Bakıxanov 42 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Qeyd edək ki, hazırlanmış “Bizim Həyət” layihəsi çərçivəsində Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı ünvanda yerləşən 17 girişli 5 mərtəbəli binanı əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir. Həyətdə kök üstə qurumuş təhlükəli ağaclar ərazidən çıxarılılıb, budanma təmizlik işləri aparılıb. Qanunsuz hasara alınmış çəpərlər sökülərək əhalinin ümumi istifadəsinə verilibdir. Həyətdə torpaq işləri də görülüb. Bu ünvanda binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, binanın yağış suları axıdan boru və navalçaları, eyni zamanda giriş qapı və pəncərələri dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənibdir.
Həyətdə yeni suvarma və işıqlanma sistemləri çəkilib. tamet-bardur daşlarının vurulub. Hal hazırda həyətdə şahmat, mini futbol meydançasının yaradılması, uşaq oyun elementilərinin, müxtəlif funksiyalı turniklərin, idman fitnes alətlərinin quraşdırılması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar və oturacaqların qoyulması, eyni zamanda mühafizə kameralarının quraşdırılması işləri davam edir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.