Bakıxanov küçəsi Sevil Qazıyeva parkında cari təmir işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda eyni zamanda abad həyətlərdə, yol kənarındakı istinad divarlarında əsaslı və cari təmir işləri aparılıb.
Aparılan abadlıq və cari təmir işləri zamanı Baklxanov küçəsi Sevil Qazıyeva parkında cari təmir işləri aparılıb. Təmir zamanı yarasız vəziyyətdəolan pilləkən və səkilərdə sınmış tamet və aqlay daşları bərpa edilib, oturacaqlar təmir edilib rənglənib, eyni zamanda sanitar təmizlik tədbirləri görülüb.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.