BIR QRUP ŞƏHID AILƏSI ÜZVÜLƏRI ÜMRƏ ZIYARƏTINƏ YOLA SALINDI.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Müraciətləri nəzərə alınaraq, rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu qrupda 13 nəfərin ziyarətə yola salınması nəzərdə tutulsada son gündə 1 nəfər şəhid ailə üzvü müəyyən səbəblərdən gedə bilməmişdir.
7 gün ərzində zəvvarlar Məkkə və Mədinə şəhərlərini ziyarət edərək müxtəlif dini ayinləri yerinə yetirəcəklər
Yaxın vaxtlarda digər şəhid ailə üzvlərinin və qazilərin də istəkləri nəzərə alınaraq ziyarətə yola salınmaları üçün rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməkliklər göstəriləcəkdir.
Zəvvarlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.