Şriftin ölçüsü :

Saytın rəngi :

Binaların girişində profilaktik dezinfeksiya tədbirləri aparılmışdır.

17 avqust 2024 | 11:31

Rayon ərazisində sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla yanaşı, mütamadi olaraq kompleks tədbirlər və dezinfeksiya işləri aparılır.

Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin ətrafı mütamadi olaraq zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiya işləri həyata keçirilir.

Bu kimi təmizlik-dezinfeksiya tədbirləri rayonun park və istirahət bağlarında, binalarda, abad həyətlərdə  təmizliyin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər də davam etdirilir.

Qey edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində bəzi binaların ümumi istifadə yerlərində, girişlərdə, zirzəmələrdə sanitar təmizlik dezinfeksiya işləri aparılmış, müxtəlif infeksiya yarada biləcək təhlükənin qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər görülmüşdür.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  mütamadi olaraq işlər davam etdirilir.

 

Keçidlər