Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2023-cü il üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə HESABATI
Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır, etibarlı tərəfdaş kimi nüfuzu güclənir.
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, əldə edilən uğurlarla tarix yazır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin konstitusiya quruluşunun tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə başlamışdır.
Qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Təsadüfi deyildir ki, ölkəmizdə reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində 2023-cü ildə ölkəmiz inamla irəliləmiş, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq və inkişaf, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, balanslaşdırılmış xarici siyasət təşkil etməklə dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmin edilmişdir.
Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir. İqtisadi artım 5 faizdən çoxdur. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır.
Keçən ilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil.
Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. Uzun illər ərzində manat sabitdir. Sözügedən amildən həm ölkə əhalisi faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Bunun investorlar üçün çox böyük faydası var.
İnvestorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Sözügedən amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Vergi yığımının şəffaf sistemi hər il təkmilləşir.
İqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır. Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirilib və bu, sosial sahəyə nə qədər böyük önəm verildiyinin göstəricisidir.
Azərbaycanda çox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.
Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək mümkün deyil. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi nümunədir. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir. Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır.
Yolların inşası prosesi geniş vüsət almışdır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib.
Tarixi abidələrin bərpası - Şuşa şəhərində mövcud istiqamətdə böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib.
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası ümumən qənaətbəxşdir. Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Bircə gün də olsun, həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Ölkəmiz baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılması öhdəliyi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" zonası elan edilib.
Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricisidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha Azərbaycanın siyasi, iqtisadi uğurlarından geniş bəhs edərək diqqəti tarixi həqiqətlərə, real faktlara yönəltdi, əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olundu, hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlandı.
Dövlət başçısı müsahibəsi zamanı son 20 ildə Azərbaycanın uğurlarını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.
Möhtərəm Prezidentimizin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.
Möhtərəm Prezidentimiz daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.
Yeni dövr ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Dövlət başçısı cənab İlham Əliyev müsahibəsində növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, bunu şərtləndirən əsas amil ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Seçkilərin məhz 2024-cü ilin fevral ayına təyin olunmasını şərtləndirən digər amil bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyi ilə əlaqədardır. Dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir: “Mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”. Növbədənkənar prezident seçkilərini şərtləndirən digər amil İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək.
Bu müsahibə hazırkı dövrün əsas çağırışı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri və onların əsasında soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı barədə də dolğun məlumatı xalqımıza çatdırdı. Son üç ildə bu istiqamətdə görülən işlərin davamı olaraq infrastruktur layihələrinin icrası davam etdiriləcək. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı əsas alətimizdir. Keçmiş köçkünlərin bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqları nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması planlaşdırılır. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib. Dövlət başçısı “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” söyləyərək Azərbaycanın hər bir sahədə qazandığı uğurları təqdim etdi. Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi. Bu gün isə Azərbaycanın gələcəyini yaşıl enerjiyə bağlamasından bəhs edirik. Ölkəmizin bərpa olunan enerji potensialı böyükdür. Dövlət başçımız Qarabağı, Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu resurslar gələcəkdə Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Dünyanın belə bir mötəbər beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Azərbaycan bugünədək ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə hazırkı dövrün çağırışlarının həyata keçirilməsinə mühüm töhfələr verib.
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı müsahibədə xüsusi yer almışdır. Dövlət başçısının “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri bu qardaşlığın sarsılmazlığının, dərin köklərə malik olduğunun təqdimatıdır. Prezidentlərin şəxsi dostluğu ölkələrimizin, xalqlarımızın daha sıx birləşməsində, gələcəyə doğru birgə addımlamalarında öz sözünü deyir. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür. Hər iki dövlətə nüfuz qazandıran daim ədalətin və beynəlxalq hüququn yanında olmalarıdır.
Dövlət başçısının müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə görür.
Ölkəmizin hər yerində geniş vüsət almış dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, istehsal müəssisələrinin, iş yerlərinin yaradılması, tikinti, quruculuq və abadlıq işləri ötən ildə Nəsimi rayonunda da uğurla davam etdirilmişdir. Paytaxtımızda əhalinin ən sıx yerləşdiyi rayonlardan biri olan Nəsimi rayonu ötən il uğurlara imza atıb. Rayonun görkəmi dəyişir, əhalinin normal yaşayış səviyyəsi təmin olunur, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək ötən ildə rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub. Rayonda sosial yönümlü tədbirlərə geniş yer verilməsi sakinlərin həyat səviyyəsini yaxşılaşdırılmasına xidmət edir. İnşa edilən yeni obyektlər, həm də turizmin inkişafına böyük imkanlar yaradır.
Ölkə başçısının rəhbərliyi altında hesabat ilində Rayon İcra Hakimiyyəti tərəfindən yerli infrastruktur layihələrin icra olunması, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin rifahının yüksəldilməsi ilə bağlı tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
2023-cü ildə rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir.
Fevral ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi, ictimai-siyasi həyatında da öz əksini tapmışdır.
2023-cü il Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən Heydər Əliyevin adı ilə birbaşa bağlı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar olkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da 2023-cü il ərzində coxşaxəli silsilə tədbirlər həyata keçirilmişdir.
“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”, “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, “Milli dövlətçiliyimizin xilaskarı”, “Uşaqlar bizim gələcəyimizdir”, “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” və digər cöxsaylı mövzular üzrə toplantılar, dəyirmi masalar keçirilmiş, mədəni-kütləvi tədbirlər, festivallar, sərgilər təşkil olunmuşdur. Keçirilən tədbirlərdə Milli Məclis üzvlərinin, tanınmış politoloqlar, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndədləri iştirak etmişlər. “Heydər Əliyev İli” çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemləri öyrənilmiş, onlara zəruri hallarda maddi-mənəvi dəstəy və köməkliklər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, məşğulluq səviyyəsinin artırılması və əhalinin rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə həyata keçirilən pilot layihələr icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
İl ərzində Nazirlər Kabinetinin müvafiq qərarına uyğun işlərin həyata keçirilməsi “Maşınqayıran” MTK; “Pilot-Həyat” MMC; “Rifah” Plaza; “Gloria Palace” MTK, “ARCHİCO” MMC; İstehsalat Kommersiya Şirkəti; “Gold Construction” MMC; “Draft Construction” MMC; “Draft Construction” MMC; “Pearl Construction” MMC; “GÖZƏL-BAKI” MMC; “Avrasiya Construction” MMC; “Bisütun” MTK; “Regal” MTK; “FƏDƏK” MMC; “Avro Qrand” MMC; “TEYMUROĞLU” MTK; “RUR” MMC; “Malibo” MMC; “Yeni Ailə” MMC; “Grand Plaza” MMC; “PİLOT-1” MMC; “Azəri Tikinti Şirkəti” MMC şirkətləri tərəfindən ünvanlarda davam etdirilmişdir.
A.Məhərrəmov küçəsi 31, 60; S.Vurğun küçəsi 112, Cavadxan küçəsi 26, 28, 30, 32, 34, 36, Moskva pr. 68, 72, Bakıxanov küçəsi 42, H.B.Əliyev küçəsi 3, 5, 7 saylı ünvanlarda “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində həyətlər yenidənqurularaq sakinlərin istifadəsinə verilmişdir. Mövcud abad həyətlərdə cari təmir işləri aparılmışdır. Rayon ərazisində binaların fasadlarının, dam və ümumi istifadə sahələrinin, məhəllədaxili yolların, piyada səkilərinin, işıqlandırma sistemlərinin təmiri, yaşıllıqların salınması istiqamətində iri həcmli işlər görülmüşdür. Bakıxanov küçəsi 42 saylı ünvanda “Bizim Həyət” layihəsi çərçivəsində irihəcmli abadlıq işləri aparılmış, tam başa çatdırılaraq açılışa hazır vəziyyətə gətirilmişdir. Moskva pr. 66, 72 saylı ünvanlardada, Cavadxan küçəsi 21 saylı ünvanda “Abad Həyət” layihəsi formatında abadlıq işlərinə başlanılmışdır.
S.Vurğun küçəsi 110, 116; A.Məhərrəmov küçəsi 22, 24, 31; Cavadxan küçəsi 28,26,32,36; Azadlıq pr. 16, 89, 20; 28 May küçəsi 4, 20, 48,50; Nizami küçəsi 119, 121; H.Seyidzadə küçəsi 4, 5; 20 Yanvar küçəsi 19a, 37, 39; S.Rüstəm küçəsi 33, 33a, 33b , C.Səlimov küçəsi 9 ünvanlarında asfaltlanma işləri aparılmışdır. 1-ci mkr. ərazisində 9 saylı məktəbin ətrafı və məhəllədaxili yol asfaltlanmışdır. 17000 m2 yaxın məhəllədaxili yollara və həyətlərə yeni asfalt örtüyü vurulub.
S.Vurğun küçəsi ilə Füzuli küçəsinin kəsişməsində, Neftçilər prospektində yeni asfalt örtüyü vurulmuş, avtomobillərin hərəkəti istiqamətində dəyişiklik edilib.
Azadlıq prospekti, Xətai prospekti, Vaqif prospekti, S.Rüstəm, D.Əliyeva, R.Behbudov, Ş.Bədəlbəyli, Nizami, Y.Səfərov, M.Cəfərov, S.Rəhimov, A.Bakıxanov, Ş.Abdullayev, Ak.H.Əliyev, 28 May küçələrində piyada səkilərində təmir işləri aparılmış, tamet daşları düzlənmiş, hasarlar, məhəccərlər, arka və darvazalar rənglənib, küçə işıqları quraşdırılmışdır. Xətai pr. R.Behbudov, Y.Səfərov küçələri boyu hasarlarda və qeyri-yaşayış obyektlərinin fasadlarında rəngləmə işləri aparılmış, görünüşə xələl gətirən hasarlar əsaslı təmir edilmşdir.
4-cü mkr. Dairəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə əsaslı təmir işləri aparılmışdır.
S.Rüstəm küçəsi 55, Azadlıq pr. 87, Kaveroçkin küçəsi 13, S.Rüstəm küçəsi 41, Cavadxan küçəsi 28,34,36,38, H.B.Əliyev küçəsi 6, Moskva pr. 68, 72, H.Seyidzadə küçəsi 18, 28 May küçəsi 6 saylı tarixi-memarlıq binasının fasadında, qəzalı vəziyyətdə olan eyvanlarda, dam örtüyündə, yağış suları ötürücüləri, giriş qapıları və pəncərələrində təmir işləri aparılıb, boru və navalçalar dəyişdirilib.
Həyətlərdə özbaşına çəpərlər sökülərək ərazi asfaltlanmış, küçə işıqları bərpa olunmuşdur.
“Qış parkı”nda, S.Vurğun və Muğam bağlarında, Vaqif prospekti boyu parklarda məhəccərlər və oturacaqlar rənglənib, işıqlandırma sistemi təmir edilib. M.Cəlal küçəsi boyu parklarda oturacaq və idman qurğuları cari təmir edilib, fontan işə salınıb. Vaqif pr. boyu, C.Hacıbəyli, S.Vurğun, Bakıxanov küçəsindəki parklarda 40-a yaxın mühafizə təhlükəsizlik kameraları quraşdırılmışdır. S.Qazıyeva heykəlinin ətrafındakı parkda cari təmir işləri aparılmışdır. 20 Yanvar küçəsində yerləşən “İzmit” parkında əsaslı təmir işlərinə başlanılmışdır. İşlər davam etdirilir.
Rayon ərazisində A.Mustafayev, H.B.Əliyev, S.Salayev, A.D.Qurbanov, B.B.Məcidov, Ə.B.Hüseynzadə və s. küçələrə yeni küçə işıqları çəkilmişdir. S.Rüstəm, İ.Həmidov, Ş.Bədəlbəyli küçələrinə yeni küçə işıq dirəkləri qurulub, köhnə işıq dirəkləri sökülərək götürülmüşdür. S.Rüstəm, Mustafayev, H.B.Əliyev, D.Əliyeva. Ak.Mirqasımov, S.Rəhimov, X.Şuşiniski, F.Qasımzadə, Topçubaşov küçələrində küçə işıq dirəkləri quraşdırılması işlərinə başlanmışdır.
Məşğulluq Xidməti üzrə 2023-cü ilin 12 ayında Nəsimi rayonunda 6164 nəfər işaxtaran kimi qeydə alınıb, 2902 nəfərə işsizlik statusu verilib, 3412 nəfər işlə təmin edilmişdir. Onlardan 1222 nəfəri qadındır. Ayrılqda 251 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Nəsimi rayonu üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kvota 328 müəsissədə 1096 iş yeri ayrılıb, 400 nəfər həmin kvota yerlərində işlə təmin olunmuşdur ki, onlardan 302 nəfəri əlildir. Özünə məşğulluq proqramına Nəsimi rayonu üzrə 58 nəfər cəlb olunub ki, onlardan 30 nəfəri istehsal sahəsi, 28 nəfəri isə xidmət sahəsi üzrədir. Haqqı ödənilən ictimai işlərə 91 nəfər cəlb olunub və peşə hazırlığı kurslarına 261 nəfər cəlb olunub və onlardan 135 nəfəri kursları bitirdikdən sonra işlə təmin olunub. 2023-cü ilin 12 ayında ölkə üzrə 118398 işlə təmin olunub ki onlardan 3412 nəfəri Nəsimi rayon vətəndaşlarıdır. Onlardan Nəsimi rayonunda fəaliyyət göstərən 486 nəfəri işə götürən tərəfindən 4800 aktiv vakansiya yerləşdirilib. Ümumilikdə Nəsimi rayonu üzrə 1620 dən çox aktiv müəssisə fəaliyyət göstərir, onlardan 82-i dövlət, 1538-i qeyri-dövlət müəssisəsidir.
“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində olan 22 məhəllədaxili, 2 modul,1 ədəd Rayon İstilik Qazanxanası,16 ədəd istilik məntəqəsi fəaliyyət göstərir. Bu qazanxana və istilik məntəqələrindən 2023-cü il qış mövsümü ərzində 219 yaşayış binası, 5 səhiyyə, 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyekt istilik enerjisi ilə təmin olunur.
1 saylı İSİS-in ərazisində 15 aprel 2023-cü il tarixindən 2022-2023-cü il payız qış mövsümünün bitməsi ilə əlaqədar bütün qazanxana və istilik məntəqələrində hidravliki sınaqlar aparılmış, aşkarlanan qüsurlar tədbirlər planına salınaraq təmir bərpa işlərinə başlanılmışdır.
İl ərzində 365 saylı qazanxanada Yetsan tipli 2 ədəd qazanda təmir işləri aparılmış, qazan su ilə doldurularaq yoxlanılmışdır. 99, 139, 199 saylı qazanxanalarda 6 ədəd qazanda 142 p/m ekran borusu dəyişdirilərək qazanlar əsaslı təmir olunmuşdur. 500 və 501 saylı qazanxanalarda düz axımlı su qızdırıcılar açılaraq təmizlənmiş, aşkarlanan qüsurlar təmir olunaraq bağlanmış və su ilə dolurularaq yoxlanılmışdır. Qazanxanalar tam hazır vəziyyətə gətirilmişdir. Bütün qazanxanalarda qoruyucu və qollu qoruyucu klapanlar, manometrlər sökülərək NÖC və A xidmətinə nizamlanmaq üçün aparılmış və nizamlandıqdan sonra qazanxanalara quraşdırılmışdır. Həmçinin NÖC və A Xidməti, Qaz təsərrüfatı xidmətləri tərəfindən qazanxanalarda, xidmətlərə aid olan avadanlıqlarda, təftiş təmir işləri aparılmışdır. 232, 139, 366 saylı qazanxanalarda 3 ədəd d=50 mm STV su sayğacı yenisi ilə əvəz olunmamışdır. 90 və 138 saylı qazanxanalarda genişlənmə çənləri membranları dəyişdirilmişdir. Bütün qazanxanalarda Elektrik təsərrüfatı tərəfindən elektrik avadanlıqlarında təftiş təmir işləri yerinə yetirilmişdir. 156 saylı qazanxanada 1 ədəd dövriyyə, 1 ədəd məişət su nasosunun, M 18/46 saylı qazanxanada 1 ədəd bəsləyici su nasosu, 90 saylı qazanxanada 1 ədəd şəbəkə nasosunun diyircəkli yastıqları və fibraları,RİQ-1 saylı qazanxanada 2 və 3 saylı şəbəkə mühərrikinin diyircəkli yastıqları aidiyyatı üzrə ETX və MTX tərəfindən təmir olunaraq yerinə quraşdırılmışdır. RİQ-1 saylı qazanxanada 4 ədəd havavuranların elektrik mühərrikləri ETX tərəfindən təmir olunmuşdur. ETX tərəfindən 83,138,365 saylı qazanxanalarda qaz aşkar edicilərdə nasazlıq olduğundan çıxarılaraq təmir olunmuş və yenidən yerlərinə quraşdırılmışdır. Hidravliki sınaq zamanı aşkarlanan və tədbirlər planında nəzərdə tutulmuş, aşağıdakı ünvanlar üzrə istilik xətləri üzərində əsaslı və ya cari təmir işləri aparılmışdır: Topçubaşov, 21 ünvanında Ø 76mm L=44 metr, Füzuli,53 ünvanında Ø 89mm L=70 metr, Asif Məhərrəmov,15 ünvanında Ø 89mm L=30 metr, Cavadxan,26-38 ünvanında Ø 133mm L=130 metr; Ø 114mm L=60 metr; Ø 89mm L=44 metr, H.B.Əliyev,8 Ø 76mm L=22 metr, H.Seyidzadə,24 ünvanında Ø 89mm L=70 metr, H.Seyidzadə 1A ünvanında Ø 159mm L=46 metr, 3 cü mikrorayon magistral istilik xəttində Ø 273mm L=180 metr Ø 219mm L=100 metr, H.B.Əliyev 56, ünvanagedən istilik xəttində Ø 114mm L=150 metr, S.Rüstən 35 A ünvanında Ø 159mm L=120 metr, M.Qaşqay 24 ünvanında Ø 76mm L=100 metr, RİQ-1 saylı qazanxananın daxilində müxtəlif diametrli 24metr boru dəyişdirilmişdir: Ümumilikdə 1190 p/m boru dəyişdirilmişdir.
Bu işlərlə yanaşı, Mir Cəlal,60; Asif Məhərrəmov,48 və 34; Cavadxan,7 və 38; H.Seyidzadə,2a; Moskva prospekti 84 və 68; Azər Əliyev,7 aşağı paylama istilik xətlərində cari təmir işləri aparılmışdır. İMA və Su hazırlığı xidməti tərəfindən qazanxanalarda suyumuşaldıcı qurğular təftiş olunmuş, 366 saylı qazanxanada quraşdırılmış 2 ədəd su yumuşaldıcı qurğu PENTAİR 56-00 tipli idarəetmə başlığı su yumuşaltma prosesində duz məhlulunu az miqdarda ötürdüyündən yumuşaltma prosesi normal getmir və məhsuldarlıq aşağı olur.Bu səbəbdən yeni idarəetmə başlığının alınması üçün məlumat yazılaraq başlıqlar yenisi ilə əvəz olunmuşdur.
RİQ-1-də payız qış mövsümünə hazırlıqla əlaqədar olaraq d.630 mm 1 ədəd, d.150mm 4 ədəd, d.100mm 6 ədəd, d.50mm 8 ədəd, d.80mm 4 ədəd siyirtmə əsaslı və cari təmir olunmuşdur.3 ədəd d300mm –lik əks klapan təmir üçün mexaniki təmir xidmətinə göndərilmiş və təmir olunaraq yerinə quraşdırılmışdır. Bu işlərlə yanaşı RİQ-1-in həyətində duz meydançası, duz hovuzu təmizlənmişdir. PTVM 50 tipli 2 və 3 saylı qazanların hava vuran şiberləri təmir olunmuşdur. H.Seyidzadə,26,28,30; H.B.Əliyev,17; Cavadxan,10,38 saylı ünvanlarda müxtəlif diametrli siyirtmələr təftiş və təmir olunmuşdur.
2023-cü il noyabr ayının 15-dən bütün qazanxanalar və istilik məntəqələri işə qoşularaq tam ejimə çıxmışlar. Hal hazırda ərazimizdə 25 ədəd qazanxana ,16 ədəd istilik məntəqəsi tam rejimdə işləyərək fasiləsiz və keyfiyyətli istiliklə 219 yaşayış binası, 5 səhiyyə, 16 məktəb, 9 uşaq bağçası və 48 digər obyektləri istilik enerjisi ilə təmin edir.
Bakı Reqional QAZ İstismar Departamentinin Mərkəzi rayonlar üzrə TİX istehlakçıların fasiləsiz təbii qazla təchiz edilməsi məqsədi ilə qaz kəmərlərinin əsaslı təmir, yenidən qurulması işləri aparılmış, qaz avadanlıqlarına və qurğularına texniki xidmət göstərilmişdir. İl ərzində istismarda olan qaz tənzimləyicilərdə, sıradan çıxmış manometrlər yenisi ilə əvəz olunmu və istismara yararsız yeraltı, yerüstü qaz xətləri dəyişilərək yeni qaz xətləri ilə əvəz olunmuşdur.
Mərkəzi rayonlar üzrə TİX-in balansında olan 239 ədəd QTM və QTŞ-yə profilaktik xidmət göstərilir. Qaz şəbəkəsində tənzimləmə işləri aparılmaqla təbii qazın təzyiqi verilmiş rejimə uygun saxlanılıb.
28 May küçəsindən başlayaraq S.Rüstəm küçəsi ilə D.Əliyeva küçəsinə qədər əsaslı təmirlə əlaqədar “Azəriqaz İB”-nin TTİ-si tərəfindən d89mm-lik uzunluğu L=100pm yerüstü aşağı təzyiqli qaz xətti çəkilmişdir. A.Məhərrəmov küçəsində, S.Salayev küçəsi ilə A.Qurbanov küçəsinin yeni tipli ŞQTM-300m3/saat qaz tənzimləyici quraşdırılmışdır. Neftçilər prospekti ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində, Ə.Salamzadə küçəsində (Daş bazarının yanı) istismara yararsız siyirtmənin əvəzinə yeni siyirtmə quraşdırılmışdır.
K.Səfərəliyeva, D.Əliyeva, Ə.Salamzadə, Cavadxan, S.Əsgərova, C.Səlimov, A.Mustafayev, C.Məmmədquluzadə, A.Məhərrəmov, C.Hacıbəyli, S.Vurgun küçələrində və Azadlıq, Tbilisi prospektlərində yeraltı müxtəlif diametrli qaz xətlərində qaz sızmaları ləğv edilmişdir. Hüseyinbala Əliyev küçəsi 3,5,7 ünvanlarında aparılan abadlıq işləri ilə əlaqədar olaraq L=150 p/m d108 mm-lik yerüstü qaz xətti rənglənmiş və deformasiyaya uğramış dayaqlar quraşdırılmışdır.
20 Yanvar küçəsi “Qızıl Tac” restoranının yanında korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşmüş və tez-tez qaz sızmalarının baş verdiyi yeraltı orta təzyiqli d89 mm-lik L=30 p/m qaz xəttinin ləğv edilərək uzunluğu L=10 p/m d89 mm-lik yeraltı orta təzyiqli qaz xətti ilə əvəz edilmişdir. S.Əsgərova küçəsindən başlayaraq S.Rüstəm küçəsi ilə Ə.Qasımzadə küçəsinədək istismar müddətini başa vurmuş d219 mm-lik L= 1000 p/m , d159 mm-lik L=1000 p/m orta təzyiqli yeraltı qaz kəmərinintexniki vəziyyətini şurf açma yolu ilə müayinə edilmişdir.
X.Şuşinski küçəsindən başlayaraq Ə.Qasımzadə küçəsi ilə M.Qaşqay küçəsinə qədər, Xarici Dairəvi yoldan başlayaraq Moskva prospekti ilə Mir Cəlal küçəsinədək, 20 Yanvar küçəsindən başlayaraq Asif Məhərrəmov küçəsi ilə Rövşən Cəfərov küçəsinədək, Kövkəb Səfərəliyeva küçəsindən başlayaraq Dilarə Əliyeva küçəsi ilə Azadlıq prospektinədək orta təzyiqli yeraltı qaz kəmərlərinin texniki vəziyyəti şurf açma yolu ilə müayinə edilmişdir. Vaqif prospekti 3 ünvanında korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşmüş və tez-tez qaz sızmalarının baş verdiyi yeraltı aşağı təzyiqli d76 mm-lik qaz xəttinin ləğv edilərək uzunluğu L=70 p/m d76 mm-lik yerüstü aşağı təzyiqli qaz xətti ilə əvəz edilmişdir.
A.Məhərrəmov küçəsi 34A ünvanında, S.Salayev küçəsi ilə A.Qurbanov küçəsinin kəsişməsində, M.Qaşqay küçəsi ilə E.Tağızadə küçəsinin kəsişməsində, M.Qaşqay küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində, M.Qaşqay küçəsi 92 ünvanında əhali abonentlərinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə“Azəriqaz İB”-nin TTİ-si tərəfindən yeni tipli qaz tənzimləyicilər quraşdırılmışdır.
Ü.Hacıbəyov küçəsi 51, Ə.Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində, S.Əsgərova küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində qaz quyuları təmir edilmişdir. A.Məhərrəmov küçəsi ilə M.Cəlal küçəsinin kəsişməsində, M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsində yeraltı qaz xəttinin üzərindəki istismara yararsız siyirtmələrin yenisi ilə əvəz edilmişdir.
Nəsimi rayonunun elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə il ərzində İllik plan qrafikə əsasən 110/35/10 kv-luq QPQ-də 246 №1, Metro Nəsimi №1, №2, 720 №1,2, 2595 №1,№2 840, 465 №1 1594 №1, 1594 №2, 465, №2, 432 №1, 432 №2, 771 №1,2 571 №2, 780,2600 №1, №2 199 №1, 1072 №1, 740 №1, №2, 2809, 2764, 3655 №1,№2, STP №1, Azon №1, 52 №1, 81, 592, 52 №2, 3162 №1, №2, 1750 №1, №2 1836 №1,679 №1, 15, 28, 2071, №3, 2071,№2, №4, 246 №2, avadanlığı cari təmir olundu mühafizəsi yoxlanılmışdır. 117 və 99 saylı yarımstansiyalarda akkumlyator batareyaları, 100 saylı yarımstansiyada 9 ədəd 190 Ah akkumlyator yenisi ilə əvəz olunmuşdur. 35 kv “97-100” №1,№2 kabel xəttinin avadanlığı, 117 saylı yarımstansiyada isə 35 kv Aziniko №1, №2 və 1970 №1,2 kabel xəttinin avadanlığı və Dağlıq y/st-da 400 kva XSTR №1,2 , 86 sayı yarımstansiyada 630 kva XSTR №1,2 cari təmir olunmuşdur.
KTM-596,1961, 594, 358, 823, 3078, 495, 613, 552, 45, 48, 24 də cari təmir işləri aparılmışdır. KTM 358-721 10 Kv-luq hava xəttində 10 ədəd, Rayon üzrə 0,4 kV-luq hava xətlərində 88 ədəd dayaq rənglənmişdir.
493,596,594,222,3077,83,379,68,2362,183,357,721,138,225,463,302 saylı TM və KTM-dən qidalanan 0,4 kV-luq OİN hava xəttində təmir işləri aparılmış və xəttə toxunan ağaclar budanmışdır.TM 178-560 6 kv-luq kabel xəttinin bir hissəsi yenisi ilə əvəz olunmuşdur. L=360 metr (3x120). TM-52 də 2 ədəd 1000/6 kV-luq güc transformatorları 1600/6 kV-luq güc və KTM-435 də əhali sayının artması ilə əlaqədar 630/6 kV-luq transformator TM-lə əvəz olunub 2 ədəd 1000/10kV-luq transformatoru ilə əvəz olunmuşdur.Mütəmadi olaraq, ərazilərdə TM və KTM-lərə baxış keçirilərək, aşkar olunmuş qüsürlar aradan qaldırılmışdır. İməcilk işləri ilə əlaqədar 40 ədəd TM və KTM-in ətrafı, PQ otaqları təmizlənmiş, fasadında və PQ otaqlarında qopmuş hissələr bərpa olunmuş və rənglənmiş, damı su navalçalartı təmizlənmiş, borduyorlar və qapılar yenidən rənglənmiş dispetçer yazıları yenilənmişdir.
100 saylı yarımstansiyada 35 kv “IDF” №1,№2 kabel xəttinin avadanlığı və Dağlıq y/st-da 40 мва TR №1,2 kabel xəttinin avadanlığı, 99 saylı y/st-da GTR və 117 saylı y/st-da TR N1,2,3,4 kabel xətti avadanlığı, 111 saylı y/st-da 630kva XSTR N1,2 kabel xətlərinin avadanlıqları cari təmir olunmuşdur. Əlavə olaraq 117 saylı y/st-da 35kv TM-1970 N1,2 , 99 yarım stansiyada isə 35kv (yasamal-99) N1,2 , 111 saylı y/st-də TR N3,4 kabel xəttinin avadanlığı cari təmir olunaraq sınaqdan keçirilmişdir.
Rayon üzrə 97 ədəd TM və KTM-lərdə təmir-təftiş işləri aparılmış, ətraf və dam örtükləri təmizlənmiş qapıları, havalandırma sistemləri işıqlanması su navalçaları və su boruları, Dağlıq y/st-da N1 kabel xəttinin kabel sonluğu, 10kv-lıq QPQ-də 10kv B.A.V.A N1-in avadanlığı, 99 saylı y/st-da TR N125 kabel xəttinin avadanlığı cari təmir olunmuşdur.
100 saylı y/st-də 35kv-lıq 97 N1,2 k/x-nin və 135 saylı y/st-də 1 və 2 saylı 630 KVA XSTR, 100 saylı y/st-da 25 kva XSTR, 100 saylı y/st-da 30 kva XSTR , 35 kv-lıq N1,2 k/s-nin, 35 kv-lıq QPQ-də 1 saylı 10 MVA TR-i, dağlıq y/st-da 1 və 2 saylı 400 kva XSTR, 99 saylı y/st-da 35 kv QPQ-də g/t-də Ş/T, 96 saylı y/st-da 35 kv-lıq QPQ 35 kv 96-97 Q/X N2, 96 saylı y/st-da 35 kv-lıq QPQ-də 35 kv 116-117 Q/X N2, 100 saylı y/st-da 1 və 2 saylı 25 kva XSTR, 99 saylı y/st-da 10 kv B.A.V.A , 111 saylı y/st-da 1 və 2 saylı 630 kva XSTR cari təmir edilmişdir. 100 saylı y/st-da 35 kv-lıq QPQ-də 1-ci bölmənin GT-nın cari təmir edildi, əlavə olaraq rayon ərazisində 110 kv-lıq “dağlıq” N1 K/X-nin, TM-3372 N1, N2 1000 kva TR, “Dostluq” y/st-da 1 saylı 2500 kva TR, Dağlıq y/st-da isə 400 kva XSTR N1 cari təmir edilmişdir.
Nəsimi rayon Sukanal İdarəsi üzrə 2023-cü il ərzində su və kanalizasiya şəbəkələrinin istismarı sahələrində 3940 ədəd qəza baş vermiş və aradan qaldırılmışdır. 2030.5pm. müxtəlif diametrli su xətləri təmir edilərək, qəzalı hissələri dəyişdirilmiş və ya yenisi çəkilmişdir. 55 ədəd təmir edilmiş, yeni qoyulmuş siyirtmə sayı – 1 ədəd yeni qoyulmuş, 17 ədəd siyirtmə dəyişdirilmişdir. 394 ədəd müxtəlif diametrli ventil qoyulub. 55 ədəd xamut qoyulub. Nasos stansiyalarında müxtəlif markalı 126 dəst nasos avadanlıqları cari təmir, 22 dəst əsaslı təmir edilmişdir. 126 dəst müxtəlif markalı elektrik mühərrikləri cari təmir edilmişdir. Nasos stansiyalarında 22 dəst müxtəlif markalı elektrik mühərrikləri əsaslı təmir edilmişdir.
Kanalizasiya şəbəkələrində 9584 ədəd qəza baş vermiş və aradan qaldırılmışdır.
5976 ədəd kanalizasiya nəzarət quyuları təmizlənmişdir. 50252.0pm fekal kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. 6215 ədəd yağış barmaqlıqları təmizlənmişdir. 40201.0 pm. yağış-kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. 1828.0 pm. zirzəmilərdə müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib və ya təmir edilib. 379 ünvanda kanalizasiya lyuku təmir olunub və ya çuqun qapaq dəsti quraşdırılıb. 173.5 pm. məhəllədaxili kanal xətti d-150/200/300/400mm dəyişdirilib və ya təmir olunub. 8 dəst kanalizasiya yağış barmaqlığı dəyişdirilib.
Nəsimi rayonu üzrə 2023-cü il ərzində Gigiyena Epidemiologiya, əhalinin sağlamlığı, ətraf mühitin qorunması sahəsində yoluxucu xəstəliklərin profilaktikası davam etdirilmişdir. Yoluxucu bağırsaq xəstəlikləri üzrə göstəricilər artmamışdır.
2023-cü ildə isə 1598 malyariyaya görə müayinə aparılmışdır- aşkarlanma yoxdur.
Helmentlərə görə 2023-cü il müddətində 16211 müayinə aparılmış və aşkarlanma 1208 olmuşdur.
Qızılca xəstəliyinin artması, yayılması ilə əlaqədar olaraq QPM1 və QPM2 peyvəndinin yerinə yetirilməsi tam əhatələnmişdir. O cümlədən 11-40 yaş arası əhali üçün QM peyvəndi gətirilmişdir. MPM-də paylanılmışdır. Hal-hazırda peyvənd işi davam etdirilməkdədir.
Milli təqvimdən əlavə Azərbaycan Respublikası SN- nin 06.04.2023- cü il tarixli 3-28/3-1-194 saylı “Respublikada immunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq 24.04.23- cü il tarixdən 29.04.23- cü il tarixə kimi “təmizləyici” immunizasiya işi aparıldı, yəni müəyyən səbəbdən peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb edilmişdir.
Rayon ərazisində 3 uşaq poliklinikası və 4 doğum şöbəsi fəaliyyət göstərir. 1 KTM-nin doğum şöbəsi, ATU TCK- nın doğum şöbəsi və 2 özəl klinikalarda fəaliyyət göstərən doğum şöbələri. 2023- cü il müddətində doğum evlərində 7388 uşaq doğulmuş və onlardan 6540 VƏP, 7305 HB vaksini almışdır.
2023-cü il müddətində rayon üzrə KSİ hadisəsi qeydə alınmamışdır. SN–in 25.11.1996-cı il tarixli 204 saylı əmrinə “Respublikada poliomielitin ləğvinə yönəldilmiş tədbirlər”ə əsasən MPM-də mütəmadi olaraq yoxlamalar aparılır və nevropotoloqların işinə nəzarət edilir.
Göstərilən əmr bütün MPM-də vardır və icrası təmin edilir, nəzarət üçün hər ay 2 saylı uşaq xəstəxanasında və 1, 3, 12 saylı uşaq poliklinikalarında yoxlamalar aparılıb, həftəlik olaraq xüsusi hesabat forması poliklinikalar tərəfindən alınır və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə həftəlik hesabat verilir.
Xüsusi təhlükəli xəstəlikləri (vəba, taun) profilaktikası məqsədilə SN-in 12.06.2019-cu il tarixli 45 saylı əmrinə əsasən MPM- də xəstəliklərin klinikası müalicə və prpfilaktikası haqqında seminar məşğələlər keçirilmişdir.
2023-cü ildə “COVID-19” infeksiyasına 600 yoluxma hadisəsi qeydə alınmışdır. Qeyd edək ki, 2022-ci ildə 11253 yoluxma hadisəsi qeydə alınmışdır. “COVID-19” xəstəliyinin 2023-cü ildə kəskin azalması qeydə alınmışdır.
Milli təqvimdən əlavə Azərbaycan Respublikası Prezidentinin 25.05.2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü yarımbəndi və Ümumdünya Səhiyyə Təşkilatının “2019-2030-cu illər üçün payız- qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyasına qarşı profilaktik və əksepidemik tədbirlər” həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası SN-nin 21.11.2023-cü il tarixli 3-28/3-1-653/2023 nömrəli əmrinə əsasən qrip xəstəliyinə vaksinasiya kampaniyası keçirilir. 22.11.2023-cü il tarixindən etibarən 3 ay müddətində.
2023-cü ilin əvvəlindən Avropa regionunda, həmçinin Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanması nəticəsində Azərbaycan Respublikasında da gətirilmə hallarla əlaqəsi olan xəstəlik hadisələri qeydə alınmışdır.
2023-cü ilin noyabr ayından etibarən qızılca xəstəliyi artmağa başlamışdır. Azərbaycan Respublikası SN-nin 22.12.2023-cü il tarixli 3-28/3-1-724/2023 nömrəli “Respublikada qızılca xəstəliyinə qarşı İmmunlaşdlrma tədbirlərinin keçirilməsi barədə” əmrinə əsasən 11-40 yaşlı əhali arasında qızılcaya qarşı immunlaşdırma tədbirləri həyata keçirilməkdədir.
Yaz-yay və payız-qış mövsümlərinin başlanması ilə əlaqədar lazımi sağlamlaşdırıcı tədbirlərin görülməsi məqsədilə tərəfimizdən rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 01.02.23 - cü il tarixli 06/15-56 , 29.08.2023-cü il tarixli 06/15 -369, rayon Su - kanal və Kanalizasiya idarəsinə 01.02.2023-cü il tarixli 06/15 - 57, 29.08.2023-cü il tarixli 06/15 -370, müalicə - profilaktika müəssisələrinə 01.02.2023-cü 06/15-58, 29.08.2023 - cü il tarixli 06/15-371 saylı məktublar göndərilmişdir
Əhalinin su təchizatını fasiləsiz və davamlı təmin etmək məqsədi ilə “41Qərb” ümumşəhər tipli su anbarından (köhnə anbar 9300 m3, təzə anbar 28000 m3) və 2 ədəd məhəllədaxili M.Cəlal küçəsi 2 (tutumu 200 m3) və S.Rəhimov küçəsi 138 ünvanda yerləşən (tutumu 700 m3) su anbarlarından istifadə olunur.
Suyun keyfiyyətinə nəzarət məqsədilə “41 Qərb” su anbarından həftədə 1 dəfə olmaqla Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kimyəvi və bakterioloji laboratoriyalarına, rübdə 1 dəfə isə toksikoloji və radioloji laboratoriyalarına su nümunələri götürülüb.
Məhəllədaxili su anbarlarından ayda 1 dəfə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq laboratoriyalarına su nümunəsi götürülüb.
M.Cəlal küçəsi 2 və S.Rəhimov küçəsi 138 ünvanında yerləşən məhəllədaxili su anbarları cari ilin may və iyun aylarında yuyulub - təmizlənmiş və dezinfeksiya olunmuşdur.
Dezinfeksiya işləri aparıldıqdan sonra hər iki məhəllədaxili su anbarlarından kimyəvi və bakterioloji müayinələr üçün su nümunələri götürülmüşdür.
Götürülən su nümunələrinin cavabı “İçməli su” haqqında 2874-82 saylı DÜST-ə uyğun olmuşdur.
31 stasionar nöqtələrdən və 2 məhəllədaxili su anbarlarından götürülən 818 su nümunəsi bakterioloji və 818 su nümunəsi kimyəvi müayinə olunmuşdur.
Su xəttindən götürülən 16 su nümunəsinin cavabı bakterioloji və kimyəvi göstəricilərə (bulanıqlığa) görə (+) olmuşdur. Təkrar nümunələr götürülmüş və nəticə “İçməli Su” haqqında 2874-82 saylı DÜST-ə uyğun olmuşdur.
Nəsimi rayon Su - Kanal İdarəsinin verdiyi məlumata əsasən su xəttində 3016, kanalizasiya xəttində 5617 qəza hadisəsi baş vermişdir. Qəzaların aradan qaldırılmaları vaxtında təmin olunmuşdur.
Müalic-profilaktika müəssisələrindən 17 steril material, 17 hava nümunəsi, 1115 yaxma nümunəsi götürülmüşdür. Yaxma nümunələrindən 55-i müsbət olmuşdur. Təkrar yaxma nümunəsi götürülmüş və nəticə normaya uyğun olmuşdur.
5 müalicə-profilaktika müəssisəsinin məsul şəxslərinə tərəfimizdən inzibati qaydada cərimə protokolu tərtib olunmuşdur.
Bölməyə daxil olan 11 şikayətə vaxtında baxılması təmin olunmuşdur.
Il ərzində bölmə üzrə 3564 nəfər obliqat qrup işçinin tibbi müayinədən keçməsi təmin olunmuşdur. Bu da 95% təşkil edir.
Əmək gigiyena bölməsi tərəfindən il ərzində yaz- yay mövsümünə hazırlıqla əlaqədar müəssisə rəhbərlərinə 06/17-53 saylı 01.02.2023-cü il tarixli, payız-qış mövsümü ilə əlaqədar isə 06/17-384 saylı 06.09.2023-cü il tarixli məktublar göndərilmişdir.
Nəsimi rayonu ərazisində 38 MUM, 28 orta ümumtəhsil məktəbi, 3 texniki peşə məktəbi, 8 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. Bakı şəhəri üzrə təhsil idarəsinə 18.04.2023-cü ildə 06/18-192 saylı, 01.02.2023-cü il 06/18-54, 06/18-55 saylı yaz- yay mövsümü ilə əlaqədar, 29.08.2023-cü il 06/18-367 saylı, 06/18-368 payız-qış mövsümü ilə əlaqədar olaraq məktəb direktorlarına və bağça müdürələrinə məktublar göndərilmişdir.
İl ərzində məktəb və məktəbəqədər uşaq müəssisələrində kimyəvi və bakteroloji muayinələr aparılmışdır. Bakterioloji labartoriyaya 450 nümunə yaxma götrülmüşdür. 34 məktəbəqədər uşaq müəssələrində 55 nümunənin cavabı qeyri kafi olmuşdur.
6, 16, 18, 29, 52, 74, 75, 96, 92, 76, 100, 102, 108, 112, 119, 132, 143, 146, 156, 162, 174, Qərənfil, 135 saylı körpələr evi və uşaq bağçalarında yaxma nümünələrinin cavabı qeyri kafi olmuşdur. Aşağdakı məktəbəqədər uşaq müəssisələrinində rəhbərlərinə yaxma nümünələrinini qeyri kafi olduğu və dizinfeksiya işlərin aparılması üçün məktub göndərilmişdir.
20 hava nümünəsi götürülmüşdür, qeyri kafi yoxdur.
Mərkəzi su xətindən 235 nümünə su götürülüb. Götrülən su nümünələrindən 14 qeyri kafi olmuşdur. 18, 74, 76, 108, 114, 132, 162, 174 saylı uşaq u/b və k/e, 20 saylı musiqi məktəbi, 4 saylı İOEUGİM, 35, 46, 164 saylı ümumtəhsil məktəblərində təkrar muayinələr aparılmışdır.
İl ərzində sanitar-gigiyenik rejimin pozulmasına görə 1 cərimə protokolu tərtib olunmuşdur. Uşaq və yeniyetmə müəssisələrində tibbi müayinədən 20 saylı poliklinikadan 2867 nəfər tibbi müayinədən keçməli idi. 2500 nəfər tibbi müayinədən keçib. Bu da 87,19 % təşkil edir.
5 saylı poliklinika üzrə 2187 nəfər tibbi müayinədən keçməli idi. 1774 nəfər tibbi müayinədən keçib. Bu da 81% təşkil edir.
UYGB üzrə ümumi keçməli idi 5054 nəfər, keçib 4274 nəfər. Bu da 85% təşkil edir.
İl ərzində rayon üzrə 5 saylı poliklinikadan tibbi müayinədən 2299 nəfər keçib, bu da 87% təşkil edir. 20 saylı poliklinikadan 5539 nəfər tibbi müayinədən keçib, bu da 90% təşkil edir.
Hesabat ilində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikləri öz fəaliyyətlərini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni və rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərini rəhbər tutaraq qurmuşdur.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2.98 kv. km. hüdudlarında 92 mindən artıq əhalinin yaşadığı 5 mikrorayonu və 3-cü Alatavanı əhatə edir.
Nümayəndəlik ərazidə xidmət göstərən 23, 31, 33, 51, 65 və 77 saylı Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə çalışmışdır.
Nümayəndəliyin inzibati ərazisində 11 orta ümumtəhsil məktəbi, Texniki Humanitar Litseyi, Şahmat məktəbi, Musiqi məktəbi, Uşaq və Gənclər İdman Məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 13516 nəfərdən çox şagirdin təlim tərbiyəsi və təhsili ilə 1300 nəfərə yaxın müəllim məşğul olur. Həmçinin, ərazidə 13 uşaq bağçası və Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi fəaliyyət göstərir. Eləcədə ərazimizdə 20 saylı poliklinika, 12 saylı uşaq poliklinikası, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası, ''Bioloji təbabət'', ''Starlab'', ''Premium'', ''Spedu'', ''Sağlam ailə'' və '' Evromed '' özəl tibb müəssisələri yerləşir.
Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən il 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihəsi çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır.
İl ərzində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi ev 13, 17a və 18, Asif Məhərrəmov ev 31, 33 və 35, Mir Cəlal ev 42, 20 yanvar ev 4,7,, H.B.Əliyev ev 1,3,5 Moskva pr ev 90,92, Alı Mustafayev 41 cə Cavadxan 28 və 32 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri başa çatdırılmışdır. Ümumi yaşayış binalarının fasadı və dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan boru və navalçaların dəyişdirilərək yeniləri ilə əvəz olunub. Binanın giriş blokları təmir edilərək, pilləkənlər aqlay daşla üzlənilib, 44 ədəd giriş qapısı və pilləkən qəfəslərinin 164 ədəd pəncərələri yeniləri ilə əvəz olunub, görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 18000 kv.m-dən artıq asfalt örtüyü, 4500 kv.m-ə yaxın qazon, 1950 kv.m-dən artıq tamet daşı vurulub, 1750 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 16 ədəd yeni zibil qutusu qoyulub, 900 kv.m. istinad divarı aqlay daşla üzlənib.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 300 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 1000 ədəd dekorativ çiçəklər əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, idman qurğuları, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri quraşdırılıb. Həyətə asfalt örtüyünün vurulub, yeni işıqlandırma sisteminin və yaşıllıqların suvarılması üçün yeni su xətlərinin çəkilməsi, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılmışdır. Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış ərazilərin çəpərləri sökülərək sakinlərin ümumi istifadəsinə verilib.
Qeyd edək ki, Nəsimi rayonu 4-cü mikrorayon dairəsi ətrafında piyada səkilərində təmir-bərpa işləri başa çatıb.
Görülmüş işlər çərçivəsində qeyd olunan ünvanda dairə ətrafinda piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunması məqsədilə təmir işləri aparılıb.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq qış mövsümünə hazırlıq işləri ilə əlaqədar Nəsimi rayonu rayonu Cavadxan küçəsi 34, Moskva 68 və 72 saylı və Hüseynbala Əliyev 38 və 6 saylı binaların fasadında və dam örtüyündə təmir işlərinə başlanılıb. Eyni zamanda binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkən qəfəslərinin təmiri, giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri də nəzərdə tutulubdur.
Nəsimi rayonunda həyata keçirilən ağacəkmə aksiyası rayonun Mir Cəlal və Cavadxan küçələri boyu yaşıllıq zolaqlarında 200 ədəd şam və sərv ağacları , 400 ədəd mövsümü gül-çiçək əkilib, 1100-dən artıq ağaca isə qulluq edilib
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur. Ərazimizdə müxtəlif vaxtlarda mütəmadi iməclik keçirilib. İməcilik zamanı rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində yaşıllıqların, oturacaqların təmizlənməsi həyata keçirilmişdir. Eyni zamanda iməcilikdə havanın şəraitinin kəskin dəyişməsi ilə əlaqədar parklarda, abad həyətlərdə, xiyabanlarda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb, sanitar təmizlik işləri aparılmışdır. Küçələr boyunca yerləşən yağış suları axıdan kürəbəndlər və magistral yol və prospektlərin kənarları təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülüb.
Aparılan abadlıq və yenidənqurma işləri nəticəsində 1000-ə yaxın sakinin yaşadığı Cavadxan küçəsi 30 və 34 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 30 və 34 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binaların giriş hissələri aqlay daşla üzlənib. Ətrafda yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarında təmir işləri aparılıb.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 300 kv.m-ə yaxın tamet daşı vurulub, 1200 kv.m-dən artıq qazon salınıb, 900 p.m yeni bardürlər qoyulub. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutular qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə 2 ədəd söhbətgah və 6 ədəd oturacaq qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi 3, 5 və 7 ünvanında 700 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 950 ədəd müxtəlif növ ağaclar, 8300 ədəd kol və 3000 ədəd mövsümü güllər əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və hava çirklənməsini effektiv şəkildə azalda bilən 2150 ədəd adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl səddlər” yaradılıb.
“Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Moskva prospekti 68 və 72, Cavadxan 32, 36 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işlərinə başlanılıb. Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb. Həyətdə torpaq işləri görülür. Binaların fasadının və dam örtüyünün əsaslı təmiri, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri davam edir.Söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması, yeni tamet-bardur daşlarının, asfalt örtüyünün və qazon örtüyünün vurulması, həyətə yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri də yekunlaşıb.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 66 saylı binada abadlıq quruculuq işləri başa çatıb.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 66 saylı ünvanın həyətyanı sahəsində abadlıq işlərinin aparılması, ümumi yaşayış binanın fasadının və dam örtüyünün əsaslı təmir olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri artıq yekunlaşıb. Həyətdə söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin quraşdırılması da nəzərdə tutulubdur.
Hüseynbala Əliyev küçəsi 32 və 36 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir. Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb. Həyətdə torpaq işləri görülmüşdür. Ümumi yaşayış binaların fasadının və dam örtüyünün əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçaların dəyişdirilib, binaların giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunub, binaların giriş pilləkənləri aqlay daşla üzlənilib.
1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində müxtəlif ünvanlarda RİH başçısı tərəfindən 23 səyyar qəbul keçirmişdir. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən binanın və həyətin təmiri, küçənin işıqlandırılması, zirzəminin təmiri, asfalt örtüyünün çəkilməsi, yağış sularının ötürülməsi üçün barmaqlıqların quraşdırılması, həyətdə maneələrin yığışdırılması, ağacın götürülməsi barədə müraciətlər edirdilər.
2023-cü ildə 1 nömrəli Sahə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 105500 manat maliyyə vəsaiti ayrılmışdır. Həmin maliyyə vəsaitindən 98526 manat vəsait xərclənmişdir: o cümlədən 78300 manat ştatda olan işçilərin əmək haqqları, 17226 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 3000 manat isə digər xərclər ( dəftərxana, inventar, bank xərcləri, avadanlıq və s.) üçün sərf olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 108 min nəfərə yaxın əhalinin yaşadığı, 4.27 kv km ərazini əhatə edir. Nümayəndəlik il ərzində əraziyə xidmət göstərən 13, 14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri, Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Sahələri (4,5,70,151,154,157 saylı), MTK-lar, Kooperativlər, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmişdir.
Rayon İcra Hakimiyyəti başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması təmin edilmiş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir.
Nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmışdır.
Ərazidə qoyulmuş məişət tullantıları üçün sıradan çıxmış konteynerlər yenisi ilə əvəz olunmuş, iki rəngdə olan konteynerlərə uyğun tullantıların sakinlər tərəfindən atılması MKİS işçiləri tərəfindən nəzarətdə saxlanılması davam etdirilmiş, xeyli sayda oturacaqlar rənglənmişdir. S.Vurğun küçəsi 112 ünvanında bina rənglənmiş, həyətə qazon tamet daşı döşənmiş, seyrəngah quraşdırılmış, oturacaqlar qoyulmuş və asfalt örtüyü vurulmuşdur.
- Yusifbəyli ilə Azadlıq prospektinin kəsişməsindən prospekt boyu səkiyə 1000 kv m. tamet daşı döşənmiş, Həsən Əliyev küçəsində də səkiyə 1000 kv m.-dən çox tamet daşı döşənmişdir.
Sakinlərin müraciətinə əsasən xeyli evlərin dam örtüyü təmir edilmişdir. Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Nümayəndəliyin ərazisində ünvanların yenilənməsinin qeydiyyatının aparılması və binalara yeni ünvan lövhələrinin vurulması ilə əlaqədar monitorinq keçirilmiş və nəticəsi barədə RİH-nə məlumat verilmişdir. Eyni zamanda Sahə İnzibati Ərazi Dairəsində sıradan çıxmış məhəccər, pandus və silinmiş piyada keçidləri barədə də mütəmadi olaraq RİH məlumatlandırılmışdır.
S.Vurğun küçəsində “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Mirqasımovdan Vaqif prospektinə qədər Topçubaşov küçəsinə asfalt örtüyü vurulmuşdur. Mərkəzi küçələrdə, S. Rüstəm küçəsində yola 500 kv . asfalt örtüyü vurulmuş, Səməd Vurğun 116 ünvanında isə 2000 kv m. asfalt örtüyü vurulmuşdur.
“Abad Həyət” layihəsi çərçivəsində Səməd Vurğun 112 və 116 ünvanlarında yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.
“İDEA” layihəsi çərçivəsində Bakıxanov 42 ünvanında bina fasadı rənglənmiş, həyətə qazon və tamet daşı döşənmiş, uşaq oyunu elementləri və idman qurğuları quraşdırılmış, futbol meydançası qurulmuş, həyətə asfalt örtüyü vurulmuş, dekorativ ağaclar və gül kolları əkilmişdir. Ümumilikdə xeyli yenidənqurma, təmir bərpa işləri aparılmışdır. Kaveroçkin 13 ünvanında binanın fasadı təmir edilmişdir.
İl ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.
Hesabat dövründə nümayəndəlikdə başqa sahələr də diqqət mərkəzində saxlanılmışdır. Ərazidə görülmüş tikinti işləri barədə də Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və müxtəlif sərəncamlara əsasən nümayəndəliyin ərazisində şirkətlər tərəfindən aparılan işlər aşağıdakı kimidir:
M.Qaşqay, Abbas Zamanov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 5 girişli 1 bina (12 mərtəbəli) və 2 girişli 1 binanın (16-18 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, onlardan 5 girişli 1 binanın tikintisi yekunlaşmış, növbəti 2 girişli 1 binanın tikinti işi isə davam etdirilir. (İcraçı-“Maşınqayıran” MTK).
S.Rüstəm, R.Axundov, V.Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 4 girişli 2 binanın (17 mərtəbəli) tikinti işi başa çatmış, bəzi mənzillərdə təmir işləri davam etdirilir. (İcraçı-“Pilot Həyat”MTK).
S.Rüstəm, İ.Həmidov, E.Tağızadə küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 1 girişli 2 binanın (16 mərtəbəli) tikintisi yekunlaşmış, bəzi mənzillərində təmir işləri davam etdirilir. (İcraçı-“Draft Construction”).
Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 1 girişli 2 binanın (16 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, 1 bina tikilib başa çatmaq üzrədir. (İcraçı-“Draft Construction”).
Süleyman Rüstəm, Eldar Tağızadə, Vladislav Plotnikov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 3 girişli 1 binanın (16 mərtəbəli) tikintisi başa çatmış, bəzi mənzillərdə təmir işləri davam etdirilir. (İcraçı-“Gold Construction”).
Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və Bəsti Bağırova küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 2 girişli 3 bina (14-16 mərtəbəli), 1 girişli 1 bina (15-16 mərtəbəli) və 540 yerlik (4 mərtəbəli) orta məktəbin tikintisi nəzərdə tutulmuş, 2 girişli 1 bina və 1 girişli 1 binanın tikintisi başa çatmış, sakinlərin istifadəsinə verilmişdir. (İcraçı-“ARCHİCO”MMC).
N.Yusifbəyli, Mərdanov Qardaşları,Azər və Natiq Novruzov Qardaşları, Mövsüm Sənani küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən 2 girişli 2 binanın (15 mərtəbəli) tikintisi başa çatmış və sakinlərin istifadəsinə verilmiş, bəzi mənzillərdə təmir işləri görülür (İcraçı-“REGAL” MTK).
Mirqasımov, M.Qaşqay ,F.Qasımzadə və Azadlıq pr. əhatəsindəki kvartalda” Pilot” layihə tərəfindən hər biri 1 girişli 4 bina (18 mərtəbəli və 20 mərtəbəli) olmaqla tikintisi başa çatmış, 4-cü binada daxili təmir-fasadlanma işləri görülür (İcraçı-“Avrasiya Construction LTD” MMC).
Mirqasımov, S.Rüstəm, Xan Şuşinski və İ.Qasımov küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən çoxmənzilli yaşayış binalarında hərəsi 1 girişli 2 binanın (17 mərtəbəli) tikintisi başa çatmış, bəzi mənzillərdə təmir işləri görülür. ( İcraçı-“Rifah Plaza” MMC).
F.Qasımzadə, Xan Şuşinski və Mirqasımov kücələrinin əhatəsindəki kvartalda” Pilot” layihə tərəfindən 10 girişli, 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdırılmış, bəzi mənzillərdə təmir işləri görülür. (İcraçı-“Gözəl Bakı”MTK).
Molla Pənah Vaqif, Mirəli Qaşqay, Hənifə Ələsgərov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda ”Pilot” layihə tərəfindən 5 girişli binanın 3 girişi tikilib yekunlaşmış, binadaxili təmir işləri davam etdirilir. (İcraçı-“Fədək”MMC).
S.Vurğun küçəsi 941-ci kvartalda pilot layihə tərəfindən bir 2 girişli və bir 4 girişli binaların tikinti işi başa çatmış, daxili təmir-fasad işləri aparılır.(İcraçı-“Teymuroğlu”MMC).
Ə.Qasımzadə,M.Qaşqay küçələrinin əhatəsindəki kvartalda “Pilot” tərəfindən hərəsi 1 girişli 2 bina(16 mərtəbəli) tikilişi yekunlaşmış, bəzi mənzillərdə təmir işləri hələ də davam etdirilir. (İcraçı-“Pearl Construction”MMC).
M.Qaşqay, A.Zamanov, S.Zeynalov küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən bir 1 girişli, bir 2 girişli binaların tikintisi tam başa çatmış, 1 girişli 1 binanın (16 mərtəbəli) tikilməsi isə nəzərdə tutulmuşdur. (İcraçı-“Azəri Tikinti Şirkəti”MMC).
Mirəli Qaşqay, Sahib Zeynalov, Mikayıl Rəfili küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən iki 1 girişli və bir 2 girişli binaların tikintisi tam başa çatmış, 3-cü və 4-cü girişlərdə (16 mərtəbəli) daxili təmir-fasadlanma işləri aparılır. (İcraçı-“Azəri Tikinti Şirkəti”MMC).
S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Qulu Quluyev küçələrinin əhatəsindəki kvartalda” Pilot” layihə tərəfindən 1 girişli 2 bina və 2 girişli 1 binanın(16 mərtəbəli) tikintisi baş çatmış, bəzi mənzillərdə təmir işləri görülür. (İcraçı-“Grand Plaza”MMC)
Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Pilot” layihə tərəfindən hərəsi bir girişli 7 binanın (6-10 mərtəbəli) tikintisi başa çatmış, bəzi mənzillərdə təmir işləri görülür. (İcraçı-“RÜR”MMC)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə şirkət tərəfindən 1 girişli 3 binanın (16-18 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, onlardan 1 binanın tikintisi davam etdirilir. (İcraçı- “SR-A Construction” MMC (Olimpus))
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda şirkət tərəfindən hərəsi bir girişli 7 binanın (6-15 mərtəbəli) tikintisi nəzərdə tutulmuş, 2 binanın tikintisi davam etdirilir. (İcraçı-“Elegant Residence” MTK)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə C.Məmmədquluzadə, Maqsud Əlizadə və Azər Əliyev küçələrinin əhatəsindəki kvartalda şirkət tərəfindən hərəsi bir girişli 4 binanın tikintisi nəzərdə tutulmuş, onlardan 2 binanın tikintisinə başlanılıb və davam etdirilir. (İcraçı-Baku Rifah MMC)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Natiq Şahbazov (Dağıstan) 25 ünvanında şirkət tərəfindən hərəsi bir girişli 5 binanın tikinti işləri yekunlaşdırılmış, binadaxili təmir işləri aparılır. (İcraçı- “Servis” MTK)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə C.Məmmədquluzadə, Y.Çəmənzəminli, N.Qardaşları və S.Rəhman küçələrinin əhatəsindəki kvartalda şirkət tərəfindən hərəsi bir girişli 11 binanın tikintisi nəzərdə tutulmuş, onlardan 1 binanın tikintisinə başlanılıb və davam etdirilir. (İcraçı- “Pilot-16” MMC)
“Lider FN”,“Adara Baku”, “Kapital City (Anima)” və “Invest” şirkətlərində də işlər davam etdirilir.
Nümayəndəliyin xidmət etdiyi ərazidə 4 orta ümumi təhsil məktəbi - 35,42,151 və 164 saylı məktəblər, 1 xüsusi məktəb - 268 saylı məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 4853 şagirdin təlim-tərbiyəsi ilə 607 müəllim məşğul olur. Ötən il bu məktəbləri 276 şagird bitirmiş, bunlardan 186 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuş, 6 nəfər isə 600-dən çox bal toplamışdır.
Nümayəndəliyin ərazisində 13 dövlət körpələr evi-uşaq bağçası, 6 özəl məktəbəqədər tədris müəssisələri, 13-ü dövlət və 4-ü özəl olmaqla 17 səhiyyə müəssisəsi fəaliyyət göstərir.
Bütün bunlarla yanaşı nümayəndəlik Rayon İcra Hakimiyyəti yanında yaradılmış komissiya və qrupların işində də fəallıq göstərir. Belə ki, nümayəndəliyin xidməti ərazisində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq”la əlaqədar yaradılmış işçi qrupu da işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Belə ki, 15 nəfərdən ibarət işçi qrupu il ərzində 5 dəfə iclas keçirmiş, cəmi 10 sakinin - 2 yazılı, 8 şifahi müraciətinə baxılmışdır. İnsan hüquqlarının qorunmasına dair (18 may-18 iyun) aylıq keçirilmişdir. Cəmi 13 dəfə maarifləndirmə görüşləri olmuşdur.Qaldırılmış problemlər barəsində aidiyyəti təşkilatlara təklif və tövsiyələr verməklə, hətta, səyyar qəbullarda da sakinləri narahat edən məsələlər barədə fikirlər söylənmiş, onların arzu və istəklərini rayon rəhbərliyinə çatdırmış, ilin sonunda yekun hesabat verilmişdir.
2023-cü ildə 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 104 980 manat dürüstləşmiş büdcə nəzərdə tutulmuş, faktiki 104 980 manat maliyyə vəsaiti ayrılmış, 98 853 manat vəsait xərclənmişdir. 67 790 manat ştatda olan işçilərin əmək haqları, 8 400 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər, 17 163 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 5 445 manat digər xərclər( icbari sığorta, dəftərxana, inventar, bank xərcləri, telefon, internet, avadanlıq və s.) üçün sərf olunmuşdur.
Hesabat dövrü ərzində nümayəndəliyə rayon İcra Hakimiyyətindən 337 məktub, ərizə və şikayət daxil olmuşdur. Eyni zamanda “Rəqəmsal İcra Hakimiyyəti” portalına da diqqət yetirilmiş, bəzi vətəndaşların müraciətləri elektron formada cavablandırılmışdır. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq tədbirlər görülmüş və bütün müraciətlərə vaxtında cavab verilmişdir.
Nümayəndəliyin ərazisi üzrə rayon İcra Hakimiyyəti başçısının 12 səyyar qəbulu keçirilmiş, küçələrin işıqlandırılması, həyətlərin abadlaşdırılması, su kanalizasiya təchizatının yaxşılaşdırılması, küçələrə asfalt örtüyünün vurulması, qurumuş ağacların kəsilməsi, işlə təmin olunmasına köməklik edilməsi, məktəbə gedən uşaqlara məktəbli forması verilməsinə köməklik edilməsi, yaşadıqları ərazinin söküntüyə düşməsinə köməklik edilməsi, mənzil növbəsinə götürülməsinə köməklik edilməsi, ahıl sakinlərin yay istirahətinin təşkilinə köməklik edilməsi, dam örtüklərinin təmir olunmasına köməklik edilməsi, aztəminatlı ailələrə yardımlar edilməsi kimi 111 müraciətə baxılmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Nümayəndəliyi üzrə 2023-ci ilin yanvar ayının ilk həftəsindən nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotunun dəqiqləşdirilməsi, yoxlanılması və həmin məlumatların yeni verilmiş 2023-2027-ci illər üçün təsərrüfat uçotu kitablarına yazılmasına başlanılmışdır. Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, eləcə də Füzuli küçəsində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurlar nəqliyyat və piyadaların hərəkətinə ciddi maneələr yaratdığı nəzərə alınaraq kiçik ölçülü qranit daşları sökülərək asfalt örtüyü ilə əvəz olunmuşdur.
44 günlük vətən müharibəsində qəhrəmancasına həlak olmuş Nəsimi rayon şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən inzibati ərazidə olan Gənclik küçəsi Elman Babaxanov, Maarif küçəsi (keçmiş Cəlil Məmmədquluzadə dön) Kərimli Hüseynin adına verilmişdir.
Yanvar ayından başlayaraq Şamil Əzizbəyov, Rəşid Behbudov, Süleyman Rüstəm, Elman Babaxanov, Şəmsi Bədəlbəyli və Dilarə Əliyeva küçələrində olan işıq dirəkləri yeniləri ilə əvəz olunması davam etdirilmişdir.
28 May küçəsi 6 ünvanında binanın fasad hissəsində təmir işləri davam etdirilir.
Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi, Süleyman Rəhimov, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli küçələrinin, Neft və Sənaye universitetinin qarşısında olan piyada səkilərinə yeni tamet daşları döşənmişdir.
28 May küçəsi 4 və Azadlıq prospekti 16 ünvanlarının həyətlərinə yeni asfalt örtüyü salınmışdır.
İnzibati ərazidə yerləşən Dəmiryolu Vağzalının qarşısında olan pilləkənlərin sökülərək yenidən qurularaq vətəndaşların istifadəsinə verilmişdir.
Mütəmadi olaraq ərazinin sanitar-epidemioloji vəziyyəti nümayəndəlik tərəfindən nəzarətdə saxlanılmış,ərazidə olan zibil qutularında, urnalarda zibilin yığılıb qalmaması üçün əraziyə xidmət göstərən Mənzil-Kommunal İstismarı Sahələrinə müvafiq tapşırıqlar verilmişdir.
Vətəndaşların problemlərinin operativ dinlənilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasıyasından verilən tapşırığa uyğun olaraq hər ay Nəsimi rayon İcra Hakimiyyəti başçısı inzibati ərazidə yaşayan sakinlərin şikayət, təklif və problemlərini dinləmək üçün Slayvan məktəb kompleksində, 8 nömrəli məktəbdə, Azadlıq prospekti 16 ünvanda (məhəllədə), 44 nömrəli məktəbdə, 46 nömrəli məktəbdə, Nizami küçəsi 119 ünvanda (məhəllədə), “Central Park” oteldə və “World Business” mərkəzində səyyar qəbullar keçirmişdir.
İnzibati ərazidə yerləşən Opera və Balet teatrının əsaslı təmir işləri davam etdirilir.
Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazi “PMD GROUP” şirkəti tərəfindən aparılan söküntü işləri başa çatdırılmışdır. Hazırda ərazidə layihəyə uyğun olaraq tikinti işləri aparılır.
“Kubinka” adlanan ərazidə yerləşən C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, S.Əsgərov, Mərdanov qardaşları, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 188 saylı, 16.09.2020-ci il tarixli sərəncamı ilə “Vialon” MMC-nin istifadəsinə verilmişdir. Hal-hazırda şirkətlə ərazidə yaşayan sakinlər arasında danışıqlar prosesi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 N-li Qərarına əsasən Nəsimi rayonunda , eyni zamanda inzibati ərazidə başlamış pilot layihələr “Pilot İnşaat-A” MMC-( işlər yekunlaşdırılmış), “Malibo” MMC, “Yeni Ailə” MMC, “Məkan” MMC(işlər yekunlaşdırılmış), “Tac 1 Residence” MMC (işlər yarımçıq dayandırılmışdır) tərəfindən işlər davam etdirilir.
Küçə ticarətinin qarşısının alınması məqsədi ilə nümayəndəliyin əməkdaşları tərəfindən mütəmadi olaraq əraziyə nəzarət olunmuş, keçirilən reydlərdə qanunsuz ticarət aparan şəxslərə qanunvericiliyin tələbləri izah olunmuşdur.
Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər davam etdirilmişdir. Nümayəndəlik ərazisində, eləcədə Koroğlu parkında rayon ictimaiyyətinin iştirak etdiyi “bir ağac bir dünya “ ağac əkmə aksiyasında Ulu Öndərə öz ehtiramlarını bildirərək 1000-dən artıq ağac, 800-dən çox gül əkilmişdir. Rayon ziyalılarının, məktəblərin, universitetlərin, idarə-təşkilat rəhbərlərinin iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında incəsənət ustalarının konsert proqramı təşkil olunmuş , Nizami kino mərkəzində Ulu Öndərin həyat fəaliyyətinə, keçdiyi ömür yoluna, ölkənin olduğu çətin durumdan necə çıxartmasına həsr olunmuş film nümayiş olunmuş, daha sonra RİH başçısı geniş məruzə ilə çıxış etmişdir. Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda Ulu Öndərə həsr olunmuş bayram konserti keçirilmişdir. Konsertin təşkilatçılığında nümayəndəlik əməkdaşları yaxından köməklik göstərmişdir.
28 May küçəsi 4, 28 May küçəsi 20 və Azadlıq prospekti 16 ünvanlarının həyətlərinə yeni asfalt örtüyü salınmışdır.
Ərazidə yaşıllıq zolaqlarının qorunması, eləcədə yeni ağac, bitki-kolların əkilməsi və onlara daimi qulluq göstərilməsi üçün tərəfimizdən Yaşıllıq idarəsi və Mənzil Kommunal İstismarı Sahələri ilə qarşılıqlı iş aparılmışdır.
Qurban bayramı günlərində nəzərdə tutulmayan yerlərdə qanunsuz olaraq heyvan kəsiminin qarşısının alınması məqsədilə nümayəndəliyin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları ilə birgə monitorinqlər keçirilmişdir.
Rayon ərazisində, eləcədə inzibati ərazidə aparılan qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir. Müşavirədə rayon başçısı tərəfindən nümayəndəliyə və aidiyyəti qurumlara küçə ticarətinin qarşısının alınması üçün müvafiq tapşırıqlar verilmişdir.
İnzibati ərazidə yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin binasının fasad hissəsində aparılan təmir işləri yekunlaşdırılmışdır.
Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən “bazar” adlanan ərazi sökülərək təmizlənmişdir. Abadlıq-quruculuq işləri çərçivəsində inzibati ərazidə yerləşən küçə və prospektlərdə iməcilik işləri hər həftənin şənbə günləri davam etdirilmişdir. Eyni zamanda küçə və prospektlərin işıqlandırılmasına mütəmadi olaraq tərəfimizdən nəzarət olunmuşdur.
Payız-qış mövsümünə hazırlıq məqsədilə rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən geniş müşavirədə iştirak edilmiş, rayon başçısı tərəfindən verilən tapşırıqların vaxtında həlli istiqamətində müvafiq işlərin görülməsi təmin olunmuşdur.
Nümayəndəliyin 2023-cü ildə fəaliyyətinə Bakı şəhər Baş Maliyyə İdarəsi tərəfindən 129227,0 manat büdcə vəsaiti nəzərdə tutulmuş, bu vəsaitin 86855,0 manatı ştatda olan işçilərin əmək haqqına, 19108,0 manatı Məcburi Dövlət Sosial Sığorta haqqlarına, 1760,0 manatı dəftərxana və təsərrüfat xərclərinə, 2171,0 manatı icbari tibbi və işsizlikdən sığortaya, 332,0 manatı telefon, internet xərclərinə, 3224,0 manatı yanacağa, 7200,0 manatı icarəyə, 244,0 manatı bank xidmətlərinə, 5400,0 manatı maşın və avadanlıqların alınmasına, 500 manat nəqliyyat vasitəsinin təmirinə, 300,0 manat proqram təminatına xərclənmişdir. 2133,0 manat dövlət büdcəsinə qaytarılmışdır.
Vətəndaşların müraciətləri daim nəzarətdə saxlanılmış, səyyar görüşlərdə, keçirilən qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi və müvafiq izahatların verilməsi təmin olunmuşdur.
2023-cü ilin ilk 12 ayı ərzində 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə dövlət qurumlarından 82 məktub, vətəndaşlardan isə 136 ərizə daxil olmuşdur. Eyni zamanda il ərzində vətəndaşlar tərəfindən edilən müraciətlərə əsasən qanunvericiliyə uyğun olaraq nümayəndəlik tərəfindən onlara yaşayışlar yerindən verilmişdir.
İl ərzində şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının müraciətləri daim nəzarətdə saxlanmışdır. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.06.2021-ci il tarixli 1380 saylı Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülmüşdür.
Nəsimi rayon ərazisində qeydiyyatda olan 5 şəhid ailəsi və 11 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə mənzil növbəsinə götürülmüşdür. Növbədə olan 6 şəhid ailəsi və 19 Vətən müharibəsi əlili mənzillə təmin olunmuşdur. RİH-nin təşkılatçılığı ilə rayonda fəaliyyət göstərən “KARAT” Holdinq tərəfindən 19 şəhid ailəsinə 5 il müddətində hər ay 200 AZN müavinətin verilməsi davam etdirilmiş, 12 nəfər ödənişli ictimai işlə təmin olunmuşdur.
Şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin yaşadıqları binada, həyətlərdə və ətraf ərazidə geniş miqyaslı abadlıq quruculuq, mənzillərdə təmir işləri aparılmışdır. Ehtiyacı olan ailələrə maddi, tibbi müayinə və əməliyyat məsələlərində köməkliklər göstərilmiş, məişət avadanlıqları və mebel dəstləri ilə təmin olunmuşlar. Şəhid adının əbədiləşdirilməsi məqsədilə şəhidlərin anım günlərində 142-dən çox tədbirlər, o cümlədən Şəhidlərə həsr olunmuş “Yüksəklik 420” filmi çəkilmiş və təqdimatı təşkil olunmuşdur.
Rayon ərazisindəki “Karvan” və “Savalan” küçələrinin adlarının dəyişdirilərək şəhidlərimiz Cəfərov Ruslan Gündüz oğlunun, Tarıverdiyev Nicat Şöhrət oğlunun adının verilməsi ilə bağlı küçələrdə yeni ünvan lövhələri quraşdırılmışdır.
Rayon ərazisində yerləşən şəhid xatirə abidələrində, Zəfər bağı Memorial kompleksındə cari, Milli Qəhrəman Mehdiyev Fazil Umud oğlunun adını daşıyan bağda əsaslı təmir işləri aparılmışdır. Müraciətləri əsasında 12 şəhid ailəsi üzvünün, 1 Vətən müharibəsi iştirakçısının Mədinə və Məkkə şəhərlərində Ümrə ziyarətinin yerinə yetirilməsi üçün Səudiyyə Ərəbistanına göndərilməsinin bütün xərcləri qarşılanmışdır.
2023-cü il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
Yanvar ayının 18-də Nəsimi rayonu F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir.
Yanvar ayının 18-də Nəsimi rayonu M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Azadlığa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişldir.
Yanvar ayının 19-da Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Ülvi hisslərin azadlıq nəğməsi” adlı tədbir keçirilib. Tədbirdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak ediblər. Tədbirdə bildirildi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir. Tədbirdə bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd edilmişdir. Tədbirin sonunda 20 Yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilmişdir.
Fevral ayının 01-də “Holliday İNN” hotelinin konfrans zalında Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər günü münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun Millət vəkilləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 8 nominasiya üzrə 43 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur. Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatmışdır.
Fevral ayının 01-də Azərbaycan Tibb Universitetində “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib. Tədbirdə bildirilib ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixcəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir.
Fevral ayının 03-də Bakı Kitab Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan Vətənimdir” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyətinin məsul əməkdaşları, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Əvvəlcə tədbir iştirakşıları Mərkəzin foyesində dərnək üzvlərinin çəkdiyi rəsmlərə və müxtəlif ölkələrin mədəniyyətini və tarixini əks etdirən sərgi ilə tanış olmuşlar. Tədbirdə çıxış edənlər bildirdilər ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər. Tədbir boyu Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri azsaylı xalqların rəqslərindən ibarət kompazisiyalarla çıxış edildi.
Fevral ayının 03-də Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydası bildirilmiş, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq-quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edilmişdir. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olunmuşdur.
Fevral ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak etdi.
Fevral ayının 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlət başçısını qarşılamışdır.
Fevral ayının 15-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada OCEP lahiyəsi çərçivəsində Türkiyə-Azərbaycan dostluq tədbiri keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyənin təhsil müşaviri, Elm və Təhsil Nazirliyinin sektor müdiri, Milli Olimpiya Komitəsinin ekspert və koordinatorları və Gimnaziyanın pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra 6 fevral tarixində Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilib. Tədbirdə OCEP lahiyəsi üçün hazırlanmış videoçarx təqdim edilmiş və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyalar, rəqslər və müxtəlif idman növləri nümayiş olunmuşdur.
Fevral ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətinin və 5 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans keçirilib. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi Rayon təşkilatının rəhbərliyi, Mərkəzin pedaqoji kollektivi, dərnək üzvləri və rayon gəncləri iştirak etmişlər. Konfransda Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar videoçarx nümayiş olundu. Tədbirdə iştirak edənlər bildirdi ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bildiyi qeyd edildi.
Fevral ayının 21-də Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə OCEP-2022 lahiyəsi çərçivəsində “Kanadanın tarixi və ənənələri” adlı tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Elm və Təhsil Nazirliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilarının sədri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Kanadanın tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub, bədii-musiqili hissə ilə davam etmişdir.
Fevral ayının 23-də Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Nəsimi rayonu 8 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak ediblər. Tədbirdə xüsusi vurğulandı ki, Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş, şagirdlərin ifasında vətənərvərlik mövzusunda şerlər, mahnılar səsləndirilmiş və səhnəcik təqdim olunmuşdur.
Fevral ayının 23-də Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar. Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış “Əsrin faciəsi” sənədli filminə baxıldı.
Fevral ayının 24-də "3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı Xətai sənət mərkəzində Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı mərkəzin gənc rəssamlarının "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi. Xocalı soyqırımda və torpaqlarımızın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində uşaqların ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndi, vətənpərvər mahnılar ifa edildi və "Azərbaycan" rəqs kompozisiyası nümayiş etdirilmişdir.
Fevral ayının 24-də Xocalı faciəsindən 31-ci ildönümünə həsr olunmuş “Xalq qəzeti” redaksiyasında Nəsimi rayon məktəblilərinin iştirakı ilə sərgi keçirilib. Tədbirdə qeyd olunub ki, bu kimi faciələr bir daha təkrarlanmasın deyə, bütün dünya Xocalı harayına səs verməli və milli zəmində törədilən bənzər hadisələrə qətiyyətlə yox deyilməlidir. Məhz bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bir çox ölkələrdə davamlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Fevral ayının 24-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı facəsinin otuz birinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə RİH Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompazisiya və şeirlər nümayiş olunmuş, Xocalı soyqrımına aid videoçarx göstərilib. Tədbirin sonunda Xocalı sakinlərinə maddi yardım, ərzaq bağlamaları verilmişdir.
Mart ayının 02-də Nəsimi rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin akt zalında “Heydər Əliyev və Azərbaycan məfkurəsi" və “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul məkdaşları, rayonun görkəmli ziyalıları, elm xadimləri, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib.
Mart ayının 05-də Milli Olimpiya Komitəsinin inzibati binasında Ümummilli lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti, Gənclər və İdman naziri, MOK-un baş katibi, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssisləri, media nümayəndələri iştirak edib. Tədbirdə Heydər Əliyevin Azərbaycanın idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub. Tədbir iştirakçıları həmin günə aid tarixi kadrları böyük maraqla izləmişdir.
Mart ayının 07-də Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və rayonun ümumtəhsil müəssisələrinin rəhbərlərinin və qeyri- hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyi qeyd edilmişdir. Tədbir zamanı ümumtəhsil müəssisələrin fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb.
Mart ayının 08-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar və şəhid ailələri iştirak ediblər. Tədbirdə bildirildi ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya xüsusi əhəmiyyətə malikdir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.
Mart ayının 10-da Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransa start verilmişdir. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır. Sonra təqdim olunmuş 30 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmiş, Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilib.
Mart ayının 11-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Bir ağac-bir dünya” başlığı altında ağacəkmə aksiyası keçirilib. Nəsimi rayonu Vaqif prospekti, Bakıxanov, S.Vurğun, X.Şuşinski və F.Qasımzadə küçələri boyunca 300 ədəd eldar şamı və luqustr ağacları, 50 ədəd oleandr ağacları, 400 ədəd kiparis ağacları, 30 ədəd çinar ağacları, çoxsaylı dekorativ şam ağacları, ümumilikdə 1000-dən artıq ağac əkilib. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub, 800-dən artıq mövsümi gül kolları əkilib. Eyni zamanda, quru ağaclar budanaraq, ümumi sanitar təmizlik işləri görülmüşdür.
Mart ayının 17-də Nəsimi Rayon İcra Hakimiyyətində xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə “Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının sədri, cəmiyyət sədrləri, şəhid ailələri və qazilər iştirak etmişlər. Əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğuladılar. Tədbirdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.Tədbir konsert proqramı ilə davam etdirilmişdir. Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, o cümlədən 1000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.
Mart ayının 20-də Nəsimi rayon İcra Hakimiyyətinin və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib. Bayram şənliyində “Yeddi gözəl” tamaşası təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.
Mart ayının 22-də Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunan tədbir keçirilib. Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib. Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər, konsert proqramı nümayiş etdirilib.
Mart ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətinin və “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz xonçası” adlı bayram tədbiri keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib. Əvvəlcə qonaqlar Mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiləri ilə tanış oldu. Bayram şənliyində “Novruz xonçası” adlı tamaşa təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib. Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırılmışdır.
Mart ayının 31-də Azərbaycan Tibb Universitetində 31 Mart - Ümummilli lider Heydər Əliyevin İmzaladığı “Azərbaycanlıların soyqırımı” haqqında Sərəncamının tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması barədə tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyəti nümayəndələri, rayon ağsaqqalları, İctimai Şuranın üzvləri və rayon gəncləri iştirak edib. Tədbirdə qeyd edilmişdir ki, 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilərək gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Aprel ayının 05-də Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Xalq qəzetinin, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib. Komandalar arasında futbol turnirinə start verilmişdir.
Aprel ayının 06-da "Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin 2-ci, 4-cü və 5-ci, 7-ci sinif şagirdləri arasında şahmat yarışı keçirilmişdir. Yarışda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin rəisi, 111 saylı orta məktəbin direktoru və hakimlər iştirak edib. Qalib şagirdlər Nəsimi rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib.
Aprel ayının 06-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda milli məclisin üzvlərinin, ziyalıların iştirakı ilə toplantı keçirildi. Konfransda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, AMEA-nın Tarix İnstitunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, YAP Nəsimi rayon təşkilatının sədri, rayon ictimaiyyəti, qeyri-hökumət təşkilatlarının rəhbərləri və rayon gəncləri iştirak edib. Əvvəlcə konfrans iştirakçıları tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında Heydər Əliyevin büstü önünə gül dəstələri düzüldü. Sonra Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Ümummlli liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Aprel ayının 07-də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir. Nəsimi rayonunun orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər, valideyinləri və elmi rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi ” adlı mövzuya uyğun olaraq Ulu öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətini yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etmək məqsədi ilə məktəblilərin “Azərbaycan Daş Dövründə - Homosapiens” ,“Azərbaycan Səlcuq imperiyasının tərkibində” , “Gəncə xanlığı - Cavad xan” , “Sovet Rusiyasının Azərbaycana təcavüzü , AXC-nin süqutu” , “Vətən Müharibəsi – Qarabağın azad olunması” mövzularına aid hazırladıqları sərgi və əl işləri ilə tanış olmuşlar. Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər. Təqdim olunmuş 22 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir. Daha sonra bədii hissə ilə davam edən tədbirdə 3 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əbədi-bədii kompazisiya ilə çıxış etmişdir.
Aprel ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Gənclər və İdman İdarəsi, "Vətəndaş Cəmiyyətində Debat" İctima Birliyi və Azərbaycan Dillər Universiteti Debat klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş yaz debat turniri keçirilib. Turnirin açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər. İki gün davam edən turnir sonda qalib komanda üzvlərinin Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmasıyla yekunlaşmışdır.
Aprel ayının 12-də Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu öndərin ölkəmizin inkişafına işıq salan ideyaları daim yaşayacaq” mövzusunda tədbir keçirilib. Tədbirdə bildirlib ki, bu gün tariximizdə onun silinməz izi var: “Onun qoyduğu izlər bu gün də aktualdır. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad edilməsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin sonunda ATU-nun rektoru və YAP-ın Nəsimi rayon təşkilatının sədri YAP-ın sıralarına yeni qatılan bir qrup tələbə və əməkdaşa partiyanın üzvlük vəsiqəsini təqdim edilmişdir.
Aprel ayının 12-də Nəsimi rayon İcra Hakimiyyətində 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə Nəsimi RİH və YAP Nəsimi rayon təşkilatı ilə birgə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, YAP Nəsimi rayon təşkilatının sədri, QHT rəhbərləri, rayon ictimaiyyəti və rayon gəncləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirildi.
Aprel ayının 13-də Nəsimi rayon İcra Hakimiyyətinin və 5 nömrəli Uşaq Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin irsinin öyrənilməsi və təbliği”nə həsr olunmuş 9 komandanın iştirakı ilə intellektual yarışın final mərhələsi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 nömrəli Uşaq Gənclər Mərkəzinin pedaqoji kollektivi və rayonun ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Final yarışda İ.Əfəndiyev adına Elitar Gimnaziyanın komandası I yerə, E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin komandası II yerə, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin komandası III yerə sahib çıxmışlar. Qalib komandalara diplom və hədiyyələr təqdim olundu.
Aprel ayının 17-də Nəsimi rayonunda Ramazan ayı münasibətilə Niaqara şadlıq sarayında rayon rəhbərliyinin, Millət vəkillərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilərinin, 20 Yanvar və Çernobıl əlillərinin və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrəsi təşkil edilmişdir. Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulanmış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunması, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilmişdir.
Aprel ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətinin və “Təhsil” Respublika İdman Mərkəzini 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq -Gənclər İdman- Şahmat Məktəbi PHŞ-in təşkilatçılığı ilə 13-14 aprel tarixlərində "2023 cü İl Heydər Əliyev İli" çərçivəsində Nəsimi rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə birinciliyə start verilib. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin məsul əməkdaşları, 4 nömrəli idman şahmat məktəbinin direktoru, Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin direktoru və rayonun ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin ictimayi-siyasi həyatından, ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi idman və şahmata göstərdiyi diqqət və qayğısından danışıb. Birinciliyin qalibləri diplom, medal və xatirə hədiyyəsi ilə mukafatladırlmışdır.
Aprel ayının 18-də Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin növbəti görüşü keçirilib. Görüşdə rayonda aparılacaq abadlıq, quruculuq işləri ilə bağlı müzakirələr aparılmışdır. İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi üçün sorğuların nəticəsi barədə söhbətlər aparılmışdır. Eyni zamanda rayonda yerləşən təşkilatlarda sorğu keçirilməsi barədə təkliflər verildi. Şura üzvləri arasında fikir mübadiləsi aparılmış və Şura tərəfindən gələcəkdə görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
Aprel ayının 19-da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xalq qəzeti” ilə birgə Nəsimi rayon İcra Hakimiyyətində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tanınmış jurnalistlərin və ziyalıların iştirakı ilə toplantı keçirilib. Toplantıda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri, "Xalq qəzeti"nin baş redaktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, "İki sahil" qəzetinin baş redaktoru, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, rayon ictimaiyyəti və rayon gəncləri iştirak edib. Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Konfransda bildirilmişdir ki, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. "Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır.
Aprel ayının 20-də Ramazan bayramı ərəfəsində Nəsimi rayonunda Vətən müharibəsi Şəhid ailələri ziyarət olundu. Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir. Dünya müsəlmanlarının ən əziz bayramlarından hesab olunan Ramazan bayramı münasibəti ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb. Ziyarət zamanı öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirilib.
Aprel ayının 20-də Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nəsimi RİH, YAP Nəsimi rayon təşkilatı və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. “Ulu öndər Heydər Əliyev bütün varlığı ilə, bütün bilik və bacarığı ilə xalqına, torpağına bağlı bir dahi şəxsiyyət idi. Onun rəhbərliyi ilə Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ulu öndərin adı ilə bağlıdır.
Aprel ayının 25-də Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləşmob keçirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, ənənələrini davam etdirmək məqsədilə Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə şagirdlərin iştirakı ilə “Heydər Əliyev – 100 və imzası” adlı fləşmob təşkil olunmuşdur.
Aprel ayının 25-də Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 23 nömrəli tam orta məktəbdə “Səndən söyləyəcək daima dillər” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, KİV nümayəndələri, elm və mədəniyyət işçiləri iştirak edib. Sonra məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirilmişdir.
Aprel ayının 26-da Çernobıl faciəsinin 37-ci ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, Çernobıl Əlilləri İttifaqının sədri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının üzvləri iştirak edib. Tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda rayonda yaşayan aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanmışdır.
Aprel ayının 26-da Nəsimi rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində qanvermə aksiyası keçirilib. İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivləri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının üzvləri, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisələrin əməkdaşları fəal iştirak ediblər. Aksiyada bildirildi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır. Milli Hemotologiya və Transfuziologiya Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Qanvermə aksiyasında 300 nəfərdən artıq əməkdaş iştirak edib.
Aprel ayının 27-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə tamaşa etdilər. Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic göz eynəkləri təqdim edildi.
Aprel ayının 28-də Nəsimi rayonu A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Ümummilli lider “Heydər Əliyev ili” çərçivəsində “Nizami Gəncəvi yaradıcılığının dünyası” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, Nəsimi Bələdiyyəsinin sədri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri və məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, sonra Ümummlli lider Heydər Əliyevin və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəblilərin hazırladıqları “Xarı bülbül” rəqsi, “Yeddi gözəl” poeması əsasında hazırlanmış kiçik səhnəçiklər və Ulu öndər Heydər Əliyevə həsr olunmuş şerlər tamaşaçılara təqdim olunmuşdur.
May ayının 02-də Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişlər. 22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri Şahin komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan edilib. İlk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yarışda 300-dən çox yeniyetmə və gənc iştirak etmişdir.
May ayının 02-də Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 240 nömrəli tam orta məktəbdə “Xalqa həsr olunmuş ömür” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin və torpaqlarımızın ərazi bötüvlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin qeyri–adi idarəçilik bacarığından, yüksək vətənpərvərliyindən, uzaqgörən və məqsədyönlü siyasətindən ürəkdolusu danışdılar. Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları səhnəciklərdə, şeirlərdə, rəqslərdə əks etdirildi.
May ayının 03-də Nəsimi rayonu Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli" çərçivəsində "Sabahın əsgərləri " adlı hərbi-idman oyunu keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Nəsimi rayon Hərbi Səfərbərlik İdarəsinin nümayəndəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak edib.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışılıb. Sonra təntənəli marş sədaları altında komandalar sıra yürüşü edib. Komandalar arasında müxtəlif idman növlərindən ibarət yarışlar həyata keçirilib. Qalib komandalar mükafatlandırılmışlar.
May ayının 03-də “Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turniri başa çatıb. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbəri, YAP Nəsimi rayon təşkilatının rəhbəri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 3-cü yer uğrunda qarşılaşma Xalq qazetinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın görüşü keçirilmiş, görüş Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın qələbəsi ilə başa çatmışdır. 1-ci və 2-ci yer uğrunda qarşılaşma Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komandanın görüşü keçirilərək, Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komanda 2-ci yerə, Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komanda isə 1-ci yerə sahib olub. Qaliblərin mükafatlandırılması mərasimindən öncə bədii hissə təşkil olunub. Daha sonra qaliblərə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən diplom, medallar və mükafatlar təqdim olundu.
May ayının 04-də İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş şahmat turniri keçirildi.Turnirdə Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Gimnaziyanın pedaqoji kollektivi və şagirdlər iştirak edib. Tədbirdə Azərbaycanda idman siyasətinə həmişə dövlət tərəfindən diqqət və qayğı göstərildiyi vurğulandı. Sonra turnirə start verildi. Turnirdə Elitar gimnaziyanın 1-11-ci sinif şagirdləri fəal iştirak etdilər. Turnirin sonunda Rəsul İmanov I yerə, 3 sinif şagirdi Zəhra İsrafilzadə II yerə və Murad Süleymanov III yerə sahib olub. Qaliblər mükafatlandırılıb və turnirdə iştirak edən bütün şagirdlər sertifikatla təltif edilmişdir.
May ayının 04-də Nəsimi rayonunda Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə “Bir həyat hekayəsi” adlı konfrans keçirilib. Konfransda Zərifə Əliyevanın Azərbaycan tibb elmində əvəzsiz xidmətlərindən danışılıb. Konfrans zamanı Ümummilli Lider Heydər Əliyev və Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Mərkəzin dərnək üzvləri Heydər Əliyevın kəlamlarını səsləndirdilər, Zərifə Əliyevaya həsr olunmuş esselər və poetik çıxışlar etdilər. Mərkəzin ”Xalq çalğı alətləri ansamblı”nın ifasında bir-birindən gözəl mahnılar ifa olundu, “Zirvə” rəqs ansamblının rəngarəng rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılandı.
May ayının 05-də Bakı Slavyan Universitetində "Heydər Əliyev İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda bildirilib ki, həyatını və fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Ulu öndərin müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdiyini, onlar arasında əlaqələr yaratdığını, Ulu öndər Azərbaycan Respublikasının Konstitiusiyasını hazırlayıb referendumda təsdiq edib, dövləti və xalqı müdafiə etməyə qadir bir ordu yaradıb. Xüsusi vurğulanıb ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil suveren Azərbaycan dövlətinin prezidenti kimi uğurla ardıcıl şəkildə davam etdirib. Ulu öndər hər zaman arxasında xalqının dayandığını hiss edib, böyük səbr və həvəs nümayiş etdirərək fəaliyyətini uğurla qurub. Heydər Əliyevin uzunmüddətli və genişmiqyaslı fəaliyyətində təhsilin inkişafına diqqət və qayğının həmişə mühüm yer tutduğunu deyən Bakı Slavyan Universitetinin rektoru təhsilin aktual problemlərini və perspektivliyini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli ideyalarının sözün əsl mənasında müasir pedaqoji fikir tariximizin nadir inciləri olduğunu vurğulayıb.
May ayının 06-da Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ və "Spektrum" intellektual klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi və Bakı şəhərinin Nəsimi, Nərimanov və Suraxanı rayonlarının ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edib. Tədbirdə bildirildi ki, intellektual yarışın keçirilməsində məqsəd 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı dahi şəxsiyyətin Azərbaycan dövlətinin yaradılmasında və inkişaf etdirilməsində müstəsna xidmətlərinin öyrədilməsi, ideyalarının gənc nəslə aşılamaqdır. Sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş sualları yarış iştirakçıları böyük həvəslə cavablandırıblar. Final yarışında Bakı şəhərinin 3 rayonu üzrə Nəsimi rayonu məktəbləri - İ.Əfəndiyev adına Elitar Gimnaziyanın komandası I-ci yerə, E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin komandası II yerə, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin komandası III yerə sahib çıxmışlar. Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
May ayının 06-da Bakı Limanının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “HEYDƏR ƏLİYEV İRSİ: Bakı Limanının inkişaf dövrü” adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən və onun əbədiyaşar irsinin Bakı Limanın fəaliyyətində daim yaşayacağından bəhs edilib. Bildirilib ki, bu siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə Ümumilli Lider Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edən unikal kadrlardan və faktlardan ibarət qısametrajlı film də təqdim edilib. İştirakçılara Bakı Limanı eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilmiş unikal fotolardan ibarət sərgi ilə də tanış oldular.
May ayının 08-də Nəsimi rayonu S.Hacıyev adına 5 № li tam orta məktəbdə dahi rəhbər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dahi lider” adlı ədəbi- bədii tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı və məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak edirdilər. Tədbirdə qeyd olundu ki, dahi şəxsiyyətin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Heydər Əliyev ideyaları, onun təməlini qoyduğu müstəqil Azərbaycan hələ bundan sonra neçə yüz illiklər boyu yaşayacaq və inkişaf edəcəkdir. Sonra xalqımızın böyük oğlunun vətən və dövlət quruculuğu yönündə fəaliyyətini diqqətə çatdıran videoçarxlar, slaytlar nümayiş olundu.
May ayının 08-də Azərbaycan Tibb Universitetində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti, rəsmi qurumların, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, qeyri-rəsmi çıxışlarını, ömür-gün yoldaşı Zərifə xanım Əliyevaya böyük sevgisini əks etdirən lent yazıları tamaşaçılarda duyğulu anlar yaşadıb. Ədəbi-bədii gecə “Azərbaycan” şeirinin Ümummilli Liderimiz Heydər Əliyevin öz dilindən səslənməsi və bu bənzərsiz qiraətin tamaşaçı alqışları ilə müşayiət olunması ilə başa çatıb.
May ayının 09-da Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçısı Ağababa İskəndərovu ziyarət ediblər. II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 78-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müharibə iştirakçısı Ağababa İskəndərovun qonağı olmuş, ona hədiyyə verilmişdir. Görüş zamanı Ağababa İskəndərov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş və öz xatirələrindən söz açmışdır.
May ayının 10-da Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən Bakı şəhəri üzrə “Şahinlər” hərbi - idman oyunlarında III yeri tutmuş rayon məktəblilərindən ibarət komandanın üzvləri səhnəyə dəvət edilmiş, onlara hədiyyələr təqdim olunmuşdur. Tədbirin bədii hissəsində şair Zahid Əzizin Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeiri tamaşaçılara təqdim olunub və Respublikanın xalq artisti İlqar Muradov tərəfindən mahnılar ifa olunub.
May ayının 11-də Abbasqulu Ağa Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən parkda Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Bayram konsertində tanınmış incəsənət ustaları çıxış etmiş, rəqs kollektivləri müxtəlif milli rəqs nümunələrini tamaşaçılara təqdim etmişlər.
May ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətində milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon bələdiyyə sədri və rayon gəncləri iştirak ediblər. Sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qruplarının sədrləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verilmişdir.
May ayının 16-da Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində 111 nömrəli tam orta məktəbdə “Biz Heydər babanın nəvələriyik” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə tanınmış incəsənət ustalarının ifaları dinlənilmiş, məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirildi.
May ayının 19-da Nəsimi rayonunda yerləşən Bakı Türk Anadolu Liseyində Mustafa Kamal Atatürkün anma günü, Gənclik və İdman bayramı keçirilib. Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin rəhbərləri , liseyin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib. Tədbirdə şagirdlərin hazırladıqları şeir, mahnı və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda il ərzində yüksək nəticələr göstərən bir qrup şagirdə diplomlar və hədiyyələr təqdim olundu.
May ayının19-da Nəsimi rayonunda OCEP-2023 lahiyəsi çərçivəsində “Bir millət, iki dövlət, bir yumruq!” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Milli Olimpiya Komitəsinin sektor müdiri, Elm və Təhsil Nazirliyinin sektor müdiri,Təhsil müşaviri , Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Türkiyənin tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub. Sonra hər iki dövlətin himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır. Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini, belə layihələrin məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynamasıdır. Tədbirdə yuxarı sinif şagirdlərinin iştirakı ilə ağırlıq qaldırma idman növünün nümayişi olub.
May ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətində “Hüquq və İnsan Haqları İnstitutu” PHŞ-i tərəfindən rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini, İnstitutun təlim və ekspertiza şöbəsinin müdiri, əməkdaşları iştirak ediblər.Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini təlimin əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib. Sonra “Vətəndaşların müraciətinə baxılması”, “Dovlət qulluğu və Korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularında təlim keçildi. Təlimdə suallar müzakirə olunmuş və Hüquq və İnsan Haqları İnstitutu tərəfindən bir qrup rayon İcra Hakimiyyətinin əməkdaşlarına sertifikatlar təqdim olundu.
May ayının 22-də Nəsimi rayonunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz, Ombudsman Aparatının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Elm və Təhsil Nazirliyinin sektor müdiri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri, Ali Attestasiya Komissiyasının Baş Katibi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi və məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edildi.
May ayının 23-də Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək. İclas iştirakçıları müzakirəyə çıxarılan məsələlərə dair fikir bildirib, hazırkı dövrdə aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürülüb. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olundu.
May ayının 23-də Nəsimi RİH-in və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə ərazi məşğulluq proqramının icrası və əhalinin məşğulluğunun təmin olunması məqsədilə Nəsimi rayonu ərazisində fəaliyyət göstərən işəgötürənlərlə seminar-müşavirə keçirilib. Tədbirdə rayon sakinlərinin məşğulluq imkanlarının genişləndirilməsi, o cümlədən, sosial müdafiəyə etiyacı olan şəxslərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, məsələləri müzakirə edilmişdir.
May ayının 25-də Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycançılıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, ümumtəhsil müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının üzvləri və məktəbin pedaqoji kollektivi iştirak edib.Tədbirdə Ulu öndər Heydər Əliyevlə bağlı məktəbin müəllimləri – Nərgiz Muxtarlı “Heydər Əliyev və təhsil”, Sevinc Əliyeva “Heydər Əliyev və iqtisadiyyatın inkişafı”, Aytən Həsənova “Heydər Əliyev və ordu quruculuğu”, Sevda Orucova “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Anar Hüseynov “Heydər Əliyevin neft strategiyası” mövzularında çıxışlar etdilər.Tədbirdə bildirildi ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər. Sonra bir qrup müəllimə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.
May ayının 25-də Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların və təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə 111 saylı tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
May ayının 27-də Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib. İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb. Tədbirdə digər çıxış edənlər müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmiş, bir sıra təkliflər irəli sürülmüşdür.
May ayının 27-də Novruzov Qardaşları adına 36 nömrəli tam orta məktəbdə şəhid Natiq Novruzovun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Şəhid Natiq Novruzovun anası Lətifə Novruzova, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin Nəsimi rayon şöbəsinin sədri, müharibə əlilləri, 36 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları məktəbin həyətində şəhidlər- Azər və Natiq Novruzov qardaşlarının xatirəsinə ucaldımış abidənin önünə gül dəstələri düzdülər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər bildirdilər ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır. Tədbirdə şəhidin anası Lətifə Novruzova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.Tədbirin sonunda məktəblilərin hazırladıqları kompazisiyalar tədbir iştirakçılarına təqdim olundu.
May ayının 29-da Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində 28 May Müstəqillik gününə həsr olunmuş fləşmob keçirildi.
May ayının 29-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kolleci və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, Musiqi Kollecinin pedaqoji kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri və rayon gəncləri iştirak edib. Tədbirdə kollecin tələbələrinin ifalarında rəngarəng müsiqilər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda tələbələrə diplomlar və hədiyyələr verildi.
May ayının 31-də Nəsimi rayonunda “Heydər Əliyev ili" silsilə tədbirlər çərçivəsində A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Min ildə bir doğulanlar” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, AMEA-nın Tarix İnstitunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdildi.
May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş mini futbol turniri keçirilib. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib. Turnirdə Nəsimi rayon üzrə 24 tam orta məktəb və liseyin 7-ci,8-ci sinif şagirdləri (oğlanlar) mübarizə aparmışdır. Qalib komandalar Nəsimi rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, medal, diplom və müxtəlif hədiyyələrlə təltif olundu.
May ayının 31-də Nəsimi rayonu 123 nömrəli uşaq bağçasında 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.Tədbir valideyn, müəllim və qonaqların böyük marağına səbəb olub. Balaca fidanların ifasında mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçildi. Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə onlara hədiyyələr verilmişdir.
May ayının 31-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən hər il uşaqlar üçün maraqlı bayram tədbirləri keçirilir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə bayram sovqatı aparılmışdır. Nəsimi rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı Körpələr Evində olmuş, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış, müxtəlif oyun elementləri və maddi yardımlar aparmışlar. Tədbirin sonunda Körpələr Evinin rəhbərliyinə bu cür tədbirlərin davamlı şəkildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində olacağı bildirilmişdir. Yekunda tədbir iştirakçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirilmişdir.
May ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağı”nda “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda yaşayan aztəminatlı olan ailələrdən olan uşaqlar və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib. Aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə açılmış, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri onlarda xoş əhval-ruhiyyə yaradıb.
May ayının 31-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb. Eyni zamanda onlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonra uşaqlara hədiyyələr təqdim edilib. Tədbirdə bildirilib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verməkdədir.
İyun ayının 01-də Azərbaycan Milli Konservatoriyasında Musiqi Kollecinin 125 illik yubileyi münasibətilə böyük tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Konservatoriyanın rektoru, tanınmış incəsənət xadimləri, kollecin tələbə və müəllimləri iştirak edib. Tədbirdə Musiqi Kollecinin tarixi keçmişindən danışıldı. Tədbirdə kollecin məzunları olmuş xalq artistləri Faiq Sücəddinov, Alim Qasımov təhsil ocağı ilə bağlı xoş təəssüratlarını paylaşdıqdan sonra öz ifalarını da nümayiş etdirildi.
İyun ayının 05-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “Məişət zorakılığına məruz qaldığınız və zorakılığın şahidi olduğunuz halda SUSMAYIN.” adlı layihə çərçivəsində Nəsimi rayon A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Məişət və Gender Əsaslı Zorakılıqla Mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, rayon ərazisində yerləşən 46 nömrəli tam orta məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər. Görüşdə iştirak edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, cinsi şiddət, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırılmışdır. Ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışılıb, məişət zorakılığının yaranma səbəbləri və onların həlli yolları barədə məlumat verilmişdir. Görüşün sonunda şagirdlərə sorğu anketləri paylanılmış və şiddətə məruz qaldıqları zaman anonimlik qorunmaq şərtilə qeyd olunan əlaqə nömrələrinə ,elektron poçt adresinə müraciət etmələri tövsiyyə olunmuşdur.
İyun ayının 06-da Nəsimi rayonu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı tədbirlər silsiləsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Addımların izi ilə” adlı birpərdəli tamaşa səhnələşdirilmişdir. Tədbirdə AMEA-nın prezidenti, Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi , idarənin əməkdaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının məsul əməkdaşları və məktəb direktorları iştirak etmişlər. Rejissoru Bəhruz Vaqifoğlu, ssenari müəllifi Pərviz Seyidlinin olduğu səhnə əsərində Kompleksin yuxarı sinif şagirdləri rol almışdır.Tədbirdə Ulu Öndərin həyat yolu, lider kimi çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
İyun ayının 07-də Beynəlxalq Muğam Mərkəzində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Respublikanın xalq artisti, tarzən Ramiz Quliyev, Respublikanın xalq artisti Vamiq Məmmədəliyev və digər tanınmış incəsənət xadimləri, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib. Tədbirdə Respublikanın xalq artisti, tarzən Ramiz Quliyev Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən və mədəniyyətə verdiyi dəyərlərdən danışdı.
İyun ayının 08-də Nəsimi rayon Nəsimi Bələdiyyəsində "İnsan hüquq aylığı" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiridə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Konstitusiyamızın, insan hüquqları haqqında qanun və qanunverici aktların mahiyyətinin və həyatımızda rolunun, eyni zamanda, dövlətimizin vətəndaş hüquqlarının qorunması sahəsində apardığı siyasət və göstərdiyi qayğının ictimaiyyətə və gənc nəslə çatdırılmasını vurğulayıb. Sonra vətəndaşlarda bu sahədə hüquq düşüncəsinin formalaşdırılması məqsədi ilə müxtəlif mövzularda müzakirələr aparılmışdır.
İyun ayının 09-da 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin akt zalında “İnsan Hüquqları Aylığı” çərçivəsində İnsan vətəndaş hüquq və azadlıqları mövzusunda konfrans keçirilib. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ,“Azərbaycan Uşaqları“ İctimai birliyinin sədri və Hüquqşünaslar şirkəti MMC-nin məsləhətçisi iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı, vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər ölkəmizdə uşaq hüquqları, onların hüquqlarının müdafiəsi və qorunması barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi.
İyun ayının 09-da Nəsimi rayonunda İnsan hüquqları aylığı çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri və İctimai Şuranın katibi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Nəsimi RİH başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi çıxış edərək tədbirin əhəmiyyətinin iştirakçıların nəzərinə çatdırıb. Sonra tədbir iştirakçıları mövzu ətrafında çıxışları ilə tədbirə yekun vuruldu.
İyun ayının 09-da Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şura üzvləri arasında fikir mübadiləsi aparılmışdır.
İyun ayının 12-də Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində OCEP lahiyəsi çərçivəsində Amerika-Azərbaycan dostluq tədbiri keçirilib. OCEP - Olimpiya Mədəniyyəti Təhsil Proqramı çərçivəsində məktəb Amerika Birləşmiş Ştatlarını təmsil edir. Hər il iyun ayının ikinci bazar günü ABŞ-da "Milli Uşaqlar günü" qeyd olunur. Bu il həmin bayram 11 iyun tarixinə təsadüf etmişdir. ABŞ mədəniyyəti və idmanını öyrənmək və əməkdaşlıq və dostluğu gücləndirmək vacib şərtlərdəndir. Bu əməkdaşlığın başlanğıcı olaraq möhtəşəm "Disney" tədbiri keçirilib. ABŞ-ın "Milli Uşaqlar günü"nə və uşaqları möcüzələr dünyasına aparan "The Walt Disney" kompaniyasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin şagirdləri sevimli personajları ilə sehirli nağıllar aləminə səyahət etmişlər. Bayram tədbirində məktəbin şagirdləri öz rəqsləri, mahnıları və çıxışları ilə qonaqları Disney dünyasına apardı. Tədbirin sonunda ABŞ səfirliyi nümayəndələrinə xatirə hədiyyəsi təqdim olunmuşdur.
İyun ayının 12-də Bakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Atatürk Liseyinin məzun günü keçirilib. Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı, Millət vəkilləri, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən şirkət və təhsil müəssisələrinin rəhbərləri , liseyin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri məzunları təbrik etmiş onlara uğurlar arzulayıb. Tədbirdə şagirdlərin hazırladıqları mahnı və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda məzunlara diplomlar və hədiyyələr təqdim olunmuşdur.
İyun ayının 13də “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Nəsimi rayon təşkilatı tədbir keçirib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş etdirildi. Sonra rayonun Partiya sıralarına yeni daxil olan 44 günlük Vətən müharibəsi iştirakçılarına partiya vəsiqələri təqdim olunmuşdur.
İyun ayının 13-də Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Tədbirdə ideya müəllifi Əziz Zeynalov, layihə rəhbəri İsmayıl Yaşaroğlu, rejissoru Elnur Abbasov və ssenari müəllifi Telli Əzizova olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Birlik” filmi tamaşaçılara təqdim olundu və yaradıcı heyətə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olundu. Tədbir Respublikanın xalq artisti Ağadadaş Ağayevin ifasında mahnılarla başa çatdı.
İyun ayının 14-də Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olundu. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər. Nəsimi rayonunun ümumtəhsil müəssisələrində 27.096 şagird təhsil alır. Bunlardan 2407 nəfər 9-cu sinfi bitirib. 1602 nəfər isə 11- ci sinfi bitirir. Gələn il üçün 2500 nəfər 1-ci sinfə qəbulu gözlənilir. Bütün bu şagirdlərin təlim-tərbiyəsi ilə 1931 müəllim məşgul olur. Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etdi. “Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdirildi.
İyun ayının 14-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Son zəng” tədbiri keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, gimnaziyanın pedaqoji işçiləri, valideynlər və məzunlar iştirak etmişdir.
İyun ayının 16-da Nəsimi rayonu 22 saylı körpələr evi-uşaq bağçasında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun məktəbəqədər müəssisələrinin rəhbərləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra uşaqların ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şerlər səsləndirilmiş və müxtəlif rəqslər nümayiş olunmuşdur. Tədbirdə bildirildi ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Sonra digər çıxış edənlər uşaqları Milli Qurtuluş günü münasibətilə təbrik etmiş və onlara xoş arzularını çatdırmışdırlar.
İyun ayının 16-da Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VI Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, büstün önünə gül dəstələri qoyulub. Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib. Beynəlxalq tələbə himni olan “Qaudames” oxunub. Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Minsk Dövlət Linqvistik Universitetinin rektoru Natalya Lapteva, Maynz Universitetindən professor Hendrik Buşoten, Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal, Aleksandr İoan Kuza adına Yassı Universitetindən Lyudmila Bejenaru, Ege Universitetindən professor Fikret Türkmen, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Hacı Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və başqa qonaqlar salamlama nitqi ilə çıxış edib, konfransla bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, konfrans öz əhəmiyyəti və beynəlxalq əməkdaşlığın qurulması baxımından olduqca önəmli rol oynayır. Konfrans bölmə iclasları ilə davam edib və yekun iclası ilə başa çatdı.
İyun ayının 16-da Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə “Ümummilli lider və Milli səhiyyənin inkişafı” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının rəhbərləri, Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş olundu. Sonra həkimlərə hədiyyələr və gül dəstələri təqdim edildi. Daha sonra tədbir konsert proqramı ilə davam etdi.
İyun ayının 20-də Elm və Təhsil Nazirliyinin dəstəyi, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalı keçirilib. Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, rayon ictimaiyyəti, Şəhid ailələri, vətən müharibəsi veteranları, qaziləri, çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislər və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak etmişdir.
İyun ayının 22-də Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, rayon Polis İdarəsinin məsul əməkdaşlarının, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların və təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü münasibəti ilə maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçılarına narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuşdur.
İyun ayının 23-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD nümayəndəsi Nuru Əhmədovu təbrik etmiş, ona uğurlar arzulamışdır. Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşdur.
İyun ayının 25-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən "NİAQARA" şadlıq sarayında rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun inzibati orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icma nümayəndələrinin, Vətən Müharibəsi Şəhid ailələrinin, qazilər və QHT rəhbərlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində 26 İyun Silahlı Qüvvələr günü və Milli dəyərlərimizə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
İyun ayının 27-də Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri, Nəsimi rayonu Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Nəsimi rayon şöbəsinin sədri , Azərbaycan Respublikasının Əməkdar artistləri və rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Əvvəlcə məktəbin həyətində milli-mənəvi dəyərlərimizi əhatə edən sərgiyə baxış oldu. Bölgələrimizin: Qarabağ-Zəngəzur, Bakı-Şirvan,Qazax-Borçalı, Naxçıvan-İrəvan,Qarabağın oymalı arxalığı, çəpkənli qadın milli geyimləri şagirdlərin təqdimatında nümayiş olundu. Müvafiq milli geyimlərin bölgələrinə uyğun Azərbaycan milli xalçaları sərgiləndi və bu xalçaları tarixi haqqında məlumat verildi. Azərbaycanın qədim dövr peşələrinin təqdimatı oldu. Milli abidələrimizi, milli-mənəvi dəyərlərimizi ehtiva edən şagirdlərin əl işləri, STEAM layihəsinin yaradıcılıq işləri sərgiləndi. Tədbirdə milli-mənəvi dəyərlərimizi əks etdirən videoçarx nümayiş olunmuş, məktəbin şagirdlərinin ifasında mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşa göstərildi.
İyun ayının 28-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən müqəddəs Qurban bayramı ərəfəsində növbəti sosial aksiya həyata keçirildi. Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobl əlilləri rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları verildi. Həmçinin aksiya zamanı rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidi ailələri ziyarət edilib, onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirildi.
İyul ayının 2-də vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin xidməti binasının açılışı olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günüdür. Tədbirdə DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, Nəsimi rayon Polis İdarəsinin rəisi, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, idarə və şöbə əməkdaşları iştirak ediblər. Açılış mərasimində qeyd edilib ki, yeni inzibati binanın istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür. Məlumat verilib ki, müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb. Tədbir iştirakçıları yeni binanın növbətçi hissəsinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxmışlar, eyni zamanda binada Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış edilmişdir.
İyul ayının 3-də Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qaleriyasında “Mənim rəngarəng dünyam” mövzusunda “Çıxdı günəş, doldu cahan nur ilə” adlı II Respublika uşaq yaradıcılıq festival-müsabiqəsinin, 2022-2023-cü tədris ilində festival müsabiqələrdə fəallıq göstərən dərnək üzvlərinin təltifetmə mərasiminin və sağlamlıq imkanları məhdud uşaqların satış sərgisi keçirilib. Tədbirin sonunda II Respublika uşaq yaradıcılıq festival-müsabiqəsində fəallıq göstərən dərnək üzvlərinə diplomlar və hədiyyələr verildi.
İyul ayının 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan elm və təhsilinin inkişafında Heydər Əliyev epoxası" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulması ilə başlanan konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfrans çərçivəsində Millət vəkili Anar İsgəndərov, Qazi universitetinin professoru Selma Yel, AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, t.e.d Ədalət Qasımov Ulu öndərin xalqa və vətənə sonsuz sevgisindən, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsindən, ölkəmizin davamlı inkişafının təməl prinsiplərindən söz açıldı.
İyul ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar şurasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən bir sıra idarə və təşkilatların, QHT rəhbərlərinin və bələdiyyə üzvlərinin iştirakı ilə rayon Ağsaqqallar şurasının üzvü Xalid Kərimovun 70, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun 60 və rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilovun 60 illik yubileyləri münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı hər üç yubilyarın keçdikləri həyat yolu və fəaliyyətləri barədə geniş məlumat verib, onların dövlət qulluğunda göstərdikləri xidmətlərini xüsusi vurğulayaraq doğum günləri münasibəti ilə rayon İcra Hakimiyyətinin kollektivi və öz adından təbrik edib. Rayon Ağsaqqallar şurasının sədri Vaqif Şadlinski və Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək yubilyarları təbrik ediblər. Yubilyarlara RİH-in Fəxri Fərmanlarını və xatirə hədiyyələrini, Rayon Ağsaqqallar şurasının sədri V.Şadlınski isə Respublika Ağsaqqallar şurasının Fəxri Fərmanını X.Kərimova təqdim edildi.
İyul ayının 7-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə Yerli təşkilatın ilk təsis edildiyi binada Azərbaycan Tibb Universitetinin Fizika-Kimya korpusunun akt zalında tədbir keçirilib. Sonra YAP Nəsimi rayon təşkilatının 30 illik fəaliyyətinin bir hissəsini əks etdirən video-çarx nümayiş etdirilib. Çıxışlardan sonra YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə fəxri fərman, təşəkkürnamə, partiya biletləri və hədiyyələr təqdim olunmuşdur.
İyul ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti rəhbərliyinin, İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı rayonda görülmüş geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri barədə geniş məlumat verərək, rayon ərazisində sanitar təmizliyin daim nəzarətdə saxlanıldığını qeyd etdi. Rayonun abad simasının təmin olunması, həmçinin ərazidə fəaliyyət göstərən obyektlərin ətrafının abadlaşdırılması, küçə ticarətinin qarşısının alınması istiqamətində görülmüş işlər barədə geniş məlumat verilərək ölkə və şəhər rəhbərliyinin bu istiqamətdə verdikləri tapşırıqların icrası ilə bağlı aparılan işlərin davam etdirilməsinin zəruriliyi qeyd olundu. RİH başçısı qanunsuz tikinti və küçə ticarətinin yol verilməzliyi və bu halların qarşısının alınması üçün rayon ərazisində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladı. Bildirildi ki, “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində abadlaşdırılmış ünvanlarda görülmüş işlərin qorunub saxlanılması daim nəzarətdə saxlanılmalı, əhali arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılmalıdır. Həmçinin müşavirədə səyyar qəbullarda qaldırılan məsələrinin həllinin nəzarətdə saxlanılması, ev təsərrüfatı kitablarındakı məlumatların dürüstləşdirilməsi istiqamətindəki işlərin nəzarətdə saxlanılması bildirilərək aidiyyəti qurulmarın rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
İyul ayının 12-də Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 İyul- 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda geniş müşavirə keçirilib. Müşavirədə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, Azərbaycan Tibb Universitetinin rektoru, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, 1-ci Dərəcə Dövlət müşaviri Dilarə Seyidzadə, İqtisad elmləri doktoru Əvəz Ələkbərov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, Vətən müharibəsi əlilləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Sonra çıxış edənlər - Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, 1-ci Dərəcə Dövlət müşaviri Dilarə Seyidzadə, iqtisad elmləri doktoru Əvəz Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli və Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirdilər ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdır.
İyul ayının 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. Tədbirdən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərliyi ilə universitetin professor-müəllim heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib. ADNSU kollektivi, eləcə də görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsini böyük ehtiramla yad edib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Filmin nümayişindən sonra Vazeh Əskərov 14 iyul 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlməsinin tarixi əhəmiyyətindən danışıb. İstər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində olduğu dövrdə Azərbaycan və azərbaycançılıq üçün misilsiz xidmətlərindən bəhs edib. O, həmin illərdə Ulu Öndərin təhsil, mədəniyyətlə yanaşı sənaye və iqtisadi sahədə apardığı islahatların gələcək müstəqil Azərbaycanın inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Tədbirin sonunda ADNSU-nun Nəsimi rayon YAP-ın ictimai-siyasi həyatında fəal iştirak etmiş ADNSU fəalları təltif olunmuşdur.
İyul ayının 21-də “Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır adlı tədbir keçirildi.Tədbirdə vurğulamışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan vermişdir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Tədbirdə bildirdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Xalq Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs” qəzetinin baş reredaktoru Bəhruz Quliyev və “İki sahil” qəzetinin baş reredaktoru Vüqar Rəhimzadə çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.
İyul ayının 25-də Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın yığıncağı keçirilmişdir. Şuranın yığıncağında Nəsimi rayonunda ictimai-siyasi və humanitar sahədə, o cümlədən İcra Hakimiyyəti yanında komissiyalar tərəfindən aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Şuranın sədri, RİH başçısı yığıncağı açaraq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, demokratik prinsipləri özündə əks etdirən siyasi kurs nəticəsində ölkəmizdə yüksək demokratik təsisatlar bərqərar olub, Azərbaycanda azad, şəffaf, ədalətli seçki mühiti yaradılıb, söz və vicdan azadlığı yüksək səviyyədə bərqərar olub. Yığıncaqda çıxış edən “Məşədi Dadaş Məscidi”nin imamı Əli Şərbətov, “Hacı Əjdərbəy Məscidi”nin imamı İlham Səlimov bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini, dini icmalar arasında hər hansı bir problemin olmadığını, ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da yüksək tolerantlığ mühitinin olduğunu, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığını vurğuladılar.Yığıncaqda iştirak edən rayon idarə və strukturlarının rəhbərləri, Hüquq Mühafizə orqanlarının rəhbləri - rayon Prokruroru Həsən Hənifəyev, rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev, Nəsimi rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Aydın Piriyev, Nəsimi rayon Mühafizə Polis İdarəsinin rəisi Nazim Həsənov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəbəsi üzrə müdir müavini Amal Məlikov, İctimai birlik və partiya təşkilatlarının nümayəndələri müzakirələrə qatılaraq fikirlərini söyləmiş və təkliflərini vermişlər. Yığıncağın yekununda Şuranın sədri Nəsimi rayonunda ictimai-siyasi və humanitar sahədə həyata keçirilən tədbirlər, o cümlədən mərasimlərdə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş tapşırıq, göstəriş və metodiki tövsiyyələrdən irəli gələn tələblərin icrasının zəruriliyini bildirdi.
Avqust ayının 1-də Nəsimi rayon İcra Hakimiyyətində 1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın üzvləri, rayon Ağsaqqallar Şurasının sədr müavini, professor İmamverdi Həmidov, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri və şagirdlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini hər bir xalqın varlığında doğma dilin önəmi, ana dilimiz, əlifbamız və onun qorunması üçün təsis edilmiş Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında ətraflı məlumat verib. Daha sonra rayon Ağsaqqallar Şurasının sədr müavini, professor İmamverdi Həmidov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Sonda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, xalqımız üçün əlamətdar olan bu günün tarixi haqqında müzakirələr aparıldı.
Avqust ayının 16-da Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şura üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və gənclər iştirak edib.İclası giriş sözü ilə açan İctimai Şuranın sədr müavini Sevda Quliyeva bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək. Qeyd olunub ki, daxil olan müraciətlərin dəyərləndirilməsi, ehtiyacı olan insanlara sosial, hüquqi və digər sahələrdə məsləhətlərin verilməsi və bu müstəvidə onlara zəruri dəstəyin göstərilməsi, həmçinin monitorinqlərin keçirilməsi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi və digər təşəbbüslər hazırkı dövrdə icra olunacaq fəaliyyət planının əsas komponentləridir. Bu baxımdan həmin istiqamətlərdə müsbət nəticələrin əldə olunması üçün bütün fəaliyyətlərin qruplar və maraqlı tərəflər arasında əlaqələndirilmiş şəkildə həyata keçirilməsi olduqca vacibdir. Sonra İctimai Şuranın sədr müavini Elton Süleymanov Şuranın fəaliyyətində məhəllə komitələri, rayon ziyalıları və sakinlər ilə daha sıx təmasda olmağın faydasını bildirərək, ölkəmiz üçün aktuallıq kəsb edən məsələlərə, rayonda görülən abadlıq- quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşları müntəzəm olaraq məlumatlandırmağı tövsiyə edib. İctimai Şuranın digər üzvləri Gülnarə Hacıyeva, Səxavət Əliyev çıxış edərək 2023-cü ilin ikinci yarısının tədbirlər planının həyata keçirilməsi barədə təkliflərini irəli sürmüşlər. İclasın sonunda bir sıra cari məsələlər müzakirə olundu.
Avqust ayının 17-də Nəsimi rayon İcra Hakimiyyətində əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərnə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin öyrənilməsi və təbliği barədə monitorinq qrupları ilə görüş təşkil edildi. Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın, Nəsimi Bələdiyyəsinin, Nəsimi RİH başçısının SİƏD üzrə nümayəndəliyində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri , rayon ictimaiəti və rayon gəncləri iştirak ediblər. İclası giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu”nun rəhbəri açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşadığını vurğuladı. Sonda mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qrupunun üzvləri öz fikirlərini bildirmişdir.
Avqust ayının 29-da Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon təşkilatının əməkdaşları, Ağsaqqallar Şurasının, İctimai Şuranın, rayon Bələdiyyəsinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil müəsisələrinin nümayəndələri, 2022/2023-cü tədris ilində yüksək bal toplamış məzunlar, valideyinləri və rayon ictimaiyyəti iştirak etmişlər. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra “Heydər Əliyev və təhsil” mövzusunda hazırlanmış video-çarx nümayiş olunub. Heydər Əliyev ili çərçivəsində rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2022/2023-cü tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti real şəkildə özünün müsbət təzahürünü göstərib. Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib. O cümlədən, Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Rayonda 8 ali, 2 orta ixtisas, 24 tam orta məktəb, 4 özəl təhsil müəssisəsi, 4 türk liseyi, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2022/2023-cü tədris ilində rayonun orta məktəblərini 2308 nəfər şagird bitirmişdir. Cari ildə 3399 nəfər şagird birinci sinifə qəbul olunmuşdur. Rayonda 2683 nəfər təhsil işçisi fəaliyyət göstərir. Qəbul imtahanlarında abituriyentlərdən 68 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. 2022/2023-cü təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 15 məzun qızıl ,11 məzun gümüş nişana layiq görülmüşdür. Respublika fənn olimpiadasında Nəsimi rayonu üzrə 2022-2023-cü tədris ilinin yekunlarına görə 7 şagird uğur qazanmışdır . Onlardan 1 nəfəri 247 N-li tam orta məktəbin X sinif şagirdi Coğrafiya fənni üzrə I yer, 1 nəfəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Biologiya fənni üzrə II yer, 2 nəfəri 240 N-li tam orta məktəbin XI sinif şagirdləri Tarix fənni üzrə II yer, Riyaziyyat fənni üzrə III yer, 1 nəfəri 5 N-li tam orta məktəbin X sinif şagirdi İnformatika fənni üzrə III yer, 2 nəfəri Elitar Gimnaziyanın VIII, IX sinif şagirdləri Coğrafiya və Tarix fənnləri üzrə III yerə layiq görülmüşlər. Tədbirdə iştirak edən məktəb rəhbərləri, məzunları, şagirdləri, valideyinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Daha sonra RİH tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş, qızıl və gümüş nişana layiq görülmüş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir. Sonda 2 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif musiqi nömrələri nümayiş etdirildi.
Sentyabr ayının 4-də Nəsimi rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, rayon təsərrüfat xidmətlərinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib. Tədbirdə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə qaldırılan məsələlər barədə məlumat verildi, rayonda görülmüş geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinin davam etdirildiyi, rayon ərazisində sanitar təmizliyin daim nəzarətdə saxlanıldığı qeyd edildi. Rayonun abad simasının təmin olunması, həmçinin ərazidə fəaliyyət göstərən obyektlərin ətrafının abadlaşdırılması, küçə ticarətinin qarşısının alınması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsinin zəruriliyi qeyd olundu. Müşavirədə çıxış edənlər qanunsuz tikinti və küçə ticarətinin yol verilməzliyi və bu halların qarşısının alınması üçün rayon ərazisində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladılar. Bildirildi ki, “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində abadlaşdırılmış ünvanlarda görülmüş işlərin qorunub saxlanılması daim nəzarətdə saxlanılmalı, əhali arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılması tövsiyə edilərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sentyabr ayının 15-də Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır. Tədbirlərdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Sentyabr ayının 15-də Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə Bilik günü qeyd olundu. Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Kəmalə Qədirova məktəbin şagird və müəllim kollektivini təbrik edərək məktəbin uğurları barədə məlumat verdi. Nəsimi Rayon İcra Hakimiyyəti başçısı çıxış edərək, “ Bilik günü “ münasibətilə kollektivi və məktəbə yenicə qədəm qoymuş birinciləri, eləcə də onların valideynlərini təbrik etdi, onlara ən xoş arzularını bildirdi. Tədbirdə çıxış edən müəllim və valideynlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdi.
Sentyabr ayının 15-də 35 nömrəli tam orta məktəbdə Bilik günü qeyd olundu. Nəsimi rayonundakı 35 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Naibova məktəbin tarixi barədə məlumat verərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2022-ci ildə məktəbin əsas korpusu yenidən tikilmiş və burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Bilik gününə həsr edilmiş tədbirdə çıxış edən müəllim və valideynlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdi.
Sentyabr ayının 20-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, rayon ictimaiyyəti, ziyalılar və gənclərin iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yerləşən “Heydər Əliyev Muzeyi” ilə tanış olublar. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, muzeydə universitetin yaradılması, inkişaf dövrləri tam əhatə edilmişdir. Burada Azərbaycan neftinin tarixi, ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı hələ XIX əsrdən bu yana görülən işlər, bir çox alimlərin Azərbaycanın neft sənayesi ilə bağlı apardığı tədqiqatları əks etdirən kitablar və sənədlər nümayiş etdirilir. Universitetin həyatını, burada təhsilin ilkin dövrlərini əks etdirən fotolar və sənədlər də muzeyə gələnlərdə maraq doğurur. Muzeyin ən qiymətli eksponatları sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 1939-1941-ci illərdə bu ali təhsil ocağında oxuduğunu əks etdirən sənədlər diqqəti daha çox çəkir. Ümummilli lider hər zaman bu ali təhsil ocağının inkişafını diqqətdə saxlamışdır. Ulu öndər akademiyanın 60 və 80 illik yubileylərində iştirak etməklə bu ali təhsil ocağına layiq olduğu qiyməti vermişdir. Universitetin 90 illik yubileyində cənab Prezident İlham Əliyevin də muzeylə tanışlığı xüsusi vurğulandı.
Sentyabr ayının 20-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon ictimaiyyəti, ziyalılar və gənclər iştirak edib. Əsrin müqaviləsinin imzalanmasına həsr olunmuş sənədli filmin nümayiş olundu. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov açaraq, tədbir iştirakçılarını salamlamış, bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verilməsindən danışdı. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə Tədbirlər Planı hazırlanmış və il ərzində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalandı və beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adlandırıldı. Bu müqavilə layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır.
Sentyabr ayının 27-də Anım günü ilə əlaqədar 2 saylı Fəxri və Şəhidlər Xiyabanında dəfn olunmuş Şəhidlər ziyarət olundu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq. Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Şəhidlərin əziz xatirəsi yad olundu. Anım günündə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Nəsimi rayon təşkilatlarının nümayəndələri, Şəhid ailələri və müharibə iştirakçılarının ailələri, rayon ictimaiyyəti, Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzərək öz ehtiramlarını bildirmişdir.
Sentyabr ayının 27-də Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Nəsimi rayon təşkilatlarının nümayəndələri, Şəhidlərin ailələri, müharibə iştirakçıları Digah və Hökməli qəsəbəsində dəfn olunmuş Nəsimi rayon Şəhidlərini ziyarət edilmişdir.
Sentyabr ayının 27-də Nəsimi rayonunda 27 Sentyabr - Anım günü münasibətilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb. Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi sükutla yad edilərək ruhlarına dualar oxundu.
Sentyabr ayının 27-də Nəsimi rayonunda 27 Sentyabr - Anım günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayon ərazisində yerləşən “Zəfər bağı”nda tədbir keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İlk olaraq Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə rayon məktəblilərinin ifasında müxtəlif bədii kompozisiyalar böyük marağa səbəb oldu. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Çıxış edənlər Millət vəkili Məlahət İbrahimqızı, Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərildiyini bildirdilər. Tədbirdə çıxış edən şəhid atası Ceyhun Kərimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. Tədbiirin sonunda şəhidlərin xatirəsinə əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərildi.
Sentyabr ayının 30-da Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid məzunu, universitetin Tərcümə fakültəsində təhsil almış, 44 günlük Vətən müharibəsinin iştirakçısı Kənan Rüstəmlinin xatirəsinə həsr olunan sənədli filmin ilk nümayişi olub. Tədbirdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, həmçinin qrup və sinif yoldaşları, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, BSU-nun rektoru, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev ötən gün universitetdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq qeyd edilən 27 sentyabr – Anım gününə həsr olunmuş tədbirin keçirildiyini xatırladıb. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı erməni terroristlərinin işğalçı siyasətindən bəhs edib, 1990-cı illərin əvvəlində baş verən ictimai-siyasi proseslərə nəzər salıb. Məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırldığını qeyd edib. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni bir era olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın iqtisadi-siyasi inkişafı üçün yeni siyasi addımların atıldığını qeyd edib. O, Prezident İlham Əliyevin məhz bu uzaqgörən siyasəti davam etdirərək, ölkənin inkişafında yeni komponentlər yaratdığını vurğulayıb. Tədbirin sonunda çıxış edən Kənan Rüstəmlinin valideynləri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıldı.
Oktyabr ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Nəsimi rayon qadınlarının konfransı keçirildi.Konfransda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müaviniGülarə Verdiyeva, rayonun təhsil, səhiyyə, mədəniyyət , QHT-lərin, İctimai Şuranın, sahibkarların və digər müəssisələrinin qadın nümayəndələri, YAP-ın Nəsimi rayon təşkilatının fəal qadın üzvləri və rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdilər.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən natiqlər cəmiyyətimizdə qadınların ən çox rastlaşdığı problemlər, erkən evliliklər və onun fəsadları, məişət zorakılığı halları, qadınların məşğulluq məsələləri və s. mövzulara toxunaraq bu məsələlərin həlli istiqamətində öz fikir və tövsiyələrini bildirmişdir.
Oktyabr ayının 5-də Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyev ili ilə əlaqədar “Mən dünyada müəllimdən yüksək ad tanımıram” mövzusunda tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Asgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayonun idarə müəssisə rəhbərləri, İctimai Şuranın üzvləri və təhsil işçiləri iştirak edib.Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər Respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verdi. Tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov və Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sevda Quliyeva çıxış edərək təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirdilər.Tədbirin sonunda təhsil işçilərinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.
Oktyabr ayının 13-də Nəsimi rayonunda “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” adlı Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat yığıncağı keçirildi. Yığıncaqda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Respublika Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ictimaiyyəti nümayəndələri və gənclər iştirak ediblər.Yığıncaqdan öncə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüldü.Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Yığıncağı rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq, tədbir iştirakçılarını salamladı. Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin hesabatı dinlənildi, Şuranın gördüyü işlər videoçarx vasitəsilə yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. Hesabat məruzəsi ətrafında şura üzvləri çıxış edərək, Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər. Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şura sədri və sədr müavinin səsverməsi keçirildi. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, Xalid Kərimov sədrin birinci müavini və İmamverdi Həmidov isə müavin seçilmişlər.Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski göstərilən etimada görə minnətdarlığını bildirdi, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söylədi.Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup şəxsə təşəkkürnamə və hədiyyələr təqdim olundu.
Oktyabr ayının 13-də Nəsimi rayonunda “Erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.6 yarımbəndinin icrası ilə əlaqədar İ.Əbülhəsənov adına 42 nömrəli tam orta məktəbdə “Erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması” mövzusunda seminar keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin şagirdləri iştirak edib.Tədbirdə bildirilib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara
Oktyabr ayının 14-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının fəaliyyətinə həsr edilmiş “Azərbaycan son 20 ildə” tədbiri keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının fəaliyyətinə həsr edilmiş “Azərbaycan son 20 ildə” tədbiri keçirilib.Tədbir öncə Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla başladı.Sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi.Daha sonra Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının 20 illik fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.”Tədbirin sonunda partiya sıralarına yeni daxil olan bir qrup yeni üzvə partiya vəsiqələri təqdim edildi.
Oktyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Nəsimi Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyəti ilə tanış olublar. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü və 4-cü kürs tələbələri Bakı şəhərinin Nəsimi Rayon İcra Hakimiyyətində olaraq yerli icra hakimiyyətinin gündəlik fəaliyyəti ilə əyani şəkildə tanış olublar. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin başçısı Aparatının struktur bölməlırinin rəhbərləri və əməkdaşları, Nəsimi bələdiyyəsinin sədri, Akademiyanın müəllim və tələbə heyəti iştirak ediblər. Tələbələr rayon İcra Hakimiyyətinin iş fəaliyyəti ilə yaxından tanış oldular. Struktur bölmələrinin rəhbərləri fəaliyyətləri haqqında tələbələrə ətraflı məlumat verərək, onları maraqlandıran suallar cavablandırıldı.
Oktyabr ayının 18-də BSU-da "Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə metodiki tövsiyələr" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Bakı Slavyan Universitetində (BSU) “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi. Metodiki tövsiyələr” kitabının ingilis dillində “For the explosives ordnance (EORE) risk education of the staff and students (pupils) of educational institutions on the danger of Iandmines and explosive ordnahce “Manual methodological recommedations” nəşrinin təqdimatı keçirilib.Tədbirdə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fuad Bədəlov, Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, II Qarabağ müharibəsinin qaziləri və digər qonaqlar, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir iştirakçılarını salamlayan rektor Anar Nağıyev ötən həftə Azərbaycan üçün tarixi əhəmiyyətli hadisənin - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illik yubileyinin qeyd olunduğunu deyib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və idarəçiliyi sayəsində ölkənin iqtisadi bünövrəsinin formalaşdığını bildirib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov böyük qələbədən sonra ölkəmizin mina problemi ilə üzləşdiyini bildirib. O deyib ki, 30 il ərzində düşmən kəndləri, şəhərləri məhv etməklə yanaşı, minalanma siyasəti həyata keçirib. Sonra Vüqar Süleymanov ANAMA-nın tarixinə qısa nəzər salaraq, qarşıya qoyulan məqsədlərdən söz açıb. O, işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin həyata keçirilməsi üçün ciddi işlər görüldüyünü vurğulayıb.Nəsimi rayon icra hakimiyətinin başçısı bu il ölkəmizdə Ulu Öndər Heydər Əliyevinin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev İli” nin qeyd edilməsinin qürurverici tarixi hadisə olduğunu bildirib. O, 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən söz açıb. ANAMA tərəfindən verilən tövsiyələrə əməl olunmasının vacibliyinə toxunuldu.
Oktyabr ayının 19-da Nəsimi rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrdə, sərgilərdə və festivallarda çıxış edən istedadlı uşaqların iştirakı ilə “Ürəklərdə yaşayan Dahi” adlı tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrdə, sərgilərdə və festivallarda çıxış edən istedadlı uşaqların iştirakı ilə “Ürəklərdə yaşayan Dahi” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Uşaq Fondunun məsul əməkdaşları, 2 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti, dərnək üzvləri, rayon məktəbliləri və 268 nömrəli Xüsusi məktəbin şagirdləri və rayon ictimaiyyəti iştirak edib.Əvvəlcə tədbir iştirakçıları istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə 2 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin istedadlı dərnək üzvlərinin ifalarında müxtəlif şerlər, rəqslər və mahnılar tədbir iştirakçılarında xoş ovqat bağışladı.Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş etdirilmişdir.
Oktyabr ayının 20-də Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Nəsimi rayonunda fəaliyyət göstərən Y.Mirzəyev adına 44 saylı tam orta məktəbdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların, uşaq birlikləri rəhbərlərinin və təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Oktyabr ayının 23-də Ümummilli lider “Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib. Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.Nəsimi rayon İcra Hakimiyyətində Ümummilli lider “Heydər Əliyev İli” çərçivəsində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonra tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşdur.
Oktyabr ayının 30-da Nəsimi rayonunda “Məişət zorakılığının uşaqlar üzərindəki təsiri” adlı tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə “Məişət zorakılığının uşaqlar üzərindəki təsiri” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, polis bölməsinin əməkdaşları, Nəsimi Bələdiyyəsinin nümayəndələri, sahə həkimləri məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdir.
Noyabr ayının 3-də Nəsimi rayonunda Zəfər günü ilə əlaqədar “Əsgərə məktub” lahiyəsi keçirilib.Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu Parkı”nda Zəfər günü münasibətilə "Əsgərə məktub " layihəsi keçirilib.Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər..Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıldı.
Noyabr ayının 6-da Nəsimi rayonunda “8 noyabr -Şanlı Zəfər tarixi” adlı tədbir keçirilib. Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42 saylı tam orta məktəb , 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 8 noyabr Şanlı Zəfər tarixi adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, məktəbin pedaqoji kollektivi, dərnək üzvləri və şagirdlər iştirak ediblər.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edldi.Tədbiri giriş sözü ilə açan 42 saylı məktəbin direktoru Firəngiz Həmidova tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.Tədbirdə şəhid ailələri - general Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, Lətifə Novruzova və Yeganə Həsənova dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişdir.
Noyabr ayının 7-də Nəsimi rayonunda 8 noyabr “Zəfər Günü” münasibətilə Şəhid ailələri və qazilərlə görüş keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Zəfər Günü” bayramının üçüncü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq Nizami Kino Mərkəzində Şəhid ailələri və qazilərlə görüş keçirilib.Əvvəlcə iştirakçılar mərkəzin foyesində təşkil olunmuş rayon Yaradıcılıq mərkəzlərinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, sonra şəhid ailələri və qazilərlə süfrə arxasında görüş keçirilmişdir.Görüş zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır.Bildirildi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Şəhid alələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdir.
Noyabr ayının 7-də Nəsimi rayonunda 8 noyabr “Zəfər Günü” münasibətilə tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Zəfər Günü” bayramının üçüncü ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, şəhid ailələri, qazilər, ali təhsil müəssisələrinin, rayonun inzibati orqanlarının rəhbərləri, millət vəkilləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Nəsimi rayon İcra Hakimiyyəti başçısı Zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdi ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Çıxışının sonunda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 13 şəhid ailəsinə müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırdı. Şəhid alələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Daha sonra 8 noyabr Zəfər Gününə həsr olunmuş “Hündürlük 720” adlı filmə baxış keçirildi.Tədbir konsert proqramı ilə davam etdirildi.Sonra Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Zəfərlərin mübarək Ali Baş Komandanım!” adlı videoçarx nümayiş olundu.Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanıldı.
Noyabr ayının 8-də Nəsimi rayonunda 23 saylı tam orta məktəbdə Zəfər günü münasibətilə tədbir keçirilib. Zəfər Gününün üçüncü ildönümü münasibətilə Nəsimi rayonu 23 saylı tam orta məktəbdə tədbir keçirilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.Zəfər Gününün üçüncü ildönümü münasibətilə Nəsimi rayonu 23 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompazisiyalar və şerlər bir daha sübut etdi ki, gənc nəslin vətənpərvər böyüməsi prioritet məsələlərdən biridir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
Noyabr ayının 8-də Zəfər günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Zəfər Gününün üçüncü ildönümü münasibətilə tədbir keçirilib. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil olmuşdur.
Noyabr ayının 9-da Nəsimi rayonunda 9 noyabr "Dövlət Bayrağı Günü"nə həsr edilmiş tədbir keçirilib. 9 noyabr – Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Hər il olduğu kimi bu il də Bayraq Günü xüsusi qeyd edilir. Nəsimi rayon məktəblərində bu günlə bağlı tədbirlər keçirilib.Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Sonra bayram tədbiri məktəblilərin ifasında Azərbaycan bayrağına həsr olunmuş səhnəciklər, şeirlər, mahnılarla davam etdirildi.
Noyabr ayının 12-də Nəsimi rayonunda Konstitusiya günü ilə əlaqədar “Bərabər haqlar, bərabər imkanlar: Hamı üçün inkişaf” mövzusunda tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə “12 noyabr - Konstitusiya günü” ilə əlaqədar “Bərabər haqlar, bərabər imkanlar: Hamı üçün inkişaf” mövzusunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi rayonunun inzibati orqanlarının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayonun ümumtəhsil müəssisələrin rəhbərləri və şagirdləri iştirak edib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermis şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edldi. Sonra tədbirdə rayon məktəblərinin yuxarı sinif şagirdləri tərəfindən ayrı-ayrı sahələr – müdafiə, hüquq-mühafizə orqanları, daxili və xarici siyasət, təhsil və digər sahələr üzrə referatları dinlənildi . Şagirdlər xüsusi ilə son 20 ildə qazanılmış uğurlar və əldə olunmuş nailiyyətlər barədə aidiyyəti üzrə çıxışlar ediblər.Tədbirdə fəal iştirak edən bir qrup məktəbli təşəkkürnamə ilə təltif edildi.
Noyabr ayının 14-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər davam edir. Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə “Bizim hüquqlarımız” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və rayon məktəbliləri iştirak edib.Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib. Sonda tədbir iştirakçıları məktəblilərin hazırladıqları kompazisiyalara tamaşa etmişdir.
Noyabr ayının 20-də Nəsimi rayonunun ümumtəhsil müəssisələrində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib. Keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon məktəbliləri iştirak edib. Sonra tədbir iştirakçıları şagirdlərin rəsm işlərinə tamaşa etmişdir.
Noyabr ayının 20-də Nəsimi rayonunda “Uşaq hüquqları aylığı” ilə əlaqədar növbəti tədbir keçirilib. Keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon məktəbliləri iştirak edib.Əvvəlcə tədbir iştirakçıları şagirdlərin rəsm işlərinə tamaşa edib.Tədbirdə bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmış və onlara hüquqları barədə müvafiq hüquqi yardımlar edildi.
Noyabr ayının 21-də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirildi.Öncə Agentliyin inzibati binasında “Heydər Əliyev” guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzüldü, əziz xatirəsi ehtiramla yad olundu.Yığıncaq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Sonra Yeni Azərbaycan Partiyasına həsr edilmiş sənədli film nümayiş etdirildi..Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup ərazi partiya təşkilatına təşəkkürnamə, partiya biletləri təqdim olundu. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatdı.
Noyabr ayının 24-də Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi dərsləri: “Azərbaycan təhsilinin inkişaf strategiyası” adlı tədbir keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev irsinin öyrədilməsi dərsləri: “Azərbaycan təhsilinin inkişaf strategiyası” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, rayonunun ümumtəhsil müəssisələrinin rəhbərləri və rayon məktəbliləri iştirak edib.Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eyni zamanda Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi sükutla yad edildi.
Noyabr ayının 28-də Nəsimi rayonunda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyası çərçivəsində “Zorakılığın müasir Azərbaycanda yeri yoxdur” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ümumtəhsil müəssisələrin pedaqoji kollektivi, psixoloqlar, rayonda fəaliyyət göstərən monitorinq qrupları, cəmiyyət üzvləri, risk qrupuna daxil olan vətəndaşlar, rayonda yaşayan bir qrup qadılar və gənclər iştirak edib.Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış onlara hüquqi məsləhətlər verilmişdir.
Noyabr ayının 28-də FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.Tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayon təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib. Müşavirədə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırıldı.
Dekabr ayının 1-də Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İlqar Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiynə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan İlqar Əbülhəsənov adına 42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Sonra məktəbin şagirdlərinin ifalarında hazırlanmış kompazisiyalar, şerlər və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Dekabr ayının 4-də Beynəlxalq Əlillər günü münasibəti Nəsimi rayonu 268 nömrəli Xüsusi məktəbin qayğıya ehtiyacı olan şagirdləri ilə görüş keçirilmişdir.3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 268 nömrəli Xüsusi məktəbin qayğıya ehtiyacı olan şagirdləri ilə görüş keçirilmişdir.Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Bələdiyyəsinin məsul əməkdaşları məktəbdə şagirdlərin ziyarət edərək, orda təhsil alan uşaqlara hədiyyələr verilmiş və xatirə şəkilləri çəkilmişdir.
Dekabr ayının 4-də Nəsimi rayonunda Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir. Nəsimi rayonunda fəaliyyət göstərən 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının, Nəsimi rayon polis idarəsinin məsul əməkdaşları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi, şagirdlər və rayonda fəaliyyət göstərən monitorinq qrupları iştirak edib.Tədbirdə ilk öncə rayon məktəblilərin əl işlərindən ibarət sərgi nümayış olunmuşdur. Sərgidə əks olunan maarifləndiriçi rəsm əsərləri qonaqların diqqətinə çatdırılmışdır. Sözü gedən əsərlərdə zərərli vərdişlərə qarşı mübarizə öz əksini tapmışdır.Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar hər il dekabrın 1-də şagirdlərin əl işləri nümayiş etdirilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub. HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır. Tədbirinin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmişdir.
Dekabr ayının 4-də Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1 nömrəli Körpələr Evinə baş çəkiblər.“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nı əsas tutaraq rayon İcra Hakimiyyətində il ərzində bu səpkidə bir sıra tədbirlər həyata keçirilib. Rayonda yerləşən ümumtəhsil məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısı hər zaman göstərilmişdir.“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial qayğısının genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam bir daha göstərir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara, ümumən reabilitsiya yönümlü sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara qayğının ildən–ilə artırılması, onların sosial müdafiəsi və qeyd olunan xidmətlərlə təminatının gücləndirilməsi Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Sərəncama uyğun olaraq, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial qayğısının əhatə dairəsinin genişləbdirilməsi, bu sahədə müvafiq işlərin yüksək səviyyədə yerinə yetirilməsi davam etdirilir.Rayon ərazisində yerləşən 1 nömrəli Körpələr Evində yaşayan uşaqlarda hər zaman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuş, onların sosial müdafiəsi diqqətdə saxlanılmışdır.Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin bir qrup əməkdaşı Körpələr Evində olmuş, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış və onlara hədiyyələr aparmışdır.
Dekabr ayının 4-də Beynəlxalq Əlillər günü münasibəti “Zabitlər Parkı”nda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və 268 saylı Xüsusi məktəbdə təhsil alan şagirdlərə nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişdir.
Dekabr ayının 4-də Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü münasibəti ilə “Tut əlimdən” adlı satış sərgisi keçirilib.3 dekabr Əlillər günü ilə əlaqədar Nəsimi rayonunda fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qaleriyasında sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət “ Tut əlimdən” adlı satış sərgisi keçirilib.Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.Sərginin keçirilməsində məqsəd gənc nəslin istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaqdır. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən və mərkəzin sağlamlıq imkanları məhdud uşaqlar üçün “Musiqi dünyamız” adlı dərnəyin üzvü Ceylan Məhəmməd Hüseyn oğlunun fortepianoda solo konsertində ifa etdiyi mahnılar səsləndirildi.Tədbirdə dərnək üzvlərinin iştirakı ilə suvenirlər, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş edilib.Tədbirin sonunda fəallıq göstərən dərnək üzvlərinə diplomlar və hədiyyələr verildi.
Dekabr ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Heydər Əliyev: Biz xalqımızın sağlamlığını qorumalıyıq, xüsusən gənclərin narkotik maddələrdən istifadə etməsi meyllərinin qarşısını almalıyıq” adlı müşavirə və “Duman” adlı sənədli filmin təqdimatı keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin, rayon Prokurorluğunun, rayon Polis İdarəsinin, rayon Məhkəməsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi rayon İdarəsinin, rayon Bələdiyyəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərlərinin, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə və müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi üzrə rayon komissiyalarının üzvlərinin, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, tam orta məktəb direktorlarının, psixoloqların, uşaq birlikləri rəhbərlərinin, ali təhsil müəssisələrinin Gənclər təşkilatları birliklərinin rəhbərlərinin, tələbələrin və yuxarı sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Heydər Əliyev: Biz xalqımızın sağlamlığını qorumalıyıq, xüsusən gənclərin narkotik maddələrdən istifadə etməsi meyillərinin qarşısını almalıyıq” adlı geniş müşavirə, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi” üzrə rayon komissiyalarının 2023-cü ilin yekunlarına həsr edilmiş hesabat və “Duman” adlı sənədli filmin təqdimatı keçirilib.Tədbirdən öncə iştirakçılar RİH-nin binasında təşkil olunmuş sərgi ilə tanış olmuş, Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül çiçək dəstələri qoyaraq dərin hörmət və ehtiramlarını bildirmişlər. Sonda rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış “Duman” adlı sənədli film nümayiş olundu.
Dekabr ayının 11-də Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfrans keçirilib.Əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.Sonra Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının media orqanı olan Yeni TV-nin hazırladığı “Heydər Əliyev və Yeni Azərbaycan” adlı film nümayiş olunub. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin ifasında bədii hissə təqdim olundu.
Dekabr ayının 11-də Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Nəsimi Rayon İcra Hakimiyyətinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və YAP Nəsimi rayon təşkilatnın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Millət vəkilləri, Nəsimi rayon ziyalıları, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir.Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışdı. Tədbir daha sonra Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərifindən böyük coşqu ilə qarşılanmışdır.
Dekabr ayının 12-də Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ən böyük Azərbaycanlı” adlı tədbir keçirildi.Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının və Azərbaycan Dillər Universietinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyıtinin başçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, YAP Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, millət vəkilləri, rayon ictimaiyyəti nümayəndələri, rayonun inzibati orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhid ailələri, Vətən müharibəsi əlilləri, universitetin müəllim kollektivi və bir qrup tələbələr iştirak ediblər.Əvvəlcə Universitetin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu.Tədbirdə bildirilib ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. Dövlətmizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Nəsimi Bələdiyyəsinin dəstəyi ilə hazırlanan “Ən böyük Azərbaycanlı” adlı filimin təqdimatı keçirilib. Tədbirdə tələbələrin ifasında hazırlanmış əbədi-bədii kompazisiya nümayiş etdirildi.
Dekabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkil etdiyi “Heç vaxt ayrılmadı o könül candan, öndərlədi Azərbaycan! Heydərlədi Azərbaycan!!!” adlı tədbir keçirilib. Tədbirdə İctimai Şuranın üzvləri, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Elnur Rəhimov açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi, dünya miqyaslı parlaq siyasətçi dahi şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Onu da qeyd etmək yerinə düşər ki, dünya dövlətləri bu dahi insan Azərbaycan dövlətinin memarı qurucusu, bütün tarixi proseslərə təsir göstərmiş təkrarolunmaz bir şəxsiyyət adlandırırdılar. Biz Ulu öndəri heç vaxt unutmadıq. O Azərbaycan xalqının qəlbində yaşayan ölməz bir dahidir. Tədbirdə həmçinin Şuranın cari işləri ilə bağlı görülmüş işlərdən danışıldı.
Dekabr ayının 29-da Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Dilimiz həmrəyliyimiz, həmrəyliyimiz birliyimiz, birliyimiz gücümüzdür” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğulların müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı çıxışında “Dilimiz həmrəyliyimiz, həmrəyliyimiz birliyimiz, birliyimiz gücümüzdür” adlı tədbirin əsas mövzusunun dünya azərbaycanlılarının ortaq nöqtəsi olan Azərbaycan dili olduğunu vurğuladı. Məktəbin direktoru Əzizə Abasova qonaqları salamladı və tədbiri açıq elan etdi. Tədbir zamanı şagirdlər Azərbaycan xalqının, Azərbaycan dilinin keçdiyi tarix yolunu öz səhnəciklərində canlandırmışdır.
2023-cü ildə dövlət büdcəsinin Nəsimi rayonu üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 2 milyon 743 min 416 manat vəsait proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 2 milyon 610 min 723 manat yəni 95.16% vəsait xərclənmişdir. Qanunvericilik və İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 429 min 259 manat təyinata qarşı 388 min 834 manat və ya 90.6%, hüquqi yardım xərcləri 3 min 907 manat təyinata qarşı 3 min 464 manat və ya 88.7%, ərazilərin təmizlənməsi xərcləri 2 milyon 256 min 632 manat təyinata qarşı 2 milyon 165 min 125 manat və ya 96%, əsas bölmələrə aid edilməyən xidmətlər xərcləri üzrə 53 min 617 manat təyinata qarşı 53 min 300 manat və ya 99.4% icra olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı Aparatı üzrə 2023-cü ildə əmək haqqına 777996 manat maliyyə vəsaiti ayrılmış 775302.77 manat xərclənmiş, Məcburi dövlət siğortasına 187403 manat ayrılmış, 184908.76 manat xarclənmiş, Dəftərxana xərcinə 8100 manat ayrılmış 8100 manat xərclənmiş, yanacaq və sürtgü yağlarına 20402 manat ayrılmış 20376 manat xərclənmiş, elektrik xərclərinə 13100 manat ayrılmış 13099.91 manat xərclənmiş, Qaz təchizatına 4200 manat ayrılmış 4200 manat xərclənmiş, telefon xərclərinə 3732 manat ayrılmış 3154.20 manat xərclənmiş, poçt xidmətlərinə 1000 manat ayrılmış 999.59 manat xərclənmiş, internet haqqı üçün 7983 manat ayrılmış 7527.95 manat xərclənmiş, hərbi qulluqçuların kirayə haqqları üçün 320400 manat ayrılmış 320364 manat xərclənmiş, Mühafizə haqqı üçün 72472 manat ayrılmış 72471.92 manat xərclənmişdir.
Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, bu məqsədlə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə tədbirlər həyata keçirilmişdir.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə tədbirlər keçirilmişdir.
2023-cü il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar sahəsində işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” Qanunlarına uyğun olaraq aparılır.
Rayonda 3 məscid, 3 sinaqoq, və 1 kilslə olmaqla 7 ibadət yeri fəaliyyət göstərir. Nəsimi rayonunda bugünədək 3 islam, 6-sı isə qeyri-islam olmaqla, 9 dini icma fəaliyyət göstərir.
TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilir, keçirilən tədbirlərə dəvət olunurlar.
Rayon İcra Hakimiyyəti üzrə ümumi olaraq 1289 ailə mənzil növbəsindədir. Mənzil növbəsində olanlardan 721 ailə güzəştli əsaslarla, o, cümlədən onlardan 149 ailə növbədən kənar mənzil növbəsindədir. Güzəştli mənzil növbəsində olanların siyahısında Qarabağ müharibəsi əlilləri, şəhid ailələri gözdən əlillər, Çernobıl əlilləri, Əfqanıstan müharibəsi əlilləri və ehtiyata buraxılmış hərbçilər üstünlük təşkil edirlər.
Ehtiyata buraxılmış hərbçilər mənzillə təmin edilmədiyindən dövlət büdcəsindən onlara mütəmadi olaraq kirayə pulları ödənilir.
Vətəndaşların fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi barədə cox saylı müraciətlərinin olmasına baxmayaraq , Nəsimi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün asudə torpaq sahəsi olmadığından onların xahişini təmin etmək mümkün olmur.
Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə rayon ərazisində yaşayan sosial yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi istiqamətində ciddi işlər aparır. Görülmüş işlərin nəticəsində rayon üzrə ayrı-ayrı kateqoriyalara aid sosial qayğıya ehtiyacı olan ailələr müəyyənləşdrilimiş, müntəzəm olaraq həmin ailələrə il ərzində keçirilən təqvim bayramlarında müxtəlif çeşidli ərzaqlardan ibarət yardımlar edilir.
Heydər Əliyev Fondu tərəfindən edilən yardımlar sakinlər tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.
20 Yanvar, Xocalı faciəsi, “Novruz Bayramı”, “Çernobıl” faciəsi günü, 28 May Respublika günü, Ramazan və Qurban bayramları ərəfəsində, Ahıllar günü, Əlillər günü, “Zəfər” Bayramı, Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni İl ərəfəsinə sakinlərə ərzaq payı və maddi yardımlar göstərilmişdir. Ramazan ayında ehsan süfrələri açılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 01.06.2004-cü il tarixli, 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşqulluğunun artırılması haqqında”kı Dövlət Proqramına uyğun olaraq Nəsimi rayonunda məqsədyönlü işlər davam etdirilmişdir.
Rayon ərazisində yerləşən yataqxanların bir çoxu qəzalı vəziyyətdədir. Yataqxanalarda vaxtaşırı yaranan problemlər rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla birgə aradan qaldırılır.
Hesabat dövründə rayon İcra hakimiyyətində fəaliyyət göstərən komissiyalar “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlərini qurmuşlar.
Nəsimi rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiya”sı 2023-cü il ərzində fəaliyyətini davam etdirmişdir. Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiya özünün iclaslarında azyaşlıların hüquq və mənafeləri ilə bağlı ümumilikdə 121 məsələyə baxılmışdır. Komissiyada baxılan uşaqlarla ünsiyyət tələbinə dair işlər ilə əlaqədar olaraq komissiya üzvləri tərəfindən hər iki tərəfə izah edilmişdir ki, qanunvericiliyə uyğun olaraq birgə yaşayıb yaşamalarından asılı olmayaraq valideynlər uşaqlarına qarşı münasibətdə tam bərabər hüquqludurlar və əgər bir valideyn digərinə öz uşagı ilə görüşüb ünsiyyətdə olmasına problemlər yaradırsa bu digər valideynin hüquqlarını pozmaqla yanaşı həm də bir başa uşaqların da hüquqlarını pozur. Belə ki, valideynlərin olduğu kimi uşaqların özlərinin də valideynləri ilə görüşüb ünsiyyətdə olmaq hüquqları vardır. Məhz bu səbəbdən də baxılan məsələlərdə valideynlərin öz uşaqları ilə görüşmələrinə maneə ola biləcək hər hansı bir səbəb aşkar olunmadığına görə komissiya tərəfindən müsbət rəylər verilmişdir.
Rayon İcra Hakimiyyəti, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən uşaqlar ilə bağlı baxılan məsələlər (uşağın ad və ya soyadının dəyişdirilməsi, nikah yaşının azaldılması, uşağın əmlakı, həmçinin hansı valideynin yanında qalması, valideynlərlə ünsiyyət barədə rəylərin verilməsi və sair) zamanı onların hüquq və mənafeyi üstün tutulmuş, həmçinin maraqlarına toxunan məsələlərdə iştiraklarının təmin sahəsində fəaliyyət gücləndirilmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, 2023-cü il ərzində komissiya tərəfindən valideynlərinin ölümü, valideynlər tərəfindən atılması və sairə səbəblərdən valideyn himayəsindən məhrum olmuş 5 azyaşlı ailə üzvlərinin və yaxın qohumlarının himayəsinə verilmişdir.
Hesabat dövrü ərzində çəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraiti yaradılması barədə müraciət daxil olmamışdır.
İl ərzində insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması ilə bağlı övladlığa götürülmənin ləgvi ilə əlaqədar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barəsində müraciət daxil olmamışdır.
İl ərzində komissiya üzvləri rayon məhkəməsində yüzdən çox azyaşlının hüquqlarının qorunması üçün qanuni nümayəndə qismində iştirak etmişlər.
Nəsimi rayonundan 600-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilmişdir. 2022/2023-cü tədris ilində rayonun orta məktəblərini 2308 nəfər şagird bitirmişdir. Qəbul imtahanlarında abituriyentlərdən 68 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. 2022/2023-cü təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 15 məzun qızıl medala layiq görülmüşdür. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara hədiyyələr, həmçinin rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan şagirdlərə məktəbli forması təqdim edilmişdir.
Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə və Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə Nəsimi rayon komissiyaları cari ilin ötən dövrü ərzində öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı və Dövlət Komissiyasının 2023-cü ilə dair “İş Planı”nı rəhbər tutaraq fəaliyyət göstərmişdir.
Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən ötən müddət ərzində komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi istiqamətində aidiyyatı qurumlar ilə birgə bir sıra işlər görülmüşdür.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyəti daha da gücləndirilmiş, komissiya tərəfindən cari ilin ötən dövrü ərzində rayonda fəaliyyət göstərən orta və ali təhsil müəssislərində yuxarı sinif şagirdlərinin və tələbələrin iştirakı ilə video konfranslar, dəyirmi masalar, seminar müşavirələr keçirilmiş, tədbirlərdə aidiyyəti qurumların, rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı təmin edilmişdir. Keçirilən tədbirlər Rayon İcra Hakimiyyətinin saytında və KİV-lərdə işıqlandırılmışdır.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin və dini icmaların nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin, həmçinin ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə ötən dövr ərzində 9,35,42,111 saylı tam orta məktəblərdə və ali təhsil müəssisələrində metodiki vəsaitlər paylanılaraq müxtəlif maarifləndirici tədbirlər keçirilib.
Bütün keçirilən tədbirlərdə iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
26 iyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində rayonda fəaliyyət göstərən 8 saylı tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda keçirilən tədbirdə məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, pedaqoji işçilərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, onların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə rayon məktəbliləri və tələbələri arasında bir sıra müsabiqələr, idman yarışları keçirilmişdir.
Ötən dövr ərzində “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” üzrə rayon komissiyası və Rayon Polis İdarəsi ilə birgə yetkinlik yaşına çatmayanların və gənclərin təlim tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili və narkotiklərə meylli şəxslər barəsində bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirlməsini təmin etmiş, rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin iştirakı ilə müxtəlif növ idman yarışlarının keçirilməsini təşkil etmişdir. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsini yaxşılaşdırmaq, onların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə rayon məktəbliləri və tələbələri arasında bir sıra müsabiqələr, idman yarışları keçirilmişdir. Hesabat dövründə polis əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində müxtəlif hüquq pozuntuları törətmiş yetkinlik yaşına çatmayanlar müəyyən edilərək, hər biri ilə profilaktiki söhbət aparılmış, valideynlərinə və yaxud təhsil aldıqları məktəblərə bu barədə məlumatlar verilmişdir. Küçələrdə avaralıq, dilənçilik edən, digər qanuna zidd əməllərə yol verən, habelə uşaqları belə əməllərə təhrik edən şəxslərin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilmiş və bu reydlər zamanı qanuna zidd əməllərə yol verən yetkinlik yaşına çatmayanlar saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanın iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara müraciətlər olunmuşdur. Aparılan işlərin daha da gücləndirilməsi üçün rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilmişdır.
Yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon ərazisində “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində aparılan abadlıq, quruculuq işləri zamanı məhəllə və həyətlərdə müxtəlif idman qurğuları və uşaq oyun elementləri quraşdırılır, futbol meydançaları salınır.
Cari ilin ötən dövrü ərzində, A.Məhərrəmov küç. 31, 28 May küç.4, Cavadxan küç. 26,28,30,32,34,36, S.Vurğun küç.112, H.Seyidzadə küç.18, Moskva pr.66,68,72, Bakıxanov pr.42 ünvanlarında aparılan abadlıq işləri zamanı, məhəllədə yaşayan yeniyetmələrin və gənclərin asudə vaxtalarının səmərəli keşirilməsi üçün idman meydançaları, müxtəlif idman qurğuları və oyun elementləri quraşdırılmışdır.
Komissiya Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birgə 2023-cü ilin ötən dövrü ərzində gənclər arasında sağlam həyat tərzinin təbliği və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirmişdir.
Rayon Fövqəladə Hallar Komissiyası il ərzində fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir.
2022-ci il ərzində Nəsimi rayonu xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayon Fövqəladə Hallar Komissiyası il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 №li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.
Mülki-müdafiə işlərinin təşkilinə dair sənədlər vaxtı-vaxtında tərtib olunmuş, həyacan siqnalı üzrə əməkdaşların normativ vaxtda səfərbər olunması işi rübdə bir dəfədən az olmayaraq yerinə yetirilmişdir, onların ümümilli pasportlarla təmin olunması, MM çantalar ilə və ekipirovka ilə təmin edilməsi işləri görülmüşdür. Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz çərçivəsində təlimatlar verilmişdir. Belə obyektlər üçün yanğınsöndürmə əməliyyat və kartoçkalarının işlənib hazırlanması yerinə yetirilmiş, rayon ərazisində olan yanğına qarşı su mənbələrinin daima saz vəziyyətdə saxlanilması məqsədilə Nəsimi rayon Sukanal idarəsi və FHN-nin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul, oktyabr aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH başçısının sərəncamları ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Vətəndaşların və dövlətçiliyimizin keşiyində duran Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyəti dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən etibarlı qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələri böyük əzmlə yerinə yetirmiş, xidməti ərazidə ictimai asayişin mühafizəsi və cinayətkarlığa qarşı mübarizə sahəsində müəyyən nəticələr əldə edilmişdir.
Hesabat dövründə idarə rəhbərliyinin iştirakı ilə “Azərbaycan Gəncləri narkotikə yox deyir” mövzusu ilə rayon ərazisində yerləşən 30 təhsil müəssisəsində müəllim-şagird kollektivi ilə görüşlər keçirilmişdir.
İnzibati fəaliyyətin tətbiqi sahəsində 20.461 inzibati protokol tərtib edilmişdir ki, bundan da 8663 protokol üzrə 458.300 manat məbləğində cərimə tətbiq olunmuş və 241.285 manat və ya 52.7% vəsait dövlət büdcəsinə ödənilmişdir. Saxlama və qeydiyyat qaydalarının yoxlanılması ilə bağlı İXMnin 588 və 590-cı maddəsi ilə ümumilikdə 159 inzibati protokol tərtib olunmuşdur.
Yol hərəkəti təhlükəsizliyi sahəsində əsas diqqət qəzaların qarşısının alınmasına, hərəkət iştirakçılarının intizamının yüksəldilməsinə, texniki vasitələrin tətbiqinin genişləndirilməsinə, bütövlükdə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinə yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü il ərzində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
2023-cü il üçün Milli Fəaliyyət Planının icrası ilə bağlı rayon İcra Hakimiyyətinin İş Planı təsdiq edilmiş və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim edilmişdir.
Hesabat ilində Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində müəyyən edilmiş istiqamətlər üzrə tədbirlər həyata keçirilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərinin fəaliyyətləri nəzarətdə saxlanmışdır.
Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində irəli gələn vəzifələrlə bağlı “Rəqəmsal İcra Hakimiyyəti” portalının Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyəti davam etdirilmişdir. Vətəndaşların yerli səviyyədə dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi, ayrı-ayrı məsələlərə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədilə “E-iştirakçılıq” modulundan istifadə imkanları barədə mütəmadi olaraq sakinlər arasında maarifləndirmə işləri aparılmışdır.
Yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahılarının və mənzil fondu barədə məlumatlar yenilənərək ictimaiyyət üçün açıq şəkildə Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifələrində dərc edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluğuna dəstək göstərilməsi məqsədilə yaradılan haqqı ödənilən ictimai işlərlə bağlı müraciətlər il ərzində “DOST İş Mərkəzi”, rayon İcra Hakimiyyəti, icraçı qurum arasında üçtərəfli qaydada müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənmişdir. İcraçı qurum olaraq rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən görülmüş işlər barədə - ictimai işlərin təsviri, iş yeri, işçi qüvvəsinin sayı, əmək haqqı tabelləri və s. barədə məlumatlar hər ay DOST İş Mərkəzinə təqdim edilmişdir. Bu sahədə işin səmərəliliyinin artırılması, sui-istifadəyə imkan yaradan hallara yol verilməməsi məqsədilə mütəmadi olaraq monitorinqlər və təhlillər aparılmış, ictimai işlərə cəlb olunmaq üçün müraciət edən vətəndaşlarla müvafiq izahat və məlumatlandırma işləri aparılmış və vətəndaş məmnunluğunun təmin edilməsi tədbirləri görülməkdədir.
Dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, sui-istifadə hallarına yol verilməməsi məqsədilə aidiyyəti qurumlarla birgə ərazidə monitorinqlər aparılaraq müvafiq tədbirlərin görülməsi davam etdirilmişdir.
İl ərzində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin Rayon İcra Hakimiyyətində kollegial qərarların qəbulu prosedurlarında iştirakı üçün şərait yaradılmışdır. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilmiş, vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr çərçivəsində müxtəlif tədbirlərin təşkili davam etdirilmişdir. Nəsimi rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş əməkdaşlıq çərçivəsində ictimai müzakirələrə çıxarılması vacib olan kollegial qərarların qəbulu istiqamətində birgə tədbirlər keçirilmişdir.
İctimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı məsələlər daim nəzarətdə saxlanılmışdır. Bununla əlaqədar keçirilən tədbirlərdə RİH yanında fəaliyyət göstərən İctimai şuranın üzvlərinin, işçi qrupunun yaxından iştirakı təmin edilir. İl ərzində İctimai şurada korrupsiyaya qarşı mübarizə məsələləri, rayonda aparılan abadlıq işlərinin layihələri, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xidmətlər, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, Gender, məişət zorakılığı, uşaq hüquqları, şuranın fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri barədə müzakirələr aparılmışdır.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı rayon İcra hakimiyyəti başçısı yanında Şuranın tarixli yığıncaqlarında, Rayon bələdiyyəsinin yığıncağında, rayon İH yanında İctimai Şuranın yığıncaqlarında, digər müşavirələrdə antikorrupsiya, məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, korrupsiya riskləri ilə bağlı qabaqlayıcı tədbirlər, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məsələləri müzakirə olunmuş, bu sahədə görüləcək işlərin gücləndirilməsi istiqamətləri təhlil edilmişdir.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər, aparılan müzakirələr barədə rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir. Yığıncaqlar, müşavirələr, ictimaiyyət nümayəndələri və vətəndaşlarla görüşlərdə, səyyar qəbullarda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı, o cümlədən “Rəqəmsal İcra Hakimiyyəti” portalına dair məlumatlandırma və maarifləndirmə prosedurları, ictimai müzakirələr həyata keçirilir.
Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalrına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyinin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Dövlət qulluqçularının peşəkarlığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2022/2023-cü tədris ilində rayon İcra Hakimiyyətinin iki əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əlavə ali təhsil səviyyəsində qiyabi bölməsinə qəbul olunmuş və hazırda Akademiyada RİH-nin 5 əməkdaşı təhsil alır. Etik davranış məsələləri üzrə illik hesabat hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” 104 saylı 21.10.2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2023-cü il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 3135 ərizə və müraciəti daxil olmuşdur. 2022-ci ildə isə müraciətlərin sayı 3185 təşkil etmişdir. Vətəndaşların müraciətlərinə baxılması, əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, mütəmadi olaraq ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmir, sosial müdafiə məsələləri üzrə ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 80,0%-ni təşkil etmişdir.
Rayon ərazisində abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması, əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin həlli diqqət mərkəzində saxlanmışdır.
Əhalinin aztəminatlı təbəqəsi ilə bağlı dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər davam etdirilmiş, 20 mindən çox sakinə mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitinin yaxşılaşdırılması, müalicə-sağlamlıq məsələləri ilə bağlı köməkliklər göstərilmişdir.
Vətəndaşların qəbulu, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Yerlərdə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanmışdır. İl ərzində rayon ərazisində müəyyən olunmuş qrafik üzrə 44 səyyar qəbul keçirilmişdir. Qəbullarda 5 min nəfərə qədər sakin iştirak etmiş, 465 vətəndaşın müraciəti dinlənilmişdir. Müraciətlər əsasən həyətlərin və binaların ababdlaşdırılması, binalarda dam, zirzəmi, ümumi giriş sahələrinin təmiri, qəzalı və kəskin qəzalı, istismar müddəti bitmiş yaşayış üçün yararsız vəziyyətdə olan binaların sökülərək yeni yaşayış sahələrinin salınması, işıqlandırma, asfalt örtüyünün təmiri, mənzil və iş ilə təmin, yaşıllıqlarla və s. məsələlərlə bağlı olmuşdur.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq məhəllələrin abadlaşdırılması, geniş quruculuq işlərinin aparılması, xüsusilə sakinlərin müraciətlərinin bu işlərin aparılmasında nəzərə alınması diqqət mərkəzində saxlanmışdır. A.Məhərrəmov küçəsi 31, S.Vurğun küçəsi 112, Cavadxan küçəsi 26, 28, 30, 32, 34, 36, Moskva pr. 68, 72, H.B.Əliyev küçəsi 3, 5, 7 saylı ünvanlarda “Bizim Həyət” və “Abad Həyət” layihələri çərçivəsində həyətlər yenidənqurularaq sakinlərin istifadəsinə verilmişdir. Mövcud abad həyətlərdə cari təmir işləri aparılmışdır. Rayon ərazisində binaların fasadlarının, dam və ümumi istifadə sahələrinin, məhəllədaxili yolların, piyada səkilərinin, işıqlandırma sistemlərinin təmiri, yaşıllıqların salınması istiqamətində iri həcmli işlər görülmüşdür.
Qəbulların gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, ölkəmizin daha da qüdrətlənməsi, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər, ərazilərimizin bütövlüyünün, ötən ilin sentyabr ayında lokal-antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa olunması hədsiz qurur hissləri ilə xüsusi vurğulanmışdır. Sakinlər Nəsimi rayonunda aparılan abadlıq quruculuq işlərindən razı qaldıqlarını və görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Qəbullarda qaldırılan məsəslələrin həlli ilə bağlı binaların dam, zirzəmi, eyvan, həyətyanı və digər ümumi istifadə sahələrində tədbirlər görülmüş, sakinlərə görüləcək işlər barədə izahatlar, bununla yanaşı mütəmadi olaraq vətəndaş məmnunluğunun artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyətinə “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumatlar verilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, xüsusilə Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, istismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində sakinlərin inşaası başa çatmış yeni mənzillərə köçürülməsi 2023-cü ildə davam etdirilmişdir. Uzun illər yararsız mənzil-məişət şəraitində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Nəsimi rayonu ərazisindəki “Kubinka”, “Papanin” adı ilə tanınan yaşayış məntəqlərində yeni yaşayış binalarının inşa edilməsi layihələrinin geniş icrasına başlanmışdır.
Təkrar və kollektiv müraciətlərin araşdırılması rayon İcra Hakimiyyətində təhlil edilmiş və həlli mümkün məsələlər, xüsusilə haqlı narazılıqlara səbəb olan halların aradan qaldırılması məsələləri nəzarətdə saxlanmaqla zəruri tədbirlər görülmüşdür. Bir sıra hallarda müraciətləri ilə bağlı əsaslandırılmış cavablar verilməsinə baxmayaraq vətəndaşlar təkrar müraciətlər etməkdə davam etmişlər.
İl ərzində vətəndaş müraciətlərinə, xüsusilə şikayət xarakterli məsələlərə baxılması nəzarətdə saxlanmış və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Nəsimi rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılr. RİH tərəfindən vətəndaşların səyyar qəbuluna mühüm əhəmiyyət verilir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həllii ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq müəyyən olunmuş qrafikə əsasən RİH başçısı tərəfindən 2023-cü il ərzində 44 səyyar qəbul keçirilmiş, 5000-ə qədər sakinin iştirak etdiyi qəbullarda 465 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.
İlin yanvar ayından başlayaraq hər ay müəyyən olunmuş qrafik üzrə rayon ərazisində 44 səyyar qəbul keçirilmişdir.
06.01.2023-cü il tarixində 1-ci mkr. A.Məhərrəmov küşəsi 31 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
11.01.2023-cü il tarixində S.Vurğun küşəsi 112 ünvanında MKTB-nin akt zalında Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
18.01.2023-cü tarixində 16 nömrəli texniki humanitar liseydə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
25.01.2023-cü il tarixində Cavadxan küşəsi 68a ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 7 nəfərin müraciəti dinlənilmişdir.
15.02.2023-cü il tarixində 42 nömrəli tam orta məktəbdə 2 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
22.02.2023-cü il tarixində 46 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
01.03.2023-cü il tarixində 54 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 13 nəfərin müraciəti dinlənilmişdir.
07.03.2023-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 16 nəfərin müraciəti dinlənilmişdir.
10.03.2023-cü il tarixində İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 13 nəfərin müraciəti dinlənilmişdir.
15.03.2023-cü il tarixində 111 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
05.04.2023-cü il tarixində Cavadxan küçəsi 28 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
12.04.2023-cü il tarixində A.Məhərrəmov küşəsi 31 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
19.04.2023-cü il tarixində 35 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 12 nəfərin müraciəti dinlənilmişdir.
26.04.2023-cü il tarixində Bakı-Slavyan Universitetinin məktəb-lisey kompleksində Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 19 nəfərin müraciəti dinlənilmişdir.
03.05.2023-cü il tarixində H.Seyidzadə küçəsi 11-13 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
11.05.2023-cü il tarixində S.Vurğun küçəsi 112 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
17.05.2023-cü il tarixində 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
24.05.2023-cü il tarixində 42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
01.06.2023-cü il tarixində 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
07.06.2023-cü il tarixində Azadlıq pr. 16 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
14.06.2023-cü il tarixində 268 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
21.06.2023-cü il tarixində Cavadxan küçəsi 28 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
03.07.2023-cü il tarixində Cavadxan küçəsi 26 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
10.07.2023-cü il tarixində S.Vurğun küçəsi 116 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
17.07.2023-cü il tarixində Nizami küçəsi 119 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
21.07.2023-cü il tarixində “Central Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
02.08.2023-cü il tarixində Moskva pr. 46 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
08.08.2023-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
11.08.2023-cü il tarixində A.Məhərrəmov küçəsi 35 Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
16.08.2023-cü il tarixində “World Business Center” ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
15.09.2023-cü il tarixində Moskva pr. 80 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 14 nəfərin müraciəti dinlənilmişdir.
22.09.2023-cü il tarixində A.Məhərrəmov küçəsi 68 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
03.10.2023-cü il tarixində Cavadxan küçəsi 26 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 80 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
06.10.2023-cü il tarixində H.B Əliyev küçəsi 32 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
18.10.2023-cü il tarixində 42 nömrəli tam orta məktəb Mirqasımov küçəsi 6 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
25.10.2023-cü il tarixində “Winter Park” otel M.Əliyev küçəsi 210 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
01.11.2023-cü il tarixində 35 nömrəli tam orta məktəb R.Axundov küçəsi 27 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 11 nəfərin müraciəti dinlənilmişdir.
06.11.2023-cü il tarixində 54 nömrəli tam orta məktəb 5-ci mkr. Cavadxan küçəsi 21 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 15 nəfərin müraciəti dinlənilmişdir.
15.11.2023-cü il tarixində 46 nömrəli məktəb Bülbül küçəsi 36 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 12 nəfərin müraciəti dinlənilmişdir.
21.11.2023-cü il tarixində 211 nömrəli tam orta məktəb 20 Yanvar küçəsi 5 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 14 nəfərin müraciəti dinlənilmişdir.
01.12.2023-cü il tarixində H.B.Əliyev küçəsi 5 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 8 nəfərin müraciəti dinlənilmişdir.
06.12.2023-cü il tarixində Cavadxan küçəsi 32 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 10 nəfərin müraciəti dinlənilmişdir.
13.12.2023-cü il tarixində 164 nömrəli tam orta məktəb S.Rüstəm küçəsi 31 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 9 nəfərin müraciəti dinlənilmişdir.
20.12.2023-cü il tarixində 8 nömrəli tam orta məktəb R.Behbudov küçəsi 11 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. 13 nəfərin müraciəti dinlənilmişdir.
Müraciətlər əsasən həyətlərin və binaların abadlaşdırılması, binalarda dam, zirzəmi, ümumi giriş sahələrinin təmiri, qəzalı və kəskin qəzalı, istismar müddəti bitmiş yaşayış üçün yararsız vəziyyətdə olan binaların sökülərək yeni yaşayış sahələrinin salınması, işıqlandırma, asfalt örtüyünün təmiri, mənzil və iş ilə təmin, yaşıllıqlarla və s. məsələlərlə bağlı olmuşdur.
Rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin 2024-cü ildə vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytına yerləşdirilmişdir.
Bildirirk ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən “Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası” tərəfindən ekspertizadan keçirilərək 2018-ci ilin daimi saxlanılan sənədləri seçilib qaydaya salınmış və mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. 2018-ci və 2020-ci illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər və işlər ayrılaraq məhv edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.