Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan 32, 36 və H.B.Əliyev küçəsi 6/8 saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq-quruculuq işləri davam edir.

20 noyabr 2023 | 11:27

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan 32, 36 saylı və H.B Əliyev 6/8 saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir. Həyətdə hasara alınmış ərazilər sökülərək sakinlərin ümumi istifadəsinə verilib, kök üstdə qurumuş ağaclar təmizlənərək  ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb.

Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binaların fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binaların  giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub, giriş pilləkənləri aqlay daşla üzlənib.

Eyni zamanda həyətdə suvarma və işıqlandırma sistemləri  çəkilib, təhlükəsizlik kameraları quraşdırılıb,  avtomobillərin saxlanılması üçün xüsusi yerlər ayrılıb, əlil və uşaq  arabalarının hərəkəti üçün panduslar yaradılıb. Həyətdə  istinad divarları və pilləkənlər tikilib, tamet-bardur  daşları vurulub, mövcud pilləkənlər əsaslı təmir olunub, aqlay daşla üzlənilib,  kiçik tullantılar üçün urnalar qoyulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri və idman qurğuları quraşdırılıb.

 Hal hazırda həyətdə yaşıllaşdırma işləri aparılır, qazon və asfalt örtüyünün vurulması  işləri nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər