Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 34 və 38 saylı ünvanda son tamamlanma işləri aparılır.

15 iyul 2024 | 10:48

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 34 və 38 saylı binaların əhatəsində yerləşən həyətdə son tamamlanma işləri aparılır.

“Abad həyət “ layihəsi çərçivəsində ümumi yaşayış binalarının  fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın giriş pilləkənləri aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub. Həyətdə kök üstə qurumuş ağaclar ərazidən çıxarılıb, yeni işıqlandırma, suvarma sistemi  çəkilib, istinad divarları hörülüb, asfalt örtüyünün vurulması işləri də aparılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri aparılıb

Hal-hazırda torpaq işləri görülür, tamet, bardür daşlarının vurulması, qazon, yaşıllaşdırma və  təhlükəsizlik kamerlarının quraşdılması işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq - quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər