Cavadxan küçəsi 34 və 38 saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 34 və 38 saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq quruculuq işləri davam etdirilir.
“Abad həyət “ layihəsi çərçivəsində ümumi yaşayış binalarının fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılmış, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Hal-hazırda həyətdə tamet, bardür daşları vurulur, istinad divarları hörülür və torpaq işləri görülür.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması, yaşıllaşdırma, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi işləri aparılır, təhlükəsizlik kamerlarının quraşdılması işləri nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq - quruculuq, yenidənqurma işləri davam etdirilir.