Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2022-ci il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə HESABATI

25 yanvar 2023 | 09:51

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində 2022-ci ildə ölkəmiz  inamla irəliləmiş, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq və inkişaf, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi,  balanslaşdırılmış xarici siyasət təşkil etməklə dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmin edilmişdir.

2022-ci ilin ilk növbədə, postmüharibə və postpandemiya vəziyyətləri gündəmdə olduğu il olmasına baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən islahatlarla bağlı biz çox müsbət tendensiyaların şahidi oluruq. Çünki dünyada qlobal tənəzzül mövcuddur, ancaq buna baxmayaraq, Azərbaycan qabaqlayıcı tədbirlərlə bu təsirləri minimuma endirdi, bəzilərini, ümumiyyətlə, neytrallaşdırdı və həm də artım əldə etdi. Bunu təkcə biz demirik, Azərbaycan mənbələri demir, həm də xarici mənbələr təsdiqləyirlər.

Əldə edilən nailiyyətlər və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2023-cü ildə də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq.

2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha Azərbaycanın iqtisadi və siyasi uğurlarından geniş bəhs edərək diqqəti tarixi həqiqətlərə, real faktlara yönəltmiş, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmışdır. Ölkə başçısı bildirdi ki, “İkinci Qarabağ müharibəsindən sonra qarşıda duran əsas vəzifə hərbi Qələbəmizi siyasi müstəvidə təsdiqləmək olub. Bu gün müharibənin nəticələri dünya tərəfindən qəbul edilir. Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın uğurlarında ədaləti və beynəlxalq hüququ müdafiə etməsi, bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına çağırışları dayanır. Dövlətimizin siyasəti əməkdaşlıq əlaqələrinin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə xidmət edir. Bu reallıq da inkaredilməzdir ki, Azərbaycan dünyada sabitlik, əmin-amanlıq, təhlükəsizlik məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmizin iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilməsində də bu kimi amillər əhəmiyyətli rol oynayır. Günümüzün qürurverici reallıqlarından biri budur ki, hazırda işğaldan azad edilmiş ərazilərimiz də belə tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur.”

Möhtərəm Prezidentimiz Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsindən geniş bəhs edərək işğalçı dövləti məsuliyyətli olmağa çağırdı. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdırlar. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Azərbaycan dövləti Ermənistana sülh müqaviləsini təklif etdiyi gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində olmayacaq. Dövlət başçısı cənab İham Əliyev sözügedən müsahibəsində də sülh müqaviləsinin imzalanması prosesindən bəhs edərək növbəti dəfə Ermənistana və ona havadarlıq edən dövlətlərə bu çağırışı etdi ki, bu, masa üzərində bir müddət olacaq.”

Dövlət başçısı 2023-cü ildə laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər.

Dövlət başçısımız keçmiş köçkünlərin öz dogma torpaqlarına qayıtdıqlarını görərkən keçirdiyi hisslərə də diqqəti yönəldib: “Mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm. Çünki onları orada görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir: Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.” Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.

Dövlət başçısı cənab  İlham Əliyevin müsahibəsində diqqət göstərdiyi bir sıra məqamlar günümüzün əsas müzakirə mövzusuna çevrildi: “Tarixi ədalətin bərpasına yönələn mühüm çağırışlar sırasında Qərbi Azərbaycana qayıdacağımız da əsaslı şəkildə diqqətə çatdırıldı. Müzəffər Ali Baş Komandan bildirdi ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.”     Möhtərəm Prezidentimiz qeyd etdi ki,Əlbəttə, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq.  Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.

“Hesab edirəm ki, ilk növbədə, bizim iqtisadi nailiyyətlərimiz haqqında demək lazımdır. Çünki bu, sıradan olan məsələ deyil. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik. Mən bunu artıq səsləndirmişəm. Biz müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq.

Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik. Amma hələ ki, buna böyük ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir.

“Bəli, mən qeyd etdiyim kimi, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq. Ancaq bununla paralel olaraq, biz, ilk növbədə, qeyd etdiyiniz kimi, sosial rifah haqqında nəinki düşünməli idik, praktiki addımlar atmalı idik. Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq.

Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılmışdır. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.

Bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlıdır. Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq.

İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

Yəni, sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün             60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək”.

Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, - “Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır. Ancaq bir daha demək istəyirəm, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib.

Orta Dəhlizə gəldikdə isə, bu istiqamətdə də biz ardıcıl siyasət aparırıq. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Yəni, biz bir neçə il itirdik. Digər problem maliyyə çatışmazlığı idi. Çünki bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək. Düzdür, Qərb istiqamətində digər imkanlar da var, o cümlədən Gürcüstan limanları. Biz, əlbəttə ki, onlardan da istifadə edirik, o cümlədən limanların biri Azərbaycana məxsusdur. Amma yenə də gözlənilən yüklərin əgər həcminə nəzər salsaq, görərik ki, bu da çatmayacaq. Çünki keçən il mənim Orta Asiya ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərim olub və deyə bilərəm ki, hər bir görüşdə bu mövzu müzakirə edilirdi.

Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün.

Ona görə nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıbdır. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Bizim infrastrukturumuz - dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.

Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun  yeniləşdirilməsi, istehsal  müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi  rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi  rayonu ötən il uğurlara imza atıb.  Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək ötən ildə Nəsimi rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.

Ölkə başçısının rəhbərliyi altında hesabat ilində Rayon İcra Hakimiyyəti tərəfindən yerli infrastruktur layihələrin icra olunması, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması,  kiçik və orta sahibkarlığın inkişafı  və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.

2022-ci ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. 

Sentyabr ayının 08-də  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verərək bildirilmişdir ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.

Cənab Prezident məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

Dekabr ayının 19-da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtda “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar. Hündürlüyü 130 metr olan otel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton, Baku” otelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.  Qeyd edildi ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, oteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır. Bildirildi ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.                          Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin əyani təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda müasir otel infrastrukturunun yaradılmasına hələ uzun illər bundan əvvəl başlanılıb. Pandemiyanın yayıldığı 2020-ci ilədək hər il çox sayda turist ölkəmizə səfər edib, müasir turizm imkanlarından yararlanıb. Artıq dünyada olduğu kimi, ölkəmizdə də postpandemiya dövrü yaşanır. Bu cür müasir və dünyaca məşhur otel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi  həyatında da öz əksini tapmışdır.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə həyata keçirilən pilot layihələr icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

İl ərzində Nazirlər Kabinetinin qərarına uyğun işlərin həyata keçirilməsi “Maşınqayıran” MTK; “Pilot-Həyat” MMC; “Rifah” Plaza; “Gloria Palace” MTK, “ARCHİCO” MMC “Pilot İnşaat-A” MMC; İstehsalat  Kommersiya Şirkəti; “Gold Construction” MMC; “Draft Construction” MMC; “Draft Construction” MMC;  “Pearl Construction” MMC;  “GÖZƏL-BAKI” MMC;  “Avrasiya Construction” MMC;  “Bisütun” MTK;  “Regal” MTK;  “FƏDƏK” MMC; “Azadlıq Residence” MMC;  “Avro Qrand” MMC;  “TEYMUROĞLU” MTK; “MƏK-AN” MMM;  “RUR” MMC;  “Malibo” MMC;  “Yeni Ailə” MMC;  “TAC 1 RESİDENCE” MMC;  “Grand Plaza” MMC; “PİLOT-1” MMC;  “Azəri Tikinti Şirkəti” MMC şirkətləri tərəfindən ünvanlarda işlər davam etdirilmişdir. 

2022-ci il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvar ayının 7-də Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Yanvar ayının 19-da Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17-18.01.2022-ci il tarixlərdə 240 saylı tam orta məktəbdə Nəsimi rayon məktəbliləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Voleybol turniri keçirilmişdir. Turnirdə 14 saylı tam orta məktəbin komandası 1-ci, Texniki Humanitar Liseyin komandası 2-ci, Bakı Slavyan Universiteti nəzdində Məktəb Lisey Kompleksinin komandası isə 3-cü yerə layiq görülmüşdür. Qaliblər kubok diplom və medallarla təltif olunmuşlar.

Yanvar ayının 19-da Nəsimi rayon İcra Hakmiyyətində 20 Yanvar facəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri iştirak etmişdir. Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi. 20 Yanvar faciəsinə həsr olunmuş şagirlərin əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb oldu. Tədbirin sonunda 100 nəfər 20 yanvar faciəsi   şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.

Yanvar ayının 19-da 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar faciəsinin 32 -ci ildönümünə həsr olunmuş Anım Günü tədbiri keçirildi. Tədbirdə Nəsimi rayonu Gənclər İdman İdarəsinin rəisi, Nəsimi rayon məktəbliləri, mərkəzin kollektivi və dərnək üzvləri iştirak edirdi. Tədbirdə 20 Yanvar faciəsinin 32-ci ildönümu ilə əlaqədar Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil olunmuş rəsm müsabiqəsinin iştirakçılarının rəsmlərindən və mərkəzin "Təsviri incəsənət və Bacarıqli əllər" dərnək üzvlərinin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur.

Yanvar ayının 20-də Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı və Müdafiə Nazirliyi Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Qanlı İmperiya sonunun başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri, Hərb Tarix muzeyinin rəhbərliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri, Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Yanvar ayının 31-də Mənəvi Dünya İctimai Birliyi Gənclər günü ilə bağlı bayram konserti keçirib. Tədbirdə Nəsimi RİH başçısı, Yasamal RİH başçısı, Milli Məclisin deputatları Aqil Abbas və Kamran Bayramov, habelə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidməti, Diaspora ilə İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının təmsilçiləri, QHT və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsində iştirak etmiş əsgərlər və media nümayəndələri iştirak edib. Tədbirdə Elçin Ağazadə və Rövşən Ağayevin Azərbaycan gəncliyinin fədakarlığı və mənəvi yüksəkliyi haqda çəkdiyi qısametrajlı filmləri izlənilmişdir

Fevral ayının 2-də Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 100 nəfərdən çox qonağın iştirakı ilə  bayram tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin üzvləri və Azərbaycan Dillər Universitetinin prorektoru və digər qonaqlar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 34 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı  ilə  başa çatmışdır.

Fevral ayının 3-də Azərbyacan Tibb Universitetində Nəsimi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və  "Consensus İntellectual Center"in birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında  2 fevral -Gənclər gününə həsr olunmuş Nə? Harada? Nə zaman? İntellektual oyunu keçirilib. Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, "Consensus Intellectual Center"in koordinatoru və tələbələr iştirak ediblər.

14 komandanın iştirak etdiyi yarışda Bakı Mühəndislik Universitetinin "Ədalətin BMU dünya" komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Gauntlet" komandası II, Azərbaycan Turizm və Menecment Universitetinin "Turist" komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Fevral ayının 3-də Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə  2 Fevral  - Gənclər Gününə həsr olunmuş “Azərbaycan Gəncləri Günü – 25” adlı toplantı keçirilib.Tədbirdə RİH-nin məsul əməkdaşları,  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Nəsimi rayon Gənclər və İdman İdarəsinin r əisi, Azərbaycan Tibb Universitetinin  təlim-tərbiyə işləri üzrə prorektoru, Vətən Müharibəsi qaziləri, Tələbə Gənclər Təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər.

Tədbirin sonunda Nəsimi rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

Fevral ayının 3-də Gənclər həftəsi çərçivəsində Nəsimi rayonu 240 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında 2 fevral - Gənclər Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib. Turnirin nəticələrinə əsasən Hədəf Liseyinin şagirdi Rəhimzadə İbrahim I, 14 saylı tam orta məktəbin şagirdi Məhəmmədəliyev Muhamməd II, 266 saylı tam orta məktəbin şagirdi Əsgərov İsmayıl isə III yerə layiq görülüblər. Qaliblər diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

Fevral ayının 3-də Gənclər həftəsi çərçivəsində Nəsimi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə​ tələbələr arasında 2 fevral - Gənclər Gününə həsr olunmuş ​ Boulinq turniri keçirilmişdir. Yarışın nəticələrinə əsasən "Hədəf" komandası I,​ "Zəfər" komandası II, "Qələbə" komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunub.

Fevral ayının 3-də Vətən Müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən  Şəhid Məmmədov Vuqar Elxan oğlunun ailəsinin yaşadığı Asif Məhərrəmov küçəsi 68a mənzil 49 ünvanında  yerlələşən 3 otaqlı mənzildə başlanılmış əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı mənzilə baxış keçirərək mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Bu günə qədər rayon ərazisində yaşayan 6 Şəhid ailəsinin mənzili təmir edilib.

Fevral ayının 10-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları  Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.

Fevral ayının 17-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi  yad olunub. Şəhid Ələsgərov Ələkbər İsgəndər oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Fevral ayının 18-də Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin bacısı Y. Solnsevanın dəvəti ilə şəhid ailəsini ziyarət ediblər. Qeyd edək ki, ailənin istəyi nəzərə alınaraq yaşadıqları mənzildə əsaslı təmir işləri aparılıb, binanın fasad hissəsinə şəhid Solnsev Dmitriy Aleksandroviçin xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunmuşdur.

Fevral ayının 23-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitab hazırlanaraq ictimaiyyətə təqdim edilib. Təqdimat Nəsimi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, rayonun təhsil ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri üzvləri və qazilərin, həmçinin orta məktəb şagirdlərinin iştirakı ilə keçirilib.

Fevral ayının 24-də Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyi və məsul əməktaşları Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun ailəsinin dəvəti ilə ziyarət olunub. Qeyd edək ki, ailənin istəyi nəzəra alınaraq yaşadıqları evinin qarşısında Şəhid Səfərov Məmmədağa Balakişi oğlunun xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunmuşdur.

Fevral ayının 24-də Nəsimi royon İcra Hakimiyyətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən  şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüş keçirilib.      Görüşdə  İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişaf Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Məşğulluq Mərkəzinin əməkdaşları, şəhid ailələri  və Vətən müharibəsi əlilləri iştirak edib. Keçirilmiş görüşdə  sahibkarlıqla məşğul olmaq istəyən şəhid ailələri və Vətən müharibəsi əlilləri biznesə başlamaq və inkişaf etdirmək üçün lazım olan dəstək tədbirləri müzakirə olunub, təklifləri dinlənilib, onların sahibkarlıq fəaliyyəti və dövlət dəstəyi mexanizmləri barədə sualları cavablandırılıb.

Fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq, yerlərdə aparılan ideoloji maarifləndirmə işini daha da gücləndirmək məqsədi ilə görüşlər təşkil olunmuşdur. Görüşə rayonun tanınmış ziyalıları, alimləri, politoloqları, ağsaqqalları, qaziləri və digər nüfuzlu şəxslərdən ibarət təbliğat qrupunun nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmuşdur.

Fevral ayının 25-də Xocalı faciəsinin otuzuncu ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunub. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilir. Faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil keçirilib.

Fevral ayının 25-də Xocalı soyqırımının  30-cu il dönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar. Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxılıb.

Fevral ayının 25-də Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin direktoru, "Xocalı Soyqrımını tanıtma" ictimai birliyinin​ sədri, 1-ci Qarabağ müharibəsinin qazisi, Qaydasız döyüş üzrə Avropa çempionu və məktəblilər iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 5 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirin sonunda Nəsimi rayon məktəbliləri arasında keçirilmiş Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma" adlı inşa yazı və onlayn rəsm müsabiqələrinin qalibləri müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar. Kompozisiyanın iştirakçılarına isə fəxri fərmanlar təqdim edilib. Eyni zamanda 46 saylı tam orta məktəbdə də,  Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı və “Stritbol” turniri keçirilib. "Mahir nişançı" güllə atıcılığı turnirinin nəticələrinə görə  247 saylı tam orta məktəbin komandası I, 8 saylı tam orta məktəbin komandası II, 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb. “Stritbol”  idman növü turnirinin nəticələrinə görə  isə 164 saylı tam orta məktəbin komandası I, 46 saylı tam orta məktəbin komandası II, 211 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Fevral ayının 25-də  Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir. Faciənin 30-cu ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində Xocalı sakinləri ilə görüş keçirilmişdir.

Fevral ayının 28-də Vətən müharibəsi Şəhidi  Babayev Elvin Əkbər oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Mart ayının 3-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi yad olunub. Şəhid Rzayev Hacırza Fikrət oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Mart ayının 4-də Şuşa istiqamətində hərbi maşının aşması nəticəsində həlak olan Əsgər Kazımov Vüsal Vüqar oğlunun ailə üzvlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Müdafiə Nazirliyi nümayəndələrinin və Nəsimi rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirildi. 03.02.2022-ci il tarixdə  Şuşa istiqamətində  hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunmuşdu. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mart ayının 5-də 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan,  şəhid anaları, qazi ailələrini təmsil edən qadınların  iştirakı ilə keçirilən bayram tədbiri geniş qeyd olunub. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

Mart ayının 10-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.

Mart ayının 15-də  Nəsimi rayonunda Sevil Qazıyeva adına parkda cari təmir işlərinin aparılmasına başlanılıb. Parkda istinad divarlarının aqlay üzlükləri təmiri,, tamet daşları və oturacaqlar bərpası, mövcud ağaclar budanılır, parkdakı fəvvarənin işlək vəziyyətə gətirilməsi üçün təmir işləri nəzərdə tutulmuşdur.

Mart ayının 16-da Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara  maddi yardım və bayram sovqatları çatdırılıb.

Mart ayının 17-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Mart ayının 17-də Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara  maddi yardım və bayram sovqatları çatdırılıb.

Mart ayının 17-də  Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti Nəsimi  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə rayon sakinləri, Vətən Müharibəsi veteranları, əlliləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin ictimaiyyət nümayəndələri və üzvləri, rayonun aztəminatlı sakinləri iştirak edirdilər. Eyni zamanda bayram münasibətilə rayon ərazisində yaşayan 2000-ə yaxın ailəyə bayram sovqatları paylanılıb.

Mart ayının 19-da 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Sevinir ellər”, “Yurdumuza bahar gəlir”adlı tədbir keçirildi. Tədbirdə çıxış edən dərnək üzvləri bu il Azərbaycanda keçirilən Novruz şənliklərini xüsusi sevinc ilə keçirildiyini qeyd olundu. Tədbirdə həmçinin qeyd olundu ki, Şuşada yandırılan bayram tonqalının sevinci 30 ildən sonra azad olunmuş torpaqlarımızda keçirilən Novruz bayramı xalqımıza ən böyük sevinc bəxş edib. Tədbirdə Mərkəzin Ədəbi diyarşünaslıq, Uşaq xalq rəqsləri, xalq çalğı alətləri, bədii qiraət dərnəklərinin üzvləri iştirak etdmişdir.

Mart ayının 19-da Rəşhid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz bayramına həsr olunmuş şənlik keçirildi. Tədbirdə II Qarabağ müharibəsi şəhid və qazilərin övladları, Nəsimi Rayon İcra Hakimiyyətinin I müavini, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsul əməkdaşı və Nəsimi Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsinin rəisi iştirak ediblər.

Mart ayının 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilib. Bayram tədbirində Nəsimi  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ziyalıları, rayon gəncləri, müharibə veteranları və ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirin sonunda atəşfəşanlıq oldu.

Mart ayının 24-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Mart ayının 28-də Vətən müharibəsi Şəhidi Məmmədov Vuqar Elxan oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Ailənin istəyi nəzərə alınaraq yaşadıqları mənzildə əsaslı təmir işləri aparılıb, binanın fasad hissəsinə şəhid Məmmədov Vuqar Elxan oğlunun xatirə barelyefi vurulub və ailəyə RİH tərəfindən mütəmadi olaraq yardımlar olunub.

Mart ayının 30-da Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP  Nəsimi Rayon Təşkilatının akt zalında “Ulu Öndər Heydər Əliyevin irsi və gənclər”, “İlham Əliyevin çox şaxəli siyasəti və müasir Azərbaycan”  “Azərbaycan Respublikası Birinci-vitse prezidenti Mehriban Əliyevanın qazi və şəhid ailələrinə qayğısı” mövzularında növbəti seminar keçirildi.

Mart ayının 31-də 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində tədbir keçirilib.

Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart- Azərbaycanlıların Soyqrırımı ilə əlaqədar Nəsimi rayon ictimaiyyəti və rayon gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxıldı.

Mart ayının 31-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Aprel ayının 1-də rayon ərazisində yerləşən Vaqif prospekti boyu parkda və Muğan bağında yerləşən istismara yararsız vəziyyətdə olan oturacaqlar yenisi ilə əvəz olunub, yol kənarı və parklarda mövcud gecə işıq dirəklərinin boyanması və təmir işləri görülüb. Eyni zamanda Səməd Vurğun bağında da oturacaqlar və işıq dirəkləri cari təmir olunub, rayon ərazisinin  mərkəzi küçə, prospetlərində əvvəlcədən nəzərdə tutulmuş yerlərə 150 ədəd kiçik tullantı qabları quraşdırılıb.

Aprel ayının 1-də Nəsimi rayonunda iməclik keçirildi. İməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar yuyuldu, ağaclar və yaşıllıq zolaqlarına mövsümü qulluq göstərildi,  həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüldü. Nəsimi rayon müəssisə, idarə və təşkilatları kollektivləri, rayon sakinləri bu iməclikdə fəal iştirak ediblər, həmçinin sahibkarlar və özəl sektorda çalışanlar da özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında yüksək fəallıq nümayiş etdiriblər

Aprel ayının 3-də Vətən müharibəsi Şəhidi  Həsənov Teymur Mahal oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Aprel ayının 7-də Vətən müharibəsi Şəhidi Əliyev İmran Əli oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb. Eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Aprel ayının 7-də Nəsimi rayonu A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi və şəhid İmran Əliyevin ad günü münasibəti ilə tədbir keçirildi. Tədbir əvvəlcə II Fəxri xiyabanda  keçirilmiş, sonra məktəbin həyətində davam etdirildi. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, şəhid ailələri və qazilər iştirak etdilər.

Aprel ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları məktəblilərin mövzulara aid sərgisi və əl işləri ilə tanış olmuşlar.Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər. Təqdim olunmuş 23 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir.

Aprel ayının 9-da Nəsimi  rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası, iməclik  keçirilmişdir. Ağacəkmə aksiyasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Nəsimi  rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun Mir Cəlal və Cavadxan küçələri boyu yaşıllıq zolaqlarında 500 ədəd şam və sərv ağacları, 1000 ədəd mövsümü gül-çiçək əkilib,  2000-dən artıq ağaca isə quluq edilib.

Aprel ayının 12-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kazımov Vüsal Vüqar oğlunun məzarı ziyarət olundu. Əsgər Kazımov Vüsal Vüqar oğlunun ailə üzvlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin iştirakı ilə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Aprel ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətində məişət zorakılığı ilə bağlı işçi qrupları ilə görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin, Nəsimi rayon Gənclər və İdman İdarəsinin, Nəsimi rayon Polis İdarəsinin, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatının sədrləri iştirak ediblər.

Aprel ayının 14-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar  Nəsimi rayonu ümumtəhsil və ali təhsil müəssisələrinin  şagird və tələbələrinin iştirakı ilə  əslən Şuşalı olan şairlərimizin  şerlərindən ibarət şer müsabiqəsinə start verildi.

Aprel ayının 15-də Vətən müharibəsi Şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Aprel ayının 15-də “Şuşa ili” ilə bağlı silsilə tədbirlər davam olaraq Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa ili” ilə bağlı “Qədim Qala, qədim torpaq-Əziz Şuşa!” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.

Aprel ayının 18-də Tarixi Abidələrin Mühafizəsi Günü  münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmişlər. Daha sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən  Zorgenin xatirə - memarlıq kompleksində, “1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin, C.Cabbarlının və digər abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır.

Aprel ayının 21-də Təsviri Sənət Qalereyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi  2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin əsas məqsədi “Türkiyə - Azərbaycan dostluğu”nu türkiyəli və azərbaycanlı uşaqların gözü ilə görmək və hər iki ölkə arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Azərbaycan Respublikasının regionlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və Türkiyə Respublikasının  şagirdləri arasında təşkil olunan müsabiqəyə 700-ə yaxın rəsm işi göndərilmişdir. Peşəkar münsiflər heyəti tərəfindən türkiyəli və azərbaycanlı şagirdlər arasından 18 nəfər olmaqla, ümumilikdə 36 qalib müəyyən olunmuşdur.

Aprel ayının 21-də Vətən müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Aprel ayının 21-də Vətən uğrunda şəhid olmuş Azərbaycan Tibb Universitetinin məzun tələbələrinin xatirəsinə ucaldımış “Memorial Abidə Kompleksi”nin açılış mərasimi keçirildi. Döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyətinin ATU-nun yetirmələri olduğu vurğulandı və xatirəsinin əbədiləşdirməsi üçün 18 şəhidin adlarından ibarət  hazırlanan “Memorial Abidə Kompleksi”nin  açılış mərasiminə toplanılması qeyd olundu. Tədbir iştirakçıları, şəhid aillələrinin Şəhid məzunların adları həkk olunmuş abidənin önünə gül-çiçək dəstələri düzdülər.

Aprel ayının 21-də Hyatt Regency Konfrans Mərkəzində Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun şərəfli həyat yoluna həsr edilmiş “Rəşadətli Ömür” adlı sənədli filmin təqdimatı keçirildi. Tədbirin sonunda  torpaqlarımızın azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda  canından keçən Şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun  bareliyefinin açılış mərasimi keçirildi.

Aprel ayının 22-də Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Niaqara şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilərinin, 20 Yanvar və Çernobıl əlillərinin və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir.

Aprel ayının 22-də Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilmişdir. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov,​ Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini polkovnik Vidadi Cahangirov, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişlər. 22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış açıq elan edilib.

Aprel ayının 25-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatında qanvermə aksiyası keçirildi. Aksiyada rayonun idarə, müəssisə və təşkialat rəhbərləri iştirak ediblər. İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilat kollektivləri fəal iştirak etdilər. Qanvermə aksiyasında 300 nəfərdən artıq əməkdaş iştirak edib.

Aprel ayının 26-da 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın 36-cı ildönümü ilə bağlı  Nəsimi  rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilildi. Tədbirin sonunda Çernobıl əlillərinə ərzaq bağlamaları  təqdim olundu.

Aprel ayının 26-da Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar  Nəsimi rayonunun məktəbdənkənar müəssisələrinin şagirdləri arasında  rəsm müsabiqəsinə start verildi.

Aprel ayının 28-də görkəmli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 99 illiyi ilə  bağlı  Nəsimi rayonunda silsilə tədbirlər davam edir. Nəsimi rayon İcra Hakimiyyətinn təşkilatçılığı ilə  rayonun müxtəlif  tibb ocaqlarında  sakinlərin  göz müayinəsi təşkil edilmişdir. Batıgöz Göz Klinikasında ixtisaslı həkimləri tərəfindən sakinlərin  görmə qabiliyyətləri müəyyən edilib, gözlərdə miopiya, hipermetropiya və astiqmatizm kimi xəstəliklər yoxlanılmış, eynək lazım olub olmadığını müəyyən etmək üçün refraktometrin köməyi ilə ölçmələr həyata keçirilmiş, göz dibi təzyiqinin və hansısa xəstəliyin əlamətinin olub-olması yoxlanılmışdır. Həkimlər görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərib, məsləhətlər və ambulator müalicə üçün müvafiq reseptlər verilib.

Aprel ayının 28-də Azərbaycan Tibb Universitetində Azərbaycan Tibb Universiteti Nəsimi rayon İcra Hakimiyyəti ilə  birgə  görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları “Zirvələrə yüksələn zərif insan ömrü” filminə tamaşa etdilər. Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan  olmasının ildönümü ilə əlaqədar  50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic  göz eynəkləri təqdim edildi və 1 nəfər şagirdin hər iki gözdən  əməliyyat olunacağı qeyd olundu.

Aprel ayının 29-da Nəsimi rayon İcra Hakimiyyətində “Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş keçirildi. Tədbirdə rayon rəhbərliyi, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak etdilər. Qalib komandalar və hərbi rəhbərləri  diplom, medal və fəxri fərmanla təltif olundular. Yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız)  olmaqla 8 - 10-cu sinif şagirdləri  iştirak ediblər.  Komandalar yarışın 4 mərhələsi üzrə öz qüvvələrini sınayıb, hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.  Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası  I  yerə, 42 saylı tam orta məktəbin komandası II  yerə, 19  saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Rayon mərhələsinin qalibi olmuş 23 saylı məktəbin komandası  Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.

Aprel ayının 29-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Aprel ayının 30-da Nəsimi rayonu Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Mənim şanlı bayrağım” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin “Mənim şanlı bayrağım” mövzusunda hazırladıqları rəsm və əl işlərindən təşkil edilmiş sərginin açılışı oldu, qonaqlar tərəfindən sərgiyə baxış keçirildi. Tədbirin bədii hissəsində şagirdlərin ifasında qürur mənbəyimiz olan Dövlət bayrağına həsr edilmiş şeir və musiqi kompozisiyaları, rəqslər təqdim olundu.

Aprel ayının 30-da Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Bayram ərəfəsində ümumilikdə rayon ərazisində yaşayan 1000-dən artıq ailəyə bayram sovqatları paylanılıb.

May ayının 5-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans keçirildi. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı, Çexiya Azərbaycan Elm və Mədəniyyət  Mərkəzinin sədri, iqtisad elmləri doktoru, BSU-nun rektoru, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.

May ayının 5-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi  yad olunub. Şəhid  Ələsgərov Ələkbər İsgəndər  oğlunun və Şəhid Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

May ayının 7-də Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları.  Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirildi. Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.

May ayının 7-də Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçı ilə Nəsimi rayon İcra Hakimiyyətində görüş olub. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı 2 qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edərək, Azərbaycan – Türkiyə əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi. Daha sonra  xatirə şəkilləri çəkildi.

May ayının 9-da II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçılarının və əlillərin qonağı olmuş və onlara hədiyyələr verilmişdir.

May ayının 9-da   “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu 22 saylı uşaq bağçasında “Xarı bülbül ətirli Şuşam mənim” adlı tədbir keçirildi. Məktəbəqər uşaqların vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.

May ayının 9-da  Nəsimi rayon İcra Hakimiyyəti Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi ilə birgə məktəbin akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.

May ayının 10-da Vətən müharibəsi Şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

May ayının 10-da Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirildi. Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.

May ayının 10-da Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universietinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələri sədrlərinin, bir qrup Vətən müharibəsi şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, rayon ziyalılarının, veteranlarının, ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı geniş tədbir keçirildi.

May ayının 12-də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canını qurban vermiş Nəsimi rayon şəhidinin əziz xatirəsi  yad olundu. Şəhid Rzayev Hacırza Fikrət  oğlunun əziz xatirəsi rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

May ayının 14-də Nəsimi rayonu Ağabəy Novruzov adına 46 nömrəli tam orta məktəbdə “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və pedaqoji işçilər iştirak edib.

May ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətində 15 İyun-Beynəlxalq Ailə günü münasibətilə gənclərlə yaşlı nəslin görüşü keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, elm və mədəniyyət işçiləri və gənclər iştirak ediblər. Görüşdə iştirak edən Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri və Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri çıxışlarında Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ailə siyasətinin formalaşmasının, ailə dəyərlərini, ailə ənənələrini, milli-mənəvi dəyərlərimizə sədaqəti, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyətinin görüş iştirakçılarının diqqətinə çatdıblar.

May ayının 18-də “Şuşa ili” ilə əlaqədar Nəsimi rayonu İcra Hakimiyyəti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı teatrında “Şuşa, sən azadsan” adlı konserti keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, rayonun məsul əməkdaşları, şəhid ailələri, qazilər,  pedaqoji işçilər və tələbələr  iştirak etdilər.

May ayının 18-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Nəsimi rayonunda milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Məlahət İbrahimqızı, “Dağ Yəhudiləri” dini icmasının rəhbəri Milix Yevdayev və rayon gəncləri iştirak ediblər. Sonda Nəsimi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsi tərəfindən elan olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində fəal iştirak edən bir qrup müəllimə Fəxri Fərmanlar təqdim edilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilmiş “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” adlı inşa yazı müsabiqəsinin qalibləri diplom, medal və hədiyyələrlə təltif olundular.

May ayının 18-də 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan tarixi muzeyinə ekskursiyası təşkil olunub. Muzeydə şagirdlər Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla,​ mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış olublar. Azərbaycan ərazisində mövcud olmuş​ dövlətlərə aid maddi və mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi. Sonra şagirdlər Hacı Zeynalabdin Tağıyevin həyatını və fəaliyyətini əks etdirən fotoşəkillər, tarixi sənədlər, ona məxsus ev​ əşyalarları,​ indiyədək qorunub saxlanılan iş otağı və kitabxanası ilə də tanış oldular.

May ayının 19-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

May ayının 21-də paytaxtın bütün ərazilərində olduğu kimi Nəsimi rayonundada iməclik keçirildi. Rayon ərazisində keçirilən iməcilik zamanı parklarda və bağlarda yerləşən heykəllər və abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılıb. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından ən böyük əhəmiyyət daşıyır, və onların qorunması daim diqqət mərkəzindədir.

May ayının 26-da “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərdə  görüş keçirildi. Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülarə Verdiyeva, Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və  rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəlikləri yanında monitorinq qrupunun üzvləri  iştirak ediblər.

May ayının 26-da Nəsimi rayon İcra Hakimiyyəti 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Şuşa ili” çərçivəsində 28 May- Respublika Gününə həsr olunmuş  “Qüdrətinlə fəxr edirik,  Azərbaycan! ” adlı ədəbi – bədii tədbir keçirildi. TədbirdəTürkiyə Respublikası Antalya  Böyük şəhər Bələdiyyəsinin Genəl sekretər müdiri Durmuş Ali Arslan, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhər üzrə Təhsil İdarəsinin aparıcı məsləthətçiləri, şəhid ailələri, Azərbaycan Respublikasının xalq artisti Əli Nur, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov iştirak etdilər.

May ayının 26-da ATU-da “Şuşa ili”nə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə ATU-nun rektoru, rayon İcra Hakimiyyətinin başçısı,  rayon YAP sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkologiya Klinikasının direktoru,  Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, İstanbul Universiteti-Cərrahpaşanın rektoru və digər qurumların nümayəndələri iştirak etdilər.

May ayının 26-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

May ayının 27-də Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, dördqat Olimpiya çempionu Natali Rəcəbli və şagirdlər iştirak etdilər. Tədbirdə azad olunmuş torpaqlarımız- Şuşa, Laçın, Füzuli, Ağdam, Kəlbəcər və Qubadlı rayonlarının tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini və mətbəxini əks etdirən sərgi nümayiş olundu,  məktəbin 6-cı sinif şagirdlərinin hazırladıqları həmin rayonlar haqqında şer, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bağışladı.

May ayının 28-də Nəsimi rayonu  1 nömrəli tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Səndə vardır başqa lətafət Şuşa-270” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, şəhid ailələri,  qazilər və şagirdlər iştirak etdilər.

May ayının 31-də Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nin “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər festivalı" adlı idman yarışlarının təltif olunma mərasimi keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Tibb Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatının sədri, "Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri,  Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, ATU-nin "Təbib" idman klubunun sədri və digər şəxslər iştirak ediblər. Mayın 28-dən 30-dək keçirilən idman yarışlarında 10 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, stritbol, voleybol (oğlanlar), voleybol (qızlar) idman növləri üzrə öz güclərini sınayıblar. Şahmat, badminton, stolüstü tennis, və voleybol (oğlanlar) idman növləri üzrə Azərbaycan Tibb Universitetinin komandaları, stritbol və voleybol (qızlar) idman növlərində Azərbaycan Dillər Universitetinin komandaları, futzal idman növündə isə Bakı Dövlət Universitetinin komandası I yerin sahibi olublar. Qaliblər kubok, diplom və medallarla təltif olundular. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə bir qrup könüllü gəncə isə təşəkkürnamələr verildi.

İyun ayının 1-də Nəsimi Rayon İcra Hakimiyyəti  təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən  268 nömrəli xüsusi məktəbin  uşaqları ilə  süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb. Eyni zamanda onlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonra uşaqlara  hədiyyələr təqdim edilib.

Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1 nömrəli Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət etmiş, rayon İcra Hakimiyyəti tərəfindən onlara bayram sovqatları verilib. Sonda Nəsimi rayonunda yaşayan 5 uşaqlı, 4 uşaqlı və 3 uşaqlı ailələrin evlərinə ziyarət olunmuş və onlara bayram hədiyyələri təqdim olundu.

İyun ayının 1-də Nəsimi rayonunda da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yerləşən Zabitlər Parkında uşaqlar üçün əyləncəli bayram tədbiri keçirilib.

İyun ayının 1-də 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zabitlər Parkında  keçirilən bayram tədbirində  qazi və şəhid uşaqları  iştirak ediblər. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Dövlət Sirki tərəfindən hazırlanmış  maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanmışdır. Bayram şənliyi  şou proqramlarla  davam etmişdir. Sonra uşaqlara hədiyyələr təqdim edilib.

İyun ayının 2-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

İyun ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan hüquqları” günü kimi qeyd olunur. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il may ayının 18-dən iyunun 18-dək respublikamızda olduğu kimi Nəsimi rayonunda da insan hüquqları aylığı keçirilir .Bu silsilə tədbirlər  çərvisində A.Rəhimov adına 247 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirin əvvəlində məktəbin şagirdlərinin əl işlərindən ibarət insan hüquq və azadlıqlarının qorunması mövzusunda sərgi keçirildi. Daha sonra şagirdlərin iştirakı ilə vətənimizin şanlı tarixini, qəhrəmanlıq səlnaməsini, təbiətinin gözəlliyini, zəngin mədəniyyətini əks etdirən şerlər səsləndirilmiş, nümunəvi səhnəciklər göstərilərək,  musiqi nömrələri dinlənilmişdir.

İyun ayının 4-də Nəsimi rayon İcra Hakimiyyəti və 19 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar “Unutmarıq, Unutdurmarıq” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 19 nömrəli tam orta məktəbin kollektivi, şagirdləri və şəhid Rauf Əliyevin valideynləri iştirak ediblər. Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiyalar tədbir iştirakçılarına təqdim olundu.

İyun ayının 4-də  Vətən müharibəsi Şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb..

İyun ayının 8-də Nəsimi rayonu ərazisində yerləşən “Qış parkında”   “Öyrən, əylən, peşəni seç” devizi ilə Peşələr Festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd festival iştirakçılarına peşələr üzrə inkişaf yolu tapmaqda dəstək göstərmək, onların gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmələrindən ibarətdir. Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

İyun ayının 8-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən yerli təşkilatın qərargahında 15 İyun - Milli Qurtuluş Gününün 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nəsimi rayonun ictimai və siyasi həyatından xidmətləri olan bir qrup şəxsə diplomlar təqdim edildi.

İyun ayının 9-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

İyun ayının 10-da “Förmula 1” yarışının başlanması tədbirində Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etmişlər.

İyun ayının 11-də Förmula 1” yarışı tədbirində Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etmişlər.

İyun ayının 12-də Förmula 1” yarışı tədbirində Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etmişlər.

İyun ayının 13-də “İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonu S.Poladi adına 159 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji işçilər və şagirdlər iştirak ediblər.

İyun ayının 14-də Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olundu. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər

İyun ayının 14-də Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olundu.

İyun ayının 14-də 15 İyun-Milli Qurtuluş Günü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı         3-cü mkr-n A.Mustafayev küçəsi 41 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılaraq sakinlərin istifadəsinə verilib, məhəllədə şəhidin adını daşıyan  Cüdo İdman Klubu fəaliyyətə başlayıb. Abadlıq işlərindən öncə şəhid Hacırza Rzayevin valideynlərinin yaşadığı A.Mustafayev küçəsi 41 saylı evin 2 otaqlı, 28 nömrəli mənzilində də əsaslı təmir işləri aparılıb.

İyun ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş günü münasibətilə Dövlət Neft və Sənaye Universitetində  “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə Millət Vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər. Tədbir tanınmış incəsənət ustalarının, universitetin rəqs qrupunun və Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

İyun ayının 16-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

İyun ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətində  Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər. Tədbirin sonunda bir qrup səhiyyə işçiləri rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundu.

İyun ayının 18-də Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə  yaradılan Nəsimi rayonu 4-cü mikrorayon,  20 Yanvar küçəsi 21 ünvanındakı ümumi sahəsi 1 ha-dan artıq ərazini əhatə edən Zəfər bağına Nəsimi RİH başçısı və nümayəndələri tərəfindən baxış keçirilib.

İyun ayının 20-də Nəsimi Bələdiyyəsində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirildi. Görüşdə “Məişət zorakılığına məruz qaldığınız və zorakılığın şahidi olduğunuz halda SUSMAYIN.” adlı təbliğat bukletləri işçi qrupuna paylandı.

İyun ayının 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi. Tədbirdə hər iki mərkəzin bədii kollektivləri gözəl mahnıları və maraqlı süjeti ilə seçilən rəngarəng rəqsləri ilə böyük konsert proqramı təqdim etdilər.

İyun ayının 21-də Rəşid Behbudov adına Mahnı Teatrında Nəsimi rayonu Hüseyn Sarabski adına 7 nömrəli Musiqi məktəbinin məzunu Beynəlxalq müsabiqələr laureatı Amin Bünyatovun “5 Baharın Bəhəri” adlı solo konserti keçirildi.

İyun ayının 21-də Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20.06.2022-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası keçirildi. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlar hər biri fərdi qaydada dinlənilərək problemlərinə hüquqi cəhətdən aydınlıq gətirildi.

İyun ayının 21-də Nəsimi rayon İcra Hakimiyyətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə STARTAP lahiyəsi çərçivəsində dövlət və qeyri-dövlət müəssisələrinin nümayəndələrinin, gənc sahibkarların iştirakı ilə  ilə görüş keçirildi.    Görüşdə sahibkarların qarşılaşdığı problemlərdən söz açıldı və bu istiqamətdə məsələlərin həlli üçün müvafiq müzakirələr aparıldı.

İyun ayının 21-də Nəsimi rayonunda, Lütfi Zadə adına Texniki Humanitar Liseyində rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhid Aqşin Novruzovun ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə“ medalları ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Novruzov Aqşin Şahin oğlunun xatirə lövhəsinin açılışı olub. Tədbirdə liseyin şagirdlərin ifasından şerlər və kompazisiyalar nümayiş etdirildi.

İyun ayının 23-də Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

İyun ayının 23-də ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü  münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən  Fəxri Fərmanla təltif olunmuşlar.

İyun ayının 23-də ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu.

İyun ayının 25-də 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Sağlam gələcəyi seç – Bizdən biri ol!” şüarı altında YAP fəallarının iştirakı ilə Nəsimi rayonunda fləşmob keçirilib.

İyun ayının 26-da 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları,  yeni mənzilə köçməsi ilə əlaqədar Vətən Müharibəsi əlili Quluzadə Kamal Teyyub oğlunun ailəsini   ziyarət edərək,  ailəyə yeni mebel dəsti hədiyyə edib.

İyun ayının 26-də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində olduğu kimi Nəsimi rayonunda da hərbi orkestrlərin nümunəvi çıxışları olub.

İyun ayının 29-da Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilməsi ilə paytaxtımıza çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi, eyni zamanda paytaxt sakinlərinin  kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

İyun ayının 30-da Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi  yad olunub. ayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhid Ələkbərov Ələsgər İsgəndər oğlunun və Cəfərov Balaş Namiq oğlunun əziz xatirəsi ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

İyul ayının 02-də 2 iyul – Azərbaycan Polisi günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayon Polis İdarəsinin rəisi və idarənin şəxsi heyəti iştirak etmişlər. Keçirilən tədbirdə tədbir iştirakçıları təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulanmış və Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açılmışdır. Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin xatirə hədiyyələri təqdim olundu.

İyul ayının 07-də tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə təşkilatın qərargahında tədbir keçirilmişdir. Tədbirdə Nəsim Rayon İcra Hakimiyyəti rəhbərliyi, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi və ilk partiya təşkilatının sədrləri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediliblər. Sonra YAP Nəsimi rayon təşkilatının 30 illik fəaliyyətinin bir hissəsini əks etdirən video-çarx nümayiş etdirildi. Tədbirdə bildirildi ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir. Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə diplomlar təqdim olundu.

İyul ayının 08-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban  bayramı ərəfəsində  növbəti sosial aksiya həyata keçirildi.  Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobl əlilləri rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları verildi. Həmçinin aksiya zamanı rayon İcra Hakimiyyəti rəhbərliyi  və  RİH-nin məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan  Vətən müharibəsi şəhidi ailələri ziyarət edilib,  onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Qurban bayramı ərəfəsində onlara  göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

İyul ayının 21-də Nəsimi Rayon Ağsaqqallar Şurasının növbəti iclasında Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski çıxış edərək Respublika Ağsaqqallar Şurası  və Respublika Müharibə və Əmək Veteranları Şurası ilə birgə iclasda respublika ağsaqqalları qarşısında duran məsələlər haqqında rayon ağsaqqallarına ətraflı məlumat verdi. Əlavə olaraq 44 gün ərzində qazanılmış qələbədən, rayonun şəhid ailələrinə və qazilərə edilən qayğılardan geniş şərh verərək rayonda gedən abadlıq və quruculuq işlərindən danışmışdır. Bildirildi ki, rayon ağsaqqalları rayonun ictimai və siyasi işlərində yaxından iştirak etməli, gənclərin təlim tərbiyəsində öz tövsiyələrini verməlidirlər. Sədr qarşıdan gələn rayon ağsaqqallarının hesabat yığıncağı ilə əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumatlar verdi və qarşıda duran vəzifələr müəyyənləşdirildi. Sonda Rayon Ağsaqqallar şurasının sədri professor Vaqif Şadlinski rayon Ağsaqqallar Şurasına yaradılan yeni şərait ilə bağlı rayon rəhbərliyinə təşəkkürünü bildirdi.

İyul ayının 21-də Milli Mətbuatın 147 illiyi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş reredaktoru Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş reredaktoru Vüqar Rəhimzadə çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından  minnətdarlıqlarını  bildirmişlər. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

İyul ayının 30-da Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağında Nəsimi rayonunda ictimai-siyasi və humanitar sahədə, o cümlədən İcra Hakimiyyəti yanında komissiyalar tərəfindən aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Yığıncaqda çıxış edən “Məşədi Dadaş Məscidi”nin imamı  Şahin Həsənli,  “Hacı Əjdərbəy Məscidi”nin icma rəhbəri  Həmdulla Babayev bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini, dini icmalar arasında hər hansı bir problemin olmadığınl, ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da yüksək tolerantlıq mühitinin olduğunu, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığını vurğuladılar.Yığıncaqda iştirak edən rayon idarə və strukturlarının rəhbərləri, Hüquq Mühafizə orqanlarının rəhbləri, YAP Nəsimi rayon təşkilatının sədri, Gənclər və İdman İdarəsinin rəisi, İctimai birlik və partiya təşkilatlarının nümayəndələri müzakirələrə qatılaraq fikirlərini söyləmiş və təkliflərini vermişlər.

Avqust ayının 01-də Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin  Vətən Müharibəsi qaziləri ilə görüşü keçirilmişdir. Görüş zamanı Şura üzvləri RİH tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin rifahının yaxşılaşdırılıması istiqamətində görülən işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Vətən Müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini səfərbərliklə hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 105-ı müxtəlif dərəcəli  xəsarətlər almış, onlardan 51 nəfərinə müxtəlif dərərcəli əlilliklər təyin olunmuşdur. Nəsimi rayonu ərazisində qeydiyyatda olan 37  şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 24 şəhid ailəsi və 29 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər və 12 şəhid ailə üzvü işlə təmin olunmuşdur. Qazilər onları narahat edən məsələlər barədə Şura üzvlərini məlumatlandırmış, eyni zamanda dövlət tərəfindən onlara göstərilən qayğı və diqqəti yüksək qiymətləndirmişlər. Şura üzvləri arasında fikir mübadiləsi aparılmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Avqust ayının 08-də Nəsimi rayonu, S.Vurğun küçəsi 78 ünvanında yerləşən Göy məsciddə  (“Hacı Əjdərbəy” məscidi) “Aşura” günü ilə əlaqədar qanvermə aksiyası keçirilmişdir.

Avqust ayının 11-də Azərbaycan Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclik gələcəkdir” mövzusunda gənclərlə görüş keçirilmişdir. Tədbirdə çıxış edənlər  Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu gün Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Tədbirin sonunda Nəsimi rayonunun ictimai həyatında aktiv fəaliyyət göstərən gənclər fəxri fərmanla təltif olunublar.

Avqust ayının 15-də Vətən müharibəsi əlillərinin və veteranların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş Vətən müharibəsi əlliləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Gənclər İdman İdarəsinin əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi əlilləri, veteranları və rayon gəncləri iştirak ediblər.  Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub. İştirak edən digər əllilər isə diplomlarla təltif olunublar. Yarışın sonunda çay süfrəsi arxasında əlilləri narahat edən məsələlərə aydınlıq gətirilib.

Avqust ayının 25-də Nəsimi RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə mövzunun aktuallığından danışılmış, qadın və uşaq hüquqlarının qorunmasının dövlətimizin prioritet istiqamətlərindən olduğu vurğulanmış və sosial maarifləndirmənin problemin tənzimlənməsinə önəmli təsiri qeyd edilmişdir. Bu məqsədlə məişət zorakılığına məruz qalmış şəxslərin müəyyən edilərək onların hüquqlarının və mənafelərinin müdafiəsi üçün tədbirlərin həyata keçirilməsi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və bələdiyyə sədrinə tövsiyə edilib.

Avqust ayının 29-da Nəsimi rayonunda 2021/2022-ci tədris ilinin yekunları və 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Bildirilmişdir ki, 2021/2022-ci tədris ilində rayonun orta məktəblərini  1970 nəfər şagird bitirmiş, onlardan 1494 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən  52 nəfəri 600-dən, 16 nəfəri isə 650-dən çox bal toplamışdır. 2021/2022-ci təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 6 məzun qızıl medala layiq görülmüşdür. Tədbirdə xüsusi vurğulanmışdır ki,təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir. Ümummilli Liderin  siyasətini uğurla davam etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində  şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan  kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Sərbəst güləş üzrə Respublika və Avropa çempionu (1-ci yer), Dünya mükafatçısı Elman Ağayevə və  qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.

Sentyabr ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir. Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, müasir əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.

Sentyabr ayının 13-də Nəsimi rayonu ərazisində yerləşən Zabitlər bağında Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə gənclər arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir. 18 komandanın iştirak etdiyi yarışda iştirakçılara 24 sual verilmişdir. Sonda I, II, III yerlərə layiq görülmüş komandalar kubok, diplom və medallarla təltif olunublar.

Sentyabr ayının 15-də “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı  Nəsimi rayon Polis İdarəsində gənclərlə görüş keçirilmişdir. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon Polis İdarəsinin  məsul əməkdaşları, məktəb direktorları və sığıncaq rəhbərləri iştirak ediblər. Görüşdə uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər müzakirə olunub, qarşıda duran məsələlərlə bağlı dinləmələr keçirilib. Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sentyabr ayının 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Milli Elmlər Akademiyası və Geologiya və Geofizika İnstitutunun  birgə təşkilatçılığı ilə Akademik Musa Əliyevin gündəlikləri əsasında yazılmış kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, ADA Universitetinin akademik işlər üzrə prorektoru, Dr. Vəfa Kazdal, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı və akademikin nəvələri Nailə Əliyeva və Cəmilə Paşayeva-Seyidzadə iştirak etmiş və  görkəmli alim Musa Əliyev haqqında xatirələrini bölüşmüşlər.

Sentyabr ayının 17-də Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhid ailələrinə və əlillərinə göstərilən diqqət və qayğının daimi nəzarətdə saxlanılması, qaldırdıqları məsələlərinin operativ həlli ilə əlaqədar müşavirə keçirilmişdir.

Sentyabr ayının 27-də Anım Günü münasibətilə, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin,  Vətən Müharibəsi iştirakçılarının, rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə rayonun Cavadxan küçəsi boyunca ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı  200-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, rayonun ayrı-ayrı əraziləri üzrə 2000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.

Sentyabr ayının 27-də Nizami Kino Mərkəzində Anım Günü münasibətilə rayon İcra Hakimiyyəti və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhadət yolçuları” sənədli filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı keçirilmişdir. Sonra Ümrə ziyarətinə yola salınacaq 10 şəhid anasına müvafiq sənədlər təqdim edilmişdir. Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda “Şəhadət yolçuları” filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı oldu.

Oktyabr ayının 03-də  Beynəlxalq Ahıllar günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Bildirilib ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq  Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Hər il olduğu kimi bu il də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan ahıllarla görüş təşkil edilmişdir. Görüş zamanı onların sosial problemləri dinlənilmiş, ehtiyacları müəyyənləşdirilmişdir. Sonra Nəsimi RİH tərəfindən rayonda yaşayan bir qrup ahıl insanlara ərzaq bağlamaları verilmişdir. Daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan yataq xəstəsi olan ahıl vətəndaşlar ziyarət olunmuş, onlara ərzaq bağlaması verilmişdir. 

Oktyabr ayının 03-də  Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilmişdir. Konfransda Nəsimi RİH Başçısı, Respublika Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak etmişlər. Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şuranın sədri və sədr müavini, həmçinin Nəzarət-Təftiş komissiyasının üzvlərinin seçilməsi üçün səsvermə keçirilib. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, İmamverdi Həmidov isə sədr müavini seçilib. Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Respublika Ağsaqqallar Şurasına müracət ünvanlandı.

Oktyabr ayının 05-də  Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının, Nəsimi rayon Bələdiyyəsinin, rayon Ağsaqqallar Şurasının rəhbərlərinin, İcrimai Şuranın, təhsil işçilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər Respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verilmişdir. Tədbirin sonunda təhsil işçilərinə və təhsil sahəsində çalışaraq təqaüdə çıxmış şəxslərə nümunəvi xidmətlərinə görə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Oktyabr ayının 06-da  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda maarifləndirici tədbir keçirilib. Daha sonra tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər paylanılıb.

Oktyabr ayının 19-da  Nəsimi rayonu A.Rəhimov adına 247 saylı tam orta məktəbdə Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 27 sentyabr - Anım Günü ilə əlaqədar "Qarabağ Azərbaycandır! - İşğaldan azad olunmuş torpaqlarımız" mövzusunda inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, Vətən müharibəsi  şəhidi Ruslan Cəfərovun anası Alimə Cəfərova ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açdılar.

Oktyabr ayının 26-da  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin konfrans zalında baş tutan görüşdə Nəsimi RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin üzvləri və rayon gəncləri  iştirak etmişlər. Tədbirdə insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açılmış, qeyd olunmuşdur ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.

Oktyabr ayının 28-də  Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq və yeniyetmələrin profilaktik müayinələrinin yaxşılaşdırılması və uşaqların dərin tibbi mayinələrinin keyfiyyətli təşkili mövzusunda marifləndirici tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika GEM-nin UYYGB-nin məhsul əməkaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər müəssisələrin əməkdaşları və tibb işçiləri iştirak ediblər. Tədbirdə çıxış edənlər dövlət büdcəsindən maliyyələşən uşaq və yeniyetmə müəssisələrində çalışan obliqat qrup işçilərinin tibbi müayinədən keçmələrinin, təlim-tədris müəssisələrində uşaqların sağlam həyat tərzinin formalaşmasına nail olunmasını, “Sağlam həyat tərzi”, “Fiziki aktivlik”, “Tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri”, “Gənclərin fövqəladə hallarda davranışı” istiqamətində mövzuların əhatə olunaraq yerlərdə təbliğatının gücləndirilməsini qeyd etdilər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. 

Oktyabr ayının 28-də  Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qrupunun üzvləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verdilər. İclasda gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.

Oktyabr ayının 31-də  Nəsimi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə A.Rəhimov adına 247 saylı tam orta məktəbdə Nəsimi rayon məktəbliləri arasında 8 noyabr –​ Zəfər Gününə həsr olunmuş Şahmat turniri keçirilmişdir. Turnirdə 25 komanda tərkibində 75 nəfər məktəbli iştirak edib. 12 yaşadək məktəblilərin iştirak etdiyi turnir olimpiya sistemi üzrə keçirilib. Turnirin nəticələrinə görə 247 saylı tam orta məktəbin komandası I,​ 54 saylı tam orta məktəbin komandası II, Hədəf Liseyinin komandası III yerə layiq görülüb. Komanda və şəxsi hesabda qalib gəlmiş komandalar və iştirakçılar kubok, diplom və medallarla, qalib komandaların məşqçi müəllimləri isə diplomlarla təltif olunublar.

Noyabr ayının 01-də  Nəsimi rayon Ağsaqqallar Şurası Nəsimi rayon İcra Hakimiyyətində Zəfər Günü münasibətilə tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Zahid Xəlilov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvləri, ictimai təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon gəncləri iştirak edib. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səsləndirilib. Tədbirin sonunda bir qrup ağsaqqallar şurasının üzvlərinə Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə təşəkkürnamə təqdim olunub.

Noyabr ayının 02-də  Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Nəsimi rayon İcra Hakimiyyətində Zəfər Günü münasibətilə tədbir keçirib.  Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayon Gənclər və İdman idarəsinin məsul əməkdaşları, ictimai təşkilatların üzvləri, rayonda fəaliyyət göstərən monitorinq qrupunun üzvləri, rayon ağsaqqalları və rayon gəncləri iştirak edib. Çıxış edənlər- Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctmai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, İctima Şuranın üzvü Gülnarə Hacıyeva və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışdılar.

Noyabr ayının 03-də  Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” adlı konfrans keçirilib. Konfransda Nəsimi Rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri üzrə sektor müdiri, Şəhid Abdulla Rəhimovun ailə üzvləri - Bayram Rəhimov, Sevinc Rəhimova, Vətən müharibəsi şəhidi Ruslan Cəfərovun anası Alimə Cəfərova, Nəsimi rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri  Azər Quliyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəis  müavini mayor Bəhruz Hüseynov, polkovnik Vüqar Hacıyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yaqut Əmirli iştirak ediblər. Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndi. Konfransda məktəbin IX sinif şagirdləri Vətən müharibəsinin şanlı tarixinə aid məruzələrlə çıxışlar etdilər. Sonra “Vətəni sevəcək və qoruyacaq, Vətən uğrunda şəhid olan igid oğullarımızı unutmayacağıq!”-and içmə mərasimi keçirilib. Konfrans iştirakçıları tərəfindən “Zəfər tarixi” kursunun şagirdlərinə  tövsiyələr verilib. Konfransın sonunda Məruzəçi şagirdlər diplomlarla təltif olunub və xatirə şəkilləri çəkilib.

Noyabr ayının 03-də  Şəhid adının əbiləşdirilməsi məqsədi ilə 03.03.2022-ci il tarixində xidməti vəzifə borcunu yerinə yetirərkən Şuşa – Laçın yolunda baş verən qəzada şəhid olmuş Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlunun xatirə lövhəsinin açılışı oldu. Şəhidin yaşadığı H.Seyidazadə küçəsi 15 ünvanında yerləşən binanın fasad hissəsində təmir işləri aparlıdıqdan sonra, aqlay daşlar düzülmüş və xatirə lövhəsi vurulub. Açılışda İcra Hakimiyyəti başçısı, RİH başçısı aparatının məsul əməkdaşlarını, rayon ictimayyəti, şəhid ailələri və müharibə əlilləri iştirak edərək, şəhidin əziz xatirəsini  dərin hörmət və ehtiramla yad etdilər, xatirə lövhəsinin önünə gül dəstələri düzdülər. Şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Noyabr ayının 03-də  Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər səsləyir bizi” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, rayonun təhsil müəssisələrinin müəllim və şagird kollektivi, şəhid anaları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səslənib. Tədbirdə Mərkəzin dərnək üzvləri Zəfər tarixi ilə bağlı əbədi-bədii kompazisiyaları ilə çıxış etdiblər. Tədbirdə həmçinin Zəfər gününə həsr olunmuş videoçarx nümayiş olunub. Rəsm dərnəyinin üzvləri Nizami Kino Mərkəzinin foyesində rayonlarımızı tərənnüm edən əl işlərindən ibarət maketləri tədbir iştirakçılarına təqdim etdilər.

Noyabr ayının 03-də  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş 35 nömrəli tam orta məktəbdə təmirdən sonra şəhid adının əbədiləşdirilməsi məqsədi ilə məktəbin məzunları olmuş şəhidlərin xatirə lövhələri vurulub. Vətən müharibəsi zamanı göstərdikləri igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidenitin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Kapitan Babaxanov Elman Ağamirzə oğlu və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid kiçik çavuş Əsədov Anar Rafiq oğlu məhz bu məktəbin məzunlarıdır. Xatirə lövhələrinin açılışı Rayonun İcra Hakimiyyəti başçısı, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimayyətinin, şəhid ailələri və müharibə əlillərinin iştirakı ilə keçirilib.

Noyabr ayının 03-də  Nəsimi rayonu   240 nömrəli tam orta məktəbdə  məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri Solnsev Dmitriy Aleksandroviç, Qasımlı Mirhəmid Nazim oğlu və Eyyubov Tural Yədulla oğlunun  xatirə lövhələrinin açılışı olub. Xatirə lövhələrinin açılışı Rayonun İcra Hakimiyyəti başçısı, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon ictimayyətinin, şəhid ailələri və müharibə əlillərinin iştirakı ilə keçirilib.

Noyabr ayının 04-də  Nəsimi rayonunda 8 Noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq  rayon ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Noyabr ayının 03-də  Nəsimi rayonunda 8 Noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayondan seçilmiş millət vəkillərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən müharibəsi qazilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  rayon ərazisində yerləşən “Zəfər bağı”nda ağacəkmə aksiyası keçirilib.

Noyabr ayının 04-də  “Romance Palace” sarayında 8 Noyabr – Zəfər Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən çap edilmiş “Ölümsüzlər” adlı kitabın təqdimatı keçirilmişdir. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Ölümsüzlər” adlı kitab şəhid analarına və tədbir iştirakçılarına təqdim edildi. Ümrə ziyarətinə yola salınacaq bir qrup şəhid anasına və ailə üzvlərinə müvafiq sənədlər təqdim olundu. Şəhid anaları və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbir din xadimlərinin çıxışları ilə davam etdirilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ehsan sufrəsi açılmışdır. Tədbir incəsənət ustalarının iştirakı ilə davam etdirilmiş, şəhidlərimizə həsr olunmuş vətənpərvərlik mahniları ifa olunmuşdur .

Noyabr ayının 05-də  Nəsimi rayon İcra Hakimiyyətinin və “5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi“ publik hüquqi şəxsin təşkilatçılığı ilə  8 noyabr “Zəfər  Günü”nə həsr olunmuş “Yolumuz  Qarabağadır” adlı tədbir keçirilmişdir. Tədbir işğaldan azad olmuş bölgələrin  tarixinin milli, tarixi və mədəni abidələrinin öyrənilməsinə həsr olunub.  Əvvəlcə qonaqlar Mərkəzin foyesində “Təsviri incəsənət studiyası”, “Bacarıqlı əllər” dərnək üzvlərinin əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Tədbirdə mərkəzin dərnək üzvlərinin ifasında təqdimatlar, şeirlər, mahnı və rəqslər ifa olunmuşdur.

Noyabr ayının 05-də  Zəfər günü ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Noyabr ayının 07-də  Zəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd 08 Noyabr – Zəfər Gününü qeyd etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti rəhbərliyi, RİH başçısı aparatının məsul əməkdaşları, Azərbaycan Tibb Uiversitetinin rəhbərliyi, rayon Gənclər və İdman İdarəsinin rəisi, İdman klublarının rəhbərləri və tələbələr iştirak ediblər. Əvvəlcə qonaqlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən Şəhidlərin banerinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad ediblər. Sonra olimpiya himninin sədaları altında komandalar zala daxil olublar. Komandalar yerlərini tutduqdan sonra dövlət himni səsləndirilib. Turnirin nəticələrinə görə Azərbaycan Tibb Universitetinin komandası I yerə, Azərbaycan Dillər Universitetinin komandası II yerə, Azərbaycan Texniki Universitetinin komandası isə III yerə layiq görülüblər. Qaliblər kubok, diplom və medallarla təltif olunublar. Eyni zamanda turnirdə iştirak edən bütün ali təhsil müəssisələrinə turnirdə iştirak etdikləri üçün təşəkkürnamələr təqdim olunub.

Noyabr ayının 11-də  Azərbaycan Respulikasının Rusiya Federasiyasındakı səfirliyində keçirilmiş tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksək vəzifəli diplomatları, o cümlədən səfirlər, müşavir-elçilər və hərbi attaşelər, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, politoloqlar, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli təmsilçiləri, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalçılardan azad olunması naminə döyüşən, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş qazi Kamal Quluzadə iştirak etmişlər. Tədbirdə bildirilmişdir ki, Azərbaycan xalqının iradəsi və əzmi, müasir ordusu, iqtisadi qüdrəti və ən əsası ordunun, xalqın və hakimiyyətin birliyi qələbəni təmin edən başlıca amillər olmuşdur.

Noyabr ayının 16-da  Nəsimi rayonunda “Uşaq hüquqları aylığı”  çərçivəsində Nəsimi rayonu N.Məmmədov adına 9, 14, 19, 35 və 159 saylı tam orta məktəblərdə müxtəlif tədbirlər keçirilmişdir. Tədbirlərdə “Sən öz hüquqlarını bilirsənmi?”, “Uşaq hüquqları uşaqların gözündə” , “ Uşaqların hüquq və vəzifələri” və “Bizim hüquqlarımız” mövzularında marifləndirmə işləri aparılmış, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olunduğu qeyd edilmişdir. Sonra şagirdlər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış uşaq hüquqları ilə bağlı slaydla tanış olmuşlar.

Noyabr ayının 18-də  Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclası keçirilib. İclasda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın, Nəsimi Bələdiyyəsinin, Nəsimi RİH Başçısının  Sahə İƏD üzrə nümayəndəliyində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon gəncləri iştirak ediblər. İclasda insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açılıb. İclasda gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Noyabr ayının 25-də  Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birgə  “Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi” mövzusunda seminar-görüş keçirilib. Tədbirdə erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi mövzusunda seminarın əhəmiyyətindən danışılaraq hal-hazırda qızların hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran vacib və qlobal vəzifələrdən bir olduğunu, eyni zamanda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlar olduğunu qeyd edilmişdir. Sonda tədbir iştirakçılarının sualları altında diskussiya ilə davam etdirilmiş, gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.

Dekabr ayının 02-də Nəsimi rayonu Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  “Şuşa ili” çərçivəsində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi  iştirak etmişlər. Tədbirdə çıxış edənlər  tədbirin əhəmiyyətindən danışmış, sonra məktəbin şagirdlərinin ifasında mahnı, şer və rəqslər təqdim olunmuşdur.

Dekabr ayının 03-də 3 Dekabr - Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir. Rayon ərazisində yaşayan əlil vətəndaşlar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara sovqatlar çatdırılıb. Ziyarət zamanı öz arzu və istəklərini bildirən əlillər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Dekabr ayının 03-də Beynəlxalq Əlillər  günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti  tərəfindən  rayon ərazisində yerləşən “Olimpik Star”  idman və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan    uşaqlar üçün  tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 268 saylı Xüsusi məktəbdə təhsil  alan   uşaqlara  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar mərkəzdə olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər. Tədbirin sonunda xatirə şəkili çəkilib.

Dekabr ayının 04-də Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş qızlar arasında voleybol  turniri keçirilib. Orta ümumtəhsil məktəblərinin 8-9-cu sinif şagirdlərinin iştirak etdiyi turnirin keçirilməsində əsas məqsəd Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinin qeyd edilməsi və voleybol idman növünün məktəblilər arasında daha da inkişaf etdirilməsi olmuşdur. Olimpiya sistemi üzrə keçirilən turnirdə 19 komanda tərkibində 228 nəfər idmançı iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsində Bakı Türk Anadolu Liseyi ilə Bakı Atatürk Liseyi qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Bakı Türk Anadolu Liseyinin komandası turnirin qalibi olub. Bakı Atatürk Liseyinin və 14 nömrəli tam orta məktəbin komandaları isə müvafiq olaraq II və III yerlərin sahibi olublar. Qalib komandalar kubok, diplom və medallarla təltif ediliblər. Tədbirin təşkilində göstərdiyi köməkliyə görə bir qrup idman müəlliminə isə təşəkkürnamələr təqdim olunub.

Dekabr ayının 06-da Nəsimi Rayon İcra Hakimiyyətində “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” mövzusunda tədbir keçirilib. Görüşdə Nəsimi RİH yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, inzibatı orqanların  nümayəndələri, rayonun ümumtəhsil müəssisələrinin psixoloqları və rayon gəncləri  iştirak edib. Tədbir iştirakçıları mövzu üzrə fikirlərini söyləyib, interaktiv müzakirələr aparılıb və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilib.

Dekabr ayının 06-da Nəsimi rayonu ərazisində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Dövlət Məşğulluq Agentliyinin, Bakı Regional Məşğulluq Filialının, Nəsimi rayon İcra Hakimiyyətinin, işəgötürən idarə, müəssisələrin və təşkilatların rəhbərlərinin, Bakı şəhər rayonlarının əlaqələndirmə komitələrinin sədrlərinin içtirakı ilə “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” adlı tədbir keçirilmişdir.Tədbirdə ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsi, onların tələbatlarının ödənilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial dəstək tədbirlərindən bəhs edilib. Əvvəlcə tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyət sahələri və əlilliyi olan şəxslərin əl işləri ilə tanış olublar. Tədbirdə  kvota üzrə işlə təminatın hər zaman diqqətdə saxlanıldığını, həssas qrupdan olan vətəndaşlara dəstəyin prioritet məsələlərdən olduğunu qeyd edilmişdir. Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifasında konsert proqramı ilə davam edib.

Dekabr ayının 09-da Nəsimi Rayon İcra Hakimiyyətinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Musiqi Akademiyasının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin  əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Qeyd olub ki, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərib. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı  Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Tədbir daha sonra Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları  bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan  Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

Dekabr ayının 12-də  Azərbaycan  Universitetində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Universitetin foyesində yerləşən Ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Dövlət Hümni səsləndikdən sonra  Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə bildirildi ki, Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bü günü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir. Zaman-zaman yeniləşən nəsillər bu dahi şəxsiyyətin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.

Dekabr ayının 19-da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtda “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar. Bildirildi ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə - tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib. Bu cür müasir və dünyaca məşhur otel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Dekabr ayının 19-da  Nəsimi rayonunda “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun növbəti iclası keçirilib. İclasda Nəsimi rayon İcra Hakimiyyətinin “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, məsul əməkdaşları, rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəlikləri yanında monitorinq qrupunun üzvləri,  Nəsimi Bələdiyyəsi nəzdində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, Nəsimi rayon Polis İdarəsinin məsul əməkdaşları iştirak ediblər.  “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət  Planı”nın icrasına uyğun olaraq  tədbir keçirilmişdir. Sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qruplarının sədrləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat vermişlər.

Dekabr ayının 27-də  Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Nəsimi rayon İcra Hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırılaraq yaradılan İctimai Şuranın bu sahədə görəcəyi işlərin əhəmiyyətindən danışılıb. Çıxış edən şura üzvləri şuranın fəaliyyəti dövründə qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq ediləcəyini, İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndiriləcəyini və İctimai Şuranın üzvlərinə ictimaiət arasında  səmərəli qarşılıqlı fəaliyyətin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərində  uğurlar arzulayıblar. Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Çıxış edən Şura üzvləri İctimai Şuranın fəaliyyətinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər. 

Dekabr ayının 28-də  Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Nəsimi Bələdiyyəsinin və digər rayon qurumlarının məsul əməkdaşlarının, məktəbin müəllim heyətinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir.

Dekabr ayının 28-də  Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə il ərzində Nəsimi rayonunun ictimai həyatında fərqlənən bir qrup gəncin təltifolunma mərasimi keçirilmişdir. Nəsimi rayonunun ictimai həyatında və kütləvi informasiya vasitələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunmuşdur.

Dekabr ayının 28-də  Nəsimi rayon İcra Hakimiyyətində “Gender əsaslı məişət zorakılığı insan hüquqları konteksində” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda Nəsimi rayon İcra Hakimiyyətində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, bələdiyyə, ümumtəhsil məktəblərinin psixoloqları, gənclər iştirak edib. Seminarda bildirilmişdir ki,  Beynəlxalq Gender əsaslı zorakılığa və uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair kampaniyaya öz töhfəsini verəcəyinə, eyni zamanda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Gülarə Verdiyeva çıxış edərək, 25 noyabr tarixinin bütün dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr  tarixinin isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edildiyini, bu iki tarix arasında dünyada beynəlxalq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirildiyini bildirib və  bu kampaniyanın qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırdığını diqqətə çatdırıb. Bunun üçün məktəb psixoloqları və valideynlərin daim əlaqəli işləməsinin vacibliyi qeyd edilib. Seminarın sonunda iştirakçılar gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin gücləndirilməsi barədə təkliflər səsləndiriblər.

Dekabr ayının 28-də  Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi təşkilatçılığı ilə        31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş  “Qış nağılı”   adlı musiqili-əyləncəli tamaşa təşkil edilmişdir. Həmin tamaşada  II Qarabağ müharibəsi şəhid və qazilərin övladları, sağlamlıq imkanları məhdud uşaqlar və uşaq sığınacaqlarından olan kiçik qonaqlar iştirak etmişdir. Tədbirdə Yeni il tamaşası təqdim olunub. Musiqili-əyləncəli tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin gənc aktyorları sevimli nağıl qəhrəmanlarını canlandırıblar.  Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların, uşaqların sevimli cizgi film personajlarının rəqslərini, eyni zamanda Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə bağlı rəqslər nümayiş olunub. Tədbirin sonunda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyə verilib.

Dekabr ayının 29-da  Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Bir olaq, birgə şənlənək” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.Tədbirdə şəhid ailələrinin övladları, internat və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib. Musiqili-əyləncəli tamaşada teatr dərnəyinin  gənc aktyorları peşəkar aktyorlarla birgə  nağıl qəhrəmanlarını canlandırıblar. Nağıllarda olduğu kimi, sehrli aləmə düşən qəhrəmanlar şər qüvvələrə qarşı öz xeyirxahlıq, dostluq, birlik və bacarıqları ilə qalib gəldilər. Tədbir boyu mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri qış mövzusuna aid maraqlı proqramla balaca tamaşaçıların qarşısında çıxış ediblər. Konsert proqramında nümayiş olunan milli rəqslər gur alqışlarla qarşılandı. Uşaqların səbirsizliklə gözlədiyi Şaxta babanın gəlişiylə tədbir daha da canlandı.

Dekabr ayının 30-da Nəsimi rayonu 268 nömrəli Xüsusi Məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti bayram şənliyi keçirilmişdir. Şənlikdə fiziki qüsurlu uşaqların ifasında rəngarəng çıxışlar iştirak edənlərdə xoş ovqat bağışlayıb.

Dekabr ayının 30-da 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Nəsimi rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə Rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski şəxsən iştirakçısı olduğu Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən görüşdə cənab Prezident İlham Əliyevin söylədiyi nitqin  əhəmiyyəti barədə geniş çıxış edərək  bildirdi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Bildirilib ki, həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. Sonda Rayon  Ağsaqqallar Şurasının üzvlərinə bayram sovqatı verilmiş və  2 şəhid ailəsinə maddi yardım göstərilmişdir.

Dekabr ayının 30-da 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə rayon ərazisində yaşayan aztəminatlı ailələrə, əlillərə, ahıllara Rayon İcra Hakimiyyəti tərəfindəndən bayram sovqatları verilmişdir.

Hesabat ilində Nəsimi   Rayon   İcra   Hakimiyyəti   başçısının  Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və rayon İcra Hakimiyyəti  başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.

Nəsimi   Rayon   İcra   Hakimiyyəti   başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2.98 kv. km hüdudlarında 92 mindən artıq əhalinin yaşadığı 5 mikrorayonu və 3-cü Alatavanı əhatə edir.

Nümayəndəlik ərazidə xidmət göstərən 23, 31, 33 ,51, 65 və 77 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə çalışmışdır.

Nümayəndəliyin inzibati ərazisində 11 orta ümumtəhsil məktəbi, Texniki Humanitar Litseyi, Şahmat məktəbi, Musiqi məktəbi,  Uşaq və Gənclər İdman Məktəbi  fəaliyyət  göstərir. Bu məktəblərdə 13516 nəfərdən çox şagirdin təlim tərbiyəsi və təhsili ilə 1300 nəfərə yaxın müəllim məşğul olur. Həmçinin, ərazidə 13 uşaq bağçası və Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi fəaliyyət göstərir. Eləcədə ərazimizdə 20 saylı poliklinika, 12 saylı uşaq poliklinikası, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası, '' Bioloji təbabət '', ''Starlab'', ''Premium'', ''Spedu'', ''Sağlam ailə'' və '' Evromed '' özəl tibb müəssisələri  yerləşir.

Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən il                1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihəsi çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır.

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi ev 13 və 17a,18, 21 Asif Məhərrəmov ev 33,35,45,47,60,4/66, Mir Cəlal ev 42, 20 yanvar  ev 4,7,9, H.B.Əliyev ev 1,3,5,7, Moskva prospekti ev 90,92, Alı Mustafayev 41,  saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri başa çatdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Binaların  fasadı,  dam örtüyü təmir olunmuş, blokların qapı və pəncərələri yenilənmiş,   yağış suları axıdan boru və navalçalar dəyişdirilmiş, yeni işıqlandırma sistemi çəkilmiş və işıq dirəkləri quraşdırılmışdır. Həyətlərə asfalt örtüyü, bardür və  tamet daşları vurulub, söhbətgahların, uşaq oyun elementlərinin və idman qurğülarının  quraşdırılmışdır

3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillərin park edilməməsi bərədə  müraciətlərlə əsasən aidiyyəti qurumlar, o cümlədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qısa müddət ərzində əməli tədbirlər görülüb, dairə ətrafina dəmir məhəccərlər quraşdırılıb. Moskva prospekti ətrafı ünvanlarda yollara yeni  asfalt örtüyünün vurulması,   piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilərin genişləndirilməsi və bardürlər yeniləri ilə əvəz olunması işləri aparılmışdır.  Nəsimi rayon Mir Cəlal 6, 8, 10  saylı ünvanlarda yararsız vəziyyətə düşmüş məhəllədaxili yollara yeni  asfalt örtüyü vurulub, sanitar təmizlik işləri aparılıb. Eyni zamanda işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında da, başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilmişdir.

Nəsimi  rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər  keçirilmişdir.

2022-ci ildə 1 nömrəli Sahə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı  şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 103274 manat maliyyə vəsaiti ayrılmışdır. Həmin maliyyə vəsaitindən 97647 manat vəsait xərclənmişdir: o cümlədən 78300 manat ştatda olan  işçilərin  əmək haqqları, 17226 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 2121 manat isə digər xərclər (dəftərxana, inventar, bank xərcləri, avadanlıq və s.) üçün sərf olunmuşdur.

2022-ci ildə 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə dövlət qurumlarından 28 məktub, vətəndaşlardan isə 60 ərizə daxil olmuş və araşdırılaraq cavablandırılmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti  başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 96 min nəfərə yaxın əhalinin yaşadığı, 4.27 kv. km. ərazini əhatə edir.

Nümayəndəlik il ərzində əraziyə xidmət göstərən  13, 14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri, Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Sahələri, MTK-lar, Kooperativlər, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdır.                              

Rayon İcra Hakimiyyəti başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.  

2022–ci ilin yanvar ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış, materialların elektron variantda işlənilib mərkəzi bazaya yerləşdirilməsi işi başa çatdırılmış, hazırda ev təsərrüfatlarının uçotu kitabının (2023-2027-ci illər üçün) yazılmasına başlanılmışdır.

Ərazidə qoyulmuş məişət tullantıları üçün konteynerlərdə sıradan çıxmış təkərlər yenisi ilə əvəz olunmuş, iki rəngdə olan konteynerə uyğun tullantıların sakinlər tərəfindən atılması MKİS işçiləri tərəfindən nəzarətdə saxlanılmış, xeyli sayda oturacaqlar rənglənmiş, Vaqif prospektindəki parkda isə yenisi ilə əvəz edilmiş, küçələrdə işıq dirəkləri və bardürlar yuyulmuş, Natiq Şahbazov 36 ünvanında çoxmənzilli binanın həyətinə 1000 kv m. asfalt örtüyü vurulmuş, tamet döşənmiş, sakinlərin müraciəti əsasında evlərinin dam örtüyü təmir edilmişdir. Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.

Hesabat ilində Tbilisi prospekti, C.Məmmədquluzadə küçəsi və Mirqasımov küçəsi, Azadlıq prospektinin Bakıxanovla kəsişməsindən Füzuli küçəsinə qədər olan hissəsi əsaslı təmir edilmiş, 35 saylı məktəbin tikintisinin başa çatması ilə əlaqədar A.Zamanov və M.Qaşqay 24 küçələri əsaslı təmir edilmişdir. Ərazinin Bakıxanov 42, Azadlıq 80, S.Rüstəm 55, S.Vurğun 112 ünvanlarında təmir işlərinə başlanılmışdır.

S.Vurğun küçəsi “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən M.Topçubaşov, İ.Qasımov küçəsinin bəzi yerlərində asfalt örtüyü yenilənmişdir.

İl ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.

Koronavirus epidemiyası ilə bağlı Nəsimi RİH yanında fəaliyyət göstərən Qərargahın tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində də məqsədyönlü işlər görülmüş, virusla bağlı vətəndaşların aidiyyəti üzrə müraciət etmələrinə köməklik göstərilmiş, hal-hazırda da göstərilir.

Nümayəndəliyin ərazisində pilot layihələr üzrə 17 şirkət tərəfindən  çoxmənzilli binaların tikintisi  işi davam etdirilir. Bunlar “Maşınqayıran”, “Regal”, “Gözəl Bakı”, “Teymuroğlu”, “Pilot Həyat”, "Draft Constuction”, “Gold Construction”, “Archico” , “Rifah Plaza”, “Fədək”, “Pearl Construction”, “Avrasiya Construction LTD”, “Azadlıq Residence”, ”Pilot-1”, ”Azəri Tikinti Şirkəti”,  “Grand Plaza” şirkətləridir.

Nümayəndəliyin xidmət etdiyi ərazidə 4 orta ümumi təhsil məktəbi – 35,42,151 və 164 saylı məktəblər, 1 xüsusi məktəb – 268 saylı məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 4150 şagirdin təlim-tərbiyəsi ilə 351 müəllim məşğul olur. Ötən il bu məktəbləri 231 şagird bitirmiş, bunlardan 181 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. 7 nəfər 600-dən çox bal toplamışdır.

Nümayəndəliyin ərazisində 13 dövlət körpələr evi-uşaq bağçası, 6 özəl məktəbəqədər tədris müəssisələri, 13-ü dövlət və 4-ü özəl olmaqla 17 səhiyyə müəssisəsi fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı nümayəndəlik Rayon İcra Hakimiyyəti yanında yaradılmış komissiya və qrupların işində də fəallıq göstərir. Belə ki, nümayəndəliyin xidməti ərazisində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq”la əlaqədar yaradılmış işçi qrupu da işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. 17 nəfərdən ibarət işçi qrupu il ərzində 5 dəfə iclas keçirmiş,  cəmi 12 sakin müraciətinə baxılmış,  qaldırılmış problemlər barəsində aidiyyəti təşkilatlara təklif və tövsiyələr verməklə, hətta, səyyar qəbullarda da sakinləri narahat edən məsələlər barədə fikirlər söylənmiş, onların arzu və istəklərini rayon rəhbərliyinə çatdırmış, ilin sonunda yekun hesabat verilmişdir.

2022-ci ildə 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 93 740 manat dürüstləşmiş büdcə nəzərdə tutulmuş, faktiki 93 740 manat maliyyə vəsaiti ayrılmış, 90 470 manat vəsait xərclənmişdir. 62 525 manat ştatda olan işçilərin əmək haqları, 8 400 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər, 15 528 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 4 017 manat digər xərclər( icbari sığorta, dəftərxana, inventar, bank xərcləri, telefon, internet, avadanlıq və s.) üçün sərf olunmuşdur.

Hesabat dövrü ərzində nümayəndəliyə rayon İcra Hakimiyyətindən 288 məktub, ərizə və şikayət daxil olmuşdur. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq tədbirlər görülmüş və bütün müraciətlərə vaxtında cavab verilmişdir. Nümayəndəliyin ərazisi üzrə rayon İcra Hakimiyyəti Başçısının 8 səyyar qəbulu keçirilmiş, küçələrin işıqlandırılması, həyətlərin abadlaşdırılması, su kanalizasiya təchizatının yaxşılaşdırılması, küçələrə asfalt örtüyünün vurulması, qurumuş ağacların kəsilməsi, işlə təmin olunmasına köməklik edilməsi, məktəbə gedən uşaqlara məktəbli forması verilməsinə köməklik edilməsi, yaşadıqları ərazinin söküntüyə düşməsinə köməklik edilməsi, mənzil növbəsinə götürülməsinə köməklik edilməsi, ahıl sakinlərin yay istirahətinin təşkilinə köməklik edilməsi, dam örtüklərinin təmir olunmasına köməklik edilməsi, aztəminatlı ailələrə yardımlar edilməsi kimi 90 müraciətə baxılmışdır. RİH Başçısının tapşırığına uyğun olaraq, nümayəndəlik şəhid ailələri və qazilərin gündəlik qayğı və problemləri ilə əlaqədar həmişə onların yanında olmağa çalışmış, Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bütün tədbirlərdə;  şəhid ailələri ilə görüş və yardımların edilməsi, müalicəyə ehtiyacı olan şəhid və qazi ailələrinə nümayəndəliyin ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində müalicə olunmaqlarına köməklik edilməsi və nəhayət şəhidlərin ad günləri və şəhadət günlərində 2 saylı Şəhidlər Xiyabanında onların ziyarət edilməsi kimi tədbirlərdə yaxından iştirak edilmişdir.

3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik 2022-ci ilin yanvar ayının ilk həftəsindən nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitablarının dəqiqləşdirilməsi, yoxlanılması və həmin məlumatların dövlət statistika komitəsinin rəsmi internet səhifəsinə işlənilməsi davam etdirilmişdir.

Ərazinin sanitar vəziyyəti, Mənzil Kommunal İstismar Sahələri tərəfindən küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.

Rəşid Behbudov küçəsi 13 ünvanda “Bakı Abadlıq Xidməti” MMC tərəfindən aparılan  təmir işləri davam etdirilir. Üzeyir Hacıbəyov küçəsi 72 ünvanda keçmiş “Azəravtoyol”-un binasının təmiri yekunlaşaraq Dövlət Turizm Agentliyinin istifadəsinə verilmişdir. Süleyman Rüstəm küçəsi 3 ünvanda məhəllənin asfaltlanması işləri aparılmışdır.  “Abad Həyət” lahiyəsi çərçivəsində Nizami küçəsi 121 ünvanda geniş abadlıq-quruculuq işləri aparılmış, məhəllə asfaltlanmış, binanın fasad hissəsi təmir olunmuş, ağacların quruyan hissələri budanmış,həyət işıqlandırılmış, sakinlərin rahatlığı üçün digər işlər görülmüşdür.

İnzibati ərazidə yerləşən Opera və Balet teatrının əsaslı təmirinə başlanılmışdır.

Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazi  “PMD GROUP” şirkəti tərəfindən sökülməsinə başlanılmışdır. Söküntü işləri çərçivəsində Salatın Əsgərova küçəsində yaşayan sakinlərin kompensasiya verilərək köçürülməsi  təmin olunmuşdur.

Süleyman Rəhimov küçəsi dalan 6 ünvanda Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə söküntü işlərinə başlanılmış, bina sakinlərinə kompensasiya verilərək köçürülməsi təmin edilmişdir.  Cəlil Məmmədquluzadə küçəsində asfaltlaşma və piyada səkilərinin yenidən qurulmasına başlanılmışdır. 28 May küçəsi 6 ünvanda tarixi binanın dam hissəsində quraşdırlmış əlavə tikinti Bakı şəhər İcra Hakimiyyəti və rayon MKTB -nin əməkdaşları tərəfindən sökülmüşdür. Rəşid Behbudov küçəsinin bir hissəsində yenidən asfaltlaşma işləri aparılmışdır.

Dilarə Əliyeva və Gənclik küçəsinin kəsişməsində yerləşən səkiyə tamet daşları döşənmişdir. Azadlıq prospektinin bir hissəsinə yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda prospektin 31-33 ünvanlarında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən səkilərə tamet daşları döşənmişdir.

28 May küçəsi 20 ünvanda yerləşən tarixi binanın fasad hissəsi “Bakı Abadlıq” MMC tərəfindən təmir olunur. 4-6 ünvanda səkilərə tamet daşları döşənməsi işləri aparılmışdır. Paralel olaraq “keçmiş səhiyyə nazirliyinin binası”nın qarşısına da tamet daşları döşənməsi işləri aparılmışdır.

Dilarə Əliyeva, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşən parkda dahi bəstəkar Tofiq Quliyevin  abidəsinin açılışına son tamamlama işləri aparılır.

İnzibati ərazidə yerləşən Nizami küçəsi 81 ünvanda “Bakı Abadlıq” MMC tərəfindən binanın blok hissəsi, Bülbül prospekti 39 ünvanda yerləşən binanın dam hissəsi  isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunmuşdur.

Pilot layihələr  çərçivəsində “Pilot İnşaat-A” MMC,  “Malibo” MMC, “Yeni Ailə” MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən işlər davam etdirilir.

Mərdanov Qardaşları 20 ünvanda yerləşən tarixi binanın fasad hissəsinə obyekt sahibi tərəfindən qanunsuz olaraq reklam lövhəsi vuruluraq binanın görkəmi dəyişdirilmişdir. Tarixi binaya müdaxilə hallarının qarşısının alınması məqsədilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən binanın fasad hissəsinə quraşdırılmış reklam lövhəsi sökülərək protokol tərtib olunmuşdur. Həmçinin Azaqlıq prospekti 22 ünvanda da yerləşən tarixi binanın fasad hissəsinə obyekt sahibləri tərəfindən qanunsuz olaraq reklam lövhələri vurulmuş, nəticədə binanın görkəmi dəyişdirilmişdir. Tarixi binaya müdaxilə hallarının qarşısının alınması məqsədilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən binanın fasad hissəsinə quraşdırılmış reklam lövhələri sökülərək protokol tərtib olunmuş və obyekt sahibləri ilə maarifləndirici söhbət aparılmışdır.

Vətəndaşların problemlərinin operativ dinlənilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın qorunub saxlanılması məqsədilə rayon İcra Hakimiyyəti Başçısı rayon ərazisində, o cümlədən inzibati ərazidə yerləşən “Winter Park” oteldə, 8 saylı məktəbdə, “World Bizness” mərkəzində, “ Central Park” oteldə, 44 saylı məktəbdə, 46 saylı məktəbdə səyyar qəbullar keçirmişdir. Keçirilən görüşlərdə vətəndaşları narahat edən məsələlər, problemlər dinlənilmiş, onların həlli istiqamətində rayon icra başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilmişdir.

Novruz bayramı münasibəti ilə 1 saylı orta məktəbdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qarabağ müharibəsi  qazilərinində iştirak etdiyi tədbirdə nümayəndəliyin əməkdaşları tədbirin keçirilməsində fəal iştirak etmişdir. Tədbirdən sonra şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılmışdır.

Xalqımızın müqəddəs bayramlarından olan Ramazan bayramı münasibəti ilə Nəsimi rayonunda yaşayan sakinlərin, eləcədə şəhid ailələri və müharibə iştirakçılarınında iştirak etdiyi iftar süfrəsində nümayəndəliyin əməkdaşları yaxından iştirak etmişdir.

Bu ilin yanvar ayından başlayaraq ev təsərrüfatları kitablarının uçotunun dəqiqləşdirilib həmin məlumatların dövlət statistika komitəsinin elektron informasiya sisteminə ötürülməsi iyun ayında da davam etdirilmişdir.

Hər həftənin şənbə günləri nümayəndəliyin ərazisində rayon MKTB-nin əməkdaşları tərəfindən iməcilik işləri aparılaraq park və meydançaların, istirahət yerlərinin, səkilərin, o cümlədən zibil konteynerlərinin ətrafının təmizlənməsi işləri görülmüşdür.

İyul ayının 9-u  müqəddəs Qurban bayramı münasibətilə inzibati ərazidə yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ərzaq payları nümayəndəliyin əməkdaşları tərəfindən paylanılmışdır.

İlin əvvəlindən başlayaraq ev təsərrüfatları kitablarının uçotunun dəqiqləşdirilib həmin məlumatların dövlət statistika komitəsinin elektron informasiya sisteminə ötürülməsi iyul ayında da davam etdirilmişdir.

44 günlük vətən müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz bərpası üçün öz canlarından keçmiş qəhrəman oğullarımızın doğum günlərində məzarları rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə ziyarət olunmuşdur.

22 Avqust  rayon İcra Hakimiyyətinin binasında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun  növbəti iclası keçirilmişdir. İclasda nümayəndəlik üzrə komissiyanın üzvlərinində iştiraki ilə  qarşıda duran məsələlər müzakirə olunmuşdur.

Küçə ticarətinin qarşısının alınması məqsədi ilə 23 Oktyabr tarixində rayon İcra Hakimiyyətinin, nümayəndəliyin, rayon MKTB-nin, 17 saylı MKİS-in və rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Mirəli Qaşqay küçəsi boyunca reyd keçirilmişdir.  Keçirilən reyddə nümayəndəliyin əməkdaşları küçə ticarətinin qarşısının alınmasında fəal istirak etmiş, eyni zamanda sahibkarlarla proflaktiki söhbətlər aparılmışdır.

Oktyabr ayının 25-i rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq agentliyi ilə birgə “əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi” tədbirində inzibati ərazidə fəaliyyət göstərən sahibkarlar  tərəfimizdən dəvət olunaraq keçirilən tədbirdə iştirak edilmişdir.

Payız-qış mövsümünə hazırlıq məqsədilə rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən geniş müşavirədə iştirak edilmiş, rayon başçısı tərəfindən verilən tapşırıqların vaxtında həlli istiqamətində müvafiq işlərin görülməsi  təmin olunmuşdur.

“Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə monitorinq qrupunun rayon İcra Hakimiyyətinin binasında növbəti iclası keçirilmişdir. İclasda nümayəndəlik üzrə komissiyanın üzvlərinində iştiraki ilə  ümumilikdə görülən işlər müzakirə olunmuşdur.

Nümayəndəliyin 2022-ci ildə fəaliyyətinə Bakı şəhər Baş Maliyyə İdarəsi tərəfindən 114388,0 manat büdcə vəsaiti nəzərdə tutulmuş, bu vəsaitin 82300,0 manatı ştatda olan işçilərin əmək haqqına, 18517,0 manatı Məcburi Dövlət Sosial Sığorta haqqlarına, 600,0 manatı dəftərxana və təsərrüfat xərclərinə, 1647,0 manatı icbari tibbi sığortaya, 332,0 manatı telefon, internet xərclərinə, 3200,0 manatı yanacağa, 7061,0 manatı icarəyə,231,0 manatı bank xidmətlərinə, 500,0 manatı digər malların alınmasına xərclənmişdir.  

İl  ərzində də  vətəndaşların müraciətləri daima nümayəndəlik tərəfindən nəzarətdə saxlanılmış, RİH Başçısının səyyar görüşlərində,keçirilən qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi və müvafiq izahatların verilməsi təmin olunmuşdur.

2022-ci ildə 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə dövlət qurumlarından 51 məktub, vətəndaşlardan isə 134 ərizə daxil olmuş və araşdırılaraq tərəfimizdən cavablandırılmışdır.

2022-ci ildə  dövlət büdcəsinin  Nəsimi rayonu üzrə  yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının  xərclərini tənzimləmək  üçün  8 milyon 993 min 967 manat   vəsait  proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 8 milyon 859  min  062  manat  yəni 98.5% vəsait  xərclənmişdir.  Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 1 milyon 480 min 507 manat təyinata qarşı 1 milyon 451  min 581 manat,   kommunal təsərrüfatı xərcləri  7 milyon 228 min  248 manat  təyinata qarşı 7 milyon 122 min 988 manat,   əsas bölmələrə aid edilməyən xidmətlər xərcləri üzrə 283  min 212 manat təyinata qarşı  282 min 493  manat icra olunmuşdur.

Rayon İcra Hakimiyyəti  Başçısı Aparatı üzrə 2022-ci ildə əmək haqqına  735000 manat maliyyə vəsaiti ayrılmış 734833 manat xərclənmiş, Məcburi dövlət siğortasına 178200 manat ayrılmış, 175775 manat xarclənmiş, Dəftərxana xərcinə 5000 manat ayrılmış 4600 manat xərclənmiş, yanacaq və sürtgü yağlarına 16000 manat ayrılmış 15396 manat xərclənmiş, elektrik xərclərinə 13100 manat ayrılmış 13100 manat xərclənmiş, Qaz təchizatına  4200 manat ayrılmış 4200 manat xərclənmiş, telefon xərclərinə 3729 manat ayrılmış 3728 manat xərclənmiş, poçt xidmətlərinə 350 manat ayrılmış 350 manat xərclənmiş, internet haqqı üçün 4820 manat ayrılmış 4700 manat xərclənmiş, hərbi qulluqçuların kirayə haqqları üçün 282100 manat ayrılmış 282094 manat xərclənmiş, Mühafizə haqqı üçün 72472 manat ayrılmış 72469 manat xərclənmişdir.

2022-ci ildə rayon ərazisində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların  istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması,  yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilməsi üçün aidiyyati poliqonlara daşınması istiqamətində ardıcıl işlər görülmüşdür. İl ərzində MKTB tərəfindən yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

Rayon ərazisində A.Məhərrəmov küçəsi 42, 20 Yanvar küçəsi 29, A.Məhərrəmov küçəsi 60, A.Məhərrəmov küçəsi 33, H.Seyidzadə küçəsi 18, A.Mustafayev küçəsi 41, H.B.Əliyev küçəsi 3, 5, 7, A.Zamanov küçəsi, Moslva pr. 90, A.Məhərrəmov küçıəsi 45 saylı ünvanlarda məhəllələrə 10000 kv.m yeni asfalt örtüyü vurulmuşdur. Rayon ərazisində məhəllədaxili yollara 30000 kv.m, mərkəzi küçə və prospektlırin əsaslı təmiri  50266 kv.m., orta təmirə 22386 kv.m asfalt örtüyü vurulmuşdur.

S.Əsgərova küçəsində yağış sularının axıdılması üçün yeni yağış kürəbənd  xətti çəkilmiş və mövcud problem aradan qaldırılmışdır.

Rayon ərazisində ümumi yaşayış binlarının girişlərində 75 ədəd qapı, 300 ədəd pəncərə yenilənmişdir.

Rayon ərazisində səkilərə 1760 kv.m tabmet daşları döşənmişdir. “Abad Həyət” və məhəllələrdə isə 5000 kv.m tamet döşənmüşdür. Rayon ərazisində 10 ünvanda küçələrin işıqlandırma işləri aparılır. Rayon ərazisində il ərzində ümumilikdə 5000 ədəd ağac əkilmiş, 90000 ədəd ağaclara aqrotxniki qaydada qulluq göstərilmiş, 40000 ədəd mövsümi çiçəkər əkilmişdir.  

Rayon ərazisində müxtəlif ünvanlarda avtobus dayanacaqları, metro çıxışları və əhalinin daha sıx hərəkət etdiyi səkilərə 700 ədəd yeni kiçiktutumlu zibil qabları qoyulmuş, 100 ədəd iritutumlu konteyner alınaraq ehtiyacı olan ünvanlara yerləşdirilmişdir.  Rayon əraszisində 6 ünvanda liftlər yenisi ilə əvəz olunmuşdur.

2022-ci ilin payız-qış mövsümünə hazırlıq dövründə MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 150 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

Belə ki, aprel-may aylarında binalara “yaz baxışı” keçirilmiş, tədbirlər planı işlənib hazırlanıb təsdiq edilmiş və 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq işlərinə başlanmışdır.

MKTB-nin qarşısında duran əsas vəzifələrdən biri rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır. Ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır.

Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.

MKTB-nın  balansında olan binalarda yaşayan əhalinin, eləcə də rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının toplanması üçün 356 ünvanda  zibil meydançası vardır. Həmin meydançalar  810 ədəd xüsusi konteyner təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər vaxtaşırı olaraq yeniləri ilə əvəz olunur. Bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına gündəlik nəzarət təşkil edilmişdir.

MKTB-də işləyən işçilərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıran bütün tədbirlər həyata keçirilmişdir. Onlara əmək alətləri və iş paltarlarının verilməsi əmək haqlarının vaxtında ödənilməsi təmin edilmişdir.

“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində olan 22 məhəllədaxili, 2 modul,1 ədəd RİQ,16 ədəd istilik məntəqəsi. 2021-2022-ci il payız-qış mövsümü ərzində 216 yaşayış binası , 5 səhiyyə , 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunmuşdur. 1 saylı İSİS-in ərazisində 15 aprel 2022-ci il  tarixindən 2021-2022-ci il payız qış mövsümünün bitməsi ilə əlaqədar bütün qazanxana və istilik məntəqələrində hidravliki sınaqlar aparılmış, aşkarlanan qüsurlar tədbirlər planına salınaraq təmir bərpa işlərinə başlanılmışdır.

  • aprel 2022 ci il tarixindən 1 saylı İSİS-in ərazisində aşağıdakı işlər görülmüşdür: 85 saylı qazanxanada KSQJ 40 tipli qazanda təmir işləri aparılmış, qazan su ilə doldurularaq yoxlanılmış və yerinə quraşdırılmışdır.  500 və 501 saylı qazanxanalarda düz axımlı su-su qızdırıcılar açılaraq təmizlənmiş, aşkarlanan qüsurlar təmir olunaraq bağlanmış və su ilə duolurularaq yoxlanılmışdır. Qazanxanalar növbəti payız qış mövsününə tam hazır vəziyyətdədir. Bütün qazanxanalarda  qoruyucu və qollu qoruyucu klapanlar, manometrlər sökülərək NÖC və A xidmətinə aparılmış, nizamlandıqdan sonra qazanxanalarda yerlərinə quraşdırılmışdır. Həmçinin NÖC və A Xidməti, Qaz təsərrüfatı xidmətləri tərəfindən qazanxanalarda, xidmətlərə aid olan avadanlıqlarda, təftiş təmir işləri aparılmışdır. 232,139,366, saylı qazanxanalarda  3 ədəd d=50 mm STV su sayğacı yenisi ilə əvəz olunmamışdır. 90 və 138 saylı qazanxanalarda genişlənmə çənləri membranları dəyişdirilmişdir. Bütün qazanxanalarda Elektrik təsərrüfatı tərəfindən elektrik avadanlıqlarında təftiş təmir işləri yerinə yetirilmişdir. 156 saylı qazanxanada 1 ədəd dövriyyə, 1 ədəd məişət su nasosunun, M 18/46 saylı qazanxanada 1 ədəd bəsləyici su nasosu, 90 saylı qazanxanada 2 ədəd reserkulyasiya nasosunun diyircəkli yastıqları və fibraları,RİQ-1 saylı qazanxanada 1 saylı şəbəkə mühərrikinin diyircəkli yastıqları aidiyyatı üzrə ETX və MTX tərəfindən  təmir olunaraq yerinə quraşdırılmışdır. RİQ-1 saylı qazanxanada 5 ədəd havavuranların elektrik mühərrikləri ETX tərəfindən təmir olunmuşdur. Hidravliki sınaq zamanı aşkarlanan və tədbirlər planında nəzərdə tutulmuş  ünvanlarda, o cümlədən  Mirəli Qaşqay 24 ünvanında d.114mm  L=44 metr, Süleyman Rüstəm,41 ünvanında d.89mm  L=22 metr,  Asif Məhərrəmov küçəsi, 34 ünvanında d.89mm  L=3 metr, Mir Cəlal küçəsi,54 ünvanında d.57mm  L=4.5 metr, Ə.İsgəndərov küçəsi,9 ünvanında d.89mm  L=25 metr,  Cavadxan küçəsi,28 ünvanında d.76mm  L=25 metr,  RİQ-1  II magistral istilik xəttində d. 630mm  L=3.5 metr əsaslı və ya cari təmir işləri aparılmışdır. Mir Cəlal 60 ünvanında d.159 mm L=60 metr olan istilik xətti üzərində təmir işləri görülüb.199 saylı qazanxanadan Sarabski,21 ünvanına gedən d.89 mm L=30 metr istilik xətti yenisi ilə əvəz olunub. 90 saylı qazanxanadan d=133 mm L=110 metr, d=114 mm L=200 metr, d=108 mm L=150 metr Bakıxanov 42 ünvanına gedən   681 p/m boru dəyişdirilmişdir. Bu işlərlə yanaşı, Mir Cəlal,54; Asif Məhərrəmov,23 və 40; Cavadxan,7 və 62; H.Seyidzadə,2a; Moskva prospekti 52 və 54; Azər Əliyev,7 aşağı paylama istilik xətlərində cari  təmir işləri aparılmışdır. İMA və Su hazırlığı xidməti tərəfindən qazanxanalarda suyumuşaldıcı qurğular təftiş olunmuş, RİQ-1-də payız qış mövsümünə hazırlıqla əlaqədar  olaraq d.630 mm 1 ədəd, d.150mm 3 ədəd, d.100mm 2 ədəd, d.50mm 6 ədəd, d.80mm 3 ədəd siyirtmə əsaslı və cari təmir olunmuşdur.  Bu işlərlə yanaşı RİQ-1 saylı qazanxanada PTVM-50 tipli 2 və 3 saylı qazanların ekran boruları çıxarılaraq yenisi ilə əvəz edilmişdir . Ümumilikdə hər iki qazanda  476 p/m polad boru dəyişdirilmişdir. H.Seyidzadə,18,24,26,28,30; H.B.Əliyev,6; Cavadxan,36,38 saylı ünvanlarda müxtəlif diametrli siyirtmələr təftiş və təmir olunmuşdur. Təmir bərpa işləri yekunlaşdıqdan sonra 1 saylı İSİS-in ərazisində olan bütün qazanxanalar qəbul komissiyasına təhvil verilmişdir.  Hal-hazırda 1 saylı İSİS-in ərazisində RİQ-1 daxil olmaqla 25 ədəd məhəllə daxili qazanxana, 216 yaşayış binası, 5 səhiyyə, 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekti istilik enerjisi ilə təmin edir.

2022-ci il ərzində  Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji  təchizatının təmin olunması məqsədi ilə “Azərişıq” ASC tərəfindən aşağıdakı işlər görülmüşdür. 2022-ci ilin 12 ayı ərzində Tədbirlər planına uyğun olaraq Nəsimi RETSİ-nin xidməti ərazisində cari təmir işləri görülmüşdür. Laboratoriya Mərkəzinin kabel ve avadanlıqların test-sınaq şöbəsi tərəfinden transformator və avadanlıqlar sınağı yerinə yetirilimişdir. 110/35/10 kV-luq 86,87,96,99,100,111,117,1910, Dağlıq, Dostluq yarımstansiyalarında və TM-də PPR grafikinə əsasən temir, təftiş işləri aparılıb. Təftiş zamanı transformatorların, avadanlıqların və kabel xətlərinin mühafizələri yoxlanılıb sınaq olunub, kontur torpaqlamalar yoxlanilib. Y/S-Dağlıqda 110/35/10 kV-luq 1 və 2 saylı 40MVA transformatorlarda yağ sızmasının qarşısı alınmış və 110 kV-luq girimlərə yağ əlavə olunmuşdur. 35/10/6 kV-luq Y/S-111 də 25MVA 3 və 4 saylı transformatorlarda yağ sızmasının qarşısı alınmışdır. 35/10 kV-luq Y/S-100 de 10 MVA TrNo1 ve Tr№ 2 de yağ sızmasının qarşısı alınmışdır. 35/6 kV-luq Y/S-96 da 35 kV-luq keçid izolyatoru dəyişdirilmiş, Tr№21 20 MVA-nın yuvasında 110 kV-luq DağlıqNe1,2 və Xocǝhəsən budaqlanmasında sınan izolyatorlar dəyişdirilmiş və ildəklər təftiş olunmuşdur. Y/S-Dağlıqda akkumlyatorlar istismar vaxtını başa vurduğu üçün 110V sabit cərəyan dövrəsində 9 ədəd 12V-luq və Y/S-Dağlıqda operativ emeliyyat cərəyanı 220 V 18 ədəd akkumlyatorlar yenisi ilə əvəz olunmuşdur. Y/S-Dağlıqda 35 kV-luq 88N°2 kabel xəttinin dövrə şin ayırıcısı yenisi ilə əvəz edilmişdir. 110 kV-luq Dağlıq Xocəhəsən budaqlanmasında 1 ǝded anker dayaq quraşdırılıb, rənglənib və dövrəyə qoşulmuşdur. TM-lərdə qızma nəticəsində yararsız olan 32 ədəd 250, 400 A-lik ayırıcı dəyişdirilmişdir. 10 kV-luq KTM 721-358 hava xəttində 16 ədəd dəmir dayaq və 0,4 kV-luq ÖIN (SIP) hava xətlərində 412 ədəd dayaq renglənmiş və toxunan ağaclar budanmışdır.  6 KV-luq TM 240-532 kabel xəttinin istismara yararsız L=3x180 metr yenisi ilə əvəz olunmuşdur. Rayon üzrə 0,4 kV-luq ÖIN (SIP) hava xətlərinə mütəmadi baxışlar keçirilir, cari təmir  işləri aparılıb və toxunan ağaclar budanmışdır. PPR qrafikinə əsasən 186 ədǝd TM və KTM də  təftiş işləri aparılıb. Təftiş zamanı transformatorların, avadanlıqların və kabel xətlərinin mühafizələri yoxlanılıb sınaq olunub, kontur torpaqlamalar yoxlanılıb, bütün bolt birləşmələri sıxıbıb, ətrafı alaq otlardan və tullantılardan təmizlənib. Gərginliyin düşməsi ilə bağlı TM-332N22 de 560 kva güc transformatoru 630 kva ilə, TM-86N°1 1600 kva güc transformatoru 2500 kva ilə. TM-1461 Nº1 160 kva güc transformatoru 1000 kva ile, 630 kva güc transformatoru 1000 kva ilə. TM-68 N°1,2 2x1600 kva güc transformatoru 2x2500 kva ilə əvəz olunmuşdur. Mövsümə və yukə uyğun olaraq 15-20 ədəd transformatorlarda gərginlik çevirəcək vasitəsilə tənzimlənmişdir.  175 saylı TM-dən güc keçmədiyi üçün əlavə olaraq 1000 kva gücündə KTM quraşdırılıb. KTM 183 ləğv edilib yeni TM tikilmiş, 2 ədəd 1600 kva gücünde transformator qoyulmuş, 357 saylı transformator məntəqəsindən L=350 metr XLPE 1x185 markalı kabel xətti ilə əlaqələndirilmişdir. İməclik işləri ilə əlaqədar 44 ədəd TM-in ətrafı, PQ otaqları təmizlənmiş, fasadında və PQ otaqlarında qopmuş hissələr bərpa olunmuş və yenidən rənglənmiş, damı ve su navalçaları təmizlənmiş, qapıları yenidən rənglənib, dispeçer yazıları yenilənmişdir. Payız-qış qrafikinə əsasən TM və KTM-lərdən qidalanan binaların giriş, paylayıcı və sayğac şitleri temir olunmuşdur. Y/S-96 da yuva 86Nº3 vakkum açarı quraşdırılmışdır.

Ağıllı şəbəkənin yaradılması ilə əlaqədar abonentlere SMS tipli sayğacların quraşdırılması zamanı -6 ədəd - 8 dayğacli SMS tipli pano.1 ədəd 10 sayğaclı pano, 50 ədəd dəmir pano (sayğac qutusu) 1000x800x300) 738 ədəd tək sayğaclı pano və 26922 metr müxtelif markalı kabel xəttləri istifadə olunmuşdur.

ASAN Xidmətdən verilmiş texniki şərtlərə əsasən əhali və qeyri əhali abonentler elektrik enerjisi ile təchiz olunmuş -415 ədəd teksayğaclı qutu, 810 metr 10 kv-luq kabel xətti ve 11196 metr 0,4 kv-luq müxtəlif markalı kabeller istifade olunmuşdur.

Nəsimi rayon Yaşıllaşdırma Sahəsi tərəfindən 2022-ci il ərzində rayon ərazisində  udama işlri aparılmış, küçə və parklarda quru və qəzalı ağaclar götürülərək 300 ədəd müxtəlif növ yeni tinglər əkilmişdir.  Ərazilərə 9500 kv.m. qazon döşənmiş, 4500 kv.m sahəyə qazon toxumu səpilmiş,  800 ədəd ağac əkilmiş, küçə və parklara 90000 ədəd müxtəlif növ mövsümi güllər, 2500 ədəd dekorativ kol  və kol bitkisi əkilmişdir.       

"Azərsu" ASC Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən görülən işlər çərçivəsində Su və kanalizasiya xidmətləri üzrə abonentlərin ümumi sayı 79563 nəfər: o cümlədən: -əhali sektoru üzrə- 72245 abonent, qeyri- əhali sektoru üzrə -7258 abonent təşkil edir.

Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 93.6%-i fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 6.4 % əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 6 (altı) saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir. 79563 abonentin 71728-i su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı 90% təşkil edir. 2022-ci il ərzində abonentlərə 12 590 067.0 m³ həcmində su satılmış, 17 443 304 manat ödəniş olunmuş, plan-proqnoz üzrə yığım faizi 101.4% olmuşdur.

Magistral və məhəlladaxili su kəmərlərində 8534 ünvanda, kanalizasiya şəbəkələrinda ise 9323 ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır. Ümumi uzunluğu 3212.0 pm olan müxtəlif diametrli yeni su xətləri çəkilmiş və təmir olunmuşdur. Müxtəlif diametrli 2 ədəd yeni siyirtmə quraşdırılmış,14 ədəd siyirtmə dəyişdirilərək istismara verilmiş, 128 ədəd siyirtmə təmir olunmuşdur. 2440,0 p/m müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək, yenisi ilə əvəz olunmuş və ya təmir olunmuşdur. 2022-ci ilin 12 ayı ərzində 56042.0 p/m-dən çox fekal kanalizasiya şəbəkəsi, 48836.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 690 ədəd yağış barmaqlıqları, 4523 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 17 ədəd yağış barmaqlığı təmir olunub, 34 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmış və ya dəyişdirilmişdir.

 Tikinti təşkilatı tərəfindən Mir Cəlal küçəsi 6, 8 ,N.Vəzirov küçəsi 10 saylı ünvanlarda yerləşən 5 mərtəbəli yaşayış binalarinın sayğacları pilləkən qəfəsinə çıxarılmış və 300 ədəd yeni su sayğacı quraşdırılmışdır.

Məhəllədaxili nasos stansiyalarinda 2022-ci il ərzində müxtəlif gücə malik elektrik müherriki 12 ədəd əsəslı, 146 ədəd cari, müxtəlif markali su nasosu 20 ədəd əsəslı, 153 ədəd isə cari təmir olunaraq istismara verilmişdir. Balansda olan 82 ədəd məhəllədaxili nasos stansiyasindan hal hazırda 40 ədədi fəaliyyət göstərir. 12 ünvanda 77.5 metr müxtelif en kesikli kabel dəyişdirilmiş, 13 ünvanda nasosxana binasında 250 m2 abadlıq-təmir işləri aparılmışdır. Məhəllədaxili nasosxanalarda 15 ünvanda elektrik idarəetmə lövhələri yenilənmiş, 2 ünvanda ümumi həcmi 900 m3 olan su anbari yuyulub zərərsizləşdirilmişdir.

Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş,  bu  məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə tədbirlər həyata keçirilmişdir.

Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş “20 Yanvar faciəsi” şəhidlərinin keçdiyi şərəfli yolun gənclərə çatdırılması, istedadlı gənclərin aşkara çıxarılması və onlara öz qabiliyyətlərini nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədilə 14-17.01.2022-ci il tarixlərdə İdarə tərəfindən rayon orta ümumtəhsil məktəblərinin şagirdləri​ arasında “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı onlayn rəsm müsabiqəsi keçirilmiş, 19.01.2022-ci il tarixdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri​nin iştirakı ilə  “20 Yanvar Faciəsi” nin 32-ci ildönümü ilə əlaqədar Anım günü tədbiri keçirilmişdir. 20.01.2022-ci il tarixdə “20 Yanvar Faciəsi” nin 32-ci ildönümü ilə əlaqədar bir qrup rayon gəncinin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarət təşkil olunmuşdur.

Xocalı soqırımının 30-cu ildönümü ilə əlaqədar 17-21.02.2022-ci il tarixlərdə "Xocalı soyqırımını unutma!" mövzusunda inşa yazı və onlayn rəsm müsabiqələri, 23.02.2022-ci il tarixdə 46 saylı orta məktəbdə rayon orta ümumtəhsil məktəbliləri arasnda “Mahir nişançı” adlı güllə atıcılığı turniri, 23.02.2022-ci il tarixdə 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində, 25.02.2022-ci il tarixdə Azərbaycan Universitetində anım tədbirləri keçirimişdir.

31 Mart – Azərbaycanlıların Soyqırımının 104-cü ildönümü ilə əlaqədar 30.03.2022-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə rayon gənclərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyinə ekskursiya təşkil olunmuş, 31.03.2022-ci il tarixdə isə Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə “31  Mart- Bəşəriyyətə qarşı tarixi cinayət “ adlı anım tədbiri keçirilmişdir.

Novruz bayramı ilə əlaqədar 10-15.03.2022-ci il tarixlərdə 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində rayon məktəbliləri arasında “Yurdumuza bahar gəlir” mövzusunda rəsm müsabiqəsi, 16.03.2022-ci il tarixdə isə Nəsimi Rayon İcra Hakimiyyəti və  2 saylı Uşaq- Gənclər İnkişaf Mərkəzi ilə birgə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında eyni adlı ədəbi-bədii tədbir, 18.03.2022-ci il Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Könüllüləri Təşkilatı” ilə birgə  “Poliqon” Strateji İntellekt Oyunu keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə 23-24.04.2022-ci il tarixlərdə Azərbaycan Dillər Universitetində tələbələr arasında debat turniri, 25-29.04.2022-ci il tarixlərdə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa yazı müsabiqəsi, 07.05.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetində Nə? Harada? Nə zaman?​ intellektual oyunu keçirilmişdir.

18.05.2022-ci il tarixdə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Nəsimi rayon məktəblilərinin Milli Azərbaycan tarixi muzeyinə ekskursiyası təşkil olunmuşdur.

27 sentyabr – Anım Günü ilə əlaqədar 25.08.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Zabitlər bağında ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu, 15-26.09.2022-ci il tarixlərdə isə rayon məktəbliləri arasında “Qarabağ Azərbaycandır! – İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

08 noyabr – Zəfər Günü münasibətilə 04.11.2022-ci il tarixdə Azərbaycan Universitetində “Zəfər müjdəçiləri” adlı tədbir, 10.11.2022-ci il tarixdə isə bir qrup gəncin Hərbi Qənimətlər Parkına, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 08.12.2022- ci il tarixdə isə bir qrup rayon gəncinin DTX-nin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun  keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

22.04.2022-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində rayon məktəbliləri arasında “Şahin” hərbi-idman oyunları üzrə Nəsimi rayon birinciliyi, 29.04.2022-ci il tarixdə isə Nəsimi Rayon İcra Hakimiyyətində “Şahin” hərbi-idman oyunları üzrə Nəsimi rayon birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası qalib gələrək Bakı şəhəri üzrə zona birinciliyində rayonu təmsil etmək hüququ qazanmışdır.

Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması və onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “02 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” 01.02.1997-ci il tarixli 475 saylı sərəncamına uyğun olaraq “2 Fevral-Azərbaycan Gəncləri günü” münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəs ilə birgə 28.01.2022-ci il tarixdə Tibb Universitetində  “Azərbaycan Gəncləri günü 25” adlı toplantı, 30.01.2022-ci il tarixdə “Baku Mall” Ticarət Mərkəzində tələbələr arasında boulinq turniri, 02.02.2022-ci il tarixdə Azərbaycan Tibb Universitetində  ATU THİK və “Consensus İnellectual Center”lə birgə tələbələri arasında 02 Fevral Gənclər Gününə həsr olunmuş “Nə?, Harada? Nə zaman?” intellektual oyunu, 02.02.2022-ci il tarixdə isə Nəsimi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti ilə birgə 02 Fevral Gənclər Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə  tədbirlər keçirilmişdir.

240 saylı tam orta məktəbdə 17-18.01.2022-ci il tarixlərdə rayon məktəbliləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri, 02 Fevral – Gənclər Günü münasibətilə 31.01.2022-ci il tarixdə 240 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında, 02.02.2022-ci il tarixdə isə Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə ali təhsil müəssisələrinin tələbələri arasında  stolüstü tennis turnirləri, 24.02.2022-ci il tarixdə 46 saylı tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümnə həsr olunmuş Nəsimi rayon məktəbliləri arasında stritbol turniri, 05 Mart - Bədən Tərbiyəsi  və İdman günü münasibətilə 21.02-03.03.2022-ci il tarixlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin idman klubunda “UNEC könüllüləri” arasında “VOLUNTEER CUP” voleybol turniri, 01-03.03.2022-ci il tarixlərdə Azfar MMC-nin stadionuda rayon məktəbliləri arasında mini futbol turniri, 05-06.03.2022-ci il tarixlərdə ATU-nin idman klubunda  05 Mart Bədən 08 noyabr – Zəfər Günün ilə əlaqədar 28.10.2022-ci il tarixdə 4 nömrəli İOEUGŞİM- də məktəblilər arasında şahmat turniri, ATU-nin Tədris İdman Kompleksində 31.10.2022-ci il tarixdə tələbələr arasında badminton, 01.11.2022-ci il tarixdə futzal, 02.11.2022-ci il tarixdə stolüstü tennis, 03.11.2022-ci il tarixdə voleybol (qızlar), 04-05.11.2022-ci il tarixdə voleybol (oğlanlar) turnirləri, 19.11.2022-ci il tarixdə isə hərbi-idman yarışları keçirilmişdir. 28.11-01.12.2022-ci il tarixdə rayon məktəbliləri arasında Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş voleybol (qızlar) turniri keçirilmişdir.

ATU Tədris İdman Kompleksində universitetin tələbələri arasında 09.12.2022-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş stritbol turniri, 13-23.12.2022-ci il tarixlərdə isə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futzal turniri keçirilmişdir. Tərbiyəsi  və İdman gününə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında müxtəlif idman yarışları  (şahmat, stolüstü tennis, futzal, badminton), 17-18.03.2022-ci il tarixlərdə 46 saylı tam orta məktəbdə məktəblilər arsasında Novruz bayramına həsr olunmuş basketbol turniri, 02-17.04.2022-ci il tarixlərdə Azfar MMC-nin stadionunda tələbələr arasında Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol turniri,  ASAN könüllüləri arasında 07.04.2022-ci il tarixdə “Təbib” İdman klubunda 6 Aprel – Beynəlxalq İdman Gününə həsr olunmuş stolüstü tennis​ turniri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə 05.05.2022-ci il tarixdə isə badminton  turniri, 09-10.05.2022-ci il tarixlərdə Azfar MMC-nin stadionunda ali təhsil müəssisələrinin tələbələri arasında mini futbol turniri, 28-31.05.2022-ci il tarixlərdə “Təbib” İdman Klubunda ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər festivalı" adlı müxtəlif idman yarışları (badminton, şahmat, stritbol, futzal, voleybol (qızlar),  voleybol (oğlanlar), stolüstü tennis), 09-10.06.2022-ci il tarixlərdə Azfar MMC-nin stadionunda Nəsimi rayon məktəbliləri arasında futbol üzrə “Coca-Cola məktəbli kuboku” turniri, 25.06.2022-ci il tarixdə isə 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində ASAN könüllüləri arasında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş Şahmat turniri, 12.08.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda Vətən müharibəsi qaziləri arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş stolüstü oyunlar (nərd, dama, şahmat), 26-28.09.2022-ci il tarixlərdə 4-cü mkr. ərazisində yerləşən stadionda rayon məktəbliləri arasında 27 sentyabr – Anım Gününə həsr olunmuş mini futbol turniri keçirilmişdir.

Ümumilikdə 2022-ci ilin yanvar-dekabr ayları ərzində gənclər sahəsi üzrə keçirilən 53 tədbirdə 5387 nəfər yeniyetmə və gəncin iştirakı, bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 28 tədbirdə 3042 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.

Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul, oktyabr  aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar  RİH Başçısının   sərəncamları  ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.

Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.

Nəsimi rayon İcra Hakimiyyətində  “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparmışdır.

Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiya özünün 21 iclasını keçirmiş və bu iclaslarda azyaşlıların hüquq və mənafeləri ilə bağlı ümumilikdə 115 məsələyə baxılmışdır. Komissiyada baxılan uşaqlarla ünsiyyət tələbinə dair işlər ilə əlaqədar olaraq komissiya üzvləri tərəfindən hər iki tərəfə izah edilmişdir ki, qanunvericiliyə uyğun olaraq birgə yaşayıb yaşamalarından asılı olmayaraq  valideynlər uşaqlarına qarşı münasibətdə tam bərabər hüquqludurlar  və əgər  bir valideyn digərinə öz uşagı ilə görüşüb ünsiyyətdə olmasına problemlər yaradırsa bu digər valideynin hüquqlarını pozmaqla yanaşı həm də bir başa uşaqların da hüquqlarını pozur. Belə ki, valideynlərin olduğu kimi uşaqların özlərinin də valideynləri ilə görüşüb ünsiyyətdə olmaq hüquqları vardır. Məhz bu səbəbdən də baxılan məsələlərdə valideynlərin öz uşaqları ilə görüşmələrinə maneə ola biləcək hər hansı bir səbəb aşkar olunmadığına görə komissiya tərəfindən müsbət rəylər verilmişdir.

YYÇ-ların İHM üzrə Komissiya rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şurasının YYÇ PİTB-nin bölməsi ilə birgə uşaq əməyinın istismarının qarşısının alınması, uşaq əməyindən qanunvericiliyin tələbləri pozulmaqla istifadə olunması, uşaqların əmək şəraiti ağır və zərərli olan, həmçinin onların həyatına, sağlamlığına va mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmalarının qarşısını almaq məqsədi ilə 27 reyd təşkil olunmuşdur.

“YYÇ-ların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiya” ailə üzvləri tərəfindən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməsi, onların istismarı, mənəviyyatının alçaldılması və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində fəaliyyətini gücləndirmişdir .

Hesabat dövrü ərzində RİH tərəfindən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”u cəmiyyətimizin ən müdafiəsiz üzvlərinə - uşaqlara və yeniyetmələrə - qarşı zorakılığın fəlakətli təsirə malik olduğunu və bir sıra müxtəlif sosial problemlərə gətirib çıxardığını nəzərə alaraq zorakılıq təhlükəsini azaltmaq məqsədi ilə ictimai mühitlərdə (məs. məktəblər, gənclərin toplaşdığı yerlər) risk faktorlarını azaltmaq üçün evdə, məktəbdə, iş yerində hər hansı zorakılıq halına məruz qaldıqları zaman monitorinq qrupuna müraciət etmələri tövsiyyə olunmuşdur.

Uşaqlara qarşı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsində rol oynayan çoxsaylı sektorların fəaliyyətlərini əlaqələndirmək üçün yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında müraciət edənlərin maarifləndirilməsi təmin edilmişdir.

Uşaq hüquqlarının qorunması, uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və vətənpərlik ruhunda formalaşması məqsədi ilə “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” ,  2 fevral-Gənclər günü,  "Xocalı soyqırımını unutma!" , Novruz Bayramı, “Yurdumuza bahar gəlir”, “Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” , 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü, 26 İyun- Silahlı Qüvvələr Günü , 26 iyun–Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü, "Qarabağ Azərbaycandır! - İşğaldan azad olunmuş torpaqlarımız", “Erkən nikahların qarşısının alınması üzrə yeniyetmələrin maarifləndirilməsi”, “ Gender zorakılığı və uşaqlara qarşı zorakılıq ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkil”, (və s.)adlı müvafiq tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir. 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Belə ki, Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonu N.Məmmədov adına 9 nömrəli tam orta məktəbdə “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda dəyirmi masa , 14 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları uşaqların gözündə” adlı təbliğat tədbiri , M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “ Uşaqların hüquq və vəzifələri” adlı tədbir, 35 nömrəli tam orta məktəbdə “Bizim hüquqlarımız” adlı dəyirmi masa, S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Bizim hüquqlarımız” adlı tədbir keçirilib. Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə və uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə   ətraflı məlumat vermişdir. 

Nəsimi rayonu 268 nömrəli Xüsusi Məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti bayram şənliyi keçirilib. Şəhid, Qarabağ müharibəsi veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına bayram sovqatları təqdim olunmuşdur .

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Bir olaq, birgə şənlənək” adlı, 2 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzinin “Qış nağılı” adlı musiqili-əyləncəli tamaşası, maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Tədbirdə iştirak edən valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişlər.

Həmçinin ölkəmizdə qələbəmiz ilə başa çatan Vətən müharibəsinə həsr olunmuş videoçarx müsabiqələri keçirilmiş, vətənpərvərlik mövzusunda debatlarda və şeir müsabiqələrində fərqlənmiş və xüsusi qabiliyyət göstərmiş uşaqlar hədiyyə və diplomlarla təltif olunmuşlar.

Ötən müddət ərzində Komissiya üzvləri Ombudsman Aparatının Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemlən üzrə Dövlət Komdosinın və Respublika Uşaq Təşkilatının birgə keçirdikləri uşaq hüquqlarına dair konfranslarda yaxından iştirak etmişlər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.

Rayon İcra Hakimiyyətinin “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə”  və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyaları 2022-ci ildə məqsədyönlü tədbirlər həyata keçirmişlər.

Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə və Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə Nəsimi rayon komissiyaları cari ilin ötən dövrü ərzində öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı və Dövlət Komissiyasının 2022-ci ilə dair “İş Planı”nı rəhbər tutaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2022-ci ilə dair “İş Planı”na müvafiq olaraq rayon komissiyasının 2022-ci il üçün iş planı təsdiq olunmuş (əlavə olunur), Dövlət Proqramının və “İş Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı rayon komissiyası tərəfindən 2022-ci ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.

11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetində keçirilmiş Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasının 10 nömrəli Protokolu ilə təsdiq edilmiş qərarın 12-ci bəndinin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən ötən müddət ərzində komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi istiqamətində aidiyyatı qurumlar ilə birgə bir sıra işlər görülmüşdür. 

“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyəti daha da gücləndirilmiş, komissiya tərəfindən cari ilin ötən dövrü ərzində rayonda fəaliyyət göstərən orta və ali təhsil müəssislərində yuxarı sinif şagirdlərinin və tələbələrin iştirakı ilə video konfranslar, dəyirmi masalar, seminar müşavirələr keçirilmiş, tədbirlərdə aidiyyəti qurumların, rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı təmin edilmişdir. Keçirilən tədbirlər Rayon İcra Hakimiyyətinin saytında və KİV-lərdə işıqlandırılmışdır.

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Respublika QİÇS-lə mübarizə mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin və dini icmaların nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin, həmçinin ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə ötən dövr ərzində 1,8,14,19,46,151,159,247 saylı tam orta məktəblərdə və ali təhsil müəssisələrində metodiki vəsaitlər paylanılaraq müxtəlif maarifləndirici tədbirlər keçirilib.

Bütün keçirilən tədbirlərdə iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

26 iyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində rayonda fəaliyyət göstərən 42 və 54  saylı tam orta məktəblərdə, Bakı İstanbul Liseyində “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda keçirilən tədbirlərdə məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, pedaqoji işçilərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Oktyabr ayında, Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Bakı Slavyan Universitetində “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Noyabr ayında  “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” adlı tədbirdə iştirak edilib.

Cari ilin noyabr ayının 30-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Respublika QİÇS-lə mübarizə mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə 9 saylı tam orta məktəbdə metodiki vəsait paylanılaraq növbəti maarifləndirici tədbir keçirilib.

Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanın iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara müraciətlər olunmuşdur. Aparılan işlərin daha da gücləndirilməsi üçün rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilmişdır.

Rayon Fövqəladə Hallar Komissiyası il ərzində fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. 

2022-ci il ərzində Nəsimi rayonu xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayon Fövqəladə Hallar Komissiyası il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 №li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.

Mülki-müdafiə işlərinin təşkilinə dair sənədlər vaxtı-vaxtında tərtib olunmuş, həyacan siqnalı  üzrə əməkdaşların normativ vaxtda səfərbər olunması işi rübdə bir dəfədən az olmayaraq yerinə yetirilmişdir, onların ümümilli pasportlarla təmin olunması, MM çantalar ilə və ekipirovka ilə təmin edilməsi işləri görülmüşdür. Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz  çərçivəsində təlimatlar verilmişdir. Belə obyektlər üçün yanğınsöndürmə əməliyyat və kartoçkalarının işlənib hazırlanması yerinə yetirilmiş, rayon ərazisində olan yanğına qarşı su mənbələrinin daima saz vəziyyətdə saxlanilması məqsədilə Nəsimi rayon Sukanal idarəsi və FHN-nin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayonu ərazisində yaşayış binalarında (zirzəmi, 1-ci və s. mərtəbələrdə) qazdan  istifadə etməklə fəaliyyət göstərən iaşə və digər xidmət obyektlərində təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı komissiyanın işində yaxından iştirak edilmişdir. Sərəncamla  tabeçiliyindən asılı olmayaraq balanssaxlayıcıların (MKİS, MTK, MMC və s.) nümayəndələrindən ibarət işçi qrupları təşkil edilərək monitorinqlərin aparılması, qəza riskləri müəyyən edildikdə çatışmamazlıqların aradan qaldırılmasının zəruriliyi barədə obyekt sahibinə (istifadəçisinə) xəbərdarlıq edilməsi, aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi, o cümlədən mayeləşdirilmiş qaz (propan) aşkar edildiyi təqdirdə  demontaj edilərək qeyri-yaşayış sahəsindən çıxarılması işlərinin aparılması bir vəzifə kimi qarşıya qoyulub.

2022-ci il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar barədə məlumatların toplanması, sistemləşdirilməsi və yeniləşməsi, RİH-nə olan müraciətlər əsasında yeni təşkilat və qurumların qeydə alınması, bu qurumlarla tanışlıq işləri aparılmışdır. Görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında”  Qanunlarına uyğun olaraq aparılır və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai Siyasi şöbəsindən alınan təlimat və tövsiyələrə uyğun həyata keçirilmiş, mütəmadi olaraq görülmüş işlər barədə hesabatlar hazırlanmış və məlumatlar verilmişdir. Təşkilatların iclas və  yığıncaqlarında, keçirdikləri tədbirlərdə mütəmadi iştirak edilmişdir.

Respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində dövlət siyasəti bu gündə uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və bu kursu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, eləcə də dövlət-din münasibətləri sahəsində aparılan köklü islahatlar, yürüdülən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması, dindarların öz dini etiqadlarını sərbəst şəkildə gerçəkləşdirməsi, dini qurumların fəaliyyətində problemlərin mövcud olmamasına zəmin yaradılmışdır. Ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılmışdır. Vətənimizdə milli adət-ənənələrə hörmətlə yanaşılır və cənab Prezident  İlham Əliyev bu dəyərləri üstün tutur. Belə ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 18 aprel 2022-ci il tərixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılıb.

Rayonun ərazisində 3 müsəlman icması - “Hacı Əjdərbəy” məscidi dini icması, “Məşədi Dadaş”  məscidi dini icması və “Kərbəlayi Abdulla” məscidi dini icması, 3 yahudi icması - Dağ yəhudilərinin dini icması, Avropa yəhudilərinin dini icması və Gürcü yəhudilərinin dini icması, 3 xristiyan icması - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası qurumu, “Yeni Həyat” Xristian incil dini icması və Bakı şəhəri Bəhai dini icması fəaliyyət göstərir. Bütün dini icmalar dostluq və sülh şəraitində fəaliyyət göstərir, dini icmalar arasında heç bir qarşıdurma və ya problem olmur, rayonda tolerantlığ inkişaf edir, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Rayonda 3 məscid, 3 sinaqoq, və 1 kilsə olmaqla 7 ibadət yeri fəaliyyət göstərir. Nəsimi rayonunda bu günədək 3 islami, 6-sı isə qeyri-islami olmaqla,     8 dini icma fəaliyyət göstərir. Yalnız  bir məscidin (Kərbəlayi Abdulla) dini icması dövlət qeydiyyatından keçməmişdir və bunun ilə bağlı icma aidiyyati quruma müraciət etmişdir. Ümumilikdə rayonda dini durum sabitdir.

TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilir, keçirilən tədbirlərə dəvət olunurlar.

Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

Vətəndaşların və dövlətçiliyimizin keşiyində duran Nəsimi RPİ-nin şəxsi heyəti Azərbaycan Respublikasının Konstitusiyası və  Qanunları, Daxili İşlər Nazirliyinin əmr və göstərişləri rəhbər tutularaq dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən etibarlı qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri böyük əzmlə yerinə yetirmiş, xidməti ərazidə ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində müəyyən nəticələr əldə edilmişdir.

Yol hərəkəti təhlükəsizliyi sahəsində əsas diqqət qəzaların qarşısının alınmasına, hərəkət iştirakçılarının intizamının yüksəldilməsinə, texniki vasitələrin tətbiqinin genişləndirilməsinə, bütövlükdə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinə yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində məqsədyönlü  tədbirlər həyata keçirilmişdir.

Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin 2022-ci il üçün İş Planı təsdiq edilmiş və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim edilmişdir.

İş Planında Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində görüləcək işlər müəyyənləşdirilmişdir. Hesabat ilində müəyyən edilmiş sahələr üzrə tədbirlər həyata keçirilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərinin fəaliyyətləri nəzarətdə saxlanmışdır.

Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində irəli gələn vəzifələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında  vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” portalının Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyəti təmin edilmişdir. Rəqəmsal icra hakimiyyəti portalının tam həcmdə fəaliyyət göstərməsi istiqamətində  işlər davam etdirilir. Vətəndaşların yerli səviyyədə dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi, ayrı-ayrı məsələlərə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədilə “E-iştirakçılıq” modulundan istifadə edilməklə sorğular yaradılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq-quruculuq işləri üzrə  layihərin vətəndaşlar arasında sorğusu təşkil olunmuşdur.

Yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahılarının və mənzil fondu barədə məlumatlar ictimaiyyət üçün açıq şəkildə Rayon  İcra Hakimiyyətinin rəsmi internet səhifələrində dərc edilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluğuna dəstək göstərilməsi məqsədilə yaradılan haqqı ödənilən ictimai işlərlə bağlı müraciətlər il ərzində “DOST İş Mərkəzi”, rayon İcra Hakimiyyəti, icraçı qurum arasında üçtərəfli qaydada müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənmişdir. İcraçı qurum olaraq rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi  tərəfindən görülmüş işlər barədə DOST İş Mərkəzinə aylq məlumatlar (görülmüş ictimai işlərin təsviri, iş yeri, işçi qüvvəsinin sayı, əmək haqqı tabelləri və s.  barədə) təqdim edilmişdir. Bu sahədə işin səmərəliliyinin artırılması, sui-istifadəyə imkan yaradan hallara yol verilməməsi məqsədilə mütəmadi olaraq monitorinqlər və təhlillər aparılmış, ictimai işlərə cəlb olunmaq üçün müraciət edən vətəndaşlarla müvafiq izahat və məlumatlandırma işləri aparılmış və vətəndaş məmnunluğunun təmin edilməsi tədbirləri görülməkdədir.

Rayon İcra Hakimiyyətində ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi                  və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı məsələlər daim nəzarətdə saxlanılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti yanında hazırda İctimai şura fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətində  ictimai iştirakçılıq tətbiq edilərək keçirilən tədbirlərdə İctimai şuranın üzvlərinin, işçi qrupunun yaxından iştirakı təmin edilir.  İctimai şurada rayonda aparılan abadlıq işlərinin layihələri, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xidmətlər, Gender, məişət zorakılığı, uşaq hüquqları, korrupsiyaya qarşı mübarizə məsələləri barədə müzakirələr aparılmışdır. İl ərzində İctimai şuranın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə  müzakirələr və təhlillər aparılmış, perspektiv fəaliyyət istiqamətləri  müəyyənləşdirilmişdir.

Korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması  məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər, aparılan müzakirələr barədə  rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir. Yığıncaqlar, müşavirələr, ictimaiyyət nümayəndələri və vətəndaşlarla görüşlərdə, səyyar qəbullarda  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı, o cümlədən “Rəqəmsal İcra Hakimiyyəti” portalına dair  məlumatlandırma və maarifləndirmə prosedurları, ictimai müzakirələr həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi ciddi nəzarətdə saxlanmaqla davam etdirilmişdir.

2022-ci ildə Nəsimi rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə, xüsusilə hərbiçilərin və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılımış, onların müraciətlərinin həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Şəhid ailələrinin müraciətləri daim nəzarətdə saxlanmış, görüləcək işlərlə bağlı aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülmüşdür.

İl ərzində Nəsimi rayon ərazisində qeydiyyatda olan 9  şəhid ailəsi və 26 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə mənzil növbəsinə qəbul olunmuş və 13 şəhid ailəsi və 23 Vətən müharibəsi əlili mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur. 1  şəhid ailəsinin və 2 Vətən müharibəsi əlilinin yaşadığı  binada, həyətlərdə və ətraf ərazidə geniş miqyaslı abadlıq  quruculuq işləri aparılmışdır. Müraciətləri əsasında şəhid ailəsi üzvüləri  və  vətən müharibəsi əlilinin Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səhudiyyə Ərəbistanına göndərilməsinin bütün xərcləri qarşılanmışdır. Ehtiyacı olan ailələrə maddi, tibbi müayinə və əməliyyat məsələlərində köməkliklər göstərilmiş, məişət avadanlıqları və mebel dəstləri ilə təmin olunmuşlar. Rayon ərazisindəki  “Karvan”, “Savalan” və  Maarif” küçələrinin adlarının dəyişdirilərək şəhidlərimiz Cəfərov Ruslan Gündüz oğlunun, Tarıverdiyev Nicat Şöhrət oğlunun və Kərimli İsmayıl Ceyhun oğlunun  adının verilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılmış və küçələrə onların adları verilmişdir. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Şəhid Babaxanov Elman Ağamirzə oğlunun adının 35 nömrəli orta məktəbə verilməsi üçün isə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır. Şəhidlərə həsr olunmuş “Ölümsüzlər” və “Əbədiyyat yolu” adlı  kitablar çap olunmuş, qazilərə həsr olunmuş “Şəhadət yolçuları”  filmi çəkilmiş və təqdimatları təşkil olunmuşdur.

Rayon İcra Hakimiyyəti üzrə ümumi olaraq 1289 ailə mənzil növbəsindədir. Mənzil növbəsində olanlardan 721 ailə güzəştli əsaslarla, o, cümlədən onlardan  149 ailə növbədən kənar mənzil növbəsindədir. Güzəştli mənzil növbəsində olanların siyahısında  Qarabağ müharibəsi əlilləri, şəhid ailələri gözdən əlillər, Çernobıl əlilləri, Əfqanıstan müharibəsi əlilləri və ehtiyata buraxılmış hərbçilər üstünlük təşkil edirlər.

Ehtiyata buraxılmış hərbçilər mənzillərlə təmin edilənədək dövlət büdcəsindən  onlara mütəmadi olaraq kirayə pulları ödənilir.

Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə rayon ərazisində yaşayan sosial yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi istiqamətində ciddi işlər aparır. Görülmüş işlərin nəticəsində rayon üzrə ayrı-ayrı kateqoriyalara aid sosial qayğıya ehtiyacı olan ailələr müəyyənləşdrilimiş, müntəzəm olaraq həmin ailələrə il ərzində keçirilən təqvim bayramlarında müxtəlif çeşidli ərzaqlardan ibarət yardımlar edilir.

Pandemiya dövründə rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə sosial yardıma ehtiyacı olan  ailələrə ərzaq yardımları edilmişdir.

İl ərzində Heydər Əliyev  Fondu tərəfindən edilən yardımlar sakinlər tərəfindən xüsusi razılıqla qarşılanmışdır.

20 Yanvar, Xocalı faciəsi, “Novruz Bayramı”, “Çernobıl” faciəsi günü,         9 May Qələbə günü, 28 May Respublika günü, Ramazan və Qurban bayramları ərəfəsində, Ahıllar günü, Əlillər günü, Yeni İl ərəfəsinə sakinlərə ərzaq payı və maddi yardımlar göstərilmişdir. Ramazan ayında  ehsan süfrələri açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 01.06.2004-cü il tarixli, 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin   yaxşılaşdırılması, məşqulluğunun artırılması haqqında”kı  Dövlət Proqramına uyğun olaraq Nəsimi rayonunda məqsədyönlü işlər davam etdirilmişdir.

Nəsimi rayonu ərazisində 1988 məcburi köçkün ailəsi olmaqla 7782 nəfər məcburi köçkün müvəqqəti qeydiyyatdadır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” 104 saylı 21.10.2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2022-ci il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 3185 ərizə və müraciəti daxil olmuşdur. 2021-ci ildə isə müraciətlərin sayı 3081 təşkil etmişdir.                    İl ərzində vətəndaşların müraciətlərinə baxılması, əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, mütəmadi olaraq ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.

2022-ci il üzrə müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 53,7%-ni təşkil etmişdir.

Rayon ərazisində abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması  əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin həlli diqqət mərkəzində saxlanmışdır.

2022-ci il ərzində əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər davam etdirilmiş, 20 mindən çox sakinə mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitinin yaxşılaşdırılması, müalicə-sağlamlıq məsələləri ilə bağlı köməkliklər göstərilmişdir.

Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Yerlərdə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanmışdır. Karantin rejiminin yumşaldılması ilə əlaqədar 2022-ci ilin mart ayından başlayaraq hər ay müəyyən olunmuş qrafik üzrə rayon ərazisində 38 səyyar qəbul keçirilmişdir.

02.03.2022-ci il tarixində 4-cü mkr. Mir Cəlal küşəsi 40 ünvanda  247 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

10.03.2022-ci il tarixində Mir Qasımov küşəsi 6 ünvanda  42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş,  10 nəfərin müraciəti dinlənilmişdir.

16.03.2022-ci il tarixində Rəşid Behbudov küşəsi 11 ünvanda 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  65 nəfər iştirak etmiş,  12 nəfərin müraciəti dinlənilmişdir.

30.03.2022-ci il tarixində 4-cü mkr. 20 Yanvar küşəsi 7a ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  85 nəfər iştirak etmiş,  13 nəfərin müraciəti dinlənilmişdir.

01.04.2022-ci il tarixində L.Tolstoy  küşəsi 187 ünvanda 1 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  130 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

13.04.2022-ci il tarixində S.Rüstəm küşəsi 31 ünvanda 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

20.04.2022-ci il tarixində Mirzəağa Əliyev küşəsi 210 ünvanda “Vinter Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  65 nəfər iştirak etmiş,  10 nəfərin müraciəti dinlənilmişdir.

27.04.2022-ci il tarixində 5-ci mkr. 20 Yanvar küşəsi 5 ünvanda 211 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş,  14 nəfərin müraciəti dinlənilmişdir.

06.05.2022-ci il tarixində Dağıstan küşəsi 36 ünvanda 151 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  75 nəfər iştirak etmiş,  9 nəfərin müraciəti dinlənilmişdir.

11.05.2022-ci il tarixində Ş.Əzizbəyov küşəsi 108 ünvanda 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  140 nəfər iştirak etmiş, 18 nəfərin müraciəti dinlənilmişdir.

18.05.2022-ci il tarixində S.Vurğun küşəsi 112 ünvanda MKTB-nin akt zalında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  45 nəfər iştirak etmiş,  10 nəfərin müraciəti dinlənilmişdir.

25.05.2022-ci il tarixində 2-ci mkr. H.Seyidzadə küşəsi 27 ünvanda 9 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.Qəbulda  150 nəfər iştirak etmiş,  14 nəfərin müraciəti dinlənilmişdir.

01.06.2022-ci il tarixində 5-ci mkr. A.Məhərrəmov  küşəsi 64-4/66 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur.Qəbulda  80 nəfər iştirak etmiş,  14 nəfərin müraciəti dinlənilmişdir.

08.06.2022-ci il tarixində 1-ci mkr. Moskva pr. 90 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  45 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

17.06.2022-ci il tarixində Bülbül pr. 36 ünvanda 46 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  150 nəfər iştirak etmiş,  11 nəfərin müraciəti dinlənilmişdir.

22.06.2022-ci il tarixində Ə.Qasımov küçəsi 72 ünvanda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.

06.07.2022-ci il tarixində 4-cü mkr. M.Cəlal küçəsi 42 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  60 nəfər iştirak etmiş, 14 nəfərin müraciəti dinlənilmişdir.

13.07.2022-ci il tarixində “Dünya Biznes Mərkəzi”-ndə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  65 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.

20.07.2022-ci il tarixində 1-ci mkr. Moskva pr. 82-86 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  45 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.

27.07.2022-ci il tarixində Azadlıq pr. 97 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  120 nəfər iştirak etmiş, 15 nəfərin müraciəti dinlənilmişdir.

03.08.2022-ci il tarixində “Winter Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

10.08.2022-ci il tarixində Süleyman Rüstəm küçəsi 37 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  110 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.

17.08.2022-ci il tarixində 19 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  150 nəfər iştirak etmiş, 17 nəfərin müraciəti dinlənilmişdir.

24.08.2022-ci il tarixində M.Qaşqay küçəsi 24 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  120 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.

21.09.2022-ci il tarixində “Central Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  85 nəfər iştirak etmiş, 5 nəfərin müraciəti dinlənilmişdir.

28.09.2022-ci il tarixində H.Seyidzadə küçəsi 2a saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.

04.10.2022-ci il tarixində A.Məhərrəmov küçəsi 33 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.

12.10.2022-ci il tarixində Moskva pr. 46 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmişdir.

19.10.2022-ci il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  150 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

26.10.2022-ci il tarixində 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.

02.11.2022-ci il tarixində M.Cəlal küçəsi 42 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  80 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmişdir.

11.11.2022-ci il tarixində A.Məhərrəmov küçəsi 64 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  60 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.

16.11.2022-ci il tarixində 35 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  160 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.

24.11.2022-ci il tarixində H.Seyidzadə küçəsi 18 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  60 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.

01.12.2022-ci il tarixində 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  160 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.

07.12.2022-ci il tarixində 211 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  150 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.

14.12.2022-ci il tarixində S.Vurğun küçəsi 112 saylı evləri əhatə edən həyətdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  70 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.

21.12.2022-ci il tarixində “Winter Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda  nəfər iştirak etmiş, x nəfərin müraciəti dinlənilmişdir.

Müraciətlər əsasən həyətlərin və binaların ababdlaşdırılması, binalarda dam, zirzəmi, ümumi giriş sahələrinin təmiri, qəzalı və kəskin qəzalı, istismar müddəti bitmiş yaşayış üçün yararsız vəziyyətdə olan binaların sökülərək  yeni yaşayış sahələrinin salınması, işıqlandırma, asfalt örtüyünün təmiri, mənzil və iş ilə təmin, yaşıllıqlarla və s. məsələlərlə bağlı olmuşdur.

Müraciətlər nəzərə alınaraq 20 Yanvar küçəsi 4/66, Asif Məhərrəmov küçəsi 31,33,33b,35,45,47,60,64, Moskva prospekti 90, Mircəlal küçəsi 42, Hüseyn Seyidzadə küçəsi 1, 2a, 13,17,27a, Alı Mustafayev küçəsi 3,41, Hüseynbala Əliyev küçəsi 3,5,7 ünvanlarda “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində həyətlər yenidənqurularaq  sakinlərin istifadəsinə verilmişdir. Bu layihələr üzrə işlər mərhələlərlə ayrı-ayrı ünvanlarda davam etdirilir. Qəbulların gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmış, sakinlər Nəsimi rayonunda aparılan abadlıq quruculuq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbullarda qaldırılan məsəslələrin həlli ilə bağlı binaların dam, zirzəmi, eyvan, həyətyanı və digər ümumi istifadə sahələrində tədbirlər görülmüş,  sakinlərə görüləcək işlər barədə izahatlar, bununla yanaşı mütəmadi olaraq vətəndaş məmnunluğunun artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyətinə “Rəqəmsal İcra Hakimiyyəti”  https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumatlar verilmişdir. Qeyd edirik ki, vətəndaşların yerli səviyyədə dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi, ayrı-ayrı məsələlərə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədilə Rayon İcra Hakimiyyətində “E-iştirakçılıq” modulundan istifadə edilməklə sorğular yaradılmış, abadlıq-quruculuq işləri üzrə  layihərin vətəndaşlar arasında sorğusu təşkil olunmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, xüsusilə Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan  sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri  çərçivəsində 26 məhəllə üzrə söküntü və inşaat işləri 2022-ci ildə də davam etdirilmişdir. Uzun illər yararsız mənzil-məişət şəraitindən çətinlik çəkən sakinlər başa çatan layihələr üzrə yeni mənzillərə köçürülmüşlər.

İl ərzində təkrar müraciətlər rayon İcra Hakimiyyətində təhlil edilmiş və həlli mümkün məsələlər nəzarətdə saxlanmaqla zəruri tədbirlər görülmüşdür.

Kollektiv müraciətlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi, haqlı narazılıqlara səbəb olan halların aradan qaldırılması məsələləri rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanmış və bu istiqamətdə işlər davam etdirilir.

Rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin 2023-cü ildə vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytına yerləşdirilmişdir.

Bildirirk ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən “Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası” tərəfindən ekspertizadan keçirilərək 2017-ci ilin daimi saxlanılan sənədləri seçilib qaydaya salınmış və mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. 2017-ci və 2019-cu illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər və işlər məhv edilməsi üçün ayrılmışdır.

Prezidenti Adminimtsrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası təmin edilmişdir.

İl ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2022-ci il üçün təsdiq olunmuş tədbirlər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən qarşıda duran vəzifələrin icrası ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçrilməsi davam etdriləcəkdir.

Keçidlər