Şriftin ölçüsü :

Saytın rəngi :

BU GÜN RAMAZAN BAYRAMIDIR

10 aprel 2024 | 08:36

Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir. Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc tuturlar. Orucluq təzə Ayın göründüyü andan başlanır və 29-30 gün davam edir.

Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.

Ramazan bayramı hər bir müsəlmanın böyük həvəslə gözlədiyi dini bayramlardan biridir. Bu bayrama Azərbaycanda da böyük maraq vardır. Müsəlman dünyasında Ramazan “Ayların sultanı” olaraq da adlandırılır. Xüsusilə ailələrin bir ay boyunca sevərək oruc tutması, qohumların bir-birinin evinə gedib bayramlaşması, uşaqlara hədiyyələr alınması kimi gözəl ənənələri gətirən Ramazanı məhz bu xüsusiyyətlərinə görə sevirlər.

Əziz müsəlman qardaş və bacılar !

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti başda Şəhid və qazi ailələri olmaqla rayon ictimaiyyətini və bütün xalqımızı bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, sağlıq, xoşbəxtlik və uğur dolu günlər arzulayır.

Bu mübarək gündə ürəyinizi hüzur və xoşbəxtliklə doldurmaq niyyəti ilə, Ramazan bayramınız mübarək!

Keçidlər