Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 34 və 38 saylı binaların həyətyanı sahəsində yaşıllaşdırma işləri aparılır.

22 iyul 2024 | 10:29

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 34 və 38  saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq quruculuq işləri davam etdirilir.

Rayon ərazisində ətraf mühitin mühafizəsi yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması üçün mütəmadi işlər aparılır.

“Abad həyət “ layihəsi çərçivəsində Cavadxan küçəsi 34 və 38 saylı ünvanda ümumi yaşayış binalarının  həyətyanı sahəsində ağaclar budanaraq ərazidən çıxarılıb, yeni qazon örtüyü salınır, yaşıllıqlar bərpa edilir, eyni zamanda yeni ağacların və mövsümi kolların əkilməsi nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq - quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər