Cavadxan 28,32 saylı ünvanlarda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri aparılır.
Qeyd edək ki, Cavadxan küçəsi 28, 32 saylı ümumi yaşayış binaların fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıda boru və navalçalar dəyişdirilib. Həyətdə istinad divarları hörülərək aqlay daşla üzlənib, bardür və tamet daşları düzülüb. Binanın giriş blokları təmir edilib, qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib. Həyətə yeni su və işıqlandırma xətləri çəkilib. Təhlükəsizlik kameraları quraşdırılıb.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, idman qurğuları quraşdırılıb. Binanın həyətində yaşıllıqlar bərpa olunub, yeni qazon və asfalt örtüyü vurulub, avtomabillərin saxlanılması üçün xüsusi yerlər ayrılıb. İşlər yekunlaşmaq üzrədir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.