə yürüşündə ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Nəsimi rayonunda da gənclər yürüşlərdə iştirak etmiş,  qürurla Azərbaycanın Rəşadətli Ordusuna və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

10.11.2020-ci il tarixdə YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zəfər günü münasibətilə Yeni Azərbaycan Partiyasının  həyətində Zəfər yürüşü qeyd edilmişdir. 

10.11.2020-ci il tarixdə YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zəfər günü münasibətilə Kliniki Tibbi Mərkəzinin həyətində Zəfər yürüşü qeyd edilmişdir. Buda yaralı əsgərlərimizdə ruh yüksəkliyi yaratmışdır.

11.11.2020-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zəfər günü münasibətilə  Travmatologiya və Ortopediya İnstitunun həyətində Zəfər yürüşü keçirilmişdir. Buda yaralı əsgərlərimizdə ruh yüksəkliyi yaratmışdır.

05.12.2020-ci il tarixdə Nəsimi rayon ərzisində yerləşən “Zabitlər”parkında Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da 1 dəqiqəlik sükutla yad edilib.  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

12.12.2020-ci il tarixdə  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə onlayn tədbir keçirilmişdir. Natiqlər bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir. Zəfər günü münasibəti ilə təbriklərini söyləmşdir. Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib. Bildirildi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu. Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Ulu Öndərin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir.

30.12.2020-ci il tarixdə Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü münasibətilə Nəsimi rayonunda yaşayan imkansız ailələrə, Qarabağ əlilləri,  veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər,  Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin,  Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin üzvlərinə ümumilikdə 1000 nəfərə ərzaq  payları verilmişdir.

Hesabat ilində Nəsimi   Rayon   İcra   Hakimiyyəti   Başçısının  Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.

Nəsimi   Rayon   İcra   Hakimiyyəti   Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi  2.98 kv. km hüdudlarında 92 mindən artıq əhalinin yaşadığı 5 mikrorayonu və 3-cü Alatavanı əhatə edir. Nümayəndəlik ərazidə xidmət göstərən 23, 31, 33 ,51, 65 və 77 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə çalışmışdır.

Nümayəndəliyin inzibati ərazisində 11 orta ümumtəhsil məktəbi, Texniki Humanitar Litseyi, Şahmat məktəbi, Musiqi məktəbi,  Uşaq və Gənclər İdman Məktəbi  fəaliyyət  göstərir. Bu məktəblərdə 13500 nəfərdən çox şagirdin təlim tərbiyəsi və təhsili ilə 1300 nəfərə yaxın müəllim məşğul olur. Həmçinin, ərazidə 13 uşaq bağçası və Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi fəaliyyət göstərir. Eləcədə ərazimizdə 20 saylı poliklinika, 12 saylı uşaq poliklinikası, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası, Bioloji təbabət və Evromed özəl tibb müəssisələri  yerləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub. Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.                                                                                                                                                      

Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Belə ki, bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir.

Dekabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, Seyid Cəfər Pişəvari küçəsi 10, 12, 16 və 18 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4600 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib. Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Sakinlərin istəkləri nəzərə alınaraq 6 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 400-dən artıq müxtəlif növ ağaclar əkilib və ərazidə yaşıllıq zolağı salınmışdır.

12 dekabr tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət 09.12.2020 tarixdə sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 10, 12 ünvanında 800 nəfər sakinin yaşadığı binaları əhatə edir. Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, 2 ədəd şahmat meydançası, 3 ədəd söhbətgah, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılmışdır.

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti  boyunca   genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri  başa çatdırımış,  Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılmış,  binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmışdır.

Görülmüş  işlər çərçivəsində 3500 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 2800 kv.m-ə yaxın   səki daşları yenilənmiş, 2400 p/m  yeni bardür quraşdırılmışdır.Əraziyə  2500 kv.m-dən artıq asfalt vurulmuş, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmiş, yeni salınmış yaşıllıqların mühafizəsi üçün dəmir barmaqlıqlar quraşdırılmış, 800-dən  artıq  müxtəlif növ  həmişəyaşıl ağac və kollar əkilmişdir.  Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə  söhbətgahlar qoyulmuşdur. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınmış, mövcud yaşıllıqlar bərpa edilmişdir. Tbilisi prospekti boyunca  istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılmışdır.

A.Salamzadə və M.Cəfərov küçələri ilə Tbilisi prospektinin kəsişməsində piyadaların sərbəst və təhlükəsiz hərəkətləri üçün yeni səkilər yaradılmış, Moskva prospektindən 48, 52 və 84 saylı evlərin məhəllələrinə dönən məhəllə daxili yollarda bərpa işləri aparılaraq 2000 kv.m-dən artıq asfalt örtüyü vurulmuşdur.

Moskva prospekti 74 və 82 ünvanlarında məişət tullantıllarının müvəqqəti toplanması üçün inşa edilən müasir tələblərə uyğun zibil meydançalarında   yekun tamamlanma işləri aparılır.

Nizami küçəsinin K.Səfərəliyeva küçəsi ilə kəsişməsindən başlayaraq  küçənin  sonunaqədər aparılan  əsaslı təmir işləri, piyada səkilərinin yenilənməsi və küçə işıqlarının quraşdırılması işləri yekunlaşmaq üzrədir.  

Hazırda Moskva prospekti, 20 Yanvar, A.Məhərrəmov və M.Cəlal küçələrinin əhatə etdiyi kvartalda  (“Şamaxinka” deyilən ərazidə) genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.  

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən  olan təkliflər nəzərə alınaraq yeni layihələr müzakirə olunur.

Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Abadlaşdırılan növbəti həyətdə 1 ədəd mini futbol meydançası, 1 ədəd şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 8 ədəd söhbətgah və oturacaqlar quraşdırılmışdır.

Həyətinlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 280 ədəd ağac əkilib və 6000 kv.m ərazidə yaşıllıq zolağı salınıb

Hazırda Moskva və Tbilisi  prospektləri   boyunca   yaşayış binalarının  fasadlarında bərpa və rənglənmə işləri davam etdirilmiş, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılmış,  görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılmış, yeni yaşıllıq zolaqları salınmış,  mövcud yaşıllıq zolaqlarında abadlıq işləri aparılmışdır.    

Görülmüş  işlər çərçivəsində 2200 kv.m-dən artıq  qazon örtüyü  vurulmuş, 1500 kv.m-yə yaxın   səki daşları yenilənmiş, 900 p/m  yeni bardür quraşdırılmış, yaşıllıqların sulanması üçün yeni su xəttləri çəkilmişdir. Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə   söhbətgahlar qoyulmuşdur. Ümumi görülmüş abadlıq işlərindən sonra ərazidə ağacəkmə aksiyası keçirilmişdir. RİH Başçısı ağacəkmə aksiyasında iştirak etmişdir. Aksiya  zamanı Moskva prospekti boyunca həmişəyaşıl ağaclar əkilmiş,yaşıllıqlara qulluq edilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri  ştirak etmişlər. A.Salamzadə və M.Cəfərov küçələri ilə Tbilisi prospektinin kəsişməsində piyadaların sərbəst və təhlükəsiz hərəkətləri üçün yeni səkilər yaradılmış, Tbilisi prospekti boyunca mövcud yaşıllıqlarda bərpa işləri aparılmışdır. Moskva prospektindən 48, 52 və 84 saylı evlərin məhəllələrinə dönən məhəllə daxili yollarda bərpa işləri aparılaraq 1500 kv.m-dən artıq asfalt örtüyü vurulmuşdur. Moskva prospekti 74 və 82 ünvanlarında məişət tullantıllarının müvəqqəti toplanması üçün müasir tələblərə uyğun zibil meydançalarının inşası davam etdirilir.

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində 2020-ci ilin ötən dövrü ərzində rayonunayrı ayrı ünvanlarında 50-dək yaşayış binalarının-Cavadxan küçəsi 11,12,20,23,56, A.Məhərrəmov küçəsi 21,23,33,4/661,60,64, R.Məmmədov küçəsi 19,23,27, Moskva pr. 54,58,20, Yanvar küçəsi 2/51,22,37,39, H.Seyidzadə küçəsi 1,2A,3,4A,5,27A,32, M.Cəlal küçəsi 10,24,58,60,62, A.Mustafayev küçəsi 10-27, H.B.Əliyev küçəsi 4,14,16,38, dam örtükləri əsaslı təmir edilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Rayonda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtımızın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır. Həmin tədbirlərin davamı olaraq 16 mart  2019-cu il tarixdə rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ  1000-dən artıq həmişəyaşıl ağaclar əkilmiş, mövcud parklardakı əkilən  gül kolları yenilənmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun müxtəlif ərazilərində, məktəblərin həyətlərində, mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  aksiyası  keçirilmişdir. Tədbir zamanı rayonun  4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  10000-dən artıq gül kolu əkilmişdir.

Ötən ildə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində 9 səyyar qəbul keçirmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Ölkə başçısının göstərişinə əsasən ərazimizi əhatə edən 20 saylı poliklinikada əhalinin tibbi müayinəsi həyata keçirilmişdir. 15 fevral 2020-ci il tarixdən 15 may 2020-ci il tarixədək ümumilikdə 46 mindən çox insan müayinədən keçmişdir.

Nəzərinizə çatdırırıq ki, 2020-ci idə 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinə 25 ərizə, 148 məktub daxil olmuşdur. Müraciətlərə əsasən göstərilən ünvanlara baxış keçirilmiş, lazımi tədbirlər həyata keçirilmişdir.Həmin müraciətlərin bir qisminə müvafiq izahat və cavablar verilmişdir.

2020-ci ildə 1 nömrəli Sahə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı  şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 64926 manat maliyyə vəsaiti ayrılmışdır. Həmin maliyyə vəsaitindən 64773 manat vəsait xərclənmişdir: o cümlədən 38400 manat ştatda olan  işçilərin  əmək haqqları, 10420 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər (məzuniyyət haqqı, müavinət), 10740 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 5213 manat isə digər xərclər (icbari sığorta, dəftərxana, inventar, bank xərcləri, avadanlıq və s.) üçün sərf olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 85 506 nəfərə yaxın əhalinin yaşadığı 4,27 kv.km. ərazini əhatə edir.

Nümayəndəlik hesabat dövrü ərzində əraziyə xidmət göstərən  13,14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin əlaqələndirilməsinə çalışmışdır. Ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə ardıcıl şəkildə məlumat verilmişdir.

Nümayəndəlik RİH tərəfindən həyata keçirilən tədbirlərin təşkilində yaxından iştirak etmişdir.

Pandemiyanın qarşısının alınması məqsədi ilə respublikamızda aparılan qabaqlayıcı tədbirlərlə bağlı RİH-də yaradılmış qərargahın tapşırığına  əsasən nümayəndəliyin ərazisində fəaliyyət göstərən 1 saylı KTM, 1 saylı KTM-in nəzdində olan modul tipli xəstəxana, ATU-nun Tədris Cərrahiyyə Korpusu və ATU-nun Terapiya Korpusunda insanların müalicəsi ilə məşğul olan həkimlərlə bərabər, əlaqədar təşkilatlara operativ məlumatları ötürmək üçün yaradılmış qrupların tərkibində nümayəndəliyimizin əməkdaşları da iştirak etmiş və bu günə kimidə iştirak edirlər.  Ərazimizdə olan ticarət obyektlərində və küçələrdə əhalinin maarifləndirilməsində Bakı şəhər İH-nin işçiləri ilə birlikdə nümayəndəliyin işçiləri də yaxından iştirak etmişlər.

Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində 19 fevral və 04 mart tarixlərində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 59 nəfər sakini səyyar qəbul etmişdir. Qaldırılmış problemlər RİH başçısının verdiyi tapşrıqlara əsasən həll edilmiş, bəzi məsələlərə  isə aydınlıq gətirmək üçün müvafiq izahatlar verilmişdir.

Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılmışdır. Belə ki, vətəndaşların müraciətləri nəzərə alınaraq nümayəndəliyin xidməti ərazisindəki  M.Qaşqay, X.Şuşinski, M.Rəfili, S.Zeynalov, R.Axundov, V.Plotnikov, E.Tağızadə, Q.Quliyev, İ.Qasımov, Y.V.Çəmənzəminli küçələrində 35 150 kv.m -dən yuxarı asfalt örtüyü vurulmuş, tamet daşları döşənmiş,  Koroğlu, Zorge, Sevil və Şevçenko , Zabitlər parkları ərazisinə 25 min ədəd mövsümi çiçək əkilmişdir.

Qış mövsümü ilə əlaqədar inzibati ərazidə ayrı-ayrı ünvanlarda 3 360 kv.m dam örtüyü, 226 p.m su xətti,  26 p/m kanalizasiya xətti, 200 p/m istilik xətti, 43 p/m suaxıdıcı boru,  27 p/m navalça,  9 ədəd giriş qapısı, 19 ədəd girişdə pəncərə, 52 kv.m keçid meydançası təmir edilmiş, 22 kv.m ümumi istifadə yerləri şüşələnmişdir. 320 p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. 204 ədəd pastik zibil konteynerləri dəyisdirilmişdir.

Uzun illər sakinlərin ciddi narazılığına səbəb olan Metro tikintisi ilə əlaqədar bağlanmış Ceyhun Səlimov və Cəlil Məmmədquluzadə küçələrində  avtomobil yolu tam istifadəyə verilmişdir. Bu isə rayonun mikrorayonlarla əlaqəsini asanlaşdırmış, mövcud tıxacların qarşısının alınmasına hiss olunacaq dərəcədə təsir göstərmişdir.

Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev  küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin  inzibati binasının yerində yeni binanın tikintisi başa çatmaq üzrədir.

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına  əsasən nümayəndəliyin ərazisində fəaliyyət göstərən 17 şirkətdən “Azadlıq Residence” MMC-ni çıxmaq şərti ilə 15 şirkət tərəfindən  çoxmənzilli binaların tikintisi  işi davam etdirilmişdir.. Bunlar “Maşınqayıran”, “Regal”, “Gözəl Bakı”, “Teymuroğlu”, “Pilot Həyat”, "Draft Constuction”, “Gold Construction” ,“Archico” , “Rifah Plaza” ,“Fədək” ,“Pearl Construction”, “Avrasiya Construction LTD”, ”Azəri Tikinti MMC”, “Grand Plaza”, ”RÜR” MMC və “Gloria Palace”” MMC həyata keçirilən Hesabat dövründə Nümayəndəlik pilot layihələrin icrası ilə bağlı RİH tərəfindən verilən tapşırıqlara uyğun məqsədyönlü işlər aparmış,sakinlər arasında mütamadi olaraq maarifləndirmə tədirləri həyata keçirmişdir. Bəzi sakinlərin qeyri-real şərtlər irəli sürməklə müqavilə bağlamaqdan imtina etməsi köçürülmüş çoxsaylı  sakinlərin hüquqlarının pozulmasına səbəb olur və layihələrin (“Fədək” MTK) vaxtında icra olunmasına ciddi əngəl yaratmaqda davam etmişdir..

Hesabat dövrü ərzində nümayəndəlik istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına, qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdır. Rayon İcra Hakimiyyətindən nümayəndəliyə 397 məktub, ərizə və şikayət daxil olmuşdur. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış,müvafiq tədbirlər görülmüş və onlara vaxtında cavab verilmişdir. Nümayəndəlikdə il ərzində 141 nəfər vətəndaş qəbul edilmiş,onlarin əksəriyyətinin qaldirdıqları məsələ müsbət həll edilmışdir. 

Nümayəndəliyin xidmət etdiyi ərazidə 4 orta ümumi təhsil məktəbi - 35, 42, 151 və 164 saylı məktəblər , 1 xüsusi məktəb- 268 saylı məktəb fəaliyyət göstərir.Bu məktəblərdə 4 681 şagirdin təlim-tərbiyəsi ilə 591 müəllim məşğul olur.Ötən il bu məktəbləri 264 şagird bitirmiş, bunlardan 138 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. 5 nəfər 600-dən çox bal toplamışdır.

Nümayəndəliyin ərazisində 12 dövlət - körpələr evi- uşaq bağçası, 7 özəl-məktəbəqədər tədris müəssisələri, 14-ü dövlət və 14-ü özəl olmaqla 28 səhiyyə müəssisəsi fəaliyyət göstərir.

2020-ci ildə 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 64 782 manat dürüstləşdirilmiş büdcə nəzərdə tutulmuş, faktiki 64 782 manat maliyyə vəsaiti ayrılmış, 56 710 manat vəsait xərclənmişdir. 34 815 manat ştatda olan işçilərin əmək haqqları,   10 417 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər(məzuniyyət haqqı,müavinət), 9 951 manat Dövlət Sosial Müdafiə Fonduna  ödəmələr üçün, 1 527 manat digər xərclər (icbari sığorta, dəftərxana, inventar,bank xərcləri, telefon, internet, avadanlıq    və s.) üçün sərf olunmuşdur.

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2020-ci il yanvar ayının 25-də “Bakı Biznes Mərkəzi” ndə 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. Yığıncaqda 2019-cu ilin yekunları müzakirə olunmuş, 2020-ci il üçün təsdiq edilmiş perspektiv iş planı əsasında konkret tədbirlər müəyyənləşdirilmişdir.

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə olduğu kimi 2020-ci il ərzində də əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə çalışmışdır.

Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırlması istiqamətində operativ işlər görülmüşdür.

Hər il olduğu kimi 2020-ci ilin yanvar ayında nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər mütəmadi olaraq davam etdirilir.

Mənzil Kommunal İstismar Sahələri tərəfindən ərazidə metal zibil konteynerləri yeni plastik konteynerlərlə əvəz olunmuşdur.

Üzeyir Hacıbəyov küçəsində mütəmadi olaraq yeni gül kolları əkilmişdir.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsinin birləşdiyi ərazidə yolun genişləndirilməsi məqsədi ilə həmin ərazidə dəmir yolu xətti ləğv edilmiş və dəmir yolu keçən körpü sökülərək yol genişləndirilmişdir. Həmin ərazidə yollara asfalt örtüyü çəkilmiş, ətraf hissə abadlaşdırılmışdır.

Cəlil Məmmədquluzadə döngəsində və Cəlil Məmmədquluzadə küçəsində, Salatın Əsgərova küçəsindən Əlibəy Hüseynzadə küçəsinə qədər olan hissəyə asfalt örtüyü vurulmuşdur.

Rəsul Rza küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən  kiçik bağda sahəsi təxminən 150 kv.m olan  ərazidə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən təmir işləri aparılmış, oturacaqlar və uşaqlar üçün yelləncək quraşdırılmışdır.

Topçubaşov 80, 82, 84 ünvanlarda “Bakı Abadlıq Xidməti” MMC tərəfindən təmir işləri yekunlaşmışdır.

 K.Səfərəliyeva küçəsi 22 ünvanda yerləşən Sənayeavtomatika zavodu və Mehti Mehtizadə küçəsində yerləşən Bakı Vaqon Təmiri zavodunun ərazisində söküntü işləri aparılmışdır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının inzibati binasının qarşısında 28 May küçəsi tərəfindən səkiyə 150 kv.m tamet örtüyü vurulmuşdur.

Mirəli Qaşqay küçəsində yol yenidən qurularaq yeni asfalt örtüyü çəkilmiş, səkilərə tamet daşları döşənərək sakinlərin istifadəsinə verilmişdir.

Dilarə Əliyeva küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusu əsaslı təmir olunmuş, ətrafı abadlaşdırılaraq tamet daşları döşənmişdir.

Sakinlərin müraciəti nəzərə alınaraq 28 May küçəsi 56 ünvanına asfalt örtüyü çəkilmişdir.    

Şamil Əzizbəyov küçəsi 205 ünvanında yerləşən Rus Provaslav Kilsəsində təmir işləri davam etdirilir.

Bülbül prospekti 65 ünvanında yerləşən 5 saylı Uşaq Gənclər Mərkəzi əsaslı təmir olunmuşdur.

41 saylı MKİS ərazisində yeni işıq dirəkləri quraşdırılmışdır.

Ş.Əzizbəyov küçəsinin R.Behbudov küçəsindən C.Hacıbəyli küçəsinədək olan hissəsinə yeni asfalt örtüyü çəkilmişdir.     

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinn Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarını rəhbər tutaraq,  Nəsimi rayonunda, o cümlədən inzibati ərazidə başlamış pilot layihələr “Pilot İnşaat-A” MMC, “Bisütun” MTK, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən işlər davam etdirilir.

Fevral ayının 5-i “Dünya Biznes Mərkəzi” ndə və mart ayının 3-ü  “Midtown” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı nümayəndəliyin ərazisində səyyar qəbullar keçirmiş və sakinlərin müraciətlərini dinləmişdir.

Fevral ayının 26-sı Nəsimi rayon ictimaiyyət nümayəndələri, rayon İcra Hakimiyyəti və nümayəndəliyin əməkdaşları ilə birgə Xocalı soyqırımının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoyulmuşdur. 

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus pandemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda, o cümlədən nümayəndəliyin ərazisində də   bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq daimi dezinfeksiya işləri aparılmış və işlər davam etdirilir. 

İnzibati ərazidə fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin girişlərində, ümumi istifadə olunan yerlərdə, liftlərdə və zibil meydançalarında  sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici  işlərinə başlanılmış,   bu işlərin virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur. Həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə məhəllə və küçələrdə, istirahət yerlərində təbligat işlərinin aparılması üçün rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq barədə tövsiyələr edilir.

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində o cümlədən inzibati ərazidə yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin siyahısı dəqiqləşdirilmiş, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilmişdir. Həmin kateqoriyadan olan ailələrə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir.

“COVİD-19” pandemiyası dövründə xüsusi karantin rejiminin yerinə yetirilməsi, əhali arasında maarifləndirmə işlərinin aparılması üçün nümayəndəliyin nəzdində mobil qruplar təşkil olunmuş və əməkdaşlar tərəfindən vətəndaşlara tibbi maskalar paylanmışdır.

Eyni zamanda nümayəndəliyin əməkdaşları bu günədək əhalinin sıx toplandığı məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqləri davam etdirir.

24.04.2020-ci il tarixdə irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev  Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi ilə birgə nümayəndəliyin əməkdaşları da qoşularaq aksiyada fəal iştirak etmişlər.

Nümayəndəlik müqəddəs Ramazan bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən sosial aksiyalara qoşularaq inzibati ərazidə yaşayan  sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələri ziyarət etmiş, onlara ərzaq məhsullarından ibarət  bayram sovqatlarının  çatdırılmasında yaxından iştirak etmişdir.

09.06.2020-ci il tarixdə “Evdə qal, sağlam ol” aksiyası çərçivəsində R.Behbudov küçəsi 48, 50 ünvavnında rayon İcra Hakimiyyəti və MOK tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak edilmişdir. 

Nümayəndəliyin inzibati ərazisində yerləşən adsız küçələrə ad verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 9 küçəyə müvafiq adlar verilmişdir.

Nümayəndəlik müqəddəs Qurban bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti sosial aksiyalara qoşularaq inzibati ərazidə yaşayan  sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələri ziyarət etmiş, onlara ərzaq məhsullarından ibarət  bayram sovqatlarının  çatdırılmasında yaxından iştirak etmişdir.

Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Qismən səfərbərlik elan olunduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Nəsimi rayon şöbəsindən könüllü gənclərin cəbhəyə yola salınmasında nümayəndəliyin əməkdaşları rayon İcra Hakimiyyəti ilə birgə yaxından iştirak etmiş, eyni zamanda Yevlax və Gəncə şəhərlərində yerləşən hərbi hissələrə könüllülərin təhvil verilməsində iştirak etmişdir.

Vətən müharibəsində könüllü iştirak edən əsgər ailələri rayon İcra Hakimiyyəti ilə birgə ərzaq yardımları ilə təmin edilmişdir.  

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərin dəfn mərasimlərində nümayəndəlik yaxından iştirak etmiş, o cümlədən inzibati ərazidə olan şəhid ailələri mütəmadi olaraq ziyarət edilmişdir.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin problemləri daim nümayəndəliyin diqqət mərkəzində saxlanılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə keçirilən video-müşavirələrdə iştirak edilmişdir.

2020-ci il ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məsuliyyətli yanaşmanın təmin edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrası daim nəzarətdə saxlanılmışdır.  Vətəndaşların qəbulu müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilmiş, qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi müvafiq izahatların verilməsi təmin olunmuşdur.

2020-ci il ərzində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsinə idarə və təşkilatlardan 63 məktub daxil olmuş və araşdırılaraq cavablandırılmışdır. Vətəndaşlardan isə 128 ərizə daxil olmuşdur. Onların hər biri qanunamüvafiq şəkildə araşdırılmış, lazımi tədbirlər görülmüş və vətəndaşlar yazılı şəkildə məlumatlandırılmışdır.

Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.

Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparməşdır. Komissiya “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalar” haqqında əsasnaməyə uyğun olaraq fəaliyyətini      2020-ci ildə RİH Başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planı əsasında qurmuşdur.

Hesabat dövründə komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, dərslərdən yayınma hallarının qarşısını almağa, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinə yönəldilmişdir.

2020-ci il ərzində komissiyanın ________ iclası keçirilmiş, idarə və təşkilatlardan, vətəndaşlardan daxil olmuş ərizə və məktublara, cinayət etmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyi ilə müəyyən olunmuş yaş həddinə çatmayanlar barəsində müvafiq dövlət  orqanlarından daxil olmuş materiallara və tədbirlər planında nəzərdə tutulmuş məsələlərə baxılmışdır.

2020 - ci il ərzində keçirilmiş  profilaktiki tədbirlər nəticəsində cinayət və hüquq pozuntularına yol verdiklərinə görə Nəsimi rayon Polis İdarəsinin İTŞ-nin YYÇ-larla Profilaktiki işin təşkili bölməsinin əməkdaşları tərəfindən ______ yetkinlik yaşına çatmayan  və _____ münaqişəli ailə “Uğursuz ailə” kimi qeydiyyata götürülmüş. Hesabat dövründə  __________ yetkinlik yaşına çatmayan qeydiyyatdan çıxarılmışdır.

Yetkinlik yaşına çatmayanların əməyinin istismarı ilə əlaqədar olaraq 8 fakt müəyyən olunaraq barələrində müəyyən tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə yazılı məlumatlar verilmişdir.

Yetkinlik yaşına çatmayanlara tütün məlumatlarının satışı ilə məşğul olan _____ nəfər şəxs müəyyən olunmuş və barələrində AR İXM-nin 455.2-ci maddəsi ilə inzibati protokol tətbiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 aprel tarixli        60 S saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2003-cü il 18 iyun tarixli 311 saylı sərəncamından irəli gələn tələbləri həyata keçirmək məqsədilə Nəsimi rayon İH Başçısı tərəfindən verilmiş 04.07.2003-cü il tarixli 264 saylı sərəncamla bağlı küçə uşaqları və uşaq baxımsızlığı probleminin aradan qaldırılması istiqamətində də bir sıra işlər görülmüşdür. Görülmüş işlər və məktəb rəhbərləri tərəfindən alınmış məlumatlara əsasən Nəsimi rayon ümumtəhsil məktəblərində küçə uşaqları və baxımsız uşaqlar təhsil almır. Nəsimi RPİ-nin  Polis Bölmələrinin YYÇ-larla iş üzrə profilaktikası işinin təşkili  bölməsinin əməkdaşları ilə birgə 2020-ci il ərzində bir sıra reydlər keçirilmiş, dərslərdən yayınan, komputer klublarında vaxt keçirən azyaşlılar  aşkar edilərək onlarla profilaktiki iş aparılmış, valideynləri ilə söhbət edilmiş, sonra isə uşaqlar valideynlərinə  və ya məktəb rəhbərlərinə təhvil verilmişdir. YYÇ-ların işləri və HM üzrə komissiya Polis Bölmələrinin işçiləri ilə birlikdə azyaşlıların hüquq pozuntularına, qanunazidd əməllərə və cinayət hadisələrinə yol vermələrinin vaxtında qarşısını almaq məqsədilə Nəsimi rayon ümumtəhsil məktəblərində, ali məktəblərdə vaxtaşırı dəyirmi masalar və diskussiyalar keçirmiş, onlara hüquq və vəzifələri izah edilmiş, onların hüquqlarının pozulması, azyaşlı uşaqların ailə üzvləri tərəfindən mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməsi, onların istismarı, mənəviyyatının alçaldılması, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində işlərin gücləndirilməsi ilə bağlı çıxışlar edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.03.2006-cı il tarixli, 1386 saylı sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında dövlət uşaq müassisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və Alternativ qayğı Dövlət Proqramının (2006-2015)  icrası ilə əlaqədar Nəsimi rayon  İH başçısı yanında “YYÇ-ların işləri və HM üzrə” komissiya de-institusionalizasiyanın həyata keçirilməsi, uşaqların ailələrdə yerləşdirilməsi, himayədar ailələrin seçilməsi və bu kimi istiqamətlərdə öz fəaliyyətini daha da genişləndirmiş, rayon İH-nin “Qəyyumluq və Himayəçilik komissiyası”  ilə birgə bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlət himayəsindən 1-3 yaş həddində övladlığa uşaq götürməyi arzu edən şəxslər qismində Azərbaycan Respublikasının vətəndaşı olan  ailələr ilkin uçota alınmış və sənədləri mərkəzləşmiş qeydiyyata alınması üçün Bakı Baş Səhiyyə İdarəsinə göndərilmişdir.

Vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər və təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq valideynlər arasında __________ nəfər uşağın adına  və soyadına münasibətdə olan fikir ayrılığı məsələlərinə baxılmış və Nəsimi RİH Başçısı tərəfindən bu barədə sərəncamlar verilərək icraya yönəldilmişdir.

Azərbaycan  Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, 2020-ci il ərzində komissiya tərəfindən valideynlərinin ölümü, valideynlər tərəfindən atılması və sairə səbəblərdən valideyn himayəsindən məhrum olmuş 11 azyaşlı aşkar edilərək onlara Nəsimi RİH Başçısının sərəncamı ilə qəyyum və himayəçi təyin olunmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 271 saylı 8 avqust 2014-cü il tarixli qərarının 2.19.1 bəndinə müvafiq olaraq 1 saylı Körpələr Evində yaşayan valideyn himayəsindən məhrum olmuş azyaşlıların doğumunun qeydə alınması ilə bağlı Nəsimi rayonun Qeydiyyat şöbəsinə müraciət edilmiş və onlara doğum haqqında arayış alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.4 maddəsinə əsasən  azyaşlılara  doğum haqqında şəhadətnamə verilməsinə köməklik göstərilmişdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun  olaraq valideynlər arasında uşağa münasibətdə ziddiyyət yarandıqda məhkəmədən daxil olmuş qərardad əsasında “Valideynlər arasında nikahın ləğvindən sonra uşaqların kimin yanında qalmasının onun (onların) mənafeyinə uyğunluğu barədə “Uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ barədə,” “Uşağın bir valideyndən alınıb digərinə verilməsi,” “Valideynlik hüququndan  məhrum edilmə,” və sairə məzmunda məsələlərə baxılmış, komissiya tərəfindən rəylər verilərək məhkəmədə uşaqların hüquq və mənafeləri qorunmuşdur.

“YYÇ-ların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiya” nın 2020-ci il üçün tədbirlər planına uyğun olaraq 1 saylı KE-də yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqlar komissiya tərəfindən daim nəzərdə saxlanılmış, onlara maddi və mənəvi köməklik göstərilmişdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.

2020-ci il  ərzində Nəsimi Rayon Icra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən yeniyetmə və  uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.

Rayonda fəaliyyət göstərən “Narkomalığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cü il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün  illər  üçün  Dövlət Proqramını ”nı  rəhbər tutmuşdur.  

Azərbaycan Respublikası Narkomalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun   məktubuna müvafiq olaraq rayon komissiyasının    2020-ci  il üçün iş planı təsdiq olunmuşdur.

 “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmişdir. 

Nəsimi rayon İcra Hakimiyəəti başçısı yanında “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” komissiyasının üzvləri rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə il ərzində  məktəblilərlə “Narkomniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda online tədbirlər təşkil olunaraq keçirilmiş, məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmişdir.

 “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiya tərəfindən 2020-ci il ərzində (1 dəfə) 44 vətəndaşdan müsadirə edilmiş 1 kq 89.602 qram narkotik maddələr komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı idarə, müəssisə və vətəndaşlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır

“Narkomalığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon komissiyası bundan sonra da Azərbaycan Respublikası Prezidentinin 2019-cü il, 22 iyul tarixli,1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün  illər  üçün  Dövlət Proqramını ”nı  rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirəcəkdir. 

Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Fərmanını rəhbər tutaraq, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan  maraqlarının müdafiəsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti üzrə yaradılmış Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı  müvafiq tədbirlər həyata keçirilmişdir. İl ərzində Apellyasiya Şurasına 1 müraciət daxil olmuşdur.

2020-ci  il ərzində Nəsimi rayon Fövqəladə Hallar Komissiyası il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.

Mülki-müdafiə işlərinin təşkilinə dair sənədlər vaxtı-vaxtında tərtib olunmuş, həyacan siqnalı  üzrə əməkdaşların normativ vaxtda səfərbər olunması işi rübdə bir dəfədən az olmayaraq yerinə yetirilmişdir, onların ümümilli pasportlarla təmin olunması, MM çantalar ilə və ekipirovka ilə təmin edilməsi işləri görülmüşdür. Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz  çərçivəsində təlimatlar verilmişdir. Belə obyektlər üçün yanğınsöndürmə əməliyyat və kartoçkalarının işlənib hazırlanması yerinə yetirilmiş, rayon ərazisində olan yanğına qarşı su mənbələrinin daima saz vəziyyətdə saxlanilması məqsədilə Nəsimi rayon Su idarəsi və FHN-nin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir.

2020-ci il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar barədə məlumatların toplanması, sistemləşdirilməsi və yeniləşməsi, RİH-nə olan müraciətlər əsasında yeni təşkilat və qurumların qeydə alınması, bu qurumlarla tanışlıq işləri aparılmışdır. Görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” Qanunlarına uyğun olaraq aparılır və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai Siyasi şöbəsindən alınan təlimat və tövsiyələrə uyğun həyata keçirilmiş, mütəmadi olaraq görülmüş işlər barədə hesabatlar hazırlanmış və məlumatlar verilmişdir. Təşkilatların iclas və  yığıncaqlarında, keçirdikləri tədbirlərdə mütəmadi iştirak edilmişdir.

Hazırda Nəsimi rayonunda 13 partiyanın rayon  şöbələri və özəkləri fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli İstiqlal Partiyasının rayon təşkilatları istisna olmaqla digər 11 siyası partiyanın ilk təşkilatının Nəsimi rayonunda müstəqil fəaliyyəti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərirlər. Rayonda ən çox özəyi olan partiya Yeni Azərbaycan Partiyasıdır Partiya üzvlərinin sayı günbəgün artır və hazırda 31272 nəfər təşkil edir. Onlardan 15854 nəfərini qadınlar təşkil edir. 11092 nəfər isə gənclərdir. Rayonda Yeni Azərbaycan Partiyasının 100 ərazi ilk partiya təşkilatı var. Digər partiyaların rayon təşkilatlarının fəaliyyətləri nəzərə çarpacaq səviyyədə deyildir və sosial bazaları məhduddur.

Ümumilikdə partiyaların rayon təşkilatları tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna riayət olunması qənaətbəxşdir.

Nəsimi rayonu mərkəzi rayon olduğundan ərazidə bir sıra beynəlxalq və respublika miqyaslı təşkilat, fond, cəmiyyət, assosiasiyaların qərargah və baş ofisləri yerləşmişdir. Hazırlanmış məlumat bazasında rayon ərazisində fəaliyyətdə olan 45 təşkilat vardır. Bu təşkilatlardan 12-si respublika miqyaslı təşkilatların rayon şöbələridir ki, bunlardan da Veteran təşkilatları Şurasını, Ağsaqqallar Şurasını, Ağbirçəklər Şurasını, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyini, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyini, Qızıl Aypara Cəmiyyətini, Əlillər Cəmiyyətini, Korlar Təşkilatının, Çernobıl əlilləri cəmiyyətinin, 20 Yanvar Cəmiyyətlərinin, “Sodrujestvo” cəmiyyətinin və Azərbaycandakı Rus İcmasının rayon şöbələrini qeyd etmək olar. RİH tərəfindən rayonda fəaliyyət göstərən ictimai təşkilatların rayon şöbələri ilə sıx əlaqələr yaradılmışdır.   Veteran təşkilatları Şurası, Ağsaqqallar Şurasını,  Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Qızıl Aypara Cəmiyyəti, Əlillər Cəmiyyəti, Korlar Təşkilatı, Çernobıl əlilləri cəmiyyəti, 20 Yanvar Cəmiyyəti, “Sodrujestvo” cəmiyyətinin Nəsimi rayon təşkilatının hesabat seçki yığıncağında iştirak edilmiş və onların nümayəndələri rayon tədbirlərinə dəvət olunurlar.

Bütövlükdə rayondakı ictimai təşkilatlar nizamnamələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir və idarə olunurlar. Rayon İcra Hakimiyyəti tərəfindən yerli ictimai təşkilatlara lazımi diqqət göstərilir.

Respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində dövlət siyasəti bu gündə uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və bu kursu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.

Rayonun ərazisində 3 müsəlman icması - “Hacı Əjdərbəy” məscidi dini icması, “Məşədi Dadaş”  məscidi dini icması və “Kərbəlayi Abdulla”   məscidi dini icması, 3 yahudi icması Dağ yəhudilərinin dini icması, Avropa yəhudilərinin dini icması və Gürcü yəhudilərinin dini icması, 3 xristian icması - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası qurumu, “Yeni Həyat” Xristian incil dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması və Bakı şəhəri Bəhai dini icması fəaliyyət göstərir. Bütün dini icmalar dostluq və sülh şəraitində fəaliyyət göstərir, dini icmalar arasında heç bir qarşıdurma və ya problem olmur, rayonda tolerantlığ inkişaf edir, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır.

Rayonda dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.

TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilmişdir. İl ərzində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif adda və saytlarda, qəzetlərdə 150-dən artıq məqalələr dərc olunmuşdur.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul, oktyabr  aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

Qanunçuluq, asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində rayon İcra hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşdur.

Azərbaycan  Respublikası Prezidentinin 27 fevral  2020-ci  il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hesabat ili ərzində məqsədyönlü  tədbirlər həyata keçirilmişdir.

Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq edilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin cavabdehlik daşıdıqları sahələr üzrə fəaliyyətləri nəzatətdə saxlanmışdır. Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların müdamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, rayon İcra Hakimiyyətinin  hesabatlarının İnternet səhifəsində açıqlanması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilir və müvafiq qərarlar verilir. 2020-ci ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının daima iştirakı təmin edilir. Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr  Veteranları Şurasının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və nümayəndələri təşkil olunan tədbirlərdə yaxından iştirak etmişlər. Cari ilin ötən dövrü ərzində, xüsusilə COVİD-19 koronavirus pandemiyası ilə bağlı karantin dövründə Nəsimi rayonunda yaşayan şəhid ailələrinə,  Qarabağ müharibəsi əlillərinə,  II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə  dəstək aksiyalarında qeyri-hökumət təşkilatlarının nümyəndələrinin iştirakı təmin edilmişdir.

Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya, qərargah və işçi qruplarında, Rayon İcra Hakimiyyəti başçısı yanında Şurada vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunaraq kollegial qərarların qəbulu prosedurlarında iştirakları təmin edilir. Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə RİH başçısının 17.09.2020-ci il tarixli 115 saylı sərəncamı ilə müvafiq komissiya yaradılmış və 13.11.2020-il tarixdə Şuraya seçkilər keçirilmişdir.

Rayon İcra Hakimiyyəti  Başçısı Aparatı üzrə 2020-ci ildə əmək haqqına  392616 manat maliyyə vəsaiti ayrılmış 376264 manat xərclənmiş, Məcburi dövlət siğortasına 108488 manat ayrılmış, 104990 manat xarclənmiş, dəftərxana xərcinə 8500 manat ayrılmış 8340 manat xərclənmiş, yanacaq və sürtgü yağlarına 18000 manat ayrılmış 10700 manat xərclənmiş, elektrik xərclərinə 13000 manat ayrılmış 12997 manat xərclənmiş, Qaz təchizatına  4200 manat ayrılmış 2587 manat xərclənmiş, telefon xərclərinə 3731 manat ayrılmış 3731 manat xərclənmiş, poçt xidmətlərinə 350 manat ayrılmış 350 manat xərclənmiş, internet haqqı üçün 4820 manat ayrılmış 4820 manat xərclənmiş, hərbi qulluqçuların kirayə haqqları üçün 161334 manat ayrılmış 145495 manat xərclənmiş, Mühafizə haqqı üçün 66422 manat ayrılmış 66422 manat xərclənmişdir.

Hesabat dövründə dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Vəzifə borcunun səmərəli yerinə yetirilməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vicdanlı və mədəni davranış, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə əməkdaşlarla fərdi söhbətlər aparılmış, treninq, müşavirə keçirilmiş və hazırda da bu işlər davam etdirilir. Ötən dövrdə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır. İllik hesabat Azərbaycan Respublikasının Dövlət İmtahan  Mərkəzinin  Direktorlar Şurasına təqdim edilmişdir.

Dövlət orqanlarının fəliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə RİH Başçısının yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilir və müvafiq qərarlar verilir. 2019-cu ildə aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli, 2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2020-ci ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakimiyyətinin 2019-cu ilin yekunlarına dair hesabatı 17.02.2020-ci il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film, həyata keçirilən abadlıq-quruculuq işlərinin müqayisəli foto şəkilləri təqdim olunmuşdur.

Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür.

Dövlət qulluqçularının peşıkarlılığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2019-2020-ci tədris ilində rayon İcra Hakimiyyətinin bir əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura səviyyəsində qiyabi bölməyə qəbul olunmuşdur. Etik davranış məsələləri üzrə illik hesabat hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” 104 saylı 21.10.2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci il ərzində məqsədyönlü işlər aparılmışdır.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2020-ci il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 2851 ərizə və müraciəti daxil olmuşdur. 2019-cu ildə müraciətlərin sayı 3116 təşkil etmişdir.

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması, əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, mütəmadi olaraq ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən  2020-ci ilin 1-ci rübündə keçirilən səyyar qəbullar və gündəlik keçirilən görüşlər, həmçinin il ərzində fərdi qəbullar zamanı rayonda aparılan işlər barədə onlara ətraflı məlumatlar verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.

Koronavirus (COVİD) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tapşırıq, göstəriş və metodiki tövsiyələrdən irəli gələn tələblərə uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə əlaqədar müəyyən olunmuş qaydalar tətbiq edilmişdir. Xüsusi karantin rejimi dövründə vətəndaşların qəbulunun elektron və telefon rabitəsi, “online video” qaydasında keçirilməsi təmin edilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların  “online video” qaydasında qəbulu üçün avadanlıqlarla təchiz olunmuş xüsusi otaq ayrılmış, karantin dövründə təmasları minimuma endirmək üçün ilk öncə qəbul ilə bağlı müraciətlərin məzmunu araşdırılaraq həll olunması istiqamətində mümkün tədbirlər görülməsi və vətəndaşa məlumat verilməsi, ümumiyyətlə qəbulların əlçatanlığı təmin edilmişdir. Karantin dövrünün tələblərindən kənar qaydada fərdi qəbul barədə edilən müraciətlərlə bağlı vətəndaşlara müvafiq maarifləndirici izahatlar verilmişdir.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatmış hərbi vəziyyət dövründə Nəsimi rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə, xüsusilə hərbiçilərin və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılımış, onların müraciətlərinin həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Şəhid ailələrinin müraciətləri RİH-də, onların yaşadıqları ünvanda diqqətlə dinlənilmiş, qaldırdıqları məsələlər daim nəzarətdə saxlanmış, görüləcək işlərlə bağlı aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülmüş, məsələlərin həll olunaraq başa çatdırılması üçün rayon İcra Hakimiyyətinin bütün imkanları səfərbər edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

2020-ci il ərzində əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən diqqət nəzarətdə saxlanmış,   xüsusilə   koronavirus  pandemiyası ilə əlaqədar karantin dövründə yaranmış məhdudiyyətlərin fəsadlarının aradan qaldırılması məqsədilə   18 mindən çox sakinə mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitinin yaxşılaşdırılması, müalicə-sağlamlıq məsələləri ilə bağlı köməkliklər göstərilmişdir.

2020-ci il üzrə müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 64,42%-ni təşkil etmişdir.

Rayon ərazisində abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması  əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin həlli diqqət mərkəzində saxlanmışdır.

İl ərzində təkrar müraciətlər rayon İcra Hakimiyyətində təhlil edilmiş və həlli mümkün məsələlər nəzarətdə saxlanmaqla zəruri tədbirlər görülmüşdür.

Qeyd edirik ki, 2011-ci ildən başlayaraq ayrı-ayrı vətəndaşlara və hüquqi şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi ilə bağlı təzminatların rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icrası barədə vətəndaşların təkrar müraciətləri tərəfimizdən nəzarətdə saxlanmışdır. Təzminatların ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün rayon İcra Hakimiyyətinin büdcəsində zəruri vəsait olmadığından bütün qətnamələrin icrası mümkün olmamışdır. Zəruri vəsait ayrılması barədə tərəfimizdən dəfələrlə Maliyyə Nazirliyinə olunan müraciətlər müsbət həllini tapmamışdır. Büdcəyə vəsait daxil olmadan ödənişlərin həyata keçirilməsi isə Rayon İcra Hakimiyyətinin imkanları xaricində olmuşdur.

Fiziki və hüquqi  şəxslərə dəymiş maddi ziyanla bağlı kompensasiyaların  ödənilməsi barədə bir neçə il həllini tapmayan 2 məhkəmə qərarı 2020-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən icra edilmişdir.

Belə ki, vətəndaş Aydınova Lyudmila Mövsüm qızına  Nəsimi rayonu, Fizuli küçəsi 31a ünvanında yerləşən daşınmaz əmlakının 2012-ci ildə sökülməsi ilə əlaqədar kompensasiya verilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2-1(81)-266/2014 saylı qərarının icrası  təmin edilmişdir. Qərarın icra edilməsi üçün  Nəsimi rayon İcra Hakimiyyətinin  büdcəsində maliyyə vəsaiti olmadığından vətəndaşın çoxsaylı müraciətlərinin həlli uzun müddət mümkün olmamışdır. Bununla əlaqədar köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və aidiyyəti qurumlara mütəmadi olaraq tərəfimizdən müraciətlər olunmuşdur. Maliyyə Nazirliyinin xətti ilə 25 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin büdcəsinə daxil olmuş 267074,50 (iki yüz altmış yeddi min yetmiş dörd manat 50 qəpik) manat vəsait dərhal vətəndaş L.Aydınovanın şəxsi hesabına ödənilərək məhkəmə qərarı tam icra olunmuşdur.

Vətəndaş Muğanlinski Arif Fuad oğlunun təkrar müraciətləri  ilə bağlı ona dəymiş 32000 (otuz iki min) manat məbləğində ziyanın RİH tərəfindən ödənilməsi təmin edilərək  məhkəmə qərarı icra olunmuşdur.

Nəsimi rayonu, F.Qasımzadə küçəsi 26 mənzil 13 ünvanından Səfiyevlər ailəsinin pilot layihə çərçivəsində il ərzində ayrı-ayrı məsələlərlə bağlı çoxsaylı müraciətləri rayon İcra Hakimiyyətində araşdırılmış, ailənin üzvləri və şirkətin rəhbərliyi RİH-də dəfələrlə qəbul edilmiş, şirkətlə aralarında yaranmış mübahisələrin həlli ilə bağlı müzakirələr aparılmış, şirkət rəhbərliyinə izahatlar verilərək ailənin tələblərinə güzəştlı yanaşılması tövsiyə olunmuşdur. Müraciətlər müsbət həllini tapmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, xüsusilə Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan  sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri  çərçivəsində 26 məhəllə üzrə söküntü və inşaat işləri 2020-ci ildə də davam etdirilmişdir. Layihə ərazilərindən müqavilələr bağlanaraq kirayə haqları ödənilməklə sakinlərin və mülkiyyətçilərin müvəqqəti köçürülməsinə dair tədbirlər həyata keçirilmiş, bir neçə layihənin başa çatdırılması ilə sakinlər yeni mənzillərə köçürülmüşlər.

Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar pilot layihələrlə bağlı qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə (bir mənzilin əvəzinə 2 mənzil və ya əvvəlki 1 kv.m. sahənin əvəzinə 20 min manatadək təzminat ödənilməsi şərtləri ilə) əsassız təkrar müraciətlər etmişlər. Bu mövqedə olan vətəndaşların pilot layihələrin həyata keçirilməsinə maneə yaratması müqavilə bağlamış sakinlərin hüquqlarının pozulması ilə nəticələnir ki, onlar da əsassız olaraq müqavilə bağlamayan sakinlərlə bağlı tədbirlər görülməsi barədə çoxsaylı müraciətlər edirlər.

Vətəndaş Yelena Yusupovanın son illər ərzində qonşu ilə mülki zəmində yaranmış mübahisə ilə bağlı çoxsaylı təkrar, eyni məzmunlu müraciətlərinə yazılı cavablar verilməsinə, rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilməsinə, iddialarının məhkəmələr tərəfindən təmin edilməməsinə baxmayaraq, o müraciətlərini davam etdirir.

2021-ci ildə rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytına yerləşdirilmişdir.

Bildirirk ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən “Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası” tərəfindən ekspertizadan keçirilərək 2015-ci ilin daimi saxlanılan sənədləri seçilib qaydaya salınmış və mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. 2015-ci və 2017-ci illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər və işlər məhv edilməsi üçün ayrılmışdır.

Аzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə              keçirilən 06 yanvar 2021-ci il tarixdə 2020-cı ilin yekunlarına həsr olunmuş müşavirədə   nitqindən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər