Bakıxanov küçəsi 26 ünvanında aparılan abadlıq işləri başa çatmaq üzrədir.
21 iyun 2025 | 14:47
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Həyata keçirilən tədbirlər çərçivəsində rayonun Bakıxanov küçəsi 26 saylı ünvanda yerləşən yaşayış binasının fasadında təmir-bərpa işləri aparılır. Binanın fasadının üzlük daşları, memarlıq elementləri yenilənir, qəzalı vəziyyətdə olan eyvanları bərpa olunur.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.