Cəlil Məmmədquluzadə küçəsi boyu yollarda təmir-bərpa işləri aparılıb.
06 avqust 2022 | 11:48
Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun, Cəlil Məmmədquluzadə küçəsi boyu yollara yeni asfalt örtüyü vurulub, yeni bardürlər qoyulub, piyada səkilərdə təmir-bərpa işləri aparılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.