FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Nəsimi Rayon İcra Hakimiyyətində mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib.
05 dekabr 2025 | 19:57
Tədbirdə müvafiq qurumların nümayəndələri iştirak edərək 2025-ci ildə görülmüş işlərin nəticələrini və 2026-cı ildə qarşıda duran vəzifələri müzakirə ediblər. Çıxışlarda rayon üzrə mülki müdafiə tədbirləri, yanğınların qarşısının alınması, mövcud problemlər və onların həlli yolları barədə məlumat verilib. Müşavirə iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.






