Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov 42 saylı ünvanda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

05 dekabr 2023 | 10:02

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Qeyd edək ki, hazırlanmış  “Bizim Həyət” layihəsi çərçivəsində  Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı ünvanda yerləşən 17 girişli 5 mərtəbəli binanı əhatə edən  həyətyanı sahədə abadlıq-quruculuq başa çatmaq üzrədir.  Həyətdə kök üstə qurumuş təhlükəli ağaclar ərazidən çıxarılılıb, budanma təmizlik işləri aparılıb. Qanunsuz hasara alınmış çəpərlər sökülərək  əhalinin ümumi istifadəsinə verilibdir. Həyətdə torpaq işləri də görülüb. Bu ünvanda  binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, binanın yağış suları axıdan boru və navalçaları, eyni zamanda  giriş qapı və pəncərələri dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənibdir.

Həyətdə yeni suvarma və işıqlanma sistemləri çəkilib. tamet-bardur daşlarının vurulub. Həyətdə şahmat, mini  futbol meydançasının yaradılıb,  uşaq  oyun elementiləri, müxtəlif funksiyalı  idman turnikləri, idman fitnes alətləri, quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar və oturacaqlar qoyulub.

Hal hazırda həyətdə  asfalt və qazon örtüyünün vurulması, mühafizə kameralarının quraşdırması işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər