Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq quruculuq işləri davam etdirilir.
Hazırlanmış layihəyə uyğun həyətdə hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilib, təhlükəli vəziyyətdə olan qurumuş ağaclar budanaraq ərazidən çıxarılıb.
Qeyd edək ki, hər iki binanın dam örtüyü, yağış suları axıdan boru və navalçaları dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.
Hal-hazırda istinad divarları aqlay daşla üzlənir.
Eyni zamanda həyətdə tamet bardur daşlarının vurulması, yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi və təhlükəsizlik kamerlarının quraşdırılması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq- oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri da nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.