Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan 26, 28, 30, 32 saylı binaları əhatə edən məhəllədaxili yollarda asfaltlaşma işləri aparılıb.

06 iyun 2023 | 10:11

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri və yararsız vəziyyətə düşmüş məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmir olunması ilə bağlı müvafiq tövsiyyələr verilmişdir.

Qeyd edək ki, Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri aparılır. Eyni zamanda Cavadxan küçəsi 26, 28, 30, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarını əhatə edən yararsız vəziyyətə düşmüş məhəllədaxili yollara yeni asfalt örtüyü vurulmuşdur.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər