Şriftin ölçüsü :

Saytın rəngi :

BSU-da  “Azərbaycanşünaslığın aktual problemləri” XIII Beynəlxalq elmi-praktik konfransı keçirildi.

05 may 2022 | 11:45

Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans keçirildi.

Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiya Azərbaycan Elm və Mədəniyyət  Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor Azər Kərimov, BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Konfransın açılış mərasimində öncə Azərbaycan Rerpublikasının dövlət himni səsləndirilib. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi yolunda, Vətən uğrunda canını fəda edən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Vətən müharibəsi zamanı qazanılmış Zəfərin təməlinin İkinci Qarabağ savaşından xeyli öncə, ötən əsrin 90-cı illərindən Ümummilli lider Heydər Əliyevin müdrik inkişaf strategiyası əsasında qurulduğunu bildirib. O, 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında tarixi Zəfər münasibətilə xalqa müraciət edən Ali Baş Komandan İlham Əliyevin “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” sözlərini xatırladaraq,  Qarabağın, Şuşanın və bütün işğal olunmuş torpaqlarımızın azad olunmasının ulu öndər Heydər Əliyevin öz siyasi varisinə tarixi vəsiyyəti olduğunu və bunun Prezident İlham Əliyev tərəfindən reallaşdırıldığını vurğulayıb. Ümummilli liderin təhsil siyasətinin bu gün islahatların zəruriliyinə önəmli diqqət yetirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran rektor Anar Nağıyev  müasir Azərbaycanda təhsilin müxtəlif pillələri üzrə qanunvericilik bazasının formalaşdığını bildirib. O, Ümummilli liderin ideyalarının daim yaşadığını, onun irəli sürdüyü azərbaycançılıq məfkurəsinin dərindən öyrənildiyini, Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bu konfransın ənənəvi olaraq 13-cü dəfə keçirildiyini vurğulayıb. Rektor bütün konfrans iştirakçılarına uğurlar arzulayıb.

Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin gərgin ictimai-siyasi dövrdə xalqın tələbi ilə hakimiyyətə gəldiyini, Azərbaycana rəhbərlik etdiyi dövrdə onun müdrik siyasəti nəticəsində xalqın özünüdərkində çox böyük rolu olduğunu bildirib. Ümummilli liderin əsasını qoyduğu strategiyanın davamı olaraq, bütün sahələrdə, həmçinin prioritet istiqamətlərdən biri olan təhsil sahəsində aparılan islahatlara toxunub. Prezident İlham Əliyev tərəfindən bu strategiyanın davam etdirildiyini nəzərə çatdırıb. Asif Əsgərov Ulu Öndərin irəli sürdüyü azərbaycançılığın təməlində xalqın sevgisinin durduğunu qeyd edib. Məhz bu səbəbdən azərbaycançılıq mövzusuna, prinsipinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, konfransın işinə uğurlar arzulayıb.

Çexiya Azərbaycan Elm və Mədəniyyət  Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor Azər Kərimov, BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, “İki sahil” qəzetinin baş redaktoru, BSU-nun “Jurnalistika” kafedrasının müdiri, professor  Vüqar Rəhimzadə, filologiya elmləri doktoru, professor Leyla İmaməliyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər, bütün sahələrdə, o cümlədən təhsil sahəsində ulu öndərin həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. BSU-da hər il keçirilən bu konfransın Azərbaycan elm aləmində ənənəyə çevrildiyini vurğulayaraq, qoyulan hər bir mövzunun arxasında yeni baxış və yeni nəzəriyyə dayandığını qeyd ediblər.

Konfransa onlayn olaraq qoşulan Tambov Dövlət Texniki Universitetinin dosenti, filologiya elmləri namizədi Nemtsova Nadejda Mixaylovna Azərbaycana, o cümlədən BSU-nun professor-müəllim heyəti və tələbələrinə salamlarını çatdırıb. O, bu əhəmiyyətli konfransda iştirakından  məmmnunluğunu  ifadə edib.

Konfransa AMEA-nın nəzdində fəaliyyət göstərən insititular, müxtəlif universitetlər, o cümlədən, Rusiya, Qazaxıstan, Ukrayna universitetlərindən, ümumilikdə, 169 məqalə qəbul olunub.

Konfransın bölmə iclaslarında yerli və xarici alimlərin “Ulu Öndər  Heydər  Əliyev və  Azərbaycançılıq məfkurəsi”, “”Qarabağ Azərbaycandır!” çağırışı müasir elmi, elmi-publisistik və ictimai-siyasi diskursun predmeti kimi”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “Azərbaycanşünaslıq və  filologiya  məsələləri” və digər mövzularında məruzələri dinlənilib.

 

Keçidlər