Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 19 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.

22 mart 2024 | 10:07

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 19  saylı binada və  həyətyanı  sahədə abadlıq quruculuq işlərinə başlanılıb.

Hazırlanmış  layihəyə uyğun olaraq ümumi yaşayış binasının  fasadında və dam örtüyündə əsaslı təmir işlərinə başlanılıb. Həyətdə hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilir, təhlükəli vəziyyətdə olan qurumuş ağaclar budanaraq ərazidən çıxarılması işləri aparılır.

Qeyd edək ki, binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkənlərinin təmir olunması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işlərinə də başlanılıb.  

Eyni zamanda həyətdə tamet bardur daşlarının vurulması, yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin  çəkilməsi və təhlükəsizlik kamerlarının quraşdılrılması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah,  oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri da nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər