Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 34 və 38 saylı ünvanda aparılan abadlıq-quruculuq işləri yekunlaşır.

29 iyul 2024 | 10:32

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 34 və 38  saylı binaların əhatəsində yerləşən həyətdə aparılan abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

 “Abad həyət “ layihəsi çərçivəsində ümumi yaşayış binalarının  fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın giriş pilləkənləri aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub. Həyətdə kök üstə qurumuş ağaclar ərazidən çıxarılıb, yeni işıqlandırma, suvarma sistemi  çəkilib, istinad divarları hörülüb, asfalt örtüyünün vurulması işləri aparılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, idman qurğuları, eyni zamanda həyətdə təhlükəsizlik kamerları quraşdılıb.

Hal-hazırda qazon örüyünün vurulması, yeni ağacların, kolların və mövsümi gül- çiçəklərin əkilməsi işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq - quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər