Bakı şəhəri Nəsimi rayonun 2024-cü il üzrə sosial-iqtisadi inkişafının yekunları barədə HESABAT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2024-cü ildə də ölkədə sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələr həyata keçirilib. Azərbaycanın iqtisadiyyatında ciddi artım müşahidə edilib, işğaldan azad edilmiş ərazilərimizdə bir sıra şəhər və kəndlərimiz yenidən qurulub və bu proses hazırda uğurla davam etdirilir. İqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2024-cü ildə inkişaf salnaməsinin parlaq səhifələrindən biridir.
Bu il Azərbaycan iqtisadiyyatı üçün gözləntilər, əldə edilmiş nəticələr və iqtisadi göstəricilər dövlətimizin başçısının proqnozlarını doğruldub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələyə toxunaraq il ərzində Azərbaycanın iqtisadi artım templərinin inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələdiyini vurğulayıb. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində 2024-cü ildə iqtisadi artım, o cümlədən qeyri-neft sektorunda artım, ölkənin strateji valyuta ehtiyatlarında artım təmin edilmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Ölkə başçısının əsas hədəfi Azərbaycan iqtisadiyyatını daim şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirmək olmuşdur.
Bütün bunlar sübut edir ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub, heç kimdən asılı deyil. İqtisadi müstəqillik təbii olaraq ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırıb və bundan sonra da qazandıracaq.
Dövlət başçısının əsas prioritetlərindən biri şəhid ailələrinə və qazilərə qayğının təmin edilməsidir. Şanlı 44 günlük Vətən müharibəsindən sonra bu kateqoriya üzrə ailələr üçün çoxsaylı mənzillər, evlər verilib və sosial proqramlar həyata keçirilib. Bununla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrində əldə olunan nailiyyətlər dövlətin xalqın rifahına olan diqqət və qayğısını əks etdirir.
2024-cü ildə də Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda rolunun güclənməsi, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək göstərməsi, həmçinin türk dövlətləri arasında əlaqələrin inkişafına verdiyi töhfələr respublikamızın dünya arenasında yerini əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmizin malik olduğu bərpaolunan enerji potensialı, Şərqdən Qərbə gedən nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi, özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi, eyni zamanda, möhtərəm Prezidentimizin sözünün imzası qədər dəyərli olması beynəlxalq aktorları Azərbaycanla əməkdaşlığı genişləndirməyə sövq edir. Təbii ki, burada ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması istiqamətində atdığı addımlar da mühüm rol oynayır. Möhtərəm Prezidentimiz ilə görüşən qonaqlar arasında beynəlxalq biznes korporasiyalarının nümayəndələrinin, iş adamlarının da yer almaları Azərbaycandakı iqtisadi artımdan, sağlam investisiya mühitinin mövcudluğundan xəbər verir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri və strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional və qlobal məkanda önəmli tərəfdaşa çevrilib. Bu uğurların əldə olunmasında ölkə başçısının xarici ölkələrə səfərləri, görüşləri və bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb. Belə ki, enerji, nəqliyyat və investisiya sahələrindəki razılaşmalar Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artırıb.
Beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, yenilməz iradəsi, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Dövlətimizin başçısının beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. Prezident çoxsaylı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradaraq Azərbaycanın mənafeyini beynəlxalq səviyyədə uğurla müdafiə edir. 2003-cü ildən bəri Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkə baıçısının liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Xəzər dənizindən Avropaya enerji tədarükü üzrə layihələr, o cümlədən TANAP və TAP boru kəmərləri bu siyasətin uğurlu nəticələridir.
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri idi. Ötən ilin dekabrında təxminən 200 dövlətin yekdil qərarı ilə bu tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması Möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasətin və ölkəmizə çox böyük etimadın, yüksək inamın göstəricisi idi. Ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olub. Sammitin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görüldü, lazımi infrastruktur yaradıldı.
Qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, onların yerləşdirilməsi prosesi, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, həmçinin digər işlər operativ və yüksək səviyyədə görüldü. Ümumiyyətlə, COP29-a start verilənə, yəni, noyabrın 11-dək hazırlıq mərhələsində 100-dən çox tədbir keçirildi. COP29-un ən mühüm tədbiri iki gün davam edən Liderlər Sammiti idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimində çıxışı iştirakçılarda böyük maraq doğurdu.
COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. Azərbaycan COP29-a ləyaqətli şəkildə ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur.
COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı iki həftə davam edən qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. Azərbaycan tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi. Tədbir iştirakçılarının yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş tədbirlə bağlı bəyanatında deyib ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoymaqla bərabər, qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır.
Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi hesab edilir. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin çox böyük nailiyyətidir.
2024-cü ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, prezident və parlament seçkiləri mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın öz Liderinə etimadını, sevgi və məhəbbətini növbəti dəfə nümayiş etdirdi. Bu seçkilərin nəticələri təkcə xalqımızın deyil, beynəlxalq ictimaiyyətin də dövlətimizin başçısına inam və etimadını, onun qlobal miqyasda nüfuzunu, yalnız ölkə daxilində deyil, dünya miqyasında da sülhə və təhlükəsizliyə töhfə verən Lider olduğunu bir daha təsdiqlədi. Bunu seçkilərdən dərhal sonra dünyanın aparıcı ölkələrinin liderləri tərəfindən dövlətimizin başçısına ünvanlanan təbrik məktublarındakı fikirlər də sübut edir.
İlin əlamətdar siyasi hadisələrindən biri də VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi olub. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri idi. Beləliklə, Azərbaycanda ilk dəfə parlament seçkiləri işğaldan azad edilmiş bölgələrimiz daxil olmaqla ölkəmizin bütün ərazisində baş tutub. Azərbaycanın müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisədir. Bu seçkilər də azad və şəffaflığına, demokratikliyinə və mütəşəkkilliyinə görə beynəlxalq aləmin diqqət mərkəzində olub.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən tikilməsi, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər 2024-cü ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.
Azərbaycanda həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasının əsas amilləri xalq-iqtidar birliyi, cəmiyyətin ictimai şüurunda formalaşmış azərbaycançılıq təfəkkürünün möhkəmlənməsi və harmoniyadır. Bu baxımdan, 2024-cü ili Azərbaycan cəmiyyətinin həyatında yeni dövrün başlanğıcı hesab etmək olar. Xalqımız yeni dövrə alnıaçıq, üzüağ daxil olub, ona görə ki, hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Cəmiyyətimizdə hökm sürən müsbət ab-hava dövləti gücləndirən əsas amillərdən biridir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu amili yüksək qiymətləndirərək deyib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”. Buna görədir ki, Azərbaycan bu gün sabitlik, təhlükəsizlik adası, əmin-amanlıq, iqtisadi inkişaf ölkəsidir. Bütün bunların təməlində xalqın öz dövlətini dəstəkləməsi və dövlətin də milli mənafelərə uyğun siyasət həyata keçirməsi dayanır. Dövlətimizin başçısı çıxışlarında da bildirir ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və dövlətin siyasətidir.
Beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət kimi tanınan müstəqil Azərbaycanda bu gün mövcud olan tolerantlıq mühiti də dünya ölkələrinə nümunədir. Azərbaycançılıq ideologiyası və prinsipləri ölkəmizdə çoxdan bərqərar olub. Bu ideologiya respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamalarına və ölkənin gələcəyi naminə birgə çalışmalarına zəmin yaradıb. Azərbaycanda bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir.
Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətin daxilində və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli və mənəvi birlik dayanır. Bu birlik vətəndaşlıq, dünyəvilik, tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət kimi dəyərlərə söykənir. Təbii ki, bu birliyi və harmoniyanı Qarabağ Zəfəri daha da möhkəmləndirib.
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə möhkəm ictimai-siyasi birliyə, həmrəyliyə, harmoniyaya əsaslanan Azərbaycan modeli formalaşıb. Bu model Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, demokratik və iqtisadi cəhətdən tərəqqisinə böyük töhfələr verir.
Qeyd edək ki, 2024-cü il Azərbaycan üçün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazılacaq. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib.
2024-cü ildə ölkəmizin hər yerində geniş vüsət almış dinamik inkişaf, infrastrukturların yeniləndirilməsi, iş yerlərinin yaradılması, tikinti, quruculuq və abadlıq işləri Nəsimi rayonunda da uğurla davam etdirilmişdir.
Ölkə başçısının rəhbərliyi altında hesabat ilində Rayon İcra Hakimiyyəti tərəfindən yerli infrastruktur layihələrin icra olunması, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin rifahının yüksəldilməsi ilə bağlı tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
2024-cü ildə rayonda yerləşən bir sıra obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.
27 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.
“Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə, sonra “Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat veriblər.
“Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ticarət mərkəzində ilk dəfə fəaliyyət göstərəcək musiqili fəvvarə yer alıb. Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. “Crescent Mall”da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.
Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrlərin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn “Həyat Ağacı” isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir. Bundan başqa “Crescent Mall”da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq.
Qeyd olundu ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, ingilis və rus dillərində isə şifahi məlumatlar verə bilir. Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot “Leyli” adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir. “Crescent Mall” ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.
30 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və oğlu Heydər Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış edərək Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılışının ölkəmiz və xalqımız üçün gözəl və əlamətdar hadisə olduğunu qeyd etmişdir. Cənab Prezident üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladığını qeyd edərək, bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildiyini, ikinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulduğunu xatırlatdı və bu gün şəhərimizin bu gözəl yerində, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldığını vurğuladı. “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı ANAR, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli çıxış etmişlər.
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.
01 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.
Əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində təqdirəlayiq tədbirlər davam etdirilərək rayonun iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunub.
2024-cü ilin ən yaddaqalan ictimai-siyasi hadisələrindən olan prezident və parlament seçkiləri ilə bağlı Nəsimi rayonunda da qanunvericiliklə müəyyən olunmuş prinsiplər üzrə məqsədyönlü tədbirlər keçirilmişdir.
Bu il 07.02.2024-cü il tarixdə Respublikamızda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi-Binəqədi, 22 saylı Nəsimi-Yasamal və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Seçkilərin keçirilməsində rayon İcra Hakimiyyəti və onun struktur bölmələri qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmiş, seçici siyahıları dəqiqləşdirilmişdir.
Rayonda yaradılmış 79 Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşdur. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuş, Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqələrdə 27 ədəd Web kamera quraşdırılmışdır.
Rayon ərazisinin müxtəlif yerlərində namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 79 ədəd təşviqat lövhələri quraşdırılmış, toplantı və seçicilərlə görüşlərin keçirilməsi üçün bağlı və açıq yerlər müəyyənləşdirilmişdir.
Ümumilikdə rayon üzrə 107106 seçicidən 75907 nəfəri, yəni – 70,87 %-i seçkilərdə iştirak etmişdir. İştirak etmiş seçicilərin 70165 nəfəri yəni - 92,4 %-i Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.
Cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi yüksək siyasi nüfuza, həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xalqımızın firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir.
Rayon Polis İdarəsi tərəfindən seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyin və ictimai asayişin qanunvericiliyə uyğun olaraq qorunması təmin edilmişdir.
01.09.2024-cü il tarixdə Respublikamızda Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirilmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi-Binəqədi, 22 saylı Nəsimi-Yasamal və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin hər birində yüksək mütəşəkkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Seçkilərin keçirilməsində rayon İcra Hakimiyyəti və onun struktur bölmələri qanunvericiliyə uyğun olaraq üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsini təmin etmiş, seçici siyahıları dəqiqləşdirilmişdir.
Rayonda yaradılmış 79 Məntəqə seçki komissiyaları texniki təchizat baxımından seçkilərin keçirilməsinə tam hazır olmuşdur. Məntəqə seçki komissiyalarının əksəriyyətinin yerləşdiyi binalarda təmir işləri aparılmış, onların hamısı lazımi avadanlıq və materiallar, rabitə vasitələri ilə təmin olunmuş, Mərkəzi Seçki Komissiyası tərəfindən məntəqələrdə 27 ədəd Web kamera quraşdırılmışdır.
Rayon ərazisinin müxtəlif yerlərində namizədlərin seçki platformaları və digər təbliğat materiallarının yerləşdirilməsi üçün 79 ədəd təşviqat lövhələri quraşdırılmışdır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının və onların səlahiyyətli nümayəndələrinin seçicilərlə görüşlərinin keçirilməsi üçün RİH başçısının 183 saylı 15.07.2024-cü il tarixli sərəncamı ilə bağlı və açıq yerlər müəyyənləşdirilmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Məlahət İbrahimqızı, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Asim Mollazadə və 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Ziyad Səmədzadə səs çoxluğu ilə millət vəkilləri seçilmişlər.
Rayon Polis İdarəsi tərəfindən seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyin və ictimai asayişin qanunvericiliyə uyğun olaraq qorunması təmin edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 2024-cü ildə Nəsimi rayonunda irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə həyata keçirilən pilot layihələr icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.
Bu sahədə il ərzində müvafiq işlərin həyata keçirilməsi “Maşınqayıran” MTK; “Gloria Palace” MTK, “ARCHİCO” MMC, “Pilot İnşaat-A” MMC; İstehsalat Kommersiya Şirkəti; “Draft Construction” MMC; “Avrasiya Construction” MMC; “Malibo” MMC; “Yeni Ailə” MMC; “TAC 1 RESİDENCE” MMC; “Azəri Tikinti Şirkəti” MMC şirkətləri tərəfindən ünvanlarda işlər davam etdirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” və Rayon İcra Hakimiyyəti tərəfindən “Abad həyət” layihələri çərçivəsində Bakıxanov küçəsi 42, Moskva prospekti 66, 70, 72, Cavadxan küçəsi 21, 26, 30, 34, 36, 38, H.B.Əliyev küçəsi 6, Mirəli Qaşqay küçəsi 24 ünvanlarda genişmiqyaslı yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da 2024-cü il ərzində coxşaxəli silsilə tədbirlər həyata keçirilmişdir. Nəsimi rayonu üzrə tədbirlər planı hazırlanmışdır. Nəzərdə tutulan tədbirlərlə bağlı istiqamətlər müəyyənləşdirilmişdir. Keçən dövr ərzində nəzərdə tutulmuş çoxşaxəli tədbirlərin keçirilməsi təmin edilmişdir.
İl ərzində Rayon ərazisindəki prospekt, küçə və yol kənarlarında, məhəllə və həyətlərdə, park və bağlarda, o cümlədən H.Əliyev Sarayının qarşısındakı park,Cavadxan parkı, Zorge parkı, Koroğlu parkı, Zəfər bağı, M.Cəlal küçəsi boyu parkda və yaşıllıq zolağında, Koala park (Vaqif pr), Sevil Qazıyeva adına park, H.Əliyev Sarayının qarşısındakı park, S.Vurğun bağı, Atatürk parkı, T.Şevçenko adına park, Aşıq Ələsgər adına park S.Vurğun bağı, Qış parkı (Füzuli küçəsi) Koroğlu parkı, 2-ci mikrorayon parkında, Cavadxan küçəsi, R.Məmmədov küçəsi, R.Behbudov küçəsi, Bakıxanov küçəsi, M.Cəlal küçəsi, H.Seyidzadə küçəsi, A.Məhərrəmov küçəsi, Ə.Salamzadə küçəsi, S.C.Pişəvari küçəsi, 28 May küçəsi, H.Ələsgərov küçəsi, S.Rüstəm və S.Rəhimov küçələri, Ş.Bədəlbəyli küçəsi, C.Hacıbəyli küçəsi, 20 Yanvar küçəsi, S.Əsgərova küçəsi, Bülbül pr, S.Vurğun küçəsi, H.B.Əliyev küçəsi, Ü.Hacıbəyli küçəsi, Puşkin küçəsi, Azadlıq prospekti, Vaqif prospekti, Tbilisi prospekti, Moskva prospekti, Avropa otelin qarşısındakı yol, Nizami kinoteatrının qarşısı və digər sahələrdə çoxsaylı şam, çinar, kiparis, oleandr, göyrüş, tuya, zeytun ağacları, xrizentema, geran beqoniya, qızılgül, salviya, çiklamen, kalendula, viola, beqoniya, qızılgül, salviya, ageratum, kartoska, karbabros və müxtəlif növ gül bitkiləri, evelimuş, lüqustur və müxtəlif növ kol bitkiləri əkilmiş, qazonlar və yaşıllıq zolaqları salınmışdır. İl boyu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazsiində fəaliyyət göstərən xidmət sahələrinin, müəssisə və təşkilatların, ictimai və media qurumlarının iştirakı ilə çoxsaylı iməcliklər və ağacəkmə aksiyaları keçirilmişdir.
Nəsimi rayonu ərazisində COP-29 tədbirinə hazırlıqla ilə bağlı genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır. A.Bakıxanov, Ak.H.Əliyev, S.Vurğun, R.Behbudov, Cavadxan, A.Mustafayev, Y.V.Çəmənzəminli, Ş.Əzizbəyov, 28 May, H.Ələsgərov, M.Qaşqay, S.Rüstəm, Kaveroçkin, R.Cəfərov, H.B.Əliyev, Ak.Mirqasımov küçələrində, Azadlıq, Xətai, Vaqif, Tbilisi prospektlərində 206 qeyri-yaşayış obyektinin fasadı ilə bağlı təmir, yenilənmə işləri aparılır. Onların 83-də işlər başa çatdırılmışdır. Neftçilər pr. 143, İ.Qasımov küçəsi 29, Azərbaycan Universitetinin arxası, N.Yusifbəyli küçəsi 26, N.Yusifbəyli küçəsi 82, 2-ci mkr. R.Məmmədov küçəsi 25, Mirqasımov küçəsi 7, H.Aslanov küçəsi 70, B.B.Məcidov küçəsi 60,76, C.Məmmədquluzadə küçəsi 83, 116, 119, 20 Yanvar küçəsi 35, M.Qardaşları 142, M.A.Əliyev küçəsi 190, Ə.Quliyev küçəsi 95, Xətai pr. 2, Azadlıq pr. 46, 76 “Dostluq” kinoteatrı, Azadlıq pr. 80 Vaqif pr. ilə kəsişmə Azadlıq prospekti 40, Ak.Həsən Əliyev küçəsi 2, D.Əliyeva küçəsi 171, 175, 215, K.Səfərəliyeva küçəsi 24, 26, R.Behbudov küçəsi 69,72, 78, Ənvər Qasımzadə küç. 15, Mirqasımov küçəsi 4, Şamil Əzizbəyov küç. 119-125, S.Rüstəm və S.Zeynalov küçələrinin kəsişməsi, Y.Səfərov və Ələddin Quliyev küçələrinin kəsişməsi, Azadlıq pr. və S.Əsgərova küçələrinin kəsişməsi, Azadlıq prospekti, H.Ələsgərov və S.Rüstəm küçələrinin kəsişməsi, Azadlıq pr. S.Rüstəm və F.Qasımzadə küçəsinin kəsişməsi, S.Rəhimov və M.Qaşqay küçələrinin kəsişməsi, M.Cəfərov küçəsi, C.Məmmədquluzadə küçəsi Metro tikinti, C.Məmmədquluzadə, Çəmənzəminli küçələrinin kəsişməsi, Ş.Abdullayev, S.Vurğun küçələrinin kəsişməsi, S.Salayev ilə Topçubaşov küçələrinin kəsişməsi, N.Vəzirov ilə İ.İsmayılov küçələrinin kəsişməsi, Sarabski küçəsi, Ş.Abdullayev, Vəzirov küçələrinin kəsişməsi, Mirqasımov küçəsi, Azadlıq pr. kəsişməsi, R.Cəfərov (3-cü mkr. Dairəsindən 20 yanvar dairəsinə gedən yol), Abbas Zamanov küçəsi, Ziya Bünyadov pr. (Ə.Salamzadə küçəsi) ünvanlarında abadlıq işləri aparılaraq digər ünvanlarda tədbirlər davam etdirilmişdir.
2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilməsi ilə əlaqədar ölkə rəhbərliyinin icrası istiqamətində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər görülmüşdür.
28 oktyabr 2024-cü il tarixində İcra Hakimiyyətində rayonun kommunal, elektrik, qaz, su, yol infrastrukturunun, tibb müəssisələrinin və digər qurumların rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilmiş, verilmiş tapşırıların icrası ilə bağlı müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Bununla əlaqədar müvafiq sərəncamla Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında hüquq mühafizə orqanlarının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının rəhbərlərindən ibarət xüsusi qərargah yaradılmış, “qaynar xətt” və fasiləsiz növbətçilik sistemi təşkil edilmişdir.
Qərargah tərəfindən rayon ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, sanitar təmizlik daim nəzarətdə saxlanılmışdır.
Rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2024-cü il ərzində əvvəlki ilin göstəricilərini xeyli üstələmişdir.
Sənaye
2024-cü ilin yanvar-dekabr aylarında 1420787,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 43,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 1483794,7 min manatı istehlakçılara göndərilmiş, ondan 1419641,9 min manatı öz istehsalı olan mallar olmuşdur.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2025-ci il vəziyyətinə 9390,8 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
2024-cü ilin yanvar-dekabr aylarında Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 501567,2 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,1 faiz az vəsait yönəldilmişdir. 2024-cü ilin yanvar-dekabr aylarında 258507,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
2024-cü ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 2231896,5 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2024-cü ilin yanvar-dekabr aylarında 2010382,7 min manat, əsaslı təmir 163639,2 min manat, cari təmir 38032,5 min manat, sair tikinti işləri isə 19842,1 min manat təşkil etmişdir.
2024-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5201722,5 min manatlıq əmtəə satılmışdır, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 9,2 faiz artım deməkdir. Satılmış əmtəələrin 86,4 faizi hüquqi şəxslərin, 3,5 faizi rayonda fəaliyyət göstərən bazarın, 10,1 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
2024-cü ilin yanvar-dekabr aylarında rabitə müəssisələri tərəfindən 615632,5 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artmışdır.
Nəqliyyat
2024-cü ilin yanvar-dekabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 916482,5 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artmışdır.
2024-cü ilin yanvar-dekabr aylarında iaşə müəssisələrinin ümumi dövriyyəsi 202101,3 min manat olmuşdur. Həcmin 32,0 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 64635,4 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 137465,9 min manatlıq iaşə xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərÖdənişli xidmətlərin həcmi 2024-cü ilin yanvar-dekabr aylarında 3401695,8 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 dəfə artmışdır.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3343724,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 98,3 faizini təşkil etmişdir.
İşçilərin sayı və əməkhaqqı
2024-cü ilin yanvar-noyabr aylarında Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artaraq 219376 nəfər olmuşdur.
2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 10,5 faiz artaraq 1294,0 manat olmuşdur.
Yeni iş yerləri
“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır
Nəsimi rayonunda 2024-cü ilin yanvar-dekabr aylarında 9630 yeni iş yeri açılmışdır.
Hesabat ilində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012 –ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırıqlarına əsasən nümayəndəliklər tərəfindən təsərrüfatbaşına uçotla bağlı məlumatların Dövlət Statistika Komitəsinin internet sıhifəsinin “E-hesabatlar” bölməsinin məlumat bazasına yerləşdirilməsi işləri aparılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2.82 kv.km hüdudlarında 83.215 nəfərdən artıq əhalinin yaşadığı 5 mikrorayonu va 3-cü Alatavanı əhatə edir. Nümayəndəlik ərazisində 23, 31, 33 ,51, 65 va 77 saylı Mənzil Kommunal İstismar SahəIəri xidmət göstərirlər.
Nümayəndəliyin inzibati ərazisində 11 orta ümumtəhsil məktəbi, Texniki Humanitar Litseyi, Şahmat məktəbi, Musiqi məktəbi, Uşaq və Gənclar İdman Məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 13850 nəfərdən çox şagirdin təlim tərbiyəsi və təhsili ilə 1300 nəfərə yaxın müəllim məşğul olur. Ərazidə 13 uşaq bağçası və Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi fəaliyyət göstərir. Eləcədə ərazimizdə 20 saylı poliklinika, 12 saylı uşaq poliklinikası, 5 saylı Təcili və Təxirəsalınmaz köməkçi tibbi yardım stansiyası, Bioloji təbabət və Evromed özəl tibb müəssisələri yerləşir .
2024-cü ilin yanvar ayında Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən əhalinin təsərrüfat başı uçotu kitabında dəqiqləşmələr aparılmış və statistika komitəsinin elektron bazasına yüklənilməsi işləri yekunlaşmışdır.
2024-cü il ərzində nümayəndəliyin ərazisində quruculuq və abadlıq işləri davam etdirilmişdir. Ərazidə məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilan silsilə tədbirlər çərçivəsində Moskva prospekti 66, 70, 72 ünvanlarda ayrı-ayrılıqda bu 3 ünvanda infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri, ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlarin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 66,70,72 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 16 ədəd giriş qapısı və 48 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.Uşaq və əİil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətində 5500 kv.m-a yaxın asfalt, 1800 kv.m-a yaxın tamet daşı vurulub, 1600 kv.m-dən artıq qazon salınıb,1550 p.m yeni bardürlər qoşulub,400 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümum istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar va quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub,müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara va ağaclara aqrotexniki qaydada qulluq olunub, 200 ədəd şam ağacı və 500-ə yaxın müxtəlif növ gül kolları əkilib. Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib, həyətdə 14 nöqtədə işıqlandırma sistemlari və 9 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
Nəsimi rayonu Cavadxan küçəsi 19,21, 23A, 36 , H.B. Əliyev 6 saylı ünvanlarda abadlıq-quruculuq işləri yekunlaşmışdır. Cavadxan küçəsi 21 saylı ünvanda hasara alınmış sahələr sökülərək sakinlarin ümumi istifadəsinə verilib. Binanın yağış suları axıdan boru və navalçalarının dəyişdirilməsi, fasadın, dam örtüyünün əsaslı təmiri, eyni zamanda qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işlərinə başlanılıb. Hər 4 binanın dam örtüyü, yağış suları axıdan boru və navalçaları dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, sakinlarin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah quraşdırılıb.
Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsində 500-dən artıq sakinin yaşadığı Moskva prospekti 66 və 70, Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı, hər üçü 4 girişli, 5 mərtəbəli binalarda və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m-dən artıq asfalt, 650 kv.m-ə yaxın tamet daşı vurulub, 800 kv.m-ə yaxın qazon salınıb, 300 p.m yeni bardürlər qoyulub, 100 kub m-ə yaxın torpaq işləri görülüb, 250 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Hüseynbala Əliyev 11, Cavadxan 19 saylı ünvanda binada və həyətyanı sahədə abadlıq quruculuq işləri aparılıb. Cavadxan küçəsi 34 və 38 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 2000 kv.m-ə yaxın asfalt, 800 kv.m tamet daşı vurulub, 1000 kv.m qazon salınıb, 400 p.m yeni bardürlər qoyulub, 60 kub m torpaq işləri görülüb, 300 p.m istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı, 500 ədəd mövsümi çiçəklər əkilib. Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb. Qeyd edək ki, şəhərin ümumi görünüşünə xələl gətirən rayonun Əbdülvahab Salamzadə küçəsi boyu yol kənarında hasarların kompozit taxta materialından bərpası işləri aparılıb.
Respublikada keçirilən COP-29 tədbiri ilə bağlı Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri görülüb. Alı Mustafayev və Moskva prospektində binaların fasadında və eyvanlarında əsaslı təmir-bərpa işləri aparılıb, eyvanlarda üzlük daşlar bərpa olunub.
1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə ünvanları əhatə edən ərazilərdə RİH başçısı tərəfindən 2024-cü ildə 18 səyyar qəbul və yerlərdə çoxsaylı görüşlər keçirilmiş, 900-dən çox sakinin iştirakı ilə 80-dən çox müraciət dinlənilmişdir. Cavadxan, Hüseyn Seyidzadə, Mir Cəlal, Hüseynbala Əliyev, 20 Yanvar, Asif Məhərrəmov, Məmmədcəfər Cəfərov küçələrinin, Moskva prospekti əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər. 4-cü mikrorayonda İzmit parkında oturacaqlar yenilənib, kiçik tullantılar üçün qablar qoyulub, uşaq-oyun elementləri, meydança döşəməsi təmir edilib, yaşıllıqlar və işıqlandırma sistemi yenidən bərpa olunub.
2024-cü ildə 1 nömrəli Sahə İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 119115 manat maliyyə vəsaiti ayrılmışdır. Həmin maliyyə vəsaitindən 112580 manat vəsait xərclənmişdir: o cümlədən 83902 manat ştatda olan işçilərin əmək haqqları və mükafata, 1675 manatı icbari tibbi sığortaya,700 manatı dəftərxana və təsərrüfat xərclərinə,100 manatı mətbəə xərclərinə, 2900 manat yanacağa,250 manatı telefon,internet xərclərinə sərf olunmuşdur.
2024-cü ildə nümayəndəliyə 55 ərizə və 41 məktub daxil olub. Həmin ərizə və məktublara aidiyyatı üzrə cavab verilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xidməti ərazisi 4.27 kv. km. əhatə edir və 108 min nəfərə yaxın əhalisi vardır. Nümayəndəlik il ərzində əraziyə xidmət göstərən 13, 14, 16, 52 və 59 saylı Mənzil Kommunal İstismar Sahələri, Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Sahələri (4,5,70,151,154,157 saylı), MTK-lar, Kooperativlər, Pilot layihə həyata keçirən MTK və MMC-lər və digər təşkilatlarla sıx əlaqədə fəaliyyət göstərmişdir. Nümayəndəliyin xidmət etdiyi ərazidə 4 orta ümumi təhsil məktəbi – 35,42,151 və 164 saylı məktəblər, 1 xüsusi məktəb – 268 saylı məktəb mövcuddur. Bu məktəblərdə 4790 şagirdin təlim-tərbiyəsi ilə 522 müəllim məşğul olur.
Nümayəndəliyin ərazisində 13 dövlət körpələr evi-uşaq bağçası, 7 özəl məktəbəqədər tədris müəssisələri, 13-ü dövlət və 4-ü özəl olmaqla 17 səhiyyə müəssisəsi fəaliyyət göstərir. 2024-cü ilin yanvar ayından başlayaraq nümayəndəlik tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi işi aparılmış, hal-hazırda da davam etdirilir.
COP-29 “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri ilə əlaqədar ərazidə xeyli təmir işləri aparılmışdır. Azadlıq, S.Vurğun, R.Behbudov, C.Məmmədquluzadə, H.Əliyev küçələri və Tbilisi prospektinə asfalt örtüyü vurulmuş, digər küçələrin əhatəsində olan sahələrə müasir tələblərə uyğun hasar çəkilmiş, şəhərin görkəminə xələl gətirən bir və ya çoxmərtəbəli binaların fasadları təmir edilmişdir.
Ərazidə qoyulmuş məişət tullantıları üçün konteynerlərdə sıradan çıxmış təkərlər yenisi ilə əvəz olunmuş, iki rəngdə olan konteynerə uyğun tullantıların sakinlər tərəfindən atılması MKİS işçiləri tərəfindən nəzarətdə saxlanılması işi davam etdirilmiş, xeyli sayda oturacaqlar rənglənmiş, küçələrdə işıq dirəkləri və bardürlar yuyulmuş, ərazinin bəzi yerlərinə - R.Behbudov ilə Ş.Abdullayevin əhatəsində, Əfəndiyev döngəsinə asfalt örtüyü vurulmuş, tamet döşənmiş, sakinlərin müraciəti əsasında evlərinin dam örtüyü təmir edilmişdir.
S.Vurğun küçəsində “Zabitlər bağında”, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişmələrində Taras Şevçenkonun abidəsi olan parkda, S.Qazıyeva adına parkda, R.Behbudov küçəsi boyunca olan parkda, Ak.Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindəki parkda və basqa ərazilərdə daimi təmizlik işləri aparılmışdır.
“Abad Həyət” layihəsi çərçivəsində Mirəli Qaşqay 24 ünvanında yenidənqurma və abadlıq işləri görülmüşdür.
İl ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri ilə bərabər həlli vacib olan məsələlərə də xüsusi fikir verilmişdir.
Fəsillərə uyğun olaraq nümayəndəliyin ərazisini əhatə edən müxtəlif yerlərdə ağaclar budanmış və alaq otları təmizlənmiş, abadlıq işləri aparılmışdır.
Nümayəndəliyin ərazisində tikinti şirkətləri tərəfindən Süleyman Rüstəm, Mikayıl Rəfili, Salatın Əsgərova küçələri və Azadlıq pr. əhatəsindəki kvartalda “Draft Construction” MMC, Ağadadaş Qurbanov, Hüseynqulu Sarabski və Bəsti Bağırova küçələrinin əhatəsindəki kvartalda “ARCHİCO”MMC, Həsən Əliyev, Novruzov qardaşları, Sabit Rəhman və Mərdanov qardaşları küçələrinin əhatəsindəki kvartalda “Elegant Residence” MTK, “SR-A Construction” MMC, C.Məmmədquluzadə, Maqsud Əlizadə və Azər Əliyev küçələrinin əhatəsindəki kvartalda “Baku Rifah” MMC, C.Məmmədquluzadə, Y.Çəmənzəminli, N.Qardaşları və S.Rəhman küçələrinin əhatəsindəki kvartalda “Pilot-16” MMC, “İron-İnşaat” MTK (Adara Baku), “28 Residence”, “Gold Star City”,“Kapital City (Anima)”, “Monolit-A” və “Invest” MMC tərəfindən inşaat sektoru üzrə işlər davam etdirilmişdir.
2024-cü ildə 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən 113 713 manat dürüstləşmiş büdcə nəzərdə tutulmuş, faktiki 113 713 manat maliyyə vəsaiti ayrılmış, 110 713 manat vəsait xərclənmişdir. 73 036 manat ştatda olan işçilərin əmək haqları, 7 400 manat əməyin ödənilməsi ilə bağlı sair xərclər, 17 696 manat Dövlət Sosial Müdafiə Fonduna ödəmələr üçün, 12 709 manat digər xərclər( icbari sığorta, dəftərxana, inventar, bank xərcləri, telefon, internet, avadanlıq və s.) üçün sərf olunmuşdur.
Hesabat dövrü ərzində nümayəndəliyə rayon İcra Hakimiyyətindən 385 məktub, ərizə və şikayət daxil olmuşdur. Bütün müraciətlər, eləcə də, sakinlər tərəfindən olunan şifahi müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq tədbirlər görülmüş və bütün müraciətlərə vaxtında cavab verilmişdir.
Nümayəndəliyin ərazisi üzrə rayon İcra Hakimiyyəti Başçısının 7 səyyar qəbulu keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə hesabat ilinin ilk günlərindən nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotunun dəqiqləşdirilməsi, yoxlanılması və həmin məlumatların Dövlət Statistika Komitəsinin saytına işlənilməsi, eyni zamanda da verilmiş 2023-2027-ci il üçün təsərrüfat uçotu kitablarında zəruri qeydiyyat işləri aparılmışdır.
28 May küçəsi və Bül-bül prospekti boyunca piyada səkilərinə müasir standartlara uyğun tamet daşları döşənmişdir. Şəmsi Bədəlbəyli, Azadlıq prospekti, Bülbül prospekti, Mirzəağa Əliyev küçələrinə velosiped zolaqları çəkilmişdir. Opera və Balet teatrının əsaslı təmir işləri 2024-cü ildə də davam etdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 50 saylı, 05.03.2022-ci il tarixli sərəncamı ilə “Təzə Bazar” adlanan ərazinin “PMD GROUP” şirkəti tərəfindən sökülərək yenidənqurulması davam etdirilir.
“Kubinka” adlanan ərazidə yerləşən C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, S.Əsgərov, Mərdanov qardaşları, S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 188 saylı, 16.09.2020-ci il tarixli sərəncamı ilə “Vialon” MMC-nin istifadəsinə verilmişdir. İndiyədək ərazidə yaşayan 100-dək ailə şirkət tərəfindən köçürülmüşdür. Sakinlərlə danışıqlar aparılır.
“Vağzal Meydanı” adlanan ərazidə piyadaların təhlükəsiz şəraitdə gediş-gəlişinin təşkil edilməsi üçün dövlət qurumları tərəfindən nəqliyyat vasitələrinin meydana girişi məhdudlaşdırılmış, orada yaradılmış parking xidməti ləğv olunmuşdur. Dəmiryol Vağzalının qarşısında isə sərnişinlərin qarşılanma və yola salınması üçün parking yaradılmışdır.
İnzibati ərazidə yerləşən Xətai prospekti 40 a ünvanında mövcud olan piyada səkisi problemi həll olunmuşdur.
İnzibati ərazinin bir hissəsində yerləşən 1962-ci ildə istismara verilən uzunluğu 202 metr, eni 17,3 metr olan müasir tələblərə uyğun yükgötürmə qabiliyyəti olmayan Cavanşır körpüsü sökülərək yeni yol infrastrukturu qurulmuşdur.
Zərifə Əliyeva və Rixard Zorge küçələrinin kəsişməsində 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yeni parkın salınmasına başlanılmışdır. Eyni zamanda Zərifə Əliyeva küçəsindən Puşkin küçəsinin kəsişməsinədək velosiped zolaqları çəkilmişdir.
Bəşir Səfəroğlu küçəsi 133,164, 166, Tolstoy küçəsi 156 ünvanlarında binaların fasadlarında əsaslı təmir işləri aparılmışdır.
Dilarə Əliyeva küçəsində su xəttlərinin, eyni zamanda rabitə xəttlərinin dəyişdirilməsi yekunlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Mirzəağa Əliyev küçəsindədə su kanalizasiya xəttləri dəyişdirilmiş., yeni asfalt örtüyü salınaraq velosiped zolağı çəkilmişdir. Kövkəb Səfərəliyeva küçəsindədə su və kanalizasiya xəttləri dəyişdirilərək yeni asfalt örtüyü salınmışdır. 28 May küçəsində yeni asfalt örtüyü və velosiped zolağı çəkilmişdir.
Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərişıq” ASC tərəfindən işlər davam etdirilmiş və inzibati ərazidə “COP-29” ərəfəsində Nizami küçəsi 113 ünvanında enerji doldurma (EDM) zəruri infrastrukturu yaradılmış, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur.
İnzibati ərazidə yerləşən Süleyman Rəhimov küçəsi dalan 6 ünvanında 3 mərtəbədən ibarət olan “Dağ Yəhudilərinin Dini Mərkəzinin” tikintisi davam etdirilir.
“28 Mall” Ticarət Mərkəzinin qarşısında, Səməd Vurğun parkının 28 May küçəsinə düşən hissəsində,Neft və Sənaye Universitetinin qarşısında, Şəmsi Bədəlbəyli 100 ünvanında dəmir konstruksiyalardan velosiped dayanacağı məntəqələri yaradılmışdır.
30 Oktyabr 2024-cü il tarixində möhtərəm cənab prezident İlham Əliyev inzibati ərazidə yerləşən Zərifə Əliyeva, Rixard Zorge və Neftçilər prospektinin əhatəsində salınmış yeni parkda salınmış şəraitlə tanış olmuşdur. Ərazidə sakinlərin və qonaqların istirahətinin səmərəli təşkili üçün asfalt örtüyü çıxarılaraq piyada yolları salınmışdır. Eyni zamanda yaşıllıq zonası yaradılmış, ağac və gül kolları əkilmiş, uşaq meydançası salınmışdır.Görülən abadlıq-quruculuq işləri paytaxtımızın ev sahibliyi etdiyi COP-29 tədbirinə və ölkəmizdə elan olunmuş “Yaşıl Dünya naminə həmrəylik ili”çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına gözəl töhvə verəcəkdir.
01 Noyabr tarixində möhtərəm cənab Prezident İlham Əliyev inzibati ərazidə yerləşən “28 May” metrosunun qarşısında və “Vağzal Meydanı” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur. Ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək müasir tələblərə uyğun avtobus, piyada və velosiped zolaqları çəkilmişdir.
2024-cü İldə Bakı şəhər Baş Maliyyə İdarəsi tərəfindən nümayəndəliyin fəaliyyəti üçün büdcədən 124,765 manat vəsait ayrılmışdır. Bu vəsaitin 73382 ştatda olan işçilərin əmək haqqı və mükafata, 1468 manatı icbari tibbi sığortaya, 1468 dsmf, 367 manat işsizliyə,700 manat dəftərxana və təsərrüfat xərclərinə, 100 manatı mətbəə, 3224 yanacağa, 332 manatı telefon internet, 7200 manatı icarə xərclənmiş, 19142 manat dövlət büdcəsinə geri qaytarılmışdır.
İl ərzində Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, yaşayış binalarının, evlərin istismar vəziyyətinin yaxşılaşdırılması və qorunması, binadaxili aşağı mühəndis-kommunikasiya qovşaqlarının etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, qış mövsümündə istilik alan binaların istiliklə təmin olunmasına xidmət edən mühəndis qovşaqlarının texniki tələbə uyğun istismar olunması, yolların, səkilərin, park və bağların, meydanların, yaşıllıq və qazonların hər gün süpürülməsi və yığışdırılması, tullantıların zərərsizləşdirilməsi üçün aidiyyati poliqonlara daşınması istiqamətində ardıcıl işlər görülmüşdür.
Rayon ərazisində COP-29 tədbirinə hazırlıqla ilə bağlı genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Rayonun mərkəzi küçə və prospektlərində Dövlət Reklam Agentliyinın əməkdaşları ilə birlikdə mütəmadi monitorinqlər keçirilmiş, S.Vurğun küçəsi boyu, Azadlıq pr., 28 May küçəsi, R.Behbudov küçəsi, Füzuli küçəsi, D.Əliyeva küçəsi, Bülbül pr., Bakıxanov küçəsi, C.Hacıbəyli küçəsi, digər mərkəzi küçə və prospektlərdə lazımsız və primitiv reklamların sökülməsi işləri aparılmışdır.
350-dən çox binanın girişləri cari təmir edilmişdir. M.A.Əliyev küçəsi 244, Bülbül pr. 21, 30, 28 May küçəsi 5, 10,14, 15, 16/72, 20, 38, 40, 70, S.Əsgərova küçəsi 164/51, A.Mustafayev küçəsi 1, 3,10,11,12,14,15,21,23, Ə.Quliyev küçəsi 140, B.Səfəroğlu küçəsi 184, 213, Nizami k/t, Nizami küçəsi 83, M.Cəfərov küçəsi 1, R.Behbudov küçəsi 13, Vidadi küçəsi 187, S.Rəhimov küçəsi 18, C.Hacıbəyli küçəsi (151 saylı məktəb), S.Rəhman küçəsi ilə Bülbül pr-nin kəsişməsi, H.Ələsgərov ilə S.Rüstəm küçəsinin kəsişməsi, “Elitar” Gimnaziya, Ü.Hacıbəyov küçəsi 51, F.Əmirov küçəsi 12,13 ünvanlarda təmir işləri aparılaraq yekunlaşmışdır.
Neftçilər prospekti 145 ünvanında yeni müasir park tikilərək sakinlərin istifadəsinə verilmişdir. S.Vurğun və Muğam bağlarında oturacaqların dəyişdirilməsi, 28 May küçəsi boyu parkların qranit daşlarında təmir işləri aparılıb, Zorge parkı və “İzmit” parkında əsaslı təmir işləri aparılmışdır. Vaqif pr. boyu parklarda oturacaqlar dəyişdirilmiş, yeni tullantı qabları qoyulmuşdur. “Qış parkı”nda əsaslı təmir işləri başa çatdırılmışdır. Bakıxanov küçəsində “Atatürk” heykəlinin ətrafında cari təmir işləri aparılmış, oturacaqlar və kiçik tutumlu tullantı qabları qoyulmuşdur. Azadlıq pr.-də “Tesla” parkında pilləkənlərdə qranit daşlar cari təmir edilmişdir.
Qış mövsümü ilə bağlı bütün hazırlıq işləri yüksək səviyyədə yerinə yetirilmiş, 200 ton duz ehtiyatı görülümüş, leysan yağışlar zamanı rayon ərazisində dəyən ziyan aradan qaldırılmışdır.
2024-2025-ci ilin payız-qış mövsümünə hazırlıq dövründə MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 150 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır. Belə ki, aprel-may aylarında binalara “yaz baxışı” keçirilmiş, tədbirlər planı işlənib hazırlanıb təsdiq edilmiş və payız-qış mövsümünə hazırlıq işlərinə başlanmışdır. Rayon ərazisində yerləşən küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır. Ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır.
Bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına gündəlik nəzarət təşkil edilmişdir. Birliyin işçilərinə əmək alətləri və iş paltarlarının verilməsi əmək haqlarının vaxtında ödənilməsi təmin edilmişdir.
“Azərişıq” ASCnin Nəsimi RETSİ İŞ tərəfindən Nəsimi rayonu ərazisində olan istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə nəzərdə tutulmuş işlər görülmüşdür. 99 saylı y/st-da 10 kv-luq QPQ-də TM-1337,2362 №1,2, 1181 №1,2, 2310 №1,№2, 233 №2, 723 №1, 714 №1,2, 723 №2, 1141 №1, 1191,1149, 1482 №1, 2, 1853 №1,2, TM-Xəstəxana, TM-Metro , 1906, 2388№1, TM 2388 № 1,2, TM 3120 № 1,2, TM 3244 № 1,2 kabel xətlərinin mühafizəsi yoxlanılaraq avadanlıq cari təmir edilmişdir. 99 saylı y/st-da 10 kV-luq tr-tor №1,2 XS 1600 kVA, 111 saylı y/st-da 1 saylı 630 kVA XSTR-ru, 117 saylı y/st-da 1 saylı 25 mVA Tr-run 35 kv-luq k/x-nin sonluğunun yuvada yenisi ilə əvəz edildi və avadanlığı təmir olundu. 100 saylı y/st-da 10 kv-luq QPQ-də TM-2070№1, 2, 1072 №2, 199 № 2, 4, 3357№1, 2, Qafqaz OTEL №1,2, TM-101 Tr №1, 2, TM 199 № 2,4, XS № 1,2, TM 203 № 1,2 kabel xətlərinin mühafizəsi yoxlanıldı və avadanlıqlar cari təmir olundu. 100 saylı y/st-da 1 və 2 saylı 10 MVA transformatorun mühafizəsi yoxlanılıb, sınaq və cari təmir olunub. 86 saylı y/st-da 35 kV-luq tr-tor №1,2 16 MVA sınağı və cari təmiri həyata keçirilib. Dağlıq y/st-da 400 kVA XSTR №1,2 mühafizəsi yoxlanılaraq cari təmir olunub. Y/S-Dostluqda tr-tor № 1 25 mVA 2500 kVa tr-torda mühafizə yoxlanılaraq cari təmir olunub. 99 saylı y/st-da 35 kV 99-100№1,2, Gənclik-99, 99-86 kabel xətlərinin mühafizəsi yoxlanılaraq və cari təmir olundu. TM-46 dan qidalanan Əlövsət Quliyev 133 də 132 metr köhnə 0,4 kv-luq kabel xətti yenisi ilə əvəz olunmuşdur. TM-177 dən qidalanan Mirqasımov 2 də 60 metr yeni 0,4 kv-luq kabel xətti çəkilmişdir. Y/S-Dağlıqdan S.Pişəvari 32 ünvanında “SARJ” aparatının quraşdırılması üçün 90 metr XLPE 1x95, 217 metr NYY 1x50 kabel xətləri çəkilmiş və 2 ədəd, TM-265 dən Nizami küçəsi 113 ünvanında “SARJ” aparatının quraşdırılması üçün 230 metr NYY 1x95 , 23 metr NYY 1x50 kabel xətti çəkilmiş və 2 ədəd SARJ aparatı quraşdırılmışdır. 183 , 357, 560, 357, 594, 302, 1906, 222, 379, 138, 422, 96, 621, 823, 493, 596, 225, saylı TM-dən qidalanan 0,4 kV-luq OİN hava xəttində cari təmir işləri aparılmış və xəttə toxunan ağaclar budanmışdır.
“Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin 25 ədəd qazanxana, 16 ədəd istilik məntəqəsi ilə istilik enerjisi istehsal edilərək 220 ədəd yaşayış binası, 5 səhiyyə, 15 məktəb, 9 uşaq bağçası və 51 ədəd digər obyekti fasiləsiz olaraq istiliklə təmin edilmişdir.
2024-cü ilin I yarımilliyində istehsalat prosesi zamanı yaranan qüsurlar aradan qaldırılmışdır. H.B.Əliyev küçəsi 18 ünvanında L=12 m D=114 mm boru, Cavadxan küçəsi 40 ünvanında L=20 m D=114 mm boru, III mikrorayon 6 saylı istilik məntəqəsinə gedən L=10 m D=159 mm boru, I mikrorayon Cavadxan küçəsi 11 ünvanında L=8 m D=57 mm boru, 20 Yanvar küçəsi 23 a ünvanında L=12 m D= 114 mm boru, Cavadxan küçəsi 29 ünvanında L=12 m D=159 mm boru, Asif Məhərrəmov küçəsi 46 ünvanında L=10 m D=89 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Bakıxanov küçəsi 24 və 26 ünvanında L=18 m D=57mm borunun,- H.Seyidzadə küçəsi 26 ünvanında L=10 m D=159 mm borunun, S.Rüstəm küçəsi 33 ünvanında D=159 mm borunun qüsurlu hissəsi təmir olunmuşdur.
77, 139, 365 saylı qazanxanalarda və 4-cü əlavə mikrorayon 1 saylı istilik məntəqəsində 3 ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. 77 saylı qazanxanada şəbəkə nasosunun 2 ədəd D=100 m giriş-çıxış siyirtməsi açılaraq cari təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.
A.Mustafayev küçəsi 14 ünvanında 2 ədəd, H.B.Əliyev küçəsi 40 ünvanında 2 ədəd, H.B.Əliyev küçəsi 38 ünvanında 2 ədəd, A.Məhərrəmov küçəsi 47 ünvanında 2 ədəd, müxtəlif diyametirli siyirtmələr açılaraq təftiş təmir olunmuş və yerinə quraşdırılmışdır.
Bunlarla yanaşı, İ.Qasımov küçəsi 4, Azadlıq prospekti 82, Moskva prospekti 48.58.60, S.Vurğun küçəsi 116, M.Cəlal küçəsi 32.54, Cavadxan küçəsi 21.23.36.38, və.s ünvanlarda məhəllə daxili və aşağı paylama istilik xətlərində cari təmir işləri görulmuş, yaranan axıntılar dərhal aradan qaldırılaraq, sakinlər istilik enerjisi ilə təmin olunmuşdur.
Həmçinin, A.Mustafayev küçəsi 15.17.17A., S.Rüstəm küçəsi 33.35.37, S.Vurgun küçəsi 116, Mir Cəlal küçəsi 56.60 , A.Məhərəmov küçəsi 15.21.28, Cavadxan küçəsi 10.12.14.32.34. Qulu Quliyev küçəsi 11/13 ünvaninda aşağı paylama istilik xətlərində cari təmir işləri aparılmışdır.
Aprel ayının 15-dən 2023-2024-cü il payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır. Payız-qış mövsümünün bitməsi ilə əlaqədar olaraq tədbirlər planı işlənilib hazırlanmış, istilik xətlərində yaranan qüsurlar tədbirlər planına salınmışdır.
2023-2024-cü il tədbirlər pılanına uyğun olaraq 25 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır. 25 qazanxanada 57 ədəd qazan açılaraq təftiş olunmuş, onlardan 43 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür. 99 və 139 saylı qazanxanalarda 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir. Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir.
Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin laboratoriyasında sınaqdan keçirilmiş, kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş, möhürlənmiş və yerinə quraşdırılmışdır.
Bütün qazanxanalarda elektrik avadanlıqları təftiş olunmuş elektrik mühafizə releləri, avtomatlar, maqnit işə salıcılar təftiş edilmiş, elektrik nasoslarının diyircəkli yastıqları yoxlanmışdır. 85 saylı qazanxanada 2 ədəd, 90 saylı qazanxanada 4 ədəd, 365 saylı qazanxanada 4 ədəd diyircəkli yastıqlar dəyişdirilmiş, elektrik mühərrikləri sazlanmış,müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir, 81 və 90 saylı qazanxanada 2 ədəd su çəni təmir olunmuşdur.
2023-2024-cü il payız qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq avadanlıqlar işçi vəziyyətə gətirilmişdir.
Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir. 30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Ümumilikdə, bütün qazanxanalarda, istilik məntəqələrində və istilik xətlərində quraşdırılan 830 ədəd siyirtmə təftiş təmir olunmuşdur. Bunlardan 42 ədədi cari təmir olunmuş, 20 ədədi əsaslı təmir olunmuş, 14 ədədi yenisi ilə əvəz olunmuşdur. Bu qazanxanalarda 66 ədəd genişlənmə çəni təftiş olunmuş, hava hissəsində təzyiq yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. Qazanxanalar “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
Tədbirlər planına əsasən RİQ-1 in ərazisində şəbəkə nasoslarının giriş kollektoru dəyişilərək əsaslı təmir edilmiş, 2-ci magistral istilik xəttində aşkarlanan qüsur aradan qaldırılmışdır. Həmin işlərlə əlaqədar D=720 9 metr, D=530 22 metr ,D=426 12 metr boru dəyişdirilmişdir.
1 saylı Rayon İstilik qazanxanasında 2 və 3 saylı PTVM-50 tipli qazanın ekran və konvektiv hissə boruları əsaslı təmir olunmuş D.60mm L-300m boru dəyişdirilərək sınaqdan keçirilmiş, Topçubaşov küçəsi 11 ünvanında L=90 m D=219 mm boru, UGİM-nə gedən məhəllədaxili istilik xəttində L=22 m D=57 mm boru, Füzuli küçəsi 53 ünvanında müxtəlif diametrli L=160 p/m boru, Hüseyn Seyidzadə küçəsi 15 ünvanında L=140 m D=159 mm boru, RİQ-1-də I magistral istilik xəttində L=16 m D=630 mm boru, M.Qasımov küçəsi 2 ünvanında L=72 m D=75 mm boru, Cavadxan küçəsi 11 ünvanında L=40 m D=57 mm boru, Cavadxan küçəsi 33 ünvanında L=70 m D=114 mm boru, Moskva prospekti 46 ünvanında L=11 m D=89 mm boru, Moskva prospekti 60 ünvanında L=20 m D=76 mm boru, Moskva prospekti 62 ünvanında L=110 m D=89 mm boru, S.Rüstəm küçəsi 33 ünvanında L=60 m D=159 mm boru, S.Rüstəm küçəsi 37 ünvanında L=100 m D=114 mm boru, S.Rüstəm küçəsi 41 ünvanında L=24 m D=89 mm boru, Azadlıq 90 ünvanında L=6 m D=89 mm boru, M.Cəlal küçəsi 48 ünvanında L=70 m D=89 mm boru, 308 saylı qazanxanada xam su xətti L=20 m D=75 mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Ümumilikdə “Tədbirlər planı”na əsasən müxtəlif diametrli L=1031 p/m boru dəyişdirilmişdir.
Noyabr ayında bir daha hidravliki sınaq işlərinə başlanmış bütün təşkilatlara qazanxanalarda suyun doldurulması haqqında telefonoqramma verilmiş təşkilatlar və əhali məlumatlandırılmış və qazanxanalarda suyun doldurulmasının hazırlıq işlərinə başlanmışdır.
Sınaq zamanı baş vermiş qəzalar dərhal aradan qaldırılmışdır.
2024-cü il ərzində Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən zəruri sanitariya- gigiyenik və əksepidemik tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonu üzrə 2024-cü il ərzində 2023- cü ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu bağırsaq xəstəlikləri azalmışdır (127 hadisə). 2287 malyariyaya görə müayinə aparılmış, lakin xəstəlik hadisəsi qeydə alınmamışdır. Helmentlərə görə 14800 müayinə aparılmış və aşkarlanma 1042 olmuşdur.
2024- cü il ərzində Milli təqvim üzrə profilaktik peyvənd planına uyğun olaraq qızılca xəstəliyinin artması, yayılması ilə əlaqədar olaraq QPM1 və QPM2 peyvəndinin yerinə yetirilməsi tam əhatələnmişdir. O cümlədən 11-40 yaş arası əhali üçün QM peyvəndi gətirilmişdir. MPM- də paylanılmışdır. Hal- hazırda peyvənd işi davam etdirilməkdədir.
Azərbaycan Respublikasında uşaqlar arasında profilaktik peyvəndlərin aparılması könüllüdür.
Rayon ərazisində 3 uşaq poliklinikası və 4 doğum şöbəsi fəaliyyət göstərir. 1 KTM-nin doğum şöbəsi, ATU TCK- nın doğum şöbəsi və 2 özəl klinikalarda fəaliyyət göstərən doğum şöbələri. 2024- cü il müddətində doğum evlərində 6627 uşaq doğulmuş və onlardan 5856 VƏP, 6361 HB vaksini almışdır. Uşaq poliklinikaları və doğum şöbələri vaksin preparatları, şpris və iynələrlə tam təmin olunmuşlar
Xüsusi təhlükəli xəstəlikləri (vəba, taun) profilaktikası məqsədilə SN-in 12.06.19- cu il tarixli 45 saylı əmrinə əsasən MPM- də xəstəliklərin klinikası müalicə və profilaktikası haqqında seminar məşğələlər keçirilmişdir.
2024-cü il ərzində “COVID-19” infeksiyasına 181 yoluxma hadisəsi qeydə alınmışdır. COVİD-19 infeksiyasının 2024- cü ildə kəskin azalması qeydə alınmışdır.
Milli təqvimdən əlavə Azərbaycan Respublikası Prezidentinin 25.05.2006- cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü yarımbəndi və Ümumdünya Səhiyyə Təşkilatının “2019-2030- cu illər üçün payız- qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyasına qarşı profilaktik və əksepidemik tədbirlər” həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası SN- nin 21.11.2023- cü il tarixli 3-28/3-1-653/2023 nömrəli əmrinə əsasən qrip xəstəliyinə vaksinasiya kampaniyası keçirilir.
2024- cü il ərzində epid.şöbə üzrə 3 cərimə protokolu tərtib olunmuşdur.
Yaz - yay, payız - qış mövsümlərinin başlanması ilə əlaqədar lazımi sağlamlaşdırıcı tədbirlərin görülməsi məqsədilə rayon Sukanal idarəsinə 21.01.2024 cü il tarixli 06/15 – 44 və 11.09.2024 – cü il tarixli 06/15 – 492 saylı məktublar göndərilmişdir.
Əhalinin su təchizatını fasiləsiz və davamlı təmin etmək məqsədi ilə “41Qərb” ümumşəhər tipli su anbarlarından (köhnə anbar 9300 m3, təzə anbar 28000 m3) və 2 ədəd məhəllədaxili M.Cəlal küçəsi 2 (tutumu 200 m3) və S.Rəhimov küçəsi 138 ünvanda yerləşən (tutumu 700 m3 ) su anbarlarından istifadə olunur.
Suyun keyfiyyətinə nəzarəti məqsədilə “ 41 Qərb” su anbarlarından həftədə 1 dəfə olmaqla Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kimyəvi və bakterioloji laboratoriyalarına, rübdə 1 dəfə isə toksikoloji və radioloji laboratoriyalarına su nümunələri götürülür. “41 Qərb” su anbarlarının 2024 - cü ilin noyabr ayı ərzində yuyulması və zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin “41 Qərb” su anbarlarının yuyulub - təmizlənməsi və zərərsizləşdirilməsi ilə bağlı heç bir iş görülməmişdir. Lazımi tədbirlərin görülməsi məqsədilə Bakı Sukanal İdarəsinin rəisi R.Osmanova 03.12.2024 - cü il tarixli 06/15- 613 saylı məktub yazılmışdır.
S.Rəhimov küçəsi 138 və M.Cəlal küçəsi 2 saylı ünvanlarda yerləşən məhəllədaxili su anbarları 2024 - cü ilin aprel və iyun aylarında yuyulub – təmizlənmiş və dezinfeksiya olunmuşdur.
2024-cü il ərzində su xəttində baş verən qəzaların sayı 2087, kanalizasiya xəttində baş verən qəzaların sayı 3613 olmuşdur. Qəza hadisələrinin vaxtında aradan qaldırılması təmin olunmuşdur. İl ərzində bakterioloji və kimyəvi laboratoriyalara paralel olaraq 1641 su nümunəsi götürülmüşdür.
Rayon ərazisində zibil tullantılarının müvəqqəti yığılıb – saxlanılması məqsədilə 226 ünvandan istifadə olunur. Bunlardan 178 ünvan betonlaşdırılmış haldadır, 48 ünvanda isə asfalt örtüyünün üstünə qoyulmuşdur. Yaz – yay, payız - qış mövsümlərinin başlanması ilə əlaqədar lazımi sağlamlaşdırıcı tədbirlərin görülməsi məqsədilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 22.01.2024– cü il tarixli 06/15 – 43, 11.09.2024 – cü il tarixli 06/15 – 491 məktublar göndərilmişdir. Zibil konteynerərinin ümumi sayı 1331 ədəddir. Zibil konteynerləri qoyulan ünvanlardan 33-nün ətrafı hasara alınmış, 2-nin üstü bağlanmış haldadır. Gün ərzində zibil tullantılarının daşınılması 2 dəfə, əhalinin gediş – gəlişləri çox olan ərazilərdən isə 3 dəfə olmaqla Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən həyata keçirilir.
Sınıq halda olan zibil konteynerləri vaxtaşırı dəyişdirilir. Zibil konteynerləri qoyulmuş ünvanlarda (ayrı – ayrı MKİS – i üzrə) işçilər növbə çəkir və onlar tərəfindən atılan zibil tullantıları çeşidlənir, eyni zamanda suda isladılan əski vasitəsilə zibil konteynerləri yuyulur.
Əksepidemik və dezinfeksiya rejiminə düzgün əməl olunmadığına görə 5 müalicə - profilaktika müəssisənin məsul şəxsinə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
Bölməyə daxil olan 21 şikayətə vaxtında baxılması təmin olunmuşdur. Il ərzində bölmə üzrə 2682 nəfər obliqat qrup işçinin tibbi müayinədən keçməsi təmin olunmuşdur.
Əmək gigiyena bölməsi tərəfindən il ərzində yaz- yay mövsümünə hazırlıqla əlaqədar müəssisə rəhbərlərinə 06/17-133 saylı 04.03.2024- cü il tarixli, payız- qış mövsümü ilə əlaqədar isə 06/17- 495 saylı 16.02.2024- cü il tarixli məktublar göndərilmişdir.
İl ərzində ƏGB- si tərəfindən tütünlə əlaqədar 06/17-3 saylı məktub dövlət və sənaye müəssisələrinə göndərilmişdir.
Nəsimi rayonu ərazisində 38 MUM, 28 orta ümumtəhsil məktəbi, 3 texniki peşə məktəbi, 8 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir.
Yaz- yay mövsümü ilə əlaqədar olaraq bağça müdirələrinə 01.04.2024-cü ildə 06/18-180 saylı, məktəb direktorlarına 01.04.2024- cü il 06/18-181 saylı məktublar göndərilmişdir. Payız- qış mövsümü ilə əlaqədar olaraq bağça müdürələri və məktəb direktorlarına 10.09.2024-cü il tarixli 06/18-489 və 10.09.2024- cü il tarixli 06/18- 488 saylı məktublar göndərilmişdir.
Məktəb direktoruna Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə 06/18- 66 saylı 30.01.2024-cü il tarixli məktub ünvanlanmışdır.
Hepatit “A” virusuna yoluxma hallarının qarşısının alınması məqsədilə isə bağça müdirələrinə 06/18-40 saylı 19.01.2024-cü il tarixli, məktəb direktorlarına 06/18-41 saylı 19.01.2024- cü il tarixli məktublar ünvanlanmışdır.
İl ərzində məktəb və məktəbəqədər uşaq müəssisələrində laborator instrumentar muayinələr aparılmışdır. Belə ki, 1830 yaxma nümunələri götürülüb, 56 nümunə qeyri-kafi nəticə olmuşdur.
Mərkəzi su xəttindən 250 su nümunəsi götürülüb. Götürülən nümunələrdən 30 qeyri- kafi nəticə olmuşdur.
20 hava nümunəsi götürülüb, 1 qeyri-kafi nəticə alınıb.
Təkrar nümunələr götürülmüşdür.
İl ərzində uşaq və yeniyetmə müəssisələrində tibbi müayinədən keçmək planlaşdırılıb 5251 nəfər. Ümumi 4687 nəfər keçib. Bu da 90% təşkil edir.
İl ərzində 1 cərimə protokolu tərtib olunub.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatı üzrə 2024-cü ildə əmək haqqına 787810 manat maliyyə vəsaiti ayrılmış 769281,8 manat xərclənmiş, Məcburi dövlət siğortasına 189574 manat ayrılmış, 179657 manat xarclənmiş, yanacaq və sürtgü yağlarına 15876 manat ayrılmış 14230 manat xərclənmiş, elektrik xərclərinə 13000 manat ayrılmış 13000 manat xərclənmiş, Qaz təchizatına 6050 manat ayrılmış 6048,9 manat xərclənmiş, telefon xərclərinə 3732 manat ayrılmış 2874,5 manat xərclənmiş, poçt xidmətlərinə 1250 manat ayrılmış 1243,4 manat xərclənmiş, internet haqqı üçün 13608 manat ayrılmış 13608 manat xərclənmiş, hərbi qulluqçuların kirayə haqqları üçün 416865 manat ayrılmış 416542,5 manat xərclənmiş, mühafizə haqqı üçün 72472 manat ayrılmış 72468,2 manat xərclənmişdir.
2024-cü il ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
03.01.2024-cü il tarixdə Nəsimi rayonunda “Heydər Əliyev İli” nin yekunu çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorun müdiri, musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak etmişdir. Tədbirdə konsert proqramı ilə Azərbaycan bəstəkarlarının vokal və irihəcmli instrumental əsərlərinin ifası səsləndirilmişdir.
09.01.2024-cü il tarixdə Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı ünvanda binanı əhatə edən həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətlərin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Bayram tədbiri zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib. “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kollar əkilib, yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
19.01.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Aparatın məsul əməkdaşları, QHT sədrləri, 20 Yanvar və Vətən müharibəsi şəhid ailələri və əlilləri, rayonun idarə müəssisə rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, Ağsaqqallar Şurasının sədri və gənclər iştirak etmişdir. İlk olaraq şəhid ailələri ilə süfrə arxasında səmimi söhbət edilmiş, T.Həsənov adına 23 nömrəli tam orta məktəbin girişində şagirdlərin hazırladıqları 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva 20 Yanvar faciəsinin əhəmiyyətindən danışdı. Sonra 20 Yanvar hadisələrini əks etdirən film təqdim olundu. Daha sonra tədbirdə məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompazisiyalar nümayiş etdirildi. Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə ərzaq bağlamaları verilmişdir. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər.
31.01.2024-cü il tarixdə 2 Fevral – Gənclər günü münasibətilə Nəsimi rayonunda “Niaqara” restoranında bayram tədbiri keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, ali təhsil müəssisələrinin rəhbərləri, QHT sədrləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ölkəmizin ictimai-siyasi həyatında gənclərin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən də danışdı. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, müxtəlif nominasiyalar üzrə 54 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu. Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatdı. Sonda xatirə şəkilləri çəkildi.
12.02.2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 350-dən artıq sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Moskva prospekti 72 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 72 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 1500 kv.m-ə yaxın asfalt, 700 kv.m-ə yaxın tamet daşı vurulub, 500 kv.m-dən artıq qazon salınıb, 450 p.m yeni bardürlər qoyulub, 200 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı və 500-ə yaxın müxtəlif növ gül kolları əkilib. Yaşıllıqların suvarılması üçün 150 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
20.02.2024-cü il tarixdə Nəsimi rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “adlı” tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin üzvləri, rayonun ümumtəhsil, məktəbəqədər, səhiyyə müəssisələrinin əməkdaşları və rayon gəncləri iştirak edib.Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısının imzaladığı sərəncamın icrası ilə bağlı Nəsimi Bələdiyyəsində tədbirlər planının hazırlandığını bildirmiş və il ərzində tədbirlər planının icrasının təmin olunacağını qeyd etdi. Nəsimi rayon gənci Azər Quliyev bu sərəncamın ölkəmizə böyük tövhələrin veriləcəyindən danışdı. Tədbirdə digər çıxış edənlər sərəncamın icrası ilə əlaqədar yerlərdə bu yöndə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışlar. Tədbirin sonunda iştirakçılara təkliflər və qarşıda duran məsələr barədə tövsiyyələr verilib.
21.02.2024-cü il tarixdə Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dili –milli varlığımızdır” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, digər qonaqlar və məktəbin pedaqoji kollektivi iştirak edib.Tədbir iştirakçıları milli–mənəvi dəyərlərimizə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmiş, sonra Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə məktəbin şagirdlərinin ifasında müxtəlif kompazisiyalar nümayiş etdirildi. Tədbirdə çıxış edənlər Azərbaycan dilinin saflığının qorunub- saxlanması,dilimizə olan dövlət qayğısı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması barədə danışmışlar.
26.02.2024-cü il tarixdə bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.
26.02.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş “Xocalı biz qayıtmışıq!” adlı tədbir keçirilib. Tədbirdə RİH Başçısı, rayonun ictimai təşkilatlarının nümayəndələri, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları məktəbin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgiyə tamaşa edib. Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş kompazisiya nümayiş olunmuşdur. Bildirilmişdir ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Tədbirdə Xocalı sakinlərinə ərzaq bağlamaları verilib.
04.03.2024-cü il tarixdə Bakı Slavyan Universitetində “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda elmi seminar təşkil olunub. Seminarda rayon aktivləri və gənclər, eyni zamanda pedaqoji heyət iştirak edib. Seminarı giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlərdən söz açıb. Rektor ermənilərin ekoloji terror siyasəti ilə bağlı tarixi faktları diqqətə çatdırıb. Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov belə əhəmiyyətli mövzuda elmi seminara dəvət edildiyinə görə universitet rəhbərliyinə təşəkkür edib. O, öz xatirələri və tarixi faktlar əsasında erməni xislətinin mahiyyətindən söz açıb. Ermənilərin tarix boyu yaşadıqları müxtəlif ərazilərdə terrorlar törətdiyini qeyd edib. Tarixi faktları öyrənməyin əhəmiyyətindən danışan Anar İsgəndərov tarixi yaddaşımızı daim yeniləməli olduğumuzu bildirib. Digər çıxış edənlər Vətən müharibəsi dövründə ermənilərin beynəlxalq humanitar hüququ pozaraq qadağan olunmuş raketlərdən istifadə etməsinin ekoloji terrorun bariz nümunəsi olduğunu vurğulayıb. Düşmənin yaratdığı ekoloji problem və təhdidlərin mahiyyəti barədə ətraflı şəkildə məlumat veriblər.
05.03.2024-cü il tarixdə 5 mart Bədən tərbiyəsi günü münasibətilə 164 nömrəli tam orta məktəbdə müxtəlif növ idman yarışları keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, məktəbin pedaqoji kollektivi, şagirdləri və valideynləri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib. Sonra məktəbin şagirdləri arasında I, II və III yerlər uğrunda idman yarışlarına start verilib. Sonda qalib komandalar müəyyən edildikdən sonra onlara kubok, medal və diplomlar verildi.
07.03.2024-cü il tarixdə 8 Mart–Beynəlxalq Qadınlar günü münasibətilə Niaqara restoranında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, YAP Nəsimi rayon təşkilatının rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar, şəhid ailələri və Vətən müharibəsində əlil olanların ailə üzvləri iştirak ediblər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı bayram münasibəti ilə bütün qadınları təbrik etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Çıxış edən şəhid anaları onlara yaradılan şəraitə görə ölkə başcısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq etdilər. Sonda rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim olundu, tədbir bədii hissə ilə davam etdirildi.
11.03.2024-cü il tarixdə Nəsimi rayonu E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə “Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması istiqamətində ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsindəki vacib rolu” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə E.Tağızadə adına 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova açaraq, tədbirin əhəmiyyəti barədə məlumat verdi. Sonra Uşaq İnkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva hazıradığı “Valideynlik məsuliyyətimiz” adlı təqdimatı tədbir iştirakçılarına təqdim etdi. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
13.03.2024-cü il tarixdə Nəsimi rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Palitra" rəsm studiyasında “Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, valideyn qayğısı - sağlam gələcək” adlı konfrans keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, valideynlər, istedadlı şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları gənc rəssamların əl işlərinə tamaşa ediblər. Tədbiri giriş sözü ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti açaraq, bildirdi ki, rayonda istedadlı uşaqlar yetişir və bu uğur bizi çox sevindirir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Sonda rayonun şagirdləri öz istedadlarını nümayiş etdiriblər.
14.03.2024-cü il tarixdə Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin sağlam həyat tərzi ilə bağlı “Sağlamlığı qoruyaq sağlam vətəndaş olaq!” adlı maarifləndirici tədbir keçirilib. Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işləri və rəsmləri ilə tanış oldu, şagirdlər öz əl işləri barədə ətraflı məlumat verdilər. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Tədbirin həyata keçirilməsində fəal iştirak edən bir qrup müəlim və şagirdlərə fəxri fərman təqdim edildi.
16.03.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 2024-cü il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş ağacəkmə aksiyası keçirib. Aksiya Nəsimi rayonunda yerləşən Zorge bağında təşkil olunub. 100-dən çox əməkdaşın iştirakı ilə sözügedən ərazidə təbii sərvətlərimizi qorumaq məqsədilə 300-ə yaxın “pramidal sərv” ağac növündən olan ağaclar əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb. Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.
18.03.2024-cü il tarixdə Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib. Teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Kitab Mərkəzinin əməkdaşları, 1 Saylı Uşaq Evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin həmçinin Nəsimi rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Tamaşa boyu uşaqların təqdimatında milli mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın ən gözəl bayramlarından olan Novruz bayramı ilə bağlı bir-birindən maraqlı nağıl kompozisiyalar və rəqslər nümayiş edilib.
18.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin rayon Ağsaqqallar Şurası ilə birgə tədbiri keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, RİH-nin məsul əməkdaşları və rayon Ağsaqqalar Şurasının idarə heyətinin üzvləri iştirak edib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı açaraq, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskiyə, Bakı Tikiş Evi ASC-nin sədri Fidail Rəhimova və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyevə yubiley medalı təqdim olundu.Təltif olunan şəxslər göstərilən etimada görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti, Respublika Ağsaqqallar Şurası və rayon Ağsaqqallar Şurası tərəfindən 3 nəfər ağsaqqala yubileyləri münasibətilə, bir qrup ağsaqqallara isə rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi. Tədbirin sonunda Ağsaqqalar Şurasının bir qrup üzvlərinə Novruz bayramı münasibətilə ərzaq bağlaması verilmişdir.
19.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bəyaz Saray” restoranında Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz və sağlam cəmiyyət” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, təşkilat və müəssisələrinin rəhbərləri, Vətən Müharibəsi Şəhid ailələri, qazilər, QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı açaraq bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Bu bayram xalqımızın mədəniyyətini, milli dəyərlərini, adət-ənənəsini özündə əks etdirir və bütün dünyaya tanıtdıran qədim el bayramıdır. Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşılır, Novruz bayramının yüksək səviyyədə keçirilməsi təmin edilir. Novruz bayramı gələcəyə inam hissi aşılayır, könülləri oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır. Tədbirdə şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Nəsimi RİH başçısı şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb. Şəhid ailələri və Vətən müharibəsi əlilləri Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqqiliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə sosial qayğının göstərilməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Novruz bayramı Müqəddəs Ramazan ayına düşdüyündən mərasimdə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub. Tədbir konsert proqramı ilə davam etdirilmişdir. Bayram ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunmuş, 200 şəhid və qazi ailəsinə, həmçinin 2000 nəfərə yaxın aztəminatlı ailələrə maddi yardım və bayram sovqatları çatdırılıb.
29.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Universitetinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Azərbaycan Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, universitetin pedaqoji kollektivi və rayon gəncləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin soyqırıma həsr olunmuş əl işləri ilə tanış olublar. Sonra soyqırım qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə açan Universitetin elmi işlər üzrə prorektor, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov tədbirin əhəmiyyətindən danışdı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək qeyd etdi ki, 1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Sonra Azərbaycan Universitetinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura II kurs tələbəsi Günel Qurbanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev, Azərbaycan Dillər Universitetinin Təhsil- 2 fakültəsinin IV tələbəsi Jalə Eyvazova çıxışlarında bildirdilər ki, tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir. Ümumiyyətlə, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcəkdir. Tədbirin sonunda 31 Mart-Azərbaycanlıların Soyqırımına həsr olunmuş video-çarx nümayiş etdirilib.
29.03.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilib. İclasda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, Nəsimi Bələdiyyəsinin, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərləri, təhsil, səhiyyə işçiləri və gənclərin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanunvericilik prosesinin iştirakçısına çevrilməsindən danışıb. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini çıxış edərək müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun və fəallığının artırılmasının vacibliyini vurğulayıb. Daha sonra İctimai şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər.
03.04.2024-cü il tarixdə Nəsimi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsinin keçirilməsinə start verilmişdir. T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Nəsimi rayonunun orta məktəb şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər, valideyinləri və elmi rəhbərləri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə “Heydər Əliyev və Azərbaycan tarixi ” adlı mövzuya uyğun olaraq Ulu öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətini yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etmək məqsədi ilə məktəblilərin “Azərbaycan Tunc dövründə” ,“Azərbaycan Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü” , “Atabəylər dövləti-Şəmsəddin Eldəniz” , “Azərbaycan Repressiya illərində , “Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu” mövzularına aid hazırladıqları sərgi və əl işləri ilə tanış olmuşlar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim etdilər. Tədbirdə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. Təqdim olunmuş 27 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmişdir. Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilmişdir. Daha sonra bədii hissə ilə davam edən tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əbədi-bədii kompazisiya ilə çıxış etmişlər.
04.04.2024-cu il tarixdə Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında təşkil olunmuş futbol turnirinə start verildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Nəsimi rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi əlilləri və komanda üzvləri iştirak edib. Qeyd olundu ki, keçirilən turnir 8 komandadan ibarət olmaqla 2 qrupa ayrılır. Turnirə aprel ayının 5-də ilk oyuna start veriləcək, may ayının ilk həftəsində final olacaq. Turnirin idarə olunmasında idman müəllimlərindən ibarət hakim komandası cəlb olunmuşdur. Oyunlar Azfar Grup Şirkətinə məxsus mini-futbol meydançalarında keçiriləcəkdir. Sonra komandalar arasında püşkatma keçirildi. Turnir may ayının birinci 10 günlüyündə başa çatacaq və qalib komandalar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqdır.
09.04.2024-cü il tarixdə Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə İmperial şadlıq sarayında “Milli-mənəvi dəyərlərimiz” adlı bayram tədbiri keçirldi və iftar süfrəsi təşkil edildi. Tədbirdə rayon rəhbərliyi, Millət vəkilləri, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayon ağsaqqalları, rayon ictimaiyyəti, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, Vətən Müharibəsi Şəhid ailələri, qaziləri, 20 Yanvar və Çernobıl əlilləri iştirak edirdilər.İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. Bildirildi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığını nümayiş etdirir.Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunması, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Tədbir konsert proqramı ilə davam etdirildi. Bayram ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı adından rayon ərazisində yaşayan 200 şəhid və qazi ailəsinə, həmçinin 1000 nəfərə yaxın aztəminatlı ailələrə bayram sovqatları çatdırılıldı.
16.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 9 və 23 nömrəli tam orta məktəbində “Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri sakinlərin gözü ilə” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Nəsimi rayon icra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı, məktəbin pedaqoji kollektivi, Nəsimi rayon Polis İdarəsinin YYÇ-ların profilaktiki işin təşkili bölməsinin əməkdaşları, psixoloqlar və valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə açan 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədova tədbirin əhəmiyyətinin görüş iştiakçılarının nəzərinə çatdırdı. Daha sonra psixoloqlar valideynləri maraqlandıran sualları cavablandırıblar.
17.04.2024-cü il tarixdə Nəsimi rayonunda valideynlərlə birgə məişət zorakılığı barədə maarifləndirici görüş keçirilib. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu S.Poladi adına 159 nömrəli tam orta məktəbdə Valideynlərlə birgə məişət zorakılığı barədə keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Polis İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynləri iştirak edib. Tədbirdə bildirilib ki, bu problemlərin həll olunması üçün valideyn, müəllim və məktəb psixoloqları ilə birgə əməkdaşlıq etməyinin əhəmiyyətindən, erkən nikahların qarşısının alınmasının səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reablitasiyası və cəmiyyətin inteqrasiyası, erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratdığını, belə halların boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Tədbirdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, prespektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmişdir. Sonda tədbir iştirakçılarının sualları altında diskussiya ilə davam etdirilmiş, gündəlikdə duran məsələlər geniş müzakirə edilərək aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilmişdir.
19.04.2024-cü il tarixdə Nəsimi rayonunda “Yaşıl dünya həmrəylik ili” çərçivəsində rayon məktəblilərinin əl işlərindən ibarət sərgi keçirilib. Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya həmrəylik ili” çərçivəsində rayon məktəblilərinin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbirdə xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar mərkəzdə müxtəlif layihələr və tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərdə uşaqlarda ətraf aləmin qorunması, yaşıllıqların çoxaldılması tərbiyəsini aşılayır.Daha sonra qonaqlar sərgi ilə tanış olmuş, müəllim və şagirdlərə diplom və təşəkkürnamə təqdim olunub. Tədbir musiqi və rəqs nömrələri ilə davam etdirilib. Sərgidə 13 əl işi və 67 rəsm nümayiş olunub. Tədbirin sonunda xatirə şəkili çəkilmişdir.
19.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə "Ulu Öndər və Azərbaycan tarixi" mövzusunda konfrans keçirilib. Konfransda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Tədbirdə bildirildi ki, bu gün Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru uğurla addımlayır. Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti – Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. Bir daha yəqin edirik ki, həqiqi xalq lideri Heydər Əliyevin dühasının, mənalı ömür yolunun hər anı, hər səhifəsi gələcək nəsillər üçün mükəmməl bir nümunədir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir. Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də zamanın nəbzini düzgün tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı rolu tam ciddiliyi ilə qiymətləndirərək və onun inkişafa doğru yolda, bir növ, kompas olduğunu bilərək diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Sonda isə məktəbin xor kollektivinin ifasında "Şuşa" və "Dahi" mahnıları ifa olundu.
22.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Yer kürəsi günü münasibəti ilə “Sağlam dünya sosial şəbəkədə təşviqi” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən hazırlanmış sərgiyə tamaşa ediblər.Tədbirdə maraqlı mövzuları əhatə edən öyrədici suallar səsləndirilib. Eyni zamanda şagirdlərin hazırladıqları alternativ enerji növlərindən ibarət texniki maketlər də sərgilənib.Tədbirin sonunda 10-cu sinif şagirdləri arasında mövzu ilə əlaqədar intellektual oyun keçirilib. Şagirdlərin təklifləri dinlənilib. Hazırlanmış referatları siniflərdə təqdim olunub. Eyni zamanda dəyərli məlumatları və layihələri sosial şəbəkələrdə yer alıb.
22.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “2024-Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi və tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbir iştiakçıları şagirdlərin hazırladıqları rəsm və əl işlərinə tamaşa ediblər. Hər bir uşaq öz əl işini nə ilə və nə məqsdlə hazırladıqları barədə dolğun məlumatlar verirdilər.Tədbirdə bildirildi ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Tədbirdə xüsusi yer “Kiçik Akademiya” üzvlərinin təqdimatlarına verildi. 8 B sinif şagirdi tərəfindən hazırlanmış "Ağıllı şəhər" layihəsi təqdim olundu.Sonra Solmaz Ulubəyovanın rəhbəri olduğu və 9 B sinif şagirdlərinin birlikdə hazırladıqları "Yaşıl enerji mənbələri" layihəsi təqdim olundu.
23.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə 16 nömrəli Texniki Humanitar Liseydə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Oxu günü” tədbiri keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, Azərbaycan Dövlət Dillər Universitetinin müəllimi, professor Məmməd Əliyev, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.. Bildirildi ki, “Oxu günü”ndə həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların şəxsiyyətin inkişafında əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstəriləcək. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş ediləcək. Tədbir iştirakçıları liseyin şagirdləri tərəfindən yaradılmış Natəvanın, Nizaminin, Ağabəyim ağanın, Məhəmməd Fizulinin, Məhsəti Gəncəvinin, Molla Pənah Vaqifin, Zakirin, Aleksandr Dyumanın, M.F.Azundovun obrazlarını böyük maraqla izlədilər.9a sinif şagirdi Səfərova Fidan və 8l şagirdi Əliyeva Ayşan “Leyli və Məcnun” əsərindən “anasının Leyliyə nəsihəti” səhnəsini canladırdı, 9a sinif şagirdləri Musayev Tələt, Seyidli Mirşahin, Əzizli Selcan, Musalı Dəniz, Qurbanova Qənimət, Əlizadə Cəlal və Babayeva Murad Axundzadənin “Dərviş Parisi partlatdı” əsərindən bir hissəni tamaşaçıların diqqətinə çatdırdı.
25.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bildirildi ki, Azərbaycan xalqı da fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Beləliklə, “azərbaycançılıq” idealogiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıdı, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. Ölkəmizin inkişafında, eləcə də Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu, həmçinin, Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyəti danılmazdır.
25.04.2024-cü il tarixdə Nəsimi rayonunda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub. Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Nəsimi rayon təşkilatının sədri, QHT sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının üzvləri iştirak edib.Tədbirdə bildirildi ki, Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, Ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev Çernobıl əlillərinə dövlət qayğısının artırılmasından danışıb. Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Kamal Əliyev çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.Daha sonra tədbirdə Çernobıl əlillərinə söz verilərək və onların arzu, istəkləri dinlənilmiş, onları narahat edən məsələlərə aydınlıq gətirilmişdir. Tədbirin sonunda rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlillərinin ailələrinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.
26.04.2024- ü il tarixdə Nəsimi rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə S.Poladi adına 159 nömrəli tam orta məktəbdə “Yaşıl dünya həmrəylik ili” çərçivəsində “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülşən Novruzova açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin əhəmiyyəti barədə məlumat verib. Tədbirdə bildirildi ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm tarixi hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qələbələrindən biridir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimadın və inamın növbəti bariz nümunəsidir. Möhtərəm Prezidentimiz tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması isə ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir. Bütün respublikamızda olduğu kimi Nəsimi rayonunda da yaşıllaşdırma, ətraf mühitin mühafizəsi artıq kütləvi davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir. Tədbirdə şagirdlərin iştirakı ilə nağıl qəhrəmanlarının dili ilə havanın çırklənməsinin qarşısının alınmasından , ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərdən və yaşıllığın qorunması barədə səhnəciklər göstərmişlər.
26.04.2024- ü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl Həyat” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji işçiləri, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işləri ilə tanış olub. Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Səadət Cavandarova qonaqları salamlayaraq tədbirn əhəmiyyəti barədə məlumat verdi. Xüsusi vurğulandı ki, Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı rayonda müvafiq tədbirlər planı hazırlanmış və plana əsasən rayonda yaşıllıqların salınması və bununla bağlı ümumtəhsil müəssisələrində maarifləndirmə işləri aparılaraq silsilə tədbirlər təşkil olunur. Bu yönlü tədbirlər ilin sonunadək davam etdiriləcək.Daha sonra mövzu ətrafında şagirdlər arasında diskussiyalar aparılıb.
26.04.2024-cü il tarixdə Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Nəsimi rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir A.Rəhimov adına 247 saylı tam orta məktəbdə keçirilmişdir.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaçları, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vuqar Ağayev və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Vuqar Ağayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Tədbirdə bildirildi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Digər tədbir iştirakçıları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.
26.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları Zərifə xanım Əliyeva haqqında filmə tamaşa etdilər. Tədbirdə bildirildi ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur. Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Nəsimi rayon Ağsaqqalar Şurasının sədri, professor Vaqif Sadlinski, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, əməkdar elm xadimi, sabiq millət vəkili Rafiq Məmmədhəsənov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, professor Hicran Namazova çıxış edərək bildirdilər ki, Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic göz eynəkləri təqdim edildi. Tədbir bədii hissə ilə davam etdi.
29.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Uşaqlara sağlam dünya verək, həyat yükü yox” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.Əvvəlcə tədbir iştirakçıları məktəbin şagirdləri tərəfindən müxtəlif tullantı əşlalarından hazırlanmış sərgiyə baxış keçirib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Əzizə Abasova açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə bildirildi ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Tədbirdə şagirdlər “zərərli vərdişlərə yox deyək”, “Gender bərabərliyi”, “Ekoloji problemlər” mövzuları ilə bağlı fikirləri səsləndirilmiş, daha sonra məktəbin şagirdlərdən ibarət xor kollektivi çıxış etmişlər.
30.04.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanı qoruyaq" adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova və Azərbaycan Televiziya, Radio verilişləri Qapalı Səhimdar Cəmiyyətinin baş prodüsseri Nazilə Babayeva və valideynlər iştirak edib. Tədbirdə çıxış edənlər müsabiqənin əsas məqsədi uşaq və gənclərin ekoloji biliklərini artırmaq, onlar arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması barədə məlumat verdilər.Məktəbdənkənar müəssisələrin dərnək üzvləri arasında təşkil olunan müsabiqəyə 3 yaş qrupunda (6-10, 11-13, 14-17) "EKO-əl işləri", "EKO-dəb" və "EKO-bloger" nominasiyaları üzrə 100-ə yaxın əl işi və videoçarxlar göndərilmişdir. Peşəkar münsiflər heyəti tərəfindən dərnək üzvləri arasından hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlər müəyyən olunmuşdur.Mükafatlandırma mərasimində müsabiqədə yer tutan iştirakçılar diplom və hədiyyələrlə təltif olunmuşdur. Eyni zamanda “Təbəssüm” rəqs qrupu bir-birindən maraqlı rəqslərlə çıxış etdi.
30.04.2024-cü il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dillər Universiteti Xarici ölkələr ədəbiyyatı, Azərbaycan dilçiliyi, Xarici dillər və Xarici dillərin tədrisi metodikası kafedralarının təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi: qlobal çağırışlar və yaşıl dünya naminə həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Universitetin professor-müəllim heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, ətraf mühit və ekologiya məsələləri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının təmsilçiləri, tələbələr iştirak ediblər.Tədbirdə “Tullantıların idarə olunması: ətraf mühitə dost yanaşma” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, habelə Nazirlik yanında İctimai Şuranın üzvü, “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək ictimai Birliyinin rəhbəri Tükəzban Ağababayeva çıxış edərək tullantıların düzgün idarə olunması, növlərinə uyğun təsnifatlaşdırılması, beynəlxalq təcrübə və ölkəmizdə bu sahədə görülmüş işlər barədə məlumatlar verib, ətraf mühitin mühafizəsində ictimaiyyətin iştirakının vacibliyinə toxunublar.Tədbir müəllim və tələbələri maraqlandıran suallar ətrafında maraqlı müzakirələrlə davam edib.
01.05.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə E.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Bizim yaşıl dünyamız” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, valideynlər və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Jalə Hacıyeva açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə şagirdlər tərəfindən müxtəlif kompazisiyalar nümayiş etdirmişdir.
02.05.2024-cü il tarixdə Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə Elm və Təhsil Nazirliyinin nazir müavini Firudin Qurbanov, Millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Cəsarət Vəliyev, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Məhəmməd Füzulinin əsərlərində yer alan obrazların, səhnələrin təsvirini özündə əks etdirən rəsm nümunələri ilə tanış oldu. Tədbirdə qeyd olundu ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur. Bu il, 2024 – cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur.
02.05.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Leyli və balaca adamın sirri” adlı tamaşa keçirildi.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, rayon məktəbliləri və valideynlər iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işi ilə tanış olmuşlar.Sonra Azərbaycan yazıçılar birliyinin üzvü, Uşaq ədəbiyyatı yazıçısı, ssenarist Günel Əsgərovanın “Leyli və balaca adamın sirri” adlı tamaşa məktəblilərə təqdim edilmişdir. Tədbirdə 2024-cü ildə görülmüş işlərdən və gələcəkdə keçiriləcək layihələrdən danışılmışdır.Tamaşa “2 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin dərnək üzvləri tərəfindən hazırlanmışdır. Dərnək üzvləri arzu etdikləri dünyanın modelini nümayiş etdilər.
02.05.2024-cü il tarixdə Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş video-çarx nümayiş etdirildi.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu qeyd etdi. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyev cənablarının son 21 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov vurğuladı ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni dövlətçilik təfəkkürünün əsası qoyuldu: " Heydər Əliyevin dahiyanə zəkası, kompleks siyasət yeritməsi, müdrik siyasət fəlsəfəsi düşüncələrə hakim kəsilmişdir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır. " Heydər Əliyevin azərbaycançılıq təliminin tarixi-siyasi prinsiplərinin elmi şəkildə tədqiq edilməsinin vacibliyini vurğulayan millət vəkili bildirib ki, millilik, dövlətçilik, müstəqillik və dünyəvilik görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik ideologiyasının əsaslarını təşkil edib. Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Ulu Öndərin dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışdaraq bildirdi ki, məhz Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən sonra ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. YAP İdarə heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru əvəzi Vazeh Əskərov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində ümummilli lider Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir. Sonra Yerli təşkilatın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalı təltif edilib və rayonun Partiya sıralarına yeni daxil olan bir qrup şəxsə partiya vəsiqələri təqdim olunub.
07.05.2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir” adlı tədbir keçirilib.Tədbirdə Nəsimi RİH Başçısı, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Millət vəkilləri, Nəsimi rayon ziyalıları, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışdı. Xüsusi vurğulandı ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Konsert proqramında ifa olunan Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
10.05.2024-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi idarə, təşkilat, ali və orta ixtisas müəssisələrində anılır.Tədbirlərdə Nəsimi RİH Başçısı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, tələbələr, rayon ictimaiyyəti, gənclər, ali və orta ixtisas müəssisələrinin müəllimləri, valideynləri, şəhid ailələri və qazilər iştirak etmişlər. Anım konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında həyata keçirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Keçirilən tədbirlərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin, Əməkdar artist, dirijor İlahə Hüseynovanın müşayiətilə gənc istedadlar öz ifalarını təqdim etdilər. Konsertdə, həmçinin Fikrət Əmirovun “Azərbaycan elləri”, Səid Rüstəmovun “Alagöz”, Oqtay Kazıminin “Məhəbbət” , H.Xanməmmədovun " arfa və orkeste üçün konserti", "Kamança ilə orkestr üçün konserri" , T.Bakıxanovun " tar ilə orkestr üçün 1 saylı konserti" sonda isə F.Əmirov - Elmira Nəzirova "Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert I hissə" əsərləri tələbələr tərəfindən ifa olunmuşdur.Baba Vəziroğlunun “Azərbaycan” şeirini Respublika müsabiqəsi laureatı II kurs tələbəsi İradə Məmmədova səsləndirdi.Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla sonlandi. Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında keçirilən konsertdə Vaqif Mustafazadənin "Yollar", Tofiq Quliyevin "Məhəbbət çırağı", "Zibeydə", "Vals", Cahangir Cahangirovun "Cənnətim Qarabağ" əsərləri tələbələr tərəfindən ifa olunub.Konsert proqramında tələbələr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.
13.05.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Polis İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynləri iştirak edib. Tədbirdə bildirildi ki, zorakılığa məruz qalan uşaqlarda dərslərində geriləmə, fokuslana bilməmə, ünsiyyət problemləri yaşanır. Qruplararası münasibətlərdə bu uşaqlarda öz potensial bacarıqlarını ortaya qoya bilməmə probleminə səbəb olur. Bu da gələcəkdə psixi cəhətdən qüsurlu gənclərin yetişməsinə gətirib çıxarır. Bu kimi halların baş verməməsi üçün hər bir fərd şəxsiyyət kimi yetişməli, öz mənliyi, şəxsiyyətini dərk etməli, öz hüquqlarını bilməli, azad fikir, azad düşüncə aşılamalıdır. Digər çıxış edənlər qeyd etdi ki, özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli haqqında məlumat verərək, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyəti, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixoloqu anlayışları haqqında məlumat verillib. Erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalması amilləri iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, prespektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş, təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
16.05.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi əlilləri, tədbirə dəvət olunmuş Nəsimi rayonunda yaşayan 50 ailə, ağsaqqal və ağbirçəklər, rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib. Tədbirdə bildirildi ki, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.Tədbirdə ailələr arasında intellektual yarışlar keçirilmiş, qalib ailələrə diplomlar və hədiyyələr təqdim edilib.Tədbirdə iştirak edən şəhid atası Qiyas Zeynalov çıxış edərək bildirdi ki, biz övladlarımızı vətənpərvər, cəsur və ürəyi xalq sevgisi, torpaq sevgisi, dövlət, millət sevgisi ilə yanan bir gənc kimi böyütdük. Bizim övladlarımız vətən yolunda şəhid oldular, bizi şəhid ailəsi etdilər. Bu gün bizim sevimli balalarımız yanımızda olmasalar da bilirik ki, onlar əbədi ölümsüzlüyə qovuşdular. Onlar tək bizim övladımız deyil, bütün Azərbaycan ailəsinin övladı oldular. Biz bütün şəhidlərimizlə fəxr edirik və bir valideyn kimi övladımızla fəxr edirik.
17.05.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə K.Kərimov adına 8 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Aytən Baxşiyeva açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə bildirildi ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.Tədbirdə şagirdlər tərəfindən müxtəlif kompazisiyalar nümayiş etdirmişdir.
18.05.2024-cü il tarixdə Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Nəsimi rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir A.Şaiq adına 54 saylı tam orta məktəbdə keçirilmişdir.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vuqar Ağayev və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Vuqar Ağayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Tədbirdə bildirildi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Digər tədbir iştirakçıları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə çağırış etmişlər.
27.05.2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, dosent İbrahim Kazımbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi, partiya fəalı Sənan Hüseynov və Nəsimi rayon gəncləri və ərazi partiya təşkilatlarının sədrləri və müavinləri iştirak ediblər. Tədbir öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra 28 may – Müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi bu il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106 ili tamam olur. Altı il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub.
27.05.2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verdi. Sonra dövlətimizin başçısı və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak etdilər. “Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verdi. “Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ticarət mərkəzində ilk dəfə fəaliyyət göstərəcək musiqili fəvvarə yer alıb. Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. “Crescent Mall”da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək. “Crescent Mall” ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.
29.05.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Zəfər festivalı – 2” adlı idman yarışlarının təltif olunma mərasimi keçirilib. Tədbirdə Milli Məclisin vitse-spikeri, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, professor-müəllim heyəti və tələbələri, “Təbib” idman klubunun sədri Qələndər Aslanov, "Gənclik” Tələbə İdman Cəmiyyətinin və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təmsilçiləri, müxtəlif idman qurumlarının nümayəndələri iştirak ediblər. Əvvəlcə qonaqlar Kompleksin foyesində şəhidlərin guşəsinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad ediblər. Daha sonra kompleksin həyətində musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlara baxış olub. Nümunəvi çıxışlardan sonra Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Tədbirdə bildirilib ki, ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında keçirilən bu festivalda ölkəmizin əksər universitetləri təmsil olunub. Tarixi zəfərimizin adını daşıyan idman festivalında iştirak etməyin artıq bir qalibiyyət olduğunu söyləyən rektor, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə hər zaman xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hər kəsdə böyük qürur hissi yaratdığını deyib. Zəfər Festivalında zəhməti olan bütün məşqçiləri, idmançıları təbrik edən rektor, universitetimizdə belə festvalların ənənəvi olaraq daha geniş, daha mütəşəkkil şəkildə keçiriləcəyinə əminliyini bildirib. Azərbaycanın artıq idman ölkəsi kimi tanındığını söyləyən vitse-spiker bu sahənin sürətli inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmizin bir çox sahələrdə, o cümlədən idmançılarımızın yerli və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərə görə regionun lider dövlətinə çevrildiyi xatırlanıb. Qeyd olunmuşdur ki, mayın 4-dən 25-dək keçirilən idman yarışlarında ali təhsil müəssisələrinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, qol güləşi, voleybol (oğlanlar), voleybol (qızlar) və digər idman növləri üzrə öz güclərini sınayıblar. “Zəfər Festivalı – 1”-də olduğu kimi “Zəfər Festivalı – 2”-də də Azərbaycan Tibb Universitetinin komandaları öz liderliyini qoruya bilib. Festivalın təntənəli bağlanış mərasimində qaliblər kubok, diplom və medallarla təltif olunublar.
30.05.2024-cü il tarixdə Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib. İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb. İclasda bildirildi ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27.12.2023-cü il tarixli, 271 saylı Sərəncamı ilə “Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi” nin tərkibi təsdiq olunmuşdur. Xüsusi vurğulandı ki, məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin fəaliyyəti, müvafiq inzibati ərazi vahidində qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması və “Nəsimi rayonu üzrə 2024-cü il Ərazi Məşğulluq proqramı”na uyğun olaraq cari dövr ərzində görülmüş işlər barədə komitə üzvlərinə məlumat vermişdir. Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Ədalət Səmidov Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərə dəstək mexanizmini əhatə edən proqramlar barədə təqdimatla çıxış etmişdir.Tədbirdə iştirak edən Nəsimi rayon İHBA-nın Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Şahin Zeynalov, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov, Nəsimi rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Böyükağa Qasımov və Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri Minarə Həsənova çıxış edərək müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmiş, bir sıra təkliflər irəli sürmüşlər. İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunub.
31.05.2024-cü il tarixdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Nəsimi rayonunda yerləşən ümumtəhsil orta məktəblərində və məktəbəqədər uşaq müəssislələrində silsilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə aztəminatlı ailənin uşaqların, şəhid və qazi övladları və digər uşaqlar iştirak etmişlər. Tədbirdə uşaqlar rəngarəng musiqi və rəqs nömrələri ilə iştirak etmişlər.
01.06.2024-cü il tarixdə Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib. Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı göz qabağındadır. Hər il olduğu kimi bu ildə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən “KOALA” Uşaq və Əyləncə Mərkəzidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və 268 saylı Xüsusi məktəbdə təhsil alan şagirdlərə nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
04.06.2024-cü il tarixdə Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun 30 illik yubileyi münasibətilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid Rauf Əliyevin valideynləri, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, məktəbin pedaqoji kollektivi, valideynlər və şəhid Rauf Əliyevin sinif yoldaşları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Şəhid Rauf Əliyevin anası Xavər Əliyeva çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Tədbirdə şəhid ailələri Ceyhun Kərimov və Alimə Cəfərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
04.06.2024-cü il tarixdə Nəsimi rayonunda “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Məhkəməsinin, Nəsimi rayon Prokurorluğunun, Nəsimi rayon Polis İdarəsinin rəhbərləri, Nəsimi rayon İcra Şöbəsinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin, rayon Ağsaqallar Şurasının, rayon İctima Şuranın üzvləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatının sədrləri və rayon ərazisində yaşayan ailələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Nəsimi RİH başçısı açaraq tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələr və bununla bağlı görülmüş işlər barədə məlumat verib. Digər çıxışçılar da bildirdilər ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Daha sonra ailədaxili şiddət ilə bağlı Nəsimi Rayon Bələdiyyəsinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə hazırlardığı qısametrajlı video rolik nümayiş edilmişdir.
11.06.2024-cü il tarixdə Nəsimi rayonunda fəaliyyət göstərən 35 saylı tam orta məktəbdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların, uşaq birlikləri rəhbərlərinin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun əməkdaşı Vasif Quliyev, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis polkovnik leytenantı Valeh Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və 35 saylı tam orta məktəbin direktoru Rəna Naibova çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuşdur.
13.06.2024-cü il tarixdə Nəsimi rayonunda14 iyun “Ümumdünya Qan Donoru Günü” münasibəti ilə aksiya keçirilib. Nəsimi rayonunda “Qan ver, həyat xilas et” şüarı altında keçirilən aksiya Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə baş tutub. Aksiyanın məqsədi Talassemiya və Hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır. Qanvermə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı və Aparatın üzvləri, rayon sakinləri fəal iştirak ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanermənin xeyirxah və savab iş olduğunu bildirərək, aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər. Sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən rayon İcra Hakimiyyətinə qanvermə aksiyasının təşkilinə görə təşəkkür edildi.
14.06.2024-cü il tarixdə Nəsimi RİH başçısı rayonun ümumtəhsil müəssisələrinə “Son zəng” tədbirlərində iştirak etdi. Nəsimi rayonu 23, 35 və 164 nömrəli tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirlərində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, pedaqoji işçilər, valideynlər və məzunlar iştirak edib. “Son Zəng” tədbirlərində iştirak edən məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb. “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi.
14.06.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir və müstəqil Azərbaycan Onun adı ilə bağlıdır” adlı keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, millət vəkilləri- Məlahət İbrahimqızı, Asim Mollazadə, Hikmət Babaoğlu, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, professor Vaqif Şadlinski, rayonun inzibati orqanlarının, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri , rayon gəncləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dərin hörmət və ehtiramlarını bildirdilər. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olundu. Sonra tədbirdə çıxış edənlər- millət vəkili ,siyasi elmlər doktoru, professor, Hikmət Babaoğlu, Azərbaycan Pedaqoji Universitetin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, professor Vaqif Şadlinski Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdilər. Natiqlər Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğuladılar ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Tədbir istedadlı müğənnilərin və Uşaq İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun çıxışları ilə başa çatmışdır.
15.06.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayonun inzibati orqanlarının, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri, rayon gəncləri iştirak ediblər. Tədbirdə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişaf üçün fundamental əsasların yaradıldığı qeyd olundu. Xüsusi vurğulanıb ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyi qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli-mənəvi sərvətlərimizə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu. Ulu Öndərin uzaqgörən siyasətini müasir dövrün tələbləri əsasında daha da inkişaf etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutan, davamlı inkişafını təmin edən qüdrətli ölkəyə çevrilib. Qeyd olundu, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə mühüm töhfə verməlidirlər. Tədbir incəsənət ustalarının konsert proqramı, gənc istedadların rəqs və ifaları ilə başa çatmışdır.
16.06.2024-cü il tarixdə rayonun Bakıxanov küçəsi boyu yaşıllıq zolaqlarına mövsümi güllər əkilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Nəsimi rayonun Bakıxanov küçəsi boyu boyu parkda yol kənarı mövcud yaşıllıq zolaqlarında 500-ə yaxın mövsümi gül-çiçəklər əkilmişdir. Eyni zamanda abadlıq işləri aparılmış, ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
17.06.2024-cü il tarixdə Nəsimi rayonunda yerləşən “Zabitlər bağı”nda Qurban bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Vətən Müharibəsi Şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyəti iştirak edib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Qurban bayramı münasibəti ilə görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi. Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı ərəfəsində sosial aksiya da keçirildi. Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar və Çernobl əlillərinə, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları və maddi yardımlar təqdim olundu. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
18.06.2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər. Öncə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış “Ulu öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı sənədli film nümayiş olundu. Tədbirdə bildirildi ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərirTədbirdə çıxış edənlər bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırıldığını qeyd edib. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirdilər ki, Azərbayan səhiyyəsi müasir inkişaf etmiş dünya səhiyyəsi standartlarına uyğun kadrlarla, hər cür avadanlıqlarla, yüksək keyfiyyətə malik maddi-texniki baza ilə təmin olunmuşdur. Sonda yubileyləri münasibəti ilə eyni zamanda səhiyyədə xidmətlərinə görə bir qrup səhiyyə işçisinə hədiyyələrin təqdim olunması mərasimi keçirildi.
23.06.2024-cü il tarixdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu. Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı tədbiri açaraq dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Qeyd edildi ki, dövlət qulluqçularının fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır. Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olundular.
02 iyul 2024-cü il tarixdə Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Vüqar Ağayev tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı və müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verdi. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açdı. Daha sonra çıxış edənlər- rayon prokuroru Həsən Hənifəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi Pərvin Əsədov, Rayon Məhkəməsinin sədri İlqar Qaralov, Rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdilər, hər zaman Daxili İşlər Orqanları əməkdaşlarının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdilər. Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.
9 iyul 2024-cü il tarixdə Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü” keçirilib. Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov öncə universiteti uğurla başa vuran məzunları təbrik edib. “Məzun Günü”ndə Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Azərbaycanda gənclərin savadlı və sağlam formalaşmasının hər zaman prioritet olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanda, eyni zamanda ölkə hüdudlarından kənarda ADNSU-nun yetişdirdiyi mühəndis kadrların neft sənayesinin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Məzunları təbrik edən çıxışçılar diqqətə çatdırıblar ki, həmişə olduğu kimi, bu gün də istehsalatda bu qocaman təhsil ocağının yetişdirdiyi mütəxəssislərə tələbat yüksəkdir. Yüksək coşqu ilə keçirilən “Məzun Günü”ndə universitetin fəaliyyəti və tədris prosesindən bəhs edən video-təqdimatlar nümayiş olunduqdan sonra ən yaxşı tələbələrin mükafatlandırılması olub.
13 iyul 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969 - Müasir və qüdrətli Azərbaycan dövlətinin intibah dövrünün qoyulduğu gün” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının rəhbərliyi, ilk ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov iştirakçıları salamlayaraq bildirib ki, Türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynayıb. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü Sənan Hüseynov qeyd ediblər ki, 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib. Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub və tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.
24 iyul 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 54 nömrəli tam orta məktəbdə Xüsusi əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və gənclər iştirak edib. Tədbirdə bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (“Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi”) icrası məqsədi ilə rayonda bir sıra tədbirlər keçirilib. Xüsusi qeyd olunub ki, əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Tədbirdə iştirak edənlər uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyini diqqətə çatdırmış, uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanmasının zəruri olduğu bildirilib.
25 iyul 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, rayonda fəaliyyət göstərən monitorinq qrupunun üzvlərinin iştirakı ilə Nəsimi rayonunda gender zorakılığının qarşısının alınması ilə əlaqədar növbəti iclas keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək şakinlərin hüquqi maarifləndirilməsi, onların ailə-məişət qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd edib, ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin olunması üzrə atılan mühüm addımlardan bəhs edib. Tədbirdə vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, onlara qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.
31 iyul 2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 450 sakinin yaşadığı Cavadxan küçəsi 34 və 38 saylı, hər ikisi 4 girişli, 5 mərtəbəli binalarda və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 34 və 38 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 8 ədəd giriş qapısı və 32 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 2000 kv.m-ə yaxın asfalt, 800 kv.m tamet daşı vurulub, 1000 kv.m qazon salınıb, 400 p.m yeni bardürlər qoyulub, 60 kub m torpaq işləri görülüb, 300 p.m istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı, 500 ədəd mövsümi çiçəklər əkilib. Yaşıllıqların suvarılması üçün 250 p.m su xətti çəkilib, həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb. Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
1 avqust 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində 1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi RİH Başçısı yanında İctimai Şuranın üzvləri, rayon rayonun ümumtəhsil müəssisələrinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və rayon gəncləri iştirak ediblər.Tədbirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında ətraflı məlumat verilərək yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu bildirildi. Qeyd olundu ki, Ümummilli Liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühim və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirib və milli kitabxana fondunu zənginləşdirib.
9 avqust 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində sahibkarlarla işin təşkili, şəffaflıq, nəzakətlilik, məsuliyyət, məmnunluq və rahatlıq prinsiplərinə uyğun olaraq xidmət göstərilməsinin təşkili məqsədilə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulamış və ölkə başçısının yerlərdə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nəsimi rayonunda görülən işlər barədə məlumat vermişdir. Digər çıxış edənlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirdilər.
30 avqust 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti Ağsaqqalar Şurasının təşkilatçılığı ilə “Yaşıl Dünya Konsepsiyası: Çağırışlar və Perspektivlər” adlı yığıncaq keçirilib. İlk olaraq çıxış edən Nəsimi rayon Ağsaqqlar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski rayon ağsaqqallarını salamlayaraq görüş ilə əlaqədar ətraflı məlumatlar verib. Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbirin təşkilinə görə öz minnətdarlığını bildirib və qeyd edib ki, belə görüşlərin təşkili bir daha nümunəvi həmrəylik göstəricisidir. Nəzərə çatdırıb ki, bu müddət ərzində rayonun istənilən yaş qrupu ilə bu mövzu ətarfında bir çox maarifləndirmə tipli görüşlər keçirilib. Həmçinin qeyd edib ki, bu gün rayon ərazisində yaşıl ətraf mühitin mühafizəsi üçün – ağaçların əkilməsi, ətraf mühitin qorunması, yaşıllıqların salınması kimi işlər tam ardıcıl və mərhələli şəkildə icra olunur. Sonda bir sıra məsələləri özündə birləşdən mövzular müzakirə olunub və rayon ağsaqqalları təkliflərlə çıxış edib və yığıncaq sona çatıb.
13 sentyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gələcəyimiz Azərbaycan gəncliyidir” adlı tədbir keçirilib. Tədbirdə təhsil işçiləri, orta təhsil müəssilərinin rəhbərləri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün müasir təhsilimizin inkişaf müəllifi olan Ümummilli lider Heydər Əliyevin siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bilavasitə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə orta təhsil müəssisələrinin yenidən madii-texniki bazasının gücləndirilməyi, yenilənməsi, təmir və abadlıq işlərinin mərhələli şəkildə icra olunması təhsilimizə verilən ən böyük töhfə və dəyərin bariz nümunəsidir. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin inkişafı istiqamətində Nəsimi rayonunda xeyli iş görülüb, həmçinin qeyd edib ki, bu il üzrə 2600-a yaxın gənc məzun olub və 1-ci sinifə qəbul olanların sayı 800-ə çatıb. Çıxışının sonunda natiq gəncləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu mütərəqqi təşəbbüsə qoşulmağın vacibliyinə toxunub və məzun adını qazanan gəncləri və 1-ci sinifə qəbul olan azyaşlıları təbrik edib. Həmçinin tədbirin sonunda aztəminatlı ailələrin uşaqlarına yeni təhsil dövründə məktəbli formaları təqdim edilib.
16 sentyabr 2024-cü il tarixdə “Bilik günü” münasibətilə tədbirlər keçirilib. Keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, şəhid ailələləri və qazilər iştirak edib. Tədbirlərdə çıxış edən natiqlər müəllim və şagird kollektivlərini təbrik edərək bildirdilər ki, ötən tədris ilinin Nəsimi rayonu üçün uğurlu olduğu diqqətə çatdırıldı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini vurğulanmış, bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını qeyd edilib. Tədbirlərdə çıxış edən müəllim və valideynlər təhsilə olan diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər. Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
19 sentyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Suveren Azərbaycanın Zəfər Təntənəsi" adlı tədbir keçirilib. Tədbirdə rayon təhsil işçiləri, rayon ictimaiyyət nümayəndələri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları salamlayaraq nəzərə çatdırıb ki, bir il bundan öncə lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz tam təmin olunub, düşmən ağ bayraq qaldıraraq öz məğlubiyyətini bir daha qəbul edib. Bu tarixi Zəfəri yaşamağımızın səbəbkarı heç şübhəsiz ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, müdrikliyi, həmçinin Ümummilli lider Heydər Əliyevə olan ata vəsiyyətinə sadiqliyin və igidlik rəmzi olan şəhidlərimizin sayəsində olduğunu bildirib. Həmçinin çıxışında dövlət başçısının qərarı ilə bu günün Dövlət Suverenliyi Gününün təsis edilməsi mühüm tarixi hadisədir. Natiq həmçinin qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli kapitulyasiya aktının müddəalarına tam zidd reaksiyalarla əməl edən düşmənin məkrli oyunlarına son vermək üçün antiterror lokal əməliyyatlarının baş tutması tarixi həqiqətlərdə Azərbaycanın haqlı mövqeyini əsaslı şəkildə sübut edir. Sonda mövzu ilə əlaqadar ikitərəfli fikir mübadiləsi aparılıb, qarşılıqlı təklif və məsələlər müzakirə olunub.
24 sentyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əjdərbəy” məscidində Nəsimi rayonundan Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş Camalov Elman Hüseyn oğlunun qırx mərasimi keçirilib. Yas mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirtak edib. Mərasimdə şəhidlərin ruhuna dular oxunub və ehsan süfrəsi açılıb.
27 sentyabr 2024-cü il tarixdə Anım Günü ilə əlaqadar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhidim, səni anıram. Çünki bu tarixi sən yazmısan!” adlı tədbir keçirilib. Anım Günü Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə həmçinin şəhid Tarıverdiyev Nicatın nənəsi biologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Şükufə Məmmədova və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edib. Sonda şəhidlərin xatirəsinə əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərilib.
27 sentyabr 2024-cü il tarixdə Anım Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, Nəsimi rayonunda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, Vətən Müharibəsi iştirakçılarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 200-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, rayonun ayrı-ayrı əraziləri üzrə 2000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.
27 sentyabr 2024-cü il tarixdə “Anım Günü”ndə silsilə tədbirlərin davamı olaraq Zəfər parkı ziyarət olundu.Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları Zəfər Parkında Xatirə daşının önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına ehtiramlarını bildirib.
01 oktyabr 2024-cü il tarixdə "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib. Keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika Ağsaqallar Şurasının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Ağsaqqallar Şurasının üzvləri, cəmiyyət sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştitrak edib. Tədbiri giriş sözü ilə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxış edərək, dövlətin ahıllara sosial qayğısından, onların hüquqlarının qorunması üçün görülən tədbirlərdən ətraflı danışaraq nəzərə çatdırıb ki, Ulu Öndərin bu yöndəki siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, Ulu öndərin siyasətini uğurla davam edən cənab Prezident İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğısı gənc nəsillərə bir örnəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman yaşlı insanların sağlıqlarının qayğısına qalması, onların sosial problemlərinin həllinə daha çox diqqət edir. Digər çıxış edən ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirərək hər zaman ölkəmizin, vətənimizin, torpaqlarımızın qorunmasında gənc nəsillərlə birgə vətən keşiyində olacağını bildirdilər. Sonda rayon Ağsaqqallar Şurasının sədri bir qrup ağsaqqallara yubileyləri münasibətilə diplom və hədiyyələr təqdim etdi.
02 oktyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin təşkili vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, MKTB-nin və MKİS-lərin rəhbərləri iştirak ediblər. Çıxış edənlər verilən tapşırıqların icrasının qısa müddət ərzində başa çatdırılacağını bildirmiş, irəli gələn vəzifələr ilə əlaqədar aidiyyəti üzrə lazımi tapşırıqlar verilmişdir.
03 oktyabr 2024-cü il tarixdə Nəsimi rayonu E.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Qasımlı Mir Həmid Nazım oğluna həsr olunmuş “Mir Həmidin şəhidlik zirvəsi” adlı kitabın təqdimatı keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin r əhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə kitabın müəllifi, hüquq elmləri doktoru, şəhidin dayısı Rasim Ağasiyev açaraq bildirdi ki, “Mir Həmidin şəhidlik zirvəsi” adlı bu kitab vətənimizin suverenliyi, ərazi bütövlüyü üçün keçdiyimiz yola işıq salacaq, gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün əvəzsiz vətənpərvərlik mənbəyi rolunu oynayacaqdır. Şəhid Qasımlı Mir Həmidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.
05 oktyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ərazi idarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 500-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar, 1000 dən artıq müxtəlif növ gül kolları əkilib.
05 oktyabr 2024-cü il tarixdə Nəsimi rayonunda 5- oktyabr Müəllimlər günü münasibətilə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri, təhsil işçiləri və gənclər iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan Nəsimi RİH Başçısının müavini Zahid Xəlilov Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər Respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verdi. Tədbirdə çıxış edən təhsil işçiləri və yüksək bal toplamış tələbələr təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirdilər. Tədbirin sonunda təhsil işçilərinə və rayonda yüksək bal toplayan bir qrup tələbələrə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu. Tədbirdə 2 və 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifalarında rəngarəng müsiqilər və rəqslər nümayiş etdirildi.
10 oktyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş tərkibli iclası keçirilib. İclasda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, Ağsaqqallar Şurasının rəhbərliyi, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin məsul əməkdaşları, ictimai təşkilatların rəhbərləri iştirak edib. Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elnur Rəhimov öz çıxışında bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanda əsaslı həmrəyliyin qurulması, görülən işlər və atılan addımlardan, həmçinin dövlət idarəçiliyi və qanunvericilik prosesinin konsepsiyalarından danışıb. Daha sonra çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kimi dövlət əhəmiyyətli tədbirin mahiyyətindən və İctimai Şuranın bu istiqamətdə də əsaslı işlər görəcəyinə ümidvar olduğunu bildirib. Sonra Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Sevda Quliyeva rayonun təhsil müəssisələrində Şuranın əsasının qoyulması və təkmilləşdirilməsi barədə təkliflə çıxış etdi. Sonda irəli gələn vəzifələr ilə əlaqədar lazımi tapşırıqlar verilmişdir.
11 oktyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin təşkili vəziyyətinə həsr olunmuş növbəti müşavirə keçirilib. Müşavirədə Bakı Şəhər İcra Hakmiyyətinin və Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, MKTB-nin və MKİS-lərin rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov görülmüş işlər barədə ətraflı məlumat verərək bildirdi ki, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar paytaxtımızda aparılan abadlıq və yaşıllaşdırma işləri çərçivəsində Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yaşıllaşdırma işlərinə başlanılmış, hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Bakı Şəhəri İcra Hakimiyyətinin Ərazi-idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Fuad Aslanov rayon ərazisində həyata keçirilən monitorinqlərinin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verdi. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini GüIarə Verdiyeva və başçının müavini Ramiz Quliyev hal-hazırda görülən işlər, problemlər və qarşıya qoyulan vəzifələrin icrası haqqında məlumat verdilər. Bildirdilər ki, tapşırıqların icrası qısa müddət ərzində başa çatdırılacaqdır. Sonda görüləcək işlər barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.
15 oktyabr 2024-cü il tarixdə Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə şəhid İsmayıl Kərimlinin xatirəsinə həsr olunmuş “Bir şəhid hekayəsi” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları şəhid İsmayıl Kərimliyə ithaf olunmuş sərgiyə baxış keçirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq şəhid İsmayıl Kərimlinin həyat hekayəsi haqqında videoçarx izlənilib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayonu Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova öz çıxışında ərazi bütövlüyü üçün keçilən yol, gələcək nəsillərin Qarabağ həqiqətlərini daha yaxşı mənimsəmələri üçün bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi. Şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimli dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiyini, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib. Tədbirin bədii hissəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb şagirdlərinin ifasında şeirlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat bağışladı.
17 oktyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Qızlar Universitetində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş birgə tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Qızlar Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Bakı Qızlar Universitetinin təsisçisi, professor Ağarəhim Rəhimov iştirakçıları salamlayaraq Müstəqilliyin Bərpası Günü ilə əlaqədar ətraflı məlumat verib. Bildirib ki, müstəqilliyi bərpa etdikdən sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşmiş və Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva qeyd edib ki, bu gün ölkəmizdə Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunlarının getdikcə möhkəmləndiyini nəzərə çatdırıbDigər çıxış edənlər Bakı Qızlar Universiteti Tarix kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Sənan Hüseynov öz çıxışlarında bu bayramın əhəmiyyəti, missiyasi və tarixi həqiqətləri barəsində ətraflı məlumat veriblər. Sonda tələbələrin ifasında şeirlər, mahnılar və bədii kompozisyalar nümayiş etdirilib və xatirə şəkilləri çəkilib.
18 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində Nəsimi rayonunun Bakıxanov, Rəşid Behbudov, Əbdülvahab Salamzadə, Üzeyir Hacıbəyli, Mir Cəlal, Cavadxan, Hüseyn Seyidzadə küçələrində və Vaqif, Tiblisi, Moskva prospektlərində ümumilikdə 2000 ədəd müxtəlif ağac növləri (Çinar, Eldar şamı, Zeytun, Oleyandr), 10000 ədəd isə dekorativ güllər və çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,YAP Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonu Bakıxanov küçəsində 200 ədəd ağac və 2000 ədəd dekorativ güllər və çiçəklər əkilmişdir.
19 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonunda Bakıxanov, Rəşid Behbudov, Əbdülvahab Salamzadə, Üzeyir Hacıbəyli, Mircəlal, Cavadxan, Hüseyn Seyidzadə küçələrində və Vaqif, Tiblisi, Moskva prospektlərində ümumilikdə 2000 ədəd müxtəlif ağac növləri (Çinar, Eldar şamı, Zeytun, Oleyandr), 10000 ədəd isə dekorativ güllər və çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur. Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonu Vaqif prospekti boyunca 500 ədəd ağac və 3000 ədəd dekorativ güllər və çiçəklər əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
20 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonunda ümumilikdə 2000 ədəd müxtəlif ağac növləri 10000 ədəd isə dekorativ güllər və çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur. Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonu Rəşid Behbudov küçəsi boyunca 100 ədəd ağac və 600 ədəd dekorativ güllər və çiçəklər əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
21 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində tərtib olunmuş tədbirlər planına əsasən Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi boyunca 200 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
22 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində tərtib olunmuş tədbirlər planına əsasən Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi boyunca 500 ədəd müxtəlif növ dekorativ güllər və çiçəklər əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
23 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonunda ümumilikdə 2000 ədəd müxtəlif ağac növləri 10000 ədəd isə dekorativ güllər və çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur. Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində Nəsimi rayonu Tbilisi prospekti boyunca 200 ədəd müxtəlif növ həmişəyaşıl ağac və 2000 ədəd dekorativ güllər və çiçəklər əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 9 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir. Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Moskva prospekti boyunca 1000-dən artıq dekorativ gül kolları və çiçəklər, 150-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
25 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 10 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir. Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Mir Cəlal küçəsi boyunca park və yaşıllıq zolağında 2000-dən artıq dekorativ gül kolları və çiçəklər, 450-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
26 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 12 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir. Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Cavadxan küçəsi boyunca 500-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
27 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir. Tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 13 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir. Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Hüseyn Seyidzadə küçəsi boyunca 300-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
29 oktyabr 2024-cü il tarxdə 2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilməsi ilə əlaqədar Nəsimi Rayonu üzrə irəli gələn vəzifələrlə bağlı müşavirə keçirilmişdir. RİH başçısının müavini Zahid Xəlilov müşavirəni açaraq bildirmişdir ki, yerlərdə bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, rayon ərazisinin sanitar təmizliyinin daim diqqətdə saxlanılmasının təmin edilməsi barədə verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə xüsusi qərargah və işçi qrupları yaradılmışdır. Qərargahın və işçi qruplarının tərkibinə RİH başçısı Aparatının məsul əməkdaşları, Sahə İƏD üzrə nümayəndələr, hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri, bələdiyyə, kommunal və xidmət sahələrinin rəhbərləri daxil edilmişdir. Rayon İcra Hakimiyyətində “qaynar xətt”, fasiləsiz növbətçilik təşkil edilmişdir. Xidmət sahələrinin rəhbərləri tərəfindən rayon ərazisində su, elektrik enerjisi, qaz, istilik təchizatı ilə bağlı problemlərin olmadığı, payız-qış mövsümünə, xüsusilə keçiriləcək beynəlxalq tədbirə dair zəruri hazırlıq işlərinin həyata keçirildiyi, təsərrüfatların sabit fəaliyyətinin təmin edildiyi vurğulandı. Yekunda aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.
30 oktyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətində RİH başçısı Aparatının, Sahə inzibati Ərazi dairələrinin əməkdaşları, Bələdiyyə, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, İdarə və təşkilatların nümayəndələrinin iştirakı ilə "Korrupsiyaya qarşı mübarizədə korrupsiya risklərinin qarşısının alınması və etik davranış qaydaları" mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.17 bənd üzrə 2024-2026-cı illərdə Yerli İcra Hakimiyyətləri üzrə “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” ilə bağlı tədbirlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edərək Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə yaradılmış “İşçi qrupu” tərəfindən “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” mövzusunda təlimlərin keçirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini bildirdi. RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hamlet Baxışov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Zeynalov və digər iştirakçılar korrupsiyaya qarşı mübarizədə korrupsiya risklərinin qarşısının alınmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunmasının vəzifəli şəxslərin, məsul əməkdaşların vəzifə borcu olduğunu vurğuladılar. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının, o cümlədən 2.17 - “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” ilə bağlı bənd üzrə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunaraq tövsiyələr və tapşırıqlar verildi.
30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verdi. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır. Bildirildi ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkın salınması gələn ay COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.
31 oktyabr 2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti və ATU-nin “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə gənclər arasında "Zəfər günü"nə həsr olunmuş Futzal, Badminton və Şahmat idman yarışlarının təltif olunma mərasimi keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Tibb Universitetinin prorektoru Mahir Səfərov, ATU-nin "Təbib" idman klubunun sədri Qələndər Aslanov, məşqçilər və tələbər iştirak ediblər. Nəsimi rayon İcra Hakimiyyətinin İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov qeyd etdi ki, Prezident İlham Əliyevin liderliyi və qətiyyəti ilə ölkəmiz həm siyasi, həm də hərbi sahədə böyük uğurlara nail oldu. Tədbirin sonunda qalib komandalar kubok, diplom və medallarla təltif olunmuş, gənclər ölkədə idmana göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
01 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Universitetin professor-müəllim heyəti, şəhid ailələri, müharibə əlilləri və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Universitetin Filologiya fakültəsinin dekanı professor Həmidə Əliyeva və Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Aynur Sabitova açılış nitqi ilə çıxış edərək, zəfər tarixinin əhəmiyyəti barədə çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Digər çıxış edənlər -Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və müharibə əlilləri 44 günlük müharibə nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdiklərini bildirdilər. Şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiyini, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.
01 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
02 noyabr 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib. Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 40 müəssisə tərəfindən 400-dək iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2306 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb olunması, sosial təminatı və sosial müdafiəsi ilə bağlı məsələlərin həlli,o cümlədən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzillə təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi” barədə 5.3.1-ci yarımbəndinin icrası ilə bağlı, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dövlət uşaq müəssisələrinin gənc məzunları və aktiv iş axtarışında olan rayon sakinləri yarmarkaya dəvət olunmuş, onlar müvafiq vakant iş yerləri ilə tanış olmuşlar. Tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
04 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi rayon Komitəsinin sədri Reyhan Ocaqova , məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Budaqova açaraq qonaqları salamlamış və tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Məktəblilər təbiətin qorunması ilə bağlı fikirlərini söylədilər.
05 noyabr 2024-cü il tarixdə Təsviri Sənət Qalereyasında 8 noyabr- Zəfər Gününə həsr olunmuş “44 gün” IV yaradıcılıq müsabiqəsinin təltifetmə mərasimi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycanın xalq yazıçısı fəxri adına layiq görülmüş, nasir, publisist Elmira Axundova, Vətən müharibəsinin qaziləri, valideynlər və gənclər iştirak etmişdi. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Kəmalə Abdullayeva çıxış edərək tədbirin əhəmiyyəti barədə məlumat verdi. Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Digər çıxış edənlər- publisist Elmira Axundova və Vətən müharibəsinin qazisi Şiraz Həsənov bildirilər ki, tədbirin keçirilməsində məqsəd uşaq və gəncləri vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılamaqdır. Dərnək üzvlərinə diplom və hədiyyələr təqdim edildi. Sonra dərnək üzvlərinin ifasında şer, mahnı və rəqslər nümayiş etdirildi.
05 noyabr 2024-cü il tarixdə Nizami Kino Mərkəzində Nəsimi rayonu 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dünya bizim evimizdir” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbirin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar müxtəlif layihələr və tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərdə uşaqlarda ətraf aləmin qorunması, yaşıllıqların çoxaldılması tərbiyəsini aşılayır. Tədbir musiqi və rəqs nömrələri ilə davam etdirilib.
05 noyabr 2024-cü il tarixdə YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü münasibətilə Nəsimi rayon Şəhid ailələri, Vətən müharibəsi və I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının məsul əməkdaşları, Şəhid ailələri, Vətən Müharibəsi və I Qarabağ müharibəsi qaziləri iştirak edib. Görüşdə öncə Ümummilli lider Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Daha sonra Vətən müharibəsi Şəhidi Hüseynzadə Həmidağanın atası Bağı Hüseynzadə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
06 noyabr 2024-cü il tarixdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 keçirilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın yığıncağı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Polis İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və “Azəriqaz” İstehsalat Birliyinin, Kommunal Təsərrüfatı Birliyinin yerli qurumlarının, Bələdiyyənin rəhbərləri iştirak etmişlər. Yığıncaqda 2024-cü il 11-22 noyabr tarixlərində COP29 keçirilməsi ilə əlaqədar Nəsimi Rayonu üzrə irəli gələn vəzifələrlə bağlı məsələlər geniş müzakirə edilmiş və görülmüş işlər barədə məlumatlar dinlənilərək təhlillər aparılmışdır. RİH başçısının müavini Zahid Xəlilov müşavirəni açaraq yerlərdə bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görüldüyünü, xüsusilə rayon ərazisinin sanitar təmizlik işlərinin normal vəziyyətdə saxlanılmasının təmin edildiyini bildirdi. RİH başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək rayon ərazisindəki müəssisə və təşkilatların, xüsusilə tibb müəssisələrinin, turizm obyektlərinin, hotellərin dayanıqlı fəaliyyət göstərmələri üçün zəruri tədbirlərin görüldüyünü, görülən işlərin gündəlik olaraq mediada, RİH-nin internet saytında işıqlandırıldığını qeyd etdi. RİH başçısının müavini Ramiz Quliyev COP29 tədbirlərinə hazırlıq ərəfəsində paytaxtımızın hər yerində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını, xüsusilə binaların və obyektlərin fasadlarının, dam örtüklərinin, hasarların təmir olduğunu, yaşıllıqların mühafizəsi və ağacəkmə aksiyalarının keçirldiyini bildirdi. Rayon Polis İdarəsinin rəis müavini Elçin Mirzəli şəxsi heyət tərəfindən rayon ərazisində ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün zəruri profilaktik, o cümlədən inzibati qaydapozmalarla bağlı tədbirlərin görüldüyünü, qanunsuz küçə ticarəti hallarının qarşısının qətiyyətlə alındığını və bu işlərin verilmiş tapşırıqlara uyğun ciddi şəkildə davam etdiriləcəyini vurğuladı. Yığıncağın gedişində RİHBA-nın məsul əməkdaşlarının, Sahə İƏD üzrə nümayəndələrin, Xidmət sahələrinin rəhbərlərinin verdikləri məlumatlarda keçiriləcək beynəlxalq tədbirlə bağlı verilmiş tapşırıqların icra edildiyi bildirildi. Yekunda Qərargahın sədri Zahid Xəlilov qarşıdan gələn, Azərbaycan xalqının qürurla qeyd etdiyi 8 Noyabr –Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü bayramları ilə əlaqədar hər bir sahə üzrə verilmiş tapşırıqların məsuliyyətlə yerinə yetirilməsinin, COP29 tədirləri çərçivəsində irəli gələn məsələlərin operativ həllinin zəruriliyini qeyd etdi və aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
06 noyabr 2024-cü il tarixdə Nəsimi rayonu R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Jalə Hacıyeva açaraq tədbirin əhəmiyyətindən danışdı. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
07 noyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Azərbaycanın Zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin məsul əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və şagirdlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları məktəblilərin hazırladıqları əl işlərinə baxış keçirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Mərkəzin “Təsviri incəsənət” dərnək üzvlərinin xalqımızın düşmən üzərində qələbəsini, tarixi anları əks etdirən maraqlı rəsm əsərləri və əl işləri nümayiş olundu. Həmçinin, “Aktyor sənəti” dərnək üzvləri qəhrəmanlıq, vətənpərvərlik mövzularını əhatə edən bir sıra şeirlər, mahnılar səsləndirdilər. Bununla yanaşı "Təbəssüm" rəqs qrupu maraqlı rəqs nömrələri ilə çıxış etdi. Tədbirdə Şəhid Akşin Novruzovun anası Elnarə Novruzova çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda xatirə şəkili çəkilib.
08 noyabr 2024-cü il tarixdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 keçirilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Qərargahın işçi qruplarının geniş tərkibdə yığıncağı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və işçi qrupunun üzvləri iştirak etmişdir. RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov müşavirəni açaraq 2024-cü il 11-22 noyabr tarixlərində COP29 keçirilməsi ilə əlaqədar bildirmişdir ki, Nəsimi rayonu ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, rayon ərazisinin sanitar təmizliyinin daim diqqətdə saxlanılmasının təmin edilməsi irəli gələn əsas vəzifələrdəndir. Qeyd edilmişdir ki, verilmiş tapşırıqların icrasının təmin olunması İcra Hakimiyyəti başçısı yanında yaradılmış - RİH başçısı Aparatının məsul əməkdaşları, Sahə İƏD üzrə nümayəndələr, hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələri, bələdiyyə, kommunal və xidmət sahələrinin rəhbərlərindən ibarət olan xüsusi qərargah və işçi qruplarının üzərinə düşür. RİH başçısının birinci müavini Gülarə Verdiyeva və RİH başçısının müavini Ramiz Quliyev çıxış edərək rayon ərazisindəki müəssisə və təşkilatların, tibb müəssisələrinin, turizm obyektlərinin, hotellərin dayanıqlı fəaliyyət göstərmələri üçün zəruri tədbirlərin görüldüyünü qeyd etdilər. Müşavirənin sonunda aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.
08 noyabr 2024-cü il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Niaqara” şadlıq sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının, Nəsimi rayon Ağsaqqallar Şurasının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən, Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışdı. Qeyd etdi ki, bu gün Müstəqil ölkəmiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Sonra şəhid ailələrinə gül dəstələri və “İlham Əliyev. İnkişaf – məqsədimizdir” “Zəfər” adlı kitabı hədiyyə olunub. Tədbir bayram konserti ilə davam edib.
20 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Dillər Universiteti ilə birgə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin pedaqoji kollektivi və gənclər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olub. Gənclər çay süfrəsi arxasında COP 29-la bağlı fikir mübadiləsi ediblər. Sonra dəyirmi masa arxasında müzakirələr davam edibAzərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Könül Qasımlının təqdimatında iqlim dəyişikliklərinin qlobal miqyasda təsirləri barədə videoçarx nümayiş etdirildi. Daha sonra bir qrup tələbələr “Enerji siyasəti və yaşıl texnologiyalar” , “İqlim dəyişikliyində sosial ədalət” və “Azərbaycanda COP 29 çərçivəsində keçirilən ekoloji tədbirlər” mövzularında məruzə ilə çıxışları davam etdirdilər. Sonda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir qrup fəal gənclərə Təşəkkürnamə verilərək xatirə şəkili çəkilib.
21 noyabr 2024-cü il tarixdə Nəsimi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb. Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: Millət vəkili Asif Əsgərov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov çıxışında qeyd edib ki, son 32 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib. Sonra Partiya sıralarına daxil olan bir qrup yeni partiya üzvünə partiya vəsiqələri təqdim edilib və bir qrup partiya fəalına təşəkkürnamələr təqdim edilib. Daha sonra yeni partiya üzvləri adından ehtiyatda olan general-mayor Natiq Əliyev Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliklərini ifadə edib.
22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının 5.4.1-ci bəndinin (Ümumrespublika uşaq forumlarının keçirilməsi) icrasının təmin edilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Nəsimi rayonunu təmsil edəcək iştirakçılarla görüş keçirildi. Daha sonra Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Nəsimi rayonunu təmsil edəcək iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunan yaddaş kitabçaları təqdim olundu, Forumda iştirak barədə təlimatlar verildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkli çəkilib.
23 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində noyabrın 25-dən dekabrın 10-dək beynalxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsinin təşkili və Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının 5.1.4-cü bəndinin (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi) icrasının təmin edilməsi məqsədilə “Azərbaycanda gender siyasəti: problemlər, həlli yolları və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin məsul əməkdaşları, Nəsimi RİH Başçısının SİƏD üzrə nümayəndəliyində yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvləri, şəhid ailələri, rayon ictimaiəti və rayon gəncləri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva nəzərə çatdırıb ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalırDaha sonra çıxış edən Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov bu sahə üzrə görülən işlər, qəbul olunan müraciət və həlli məsələsinə yönələn perspektivlər, fəaliyyət planı və gələcək layihələr haqqında ətraflı məlumat verib. Həmçinin tədbirdə 164 və 42 nömrəli tam orta məktəbin psixoloqları öz çıxışlarında məişət zorakılığının uşaqların həyatına təsiri və həlli yolları haqqında ətraflı məlumat veriblər. Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, həkim Mirhəşim Calalov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Sənan Hüseynov bu mövzu ilə əlaqədar ətraflı çıxış ediblər. Sonda qısametrajlı filmə baxılıb, gəncləri maraqlandıran suallar cavablandırıb.
26 noyabr 2024-cü il tarixdə Nəsimi rayonu, Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın sədri Zahid Xəlilov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vuqar Ağayev, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi, polkovnik leytenant Ceyhun Əliyev, və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov çıxış edərək bildirdi ki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Tədbirdə çıxış edən Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vuqar Ağayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi, polkovnik leytenant Ceyhun Əliyev, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun əməkdaşı Vasif Quliyev, Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla iş bölməsinin rəis əvəzi, polis mayoru, Yeganə Zeynalova, Bakı şəhər Narkoloji Mərkəzin kliniki psixoloqu Leyla Məmişova, Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin direktoru Əzizə Abasova çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.
27 noyabr 2024-cü il tarixdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nənələrdən miras qalan ismətimdir kələğayı” adlı III Kəlağayı Festivalının yekun tədbiri keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Bakı şəhərinin Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri və valideynlər iştirak edib. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa edib. Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifalarında rəngarəng mahnılar və rəqslər tədbir iştirakçılarında xoş ovqat bağışladı. Tədbirin sonunda qalib şagirdlər diplom və sertifikatlarla təltif olunmuşlar.
28 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə 35 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sağlam mühit naminə “Balacadan böyüyə həmrəy olaq” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, sahə həkimləri, valideynlər və şagirdlər iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Naibova , Tədbirdə 1 saylı uşaq poliklinikasının həkim-terapevti İlhamə Rəsulova ilə məktəbin şagirdləri arasında havanın çırklənməsinin qarşısının alınmasından, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərdən və yaşıllığın qorunması barədə müzakirələr aparılmışdır. Tədbirin sonunda mövzu ətrafında şagirdlər arasında diskussiyalar aparılıb və şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanışlıq olub.
29 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin,idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri - Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Mənzil Fondu uçotu şöbəsinin müdiri Kərəm Qafarlı, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Rayon Polis İdrəsinin rəisi Vüqar Ağayev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Zahid Xəlilov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat vermişdir. Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov tərəfindən verilən tapşırıqları yığıncaq iştirakçılarının nəzərinə çatdırmış, zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Nizami Mayılov MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyini, inventar, qum və duz tədarükü edildiyini qeyd edərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Birliyin, o cümlədən MKİS-lərin xüsusi rejimində çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini vurğuladı. İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri - Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev 2024-2025-ci illəri əhatə edən qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar rayonlarda müşavirələrin keçirildiyini qeyd etmişlər, eyni zamanda bu sahədə zəruri tədbirlərin görüldüyü vurğulanmışdır. İclasda Nəsimi 25 MMC-nin “Şimşək MTK”, 164 saylı tam orta məktəbin, 123 nömrəli uşaq bağçasının, 5 saylı Mənzil-Kommunal Kontorunun, nümayəndələri çıxış edərək, ağacların budanması və quru ağacların götürülməsi, bina və həyətlərin abadlaşdırılması, səkilərdə, piyadaların gediş-gəliş sahələrində avtomobillərin saxlanması halları ilə bağlı məsələləri qeyd etmişlər. Həmçinin payız-qış mövsümünə dair suallar cavablandırılmış, müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
29 noyabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Polis İdarəsi ilə birgə A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının 5.4.2.-ci bəndinin (Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformalar yaradılması) icrasının təmin edilməsi məqsədilə “Bərabər hüquqlar, aydın gələcək: Gender əsaslı zorakılıqla mübarizə” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, AMEA-nın məsul əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları mövzu ilə bağlı videoçarxa tamaşa edib. Tədbiri giriş sözü ilə Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova açaraq tədbirin əhəmiyyətindən danışdı. Nəsimi rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktiki işinin təşkili bölməsinin əməkdaşı, polis mayoru Yeganə Zeynalova öz çıxışında bildirdi ki, zorakılığa məruz qalan uşaqlarda bir sıra ciddi problemlər yaranır. Daha sonra çıxış edənlər - AMEA-nın məsul əməkdaşları Ceyran Hüseynli və Samirə Rəhimli və 247 nömrəli tam orta məktəbin psixoloqu Gülbəniz Hüseynova mövzu ətrafında ətraflı çıxış ediblər. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıb və xatirə şəkilləri çəkdirilib.
02 dekabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində şəhərsalma fəaliyyəti sahəsində görülən işlər, qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının qarşısının alınması ilə bağlı İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Mənzil Kommunal İstismarı Sahələrinin rəhbərləri iştirak etmişlər. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Zahid Xəlilov rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edərək, şəhərsalma sahəsində verilmiş tapşırıqların icrası ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən ərazilərdə qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunması hallarının qarşısının alınması istiqamətində lazımi nəzarətin gücləndirilməsinin vacibliyini bildirdi. RİH başçısının müavini Ramiz Quliyev 28 noyabr 2024-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqları müşavirə iştirakçılarının nəzərinə çatdırmış, Rayon ərazisində qanunsuz tikintilərin və dövlət torpaqlarının zəbt olunmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumların əməkdaşları ilə birgə mütəmadi monitorinqlərin aparıldığını, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti işinin daha səmərəli təşkili məqsədi ilə verilmiş tapşırıqların operativ və məsuliyyətlə icrasının təmin edilməsinin zəruriliyini qeyd etdi.
03 dekabr 2024-cü il tarixdə Beynəlxalq Əlillər günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 100-dən artıq əqli və fiziki cəhətdən qüsurlu uşaqlar və aztəminatlı ailələrin uşaqları iştirak edib. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, keçirilən tədbirlərin məqsədi əlilliyi olan şəxslərin hüquqlarını müdafiə etmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təmin etməkdir. Bu günlə bağlı rayonumuzda müxtəlif tədbirlər, sərgilər və ictimai maarifləndirmə kompaniyaları təşkil olunur. Sonra tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edildi.
03 dekabr 2024-cü il tarixdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında “Xoşbəxt olsun uşaqlar!” adlı ədəbi-bədii proqram və satış-sərgisi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hkimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, və sağlamlıq imkanları məhdud olan uşaqlar, valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva açaraq qonaqları salamladı və tədbirin əhəmiyyəti barədə məlumat verdi. Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2306 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsi” barədə 5.3.12-ci yarımbəndə uyğun olaraq sonda sağlam və sağlamlıq imkanları məhdud dərnək üzvləri tərəfindən bədii hissə nümayiş etdirilmiş, onların əl işlərindən ibarət satış-sərgisi təşkil olunmuşdur.
04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.6 yarımbəndinin icrası ilə əlaqədar rayonda fəaliyyət göstərən 35 nömrəli tam orta məktəbdə “Erkən yaşdan qızların və oğlanların nikaha cəlb olunmasının qarşısının alınması” mövzusunda seminar keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin direktoru, səhiyyə müəssisələrinin əməkdaşları, psixoloqlar və şagirdlər iştirak edib. Tədbirdə bildirilib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Problemlərin həlli istiqamətləri müxtəlif ola bilər, lakin təcrübə göstərir ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir. Xüsusi vurğulanıb ki, ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür: “9-11-ci sinif dərsliklərinə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi mühüm məsələlərdəndir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyyələr verilib.
11 dekabr 2024-cü il tarixdə Nəsimi rayonunda yerləşən Kliniki Tibbi Mərkəzdə Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi və səhiyyə işçiləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqə sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Kliniki Tibbi Mərkəzin Baş həkimi Hüseyn Məsimov bildirdi ki, Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Sonra Kliniki Tibbi Mərkəzin Baş həkiminin müavini Məhəbbət İbrahimova bildirdi ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Tədbirdə çıxış edənlər - Nəsimi rayon İcra Hakimiyyəti Başısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nuru Əhmədov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Tədbirin sonunda Ulu öndər Heydər Əliyevə həsr olunmuş video çarx nümayiş olunmuşdur.
11 dekabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon Ağsaqqallar Şurasının sədrləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, qeyri-hökumət təşkilatlarının rəhbərləri, şəhid ailələri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib. Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır. Natiq nəzərə çatdırıb ki, bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır. Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirdi ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Xüsusi vurğuladı ki, o dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, gənclərin xaricə təhsil alması üçün göndərilməsi, ixtisaslı kadrların formalaşması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyev uzaqgörənliyinin bariz nümunəsidir. Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev xilaskar ömrü” adlı filmə baxılıb. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlı ədəbi-bədii qiraətlə, incəsənət xadimlərindən xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.
16 dekabr 2024-cü il tarixdə Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib. İclasda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb. İclası giriş sözü ilə açan RİH başçısının müavini, Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Zahid Xəlilov bildirdi ki, Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə həmkarlar ittifaqının, işəgötürənlərin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin mənafeyini təmsil edən ictimai birliklərin bərabər sayda nümayəndələrindən ibarət məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılması nəzərdə tutulmuşdur və 15.2 yarımbəndində isə Əlaqələndirmə komitələrinin səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir. Bildirildi ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 27.12.2023-cü il tarixli, 271 saylı Sərəncamı ilə “Nəsimi rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi” nin tərkibi təsdiq olunmuşdur. Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının məsul əməkdaşı Toğrul Bəşirov Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlərə dəstək mexanizmini əhatə edən proqramlar barədə təqdimatla çıxış etmişdir. Tədbirdə iştirak edən Nəsimi rayon İHBA-nın Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Şahin Zeynalov, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov və Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri Minarə Həsənova çıxış edərək müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirmiş, bir sıra təkliflər irəli sürmüşlər. İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul olunub.
19 dekabr 2024-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Millət vəkillərinin, elm, mədəniyyət və din xadimlərinin, rayon Ağsaqqallar Şurasının üzvlərinin, şəhid ailələrinin, Vətən Müharıbəsi qazilərinin və rayon gənclərinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etno “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzüldükdən sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olub. Ulu öndər Heydər Əliyevin və torpaqlaramızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video filmə tamaşa edib. Təqdimat mərasimini giriş sözü ilə açan Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib. Sonra tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Vaqif Şadlinski, Milli Məclisin deputatları- Məlahət İbrahimqızı, Afət Həsənova, Fatma Yıldırım, Asif Əsgərov və Elman Nəsirov yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar. Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir bədii hissə ilə davam edib.
20 dekabr 2024-cü il tarixdə Bakı Qızlar Universitetində "Qarabağ ədəbiyyatı və Təbiət" adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, universitetin rəhbərliyi, pedaqoji işçiləri və tələbələr iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Sevinc Rəhimova tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Azərbaycan təbiətinin zənginlikləri hər zaman ədəbiyyatımızın ilham mənbəyi olmuşdur. Təbiətin gözəllikləri xalqımızın mədəni irsində və poeziyada öz əksini tapmışdır. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Ulu öndər Heydər Əliyev demişdir: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”. Ulu öndərin bu vəsiyyətini Azərbycan Respublikasının Prezidenti, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev böyük və əvəzsiz tarixi qələbə ilə yerinə yetirdi, Qarabağı və onun paytaxtı Şuşa şəhərini – Pənahabadı erməni vandallarının işğalından 2020-ci il noyabr ayının 8-də azad etdi və Azərbaycan bayrağını Şuşada dalğalandırdı. XVIII əsr coşqun Şuşa-Qarabağ ədəbi-mədəni mühitinin tarixi kökləri çox qədimlərə gedib çıxır. Sonra digər çıxış edənlər təbiətin ictimai həyatla əlaqəsini və şəxsiyyətin formalaşmasındakı rolunu iştirakçıların diqqətinə çatdırdılar. Daha sonra tələbələrin təbiət mövzularında çıxışları dinlənildi. Sonda universitetin xor kollektivinin xalq mahnılarından ibarət musiqi kompozisiyası ilə tədbir yekunlaşdı.
23 dekabr 2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda 2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayon təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər. Müşavirədə bildirildi ki, hesabat ili ərzində Nəsimi rayonu üzrə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin mülki müdafiənin təmin edilməsi haqqında müvafiq Sərəncam və Qərarlarına, digər normativ hüquqi sənədlərə uyğun olaraq təşkil edilmişdir. Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Seyidməmmədov “Nəsimi rayonu üzrə Mülki müdafiənin vəziyyəti” mövzusunda məruzə edərək qeyd etdi ki, il ərzində Nəsimi rayonu ərazisində mülki müdafiə tədbirlər planına əsasən 26 mülki müdafiə günü, 174 rəhbər heyətin MM məşqi, 218 xəbərdarlıq və toplanış üzrə məşq planlaşdırılmış, keçirilməsinə metodiki köməklik göstərilmiş və nəzarət olunmuşdur. Keçirilən bütün Mülki müdafiə məşqləri qənaətbəxş səviyyədə olmuşdur. Daha sonra FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Fuad Orucov “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, FHN Nəsimi rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Natiq Şıxəliyev “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edərək Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər və 2024-cü ilin müvafiq dövründə baş vermiş yanğın hadisələrinin statistikası barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı. Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizamı Mayılov “Yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər”, Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Böyükağa Qasımov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Bakı Regional Qaz İstismarı Departamentinin Nəsimi rayonu üzrə Texniki İstismar Xidmətinin mühəndisi Ruslan Ağakişiyev “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Nəsimi rayonu Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru Əli Novruzov “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili”, 5 saylı Təcili və Təxirəsalınmaz Köməkçi Tibbi Yardım Stansiyasının baş həkimi Əkbər Qədimov “Yanğın zamanı ilkin tibbi yardım” mövzusunda çıxış edərək rayonda Mülki Müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud probləmlər haqqında ətraflı məlumat verdilər.
24 dekabr 2024-cü il tarixdə Azərbaycan Dövlət Rus Dram Teatrında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Yeni il Macərası” adlı xeyriyyə tamaşası təşkil edilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, mərkəzin pedaqoji işçiləri, internat və xüsusi məktəblərinin şagirdləri iştirak edib. Tədbiri giriş sözü 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti açaraq tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə təbrik etdi. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik etdi. Konsert proqramında nümayiş olunan milli rəqslər gur alqışlarla qarşılandı. Uşaqların səbirsizliklə gözlədiyi Şaxta babanın gəlişiylə tədbir daha da canlandı.
24 dekabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının və Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Liderliyin Zəfər formulu: xalqa şərəfli xidmət nümunəsi” mövzusunda toplantı keçirilib. Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, zəngin idarəçilik təcrübəsinə, dönməz əqidəyə, xalqın birmənalı dəstəyinə - yüksək etimadına malik lideri olan dövlətlər möhtəşəm nailiyyətlərə imza ataraq adlarını tarixə əbədi həkk etdiriblər. YAP Sədrinin müavini qeyd edib ki, Çağdaş Azərbaycan reallığı xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: “Hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır. Prezident, YAP Sədri İlham Əliyevin Ulu öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilib, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan regionda lider dövlətə çevrilib, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınıb”. YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva qeyd ediblər ki, dünyada gedən mürəkkəb geosiyasi vəziyyət fonunda əldə edilmiş nəticələr onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir. Ən önəmli amillərdən biri olan ictimai-siyasi sabitlik qətiyyətlə qorunur. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri də 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir.
25 dekabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının vəziyyəti ilə bağlı geniş yığıncaq keçirilmişdir. Yığıncaqda RİH rəhbərliyi, başçı yanında Şuranın üzvləri, RİHB Aparatının və Sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliklərin əməkdaşları, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Xidmət, təhsil və səhiyyə sahələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin nümayəndələri iştirak etmişlər. Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov açaraq bildirdi ki, demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlət və cəmiyyətin qarşıya qoyduğu əsas məqsədlərdən biri də korrupsiyaya qarşı effektiv mübarizə aparmaqdır və bu mübarizə təkcə korrupsiyanın geniş yayılmasına şərait yaradan halların aşkar edilməsi və qarşısının alınması üsulları ilə məhdudlaşmır, eyni zamanda özündə etik olmayan və qəbuledilməz davranışların aradan qaldırılması metodlarını da ehtiva edir. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin sistemli, kompleks və innovativ xarakteri ilə seçildiyi, bu istiqamətdə çoxşaxəli ardıcıl işlərin görüldüyü qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi yığıncaq iştirakçılarının nəzərinə çatdırıldı. 2024-cü ilin keçən dövrü ərzində görülmüş işlər barədə məlumat verərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində müəyyən edilmiş istiqamətlər üzrə tədbirlər həyata keçirildiyini, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə yaradılmış “İşçi qrupu” tərəfindən “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” mövzusunda təlimlərin keçirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini, korrupsiya hallarının qarşısının alınması, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə və digər müəssisələrdə və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirildiyini bildirdi. RİH başçısının müavini Ramiz Quliyev, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluğuna dəstək göstərilməsi məqsədilə yaradılan haqqı ödənilən ictimai işlərlə bağlı müraciətlərin il ərzində “DOST İş Mərkəzi”, rayon İcra Hakimiyyəti, icraçı qurum arasında üçtərəfli qaydada müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimləndiyini, bu sahədə işin səmərəliliyinin artırılması, sui-istifadəyə imkan yaradan hallara yol verilməməsi məqsədilə mütəmadi olaraq monitorinqlər və təhlillər aparıldığını, ictimai işlərə cəlb olunmaq üçün müraciət edən vətəndaşlarla müvafiq izahat və məlumatlandırma işlərinin aparıldığını, vətəndaş məmnunluğunun təmin edilməsi tədbirlərinin görüldüyünü qeyd etdilər. Həmçinin, dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, sui-istifadə hallarına yol verilməməsi məqsədilə aidiyyəti qurumlarla birgə ərazidə monitorinqlər aparılaraq müvafiq tədbirlər görüldüyü vurğulandı. RİHB Aparatının Hüquq şöbəsinin müdiri Hafiz Aberkarov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Hamlet Baxışov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Zeynalov çıxışlarında edərək dövlət qulluğunun qanunvericilik aktları, Azərbaycan Respublikasının Konstitusiyası, "Dövlət qulluğu haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini, etik davranış qaydaları sahəsində beynəlxalq qanunvericiliyinin mövcudluğunu, dövlət qulluqçuları üçün “Etik davanış qaydaları haqqında” Qanunda vicdanlı davranış, loyallıq, ictimai etimad, maraqların toqquşması, əmlakdan istifadə, mədəni davranış və digər prinsiplərin təsbit olunduğunu, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində bu sahə üzrə il ərzində təlimlərin, təhlillərin aparıldığını bildirdilər. Rayon İctimai Şuranın katibi Gülnarə Hacıyeva, Rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə imkan yaratdığını, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, ictimai müzakirələrin təşkil edilməsinin vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd etdilər.
25 dekabr 2024-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi rayon Bələdiyyəsinin birgə layihəsi çərçivəsində 700-ə yaxın sakinin yaşadığı Mirəli Qaşqay küçəsi 24 və S.Zeynalov küçəsi 22 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq Mirəli Qaşqay küçəsi 24 və S.Zeynalov küçəsi 22 saylı binaların fasadı əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 4000 kv.m-dən artıq asfalt, 350 kv.m-ə yaxın tamet daşı vurulub, 700 kv.m-ə yaxın qazon salınıb, 250 p.m yeni bardürlər qoyulub, 410 p.m-dən artıq istinad divarı bərpa edilərək aqlay daşla üzlənib. Kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 1800 ədəddən artıq ağac və müxtəlif növ həmişəyaşıl kollar əkilib. Həyətdə 10 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb. Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər. Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır. Rayon ərazisində hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.
28 dekabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və yeni il ərəfəsində Vətən müharibəsi Şəhid ailələrini ziyarət edib. 31 dekabr - Dünya Azərbaycalıların Həmrəyliyi günü və yeni il bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri ziyarət edilmişdir. Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
29 dekabr 2024-cü il tarixdə Nəsimi rayonunda 31 dekabr- Dünya Azərbaycanlılaların Həmrəyliyi günü və Yeni təqvim ili münasibətilə Vətən müharibəsi Şəhid ailələri ziyarət edildi. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 31 dekabr - Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələrini ziyarət etmişlər. Öz arzu və istəklərini bildirən Vətən müharibəsi şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilmiş və müvafiq məlumatlar Prezident Administrasiyasına təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü il ərzində tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Milli Fəaliyyət Planının icrası ilə bağlı Rayon İcra Hakimiyyətinin 2024-cü il üçün İş Planı təsdiq edilmiş və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada təqdim edilmişdir.
Hesabat ilində Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində, korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı müəyyən edilmiş istiqamətlər üzrə tədbirlər həyata keçirilmiş, RİH başçısı aparatının şöbə və bölmələrinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul şəxslərinin fəaliyyətləri nəzarətdə saxlanmışdır.
Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində irəli gələn vəzifələrlə bağlı “Rəqəmsal İcra Hakimiyyəti” portalının Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyəti davam etdirilmiş, ayrı-ayrı məsələlərə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədilə “E-iştirakçılıq” modulundan istifadə imkanları barədə mütəmadi olaraq sakinlər arasında maarifləndirmə işləri aparılmışdır.
Yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi və həmin aktların elektron bazasının yaradılması ilə bağlı hazırda Rayon İcra Hakimiyyəti başçısının aktlarının elektron bazasının yaradılması tədbirləri görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2023-cü il tarixli 106 saylı Qərarına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən formalaşdırılmış “Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri informasiya sistemi” fəaliyyətə başladıqdan sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən qeyri-normativ hüquqi aktların mütəmadi olaraq həmin reyestrə daxil edilməsi təmin ediləcəkdir.
Yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahıları və mənzil fondu barədə məlumatlar yenilənərək ictimaiyyət üçün açıq şəkildə Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifələrində dərc edilmişdir.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının (Prioritet 2. Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər) 2.17 bəndinin icrası ilə əlaqədar 2024-cü ildə Nəsimi rayon İcra Hakimiyyəti üzrə “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması” sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Tədbirlər Planının 2.17 bəndinin icra olunması məqsədilə RİH başçısının müvafiq sərəncamı ilə “İşçi qrupu” yaradılmışdır. İşçi qrupu tərəfindən “Korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərindən irəli gələn mövzularda təlimlər keçirilmişdir. Həmçinin, risklərin müəyyən edilməsi məqsədilə funksional fəaliyyət prosesindəki hallar, daxil olan müraciətlərdəki məlumatlar, mediada yayılan informasiyalar, rayon İcra Hakimiyyətinə qurumlardan daxil olan hesabatlar, əldə olunmuş şifahi məlumatlar öyrənilir və təhlillər aparılır. Hazırda müvafiq meyarlar nəzərə alınmaqla əməkdaşlar arasında risk sorğusu aparılması istiqamətində müvafiq tədbirlər görülməkdədir. Bu barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına hesabat təqdim olunmuşdur.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluğuna dəstək göstərilməsi məqsədilə yaradılan haqqı ödənilən ictimai işlərlə bağlı müraciətlər il ərzində “DOST İş Mərkəzi”, rayon İcra Hakimiyyəti, icraçı qurum arasında müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənmişdir. İcraçı qurum olaraq rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən görülmüş işlər - ictimai işlərin təsviri, iş yeri, işçi qüvvəsinin sayı, əmək haqqı tabelləri və s. barədə məlumatlar hər ay DOST İş Mərkəzinə təqdim edilmişdir. Bu sahədə işin səmərəliliyinin artırılması, sui-istifadəyə imkan yaradan hallara yol verilməməsi məqsədilə mütəmadi olaraq monitorinqlər və təhlillər aparılmışdır. Xüsusilə, il ərzində davamiyyət məsələləri öyrənilmiş və müvafiq ciddi tədbirlər görülmüşdür. İctimai işlərə cəlb olunmaq üçün müraciət edən vətəndaşlarla müvafiq izahat və məlumatlandırma işləri aparılmış və vətəndaş məmnunluğunun təmin edilməsi tədbirləri görülmüşdür.
Dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, sui-istifadə hallarına yol verilməməsi məqsədilə aidiyyəti qurumlarla birgə ərazidə monitorinqlər aparılaraq müvafiq tədbirlərin görülməsi davam etdirilmişdir.
Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin Rayon İcra Hakimiyyətində kollegial qərarların qəbulu prosedurlarında iştirakı üçün şərait yaradılmışdır. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilmiş, vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr çərçivəsində müxtəlif tədbirlərin təşkili davam etdirilmişdir. Nəsimi rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş əməkdaşlıq çərçivəsində ictimai müzakirələrə çıxarılması vacib olan kollegial qərarların qəbulu istiqamətində birgə tədbirlər keçirilmişdir.
İctimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı məsələlər daim nəzarətdə saxlanılmışdır. Keçirilən tədbirlərdə RİH yanında fəaliyyət göstərən İctimai şuranın üzvlərinin, işçi qrupunun yaxından iştirakı təmin edilir. İl ərzində (02.02.2024-cü il, 04.03.2024-cü il, 08.04.2024-cü il, 17.05.2024-cü il, 04.11.2024-cü il, 20.12.2024-cü il tarixlərdə) İctimai şurada korrupsiyaya qarşı mübarizə məsələləri, 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görülən işlər, rayonda aparılan abadlıq işlərinin layihələri, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən xidmətlər, Gender və məişət zorakılığı, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda ictimai şuranın özəklərinin fəaliyyəti, şuranın fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri barədə müzakirələr aparılmışdır.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 13.02.2024-cü il, 10.04.2024-cü il, 15.04.2024-cü il, 29.07.2024-cü il, 18.10.2024-cü il, 15.11.2024-cü il, 25.12.2024-cü il tarixli yığıncaqlarında, Rayon bələdiyyəsinin 20.12.2024-cü il tarixli yığıncağında, rayon İH yanında İctimai Şuranın 20.12.2024-cü il tarixli yığıncaqlarında, 54 saylı orta təhsil məktəbində, digər müşavirələrdə antikorrupsiya, məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, korrupsiya riskləri ilə bağlı qabaqlayıcı tədbirlər, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məsələləri müzakirə olunmuş, bu sahədə görüləcək işlərin gücləndirilməsi istiqamətləri təhlil edilmişdir.
2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər, aparılan müzakirələr barədə rəsmi internet səhifəsində məlumatlar yerləşdirilmişdir. Yığıncaqlar, müşavirələr, ictimaiyyət nümayəndələri və vətəndaşlarla görüşlərdə, səyyar qəbullarda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı, o cümlədən “Rəqəmsal İcra Hakimiyyəti” portalına dair məlumatlandırma və maarifləndirmə prosedurları, ictimai müzakirələr həyata keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü il ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası ilə əlaqədar peşəkarlıq və fərdi məsuliyyətin artırılması, vəzifə borcunun səmərəli yerinə yetirilməsi, vicdanlı və mədəni davranış, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə treninqlər, müşavirələr, fərdi söhbətlər, həyata keçirilmiş, RİH-nin hesabatlarında məlumatlar verilmişdir.
Dövlət qulluqçularının peşəkarlığının və onların ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi sahəsində işlər davam etdirilmiş və 2024/2025-ci tədris ilində rayon İcra Hakimiyyətinin bir əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əlavə ali təhsil səviyyəsində qiyabi bölməsinə qəbul olunmuş və hazırda Akademiyada RİH-nin 4 əməkdaşı təhsil alır.
2024-cü il ərzində etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.
Hesabat dövründə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyalar tərəfindən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icra olunması istiqamətində işlər davam etdirilmişdir.
Hesabat ili ərzində Nəsimi rayonu üzrə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə bir sıra tədbirlər keçirilmiş, yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə tədbirlər keçirilmişdir, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”” 11 aprel 2014-cü il tarixli, 146 nömrəli Fərmanının icrası ilə bağlı Nəsimi rayonun inzibati ərazisində Dövlət Olimpiya İdman Kompleksi mövcud olmadığını, dövlət idman obyekti olaraq Gənclər və İdman Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına İdman-Konsert Kompleksi fəaliyyət göstər diyini qeyd edirik. Sözügedən kompleks Bakıda keçirilmiş I Avropa Oyunları ərəfəsində-2014-15-ci illərdə yenidən qurulmuşdur. Bakıda keçirilmiş I Avropa Oyunları və 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında cüdo, güləş və sambo idman növləri üzrə yarışlar keçirilmişdir. 2023-cü ilin iyun ayın 2-də isə Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub. Kompleksdə fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkanlar yaradılmışdır. Hazırda obyektin davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı normal vəziyyətdədir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”” 11 aprel 2014-cü il tarixli, 146 nömrəli Fərmanının icrası rayon İcra Hakimiyyətinin daim nəzarətində saxlanılır.
Eyni zamanda, gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”” 11 aprel 2014-cü il tarixli, 146 nömrəli Fərmanının icrası ilə bağlı Nəsimi rayonu üzrə 2024-cü ilin birinci yarısının yekunlarına dair hesabata daxil edilmişdir. Hesabat RİH-nin internet saytında yerləşdirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” hesabat dövründə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməsi, onların hüquq və mənafelərinin qorunması, qanunazidd əməllərin qarşısının alınması, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsi, dərslərdən yayınma hallarının qarşısının alınması, yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində məqsədyönlü işlər aparmışdır.
“Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə” və “Qəyyumluq və Himayəçilik üzrə” komissiyalarında 23 iclas keçirilmiş və bu iclaslarda azyaşlıların hüquq və mənafeləri ilə bağlı ümumilikdə 121 məsələyə baxılmışdır. Komissiyada baxılan uşaqlarla ünsiyyət tələbinə dair işlər ilə əlaqədar olaraq komissiya üzvləri tərəfindən hər iki tərəfə izah edilmişdir ki, qanunvericiliyə uyğun olaraq birgə yaşayıb yaşamalarından asılı olmayaraq valideynlər uşaqlarına qarşı münasibətdə tam bərabər hüquqludurlar və əgər bir valideyn digərinə öz uşagı ilə görüşüb ünsiyyətdə olmasına problemlər yaradırsa bu digər valideynin hüquqlarını pozmaqla yanaşı həm də bir başa uşaqların da hüquqlarını pozur. Belə ki, valideynlərin olduğu kimi uşaqların özlərinin də valideynləri ilə görüşüb ünsiyyətdə olmaq hüquqları vardır. Məhz bu səbəbdən də baxılan məsələlərdə valideynlərin öz uşaqları ilə görüşmələrinə maneə ola biləcək hər hansı bir səbəb aşkar olunmadığına görə komissiya tərəfindən müsbət rəylər verilmişdir.
YYÇ-ların İHM üzrə Komissiya rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şurasının YYÇ PİTB-nin bölməsi ilə birgə uşaq əməyinın istismarının qarşısının alınması, uşaq əməyindən qanunvericiliyin tələbləri pozulmaqla istifadə olunması, uşaqların əmək şəraiti ağır və zərərli olan, həmçinin onların həyatına, sağlamlığına va mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmalarının qarşısını almaq məqsədi ilə 27 reyd təşkil olunmuşdur.
“YYÇ-ların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiya” ailə üzvləri tərəfindən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməsi, onların istismarı, mənəviyyatının alçaldılması və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində fəaliyyətini gücləndirmişdir .
Hesabat dövrü ərzində RİH tərəfindən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”u cəmiyyətimizin ən müdafiəsiz üzvlərinə - uşaqlara və yeniyetmələrə - qarşı zorakılığın fəlakətli təsirə malik olduğunu və bir sıra müxtəlif sosial problemlərə gətirib çıxardığını nəzərə alaraq zorakılıq təhlükəsini azaltmaq məqsədi ilə ictimai mühitlərdə (məs. məktəblər, gənclərin toplaşdığı yerlər) risk faktorlarını azaltmaq üçün evdə, məktəbdə, iş yerində hər hansı zorakılıq halına məruz qaldıqları zaman monitorinq qrupuna müraciət etmələri tövsiyyə olunmuşdur.
Uşaqlara qarşı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsində rol oynayan çoxsaylı sektorların fəaliyyətlərini əlaqələndirmək üçün yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında müraciət edənlərin maarifləndirilməsi təmin edilmişdir.
Ötən müddət ərzində Komissiya üzvləri Ombudsman Aparatının Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemlən üzrə Dövlət Komdosinın və Respublika Uşaq Təşkilatının birgə keçirdikləri uşaq hüquqlarına dair konfranslarda yaxından iştirak etmişlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq müvafiq məlumatlar mütəmadi olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərilmişdir.
“Narkomanlığa və narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi” üzrə Nəsimi rayon komissiyaları hesabat dövrü ərzində öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il, 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı və Dövlət Komissiyasının 2024-cü ilə dair “İş Planı”nı rəhbər tutaraq fəaliyyət göstərmişlər.
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyəti daha da gücləndirilmiş, komissiya tərəfindən cari ilin ötən dövrü ərzində rayonda fəaliyyət göstərən orta və ali təhsil müəssislərində yuxarı sinif şagirdlərinin və tələbələrin iştirakı ilə video konfranslar, dəyirmi masalar, seminar müşavirələr keçirilmiş, tədbirlərdə aidiyyəti qurumların, rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı təmin edilmişdir. Keçirilən tədbirlər Rayon İcra Hakimiyyətinin saytında və KİV-lərdə işıqlandırılmışdır.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Respublika QİÇS-lə mübarizə mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin və dini icmaların nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin, həmçinin ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə müxtəlif maarifləndirici tədbirlər keçirilib.
26 iyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində rayonda fəaliyyət göstərən məktəblərdə “Narkomaniya və zərərli vərdişlərə yox deyirik” mövzusunda keçirilən tədbirlərdə məktəblilərə narkotiklərin insan orqanizminə zərərli təsirləri barədə ətraflı məlumat verilmiş, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, pedaqoji işçilərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
Ötən dövrü ərzində rayon ərazisində fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhvi” üzrə komissiyaya daxil olmuş məktublara və icra vərəqələrinə baxılaraq, komissiya üzvləri tərəfindən müsadirə edilmiş narkotik maddələrin çəkisi, tərkibi, icra vərəqəsənin nömrəsi, tarixi aydınlaşdırılaraq komissiya üzvlərinin iştirakı ilə rayon Polis İdarəsinin həyətində xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişdir. Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanın iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara müraciətlər olunmuşdur. Aparılan işlərin daha da gücləndirilməsi üçün rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilmişdır.
Qeyd edirik ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 avqust tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində müvafiq sərəncamla “Az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhv edilməsi üzrə” komissiya formalaşdırılmış və fəaliyyəti təmin edilmişdir.
Rayon Fövqəladə Hallar Komissiyası il ərzində fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir.
2024-cü il ərzində Nəsimi rayonu xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayon Fövqəladə Hallar Komissiyası il ərzində məqsədyönlü tədbirlər həyata keçirilmiş, baş verən fövqəladə hallar təhlil olunaraq profilaktik istiqamətlər müəyyənləşdirilmişdir. Dövlət Yanğından Mühafizə Hissəsində və 19 №li Yanğından Mühafizə Bölməsində Şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, xidmətin təşkili və yanğınların söndürülməsi işinə nəzarət artırılmışdır.
Mülki-müdafiə işlərinin təşkilinə dair sənədlər vaxtı-vaxtında tərtib olunmuş, həyacan siqnalı üzrə əməkdaşların normativ vaxtda səfərbər olunması işi rübdə bir dəfədən az olmayaraq yerinə yetirilmişdir, onların ümümilli pasportlarla təmin olunması, MM çantalar ilə və ekipirovka ilə təmin edilməsi işləri görülmüşdür. Rayon ərazisində yerləşən mühüm əhəmiyyətlə və yanğın təhlükəli obyektlərdə vaxtaşırı taktiki təlim-məşğələlər təşkil edilmiş, həmin obyektlərdə yanğına qarşı rejimə əməl olunması üçün işçilərə səlahiyyətlərimiz çərçivəsində təlimatlar verilmişdir. Belə obyektlər üçün yanğınsöndürmə əməliyyat və kartoçkalarının işlənib hazırlanması yerinə yetirilmiş, rayon ərazisində olan yanğına qarşı su mənbələrinin daima saz vəziyyətdə saxlanilması məqsədilə Nəsimi rayon Sukanal idarəsi və FHN-nin müvafiq qurumları ilə birlikdə tədbirlər həyata keçirilmişdir.
Rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır. Yanvar, аprel, iyul, oktyabr aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar RİH Başçısının sərəncamları ilə rayon üzrə çağırış komissiyalarının tərkibi təsdiq olunmuş, çağırış müddətində komissiyaya lazımi şərait yaradılmış, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunmuşlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan göstəricilərə tam əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır.
2024-cü il ərzində RİHBA tərəfindən Nəsimi rayonunda fəaliyyət göstərən siyasi partiyalar, onların rayon təşkilatları, ictimai təşkilatlar, dini qurumlar barədə məlumatların toplanması, sistemləşdirilməsi və yeniləşməsi, RİH-nə olan müraciətlər əsasında yeni təşkilat və qurumların qeydə alınması, bu qurumlarla tanışlıq işləri aparılmışdır. Görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Dini etiqad azadlığı haqqında” Qanunlarına uyğun olaraq aparılır və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai Siyasi şöbəsindən alınan təlimat və tövsiyələrə uyğun həyata keçirilmiş, mütəmadi olaraq görülmüş işlər barədə hesabatlar hazırlanmış və məlumatlar verilmişdir. Təşkilatların iclas və yığıncaqlarında, keçirdikləri tədbirlərdə mütəmadi iştirak edilmişdir.
Respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində dövlət siyasəti bu gündə uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi və yüksək tolerantlıq mühitinin qorunması məqsədilə 19 yanvar 2024-cü il tarixdə 4270 nömrəli Sərəncama əsasən Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılmışdır.
Rayonun ərazisində 3 müsəlman icması - “Hacı Əjdərbəy” məscidi dini icması, “Məşədi Dadaş” məscidi dini icması və “Kərbəlayi Abdulla” məscidi dini icması, 3 yahudi icması - Dağ yəhudilərinin dini icması, Avropa yəhudilərinin dini icması və Gürcü yəhudilərinin dini icması, 3 xristiyan icması - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası qurumu, “Yeni Həyat” Xristian incil dini icması və Bakı şəhəri Bəhai dini icması fəaliyyət göstərir. Bütün dini icmalar dostluq və sülh şəraitində fəaliyyət göstərir, dini icmalar arasında heç bir qarşıdurma və ya problem olmur, rayonda tolerantlığ inkişaf edir, ənənəvi dinlərin normal və bərabər fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Rayonda 3 məscid, 3 sinaqoq, və 1 kilsə olmaqla 7 ibadət yeri fəaliyyət göstərir. Nəsimi rayonunda bu günədək 3 islami, 6-sı isə qeyri-islami olmaqla, 8 dini icma fəaliyyət göstərir. Yalnız bir məscidin (Kərbəlayi Abdulla) dini icması dövlət qeydiyyatından keçməmişdir və bunun ilə bağlı icma aidiyyati quruma müraciət etmişdir. Ümumilikdə rayonda dini durum sabitdir.
TV və qəzetlərin jurnalistləri ilə sıx əməkdaşlıq edilir, onlara rayon, onun müəssisə və təşkilatlarında gedən proseslər barədə vaxtaşırı məlumatlar verilir, keçirilən tədbirlərə dəvət olunurlar.
Qanunçuluq, аsayişin qorunması, vətəndaşların hüquq və azdlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlük və mülki müadifə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Hesabat ilində Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.
2024-cü il ərzində Nəsimi rayon İcra Hakimiyyətinə vətəndaşların 3356 ərizə və müraciəti daxil olmuşdur. 2023-cü ildə isə müraciətlərin sayı 3135 təşkil etmişdir. Vətəndaşların müraciətlərinə baxılması, əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılmış, mütəmadi olaraq ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlillər göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmir, sosial müdafiə məsələləri üzrə ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 76,0%-ni təşkil etmişdir.
İl ərzində şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının müraciətləri daim nəzarətdə saxlanılmışdır. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.06.2021-ci il tarixli 1380 saylı Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülmüşdür.
Nəsimi rayonunda qeydiyyatda olan 11 şəhid ailəsi və 6 Vətən müharibəsi əlili Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə mənzil növbəsinə götürülmüşdür. Növbədə olan 3 şəhid ailəsi və 9 Vətən müharibəsi əlili mənzillə təmin olunmuşdur. RİH-nin təşkılatçılığı ilə şəhid ailəllərinə müavinətlərin verilməsi, yardımların göstərilməsi davam etdirilmişdir.
Əhalinin aztəminatlı təbəqəsi ilə bağlı dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər davam etdirilmiş, mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitinin yaxşılaşdırılması, müalicə-sağlamlıq məsələləri ilə bağlı köməkliklər göstərilmişdir.
Rayon ərazisində abadlıq və quruculuq işlərinin aparılması, küçə və məhəllədaxili yolların, kommunikasiya xəttlərinin təmiri, həyətlərin abadlaşdırılması, əhalini narahat edən bir sıra məsələlər üzrə, xüsusilə kommunal məsələlər, o cümlədən enerji, qaz, su və kanalizasiya ilə bağlı müraciətlərin həlli diqqət mərkəzində saxlanılmışdır.
Qəbulların gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsi istiqamətində həyata keçirdikləri tədbirlər nəticəsində əldə olunan uğurlar, ölkəmizin daha da qüdrətlənməsi, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər hədsiz qurur hissləri ilə xüsusi vurğulanmışdır. Sakinlər Nəsimi rayonunda aparılan abadlıq quruculuq işlərindən razı qaldıqlarını və görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrasına yönəlmiş tədbirlər çərçivəsində çoxçaxəli işlər həyata keçirilmiş, Nəsimi rayonu ərazisində COP-29 tədbirinə hazırlıqla bağlı genişmiqyaslı abadlıq-quruculuq işləri aparılması, xüsusilə sakinlərin müraciətlərinin bu işlərin aparılmasında nəzərə alınması diqqət mərkəzində saxlanılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” ictimai birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonda “Bizim həyət” və Rayon İcra Hakimiyyəti tərəfindən “Abad həyət” layihələri çərçivəsində Bakıxanov küçəsi 42, Moskva prospekti 66, 70, 72, Cavadxan küçəsi 21, 26, 30, 34, 36, 38, H.B.Əliyev küçəsi 6, Mirəli Qaşqay küçəsi 24 ünvanlarda genişmiqyaslı yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir. Müraciətlərdə qaldırılan məsələlərə uyğun olaraq rayon ərazisində binaların fasadlarının, dam və ümumi istifadə sahələrinin, məhəllədaxili yolların, piyada səkilərinin, işıqlandırma sistemlərinin təmiri, yaşıllıqların salınması istiqamətində irihəcmli işlər görülmüşdür.
Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və quruculuq, ərazilərin yenidənqurulması işləri, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir. Yararsız mənzil-məişət şəraitində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Nəsimi rayonu ərazisindəki “Kubinka”, “Papanin” adı ilə tanınan yaşayış məntəqlərində yeni yaşayış binalarının inşa edilməsi layihələrinin icrası 2024-cü ildə də davam etdirilmişdir.
Təkrar və kollektiv müraciətlər rayon İcra Hakimiyyətində təhlil edilmiş və həlli mümkün məsələlər, xüsusilə haqlı narazılıqlara səbəb olan halların aradan qaldırılması məsələləri nəzarətdə saxlanmaqla zəruri tədbirlər görülmüşdür. Bir sıra hallarda müraciətləri ilə bağlı əsaslandırılmış cavablar verilməsinə baxmayaraq vətəndaşlar təkrar müraciətlər etməkdə davam etmişlər. Vətəndaş Əsədov Kamran Azər oğlu, Əliyev Məhəmməd Yusif oğlu, Lazımov Tahir Müdhəd oğlu mənzil ilə təmin olunmaları barədə təkrar müraciətlər etmişlər. Vətəndaş Əhmədov Həbib Nazim oğlunun əmlak mübahisəsi ilə bağlı iddiaları məhkəmə instansiyaları tərəfindən təmin edilməmiş, lakin buna baxmayaraq o, 2024-cü ildə də çoxsaylı təkrar müraciətlər etmişdir.
İl ərzində vətəndaş müraciətlərinə, xüsusilə şikayət xarakterli məsələlərə baxılması nəzarətdə saxlanmış və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür.
Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin 2025-ci ildə vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytına yerləşdirilmişdir.
Bildiririk ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Rəqəmsal İcra Haakimiyyəti portalı vasitəsilə vətəndaşların ərizə, şikayət və qəbul məsələləri ilə bağlı müraciətləri cavalandırılmış, e.iştirakçılıq bölməsi vasitəsilə rayon ərazisində görüləcək abadlıq-quruculuq və yenidənqurma işlərində vətəndaşların iştirakı təmin olunmuşdur. 01.04.2024-cü il tarixdən Nəsimi rayon İcra Hakimiyyəti başçısı Aparatı və Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər elektron sənəd dövriyyəsi altsisteminə qoşulmuşdur.
Vətəndaşların qəbulu, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Yerlərdə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanılmış, müəyyən olunmuş ünvanlar üzrə 26 səyyar qəbul keçirilmişdir. Qəbullarda 3 minə qədər sakin iştirak etmiş, 271 vətəndaşın müraciəti dinlənilmişdir. Müraciətlər əsasən həyətlərin və binaların ababdlaşdırılması, binalarda dam, zirzəmi, ümumi giriş sahələrinin təmiri, qəzalı və kəskin qəzalı, istismar müddəti bitmiş yaşayış üçün yararsız vəziyyətdə olan binaların sökülərək yeni yaşayış sahələrinin salınması, işıqlandırma, asfalt örtüyünün təmiri, mənzil və iş ilə təmin, yaşıllıqlarla və s. məsələlərlə bağlı olmuşdur. Qaldırılan məsələlərin həlli ilə bağlı binaların dam, zirzəmi, eyvan, həyətyanı və digər ümumi istifadə sahələrində tədbirlər görülmüş, sakinlərə görüləcək işlər barədə izahatlar, bununla yanaşı mütəmadi olaraq vətəndaş məmnunluğunun artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon İcra Hakimiyyətinə “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumatlar verilmişdir.
Vətəndaşların qəbulu, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsi, irəli sürülən müraciətlərə operativ baxılması və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Yerlərdə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanmışdır. 2024-cü ilin yanvar ayından başlayaraq hər ay müəyyən olunmuş qrafik üzrə rayon ərazisində 26 səyyar qəbul keçirilmişdir.
07.01.2024-cü il tarixində 1-ci mkr. A.Məhərrəmov küşəsi 72 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 75 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
10.01.2024-cü il tarixində Moskva pr.66 ünvanında (həyət) Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 55 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
16.01.2024-cü tarixində “Central Park” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 90 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
23.01.2024-cü il tarixində 268 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
02.02.2024-cü il tarixində Cavadxan küçəsi 21 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 80 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
14.02.2024-cü il tarixində 35 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 180 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
20.02.2024-cü il tarixində “Winter Park” Hoteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 18 nəfərin müraciəti dinlənilmişdir.
23.02.2024-cü il tarixində 247 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 110 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
01.03.2024-cü il tarixində Cavadxan küçəsi 36 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 40 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.
05.03.2024-cü il tarixində 42 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 160 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
12.03.2024-cü il tarixində 44 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 130 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
15.03.2024-cü il tarixində 159 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 160 nəfər iştirak etmiş, 15 nəfərin müraciəti dinlənilmişdir.
02.04.2024-cü il tarixində Cavadxan küçəsi 19 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 40 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
05.04.2024-cü il tarixində Mirəli Qaşqay küçəsi 24 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 85 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
06.05.2024-cü il tarixində MKTB-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 40 nəfər iştirak etmiş, 10 nəfərin müraciəti dinlənilmişdir.
08.05.2024-cü il tarixində “World Business Center” oteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 7 nəfərin müraciəti dinlənilmişdir.
14.05.2024-cü il tarixində H.B.Əliyev küçəsi 9, 11, 15, 17 saylı binaların əhatəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 60 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
17.05.2024-cü il tarixində Cavadxan küçəsi 36 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
01.06.2024-cü il tarixində C.Səlimov küçəsi 7 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 50 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
04.06.2024-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 190 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmişdir.
07.06.2024-cü il tarixində 8 nömrəli tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 80 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
12.06.2024-cü il tarixində Moskva pr.66 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 60 nəfər iştirak etmiş, 12 nəfərin müraciəti dinlənilmişdir.
02.07.2024-cü il tarixində Moskva pr.46 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 60 nəfər iştirak etmiş, 13 nəfərin müraciəti dinlənilmişdir.
05.07.2024-cü il tarixində S.Vurğun küçəsi 112 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 100 nəfər iştirak etmiş, 11 nəfərin müraciəti dinlənilmişdir.
09.07.2024-cü il tarixində A.Məhərrəmov küçəsi 68 ünvanında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 9 nəfərin müraciəti dinlənilmişdir.
12.07.2024-cü il tarixində “Winter Park” Hoteldə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbulu təşkil olunmuşdur. Qəbulda 70 nəfər iştirak etmiş, 8 nəfərin müraciəti dinlənilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının Aparatı üzrə sənədlər daimi fəaliyyət göstərən “Sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyası” tərəfindən ekspertizadan keçirilərək 2019-cu ilin daimi saxlanılan sənədləri seçilib qaydaya salınmış və mühafizə olunması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. 2019-cu və 2021-ci illər üzrə saxlama müddəti başa çatmış, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlər məhv edilməsi üçün ayrılmışdır.
İl ərzində mütəmadi olaraq rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasları keçirilmiş, rayon İcra Hakimiyyətinin 2024-cü il üçün təsdiq olunmuş tədbirlər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən rayonun sosial-iqtisadi inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.