Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 26,30 saylı ünvanlarında aparılan abadlıq-quruculuq işləri davam edir.

07 avqust 2023 | 10:54

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 26, 30 saylı ünvanlarında yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.

Qeyd edək ki, həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək  ərazidən çıxarılıb,  budanma təmizlik işləri aparılıb.

Nəzərdə tutulmuş işlər çərçivəsində  ümumi yaşayış binalarının giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Binaların giriş pilləkənlərində,  fasadında və dam örtüyündə əsaslı təmir işləri, eyni zamanda  yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri  də davam etdirilir.

Həyətdə  torpaq və yeni tamet-bardur  daşlarının vurulması işləri davam edir. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması işləri aparılır.

Binaları əhatə edən  sahədə  yeni su və işıqlandırma sistemlərinin  çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması, yeni  asfalt örtüyünün və qazon örtüyünün vurulması  işləri də  nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər