Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 21 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.

26 yanvar 2024 | 10:42

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 21 saylı ünvanda abadlıq quruculuq işlərinə başlanılıb.

Hazırlanmış  layihəyə uyğun olaraq Cavadxan küçəsi 21 saylı ünvanın həyətyanı sahəsində, ümumi yaşayış binanın fasadında və dam örtüyündə əsaslı təmir işlərinə başlanmışdır. Həyətdə hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilib.

Eyni zamanda binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkənlərinin təmir olunması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması,  həyətdə tamet bardur daşlarının vurulması, yaşıllaşdırma işlərinin görülməsi, yeni suvarma və işıqlandırma sistemlərinin  çəkilməsi, təhlükəsizlik kamerlarının quraşdılrılması  işləri də nəzərdə tutulubdur.

Qeyd edək ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah,  oturacaqlar və müxtəlif növ uşaq- oyun elementlərinin  quraşdırılması da nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər