Şriftin ölçüsü :

Saytın rəngi :

Ətraf mühitə təhlükə törədən ağacların kəsilməsi və budanılması işləri aparılmışdır.

24 yanvar 2023 | 10:33

Paytaxtın mərkəzi küçə və prospektlərində həddindən artıq boy atmış və ya qol-budaq atmış ağacların budanması işlərini həyata keçirilib. Budama işləri mövsümündə həyata keçirilir.  Beləliklə bəzi ağacların budaqları həddindən artıq aşağı əyilməsi səbəbindən  insanların hərəkətinə, avtomobillərin hərəkətinə, park edilməsinə də mane  olur.

Nəsimi rayonunda bir çox ərazilərində, o cümlədən mərkəzi küçə və prospektlərdə uzun illər ərzində quruyaraq insan həyatına, ümumiyyətlə ətraf mühitə təhlükə törədən ağacların qurumuş budaqlarının kəsilməsi, budanılması işləri aparılmışdır.  Qeyd edək ki, qurumuş ağaclar kəsilərək ərazidən daşınmış və onların tullantılarının təmizlənməsi təmin edilmişdir. 

Eyni zamanda mərkəzi küçə və prospektlərdə yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilmişdir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər