Cavadxan 28,32 saylı ünvanlarda yenidənqurma işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 28, 32 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.
Cavadxan küçəsi 28, 32 saylı ümumi yaşayış binaların fasadında və istinad divarlarında əsaslı təmir işləri aparılıb. Eyni zamanda binaların dam örtüyü əsaslı təmir edilib, yağış suları axıda boru və navalçalar dəyişdirilib, binanın giriş blokları təmir edilərək, qapı və pəncərələrin yeniləri ilə əvəz olunub. Həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, qanunsuz hasara alınmış çəpərlər sökülərək ərazilər sakinlərin ümumi istifadəsinə verilib.
Qeyd edək ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin quraşdırılması, yeni asfalt örtüyünün vurulması, eyni zamanda avtomabillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri nəzərdə tutulub.
Hal-hazırda həyətdə torpaq işləri görülür, bardur, tamet daşları və qazon örtüyü vurulur, yeni işıqlandırma sistemi çəkilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.