Binaların girişində profilaktik dezinfeksiya tədbirləri aparılmışdır.
Rayon ərazisində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla yanaşı, mütamadi olaraq kompleks tədbirlər və dezinfeksiya işləri aparılır.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafı, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin ətrafı mütamadi olaraq zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiya işləri həyata keçirilir.
Bu kimi təmizlik-dezinfeksiya tədbirləri rayonun park və istirahət bağlarında, binalarda, abad həyətlərdə təmizliyin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər də davam etdirilir.
Belə ki, səyyar qəbullar zamanı sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində bəzi binaların ümumi istifadə yerlərində, girişlərdə, zirzəmələrdə sanitar təmizlik dezinfeksiya işləri aparılmış, müxtəlif infeksiya yarada biləcək təhlükənin qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər görülmüşdür.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında mütamadi olaraq işlər davam etdirilir.