FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili mövzusunda dəyirmi masa keçirilib.
“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Bakı şəhərinin rayonlarının İcra Hakimiyyətlərinin nümayəndələri - fövqəladə hallar komissiyasının sədrləri, hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, “Təmiz şəhər” ASC-nin, “Azərişıq” ASC“Azəriqaz” İB-nin, “Azərsu” ASC-nin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda müzakirələr aparılıb.
Eyni zamanda Bakı şəhəri rayonlarının Fövqəladə hallar üzrə komissiya sədrlərinin ötən il ərzində ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili istiqamətində görülmüş işlər, mövcud vəziyyət, problemlər və onların aradan qaldırılması üzrə arayış məruzələri dinlənilib.