“Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Gürcüstan Respublikasında fəaliyyət göstərən “Basti Bubu” uşaq kollektivi arasında artıq neçə ildir ki, dostluq əlaqələri var. Belə ki, 2017-ci ildə “Basti Bubu” uşaq kollektivi təşkilatçılığı ilə Bakı şəhərində “Dostluq körpüsü” adlı möhtəşəm tədbir həyata keçirilmişdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi. Tədbirdə hər iki mərkəzin bədii kollektivləri gözəl mahnıları və maraqlı süjeti ilə seçilən rəngarəng rəqsləri ilə böyük konsert proqramı təqdim etdilər.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri, şəhid ailələrinin və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Təhsil Nazirliyinin məsul əməkdaşı Qeyrət Şirəliyev, Ayla Həsənova çıxış edərək belə tədbirlərin Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışdılar.