Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlil Məmmədquluzadə 99 saylı binanın fasadında təmir-bərpa işlərinə başlanılıb.

08 aprel 2024 | 11:10

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Cəlil Məmmədquluzadə  99  saylı binada təmir-bərpa  işlərinə başlanılıb.

Hazırlanmış  layihəyə uyğun olaraq yaşayış binasının  fasadında, eyvanlarında və dam örtüyündə əsaslı təmir işlərinə başlanılıb.

Eyni zamanda  binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkənlərinin təmir-bərpa olunması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işləri nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

 

Keçidlər