Ceyhun Səlimov küçəsi 7 saylı binanın həyətyanı sahəsində abadlıq-quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Ceyhun Səlimov küçəsi 7 saylı binanın həyətyanı sahədə abadlıq quruculuq işlərinə başlanılıb.
Hazırlanmış “Bizim həyət “ layihəsi çərçivəsində uyğun olaraq ümumi yaşayış binasının fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılmış, yağış suları axıdan boru və navalçalar dəyişdirilmiş, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunmuş, giriş bloklarında əsaslı təmir işləri aparılmışdır.
Qeyd edək ki, həyətdə hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə verilmiş, təhlükəli vəziyyətdə olan qurumuş ağaclar budanaraq ərazidən çıxarılmışdır.
Hal-hazırda həyətyanı sahədə abadlıq quruculuq işləri davam etdirilir. Həyətdə tamet bardur daşlarının vurulması, istinad divarlarının bərpası və yaşıllaşdırma işlərinə başlanılıb.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi və təhlükəsizlik kamerlarının quraşdılrılması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.