Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov küçəsində yerləşən parkda cari təmir işləri aparılır.

11 fevral 2025 | 11:24

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Görülən işlər çərçivəsində Bakıxanov küçəsində yerləşən parkda pilləkən, səki və istinad divarlarının qranit və aqlay üzlüklərin yararsız halda olan hissələri bərpa olunur, oturacaqlar cari təmir edilərək rənglənir, ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilir, fəvvarə yuyularaq təmizlənib.  

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Keçidlər