Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 739 nömrəli 23 noyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, o cümlədən Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı təlim keçirilmişdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 24.12.2024-cü il tarixdə keçirilən təlimdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər. Qeyd edirik ki, təlimdə verilən tapşırıqlar və tövsiyələrlə bağlı Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirənşəxslərin iştirakı ilə növbəti təlim keçirilmiş, qiymətləndirilmənin nəticəsinə əsasən dövlət qulluqçusu barəsində tətbiq edilməsi nəzərdə tutulan tədbirlərin istiqamətləri, həmçinin qanunvericiliyə uyğun olaraq dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi və digər tədbirlərin görülməsi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.