Şriftin ölçüsü :

Saytın rəngi :

Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.

12 aprel 2024 | 10:06

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 36 və H.B.Əliyev küçəsi 6 saylı binaların əhatəsində yerləşən həyətdə aparılan abadlıq quruculuq işləri davam etdirilir.

Hazırlanmış  layihəyə uyğun həyətdə hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilib, təhlükəli vəziyyətdə olan köküstə qurumuş ağaclar budanaraq ərazidən çıxarılıb.

Hər iki binanın dam örtüyü, yağış suları axıdan boru və navalçaları dəyişdirilib, giriş pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah quraşdırılıb.

Hal-hazırda tamet, bardür daşları vurulur, yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin  çəkilir, həyətdə torpaq işləri görülür.  Eyni zamanda oturacaqlar, müxtəlif növ uşaq- oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri də aparılır

Həyətdə yeni asfalt örtüyünün vurulması, təhlükəsizlik kamerlarının quraşdırılması işləri də nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər