Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan 28,32 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir.

22 may 2023 | 10:03

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri aparılır.

 Qeyd edək ki, Cavadxan küçəsi 28, 32  saylı ümumi yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıda boru və navalçalar dəyişdirilib. Həyətdə istinad divarları hörülərək aqlay daşla üzlənib, bardür və tamet daşları düzülüb. Binanın giriş blokları təmir edilib, qapı və pəncərələri yeniləri ilə əvəz olunub.

Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib. Həyətə yeni su və işıqlandırma xətləri çəkilib. Təhlükəsizlik kameraları quraşdırılıb.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, və oturacaqlar quraşdırılıb. Hal hazırda binanın həyətində yaşıllıqların bərpası, yeni qazon və asfalt örtüyünün vurulması işləri aparılır, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının  və avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri davam edir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər