Cavadxan 23 a və 19 saylı ünvanlarda binaların fasadında aparılan əsaslı təmir işləri davam etdirilir.
“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda da binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmiri işləri davam etdirilir.
Rayonun Cavadxan 23 a və 19 saylı ünvanlarında yerləşən yaşayış binalarının fasadlarında başlanılan təmir-bərpa işləri davam etdirilir, yağış suları axıdan boru və navalçalar dəyişdirilir, binanın fasadı yeni görkəmə gətirilir.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.